Xəbərlər və yeniliklər
Cədvələ diqqət yetirsək, iki ölçü sistemlərinin arasındakı əlaqəni, eləcə də hər ölçünün ətraflı izahını görə bilərsiniz. Məsələn, sifariş verdiyiniz L ölçülü kişi köynəyinin təqribi 182 sm boyunda, sinəsinin ətraf uzunluğu 106 sm, belinin ətraf uzunluğu 96 sm, qollarının uzunluğu isə, 63 sm olan birinin əyninə nəzərdə tutulur.
Çindən Azərbaycana necə sifariş edə bilərəm?
Çinin onlayn satış platformaları digər ölkələrin satış platformalarından fərqlənir. Çünki Şərq incə məsələdir. Düzgün alış-veriş etmək üçün incəlikləri bilmək tövsiyə olunur. Bu bloqumuzda da biz sizinlə uzun müddət ərzində topladığımız biliklərimizi paylaşacağıq.
Bağlamalarınız qısa müddət ərzində təhlükəsiz şəkildə gəlib çatmasını üçün ilkin olaraq bizim saytımızda qeydiyyatdan keçməlisiniz. Əgər bunu etməmisinizsə Qeydiyyat düyməsini seçməklə qısa müddət ərzində bunu edə biləcəksiniz. Saytımızda qeydiyyatdan keçən kimi sizin iki ünvanda anbarınız olacaq. Biri Materik Çinin Quançjou əyalətində, digərisi isə Çinin xüsusi statuslu olan bölgəsi Honkonqda. Niyə iki anbar? Çünki Çində fəaliyyət göstərən onlayn satış platformalarının bəziləri məhsullarını ya Materik Çindəki, ya Honkonqdakı ya da ki hər iki ərazidəki ünvana göndərir. Onlayn satış platormasından, satıcıdan asılı olaraq çatdırılma şərtləri (çatdırdıqları ünvan, tariflər, çatdırılma müddəti və s) dəyişir.
Alış veriş etmək istədiyiniz saytlarda qeydiyyatdan keçdikdən sonra çatdırılma şərtləri ilə tanış olmalınız. Əksər saytlarda bu məlumat ya almaq istədiyiniz malın altına olur, ya da ki ayrıca bir səhifədə olur. Çatdırılma ünvanında Quançjou seçmək olmursa, demək ki bu satıcı və ya bu alış veriş platforması bağlamaları yanlız Honkonqa çatdırır və əksinə. Belə olan halda bizim xaricdəki iki ünvandan birini satıcıya təqdim edirsiniz və bununla da bağlamalarınız bizə çatdırılır. Əgər satıcı və ya platforma bağlamanı hər iki ünvana çatdırırsa o zaman siz çatdırılma tarifləri, çatdırılma müddətləri kimi meyarları əsas götürərək seçim edə bilərsiniz.
Diqqət etsəniz görərsiniz ki, hər iki anbarımızın ünvanı, həm Çin, həm də İngilis dilində yazılıb. Materik Çinə çatdırılma edilən zaman daha Çin dilindəki ünvandan, Honkonqa çatdırılma edirsinizsə İngilis dilindəki ünvandan istifadə etməyinizi tövsiyə edirik. İstər Çin, istər İngilis dilində olan ünvanlarda EL ilə başlayan kod sizin müştəri kodunuzdur. Anbarlarımıza daxil olan bağlamaların üzərindəki müştəri kodu ilə bağlamanın sizə aid olduğunu müəyyən edə bilirik. Təəssüf ki, bəzi hallarda satıcılar bu məlumatları qeyd etmir, bu səbəbdən də bağlamalarınız Naməlum bağlama statusu ilə sistemə salınır. Amma narahat olmayın, biz belə bağlamalar barədə məlumatı mütəmadi olaraq Telegram kanalımızda (https://t.me/elpost) paylaşırıq. Bu bağlamalarınız itməsi demək deyil, nadir halda olsa da belə hallar olur.
Onlayn satış platformalarında əksər halda standart məlumatlar tələb olunur ki, onlar da bizim saytımızda, şəxsi kabinetinizdə, ünvanlarım bölməsində qeyd olunub:
- Contact person – Əlaqələndirici şəxs, bu siz deyilsiniz, bu bizim xaricdəki əməkdaşımızdır
- Name and surname – Burada sizin adınız və soyadınız qeyd olunub
- Province/Region – Bizim anbarın yerləşdiyi regiondur
- Phone number – Bizim xaricdəki əməkdaşımızın əlaqə nömrəsidir, bu nömrə ilə istər kuryer, bu nömrə ilə əlaqə saxlamağınıza ehtiyac yoxdur
- City – Anbarımız yerləşən şəhərdir
- Address Line – Xaricdəki anbarımızın ünvanıdır. EL isə yuxarıda qeyd etdiyimiz müştəri kodunuzdur
- ZİP postal code – Poçt indeksidir
- Area – Xarici anbarımızın yerləşdiri ərazi bölgüsüdür
Qeyd: Honkonq anbarı korporativ yüklərin daşınması üçün fəaliyyət göstərir. Ətraflı məlumat üçün əlaqə saxlamağınızı xahiş edirəm.
Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Onlayn geyim sifarişi zamanı bizə uyğun ölçünü necə seçək?
Onlayn sifarişlər, ələxsus geyim, paltar sifarişləri son zamanlar xüsusən populyarlaşıb. Onlayn sifarişlərin musbət cəhətləri var. İlk növbədə onlayn sifarişlər maddi cəhətdən sərfəlidir. Onlayn mağazalarda qiymətlər ticarət mərkəzləri, mağazalardakı qiymətlərdən aşağıdır. Bundan əlavə etibarlı onlayn mağazadan sifariş verirsinizsə, aldadılmaq, saxta məhsul almaq ehtimalınız da aşağıdır. Onlayn alış-veriş saytının nə dərəcədə etibarlı olduğunu təyin etmək barədə bu bloqumuzda oxuya bilərsiniz. Onlayn sifarişlər vaxt cəhətdən də, sərfəlidir. Etiraf edək ki, alış-verişi sevməyimizə baxmayaraq, bəzən şopinqə vaxt ayırmaq çətin olur. Onlayn sifarişlər sayəsində isə, bu problem aradan qalxır. Evinizdən çıxmadan, istədiyiniz məhsulu, geyimi sifariş vasitəsi ilə birbaşa qapınıza gətizdirə bilərsiniz. Assortiment isə, onlayn sifarişlərin leyhinə daha bir “səs”dir. Ticarət mərkəzini başdan-ayağa bir neçə saata gəzib, istədiyinizi tapmaya bilərsiniz. Hər birimizə bu vəziyyət tanışdır. Gödəkçə almağa ticarət mərkəzinə yollanıb, sonda şalvar, sviter, ayaqqabılar alıb, lakin, zovqümüzə uyğun gödəkçə tapılmaması vəziyyəti. Onlayn sifarişlərdə isə bu problem yoxdur. Onlayn mağazaları siz günlərlə “gəzib” bitirə bilməzsiniz. Amma əsas odur ki, sonda istədiyiniz məhsulu tapacaqsınız. Ələxsus son aylar, ticarət mərkəzlərinin, mağazaların fəaliyyət göstərmədiyi vaxtlarda onlayn sifarişlər bizim qarderobumuzu xilas edir.Amma bu qədər müsbət cəhətlərdən danışıb, onlayn alış-verişin müəyyən çatışmazlıqlarını da unutmamalıyıq. Bu gün də onlayn geyim alış-verişi zamanı çoxumuzun qarşılaşdığı bir problemdən danışacayıq və adətimiz üzrə bu problemin həlli yollarını axtaracayıq.
Bu dəfə toxunacaqımız problem ölçü problemidir. Əminik, hər biriniz onlayn sifariş verilən geyimin əynimizə böyük, qısa, uzun, kiçik olduğu hallarla qarşılaşmışıq. Kefinizi pozmayın, çox güman ki, son sifariş verdiyiniz şalvarın belinin dar olmağının səbəbi artıq çəki almağımız deyil, şalvarın ölçüsünü “gözəyarı” seçməyimizdir. Eləcə də əksinə, trenajor zalında məşqlər üçün köynək sifariş etmisiniz və həvəslə gözlədiyiniz köynək nəticədə əyninizə çox böyükdür. Yenə də ürəyinizi buz kimi saxlayın, siz kiçilməmisiniz, sifariş xətasıdır.
Bəli, bəzən geyim sifarişi zamanı təxmini seçdiyimiz ölçülər əynimizə ideal olur. Lakin, növbəti köynək, şalvar sifarişi zamanı yenə də bəxtimizi sınamamaq üçün bu problemi birdəfəlik həll etməliyik. Hər bir problemin həlli isə, ilk növbədə problemin məğzini anlamaqdan keçir. Bunun üçün gəlin əvvəlcə ölçü sistemlərinə diqqət yetirək. Ölçü sistemləri neçə növ olur? Nəyi təsvir edir? Onlayn sifariş zamanı saytlarda gördüyümüz, S, XL, 44, 48-lər nə deməkdir? Bəs ayaqqabı sifarişi zamanı? Bəzən 44 olur, bəzən 11. Niyə? Bloqumuzla tanış olduqdan sonra, onlayn geyim sifarişi, ayaqqabı sifarişi zamanı hansı ölçüdə geyimlərin sizə uyğun olduğunu, müxtəlif ölçü sistemlərini və ölçü meyarlarının əslində nə mənaya gəldiyini anlayacaqsınız. Ən əsası isə sifariş zamanı baş verən ölçü problemlərindən birdəfəlik qurtulacaqsınız.
İlk öncə ən geniş yayılmış ölçü sistemləri ilə tanış olaq. Onlayn sifariş zamanı siz məhsul haqda məlumatlarda adətən ya L, X, XL kimi hərflər və yaxud 42-dən 60-a kimi rəqəmlər görəcəksiniz. Başlayaq ondan ki, bu iki ölçü sistemi əsasən qurşaqdan yuxarı geyimlərdə tətbiq olunur. Daha çox köynək, gödəkcə, sviter sifariş verdikdə rastlaşacaqınız S(small), M(medium), L(large) hərfləri uyğun olaraq, kiçik, orta, böyük ölçüləri ifadə edir. Qarşılarında gördüyümüz X hərfi isə, extra, yəni qüvvətləndirici ədatı ifadə edir. Məsələn, XL – extra large, yəni “daha böyük” anlamına gəlir. 42-dən başlayan ikifaktorlu ölçülərlə isə, məsələ aydındır. Artıq növbət dəfə paltar sifariş etdiyimiz zaman, ölçülər sadəcə intuitiv anlamayacyıq, hər bir işarənin, hərfin nə ifadə etdiyini biləcəyik.
Qurşaqdan aşağı geyimlərdə isə vəziyyət bir az fərqlənir. Cins, şalvar sifarişi zamanı rastımıza adətən 32-34, 29-31 kimi ölçülər çıxır. Bu ölçü aralığıdır yoxsa nə? Xeyir, gördüyümüz ölçülərdə birinci gələn, W(width) – en deməkdir və şalvarın belinin ölçüsünü göstərir. İkinci H(height) isə bud nahiyəsinin dairəvi ölçüsüdür. Geyimin hər iki göstəricisi ayrı bir hissəsini əks etdirir..
Ayaqqabı sifarişində isə vəziyyət daha rahatdır. Məlum ölçü var, məhsul əyində ciddi forma dəyişikliyinə uğramır. Bu səbəbdən onlayn ayaqqabı sifarişi daha digər geyim sifarişlərinə nisbətən daha populyardır. Lakin, bəzən ayaqqabıların da ölçüləri çaşdırıcı ola bilir və biz öyrəşdiyimiz 36-37 ölçülərin əvəzinə 5.5-6 görürük. Bu qərb ölçü sistemidir və əsasən Amazon, E-Bay kimi qərb onlayn alış-veriş saytlarında və AliExpress kimi daha çox qərb alıcılarına xitab edən saytlarda istifadə edilir. Daha çox Türkiyədən onlayn alış veriş etməyi sevirsinizsə, bu ölçülərə nadir hallarda rastlaşacaqsınız. Amma hər ehtimala, qarşıda hər iki ayaqqabı ölçü sistemini ətraflı nəzərdən keçirəcəyik.
Ölçü sistemləri, onların nə məna kəsb etdikləri haqda ümumi məlumatlardan danışdıqdan sonra nəhayət ki, növbə çatdı mövzunun əsas məğzinə. Onlayn sifariş zamanı nələrə diqqət etməli olduğumuzu, ölçülərin nəyə əsasən formalaşdığını müzakirə edək.
Bəzi mağazalarda, brendlərdə eyni ölçülər realda fərqlənir. Məsələn, bir brendin 44 ölçüsü digər brendin 48 ölçüsünə uyğun gəlir. Lakin, ümumi qəbul edilmiş ölçülər var ki, onlara əsasən siz, onlayn paltar sifarişi zamanı, sifariş verdiyiniz gödəkçənin, köynəyin əyninizə necə olacağını demək olar ki, dəqiqliklə təyin edə bilərsiniz. Daha çox qurşaqdan yuxarı geyimlər üçün istifadə edilən ölçü sistemlərini aşağıdakı cədvəldə görə bilərik:
Cədvələ diqqət yetirsək, iki ölçü sistemlərinin arasındakı əlaqəni, eləcə də hər ölçünün ətraflı izahını görə bilərsiniz. Məsələn, sifariş verdiyiniz L ölçülü kişi köynəyinin təqribi 182 sm boyunda, sinəsinin ətraf uzunluğu 106 sm, belinin ətraf uzunluğu 96 sm, qollarının uzunluğu isə, 63 sm olan birinin əyninə nəzərdə tutulur.
Onlayn geyim sifarişi zamanı bizim işimizi xeyli rahatladacaq növbəti cədvəl isə, şalvarların ölçü cədvəlidir:
Məsələn, 24 ölçülü cins şalvar beli 58-60 sm, bud nahiyəsinin dairəvi ölçüsü isə 89-91 sm təşkil edəcək. Ümumiyyətlə cins şalvarların bir çox fərqli növləri mövcuddur və hər növün özünəməxsus özəllikləri var. Cins sifarişi zamanı nəzərə almalı olduğunuz məqamlardan və ümumilikdə cins şalvarların növlərindən növbəti bloqlarımızda daha ətraflı danışacayıq.
İndi isə növbə çatdı ən çox tələbat olan sifarişlərər – ayaqqabı sifarişlərinə. Daha öncə də qeyd etdiyimiz kimi, ayaqqabı sifarişləri zamanı vəziyyət nisbətən sadədir. Lakin, bəzən onlayn mağazada ölçünün qərb ölçüsü ilə göstərilməsi bizi çaşdıra bilər. Bunun üçün növbəti cədvələ baxaraq, asanlıqla qərb ölçü sistemini, daha yaxşı tanıdığımız standart ölçü sisteminə çevirə bilərik.
Ölçü sistemlərinin, hansı ölçünün nəyi ifadə etdiyini anladıq. Bəs öz ölçümüzü necə təyin edək? Karantində əlavə çəki almışıqsa, və ya idmana, qidalanmağımıza daha həssas yanaşıb, şəki atmışıqsa nə edək? Əslində yaxşı olardı ki, ölçülərimizi dəqiq təyin etmək üçün dərziyə müraciət edək və bədənimizin hər hissəsini ölçdürüb, onlayn sifariş zamanı əlimizin altında saxlayaq. Amma əgər dərziyə getməyə vaxtınız və yaxud həvəsiniz yoxdursa, daha rahat üsulu var. Fikrinizcə əyninizə ideal olan bir geyimi götürürsünüz, uzunluğunu, enini, belini, boynunu, qısası hər yerini ölçürsünüz, vəssalam! Bu qədər sadə. Bəs yaxşı, ölçümüz cədvəllə tam üst-üstə düşmürsə, neyləyək? Məsələn beliniz beliniz 60 sm-dir, sifariş vermək istədiyiniz cins şalvarın belinin isə yalnız 58 və 62 sm olan ölçüləri qalıb. Bu zaman modelyerlər hər zaman ölçünüzü yuxarı həddə yuvarlaqlaşdımağı məsləhət görürlər. Çünki, əyninizə bir balaca boş olan paltar daha səliqəli görünəcək, nəyinki dar paltar. Yəni, məsəl çəkdiyimiz halda, beli 62 sm olan cinsi sifariş verməyiniz daha məntiqlidir.
Ümumiyyətlə onlayn sifarişlərin çoxsaylı üstünlükləri olmağına rəğmən, paltar sifarişi zamanı diqqət yetirməli olduğumuz bir çox məqamlar var. Bloqlarımızda mütamadi olaraq bu mövzulara toxunacayıq və birlikdə onlayn sifarişlər, onlayn alış-verişlər mövzusunda maariflənəcəyik. Xoş alış-verişlər!
Çoxunuzu maraqlandıran suallar
Cəmi 3 addımda seçdiyiniz məhsulu dünyanın müxtəlif ölkələrindən qapınıza gətirə bilərsiz:
Addım 1
Vadi.az saytında qeydiyyat formunu doldurun. Bu zaman xarici ünvan əldə edəcəksiniz;
Addım 2
Sifarişinizi seçin və məhsulun çatdırılacağı ünvan bölməsinə həmin ölkədəki ofis ünvanımızı qeyd edin. Ödəniş edərək sifarişi tamamlayın;
Addım 3
Sifarişinizi tamamladıqdan sonra bağlama xarici anbara təhvil verilir. Biz isə 3-7 iş günü ərzində bağlamanızı yerli anbara çatdırırıq.
Hansı ölkələrdən sifariş edə bilərəm?
Hazırda Türkiyə anbarımız fəaliyyətdədir. Yaxın zamanda ABŞ,BƏƏ, Çin və digər ölkələrdən də sifariş edə biləcəksiz
Bağlama sifariş etdiyim mağazadan anbara necə çatdırılır?
Sifariş etdiyiniz mağaza sifarişi təsdiqlədikdən sonra daxili karqo və ya poçt xidməti vasitəsi ilə sizin göstərdiyiniz ofis ünvanına müəyyən olunmuş iş günləri ərzində təhvil verir. Bağlamanı təhvil alan səlahiyyətli şəxs elektron imza ilə sifarişi qəbul edir və proses başa çatır.
Ölkədaxili karqo haqqında nələri bilməliyəm?
Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.
Ünvan və iş saatlarımız
Ünvan: Bakı şəhəri. Yasamal rayonu, Salatın Əsgərova küçəsi 89,Nizami m/s yaxınlığında AZ 1009
İş saatları:
– Həftəiçi: 10:00 – 19:00
– Şənbə: 10:00 – 18:00
– Həftəiçi: 10:00 – 20:00
– Şənbə: 10:00 – 18:00
“Sifariş Et” xidməti:
Sifarişlərim neçə günə gələcək?
Xarici anbara çatdırılma müddəti sifariş etdiyiniz satıcı fimadan asılıdır. Satıcı firma 3-7 gün ərzində ( rəsmi bayram günləri və həftəsonları bu müddəti uzada bilər ) məhsulu xarici anbarımıza təhvil verir. Bağlamanız xarici anbarımızdan yerli anbara 5-7 iş günü ərzində (gömrükdə yoxlanış müddəti xaric) çatdırılır. Nəzərinizə çatdıraq ki, xarici anbarımıza daxil olan maye, kosmetik, elektronik məhsulların göndərişi həftədə 1 dəfə olmaqla xüsusi reyslə həyata keçirilir. Buna əsasən 5-7 iş günü çatdırılma müddəti bu tip məhsullara şamil deyildir.
Seçdiyim mağazadan öz kartımla sifariş edə bilmirəm. Mənim əvəzimə sifarişi siz həyata keçirə bilirsiz?
“Sifariş Et” xidməti bunun üçündür.
Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra açılan profil səhifəsindən “Sifariş Et” bölməsinə daxil olursuz.
Müvafiq xanaya almaq istədiyiniz məhsulların linklərini yerləşdirirsiz. Seçdiyiniz məhsulun qiyməti, sifarişi etdiyiniz ölkənin daxili karqo qiyməti və komisiyya haqqı hesablanaraq sizə yekun məbləğ göstərilir. Ödəniş edirsiz və biz sizin əvəzinizə alırıq.
Seçdiyim mağaza sifarişimi ləğv edə bilər mi?
Bəzən satıcı mağaza sifarişləri səbəb bildirərək və ya bildirmədən ləğv edir. Bu halda əgər səbəb göstərilibsə şirkətimiz sizə sifarişin ləğvi və səbəbi barədə məlumat verir. Satıcı mağaza səbəb göstərməyibsə sizə sadəcə sifarişin ləğv edildiyi barədə məlumat gəlir. Hər iki halda ödəniş geri qaytarılır.
Çatdırılma haqqı necə hesablanır?
Çatdılırma haqqı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq Fiziki və Həcmi çəki ilə hesablanır.
60 sm böyük bağlamanın çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablanır. Həcmi çəki= (hər biri sm olmaqla) Uzunluq x Hündürlük x En / 6000
Sifariş ləğv olunduğunda ödəniş kart hesabıma necə qaytarılır?
Sifarişiniz ləğv olunduğu zaman məbləğ ilk öncə TL balansınıza geri qaytarılır. Məbləğin ödəniş etdiyiniz karta geri qaytarılmasını istəyirsinizsə, Müştəri xidmətlərinə müraciət edə bilərsiniz.
Kartla sifariş versəm əlavə nə qədər pul çıxılacaq?
Sifariş üçün vəsaitinizdən çıxılan tranzaksiya faiz məbləği müştərisi olduğunuz bank tərəfindən təyin olunur.
Bəyannamə haqqında nələri bilməliyəm?
Bəyannamə nədir ?
Bağlamanın bir ölkədən digərinə daşınması üçün tələb olunan sənəddir. Bağlamanın gömrük sisteminə daxil olması və problemsiz ölkəyə daxil ola bilməsi üçün bəyannamə yaratmaq şərtdir.
Bəyannamə yaratmaq üçün lazım olan məlumatlar:
Mağazanın adı– sifarişinizi etdiyiniz və bağlamanı göndərən mağazanın adı;
Məhsul kateqoriyası– məhsulunuzun növü (aksesuar, geyim, elektron avadanlıq və s.);
Miqdar– bağlamanın daxilindəki məhsul sayı;
Qiymət– bağlamanın ümumi qiyməti;
Faktura– sifariş mağaza tərəfindən təsdiqləndikdən sonra elektron poçt ünvanınıza göndərilən sənədin PDF və ya PNG formatı;
Mağazanın izləmə kodu– sifariş yola düşdükdə mağazanın sizə göndərdiyi “tracking number”
Qeyd: Bəyannamə sifariş edilmiş məhsul xarici anbara təhvil verilmədən öncə yazılmalıdır.
Kuryer sifarişi və ödəniş qaydaları necədir?
Kuryer xidməti ilə ofisimizə gəlmədən bağlamalarınızı qapıda təhvil ala bilərsiz.
Kuryer sifarişi etdikdən sonra maksimum 2 gün ərzində bağlamalarınız təyin etdiyiniz məkana çatdırılır.
Ödənişi həm nəğd, həm də balansınızı artırmaqla edə bilərsiz.
Bölgələrə çatdırılma var mı?
Ölkəmizin istənilən bölgəsinə Azərpoçt vasitəsilə çatdırılma xidməti mövcuddur. Bağlamanızı poçta təhvil verdikdən sonra rayondan asılı olaraq 1-5 iş günü ərzində rayon filialınıza çatdırılır.
Poçt sifarişi haqqında nələri bilməliyəm?
- Poçtla sifariş bağlama yerli ofisimizə çatdıqdan sonra edilə bilər,
- Daşıma haqqı və poçt ödənişləri qabaqcadan edilir,
- Poçt tariflərini Azərpoçt şirkəti təyin edir,
- Poçtla sifarişi şəxsi kabinetinizdən “Azərpoçt sifarişi” bölməsinə keçid edərək həyata keçirə bilərsiz.
Aldığım məhsulu geri qaytara bilərəm?
Hal-hazırda geri qaytarma(iadə) xidmətimiz yoxdur.
Sifariş istədiyim parametrlərdə olmasa problem necə həll olunacaq?
Əldə etdiyiniz məhsulun bütün parametrləri ( çəki, ölçü, rəng, keyfiyyət, tamlığı, forması) tamamilə satıcı firmanın məsuliyyətinə daxildir.
Sifarişim “anbara təslim edildi” göstərir, ancaq sistemdə əks olunmursa nə edə bilərəm?
Bəyannamə prosesi doğru şəkildə yerinə yetirildikdən sonra bağlamanın 2-3 iş günü ərzində xarici anbara təslim edildiyi göstərilir.
Bu müddət ərzində bağlamanız sistemdə əks olunmasa bizimlə kontakta keçərək bağlamanın təslim detallarını göndərirsiz.
Anbarın iş saatlarında təhvil verilən və səlahiyyətli şəxslərin imzası ilə alındığı təsdiq olunan bağlamalar tərəfimizdən araşdırılır və ən qısa zamanda problem həll olunur.
Ölkədaxili karqo haqqında nələri bilməliyəm?
Sifarişi etdiyiniz ölkə bağlamanızı kuryer şirkəti vasitəsi ilə bizim həmin ölkədəki anbarımıza çatdırır. Bu zaman kuryer şirkətinin tələb etdiyi xidmət haqqı sifarişi verdiyiniz saytda görünür. Məhsulunuzun qiyməti yüksək olduğu zaman bəzi hallarda karqo haqqı alınmaya bilir.
Gömrükdən keçə bilməyən sifarişə nə zaman Barkod verilir?
Dövlət Gömrük Komitəsi yoxlanış zamanı saxlanılan bağlamalara Barkod verdiyi vaxt bizə (daşıma şirkətinə) məlumat verir. Məlumat bizə çatdıqdan dərhal sonra sizə mail və ya telefon zəngi ilə Barkod haqqında xəbər veririk.
Bağlamam hansı hallarda gömrükdən keçməyə bilər?
Bağlamalarınız bir neçə halda gömrük əməkdaşları tərəfindən saxlanıla bilər:
- Bağlamada qadağan olunmuş hərhansı məhsul olarsa;
- Məhsulun kommersiya məqsədli olduğu ortaya çıxarsa;
- Sifarişin ümumi dəyəri aylıq 300 dollar limitini aşarsa.
Bağlamam gömrük orqanları tərəfindən saxlanılarsa nə etməliyəm?
Bağlamanız gömrük orqanları tərəfindən saxlanıldıqda qaimə hazırlanır. İlk olaraq ofisimizə yaxınlaşaraq daşınma ödənişini etdikdən sonra həmin qaimə və barkodu təhvil alırsız. Bundan sonra Bakı Karqo Terminalına müvafiq ödənişi edib bağlamanızı geri alırsız.
300 dollar limiti haqqında nələri bilməliyəm?
Bildiyiniz kimi, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən 300 dollar məbləğində gömrük limiti qərarı qüvvəyə mindi.
Bu qərara əsasən, fiziki şəxs ümumi dəyəri bir təqvim ayı üçün 300 USD dəyərində məhsul idxal edə bilər.
Məhsulun ümumi dəyəri 300 dollardan çox olduğu halda gömrük rüsumu ödənilir.
Limitə həm məhsulun öz qiyməti, həm də daşınma haqqı daxildir.
300 dollar limitini keçsəm bağlamamı götürmək üçün gömrüyə getmək lazımdır?
Bağlamalarınızı e.customs.gov.az saytında bəyan etdikdə və gömrük limitini aşdığınız halda vergi ödənişini vaxtında etdiyiniz zaman bağlamalarınız yerli ofisimizə göndərilir.
Başqa bir şəxs mənim əvəzimə bağlamamı təhvil ala bilir?
Əgər bağlamanızı sizin yerinizə başqa bir şəxsin təhvil almasını istəyirsizsə, həmin şəxsə etibarnamə verə bilərsiniz.
Saytımıza daxil olduqdan sonra şəxsi kabinetinizdən “Etibarnamələr” bölməsində etibarnamə vermək istədiyiniz şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını yerləşdirin.
Həmin şəxs öz vəsiqəsi və sizin müştəri kodunuzla ofisimizə yaxınlaşaraq bağlamanı təhvil ala bilər. Etibarnamə sayında limit yoxdur.
Bağlamanı təhvil almaq üçün hansı sənədlər tələb ediləcək?
Bağlamanızı təhvil almaq üçün tələb olunan yeganə sənəd şəxsiyyətinizi təsdiq edən hərhansı vəsiqənin (şəxsiyyət, tələbə və ya sürücülük) özü və ya sürətidir.
Bağlama yerli anbarda nə qədər qala bilər?
Bağlamalarınız yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 15-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.
Bir neçə bağlama olduqda birləşdirə bilirsiz?
Bağlamalarınızın sayı sizin sifariş etdiyiniz mağazadan asılıdır. Vadi.az bağlamalarınızı satıcı mağaza təhvil verdiyi kimi alır.
Problemlə rastlaşsam nə qədər vaxta həll olunar?
Problemlə qarşılaşdığınız zaman bizimlə əlaqə saxladıqdan sonra 15 iş günü müddətində problem araşdırılaraq həll olunur.
Hansı məhsulların daşınması qadağandır?
Hava nəqliyyatı tərəfindən daşınması qadağan olunmuş bütün məhsullar;
Azərbaycan Respublikası ərazisinə idxalı qadağan olunmuş bütün məhsullar;
Narkotik və psixotrop maddələr, hazırlanması və istifadəsi üçün lazım olan alətlər;
Təhlükəli, tezalışan, partlayıcı və radioaktiv maddələr;
Hər cür silah, hərbi təyinatlı qurğu və alətlər, döyüş sursatları;
Batareyalar, amortizatorlar, powerbanklar;
Maşın yağı və mühərriklər;
Sorğuma nə qədər vaxta cavab gələr?
- Zəng Mərkəzimiz- (012) 310 14 40,
- Facebook və Instagram səhifələrimiz,
- Email – [email protected],
- Canlı Çat
- Saytımızın Əlaqə bölməsindəki müraciət formu vasitəsilə əlaqə saxlaya bilərsiz. Sorğularınıza bir neçə dəqiqə ərzində cavab verəcəyik.
Comments are closed, but trackbacks and pingbacks are open.