Press "Enter" to skip to content

525-ci qəzet” 22-yə çatdı

Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbu nəşrin fəaliyyətini yüksək qiymətləndirib, onu seçilmiş nəşr kimi dəyərləndiriblər.

“525-ci qəzet” отмечает 22-ю годовщину со дня первого выпуска

Сегодня исполняется 22 года со дня начала выпуска газеты “525-ci qəzet”.

Как передает Day.Az со ссылкой на Trend, 17 ноября 1992 года газета стала 525-й в списке издающихся в Азербайджане газет и поэтому стала издаваться под этим названием. Однако сегодня “525-ci qəzet” – среди первых газет в стране.

Главный редактор “525-ci qəzet” Рашад Меджид говорит, что за прошедшее время “525-ci qəzet” вырастила целую плеяду журналистов. По его словам, сейчас многие из начинавших карьеру в этой газете работают в разных местах: “В газете, наряду со статьями опытных журналистов, публикуются материалы и молодых журналистов, студентов. Самым большим своим успехом мы считаем то, что смогли построить мост между поколениями. Мы выдвинули ценности на первый план. У нас публикуются статьи и материалы людей разного поколения: от самого старшего поколения до самых молодых. Эта газета является больше культурной, литературной и духовной газетой”.

Р.Меджид отметил, что газета всегда писала правду в своих статьях, но не кричала об этом.

Коллектив Информационного агентства Trend, Day.Az и Milli.Az поздравляет коллектив “525-ci qəzet” по случаю 22-й годовщины газеты и желает не останавливаться на достигнутом.

“525-ci qəzet” 22-yə çatdı

Müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”in yaranmasından 22 il ötür.

AzNews.az-ın xəbərinə görə, qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. “525-ci qəzet” 22 illik fəaliyyəti dövründə siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb.

Qəzetin adının seçilməsi maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2×2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

Qəzetin redaktoru Yusif Rzayev 22 illik təəssüratlarını AzNews.az-a bölüşüb. O, “Əvvəl soruşsaydılar ki, 22 il sonra “525”i necə təsəvver edirsiniz, yəqin ki, böyük vədlər verərdim”-deyir:
“O, vaxt doğrudan da boyük arzular vardı. Yəqin bu, həm gənclikdən irəli gəlirdi, həm də o zamankı ab-havadan. İndi birdən düşünürəm, Türkiyədəki Kanal D şəbəkəsinin yaşı təxminən elə “525”in yaşı qədərdi. ANS deyəsən yaşca Kanal D-dən də böyükdü. Amma indi Kanal D böyük şəbəkədir, təkcə reklamdan nə qədər pul qazanır və inkişaf edir. Çünki bu qurum biznes strukturuna çevrilə bildi. Bizdə isə media biznes strukturuna çevrilə bilmədi.

Amma bir tərəfdən də fikirləşirəm ki, bu illər ərzində Azərbaycanda nə qədər mətbu nəşr yaradıldı və çoxu az keçmədi ki, bağlandı, yoxa çıxdı. Bu illərdə “525”in çətin günləri az olmayıb. Amma əgər qəzeti bu illər ərzində qoruyub saxlamaq mümkün olubsa, demək sevinməyə dəyər”.

Gələcək planları barədə də danışan redaktor həmişəki kimi, ayaqda durmağı bacarmaq, başlanan yolu yarı yolda qoymamağa çalışdıqlarını bildirib.

Xatırladaq ki, “525-ci qəzet”in baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məciddir. O, bu qəzetə 1995-ci ildən rəhbərlik edir.

AzNews.az olaraq həmkarlarımızı 22 illik fəaliyyətləri ilə bağlı təbrik edir, onlara yaradıcılıq işlərində uğurlar diləyirik.

“525-ci qəzet”in 25-i…

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov \”525-ci qəzet”in Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu bildirib:

\”25 illik yubileyini qeyd edən qəzet müstəqil Azərbaycanın mətbuat məkanında özünün ləyaqətli yerini tutur. Qəzetin təsisçiləri və onu bugünkü səviyyəyə çatdıranlar Bakı Dövlət Universitetinin məzunlarıdır. Çox şadam ki, bu yubiley tədbiri məhz Bakı Dövlət Universitetində keçirilir”.

Rektor \”525-ci qəzeti” \”ümummilli qəzet” kimi qiymətləndirib.

BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədlinin müəllifi olduğu \”525”-zamanın sınağında” adlı kitabın əhəmiyyətini qeyd edərək əsərdə \”525-ci qəzet”in yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat və incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi yaradıcılıq xidmətlərinin əks edildiyini xüsusilə qeyd edib.

Professor Cahangir Məmmədli müəllifi olduğu kitabın yaranma ideyasından bəhs edib. C. Məmmədli \”525-ci qəzet”i Bakı Dövlət Universitetinin və Jurnalistika fakültəsinin tələbələrinin peşəkarlıq laboratoriyası kimi dəyərləndirib.

Akademik Nizami Cəfərov \”525-ci qəzet”in yaradıcı insanlara yaratdığı geniş imkanlardan söz açıb, ədəbi fikrimizin formalaşmağında qəzetin rolundan danışıb. N. Cəfərov əlavə edib ki, \”525-ci qəzet” yaradıcı insanlara hər zaman inanıb, onlara geniş yer verib.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzetin yaranma tarixindən bəhs edib, onun çapının ilk günlərdə hansı çətinlik hesabına başa gəldiyini diqqətə çatdırıb: \”Bu qəzet seçilmiş insanların, ziyalıların qəzetidir, onun öz oxucuları var. İnanıram ki, \”525-ci qəzet”in uğurlu fəaliyyəti bundan sonra da davam edəcək”.

Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov yubiley münasibətilə qəzetin rəhbərliyini və əməkdaşlarını təbrik edib. V. Səlimov qeyd edib ki, qəzet mətbuat orqanlarının içində ictimai fikrin formalaşmağında mühüm yer tutur: \”Qəzet eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin ictimai rəyə çatdırılmasında mühüm rol oynayan məqalələri ilə diqqət çəkir, onları geniş oxucu kütləsinə çatdırır. Qəzetin ikinci istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin formalaşmağında apardığı təbliğat işidir. \”525-ci qəzet”in səhifələrində ziyalıların məqalələrini böyük diqqətlə oxuyuruq. Qeyd etmək istərdim ki, Azərbaycanda jurnalistlərin formalaşmasında da \”525-ci qəzet” mühüm rol oynayır”.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbu nəşrin fəaliyyətini yüksək qiymətləndirib, onu seçilmiş nəşr kimi dəyərləndiriblər.

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor Şirməmməd Hüseynov isə \”Mən 1996-cı ildən bu qəzetə yazıram. Heç bir müəllifin qəzetdə mənim qədər yazısı dərc edilməyib”.

Ş. Hüseynov deyib ki, qəzetdə olan milli ruhu hər zaman qiymətləndirib: \”Bu qəzetin kollektivi bizim universitetin yetirmələridir. Sevinirəm ki, Bakı Dövlət Universitetinin tələbələri belə layiqli, nüfuzlu qəzet çap edirlər, onu yaşadırlar. \”525-ci qəzet” öz böyük missiyasını ləyaqətlə yerinə yetirir”.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, təhsil naziri Mikayıl Cabbarovun təbrik məktubu qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edilib.

\”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid nəşrin mətbuatdakı yerindən danışıb: \”Haqqımızda kifayət qədər xoş söz eşitdik. Bu münasibəti qazanmışıqsa, özümüzü xoşbəxt sayırıq. Bakı Dövlət Universitetinin qəzet haqqında kitab çap etməsi bizi çox sevindirdi. Bu gözəl işə görə akademik Abel Məhərrəmova və professor Cahangir Məmmədliyə böyük minnətdarlığımı bildirirəm”.

Comments are closed, but trackbacks and pingbacks are open.