5ci sinif ingilis dili dersliyi pdf
Hers
Разделить PDF
Моментальное разделение PDF-файлов на отдельные страницы или извлечение определенных страниц в новые документы PDF. Также можно добавлять определенные страницы одновременно из нескольких файлов PDF.
Безопасное разделение PDF онлайн
У нас есть политика конфиденциальности, объясняющая, насколько важна для нас ваша безопасность. Мы удаляем все Ваши файлы с наших серверов навсегда через час после загрузки.
Разделение PDF на лобой платформе
Поскольку это веб-приложение, разделять PDF-файлы можно во всех операционных системах с помощью новейших веб-браузеров. Работает на Windows, Mac и Linux.
Разделяйте PDF с предпросмотром
Наша программа разделения PDF предусматривает предпросмотр страниц, которые надо разделить. Можно выбирать по страницам или просто вводить номера страниц, которые надо извлечь.
Доступное онлайн-приложение
Обычно для разделения PDF файлов требуется дорогостоящее программное обеспечение премиум-класса. Мы же предлагаем его по приемлемым месячным тарифам.
Обработка PDF в облаке
Весь сложный процесс разделения, извлечения и удаления происходит в облаке без использования ресурсов вашего компьютера.
Əvəzlik
İngilis dilində qrammatika qaydaları ilə Azərbaycan türkçəsindəki qrammatik qaydalar birçox nöqtədə oxşarlıq təşkil edirlər. Əvəzliklər mövzusuda bu oxşarlıqlardan birisidir. Dahası əvəzliklər yəni pronouns, bir cümlənin quruluşunda ən çox istifadə edilən ifadələri əmələ gətirir. Bu səbəblə İngilis dili əvəzliklər dil öyrənərkən mütləq öyrənməyimiz lazım gələn siyahının ilk sıralarında olması vacib mövzulardan biridir.
İndi isə gəlin İngilis dilində də əvəzliklər necə istifadə edilir, neçə növdür, nümunə cümlələr ilə birlikdə gözdən keçirək.
Pronoun (Əvəzlik) Nədir?
İsmin yerinə keçən və onun yerinə istifadə olunan sözlərə pronoun yəni əvəzlik deyilir. İstifadə yerləri və formaları nöqteyi nəzərdən olduqca vacib olan pronouns fərqli növlərə sahibdir. Bu növlərə görə istifadə məqsədi də fərqlilik göstərir.
İngiliscə Pronoun ( Əvəzlik ) növləri
Pronouns eyni ilə Azərbaycan türkçəsində olduğu kimi şəxs, yiyəlik, işarə əvəzliyi kimi fərqli növlərə ayrılır.
Subject Pronouns (Şəxs əvəzlikləri)
Şəxs əvəzlikləri, cümlədə mübtəda vəzifəsində mövqe tutan sözlərdir. Personal pronouns olaraq da bilinir. İsimin yerinə istifadə edilərək cümlədə feldən əvvəl gəlirlər.
Subject pronoun + Verb
Subject- Mübtəda
Azərbaycan türkçəsi
I
Mən
You
Sən
He
O (kişi)
She
O (dişi)
It
O (heyvan, bitki, cansız varlıq)
We
Biz
You
Siz
They
Onlar
Cümlədə subject pronoun varsa xüsusi isim istifadə ediləbilməz. Yəni ikisinin eyni müddətdə istifadə forması səhvdir.
Akshin he is sleeping.- Səhv (Yalnızca Akşin vəya he istifadə edilməlidir.)
Nümunə cümlələr:
I have got a bus.
Mənim bir avtobusum var vəya mən bir avtobusa sahibəm.
You are very short.
Sən çox qısa boylusan.
He is playing basketball.
O, basketbol oynayır.
She is coming tomorrow.
O sabah gəlir.
It is windy.
Hava küləklidir.
We went to the party.
Biz partiyə getdik.
You must go to a holiday.
Siz tətilə çıxmalısınız.
They are lost.
Onlar itiblər.
Object Pronouns (Obyekt Əvəzlikləri)
Obyekt əvəzlikləri ( tamamlıq), cümlədə əşya mövqeyində yer tutan sözlərdir. Cümlədə feldən sonra gəlirlər.
Subject pronoun + Verb + Object pronoun
Object- Tamamlıq
Azərbaycan türkçəsi
Me
Mənə, məni
You
Sənə, səni
Him
Ona, onu (Kişi)
Her
Ona, onu (Dişi)
It
Ona, onu (heyvan, bitki, cansız varlıq)
Us
Bizə, bizi
You
Sizə, sizi
Them
Onlara, onları
‘ It ’ istifadəsində, əgər bir şey müəyyənləşmiş deyildə əvvəlcə onun adından bəhsedilir. Bir dəfə adını istifadə etdikdən sonra davamında ‘it’ istifadə olunabilir.
I can’t find the phone. Where did you put it? ( Telefonu tapa bilmirəm. Onu haraya qoydun ?)
Əvəzlik nümunə cümlələr:
Give that umbrella to me.
O çətiri mənə ver.
There is a letter to you
Sənə bir məktub var.
This computer belongs to him
Bu kompyuter ona aiddir.
He is taking her to dinner.
O, onu yeməyə aparır.
Do you want to join us?
Bizə qoşulmaq istəyirsiniz?
He is talking to you
O sizinlə danışır.
Look at them
Onlara bax.
Possessive Pronouns (Yiyəlik əvəzlikləri)
Yiyəlik əvəzlikləri, yiyəliklik vəya sahiblik əvəzlikləri olaraq da tanınır. Azərbaycan dilində ki aidlik bildirən ‘-ki’ əlavəsini ifadə edir. Bir əşyanın kimə aid olduğunu müəyyən etmək üçün istifadə edilir. Ancaq arxasından hərhansısa bir isim gəlmir.
Possessive pronouns- Yiyəlik
Azərbaycan türkçəsi
Mine
Mənimki
Yours
Səninki
His
Onunki (kişi)
Hers
Onunki (dişi)
Its
Onunki (heyvan, bitki, cansız varlıq)
Ours
Bizimki
Yours
Sizinki
Theirs
Onlarınki
Əvəzlik nümunə cümlələr:
It was mine.
O mənimki idi.
Is this seat yours?
Bu oturacaq sizinkidir?
The files behind them are his.
Onların arxasındakı sənədlər onunkidir.
I found some money on the ground. It must be hers.
Yerdən bir qədər pul tapdım. Onunki olmalıdır.
Your house is bigger than ours.
Sizin eviniz bizimkindən daha böyükdür.
This party must be theirs.
Bu parti onlarınki olmalı.
Qeyd : Yiyəlik əvəzlikləri, Yiyəlik sifətlərinin yerinə istifadə olunur. Possessive adjectives olaraq bilinən yiyəlik sifətlərində sifət olan bir söz və arxasından gələn bir isim vardır.
Possessive adjectives- Yiyəlik sifətləri
Azərbaycan türkçəsi
My
Mənim
Your
Sənin
His
Onun (kişi)
Her
Onun (dişi)
Its
Onun (hayvan, bitki, cansız varlıq)
Our
Bizim
Your
Sizin
Their
Onların
Əvəzlik nümunə cümlələr:
My school is very old.
Mənim məktəbim çox köhnədir.
I like your style.
Sənin tərzini xoşlayıram.
He put on his jacket
O jaketini geydi.
These are her books.
Bunlar onun kitaplarıdır.
Their car is very expensive.
Onların maşını çox bahalıdır.
Reflexive Pronouns (Qayıdış əvəzlikləri)
Qayıdış əvəzlikləri, ‘ öz ’ sözünün mübtədaya görə özünə qayıtması nəticəsində meydana gəlir. Mübtədanı vurğulamaq məqsədiylə həm hərəkəti edən həm də hərəkətdən təsirlənən yəni mübtəda və tamamlıq eyni şəxs olduğunda qayıdış əvəzlikləri istifadə olunur.
Reflexive-Qayıdış
Azərbaycan türkçəsi
Myself
Özüm
Yourself
Özün
Himself
Özü (kişi)
Herself
Özü (dişi)
Itself
Özü (heyvan, bitki, cansız varlıq)
Ourselves
Özümüz
Yourselves
Özünüz
Themselves
Özləri
Reflexive əvəzliyindən əvvəl ‘ by ’ ifadəsi gəlirsə cümləyə öz özünə, kömək istəmədən, bir başa mənasını qatır.
Əvəzlik nümunə cümlələr:
I look at myself in the mirror every morning.
Mən hər səhər güzgüdə özümə baxıram.
Did you do your homework by yourself?
Ev tapşırığını özünmü etdin?
He has hurt himself.
O özünü incidib.
She made the cake herself.
Tortu özü düzəltdi.
We made everything ourselves.
Hər şeyi özümüz etdik.
Babies can’t wash themselves.
Körpələr özlərini təmizləyə bilməzlər.
Indefinite Pronouns (Qeyri müəyyən əvəzliklər)
Qeyri müəyyən əvəzliklər, bir şəxs və ya obyektin isminin birbaşa verilmək istənmədiyi hallarda istifadə olunur. Buradakı şəxs və ya obyektin hər hansı bir sərhədi yoxdur və ümumiləşdirmə edilir. veya nesnenin isminin doğrudan verilmek istenmediği durumlarda kullanılır.
Indefinite-Qeyri – müəyyən
Azərbaycan türkçəsi
Someone- Somebody
Kimsə, birisi
Anyone- Anybody
Hər hansı kimsə, heç kimsə
No one- Nobody
Heç kimsə
Everyone- Everybody
Hərkəs, hər biri
Something
Nəsə, birşey
Anything
Hər hansı bir şey
Nothing
Heç bir şey
Everything
Hər şey
‘ Some ’ ilə başlayan qeyri – müəyyənsizliklər təsdiq, ‘ any ’ ilə başlayan qeyri – müəyyyənsizliklər inkar cümlələrdə istifadə olunur. ‘ Every ’ ilə başlayanlar həm təsdiq həm də inkar cümlə quruluşu üçün münasibkən ‘no’ ilə başlayan qeyri – müəyyənsizliklər inkar məna ifadə etməsinə baxmayaraq sadəcə təsdiq cümlə quruluşu ilə istifadə edilməkdədir.
Əvəzlik nümunə cümlələr:
I can’t find my shoes. Somebody must have hidden them.
Ayaqqabılarımı tapa bilmirəm. Kimsə onları gizlətmiş olmalıdır.
There isn’t anybody in the office.
Ofisdə heç kimsə yoxdur.
Everyone can eat it.
Bunu hərkəs yeyə bilər.
There is something wrong with the refrigerator.
Soyuducu ilə əlaqəli nəsə səhv birşey var.
He didn’t give me anything.
O mənə heçnə vermədi.
There is nothing in the fridge.
Soyuducuda heçnə yoxdur
Everything is very good.
Hər şey çox yaxşıdır.
Demonstratives (İşarə Əvəzlikləri)
İşarə əvəzlikləri, işarə sifətlərinin yerinə istifadə olunan sözlərdir. İşarə yolu ilə bir şeyi göstərmək və ifadə etmək üçün istifadə olunur, ancaq ardından isim gəlmir.
İşarə əvəzlikləri
This
That
These
Those
This/ These: Bizə və danışana yaxın olan şəxslər və əşyalar ilə indiki və gələcək zamandakı vəziyətləri izah etmək məqsədiylə istifadə olunur.
That/ Those: Bizə və danışana uzaq olan şəxslər və əşyalar ilə keçmiş bir vəziyətə nəzər yetirmək məqsədiylə istifadə olunur.
This/ That: Tək izahlar üçündür. (Is, Was kimi köməkçi fellər qəbul edir.)
These/ Those: Cəm izahlar üçündür. (Are, Were kimi köməkçi fellər qəbul edir.)
Nümunə Cümlələr:
This is my favorite song.
Bu mənim sevdiyim mahnıdır.
That was a great party.
Gözəl bir qonaqlıq idi.
These are her children.
Bunlar onun uşaqlarıdır.
Those are very old trees.
Onlar çox yaşlı ağaclardır.
Comments are closed, but trackbacks and pingbacks are open.