Press "Enter" to skip to content

Elektron dərs icmalı

M.- İndi isə hər qrupdan bir nümayəndə növbə ilə verilən tapşırığın cavabını, onu necə həll etdiklərini sinfə təqdim etsinlər.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Dərs icmalı nümunəsi (Məzmun üzrə iş)

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

Təsdiq edirəm: metodist, dos. F. Yusifov
21 fevral 2020-ci il

ADPU-nun filologiya fakültəsi əyani şöbəsinin IV kurs 402-ci qrup tələbəsi Əliyeva Günayın Xətayi rayonu

A. Məhərrəmov adına 95 № li tam orta məktəbin V a sinfində 21 fevral 2020- ci ildə ədəbiyyat fənnindən keçəcəyi sınaq dərsinin

növbəti səhifədən
Mövzu : A. Səhhətin “Vətən” şeirinin məzmunu
Standartlar : 1.1.1; 1.1.2; 1.1.3; 2.1.2; 3.1.2.
Inteqrasiya : Tarix, 0.0.0.
Texnikalar : klaster, beyin həmləsi, müzakirə
İ ş forması : böyük və kiçik qrupda iş

Resurslar (təchizat): Yutubdan “Qarabağ bülbülləri” filmindən parça, musiqi.

Dərsin təlim nəticələri :

1.Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə etməklə aydınlaşdırır(1.1.1.);
2.Şeiri məzmununa uyğun ifadəli oxuyur(1.1.2.);
3.Şeiri hissələrə ayırır, məzmununu müxtəlif formalarda (yığcam, geniş) nağıl edir(1.1.3.);
4.Şeirlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir(2.1.2);
5.Şeirlə bağlı fikirlərinin məntiqi ardıcıllıqla şərh edir (3.1.2.)

(Qeyd: Neçə alt-standart varsa, bir o qədər də təlim nəticəsi göstərilməlidir. Yuxarda 5 alt standart verildiyi üçün biz də o qədər təlim nəticəsi göstəririk).

növbəti səhifədən
Dərsin mərhələlərinə görə təxmini vaxt bölgüsü:

1. Sinfi təşkili və ev tapşırıqlarının yoxlanması. 5 dəq.
2. Motivasiya. 3 dəq.
3. Tədqiqatın aparılması. 10 dəq.
4. Məlumat mübadiləsi. 10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili. 5 dəq.
6. Nəticənin çıxarılması. 3 dəq.
7. Yaradıcı tətbiqetmə. 6 dəq.
8. Qiymətləndirmə və ev tapşırığının verilməsi. 3 dəq.

Cəmi: 45 dəq.

növbəti səhifədən
Dərsin gedişi:
1. Sinfin təşkili və ev tapşırıqlarının yoxlanması

Sinfə daxil oluram, şagirdlərlə salamlaşdıqdan sonra davamiyyəti soruşur, lövhənin təmizliyinə, silginin yerində olmasına diqqət yetirir və evə verilən tapşırığı soruşuram.

Bir neçə tapşırığı yoxladıqdan sonra yeni dərsə başlayıram.

2. Motivasiya
M. Uşaqlar, indi Sizə bir klip təqdim edəcəyəm. Onun sözlərinə diqqət yetirməyinizi xahiş edirəm. (Hamını səssizcə həmin klipi dinləməyə dəvət edirəm. ). Görüntü tamamlanan kimi soruşuram:
Ş. – . (cavabı yazırsınız)
M. – Klip (video material) xoşunuza gəldimi?
Ş.- . (cavabı yazırsınız)
M. – Ən çox nəyi bəyəndiniz?
Ş. – . (cavabı yazırsınız)
M.- – Klip nə barədə idi?
Ş. – . (cavabı yazırsınız)
M. – Necə bilirsiniz, bu gün biz nə barədə dərs keçəcəyik?
Ş. – . (bir-iki şagirdin fikiri dinlənilir)
M. – Doğru buyurdunuz. Gəlin mövzumuzu qeyd edək: A. Səhhət “Vətən” şeiri (Məzmunu üzərində iş).
Tədqiqat sualları:
– Şeirdə vətənlə bağlı nə kimi fikirlər söylənilə bilər? (Şagirdlərin ilkin fərziyyələrin alır və lövhəyə qeyd edirəm).
– Şeiri ifadəli oxumaq, məzmununu şərh etmək üçün hansı işləri görmək olar? (Bu sualın cavabını isə dərs prosesində tapa biləcəyik xəbərdarlığını verirəm).

3.Tədqiqatın aparılması

M. – Söylədikləriniz fikirlərin təsdiqi üçün araşdırma aparmağa başlayaq. Gəlin əvvəlcə şeiri dinləyək (Müəllim şeiri ifadəli şəkildə oxuyaraq sinfə təqdim edir). Şeirdən alınan təəssüratı ortaya çıxaran və onun məzmunun açılmasına xidmət edən kiçik müsahibə təşkil olunur.
M. – İndi Sizə qrup tapşırıqları veriləcək. Tapşırığın icrası üçün sizə 10 dəqiqə vaxt ayrılır. Cavablarınızı komanda şəklində hazırlamağı unutmayın.
Tapşırıqlar:
1-ci qrup: Şeirdəki çətin söz və ifadələrin məzmununu lüğət vasitəsi ilə aydınlaşdırın. Şeiri ifadəli oxuya hazırlayın.
2-ci qrup: Şeiri ifadəli oxu üçün hazırlayın və oxuyun
3-cü qrup: Şeirdəki təsvir və ifadə vasitələrini müəyyən edin, nağıletməni hazırlayın və yerinə yetirin
4-cü qrup: Şeirdən aldığınız təəssüratı qeyd edin.
5-ci qrup: Şeirdə ifadə olunan fikri ardıcıllıqla qeyd edin.

4. Məlumat mübadiləsi:

M.- İndi isə hər qrupdan bir nümayəndə növbə ilə verilən tapşırığın cavabını, onu necə həll etdiklərini sinfə təqdim etsinlər.

M.- Unutmayın, qrup təqdimatına 2 dəqiqə vaxt ayrılır. Əgər təqdimatçının izahatında Sizə aydın olmayan məsələlər olarsa, ona sual verə bilərsiniz.

M. – Buyurun. Birinci qrupun nümayəndəsi gəlsin.

5. Məlumatın müzakirəsi və təşkili:
Məlumat mübadiləsi tamamlandıqdan sonra sinfə müraciət edirəm.
M.- Uşaqlar, gəlin birlikdə təqdimatlarda əksini tapan məlumatlara nəzər salaraq onları ümumiləşdirməyə, sistemə salmağa çalışaq. Bunun üçün Sizə bir neçə sual verəcəyəm.
Müzakirə üçün suallar:
M. – Şeir nə barədə idi?
Ş.- .
M. – Şeirin ifadəli oxusu nə zaman uğurlu alındı?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Hansı söz və ifadələri məzmunu mənimsəməyə əngəllər yaradırdı?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M.- Yoldaşlarınızın ifadəli oxusu sizi qane etdimi?
Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Biz şeirin məzmunu barədə hansı bilikləri əldə etdik.

Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
M. – Müzakirəni necə ümumiləşdirə bilərik.

Ş. – . (şagirdlərin əsaslandırılmış fikri alınır)
6. Nəticənin çıxarılması:

M. – Uşaqlar, indi isə ümumiləşmiş bu fikirləriniz ilə tədqiqat sualı zamanı irəli sürdüyünüz fərziyyələri tutuşdurmağa başlayaq.

Elektron dərs icmalı

Dərsin tipi: Ümumiləşdirici
İş forması: Bütün siniflə, kiçik qruplarla iş
İş üsulu: Əqli hücum, müzakirə
İnteqrasiya: Fənddaxili, Riyaziyyat, Həyat BİLGİSİ 3.2.2.

D ərslik, şəkillər, kompyuter, proyektor

Foto şəkillər

Ayr ı, ayrı oynaqların mütəhərrikliyinin inkişafına yönəldilmiş hərəkətlər.

Müəyyən vəziyyətin saxlanılması üçün istifadə edilən statistik hərəkətlər.

Qeyri fəal əyilmələr, dartınmalar.

Ətrafin geniş amplitudalı yellətmə hərəkətləri.

https://www.google.ru/search?q=hereketli+şəkillər

Şagirdlərə şəkil nümayiş etdirib, sual verirəm;

Təqdiqat sualı:

Bədənin əyilmə qabliyyətini inkişaf etdirən hansı idman növləri var?

Bədənin əyilmə qabliyyətinin inkişaf etdirilməsi üçün hansı hərəkətləri etmək lazımdır?

Tədqiqatin aparilmasi,

Şagirdləri 4 qrupa bölürəm. Onları «Şahin», «Mübariz», «Qarabağ» və «Qələbə» adları ilə adlandırıram. Qruplara iş vərəqlərini paylayıram.

İnformassiya mübadiləsi:

Qruplar işləri təqdim olunur və qruplar arasında məlumat mübadiləsi baş verir.

Məlumat müzakirəsi və təqdimatı

Qrup üzvlərinə müxtəlif yönləndirici suallar verirəm.

-Siz səhər yuxudan ayılanda hansı idman növlərini yerinə yetirirsiz?

-İnsanın sağlam olmasında idmanın rolu nədir?

-Xəsarət alan yoldaşınıza ilk tibbi yardım göstərmisinizmi və ya necə yardım etmisiz?

Məlum olur ki, idman gimnastikası, bədii gimnastika, akrobatika və bir çox idman növləri bədənin əyilmə qabliyyətini inkişaf etdirir.

Bədənin əyilmə qabliyyətinin inkişaf etdirilməsi üçün yuxarı, aşağı, ətraf əzələləri hərəkət etdirən hərəkətlər yerinə yetirmək lazımdır.

Yaradıcı-tətbiqetmə:

Gimnastika skamyasında müxtəlif hərəkətləri yerinə yetirin..

EV TAPŞIRIĞI

Beynəlxalq gimnastikaya daxil olan əsas gimnastika, idman gimnastikası, bədii gimnastika , airobika və atrobatikaya aid internetdən məlumat axtarın. Azərbaycan Respublikasının çempionlarının adlarını qeyd edin.

Q İ Y M Ə T L Ə N D İ R M Ə:

Q R U P L A R

M E Y A R L A R

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir.

İ lk tibbi yardım göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.