Press "Enter" to skip to content

V sinif fiziki tərbiyədən açıq dərs

51. Təlim prosesində taksonomiyalar nəyə xidmət edir?
A) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək.
C) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək.
D) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
E) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq.

fiziki tərbiyə sürət qabiliyyəti 5 klass

41. Kurikulum nədir?
A) Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
B) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradan sənəddir.
C) Təlimin məzmunu ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənəddir.
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən sənəddir.
E) Müəllim fəaliyyətinin planlaşdırılmasına və idarə edilməsinə kömək edən sənəddir.

42. Fənn kurikulumunun strukturuna aid olmayanı seçin:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Təlim strategiyaları
C) Tədris planı
D) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
E) Məzmun standartlarının şərhi

43. Kurikulumun əsas xüsusiyyəti:
A) Qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir.
B) Fənyönümlüdür.
C) İnteqrasiya sistemli xarakter daşımır.
D) Müəllimyönümlüdür.
E) Bilikyönümlüdür.

44. Məzmun xətti nədir?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
E)Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.

45. Təhsil standartı:
A) Təhsilalanların kompetensiyalarının məcmusudur.
B) Şagird nailiyyətlərinin keyfiyyət göstəricisidir.
C) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarıdır.
D) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
E) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir.

46. Aşağıdakılardan biri təlimin təşkilinə verilən tələblərə daxil deyil:
A) Pedaqoji prosesin tamlığı.
B) Yekun qiymətləndirmənin aparılması.
C) Təlimdə bərabər imkanların yaradılması.
D) Fəaliyyətin stimullaşdırılması.
E) Şagirdyönümlülük .

47. Təhsilalanların mənəvi tərbiyəsində əsas metod:
A) Tənbeh etmək
B) İnandırmaq
C) Tapşırıq vermək
D) Məsuliyyətli işə cəlb etmək
E) Nəzarət etmək

48. Pedaqoji texnologiya:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusudur.
B) Pedaqoji fəaliyyətin nəticəsidir.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusudur.
D) Qarşıya qoyulmuş məqsədlərə daha səmərəli yolla nail olunmasını təmin edən metodlar və vasitələr sistemidir.
E) Müəllimin qarşısına qoyulan tələblərdir.

49. Tərbiyə sisteminin komponenti deyil:
A) Tərbiyənin məqsədi
B) Tolerantlığın formalaşdırılması
C) Tərbiyəvi işin forma və üsulları
D) Tərbiyənin məzmunu
E) Tərbiyənin prinsipləri

50. Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin:
1. Təhsilin keyfiyyəti yüksəlir.
2. Təhsildən yayınma halları artır.
3. Təhsil müəssisəsinin nüfuzu artır.
4. Şagirdlərin kompetensiyasıartır.
5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir.
A) 2, 3, 5 B) 1, 3, 5 C) 1, 3, 4 D) 1, 2, 3 E) 2, 3, 4

51. Təlim prosesində taksonomiyalar nəyə xidmət edir?
A) Gündəlik keçirilən dərslərin mövzularını müəyyənləşdirmək.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirmək.
C) Təfəkkürün müxtəlif növlərini inkişaf etdirmək üçün tapşırıqlar tərtib etmək.
D) Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
E) Şagirdlərdə öyrənməyə motivasiya yaratmaq.

52. Cari planlaşdırmada ən çox buraxılan səhv hansıdır?
A) Dərslikdəki materialı mənimsətmək.
B) Dərsdə reallaşdırılacaq alt-standartları müəyyənləşdirmək.
C) İş vərəqlərini hazırlamaq.
D) Dərsin təlim nəticələrini müəyyənləşdirmək.
E) Dərsin təlim nəticələrinə uyğun tapşırıqlar hazırlamaq.

53. Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyətidir:
A) Müəllim və şagirdlər arasında əks-əlaqənin yaradılması.
B) Hazır şəkildə əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
D) Avtoritar metoda əsaslanır.
E) Hafizəyə əsaslanır.

54. Nə üçün motivasiya düşündürücü və məqsədəuyğun olmalıdır?
A) Tədqiqat prosesini çətinləşdirir.
B) Dərsin bütün mərhələlərini tam şəkildə həyata keçirməyə imkan yaradır.
C) Dərsin vaxtında başa çatmasına kömək edir.
D) Şagirdlərdə idrak fəallığı oyadır.
E) Tapşırıqları düzgün yerinə yetirməyə kömək edir.

55. Problem situasiyanın yaradılması zamanı tez-tez müşahidə olunan səhvi göstərin:
A) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
B) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur.
C) Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa çalışır.
D) Problemin həlli xüsusi tədqiqat tələb etməlidir.
E) Müəllimin şagirdin qarşısına qoyduğu problem onun yaş səviyyəsinə uyğun gəlmir.

56. Təlim strategiyalarına aid olmayanı göstərin:
A) Fənn üzrə təlimin təşkilinə verilən tələblərin təsviri
B) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
C) Planlaşdırmaya dair nümunələr
D) Sinifdənkənar tədbirlərin təşkil edilməsi.
E) Məzmun standartlarının şərhi

57. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır?
A ) Hər ayın əvvəlində
B) Dərs ilinin,bölmənin tədrisinin əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.

58. Formativ qiymətləndirmənin məqsədi:
A) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi.
B) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi.
C) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin
qiymətləndirilməsi.
D) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi.
E) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin
qiymətləndirilməsi.

59. Böyük summativ qiymətləndirmənin (BSQ) xüsusiyyətlərini seçin:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 2,4,5 B) 1,3,5 C) 1,2,3 D)1,3,4 E) 2,3,4

60. Summativ qiymətləndirmənin məqsədləri:
1. Müəllimin tədris fəaliyyətini dəyərləndirmək.
2. Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək.
3. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək.
4. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək.
5. Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilinin sonunda) şagirdlərin nailiyyətlərini qiymətləndirmək.
A) 1, 2, 3 B) 2, 3, 5 C) 2, 4, 5 D) 1, 4, 5 E) 1, 3, 5

1. “Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf
etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması.
C) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.
E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.

2. Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.
B) Təklifyönümlüdür.
C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir.
D)Müəllimyönümlüdür.
E) Bilikyönümlüdür.

3. Verilənlərdən alt – standartın funksiyalarını seçin:
1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır.
3.Təlimdə inteqrativliyi təmin edir.
4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir.
5.Təlimin məzmununun davamlı inkişafını təmin edir.
A)1,3,4 B)1,2,5 C)2,4,5 D)1,2,3 E)1,3,5

4. Fənn kurikulumuna aid deyil:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Ümumi təhsilin məzmunu
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Məzmun xətləri
E) Məzmun standartlarına verilən şərhlər

5. Taksonomiyalar təlim prosesində hansı imkanları yaradır?
1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək.
2. Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək.
3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək.
4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq.
A) 1,2 B)1,3 C) 1,4 D) 3,4 E) 2,4

6. Bilik kateqoriyasına aid olanı seçin.
A) Psixomotor B) Deklarativ C) İdraki
D) Ünsiyyət E) Emosional-affektiv

7. Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.
B) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq.
E) Dərslik və dərs vəsaitləri hazırlamaq.

8. Müəllimin innovativ fəaliyyətinə aid olmayanları göstərin:
1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir.
2. Yeni təlim üsulları yaradır.
3. Təlim proresində şagirdə obyekt kimi yanaşır.
4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir.
5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır.
A) 4,5 B)1,3,5 C) 1,2 D) 1,2,4 E) 3,5

9. Pedaqoji texnologiya:
A) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
B) Pedaqoji prosesə texnoloji proses kimi yanaşılması, son nəticəyə nailolma əməliyyatlarının ardıcıl-lığı.
C) Tərbiyə məsələlərinə nəzəri yanaşmaların məcmusu.
D) Bütün cavablar doğrudur.
E) Düzgün cavab yoxdur.

10. Perspektiv planlaşdırmaya aiddir:
A) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrini müəyyənləşdirmək.
B)Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
C) Dərsin icmalını hazırlamaq.
D) Tapşırıqları dərsin təlim nəticələri ilə yğunlaşdırmaq.
E) İş vərəqləri hazırlamaq.

11. Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçün çox çətin problem qoyur.
B) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
C) Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunur.
D)Hər bir şagirdin bilik və təcrübəsindən istifadə etməklə problemin həlli yollarını tapmağa xidmət edir.
E) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.

12. Variantlardan biri fəal (interaktiv) təlimin xüsusiyyəti deyil:
A) Problemin həlli prosesində biliklərin müstəqil şəkildə əldə edilməsi və mənimsənilməsi.
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsənilməsi.
C) Yeni biliklərin tədqiqat prosesində dərk edilməsi.
D) Dialoji təlimə üstünlük verilməsi.
E) Təfəkkürə əsaslanması.

13. Təqdim edilmiş qaydalardan biri iş vərəqlərinə verilən tələblərə uyğun deyil:
A) Şagirdlərin səviyyəsinə uyğun olmalıdır.
B) Cəlbedici məzmunu və tərtibatı olmalıdır.
C) Coxlu tapşırıqlar əks olunmalıdır.
D) Dərsin məqsədinə uyğun olmalıdır.
E) Tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır.

14. Refleksiya mərhələsi nəyə xidmət edir?
A) Şagirdlərin nailiyyətlərinin nəticəsini müzakirə etməyə
B) Şagirdlərin tədqiqat fəaliyyətinin əsas mərhələlərini dərk etməyə
C) Yalnız müəllimin söylədiklərini yadda saxlamağa
D) Əldə olunmuş biliklərin müzakirəsinə
E) Tədqiqatın nəticələrini müzakirə etməyə

15. Nəyə görə motivasiya düşündürücü və məqsədəuyğun olmalıdır?
1. Tədqiqatı dərsin nəticələrinə istiqamətləndirir.
2. 45 dəqiqə ərzində dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirməyə imkan yaradır.
3. Dərsi maraqlı edir, dərs vaxtında qurtarır.
4. Şagirdlərdə idrak fəallığı oyadır.
A) 1,2 B) 2,3 C) 1,4 D) 3,4 E) 2,4

16. Biri fasilitasiya qaydalarına aid deyil:
A) Fəaliyyətin stimullaşdırılması
B) Psixoloji dəstək
C) Məlumatla təminetmə
D) Təşkilati dəstək
E) Motivasiyanın düzgün qurulması

17. Summativ qiymətləndirmə hansı məqsədlə aparılır?
A) Bəhs və ya bölmənin, yarımilin və tədris ilinin sonunda şagirdin nailiyyət səviyyəsini qiymətlən-dirmək məqsədi ilə.
B) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətlən-dirmək məqsədi ilə.
C) Buraxılış siniflərində təhsil səviyyələrinin sonunda yekun attestasiya aparmaq məqsədi ilə.
D) Dərsin sonunda şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə.
E) Şagirdlərin olimpiadaya hazırlıq səviyyəsini üzə çıxarmaq məqsədi ilə.

18. Məktəbdaxili qiymətləndirmənin növləri:
A) Yarımillik, illik, diaqnostik
B) Diaqnostik, formativ, summativ
C) Formativ, şifahi, praktik
D) Diaqnostik, formativ, illik
E) Yarımillik, illik, summativ

19. Diaqnostik qiymətləndirmə hansı mərhələdə aparılır?
A) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində, həmçinin zəruri vəziyyət yarandıqda (şagird yeni məktəbə keçdikdə və s.).
B) Hər ayın əvvəlində.
C) Bölmə və bəhslərin, yarımilin sonunda.
D) Təhsil səviyyələrini başa vurarkən.
E) Tədris ilinin sonunda.

20. Böyük summativ qiymətləndirmənin (BSQ) xüsusiyyətlərini seçin:
1. Bəhs və ya bölmənin sonunda keçirilir.
2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.
3. BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.
4. Yarımilin sonunda keçirilir.
5. BSQ-nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.
A) 1,3,5 B) 2,4,5 C) 1,2,3 D)1,3,4 E) 2,3,4

V sinif fiziki tərbiyədən açıq dərs

1.3.5 Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik və ilk tibbi yardım qayda- ları haqqında informasiya verir.

2.3.2 Ümuminkişaf hərəkətlərini nümünələrə müvafiq yerinə yetirir.

3.1.2 Hərəki fəaliyyət zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

4.1.2 Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.

Məqsəd:

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

Kollektivlə iş, Qruplarla iş.

Hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmə, izah, təkrar.

Şagirdlərə şəkillər nümayiş etdirirəm.

Bu hərəkətlər necə adanır?

Şagirdləri 4 qrupa bölürəm. Onları «Şahin», «Mübariz», «Qarabağ» və «Qələbə» adları ilə adlandırıram. Qruplara iş vərəqlərini paylayıram.

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

Q R U P L A R

M E Y A R L A R

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

Comments are closed, but trackbacks and pingbacks are open.