Press "Enter" to skip to content

Dəqiqə – Saat çeviricisi

XVI saat qurşağının kənar meridianlarını tapın.

8 saat, yoxsa daha az yatmalı? – ARAŞDIRMA

Yuxu… Onsuz həyat yoxdur. Təsadüfi deyil ki, insan həyatının üçdə bir hissəsini yuxuda keçirir. Lakin bu qayda ilə razılaşmayanlar da az deyil. Bəzi insanlar düşünürlər ki, ağlı başında olan heç bir insan ömrünün üçdə birini yastığa bağışlamaz.
Düzgün yuxu rejimi insan həyatında ən önəmli amillərdən biridir. Lakin bu rejim və ya yuxu saatları hamı üçün eyni deyil. Bəs hansı düzgündür? Ümumiyyətlə, gənclər yuxu rejimini necə tənzimləməlidirlər? Həmişə eşitdiyimiz “İnsan sutkada 8 saat yatmalıdır” fikri düzgündürmü?

Dünyada yuxu saatları
ABŞ Milli Yuxu Vəqfi yuxu ehtiyacının ödənilməsinin insan həyatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və yaş qruplarına görə müəyyən yuxu vaxtlarını təyin edib. Qurumun tövsiyələrinə görə, insanlar 0-3 aylıq uşaq olduqda 17 saat, 4-11 aylıq uşaq olduqda 11-13 saat, 1-2 yaş arasında 9-16 saat, 3-5 yaşda 13 saat, 6-13 yaşda 10 saat, 14-17 yaşda 11 saat, 18-25 və 24-64 yaş aralığında 8-9 saat yatmalıdır. Xüsusilə dünyada gənclər üçün ümumi yuxu rejimi 8 saat müəyyən olunub.
Yuxu rejimi dünyanın ayrı-ayrı yerlərində müxtəlifdir. Kişilər və qadınlar arasında da yuxu rejimi fərqlidir. Araşdırmalar nəticəsində qadınların kişilərdən 30 dəqiqə çox yatdığı məlum olub. Araşdırmada Avstraliya, Belçika, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Hollandiyada yuxu vaxtının 8 saat və ondan yuxarı olduğu göstərilib. Yaponiya və Sinqapurda isə gecə yuxusunun 8 saatdan az olduğu bildirilib.

Çox yatan insan ağılsızdır?
Lakin yuxarıda da qeyd etdiyimiz kimi, yuxu saatları hər kəs üçün fərqlidir. Məsələn, Türkiyədə yuxu saatlarından bəhs edən şəxsi inkişaf romanı böyük səs-küyə səbəb olmuşdu. Kitabda çox yatanlar ağılsız insanlar kimi dəyərləndirilir və insan həyatı riyazi şəkildə hesablanır: “60 il ömür sürən bir insan ömrünün 15 ilini uşaqlıqda, 15 ilini xırda-xuruş işlərdə, 20 ilini da yuxuda keçirir. Bu hesabla 10 ilimiz qalır. Lakin insan 8 saat yox, 4 saat yuxu yatsa, 10 il də əlavə yaşamış olacaq. Əgər sən bunu bacara bilsən, adi insanlardan fərqlənəcəksən və həyatında müəyyən uğurlar əldə edəcəksən. Təsadüfi deyil ki, tarixə adını qızıl hərflərlə yazdıran insanlar bunu əlavə qazandıqları ikinci 10 ilə borcludurlar. Da Vinçi, Edison, Nyuton, Dostoyevski, Armstronq kimi …”.

“Yuxu barmaq izi kimidir”
İdeal yuxu saatları haqqında məlumat verən yuxu xəstəlikləri üzrə mütəxəssis Hakan Kaynak deyir ki, yuxu müddəti hər bir fərdin orqanizminə görə fərqlənir: “Yuxu barmaq izi kimidir. Yəni hər fərdin yuxu müddəti qulağı, burnu, saçı kimi yalnız özünə məxsusdur. Bu səbəbdən yuxu müddəti hər bir fərddə fərqli olur. Hər bir insan özünün yuxu müddətini bilməlidir. Yəni o, neçə saat yatanda gümrah olur, nə qədər artıq yatanda ona mənfi təsir edir, bunu fərd özü təyin edə bilər. İnsanların 85 faizində yuxu 6-8 saat olur. 15 faiz insan isə 4-5 saat yatmaqla kifayətlənir və bu yuxu müddəti gün ərzində ona bəs edir. Yuxu saatları uşaqlıq illərindən formalaşır və insanın genindən asılıdır”.

Uğurlu gənclərin yuxu rejimi
“Şəxsi inkişaf romanındakı uğurlu insanlar 4-5 saat yatır” fikrini əsas götürüb qəzetimizin “Uğur hekayəsi” rubrikasının qəhrəmanlarına müraciət etdik. Görək, uğurlu karyera quran gənclər gün ərzində neçə saat yatır?
PAŞA Bankda Korporativ məhsul idarəetməsinə məsul Tural Nəbizadə sutkada 6 saat yatır: “Bir müddətdir sutka ərzində 6 saat yatmağa alışmışam. Qərb ədəbiyyatında gözəl bir deyim var: “Əgər yatsan, arzularını yuxuda görərsən, yatmasan, həyatda gerçəkləşdirərsən”. Buna görə hesab edirəm ki, orqanizmimiz imkan verirsə, stressə düşmürüksə, həyatımızı düzgün planlaşdıra bilmişiksə, işlərimizi bitirəndən sonra yatmaq daha yaxşı olar. Amma qarşınıza qısamüddətli və keşməkeşli hədəf qoymusunuzsa və yatmaq hansısa formada sizi hədəfinizdən çəkindirirsə, bir müddət yatmamaq bəlkə də düzgün olar”.
“Azercell”in Verilənlər Bazası şöbəsinin direktoru, “Oracle ACE Direktor” mükafatına layiq görülən dünyadakı 10 mütəxəssisdən biri sayılan Kamran Ağayev sutka ərzində cəmi 5 saat yatır.
“Chevrolet Azərbaycan”ın Marketinq departamentinin direktoru Anar Fəth Fətəliyev də gün ərzində 5 saat yatır. Amma bu rejim onu narahat etmir: “Çox yatanda günümü itirdiyim üçün motivasiyam düşür. Həmin gün uğurlu nəticə əldə edə bilmirəm. Bu səbəbdən az yatanda enerjim daha çox olur və vaxtımın çoxunu yatmağa sərf etmirəm”.
“Synergy Sport”un direktoru Əhəd Kazımov gün ərzində 7-8 saat yatmağı məsləhət görür: “Xüsusilə tez yatıb tez durmaq önəmlidir. Hər bir insan səhər 6-da oyanmalıdır. Çünki beyin o vaxt yaxşı işləyir. Müəyyən biznes ədəbiyyatlarında da qeyd olunur ki, uğurlu biznesmenlər yuxu rejimi normal olan insanlardır. İnsan gənclik dövründə yuxu rejiminə riayət etmir. Həyatda daha çox əyləncəyə üstünlük verir. Yaşa dolandan sonra qərar verirsən ki, beyinə istirahət vermək lazımdır. Düzdür, yuxu rejimi orqanizmdən asılıdır. Gün ərzində 4 saat yatıb normal həyat tərzi olan insanlar az deyil. İstisnalar var, amma ümumi götürsək, hər bir insan gün ərzində 7-8 saat yatmalıdır”.

“3 saat kifayətdir”
Şəxsi inkişaf və karyera təlimçisi Tofiq Sadıxov “Kaspi”yə açıqlamasında bildirdi ki, insanın orqanizminin özünü bərpa etməsi üçün 3 saat yatmaq bəzən kifayət edir: “Biz yatarkən bütün orqanizmimiz dincəlir və sabahkı gün üçün bərpa olur. Mütəxəssislər insanın sutka ərzində 6-8 saat yatmalı olduğunu iddia edir. Ancaq tarixə nəzər salsaq, görərik ki, bir çox dahi insanlar, elmi kəşflər etmiş alimlər, yazıçı və şairlər sutka ərzində 3 saat yatarmışlar. Tibb də sübut edir ki, insanın orqanizminin özünü bərpa etməsi üçün bəzən 3 saat kifayət edir. Ancaq sözsüz ki, hər gün 3 saat yuxu yatmaq sağlamlıq üçün fəsadlara yol aça bilər. Gənclik dövrünün faydalı və bərəkətli saatlarını yuxuya vermək heyifdir. Günün çoxunu yatmaqla keçirən gənclər bunun fəsadlarını illər sonra bilirlər və əfsuslar olsun ki, o zaman gec olur. Əgər bir gənc hər gün eyni vaxtda çox gec olmadan yatarsa, 6 saatlıq yuxu ona tam bəs edə bilər. Bu, o deməkdir ki, saat 23:00-da yuxuya gedən gənc səhər 05:00-da oyana bilər. Bununla da 2 saat əlavə vaxt qazana bilər ki, bu vaxtını sağlam həyat tərzi üçün idmana, yeni bir dil öyrənməyə və ya dərslərini oxumağa sərf edər. Saat 8:00-a qədər yatan gənclər isə bu imkanlardan yararlana bilməzlər”.

Yuxu rejiminin pozulmasının fəsadları…
Psixoloq Orxan Oruc hesab edir ki, yuxu fiziki yorğunluqla zehni yorğunluğun aradan qaldırılması üçün vacib prosesdir: “Maslounun ehtiyaclar piramidası”nda yuxu ən vacib tələbatlardan biri kimi göstərilir. Bu, belə olmasaydı, yəqin ki, həyatımızın təxminən üçdə birini yuxuda keçirməzdik. Bütün həkimlərin ümumi insan fiziologiyasına uyğun təyin etdikləri yuxu norması 8 saatdır. Ancaq təbii ki, istisnalar var. Elə insanlar var ki, 4-5 saatdan artıq yata bilmir və bununla da özlərini çox yaxşı və gümrah hiss edirlər. Əksinə, elə insanlar da var ki, onlara 10-12 saat yatsalar da, yuxudan doymadıqlarını söyləyirlər. Bu, insanların dəyişkən fiziologiyasından və stress vəziyyətindən asılı olaraq dəyişə bilir. Əgər gün ərzində insan özünü yuxulu hiss edirsə, bu ya yuxu normasının ödənilməməsi, yaxud normadan artıq yatmaqla əlaqədardır. Yuxu rejiminin pozulması adətən o vaxt baş verir ki, həmin insanın gündəlik rejimi olmur. Hər gün səhər saat 8-də oyanmaq məcburiyyəti olanlar istər-istəməz axşam da tez yatırlar və beləliklə, rejim yaranır. Şiddətli psixi gərginlik, beyni məşğul edən suallar çox olduqda və bu gərginliyi azaltmaq üçün hər hansı bir üsuldan istifadə edilmədikdə də yuxu rejimi pozula bilər”.

Sosial şəbəkələr və enerji içkiləri yuxunu pozur
Psixoloq deyir ki, yuxu rejiminin pozulması ilə bağlı az sayda gənc onlara müraciət edir: “Hazırda yuxu rejiminin pozulması halı ilə bağlı müraciət edən gənclər var. Əksəriyyəti ilə aparılan ilkin söhbətlər zamanı məlum olur ki, həmin gənclər gün ərzində demək olar, zehni və ya fiziki yorğunluq yaradacaq hər hansı bir işlə məşğul olmurlar. Hər gün fərqli-fərqli vaxtlarda yatıb, fərqli vaxtda oyanmaq da yuxu pozuntusunun əsas səbəblərindən biridir. Bir sözlə desək, gündəlik rejimi olmayan şəxslərin yuxu rejiminin pozulması ehtimalı daha çoxdur. Bəzən gənclər məqsədli şəkildə yuxusuzluğu və yorğunluğu aradan qaldırdığını güman etdikləri enerji içkiləri içirlər. Bu da yuxu rejiminin pozulmasına birbaşa təsir edən müasir səbəblərdən biridir. Müasir səbəblərdən digərləri sosial şəbəkələrdə keçirilən maraqlı hesab olunan dəqiqələr, hətta saatlardır. Gənclər vaxtlarının necə keçdiyini hiss etmədikləri sosial şəbəkələrdə olduqları müddətdə zaman qavrayışı pozulur. 3 saat keçirdiyi vaxtı yarım saat kimi hiss edir və beləliklə, orqanizm və psixika öyrəşdiyi bioloji ritmdən çıxır. Bu isə nəinki yuxu rejiminin pozulmasına, hətta orqanizmdə və psixikada müəyyən pozuntulara səbəb olur”. (Kaspi.az)

Dəqiqə – Saat çeviricisi

Qeyd: Eksponent nəticələr ən yaxın 1/64 şəklində yuvarlaqlaşdırılır. Daha düzgün cavab üçün nəticənin yuxarısında olan seçimlərdən “onluq” seçməyiniz xahiş olunur.

Qeyd: Siz nəticənin yuxarısındakı seçimlərdən lazımi mühüm rəqəmlərin sayını seçməklə bu cavabın düzgünlüyünü artıra və ya azalda bilərsiniz.

Qeyd: Sırf onluq nəticə üçün nəticənin yuxarısında olan seçimlərdən “onluq” seçin.

Dəqiqə – Saat çevir

min * 0.016667

Dəqiqə

Dəqiqə – Saat çevir

min * 0.016667

Saat

Dəqiqə – Saat cədvəli

Increments

Dəqiqə Saat
0 min 0.00 hr
1 min 0.02 hr
2 min 0.03 hr
3 min 0.05 hr
4 min 0.07 hr
5 min 0.08 hr
6 min 0.10 hr
7 min 0.12 hr
8 min 0.13 hr
9 min 0.15 hr
10 min 0.17 hr
11 min 0.18 hr
12 min 0.20 hr
13 min 0.22 hr
14 min 0.23 hr
15 min 0.25 hr
16 min 0.27 hr
17 min 0.28 hr
18 min 0.30 hr
19 min 0.32 hr
Dəqiqə Saat
20 min 0.33 hr
21 min 0.35 hr
22 min 0.37 hr
23 min 0.38 hr
24 min 0.40 hr
25 min 0.42 hr
26 min 0.43 hr
27 min 0.45 hr
28 min 0.47 hr
29 min 0.48 hr
30 min 0.50 hr
31 min 0.52 hr
32 min 0.53 hr
33 min 0.55 hr
34 min 0.57 hr
35 min 0.58 hr
36 min 0.60 hr
37 min 0.62 hr
38 min 0.63 hr
39 min 0.65 hr
Dəqiqə Saat
40 min 0.67 hr
41 min 0.68 hr
42 min 0.70 hr
43 min 0.72 hr
44 min 0.73 hr
45 min 0.75 hr
46 min 0.77 hr
47 min 0.78 hr
48 min 0.80 hr
49 min 0.82 hr
50 min 0.83 hr
51 min 0.85 hr
52 min 0.87 hr
53 min 0.88 hr
54 min 0.90 hr
55 min 0.92 hr
56 min 0.93 hr
57 min 0.95 hr
58 min 0.97 hr
59 min 0.98 hr

Bu sayt sahibi Wight Hat Ltd. ©2003-2018 ilə qorunur.

Tam şərtlərimizə isə bura klikləməklə baxa bilərsiniz.

Bu saytda verilən metr kalkulyatorları və diaqramlarının dəqiqliyini təmin etmək üçün hər bir cəhd edildiyindən, biz hər hansı edilən səhvlərə görə zəmanət verə və ya məsuliyyət daşıya bilmərik. Əgər bu saytda səhv tapsanız, bu səhifənin yuxarısında olan əlaqə keçidindən istifadə etməklə, bunu bizə bildirsəniz sizə minnətdar olardıq və biz onu tez bir zamanda həll etməyə çalışacağıq.

bu səhifə sonuncu dəfə yeniləndi:: Baz 22 İyl 2018

Saat qurşaqlarının tapılması. Coğrafiyada saat məsələlərinin izahı.

Yer öz oxu ətrafında tam bir dövrünü 24 saata, daha dəqiq 23 saat 56 dəqiqə 4 saniyəyə tamamlayır. Belə tam dövretmə sutka adlanır.

Yer öz oxu ətrafında 24 saatda tam, yəni 360° dövr edirsə deməli 1 saatda 15° dövr edər. (360°:24=15°)

1 saatda, yəni 60 dəqiqədə 15° dövr etdiyinə görə isə 4 dəqiqədə 1° dövr etdiyi məlum olur.

Yer kürəsi 24 saatda tam bir dövr etdiyinə və saatda 15° yol qət etdiyinə görə 24 saat qurşağına bölünür (360°­:15=24).

Verilmiş saat qurşağının orta meridianını tapmaq üçün aşağıdaki üsullardan istifadə edilir:

Əgər qurşaq 12-dən kiçikdirsə, yəni I-XI saat qurşaqlarından hər hansı biridirsə o zaman verilmiş qurşağın qiyməti 15°-ə vurulur. Alınan coğrafi uzunluq şərq uzunluğunda(ş.u) yerləşir.

Qurşaq 12-dən böyük olduqda isə, yəni XIII-XXIII saat qurşaqlarından hər hansı biri olduqda əvvəlcə 24-dən verilmiş qurşağın qiyməti çıxılır sonra 15°-ə vurulur. Alınan coğrafi uzunluq qərb uzunluğunda(q.u) yerləşir.

Verilmiş saat qurşağının kənar meridianlarını tapmaq üçün isə əvvəlcə yuxarıdakı qayda ilə orta meridianın qiymətini tapıb üzərinə 7,5°-ə əlavə edib və çıxırıq.

VII saat qurşağının kənar meridianlarını tapın.

(* I-XI saat qurşaqları şərq uzunluğunda yerləşir)

Kənar meridianları tapaq: 105°-7.5=97.5°ş.u və 105°+7.5°=112.5°ş.u

XVI saat qurşağının kənar meridianlarını tapın.

Qurşaq 12-dən böyük olduğuna görə əvvəlcə 24-dən çıxılır: 24-16=8

(XIII-XXIII saat qurşaqları qərb uzunluğunda yerləşir)

Kənar meridianlarl tapaq: 120°-7.5°=112.5°q.u və 120°+7.5°=127.5°q.u

Verilmiş kordinata görə saat qurşağını tapmaq üçün isə aşağıdakı üsullardan istifadə edilir.

Əvvəlcə nöqtənin koordinatının şərq yoxsa qərb uzunluğunda olduğuna baxılır.

Əgər nöqtə şərq uzunluğunda yerləşirsə onda nöqtənin yerləşdiyi uzunluğu 15°-yə bölmək, qərb uzunluğunda yerləşdikdə isə nöqtənin yerləşdiyi uzunluğu 15°-yə bölüb sonra alınan nəticəni 24-dən çıxmaq lazımdır. Bölmə zamanı qalıq 7.5-dən kiçik olarsa tamda alınan cavab axtardığımız saat qurşağıdır. Əgər qalıq 7.5-dən böyükdürsə tamda alınan cavaba 1 əlavə edirik.

82° şərq uzunluğunda yerləşəm A və 82° qərb uzunluğunda yerləşən B nöqtəsi hansı saat qurşağında yerləşirlər?

  1. a) A nöqtəsi şərq uzunluğunda olduğundan 15°-yə bölürük: 82°:15°=5 (qalıq: 7)

Qalıq 7.5-dən kiçik olduğuna görə A nöqtəsi V saat qurşağında yerləşir

  1. b) B nöqtəsi qərb uzunluğunda olduğundan 15°-yə bölüb nəticəni 24-dən çıxırıq:

B nöqtəsi XIX saat qurşağında yerləşir.

83° şərq uzunluğunda yerləşən K və 83° qərb uzunluğunda yerləşən L nöqtəsi hansı saat qurşağında yerləşirlər?

  1. a) K nöqtəsi şərq uzunluğunda olduğundan 15°-yə bölürük: 83°:15°=5 (qalıq 8)

Qalıq 7.5-dən böyük olduğuna görə tamda alınan cavaba 1 əlavə edirik: 5+1=6

K nöqtəsi VI saat qurşağında yerləşir.

  1. b) L nöqtəsi qərb uzunluğunda olduğundan 15°-yə bölüb nəticəni 24-dən çıxırıq:

Qalıq 7.5-dən böyük olduğuna görə tamda alınan cavaba 1 əlavə edirik: 5+1=6

Sonra 24-dən çıxırıq: 24-6=18

L nöqtəsi XVIII saat qurşağında yerləşir.

Comments are closed, but trackbacks and pingbacks are open.