Dəbiyyat müəllimi, sən bir günəşsən
“Çillələr” əfsanəsi (Nəqletmə xarakterli mətnlərdə hadisələri müəyyən etməklə onu hissələrə ayırma), “Qaranquş əfsanəsi” (Əsər üzərində iş),
5-ci sinif ədəbiyyat dərslik pdf
Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 256 elektron vəsait mövcuddur.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, ötən il ərzində Azərbaycan və rus bölmələri üzrə II, III, IX, X və XI siniflərə aid 19 dərslik elektron formatda hazırlanaraq portala yerləşdirilib. Bundan əlavə, hər iki bölmə üzrə 15-i II, 15-i III, 17-si IV və 31-i VIII sinif dərsliyi olmaqla ümumilikdə 78 dərslik yeniləri ilə əvəzlənib. Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb. Ötən tədris ilində portala 5, 6, 7, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi 5, 6 və 9-cu sinif, ədəbiyyat 6-cı sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib.
2019-cu ildə www.e-derslik.edu.az elektron dərslik portalına giriş sayı 2 704 838-ə, səhifələrə ümumi baxış sayı isə 21 790 608-ə çatıb. 2018-ci ildə isə bu göstəricilər müvafiq olaraq 1 697 572 və 12 452 046 olub.
Ötən il ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Qazaxıstan və Hollandiya olub.
Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif), Azərbaycan tarixi (5-ci sinif), ədəbiyyat (7-ci sinif), ədəbiyyat (5-ci sinif), ədəbiyyat (10-cu sinif), coğrafiya (6-cı sinif), fizika (7-ci sinif) və biologiya (7-ci sinif) olub.
İstifadəyə verildiyi 5 il ərzində portala 2 255 371 unikal istifadəçi tərəfindən 6 172 352 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 47 339 812 olub.
Ədəbiyyat müəllimi, sən bir günəşsən
Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.
Ədəbiyyat V-IX sinif, proqram materialları
- Получить ссылку
- Электронная почта
- Другие приложения
dos. Fəxrəddin Yusifov
Ədəbiyyat proqram materialları
V sinifdəki proqram materialları:
Şifahi xalq ədəbiyyatı inciləri:
“Ana maral” əfsanəsi,
“Xalq öz vətənini necə tapdı” (Şimali Amerika əfsanəsi),
“Yetim İbrahimin nağılı”,
“Üç qardaş” (özbək nağılı),
“Pəri bulağı”(əfsanə) (Qiymətləndirmə materialı).
Yurd sevgisi, ana məhəbbəti:
Ə. Cavadın “Azərbaycan! Azərbaycan!” şeiri,
Ə. Tudənin “Yaşayanlar görəcəkdir” şeiri,
H. Arifin “Analar” şeiri,
M. Rzaquluzadə “Ana ürəyi, dağ çiçəyi” (ixtisarla) (Qiymətləndirmə materialı).
Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər:
Ə. Əlibəylinin “İlan və Qurbağa” təmsili,
C. Londonun “Kiş haqqında hekayət” əsəri,
Hikmət Ziya “Hər kəsin yerişi var” (Qiymətləndirmə materialı).
Müharibə və insan taleyi:
X. Rzanın “Oğul həsrəti” şeiri,
E. Hüseynbəylinin “Firuzə qaşlı xəncər” hekayəsi,
B. Vahabzadə “Şəhidlər” (Qiymətləndirmə materialı).
Uşaq dünyası, uşaq taleyi:
Ə. Cəmilin “Can nənə, bir nağıl de!” şeiri,
M. Tvenin “Fərasətli oğlan” əsəri.
Əməyə məhəbbət, zəhmətə çağırış:
N. Gəncəvinin “Kərpickəsən kişinin dastanı” hekayəsi,
S. Rəhimovun “Qara torpaq və sarı qızıl” hekayəsi,
Z. Xəlil “Qabarlı əllər” (Qiymətləndirmə materialı)
Təbiətin gözəlliyi, təbiətə qayğı:
“A. Şaiqin “Köç”(ixtisarla),
F. Qoca “Şuşa”,
S. Vurğun “Ceyran” (Qiymətləndirmə materialı).
Sinifdənxaric oxu materialları
(Layihələr üçün tövsiyə olunan sinifdənxaric oxu materialları):
“Padşahla pinəçi”, “Loğmanla şəyirdi”, “Ağıllı uşaq” nağılları;
B. Vahabzadə “Şəhidlər”,
R. Behrudi “Yanvarın iyirmisində”;
Ə. Xaqani ” Ana”,
S. Əsəd “Ana səliqəsi”,
N. Həsənzadə “Ana”(ixtisarla),
M. Gülgün “Mənim anam”;
N. Gəncəvi “Oğlum Məhəmmədə nəsihət”,
A.A. Bakıxanov “Nəsihətlər”,
A. Şaiq “Sözün qiyməti”,
S. Rüstəm “Duz-çörək”;
Qabil “Vətən”,
Z. Yaqub “Azərbaycan bir nəğmədir”,
Səhənd “Araz”(Mənzumədən bir parça),
M. Araz “Xalqımın ürəyi”;
S.S. Axundov “Əhməd və Məleykə”,
H. Cavid “Qız məktəbində”,
B. Həsənov “Bulaq başında”(hekayə);
N. Gəncəvi “Payız yetişəndə”,
S. Vurğun “Dağlar”,
M. Rahim “Bahar gəlsin”,
H. Arif “İz açın, ay balalar”. [1]
V sinifdə variativ dərslikdə olan materiallar:
Oxu haqqında nə bilirik? Biz necə oxuyuruq?
H. Ziya “Birinci zəng”.
Oxunun təşkili yolları: Ə. Quluzadə “Alim və quldur”(ixtisarla).
Bədii əsərlərdə təsvir: S. Rəhimov “Usta-şagird” hekayəsi (Bədii əsərlərdə təsvirin müəyyən edilməsi).
I. Bədii əsərlərdə ideyanın müəyyən edilməsi:
B. Vahabzadə “Ağ saçlar” şeiri (Bədii əsərlərdə ideyanın müəyyən edilməsi),
G. Hüseynoğlu “Müəllimin arzusu” hekayəsi (Əsər üzərində iş),
N. Gəncəvi “İsgəndərin taxta çıxması” (Əsər üzərində iş),
S. Rüstəm “Azərbaycana gəlsin” şeiri (Əsər üzərində iş), ”
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?”(C. Cabbarlı) mövzusunda essenin yazılması.
II. Bədii əsərlərdə fikrin obrazlı ifadəsi:
S. Vurğun “Azərbaycan” şeiri (Bədii təsvir vasitələri, məcazlar),
M. Prişvin “Tala” hekayəsi (Bənzətmə və epitetin müəyyən edilməsi),
Ə. Kürçaylı “Bakı” şeiri (Hislərin təsviri),
İbrətamiz hekayələr (Təsviri mətndəki dəqiqləşdirici faktlar),
“Allaha şükür edən şikəst” (Əsər üzərində iş),
Z. Yaqub “Qara xəbərin acısı” şeiri (Müstəqil iş),
“Qışda şəhərimiz (kəndimiz, qəsəbəmiz)” mövzusunda esse.
Essedə təsvir vasitələri, Esse üzərində iş,
III. Bədii əsərin hissələri:
E. Zeynalov “Oğru” hekayəsi (Bədii mətnin hissələrinin müəyyən edilməsi),
S. Əhmədli “Şəhidlər xiyabanı” hekayəsi (Əsər üzərində iş),
S. Əhmədli “İşığı söndürmə” hekayəsi (Əsər üzərində iş),
Essenin hissələrinin yaradılması, Esse üzərində iş: yazılmış essenin yoxlanılması.
Bədii əsərlərdə nəqletmə:
İ. Şıxlı “Sənə aslanım deyən” hekayəsi (Bədii əsərlərdə nəqletmə),
M. Çəmənli “İgid Mübariz” (Mətnin oxusu. Proqnozlaşdırma).
I. Bədii əsərlərdə obrazlar:
M. Çəmənli “İgid Mübariz” (Əsərdə obrazın başlıca xüsusiyyətləri),
“Mərd və Namərdin nağılı”(Əsərdəki obrazların xüsusiyyətlərinin müqayisəsi),
T. Elçin “Qarğanın məktəbi”,
Ə. Əhmədova “Ana laylası” ( Ayrı-ayrı əsərlərdəki əsas obrazların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi),
Nəqletmə xarakterli essedə obrazın yaradılması.
II. Nəqletmə xarakterli əsərin quruluşu:
Ə. Cəfərzadə “İki ana” hekayəsi (Nəqli xarakterli mətndə hadisələr və onların ardıcıllığı),
S. Şirazi “Ana ürəyi” hekayəsi (Əsər üzərində iş),
Nəqletmə xarakterli essedə hadisələrin ardıcıllığı,
“Çillələr” əfsanəsi (Nəqletmə xarakterli mətnlərdə hadisələri müəyyən etməklə onu hissələrə ayırma), “Qaranquş əfsanəsi” (Əsər üzərində iş),
Cəsarət tələb edən əhvalatla bağlı nəqletmə xarakterli esse (Essenin hissələri),
“Şir və Tülkü” nağılı (Nəqletmə xarakterli mətnin elementləri),
R. Əfəndiyev “Uşaq və qarışqa”, “Ayı və qarışqa”(Nağıl) (Nəqletmə xarakterli mətnlər arasında oxşar cəhətlərin müəyyən edilməsi), Nəqletmə xarakterli essenin elementləri,
F. Tanrılı. “Mən Azərbaycanlıyam” hekayəsi (Əsərin nəql edilməsi),
Əsərin ümumiləşdirilməsi və nəticənin çıxarılması,
Nəqletmə xarakterli essenin yazılması,
İnşa yazının təşkili, Yazının planlaşdırılması və qeydlərin götürülməsi, İlkin nümunənin hazırlanması, Yazının şagirdlər tərəfindən yoxlanması,
Z. Yaqub “Bir dahi doğulub gəldi dünyaya” şeiri (Ümumiləşdirici dərs),
Layihə: Məmməd Namaz “Vətəni çiçəkləndirmək lazımdır!”,
Tofiq Bayram. “Alqış deyim”.
Sinifdənxaric oxu materialları:
“Darıxır”, “Yaxşılığa yamanlıq” (Tofiq Mütəllibov),
Laylalar, “Payız mənzərəsi” (Mirmehdi Seyidzadə),
“Ən qiymətli mükafat”,
“Xan çinarın bir yarpağı”(Mikayıl Rzaquluzadə),
“Həzrəti İsmayıl”( Natiq Rəhimov),
“Elegiya” (Leyla İlham qızı Əliyeva),
“Azərbaycan bayrağına” (Cəfər Cabbarlı ),
“Həmrəylik bayramın mübarək olsun”(Mirəli Vəkiloğlu),
“Bizi Vətən çağırır!” (Məmməd Araz),
“Azərbaycan cavanları”, “El Çələngi”.
“Qisas” (İbrahim Təlbəyəğli (Vahabov),
“Xocalı”( Oqtay Rza),
“Bərk ayaqda” (ixtisarla) (Gülhüseyn Hüseynoğlu),
“Ana məhəbbəti”( Mobil Quluzadə),
“Novruz bayramı” (Aşıq Şəmşir),
“Bizim planet” (Əliağa Kürçaylı),
“Qarabağdan əlini çək” (Oqtay Rza),
“Ana dilim” (Mir Sabir),
“Şuşa”(İxtisarla)( Rəsul Rza),
“Kiçik qəhrəman” (Abdulla Şaiq),
“Müəllim” (İslam Səfərli),
“Elm haqqında” (Marağalı Əvhədi),
“Loğman” (Azərbaycan xalq nağılı),
“Dəvənin balasıyla söhbəti” (Hikmət Ziya),
“Ən gözəl” (Tofiq Bayram). [2]
VI sinifdə “Ədəbiyyat” dərsliyindəki əsərlər:
Rəşid bəy Əfəndiyev “Elm tükənməz xəzinədir”, “Şah Abbas və iki vəzir”(İndiyə qədər hansı oxu bacarıqlarına yiyələnmişik?) Oxu və yazı prosesi),
Yusif Balasaqunlu “Qutadqu bilik – səadət gətirən elm”(Oxu prosesi), Yazı prosesi.
Bədii əsərlərdə təsvir:
Mikayıl Quluzadə “Vurğun baxışlarla” (“Gözəlliyin keşiyində” əsərindən) (Bədii əsərlərdə təsvirin müəyyən edilməsi),
Bəxtiyar Vahabzadə “Qocalar”. (Bədii əsərlərdə insanın təsviri. İctimai varlıq kimi), İnsanın təsviri( İctimai varlıq kimi),
Mirvarid Dilbazi “Müəllimim” (Bədii əsərlərdə insanın təsviri. Xarici görkəmi),
Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan Albaş” (İnsanın təsviri),
Abdulla Şaiq “Köç” hekayəsindən “Kərim baba” və “Ayrım qızı” parçaları (Biz nə öyrəndik?),
Əliağa Kürçaylı “Vətən” (Bədii əsərlərin ideyasının müəyyən edilməsi),
Məmməd Araz “Azərbaycan – dünyam mənim” (Bədii əsərlərdə təsvir və ifadə vasitələri),
Hikmət Ziya “Qarabağda” (Bədii əsərlərdə təsvir vasitələrinin əlaqələndirilməsi),
Aleksandr Düma “Qafqaz səfəri: Bakı” (Təsviri xarakterli bədii əsərlərin quruluşu: əsərin hissələrinin müəyyən edilməsi),
Xəlil Rza Ulutürk “Gerbimiz – qəlbimiz” (Biz nə öyrəndik?),
Yazaq, yaradaq: yazıya hazırlıq, yazı, qarşılıqlı yoxlama, təqdimat.
Yazıdan əvvəl, yazı prosesi,
Yazılmış təsviri mətnin yoxlanması, təqdimatı.
Bədii əsərlərdə nəqletmə: “Kimdir əlil” Kamal Turan.
“Üç nəfərin imtahanı”(Bədii əsərlərdə nəqletmə),
Məmməd Namaz “Hamının günəşi” (Nəqli mətnin oxusunun təşkili: proqnozlaşdırma),
“Ağıllı uşaq” (Azərbaycan xalq nağılı) (Nəqli mətnlərdə obrazlar və onların başlıca xüsusiyyətləri), Nəriman Süleymanov “Birinci cığır” (Əsərdəki obrazların başlıca xüsusiyyətləri baxımından müqayisəsi),
Nizami Gəncəvi “Yaralı bir uşağın dastanı”,
Mirmehdi Seyidzadə “Əqrəb və Çanaqlı bağa” (Təsviri və nəqli xarakterli əsərlərdə obrazların təqdim edilməsində oxşar və fərqli cəhətlərin qarşılaşdırılması),
Sabir Əhmədli “Dərs” (Nəqletmə xarakterli əsərlərin quruluşu: mətnin hissələri. Nəqletmə xarakterli əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi),
“Xan sarayı” əfsanəsi ( Nəqletmə xarakterli əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi),
Mir Cəlal “Dərsimi yaz” və Zahid Xəlil “Zeynalabdin” (Nəqletmə xarakterli əsərlərin elementlərinin müəyyən edilməsi),
İvan Krılov “Ağac” (Nəqletmə xarakterli əsərlərin nağıl edilməsi, nəticələrin çıxarılması),
“Çahargah əfsanəsi” (Müstəqil iş), “İsgəndər quş dili öyrənir” (Biz nə öyrəndik?), Nəqli essenin yazısına hazırlıq: mətnin elementlərinin yaradılması, Nəqli essenin təşkili.
Bədii əsərlərdə təsvir-nəqletmə:
Əli Səmədli “Qanlı bənövşə” (Bədii əsərlərdə təsvir və nəqletmə),
Cabir Novruz “Mən bizim anaları Günəşlə tən tuturam”,
“Ana rəhmi” əfsanəsi (Təsviri və nəqletmə xarakterli bədii nümunələrin oxşar və fərqli cəhətləri), “Koroğlu” dastanından “Düratın itməyi” qolu (Təsviri-nəqli bədii nümunələrdə təsvirilik və nəqletmə xüsusiyyətləri),
İlyas Əfəndiyev “Zəmidə bir turac səslənirdi” (Biz nə öyrəndik?),
“Kitabi-Dədə Qorqud”. “Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli bədii nümunənin təhlili üzrə iş),
“Kitabi-Dədə Qorqud”. “Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli əsərin ideyasının müəyyən edilməsi),
“Kitabi-Dədə Qorqud”. “Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli əsərdə obrazlar üzrə iş),
“Kitabi-Dədə Qorqud”. “Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli əsərdə bədii təsvir və bədii ifadə vasitələri),
“Kitabi-Dədə Qorqud”. “Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli əsərin hissələri: hadisələrin ardıcıllığı və süjet), “Kitabi-Dədə Qorqud”.
“Basatın Təpəgözü öldürdüyü boy” (Təsviri-nəqli xarakterli əsərin elementləri və nəqletmənin təşkili),
Layihə:
Sevinc Nuruqızı “Ağabəyim ağa”,
Mirzə İbrahimov “Bağban Rövşən”,
Əli Vəliyev “Nənənin söhbəti”,
Hüseyn Abbaszadə “Barıt iyi”,
Əkbər Qocayev “Tanrının ərməğanı”.
Sinifdənxaric oxu materialları:
Aşıq Ələsgər “Gərəkdi”,
Mustafa Çəmənli “Qurban bayramı”,
Nizami Gəncəvi “Ovçu ilə itin və tülkünün hekayəti”, “Tülkü ilə Qurd” (Təmsil),
“İki qardaş” nağılı.
VII sinifdə “Ədəbiyyat” dərsliyindəki əsərlər:
Şifahi xalq ədəbiyyatından seçmələr:
“Dərzi şagirdi Əhməd” (nağıl), ”
Durna teli”(“Koroğlu” dastanından),
İnşa yazıya hazırlıq, İnşa yazının aparılması, ”
Xəzinəqaya əfsanəsi” (Tətbiq və ümumiləşdirmə),
“Arıların qəzəbi” (Qiymətləndirmə materialı)
Vətən sevgisi, qəhrəmanlıq səhifələri:
S. Vurğun “Azərbaycan”,
M. Hüseyn “Odlu qılınc”,
M. İbrahimov “Azad”,
B. Vahabzadə “Vətəndaş”,
Z. Xəlil “Sonuncu güllə”(Tətbiq və ümumiləşdirmə),
Mikayıl Rzaquluzadə “Babəkin andı” (Qiymətləndirmə materialı).
Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər: A
. Bakıxanov “Hikmətin fəziləti”,
Essenin yazılmasına hazırlıq, Essenin yazılması. Ç
. Aytmatov “Manqurt”,
H. Ziya “Kərgədan və qarışqa”,
F. Qoca “Anamın sözləri”(Tətbiq və ümumiləşdirmə,
A. Şaiq “Usta Bəxtiyar”(Qiymətləndirmə materialı).
Uşaq aləmi, uşaq taleyi:
S. S. Axundov “Nurəddin”,
Ə. Məmmədxanlı “Qızıl qönçələr”,
E. Hüseynbəyli “Nəvə”,
Mir Cəlal “Bahar” (Tətbiq və ümumiləşdirmə),
V. Hüqo “Qavroş” (Qiymətləndirmə materialı).
Təbiətə vurğunluq, təbiətə qayğı:
M. Müşfiq “Yağış yağarkən”,
B. Həsənov “İki bala”,
Ə. Kürçaylı “Qaranquş”,
İ. Əfəndiyev “Şəhərdən gələn ovçu” (Tətbiq və ümumiləşdirmə),
H. Arif “Yaşıl işıq”(Qiymətləndirmə materialı).
Sinifdənxaric oxu materialları:
“Tacir və tutuquşu”(əfsanə),
“Yoxsul qocaynan vəzir”(nağıl),
“Xeyirxah odunçu”(Eston nağılı),
Mikayıl Rzaquluzadə “Şahin”(ixtisarla),
Xəlil Rza Ulutürk “O sahildə, bu sahildə”,
Nəriman Həsənzadə “Azadlıq himni”,
Mehdi Hüseyn “Kərəm əfsanəsi”(İxtisarla),
Hikmət Ziya “Höcətləşən barmaqlar”,
Abdulla Şaiq “Murad” (hekayə),
İlyas Əfəndiyev “İz ilə”,
Məmməd Araz “Qaranquş”,
Elçin Əfəndiyev “İki qız və sərçə”. [3]
İkinci mərhələdə isə (VIII-IX siniflərdə) ədəbiyyatımızın keçdiyi yol barəsində şagirdlərdə ümumi təsəvvürün yaradılması hədəf götürülmüşdür. Əsas diqqət klassiklərimizdən üzü bəriyə bədii irsimizin öyrədilməsi məsələlərinə yönəldilmişdir.
VIII sinifdə
“Qədim dövr Azərbaycan ədəbiyyatı”ndan (XIII əsrə qədər)”
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”,
Ə. Xaqaninin “Gənclərə nəsihət”,
N. Gəncəvinin “Sultan Səncər və qarı”,
“Orta dövr Azərbaycan ədəbiyyatı”ndan (XIII əsrdən XVII əsrə qədər)”
İ. Nəsiminin “Ağrımaz”,
Ş. İ. Xətayinin “Bahariyyə”,
M. Füzulinin “Söz”,
“Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan I mərhələ (XVII-XVIII əsrlər)”
“Koroğlu ilə Bolu bəy”,
M. P. Vaqifin “Hayıf ki yoxdur”,
“Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan II mərhələ (XIX əsr)”
Q. Zakirin “Durnalar”, Aşıq Ələsgərin “Dağlar”,
S. Ə. Şirvaninin “Qafqaz müsəlmanlarına xitab”,
“Yeni dövr Azərbaycan ədəbiyyatı”ndan III mərhələ (XX əsrin əvvəlləri)”
C. Məmmədquluzadənin “Qurbanəli bəy”,
M. Ə. Sabirin “Əkinçi”,
Ə. Haqverdiyevin “Bomba”,
M. Hadinin “Türkün nəğməsi”,
H. Cavidin “Ana”,
“Dünya ədəbiyyatından seçmə”
M. A. Ərsoy “İstiqlal marşı” əsərləri dərsliyə daxil edilmişdir.
Bu nümunələr nələri verə bilir?
Seçilən nümunələrə fikir versək, onlarda şagirdlərin maraq, tələbat və ehtiyaclarının ödənilməsinə, həyati bacarıqlara yiyələnməsinə, təfəkkürünün, dünyagörüşü və mənəvi aləminin formalaşmasına xidmət göstərəcək məzmunun əks olunduğunu görürük. Şagirdlər Uruz bəyin simasında mərdlik, cəsurluq nədir, Xaqanidə gənclik hansı mənəvi keyfiyyətlərə sahib olmalıdır, Nizaminin əsəri ilə haqqı, həqiqəti söyləmək mümkünmü, Nəsimidə dözümlü, məğrur və iradəli insan necə ola bilər, Xətayidə təbiəti necə sevmək, onun gözəlliklərinə necə yanaşmaq olar, Füzulidə insan həyatında sözün mərtəbəsi nəyə görə uca tutulmalıdır, “Koroğlu”da igidliyin hansı keyfiyyətləri vardır(liderlik keyfiyyətinə yiyələnmək işinə necə sahib çıxmaq olar), Vaqifdə sözü necə söyləmək, fikrini necə məharətlə ifadə etmək, Zakirdə insanın mənəvi aləmi necə zəngin ola bilər, nələr insanın daxili aləmini gözəlləşdirər, Aşıq Ələsgərdə təbiət gözəlliyi insanın duyğularına, vətən sevgisinə nələri gətirə bilər, Şirvanidə ziyalı narahatlığı nədir, o narahatlıq kim və ya nə üçündür, o narahatlığı keçirməyinə dəyərmi, Mirzə Cəlildə insan təbiətindəki Qurbanəliliyin insanın özünə və ətrafına nələri gətirə bilər, buna ehtiyac varmı, belə olmamaq mümkünmü, belə halın yaranması səbəblərini aradan qaldırmaq olarmı, Sabirdə əməkçi insan nələrə haqq edə bilər, Haqverdiyevdə hansı əməllər insan mənəviyyatını zənginləşdirər, Hadidə hansı duyğular millət sevgisini, türkçülüyü, azadlıq eşqini daha da zənginləşdirər, Caviddə ana dünyasına nələr xasdır, Ərsoyda azadlıq duyğuları nəğməyə necə çevrilə bilər suallarına cavab tapacaqlar. Əsas məsələ bu cavablara elmi-metodik, pedaqoji-psixoloji baxımından gedən yolun düzgün tutulmasından asılıdır.
IX sinifdə
İndi də IX sinif materiallarına nəzər salaq. Bu sinifdə də ədəbiyyatımızın sonrakı(1918-1920-ci ildən bəriyə) inkişaf meylləri izlənilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.