Onlayn test-sınaq portalı – Məntiq testləri, İnformatika testləri, İngilis dili testləri
Riyaziyyat
9-cu sinif buraxılış imtahanlarının nəticələri açıqlanıb
Şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.
Trend-i buradan izləyin
Bakı. Elçin Mehdiyev – Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahan nəticələrinin emalının son mərhələsində (iş nömrələrinin deşifrə olunması) DİM İctimai Şurasının üzvü İKT məsələləri üzrə ekspert Osman Gündüz də iştirak edib.
İmtahanda iştirak etmiş şagirdlər (37434 nəfər) DİM-in internet saytında saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, , , və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:
xarici dil fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -a vurulur.
Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir.
Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.
I mərhələ, test tapşırıqları
Maksimal bal
Test tapşırıqlarınn sayı
Bal
Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)
Onlayn test-sınaq portalı – Məntiq testləri, İnformatika testləri, İngilis dili testləri
Saytda olan bütün testlərin düzgün cavabları və sadə dildə izahlı həlləri.
Bilikli bloq
Maraqlı və faydalı məlumatlar, həmçinin sayt yenilikləri barədə müntəzəm yenilənən bloq.
Statistik məlumat
Bilikli.net üzvlərinin sayı: 254 365.
Sınaq testlərdə iştirak sayı: 4 320 095.
Ümumi orta hazırlıq göstəricisi: 58.82%.
Oğlanlar üzrə hazırlıq göstəricisi: 56.14%.
Qızlar üzrə hazırlıq göstəricisi: 60.12%.
Top 5 – Məntiq
qasimovbaxsali – 1329 bal xtremal93 – 1325 bal Ferhad Kazimov – 1312 bal heyder-necefli – 1293 bal Agim – 1278 bal
Layihə haqqında
Bilikli.net 2007-ci ildə qurulmuş və ölkəmizdə ilk online test-sınaq platformasıdır. Hazırda saytda məntiq (iq), informatika testləri, müsabiqələr təqdim olunur. Ətraflı oxuyun.
Android app yükləyin
Bilikli.net testləri çoxsaylı sahələrdə olan imtahanlar üçün çox yararlıdır. İndiyədək on minlərlə iddialı istifadəçi imtahanlara hazırlıq zamanı Bilikli.net sisteminin testlərindən faydalanmışdır. Bu dövrdə onlarla istifadəçidən imtahandan uğurla keçdikdən sonra minnətdarlıq məktubları almışıq. Hazırda saytda təqdim edilən məntiq testləri, informatika testləri və ingilis dili testləri müəllimlərin işə qəbul imtahanı, müəllimlərin yerdəyişmə imtahanı, dövlət qulluğuna qəbul imtahanı, magistraturaya qəbul imtahanı, bəzi müəssisələrin daxili işə qəbul imtahanı və.s. sahələrə hazırlaşanlar üçün çox faydalı ola bilər. Həmçinin saytdakı məntiq sualları, informatika və ingilis dili sualları test həvəskarlarına, beyin məşqi etmək istəyən istifadəçilərimizə faydalı olacaq. Saytda məntiq testləri və onların cavabları, izahları, o cümlədən informatika testləri, onların cavabları və izahları, həmçinin ingilis dili testləri, onların cavabları və müvafiq qısa dərsləri təqdim edilir.
TQDK buraxılış imtahanlarının nəticələrini açıqlayıb
APA-nın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət
Fənlər üzrə düzgün cavabların sayı
Ana dili
(Azərbaycan bölməsi)
Rus dili
(rus bölməsi)
Riyaziyyat
Ümumi orta təhsil bazasında (9 illik ) 3, 8, 13 iyun 2012-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri də açıqlanıb. Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.