DƏBİYYAT – MƏNƏVİYYATDIR
1 час назад минимальная температура воздуха наблюдалась в России в Андрюшкино: -44 o C -47 o F .
Погода в 243 странах мира
2 часа назад в Австралии на Хогане (остров) наблюдался шторм ( 24 м/с 86 км/ч 54 миль/час 47 узлов 9 Бфрт ).
Развернуть текст
Новости погоды
2 часа назад в Австралии на Хогане (остров) наблюдался шторм ( 24 м/с 86 км/ч 54 миль/час 47 узлов 9 Бфрт ).
1 час назад на Маршалловых островах на Джалуите наблюдались сильные осадки ( 114 мм 4.49 дюйма воды за 6 часов ).
1 час назад в Чехии на горе Шерак наблюдалась сильная изморозь. Диаметр изморозевого отложения составлял 80 мм 3.15 дюйма .
1 час назад минимальная температура воздуха наблюдалась в России в Андрюшкино: -44 o C -47 o F .
1 час назад максимальная температура воздуха наблюдалась в Чаде в Ам-Тимане: +44 o C +111 o F .
1 час назад в Румынии в горной местности на оз. Быля наблюдалась высота снежного покрова 194 см 76.4 дюйма .
1 час назад в Норвегии в Тромсё наблюдалась высота снежного покрова 121 см 47.6 дюйма .
1 час назад минимальная температура воздуха наблюдалась в Антарктиде на ст. Восток: -60 o C -76 o F .
ƏDƏBİYYAT – MƏNƏVİYYATDIR
E) Ədibin “Ötən günlər hekayələri” , “Günün hekayələri” , “Mətləb hekayələri” əsərlərində sovet dövrünün açıq aşkar tənqidi verilmişdir.
2. M.Cəlal aşağıdakı hekayələrindən hansılar “Ötən günlər” hekayələri silsiləsinə aiddir?
1. “Söyüd kölgəsi” 3. “İclas qurusu”
2. “Bostan oğrusu” 4. “Elçilər qayıtdı”
A) 1,2,4 B) 1,3,5 C) 2,5
3. “Arıçılığı öyrənmək üçün Moskvaya gedən bir tələbədən Qabaqtəpə balını. soruşublar. ”
Yuxarıdakı sətirlər hansı əsərdən götürülmüşdür?
A)”Qoltuq radiosu” B) “Şaftalı söhbəti”
C) “Elçilər qayıtdı” D) “Həkim cinayətov”
E) “İclas qurusu”
4. “Vaqif” dramı ilə bağlı xronoloji ardıcıllığı düzün:
1. Gülnar Vaqifin evinə gəlin köçür.
2. Xuraman Vaqifə xəyanət edir.
3. Vaqiflə Qacar üz-üzə gəlir.
4. Eldarla Qacar üz-üzə gəlir.
5. Vaqif “Bax” qəzəlini söyləyir.
A) 1,2,3,4,5 B) 4,5,3,2,1 C) 1,2,5,4,3
D) 1,5,3,2,4, E) 5,4,3,2,1
5. Hansı roman XX əsr Azərbaycan kəndlisinin taleyini ümumiləşdirilmiş şəkildə əks etdirir?
A) “Açıq kitab” B) “Bir gəncin manifesti”
C) “Yaşıdlarım” D) “Təzə şəhər”
E) Dağlar dilə gəldi”
6. “Heydərbabaya salam” poeması haqqında verilənlərdən biri səhvdir:
A) Poemada süjet xətti yoxdur.
B) Əsər lirik poema olub, heca vəznində yazılmışdır.
C) Poema 2 hissədən ibarət olub, öz dilimizdədir.
D) Əsərin birinci hissəsi realizmi, ikinci hissəsi isə romantik duyğuları əks etdirir.
E) Poemada, şairin fikrincə, mərd, vətənpərvər oğullar xalqı əsarətdən xilas edə bilər, Heydərbaba dağı da şairin “uşaqlıq qibləgahı” adlandırılmışdır.
7. Əsərləri xronoloji ardıcıllıqla düzün.
1. “Yolumuz hayandır”
2. “Təzə şəhər”
3. “Açıq kitab”
4. “Dirilən adm”
5. “Bir gəncin manifesti”
6. “Yaşıdlarım”
A) 1,5,4,3,2,6 B) 4,3,1,5,6 C) 4,5,3,6,2,1
D) 4,5,3,6,1,2 E) 1,5,4,3.6,2
8. Aşağıdakı sürətlərdən biri “Bir gəncin manifesti” əsərində mənfi obrazdır:
A) Mərdan B) Yəhya C) Bağır
D) Ağarəşid E) Yaqub
9. Yazıçının hansı hekayələrində həyatiliyi, təbiiliyi ilə yadda qalan obrazların timsalında oxucu özünü və müasirlərini görə bilir?(Açıq test)
1. “Bostan oğrusu” 2 . “Vicdan əzabı”
3. Qonaqpərəst” 4. ”Pillələr”
10. M.Cəlal haqqında verilən fikirlərdən biri yanlışdır:
A) Böyük Vətən müharibəsində cəbhələrdə iştirak etmişdir.
B) 1940- cı ildə “ Füzuli şerinin poetik xüsusiyyətləri ” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
C) Bədii yaradıcılığa nəsrlə başlamışdır.
D) Onun yüzillik yubileyi YUNESKO səviyyəsində qeyd olunmuşdur.
E) Bakıda və Gəncədə adına küçələr var.
11. M.Cəlalın tərbiyəvi və ibrətamiz mövzuda yazdığı hekayələr sırasına daxil deyil:
A) “Ləyaqət” B) “İnsanlıq fəlsəfəsi”
C) “Xoşbəxtlik barəsində” D) “Kərpickəsən”
E) “Yolumuz hayandır”
12. S.Vurğunun şeir kitablarını müəyyənləşdirin:
1. “Küləklər” 2. “Şairin andı”
3. “Fanar” 4. “Könül dəftəri”
5. “Ələmdən nəşəyə” 6. “Şairin ölümü”
A) 1,2,6 B) 3,4,5 C) 1,3,5 D) 2,5,6 E) 2,3,4
13. S. Vurğunun həyatı və yaradıcılığı ilə bağlı yalnış fikri müəyyən edin:
A) Nəzmlə yazılmış dramları var.
B) 1936-cı ildə İ.V.Stalinin qəbulunda “Rəhbərə salam” poemasını oxumuşdur.
C) İlk şeir kitabı “Şairin andı” adlanır.
D) 30-cu illərin əvvəllərində 30 poemadan ibarət “Azərbaycan” epopeyasını yazmaq istəmişdir.
E) Heca vəzninə daha çox üstünlük vermişdir.
14. “Vaqif” dramı haqqında verilənlərdən hansı düzdür?
A) S.Vurğunun son dramıdır.
B) Əsərin əsas mövzusunu Azərbaycan xalqının XVII əsrin sonlarında xarici qəsbkarlara qarşı mübarizə təşkil edir.
C) Xalq mübarizəsinə Vidadi başçılıq edir.
D) Eldar əsərin mənfi obrazıdır.
E) Müəllif İbrahim xanla Vaqifin münasibətini təsvir edərkən özünün M.C.Bağırovla olan əlaqələrinə haqq qazandırmışdır.
15. Fikirlərdən biri yalnışdır:
A) “Rəhbərə salam” şeirini Stalinə həsr etmişdir.
B) “Xanlar” dramında Lenin obrazı da canlandırılmışdır.
C) “Şairin ölümü” şeirini M.P.Vaqifə həsr etmişdir.
D) 1935 – ci ildə “Azərbaycan” şeirini yazmışdır.
E) 1945 – ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən olur.
16. “Təbiət ilhama çağırır məni” leytmotivi hansı əsərə aiddir?
A) “Aygün” poemasına B) “Muğan” poemasına
C) “Komsomol” poemasına
D) “Vətən keşiyində” şeirinə
E) “Şairin ölümü” şeirinə
17. Səhv fikri müəyyənləşdirin:
A) “Haqqın səsi” poemasında “İnsanın vətəni yer kürəsidir” ideyası təbliğ olunur.
B) “El bülbülü” şeiri Əbülfəz Hüseynliyə ünvanlanmışdır.
C) “Səhəndiyyə” poeması heca vəznində yazılmışdır.
D) “Səhəndiyyə” poeması Bulud Qaraçorlu Səhəndə cavab alaraq yazılmışdır.
E) “Şeir və hikmət” poemasını Şəhriyarın fəxriyyəsi də hesab etmək olar.
18. Ə.Haqverdiyevin “Məhəmməd şah Qacar” əsəri ilə “Vaqif” pyesi arasındakı oxşarlıq deyil:
A) Hər ikisi eyni tarixi hadisədən götürülmüşdür.
B) Hər ikisi 20-ci əsrin I yarısında qələmə alınmışdır.
C) Hər ikisindən eyni tarixi şəxsiyyətin proobrazı yaradılmışdır.
D) Hər ikisi eyni ədəbi növdə – dramatik növdədir.
E) Hər ikisi eyni ədəbi janrda, faciə janrında yazılmışdır.
19. Şair kimin divanına üz tutmaqla “Şəhriyar” təxəllüsünü götürmüşdür?
A) S.Şirazinin B) S.Vurğunun
C) M.Füzulinin D) H.Şirazinin
E) C.Cabbarlının
20. S.Vurğunla M.Şəhriyar hansı eyniadlı əsərin müəllifidirlər?
A) “Şairin ölümü” B) “Azərbaycan”
C) “El bülbülü” D) “Qaçaq Nəbi”
E) “Rəhbərə salam”
21. Hansı poemada “İnsanın vətəni yer kürəsidir” ideyası aparıcıdır?
A) “Səhəndiyyə”
B) “Haqqın səsi”
C) Qardaşım oğlu Hüşəngə”
D) “Stalinqrad qəhrəmanları”
E) “Gecənin əfsanəsi”
22. M.Şəhriyar “Heydərbabaya salam” və “Səhəndiyyə” əsərləri ortaq olmayan bütün cəhətləri müəyyənləşdirin.
1. Eyni dildə yazılması.
2. Bəndlər şəklində olması.
3. Epik poema hesab edilməsi.
4. Eyni janrda olması.
5. Eyni vəzndə olması.
A) 1,2,4,5 B)1,2,5 C) 2,3,5, D) 3,4,5 E) 1,2,3
23. Hansı M.Şəhriyarın nakam məhəbbət mövzusunda yazdığı lirik şeirlərdən hesab edilə bilməz?
A) “Behcətabad xatirəsi”
B) “Köynəyin qoxusu”
C)”Nişapurda günəş batarkən”
D) “Dəli Pəri”
E) “Odda yanan pərvanə”
24. “O taydadır Şəki, Şirvan, Qarabağ,
Bu tayda da Məşkin, Əhər, Qaradağ.
Bir-birlərin Arazdan almış soraq.
Araz bizi ayırmadan dağlayıb,
Son özü də gecə-gündüz ağlayıb.”
Bənd Şəhriyarın hansı əsərindəndir?
A) “Şeir və hikmət”
B) “Qaçaq Nəbi”
C) “Heydərbabaya salam”
D)“El bülbülü”
E) “Məmməd Rahim həzrətlərinə cavab”
25. S.Vurğunun tərcümələri və ən uğur qazandığı tərcümə:
1. S.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
2. Sədi Şirazi “Gülüstan”
3. N.Gəncəvi “Leyli və Məcnun”
4. Puşkin “Yevgeni Onegin”
5. N.Gəncəvi “Xosrov və Şirin”
6. M.Qorki “Qız və ölüm”
7. Çavçavedzi “Şair, “Vətən”
8. C.Cambul “Ellər baharı”
A) 1,3,4.6,7,8, “Yevgeni Onegin”
B) 1,2,5,6,7,8 “Leyli və Məcnun”
C) 2,4,6,7, “ Yevgeni Onegin ”
D) 1,5,6,8, “Leyli və Məcnun”
E) 2,3,4,7,8, “Yevgeni Onegin”
Yaxşıdı 7sinif var?? Yanıtla Sil
Cavabları var? Yanıtla Sil
Allah belanızı versin Yanıtla Sil
Salam cavabları var ? Yanıtla Sil
Social Profiles
Popular Posts
09.07.2014 2014-2015-ci tədris ili üçün ADA aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir. I ixtisas qrupu üzrə: – Ko.
01.07.2014 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müə.
Sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndi.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin ha.
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaş.
Sayfalar
Blog Archive
- ▼2014 (5)
- ▼Temmuz (5)
- ADA Universiteti (ADA) abituriyentləri və valideyn.
- Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan .
- Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüks.
- Ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisa.
- Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 2014.
Çingiz Muradlı
Haqqımda – Çingiz Muradlı
Mən, Muradlı Çingiz Məzahir oğlu 30 iyul 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuşam. 1981-1984-cü illərdə İsmayıllı şəhər 1 saylı uşaq bağçası-körpələr evinə getmişəm.
1984-cü ildə İsmayıllı şəhər 2 saylı tam orta məktəbinin I sinfinə qəbul olunmuşam. 1995-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirib elə həmin ildə də N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunmuşam. 1999-cu ildə ali məktəbi bitirmişəm. 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. 2000-ci ilin avqust ayından İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. 2001-ci ildən hal-hazıra kimi İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirəm. İşlədiyim müddətdə daim öz üzərimdə işləmiş həm metodiki, həm də ixtisasım sahəsində gedən yenilikləri öyrənərək dərslərimə tətbiq etmişəm. Bunun nəticəsidir ki, İsmayıllı RTŞ-nin rəhbərliyi tərəfindən işimdə irəli çəkilərək əvvəlcə 2003-cü ilin fevral- avqust aylarında İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbinə tərbiyə işləri üzrə direktor müavini, daha sonra 2003-cü ilin sentyabr ayından 2007-ci ilin avqust ayınadək İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin edilmişəm. 2007-ci ildə ərizəmə əsasən vəzifədən azad edilmişəm. Təhsil sahəsində aparılan islahatlar hər bir müəllim kimi məni də yeniliklərə sövq edir, daha çox öyrənib daha çox öyrətməyə təhrik edirdi. Odur ki, 2004-cü ildən başlayaraq müxtəlif illərdə bir –birinin ardınca 20-yə yaxın təlim-treninqlərdə iştirak etmişəm. 2004-2005-ci illərdə Dünya Bankının dəstəyi iləTN-nin və Açıq Cəmiyyət İnsititutunun Məktən Qrant Proqramları çərçivəsində təlimlərində iştirak etmiş, nəticədə İsmayıllı və regionda ilk dəfə olaraq “Təhsil Resurs Mərkəzi” adlı layihəni udaraq 3 saylı orta məktəbdə resurs mərkəzini yaratmışam. Bu mərkəz vasitəsi ilə rayonda və regionda internetə qoşulan ilk məktəb bizim məktəb olub. Təhsil Resurs Mərkəzi bu gün də öz fəaliyyətini davam etdirir, həm məktəbimizin, həm də rayonumuzun müəllimlərinə xidmət göstərir. 2008-ci ildə AMİ-nin Şamaxı filialında ixtisas artırma kursundan keçmişəm. 2008-ci ildən başlayaraq TN-nin və Mədəd-Azərbaycanın 10-dan yuxarı təlimlərində,2011 və 2012-ci illərdə UNİCEF təlimlərində iştirak etmiş və təlimçi statusu almışam. Əvvəlcə təlimçi, daha sonra baş təlimçi kimi Təhsil Nazirliyinin və Mədəd-Azərbaycanın bir çox təlimlərində, eləcə də Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi təlimləri çərçivəsində İsmayıllı, Ağdaş, Şəki, Qax, Oğuz rayonlarında 2000-dən çox müəllimə təlim keçmişəm və onlara təhsildəki yenilikləri öyrətməyə çalışmışam. Artıq 3 ildir ki, kurikulum təlimçisi kimi Bakı, Sumqayıt, Ağsu, Göyçay, Qax, Hacıqabul, Zərdab, Cəlilabadda 200-dən çox müəllimə kurikulum təlimlərini keçmişəm. 2008-2009-cu tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmış, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə müsabiqənin qalibi olmuşam. Bütün bunlar məni daha da irəli getməyə və öz üzərimdə daha çox işləməyə təhrik etmişdir. Odur ki, əvvəlcə 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və “1sentyabr” Pedaqoji Universitetində distant təhsil alaraq metodiki sahə üzrə ixtisasartırma vəsiqəsi almışam. Daha sonra 2013-2014-cü tədris ilində TQDK-nın qəbul imtahanlarında uğur qazanaraq SDU-nun Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistr təhsili alıram. 22-23 iyun 2013-cü il tarixlərində AzETA-nın beynəlxalq təlimində “İKT-dən istifadə etməklə interaktiv dərsin qurulması” mövzusunda təlimçi kimi təlim aparmışam. İşlədiyin 14 illik fəaliyyətim boyu 200-dən artıq şagirdim müxtəlif ali məktəbləri bitirmiş, 42 nəfər isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. Onlarla şagirdim 600-dən yuxarı bal toplamış, bunlardan 2-si müxtəlif illərdə 690, 2-si 680-dən çox bal toplayaraq uğur qazanmışlar. Şagirdlərimdən Şəhla Səmədli, Rəvan Məmmədov, Aydan Ağazadə müxtəlif illərdə Prezident təqaüdçüsü olmuşlar. Şagirlərim dəfələrlə fənn olimpadalarında mükafata layiq yerlər tutaraq rayon birincisi olmuç, dörd dəfə fənn olimpiadalarının respublika turuna vəsiqə qazanmışlar.İki şagirdim Qumru Hacıyeva 2004-cü ildə, Həsən Kamil isə 2010-cu ildə IV, bir şagirdim Fidan Canaliyeva isə 2013-cü ildə fənn olimpiadalarının respublika turunda III dərəcəli diploma layiq görülmüşlər. İşlədiyim müddətdə şagirdlərimi müxtəlif bilik və yarışlara qatılmağa sövq etmişəm və onların qalib olmaları üçün əlimdən gələn köməkliyi etmişəm. Nəticədə şagirdim Həcər Novruzova 2013-cü ildə “M.F.Axundzadə 200” inşa yazı müsabiqəsinin respublika turunda II dərəcəli diploma layiq görülmüşdür. Fidan Canaliyeva isə 2014-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev – 91” inşa müsabiqəsinin respublika turunda iştirak etmiş, fərqlənərək Təhsil Nazirinin diplomuna layiq görülmüş, inşa yazı işi isə “H.Əliyev uşaqların gözü ilə” kitabında dərc olunmuşdur. Hazırladığım “Babadağ” komandası 2004-cü ilə AZTV-nin “Tusi klubu” intellektual yarışının respublika üzrə qalibi olmuş və “Super kubok”a layiq görülmüşdür. 2013-cü ildə komandam “Xəmsə” milli intellektual oyununun rayon və zona qalibi olmuş, respublika turunda isə II yerə layiq görülmüşdür. Əldə etdiyim uğurların müqabilində müxtəlif illərdə İsmayıllı Rayon İcra Hakiminin və İsmayıllı Rayon Təhsil Şöbəsinin rəhbərliyinin diplom və fəxri fəranları ilə təltif olunmuşam. 2013-cü ildə təhsil sahəsindəki uğurlarıma görə Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı və vəsiqəsi ilə təltif olunmuşam. 29 may 2014-cü il tarixdə Təhsil Şurası və “Təhsil və zaman” qəzetinin birgə keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibi olmuşam.
- ▼Temmuz (5)
Comments are closed, but trackbacks and pingbacks are open.