Pulsuz paylanmalı olan 5-ci sinif Rus dili kitabı satışda – ARAŞDIRMA
– Xanım, əgər ikinci əcnəbi dil kimi dərs keçirilirsə, bu, könüllüdür. Yəni ala da bilərsiniz, almaya da.
İbtidai sinif testləri
ibtidai sinif testləri, Online testler , Ödənişsiz Online testler.
Bu Blogda Ara
Online test 5. Azərbaycan dili 4-cü sinif
4-cü sinif Azərbaycan dili
Mövzu: HECA
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Etiketler
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Yorumlar
BS DE NECE KUPA OLANLAR YAZSİN MEN 16765 KUPAYAM 46 KARAKTERİM VAR
Yanıtla Sil
test açılmır pis yorum Yanıtla Sil
pubg mobile oynamaq lap yaxşıdır oğlanlar siznənəm
Yanıtla Sil
eşşək test açılmır Yanıtla Sil
pubg mobilede 200 səviyyəyəm Yanıtla Sil
Yorum Gönder
Bu blogdaki popüler yayınlar
4-cü sinif testi. Azərbaycan dili Online test 8
Online test 8 Azərbaycan dili 4-cü sinif Mövzu : Omonimlər, sinonimlər antonimlər.
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Azərbaycan dili 2-ci sinif online test
Online test Azərbaycan dili Sinif : 2 Mövzu: Səslər, heca, sözün sətirdən – sətrə keçirilməsi
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
2-ci sinif Azərbaycan dili
Online test İl ərzində keçilənlərin təkrarı İl ərzində keçilən bütün qaydaları əhatə edən ödənişsiz online test .
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
Pulsuz paylanmalı olan 5-ci sinif “Rus dili” kitabı satışda – ARAŞDIRMA
Hər il olduğu kimi bu il də sentyabr ayının 15-də dərslər başlandı. Şagirdlər Bilik Gününü qeyd etdilər. Valideynlərin sevinci hədd tanımadı. Əsasən də övladları birinci sinfə gedənlərin. Elə bilirdilər ki, elə beləcə də davam edəcək: az qayğılı, hər şey asan, rahat, xərcsiz-filansız.
Amma böyük siniflərdə oxuyanların valideynlərinin üzündəki həyəcanı hiss etməmək mümkün deyildi. Necə olmasa, uşaqları böyümüşdü, Bu isə o demək idi ki, məktəb xərcləri də “böyüyüb”. Daha doğrusu, artıb: məktəbli forması, çanta, dəftər-kitab bir tərəfə, indi onlara fərdi müəllimlər, eyni zamanda da məktəbə gedib vaxtını boş “keçirməməkdən” ötəri direktoru “görmək” lazım gələcək. Bəli, bəli, ilk dəfə eşidirmiş kimi göz bəbəkləriniz heç də genəlməsin. İndiki zəmanənin sonuncu sinif buraxılışları məktəbdə vaxtını “boş yerə xərcləmək” niyyətində deyil. Bunun çox asan yolu var: direktorlarla “dil tapıb”, uşağını məktəbə deyil, fərdi müəllimlərin yanına yollayırsan ki, sonda onun ali məktəbə daxil olduğunu görəsən.
Bu, başqa mövzudur. Ötəri də olsa, yanaşdım.
İndi əsas mövzuya qayıdıram:
Əgər xatırlayırsınızsa, yeni dərs ili ərəfəsində Təhsil Nazirliyi bəyan etdi ki, məktəblər dərsliklərlə təmin edilib və orta məktəblər tədris prosesinə tam hazırdır. Amma görünür, çatışmazlıqlar hələ kifayət qədərdir. Məsələn, nazirliyin arxasına “Pulsuzdur” yazdırdığı dərsliklər açıq-aşikar satışdadır. Qəribədir ki, satılan dərsliklər tam originaldır. Söhbət konkret olaraq beşinci sinif Azərbaycan bölməsi üçün nəzərdə tutulmuş “Rus dili” (Russkiy yazık) kitabından gedir.
Deməli belə. Bütün dərsliklər paylanıldıqdan sonra məlum olur ki, valideyn “Rus dili” kitabını satışdan almalıdır. “Lənət sənə kor şeytan” deyibən üz tutulur kitab satışı olan mağazalara. 5 AZN verib kitabı alırsan, uşaq da sevinə-sevinə aparır məktəbə. Dərs zamanı məlum olur ki, bıyy, bu, o kitab deyilmiş ki! (guya heç kimin bundan xəbəri yox imiş kimi-K.A.)
Müəllim uşağın kitabını digər şagirdlərin kitabı ilə tutuşdurduqdan sonra deyir ki, kitab səhv alınıb. Baxmayaraq ki, üzü də, buraxılış ili də, hətta çap olunduğu məkan da (“Kövsər” nəşriyyat evi) eynidir. Sadəcə olaraq, alınan kitabın arxasına nə “Pulsuzdur” sözü yazılıb, nə də qiymət.
Kitabı qaytarmaq valideynə nəsib olmur. Çünki it-bat olmasın deyə, əvvəlcədən kitaba həm üz taxılıb, həm də şagirdin ad-soyadı yazılıb. (baxmayaraq ki, bu kobud səhv birbaşa satıcıya aiddir, yəni vəzifə borcu olaraq bütün kitablar haqda məlumatlı olmalıdır və alıcıya məlumat verməlidir- K,A,)
Nə başınızı ağrıdım? Yenidən uşağın göstərişi ilə “Rus dili” kitabı alınır. Hansı ki, bu dəfəkinin arxasına “kişi-kişi” iri həriflərlə “PULSUZDUR” sözü yazılıb. Bununla belə, qiymət yapışdırılıb: 5 azn (bu arada, bir dərslik valideynə 10 azn-ə başa gəlir! –K.A.) Eynən məktəblərə dövlət tərəfindən paylanılan pulsuz kitablar kimi!
Bax belə, əziz OXUCUlar, buradan belə nəticəyə gəlmək olar ki, hansısa yolla nazirliyin məktəblərə payladıqları beşinci sinif “Rus dili” kitabı üzərində əməlli-başlı biznes qurulub. Kim tərəfindən, hansı işbaz tərəfindən, bunu araşdırmaqdan ötrü ilk əvvəl Təhsil Nazirliyinə məxsus QAYNAR XƏTTlə (146-K.A.) əlaqə saxladıq.
Özünü “Aytən” kimi təqdim edən xanımı sanki at qovurdu. Suallara qaçhaqovla cavab verirdi. Bir növ canını qurtarmağa çalışırdı.
Aytən xanımı hal-vəziyyətdən agah etdik. Ki, bu nə məsələdir? Beşinci sinif Azərbaycan bölməsi üçün dövlət “Rus dili” kitabı buraxıb, yoxsa valideyn bu kitabı almalıdır? Və satışda nə üşün iki cürə kitab var?
“Qaynar xətt”dən “unikal” cavab:
– Xanım, əgər ikinci əcnəbi dil kimi dərs keçirilirsə, bu, könüllüdür. Yəni ala da bilərsiniz, almaya da.
– Axı ilk dəfə aldığımız kitabı müəllim geri qaytarıb, ikincisi ilə üst-üstə düşməyib deyə. Bu isə o deməkdir ki, əməlli-başlı proqram üzrə dərs keçirilir. Yəni könüllü deyil. Tutalım, bir kitabdan dərs keçiriləcəyi nəzərdə tutulub, ikincisi səhvdirsə, nə üçün satışdan yığışdırılmır? Proqrama uyğun olmayan səhv buraxılmış kitab hələ də satışda var və satıcılar bu barədə valideynləri xəbərdar etmirlər.
– Bu, nazirlik deyil, bizlik deyil.
– Necə yəni? Bəs kimə müraciət edək?
Telefon üzümə qapanır.
P.S. Maraqlıdır, məktəblərə görəsən, hansı dövlət qurumu nəzarət edir ki? Bəlkə mən səhv edib Təhsil Nazirliyinin qaynar xətti ilə əlaqə saxlamışam? Bəlkə Səhiyyə Nazirliyinə və ya Nəqliyyat Nazirliyinə yığmalı idim?!
Buradan da belə nəticəyə gəlmək olar ki, “oyun”un içində Təhsil Nazirliyi də var. Yəni o da valideynlərə “kələk” gələn işbazlarla əlbirdir.
Yeri gəlmişkən, ikinci “PULSUZDUR” kitabını alan zaman satıcı ilə bir qədər söhbət əsnasında məlum oldu ki, əgər onların bu satışından xəbər tutulsa, özləri də “tutulacaq” və ya 3000 AZN-lik cərimə ilə canlarını qurtarmalı olacaqlar. Deməli, bu özbaşınalığa son qoymaq vəzifəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin öhdəsinə düşür.
P.P.S. Hadisə başıma gəlib desəm.
Hazırladı: Könül Aypara Qocayeva
Mediainfo.az
Comments are closed, but trackbacks and pingbacks are open.