Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər – DƏQİQ İNFOQRAFİKA
Ali və orta ixtisas təhsili
40 illik iş münasibətimi nə vaxt başa vuracağımı necə bilə bilərəm?
Normativ-hüquqi aktlar:
- KADR UÇOTU
- İŞƏ GƏBUL
- Əmək müqaviləsi
- Əmək müqaviləsinin müddəti
- Tələb olunan sənədlər
- Sınaq müddəti
- Mülki-hüquq müqaviləsi
- Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə gəbulu
- Əlil işçinin işə gəbulu
- Maddi məsuliyyət
- İş vaxtı
- Qısaldılmış iş vaxtı
- Natamam iş vaxtı
- Əlavə iş vaxtı
- İş vaxtının rejimi
- Növbəli iş rejimi
- İstehsalat təqvimi
- Əmək haqqı
- Əməyin ödənilməsi sistemləri
- Əməyin ödənilməsi sistemləri
- Vaxtamuzd ödənilmə sistemi
- İşəmuzd ödənilmə sistemi
- Digər ödənilmə sistemləri
- İş vaxtından artıq vaxtda görülən işə görə əlavə haqqın ödənilməsi
- Gecə vaxtı işə görə əlavə haqqın ödənilməsi
- Çoxnövbəli iş rejimində axşam və gecə növbəsində işə görə əlavə haqqın ödənilməsi
- Bayram günləri işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi
- Əvəz etmə ilə əlaqədar əmək haqqı hesablanması
- Xüsusi hallarda əməyin ödənilməsi
- Əvəzçilik üzrə işləyərkən əməyin ödənilməsi
- Əmək şəraiti ağır və zərərli olan və iqlim şəraiti əlverişli olmayan işlərdə əməyin ödənilməsi
- Müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirərkən əməyin ödənilməsi
- Boşdayanma vaxtı əməyin ödənilməsi
- Hazırlanan məhsul zay olduqda əməyin ödənilməsi
- Məcburi işburaxma dövrü əməyin ödənilməsi
- Digər hallar
- Əmək qabuliyyətinin müvəqqəti itirilməsinə görə müavinət
- Hamiləliyə və doğuma görə müavinət
- Uşağın anadan olmasına görə müavinət
- Uşağa qulluğa görə müavinət
- Dəfn üçün müavinət
- Sosial müavinətlər
- Məzuniyyətlərin növləri və sənədləşdirilməsi
- Əmək məzuniyyəti
- Əmək məzuniyyəti
- Əmək məzuniyyətinin müddəti
- Uzadılmış əmək məzuniyyətləri
- Məzuniyyət haqqının hesablanması və ödənilməsi
- Əlavə məzuniyyətin verilməsi
- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət
- Əmək stajına görə əlavə məzuniyyət
- Uşaqlı qadınların əlavə məzuniyyətləri
- Ezamiyyətlər
- Ezamiyyət
- Ezamiyyətin sənədləşdirilməsi
- Təhtəlhesab şəxslər
- Təsərrüfat xərcləri
- Nümayəndəlik xərcləri
- Başqa işə keçirmə
- İşçinin işdən kənar edilməsi
- Əmək müqaviləsinə xitam verilmə
- İşçinin təşəbbüsü ilə işdən azad edilmə
- İşəgötürənin təşəbbüsü ilə işdən azad edilmə
- İşəgötürənin təşəbbüsü ilə işdən azad edilmə əsasları
- Müəssisənin ləğv edilməsi.
- İşçilərin sayı və ya ştatları ixtisar edilməsi.
- İşçinin tutduğu vəzifəyə uyğun gəlməməsi.
- İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi.
- İşçi əmək vəzifələrini kobud şəkildə pozması.
- Sınaq müddəti ərzində işçi özünü doğrultmaması.
- Əmək və icra intizamı
- Əmək və icra intizamının təşkili
- Əmək və icra intizamına nəzarət
- Struktur bölmənin əsasnaməsi
- Vəzifə təlimatları
- İntizam tənbehi
MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.
Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı
Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər – DƏQİQ İNFOQRAFİKA
Uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-də əyani formada davam edəcək. Bu qərar noyabrın 2-nə qədər qüvvədə olacaq, sonrakı mərhələdə respublikadakı epidemioloji vəziyyət nəzərə alınaraq qərar veriləcək.
Məktəbəqədər təhsil və icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyətinin təşkili
Məktəbəqədər qruplarda təhsil oktyabrın 1-dən həftədə iki dəfə olmaqla əyani aparılacaq. Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.
Ümumi təhsil
İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.
5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.
Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.
Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.
Xüsusi və internat tipli təhsil müəssisələri
Xüsusi tipli təhsil müəssisələrinin və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yerləşdiyi internat məktəblərinin fəaliyyəti sentyabrın 15-dən mərhələlərlə əyani formada bərpa ediləcək.
Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.
Peşə təhsili
Sentyabrın 15-dən etibarən peşə məktəblərinin şagirdləri üçün dərslər distant formatda başlayacaq. Oktyabrın 1-dən etibarən qısa müddətli kurslar və praktik məşğələlərin tədrisinin əyani formada təşkili planlaşdırılır.
Oktyabrın 15-dən etibarən epidemioloji vəziyyətdən asılı olaraq qrupların sayı artırıla bilər.
Ali və orta ixtisas təhsili
Ali təhsil müəssisələrinin tələbələri sentyabrın 15-dən onlayn formatda distant təhsilə başlayacaq.
Eyni zamanda, oktyabrın 1-dən etibarən birinci kurs tələbələri üçün növbəli əsasda sənəd qəbulu və ali təhsil müəssisələri ilə tanışlıq sessiyaları təşkil ediləcək. Digər tələbələr isə təhsilə distant formada davam edəcək.
15 oktyabrdan müvafiq ixtisaslar üzrə razılaşdırılmaqla qismən əyani təhsil təşkil ediləcək. Digər bütün tələbələr distant formada tədrisə davam edəcək.
Bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar respublikadakı epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.
2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 2022-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
Yeni il bayramı;
Ümumxalq Hüzn günü;
20, 21, 22, 23, 24 mart
Faşizm üzərində Qələbə günü;
Azərbaycan xalqının Milli Qurtuluş günü;
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
2022-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.
2022-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2022-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 104 istirahət günü (onlardan 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2022-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1921 saatdır.
Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2022-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1921 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında da yerləşdirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.