Press "Enter" to skip to content

ARIQLAMAQ ÜÇÜN NƏ LAZIMDIR

Həyatının ilk aylarında körpələr ana südü və ya süni uşaq yeməyi ilə qidalanır. Amma zaman keçdikcə uşaq böyüyür və artıq bir-neçə aylıq olduğu zamanlarda onu yedizdirmək üçün qarışıq qidalardan itifadə etmək lazım gəlir

50 yaşdan sonra necə arıqlamaq olar?

İnsanın özünə qarşı diqqətli olması hər bir yaşda gözəldir. Bu məqalə 50 yaş ərəfəsində olan və arıqlamaq istəyən qadınlara aiddir. O qadınlara aiddir ki, onların yaşı artıb, amma yenə gözəl bədənə sahib olmaq istəyirlər. Əgər bu qadınlar hər şeyin onlar üçün gec olduğunu düşünürlərsə, o zaman arıqlamalarının da öz əllərində olduğunu bilməlidirlər. 50 yaş ərəfəsində olan qadınların çəkisinin artması bir-çox faktorlardan asılı olur. Arıqlamaq istəyən və yaşı 50 olan qadınlar əvvəlcə özlərinin psixoloji cəhətdən buna hazırlamalıdırlar.
Psixoloji başlanğıc
Qadınların çoxu bu yaş dövründə arıqlayacaqlarına əmin olmurlar. Bu səbəbdən də onlar ətrafdakılardan kömək gözləyirlər. Bunun səbəbi isə onlarda özlərinə qarşı inamın olmamasıdır. İnamsızlıq isə bu yaşdan sonra arıqlamanın çətin olduğunu düşündükləri üçün baş verir.
50 yaşından sonra arıqlamağa başlamazdan əvvəl mütləq psixoloji hazır olmaq lazımdır. Çünki, arıqlamağa başlayanların əksəriyyəti yarı yoldan geri dönür, bu da çəkinin daha da artmasına səbəb olur.
50 yaşdan sonra arıqlamaq istəyən və arıqlayan qadınlara hamı heyranlıqla baxır. Bu səbəbdən də yaşınızın artmasından qorxmayın, özünüzü formaya salın və ətrafınızdakıları heyran qoyun.
50 yaşdan sonra arıqlamaq üçün qidalanma və içki rejimi necə təyin olunmalıdır. Hər şey qəbul edilən qidalarda və içilən içkilərin tərkibindən və miqdarından asılıdır. Arıqlamaq üçün gün ərzində ən azı 2 litr su içilməlidir. Qəbul edilən qazlı suların miqdarı tam azaldılmalıdır. Çay və kofe də mədə üçün məhlul sayılır. Təmiz su həzm sistemini normallaşdırır. Hər axşam yatmazdan əvvəl 1 stəkan otaq tempraturunda olan su içib yatmaq 50 yaşdan sonra insanın arıqlamasına yardım edir. Axşamlar su içmək mədəni dolduraraq aclıq hissinin aradan qalxmasına yardm edir. Düzdür bu qısa müddətli olur və sonra adam yenidən aclıq hiss edir. Bunun baş verməməsi üçün isə axşamlar su içmək və acmadan əvvəl tez yuxuya getmək lazımdır. 50 yaşdan sonra arıqlamaq istəyənlər aşağıdakı qidalardan imtina etməlidirlər:
* ağ çörək və bütün növ mayalı un məmulatları
* tünd köfe (ürək-damar sistemində problemlərin olmaması üçün), marketlərdə üyüdülmüş halda satılan kofelərin əksəriyyəti kimyəvi yollarla hazırlanır. Onlardan nə qədər az istifadə olunsa bir o qədər yaxşı olar. Hər gün kofe içmək orqanizmə zərərli kimyəvi maddələri daxil etmək deməkdir.
* konservləşdirilmiş balıq məhsulları, yağlı balıq növləri
* qızardılmış və qovrlmuş qidalar
* müxtəlif növ şirniyyatlar
Bu yaşda olan insanların hər günki qida rasionunda tərəvəzlərə və göyərtilərə bol yer verilməlidir. Bu onların bağırsaqlarının fəaliyyətini sürətləndirmək üçün çox vacibdir.
Arıqlamaq üçün 50 yaşdan sonra da gimnastika ilə də məşğul olmaq lazımdır. Düzdür bu yaşda cavan adamlar kimi idmanla məşğul olmaq olmaz, amma, bəzi fiziki fəaliyyətləri yerinə yetirmək lazımdır. Bunlara aşağıdakılar aiddir:
1. Hər səhər idman gəzintisi. Bu əzələlərin tonusunu yüksəldir, enerjini artırır və maddələr mübadiləsini yaxşılaşdırır.
2. Axşamlar təmiz havada piyada gəzinti
3. Yaşa uyğun olan gimnastika hərəkətləri
50 yaş və ondan yuxarı yaşı olan adamlar arıqlamaq istədikləri zaman səbirli olmalıdırlar. Çünki 20-35 yaşlarındakı adam bir ayda 2-4 kq arıqlaya bilirdisə, 50 yaşlarında olan adamlar bu çəkini 4-6 ay ərzində azalda bilirlər. Yəni yaş artdıqca arılamaq da çətinləşir.
Aşağıdakılara əməl edərək 50 yaşdan sonra arıqlamağın sürətini artırmaq və sağlamlığı bərpa etmək mümkündür:
* hər səhər acqarına bir stəkan su içmək
* tərkibində kalsium olan qidalar qəbul etmək
* gün ərzində az-az və tez-tez yemək
* düzənli olaraq gimnasika ilə məşğul olmaq
* yatmazdan əvvəl dizləri rafinəedilməmiş zeytun və ya günəbaxan yağı ilə silmək (dizlərdəki fiziki yükü aradan qaldırmaq üçün)
Milli.Az / news.milli.az

Xəbərlər Baxılıb: 710 Tarix: 17 yanvar 2023
f Paylaş

Digər yazılar

Qanaxmalar, növləri və qanaxmalar zamanı ilk tibbi yardım

Qanaxmalar daxili və xarici omaqla 2 növə ayrılır. Daxili qanaxmaya diqanoz qoymaq üçün mütləq həkimin müayinəsi lazımdır. Xarici qanaxmaları isə adi gözlə müəyyən etmək mümkündür. Qanaxmalar baş verdikləri damarların adın

Harada və necə uşaq dünyaya gətirməli?

Hamiləliyin son aylarında qadınları düşündürən məsələlərdən biri də harada və necə uşaq dünyaya gətirmələridir. Hamiləlik sona yaxınlaşdıqca bu sual ən aktual suala çevrilir. Əlbəttə, doğuş sancıları başlayan zaman maşın

Duzun bir çox xəstəlikləri sağaltdığını bilirdinizmi?

Duzdankosmetalogiyadaüz dərisindəki qırışıqları açmaq məqsədilə, burun boşluğunun yuyulması üçün,mastopatoyaağaıları zamanı, müxtəlif zədələnmələr zamanı istifadə edilir. Bütün bu patologiyaların əmələ gətirdiklri əlamətləri

Südəmər uşaq nə ilə qidalanmaldır?

Həyatının ilk aylarında körpələr ana südü və ya süni uşaq yeməyi ilə qidalanır. Amma zaman keçdikcə uşaq böyüyür və artıq bir-neçə aylıq olduğu zamanlarda onu yedizdirmək üçün qarışıq qidalardan itifadə etmək lazım gəlir

Südəmər uşağın qidalanması

Ət kiçik uşaq orqanizminin böyüməsi üçün lazım olan zülallarla zəngindir. Mal əti, toyuq və hind quşu ətinin tərkibində 20-21% zülal var. Ətin tərkibi dəmir, maqnium, sink və B qrup vitaminlərlə zəngindir. Uşağın 6 aylığında

Xolesterinin problemsiz azaldılması

Xolesterinin asan yolla azaldımasının sirrini sizinlə bölüşmək istəyirik. Kətan toxumu xolesterinin miqdarını azaldan ən yaxşı vasitədir. Amma, ondan istifadə edərkən əks tərisrləri barədə məlumatlar toplamalısınız. Kəta

Siz necə adamsınız? Ünsiyyət testi

Lətifə eşitdikdə siz:. 1. Gülürsünüz. 2. Əgər gülməlidirsə gözləriniz yaşarana qədər qəhqəhə çəkirsiniz. 3. Dodaqlarınızı çeynəyir və bu lətifəni eşitdiyinizi söyləyirsiniz. Siz kiminsə köməyinə çatmalısınız. O zaman nə edərdiniz?

Sarı dişlərin 2 dəqiqədə ağardılması

Sarı dişlər siqaretin ağız boşluğunda əmələ gətirdiyi xoşagəlməz görüntüdür. Sarı dişlərə malik adamlar isə dişlərinin görünməməsi üçün məcburən kosmetik vasitələrdən itifadə edir və dəşlərinin ağarmasına çalışır. Dişləri

Bu iki nöqtəni sıxmaqla bel ağrılarından qısa zamanda asanlıqla xilas ola bilərsiniz

Milyonlarla adam bel ağrılarından əziyyət çəkir. Bel ağrıları ağrılı və dözülməz olur. Bel ağrılarını dizlərin arxa hissəsində yerəşən nöqtəni sıxmaqla aradan qaldırmaq mümkün olur. Bu qədim Çin təbabəti vasitələrindən biridir

ARIQLAMAQ ÜÇÜN NƏ LAZIMDIR?

Qonaqlıqlarda qohum əqrəbanın – “əşiiii yeee bir dənədən heç nə olmaz” cümlələrinə aldanmayın. Bir dənədən heç nə olmur, amma bir dənədən sonra özünə stop demək çətin olur.

Limitləriniz olsun hər zaman. Axşam qonaqlıq varsa, gündüz yüngül yeyin, yaxud əksinə.

İdman etməyə sağlığınız imkan verirsə edin, gəzin, üzün, velosiped sürün. İşdən evə, evdən işə piyada alınırsa piyada gedin, yaxud uzaq dayanacaqda avtobusdan düşün. Liftdən istifadə etməyin. Bir sözlə hərəkətli olun. İdman zalına getməyiniz şərt deyil.

Yağ, şəkər, un bunları həyatınızdan tam olmasa da həftənin 5 günlüyünə çıxarın.

Yağı gündəlik çıxarmasanız da, azaldın.

Pəhrizi ağız dadınıza uyğunlaşdırın. Sevmədiyiniz qidaları məcbur qəbul etməyin.

Pəhrizi pozduğunuz günün səhəri – qidalanmanızı minimum edin, bedeninizi dünənki ağırlıqdan təmizləyin. Növbəti gün bol su, tərəvəz yeyin, bitki çayları için.

Tez yatın, tez durun. O zaman gününüz uzun olacaq, gümrah olacaqsınız, bədəniniz dincələcək və kilolarl atmağa hazır olacaq.

Məndə elə olub ki, günorta kartof qızartması yemişəm (kərə yağında!), amma cəmi cümü 1 kartofun qızartmasını �� Belə şeylər əlbəttə ki, kökəltmir. Çünki miqdarı az olur. Belə yemək insanı doydurmur, amma qırılmanın da qarşısını alır. Özünüzü məcbur etməyin, pəhrizi sevə-sevə tutun. Ona nifrət etsəniz yarıda qoyacağınız dəqiqdir.

Bir də, özünüzə görə arıqlayın və özünüzə vaxt qoymayın. Deməyin ki, dekabrın 31-inə kimi 10 kilo atacam, yaxud yanvarda toyumdur 17 kilo atmalıyam. Bu insanı sıxır və pəhriz möcüzəvi şəkildə alınmır. Özünüzü rahat buraxın, deyin filan günə qədər dietadayam, nə qədər gedər gedər.

İradəli olun, nəticə insanı sevindirir.

Mən demirəm hər kəs arıq olmalıdır.

Amma hər kəs özünə rahat kiloda mütləq olmalıdır.

Arıqlamaq istəyirsinizsə bunu təxirə salmayın. Yadınızda olsun, yaş keçdikcə kiloların getməyi də çətinləşir.

Sizə motivasiya olsun deyə Before/After şəkli paylaşıram.

Comments are closed, but trackbacks and pingbacks are open.