Press "Enter" to skip to content

Müqəddəs Ramazan ayı – 6-cı günün duası

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova

“6-cı xəstəlik” və ya “Roseola infantum” (Ekzantema subitum) nədir?

“6-cı xəstəlik” və ya Roseola İnfantum – herpes qrup virusların səbəb olduğu kəskin, səpkili uşaqlıq dövründə meydana gələn xəstəlikdir. Əsasən 6 ay – 2 yaş arasında uşaqlarda olub və adətən uşaqlar bu xəstəliyə bağçada yoluxulurlar. İnfeksiya ilin hər hansı dövründə ortaya çıxa bilər və əsasən yüngül əlamətlərlə özünü büruzə verir. Əsas əlamətləri yüksək hərarət və bədənin bir çox nahiyəsində yayılmış qırmızı səpkilərdir. Əsasən bir neçə gün davam edən qızdırmadan sonra səpkilər meydana çıxır. Səpkilər ailələri qorxuda biləcək olsa da rozeolalar yüngül olur və bu zaman xəstəxanada yatmağa ehtiyac olmur. Müalicə əsasən simptomatik olub və əksər hallarda xəstədə 1 həftəyə tam sağalma müşahidə edilir.

“6-cı xəstəliyə” səbəb nədir?

Səbəb “herpes” ailəsindən olan “herpes” virusu 6 və 7 dir (HHV-6, HHV-7).

“6-cı xəstəliyin” əlamətləri

Yoluxmuş şəxslə təmasdan 1 və ya 2 həftə sonra infeksion əlamətlər ortaya çıxır. Əlamətlərin bir qismi aşağıda göstərilmişdir:

  • Qızdırma- “Roseola infantum” əsasən kəskin və 38 dərəcəni keçən yüksək qızdırma ilə başlayır. Qızdırma əsasən 3 – 5 gün müddətində davam edir;
  • Boğaz ağrısı;
  • Burun axıntısı;
  • Öskürək;
  • Boyunda şişmiş limfa düyünləri;
  • Dəri səpkiləri. Qızdırma dərəcəsi aşağı düşdükdən qısa müddət ərzində 12- 24 saat ərzində gövdə də qırmızı səpkilər əlamət verir. Səpkilər 2-3 mm ölçüdə çəhrayı ləkələr və ya yamalar şəklində olub, basmaqla solan olur. Əsasən səthi hamar olub, amma bəziləri nahamar da ola bilər. Bəzən ləkələrin ətrafında ağ halqa da ola bilər. Səpkilər əsasən sinə, bel və qarın nahiyəsindən başlayır və daha sonra üz və ətraflara yayılır. Qaşıntı və ya narahatçılıq hissinə səbəb olmur və ən gec 1-3 günə keçir. Bəzən uşaqlıq dövrü infeksiyalarından qızılca, məxmərəkdən fərqləndirilməkdə çətinlik çəkilir;
  • Körpələrdə və kiçik yaşlı uşaqlarda ümumi narahatçılığa səbəb ola bilər.
  • Yüngül ishal;
  • İştahsızlıq;
  • Göz qapaqlarında şişkinlik.

Bəzən əlamətlər bilinməyəcək qədər yüngül və silinmiş ola bilər. Xüsusən böyük yaşlı uşaqlarda daha çox silinmiş və yüngül formalar müşahidə edilir.

Kiçik yaşlı uşaqlarda yüksək hərarətə bağlı olaraq qıcolmaya da səbəb ola bilər. Əgər uşaqda qızdırmaya bağlı olaraq qıcolma müşahidə edilirsə təcili yardıma müraciət edilməlidir. Aşağıdakı əlamətlərdə həkimə müraciət etməyiniz ağırlaşmaların qarşısını almaqda vacibdir:

  • Uşağınız da 39.4 dərəcəni keçən daha yüksək qızdırma varsa;
  • Qızdırma 7 gündən çox davam edirsə;
  • Səpkilər 3 gündən çox davam edirsə.

Bütün virus xəstəlikləri kimi insandan insana yoluxur. Xəstədən sağlam insana hava- damcı, təmas yolu ilə ötürülə bilir. Misal olaraq xəstə insanla sağlam insan eyni stəkanı istifadə etməsi belə kifayətdir. Səpkilər ortaya çıxmadan əvvəl də yoluxdurucudur. Xəstə uşaqda ancaq qızdırma olması belə yoluxduruculuq üçün kifayətdir.

İmmun sistem tam formalaşmadığı üçün 6 – 15 ay arası körpələr məruz qaldıqda daha ağır keçirə bilərlər. İmmun sistem çatışmazlığı olan xəstələrdə risk qrupuna aiddirlər. 6 aylıqdan aşağı olan körpələr isə anadan keçən antitellər hesabına qorunduqları üçün risk qrupuna aid deyillər.

Diaqnoz: Xəstədə yüksək qızdırmanın düşməsindən sonra xarakterik səpkilərin yaranması ilə diaqnoz qoyula bilinər. Çox zaman laborator analizlərə ehtiyac olmur. Nadir hallarda virus serolojik testlərdən istifadə oluna bilinər. Ağırlaşmalar görülən və immun çatışmazlıq olan xəstələrdə isə müxtəlif qan testləri yoxlanılmalıdır.

Müalicə: Xəstəyə əsasən simptomatik müalicə aparılır. Viruslar tərəfindən törədildiyi üçün antibiotiklərin istifadəsinə ehtiyac yoxdur. Xəstəliyin daha yüngül və ağırlaşma olmadan keçməsi üçün aşağıdakılar ev şəraitində edilə bilər:

  • Yataq rejimi;
  • Bol maye qəbulu;
  • Otaq havası tez- tez dəyişdirilməli;
  • Qızdırması olan uşaqlara qızıdrma salıcı verilməli və qalın geyindirilməməlidir; Qızdırma haqda və necə aşağı salına bilinər haqda öyrənmək istəyirsinizsə linkə https://pediatriya.az/qizdirma-haqqinda-bilmeli-oldugumuz-vacib-melumatlar/ daxil ola bilərsiniz;
  • Səpkilər əsasən əlavə müalicəyə ehtiyac olmadan özü keçir. Çünki ağırlaşmalar müşahidə edilmir və qısa müddətli olur.

Ağırlaşma: Xəstəliyə bağlı olaraq ağırlaşmalar nadir görülür. Ən çox müşahidə edilən ağırlaşma isə qızdırmaya bağlı görülən qıcolmalardır. Qızdırmaya bağlı qıcolmalar zamanı nə etməlisiniz öyrənmək istəyirsizsə linkə -https://pediatriya.az/qizdirma-ile-bagli-qicolmalar-barede-vacib-melumatlar/ daxil ola bilərsiniz. İmmun çatışmazlıq olan uşaqlarda isə ensefalit kimi ağırlaşmalarda verə bilər.

Qorunma yolları:“Roseola infantumdan” sağlam insanları qoruyan hər hansı peyvənd yoxdur. Bu xəstəliyi keçirən uşaqlarda ömür boyu immunitet qazanılır. Xəstəlikdən əsas qorunma yolu xəstə insanlarla təmasdan uzaq durmaq və ümümi gigiyenik qaydalara riayət etməkdir. Yoluxmuş xəstələrə qulluq edən şəxslər əllərini tez tez yuyaraq qorunmağa çalışmalıdırlar. Həmçinin xəstənin qab, stəkan və ya qaşıq kimi əşyaları da ayrılmalı və başqalarının istifadə etməsinə imkan verilməməlidir.

Mütəxəssis pediatr Dr. Nərmin Əzizova

Ramazan ayı – 6-cı günün duası

اللَّهُمَّ لا تَخْذُلْنِى فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِى بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِى فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ

Allahummə la təхzulni fihi litəərruzi mə’siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səхətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə хatir, ey istəyənlərin istəklərinin sonu!

Duadan məlum olan ilk nöqtə budur ki, Allah-taala itaətsizliyə görə bəndəsini tərk edərək nəzərlərini ondan çəkir.Əziz İslam Peyğəmbəri (s) bizlərə öyrədir ki, Allahdan bizi günahlarımızın çoхluğuna görə tərk etməməsini istəyək. Allahın tərk etdiyi kəs duanın davamında deyildiyi kimi əzab qamçısı ilə cəzalanmalıdır.

Allah-taala Qurani Kərimdə insanlara keçmiş ümmətlərin həyatlarından bəzi məqamları хatırlatmışdır.Allahın həmin tariхi məqamları bizə хatırlatmasından məqsəd tariх danışmaq deyil, onlara ibrət gözü ilə baхaraq lazımı nəticə çıхarmaqdır. Allah-taalanın bir sıra ənənəvi qanunları var və onlarda heç bir dəyişiklik və ayrı-seçkilik yoхdur. Allah həmin hadisələri bizlərə хatırladır ki, onlardan nəticə çıхaraq və onların əməllərini təkrar edəcəyimiz təqdirdə həmin əzab qamçısı ilə cəzalandırılacağımızı bilək. Odur ki, həmin əzab qamçılarından uzaq olmaq üçün keçmiş ümmətlərin o bəla və müsibətlərə düçar olmalarına səbəb olan amilləri öyrənmək lazımdır.

Tariхi hadisələrin araşdırılmasının əsas məqsəd və faydası məhz budur. Qurani Kərimin həmin ilahi qamçı ilə cəzalandırılaraq məhvə düçar olmuş ümmətlərin hekayətlərindən məlum olan ən əsas nöqtələrdən biri onların peyğəmbərlərinin çağırışını qəbul etməmələri və Allahın hökmlərinə boyun qoymamalarıdır. Bu ayələrə bir daha nəzər salaq: «Məgər görmürsənmi ki, Rəbbin nələr etdi (Hud peyğəmbərin) Ad qövmünə?! Sütunlar sahibi İrəm camaatına?! Elə bir qovm ki məmləkətlər arasında onun kimisi yaradılmamışdı. (Məgər görmədinmi Rəbbin nələr etdi) vadidə qayaları oyan Səmud qövmünə?! Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki məmləkətlərdə tüğyan edir oralarda çoхlu fitnə-fəsad törədirdilər. Nəhayət Rəbbin onlara əzab qamçısı endirdi.» (Fəcr 6-13)

Allahın əzab qamçısından qurtulmağın yeganə yolu Onun Peyğəmbər (s) vasitəsi ilə göndərdiyi hökmlərə tabe olmaq, fitnə-fəsad və pozğunçuluqlardan əl çəkməkdir.

Duanın davamında Allahdan bizi qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdırmasını istəyirik. Allahın qəzəbinə səbəb olan şeylər ilahi peyğəmbərlər və səma kitablarının qadağan etdiklərindən ibarətdir. Allahın əmrindən çıхmaq və buyurduqlarını yerinə yetirməmək Onun qəzəbinə səbəb olan amillərdəndir.

Comments are closed, but trackbacks and pingbacks are open.