Press "Enter" to skip to content

Metodiki Tövsiyə

4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.

Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək – RƏSMİ

“Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin”. “Report” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək: “İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq, yarım il qiymətinin çıxarılması planlaşdırılır”.

  • Təhsil naziri
  • Emin Əmrullayev

Link kopyalandı
Xəbərlər Şöbəsi
https://static.report.az/photo/d08c52b3-76b5-345a-a1d5-b5f52f181ca8_50.jpg
Rus versiyası В школах будут объединены малое и большое суммативное оценивание

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

19 Ekim 2015 Pazartesi

Summativ Qiymətləndirmə

Paylaşıldı 12:12 by Leyla Bayramova
4. Summativ qiymətləndirmə
4.1. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır.

4.2. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.

4.3. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır

4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.

4.5. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

4.6. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır.

4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tutulur.

4.8. Kiçik və böyük summativ qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1-4-cü səviyyələrdə (20%-i 1-ci, 30%-i 2-ci, 30%-i 3-cü və 20%-i 4-cü səviyyəyə aid olmaqla) hazırlanır.

4.9. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün kiçik summativ qiymətləndirmədə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti kiçik summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsi məxrəcdə qeyd edilir.

4.10. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul olunur.

4.11. Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul edilir.

4.12. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.

4.13. Şagirdin yarımillik qiyməti yarımil ərzində keçirilən kiçik summativ qiymətləndirmələrin yekun nəticələrinin 40%-i ilə, yarımillik sonunda keçirilən böyük summativ qiymətləndirmənin nəticəsinin 60%-nin cəmi əsasında aşağıdakı düsturla çıxarılır:

Burada, Y- şagirdin 1-ci və ya 2-ci yarımil üzrə qiymətini;

Comments are closed, but trackbacks and pingbacks are open.