KSQ-Azərbaycan tarixi
25.9.2. “tapşırıq sənədinin surətini” sözləri “obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini” sözləri ilə əvəz edilsin.
7 ci sinif az tarixi ksq 2
Az da olsa devam ederler ama sahabeler de önünde esas torpak forması iyi olmuştu 10 sual diye zeytin uşaklar onun soğan tapa .
7-ci sinif Azərbaycan tarixi KSQ-2 Düzgün Cavabları ilə
Просмотров 15 тыс. 4 месяца назад
Növbəti KSQ-lar üçün kanalımıza ABONE olun.
umumi tarix 7ci sinif ksq 2
Просмотров 2 тыс. 4 месяца назад
Az tarix 7 ci sinif Ksq 2
Просмотров 3 тыс. 4 месяца назад
Az-tarixi 7-ci sinif Ksq 2 testi.
Просмотров 53 тыс. 4 года назад
Abunə olub like atmağı unutmayın.
7ci sinif Azərbaycan tarixi KSQ-3
Просмотров 16 тыс. 2 месяца назад
7-ci sinif Ümumi Tarix KSQ-2
Просмотров 8 тыс. 3 месяца назад
7-ci sinif Azərbaycan tarixi KSQ-3 Düzgün Cavabları ilə
Просмотров 16 тыс. 2 месяца назад
Növbəti KSQ-lar üçün kanalımıza ABONE olun.
7ci sinif Azərbaycan Tarixi ksq 2
Просмотров 6 тыс. Год назад
7 sinif ksq 2 umumi tarix
Просмотров 4,8 тыс. 4 месяца назад
Az Tarixi KSQ-3 7 ci sinif #fyp #shorts ~Ayl
Просмотров 1 тыс. Месяц назад
7ci sinif az tarixi ksq 2(cavablar rəydə)
Просмотров 169 Месяц назад
Əlaçı – Rekord (Tarix üzrə) Rəvan Mustafayev
Просмотров 103 тыс. 3 года назад
Əlaçı Yeni mövsümün 2 ci verilişi Rəvan Mustafayevin sərgilədiyi Tarix performansı 14 sual – 14 düz cavab.
7 sinif Az tarixi ksq2
Просмотров 2,5 тыс. 2 месяца назад
7 ci sinif az tarix ksq 2
Просмотров 1,9 тыс. 4 месяца назад
7 ci sinif Ümumi Tarix ksq 2 cavablar
Просмотров 20 тыс. Год назад
Az-tarixi 6 cı sinif K-S-Q-2
Просмотров 9 тыс. Год назад
Az-tarixi Ksq 2 testi cavablarıyla.
Просмотров 21 тыс. 4 года назад
Kanalıma abunə olmağı unutmayın.
7 ci sinif az tarixi ksq 2(cavablar rəydə)
Просмотров 136 Месяц назад
Kimin sinifi belədi
Просмотров 544 тыс. 3 месяца назад
#azerbaycan #bakı #shorts #tiktok #tiktokazerbaycan #azərbaycan #mediaazerbaijan #trend #maraqlı #gülməli.
7 Cİ SİNİF AZƏRBAYCAN TARİXİ KSQ 2 CAVABLARI
Просмотров 11 тыс. 3 месяца назад
Tarix fənni üzrə maraqlı yarış
Просмотров 9 тыс. Год назад
7ci sinif az tarixi ksq 4 (cavablarla) #ksq #aztarixi #tarix #ksq4 #ksqler #7cisinif #cavablar
Просмотров 473 День назад
azərbaycan tarixi azərbaycan tarixi 7ci sinif ksq 4 a və b variantı ksq azərbaycan tarixi 7ci sinif ksq 4 7ci sinif azərbaycan tarixi .
#tarix #dim Azərbaycan Tarixi 7 – ci sinif KSQ
Просмотров 2 тыс. 11 месяцев назад
Dim #tarix #topluTarix 1 ci hissə test toplusu cavabları, tarix 2 ci hissə test toplusu cavabları,5ci sinif, 6cı sinif, 7ci sinif, tarix, tarix .
KSQ-Azərbaycan tarixi
Əziz tarix.infoçular! Azərbaycan tarixi üzrə II yarımilin ilk summativini sizinlə paylaşıram. Buyurun. 2 variantda hazırlanmış suallar standartlar nəzərə alınaraq hazırlanmışdır.
II Yarımil- KSQ 1_Azərbaycan Tarixi
Tarix__________Variant__A__Ad, soyad______________________Sinif_VI_
1. Mannanın süqut etməsindən neçə il sonra Atropatena dövləti yarandı?
a) 269 b) 279 c) 289 d) 911
2. Manna dövləti nə üçün süqut etdi adlı hekayə qurun.
_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
3. Kiaksarın hakimiyyətə gəlməsindən neçə il sonra Maqneziya döyüşü baş verdi?
a) 435 b) 395 c) 815 d) 572
4. Astiaq neçə il hakimiyyətdə olmuşdur ? Hesabla. Daha sonra aldığın rəqəmin üzərinə 3 rəqəmini gəl. Hesablayıb aldığın rəqəmin tarixində hansı döyüş baş vermişdir?
a) Maqneziya b) Qavqamel c) Fraspa d) Araz
5. Aşağıdakı anlayışlar hansı dövlətə aiddir?
Ərazisi satraplığa bölünmüşdü, Makedoniyalı İsgəndərin hücumuna məruz qalmışdır, e.ə 330-cu ildə süqut etmişdir
a) Midiya b) Əhəməni c) Manna d) Atropatena
6. Atropatena dövlətinin ərazisində yaşayan tayfaları yazın
1.
2.
3.
4.
7. Atropatena bu dövlətlərin asılılığını qəbul etmişdi
a) Parfiya, Roma b) Parfiya, Selevkilər c) Selevkilər, Roma d)Roma, Makedoniya
8. Selevkilərlə Roma arasında baş vermiş döyüşün səbəbi nə idi?
_______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
9. Atropatena əhalisi hansı dinə sitayiş edirdi?
a) Zərdüşt b) Konfutsi c) Buddizim d) İslam
10. Atropatena ərazsinidə tapılan Herakla aid olan abidə necə adlanırdı?
________________________
11. Zərdüşt dininin baş kahini necə adlanırdı?
______________
12. Aşağıdakı sərkərdələrin hansı ölkələrə aid olduğunu müəyyən edin. Qarşılıqlı yazın.
Lukull, Pompey, Antoni, Atropat,Atropatena, Selevkilər, Parfiya, Roma
_________________________________________________________________________________________________________________________________________________________________________
13. Atropatenanın paytaxtı hansı şəhər idi?
a) Qazaka b) Fraspa c) Fanaspa d) Aqnazana
14. Maqneziya döyüşü
Tarixi Kimlərin arasında baş verib? Baş vermə səbəbi Döyüşün nəticəsi
II Yarımil- KSQ 1_Azərbaycan tarixi
Tarix__________Variant__B__Ad, soyad______________________Sinif_VI_
1. Araz çayı sahilində baş vermiş döyüşdən neçə il əvvəl Manna dövləti süqut etmişdir?
a) 60 il b) 260 il c) 61 il d) 52 il
2. Aşağıdakı anlayışlar hansı hökmdara aiddir?
Satrapı Bess tərəfindən öldürülüb. 330-cu ildə dövləti süquta uğrayıb.
a) I Dara b) III Dara c) Makedoniyalı İsgəndər d) Kiaksar
3. Əhəmənilər dövlətinin varlığına son qoyulandan neçə il əvvəl Midiya dövləti süquta uğrayıb?
a) 40 il b) 41 il c) 230 il c) 220 il
4. Qavqamel döyüşü baş vermişdir?
a) Makedoniya ilə Əhəmənilər arasında
b) Atropatena ilə Parfiya arasında
c) Midiya ilə Əhəmənilər arasında
d) Əhəmənilər ilə massagetlər arasında
5. Fraspa döyüşü
Tarixi Kimlərin arasında baş verib? Baş vermə səbəbi Döyüşün nəticəsi
6. Zərdüşt dininin müqəddəs kitabı necə adlanırdı?
_________________________________________________________________
7. Zərdüştlüyün baş məbədi hansı şəhərdə yerləşirdi?
_______________________
8. Atropatena Parfiyanın asılılığından çıxdıqdan sonra hansı dövlətlə yaxınlıq etməyə başladı?
a) Roma b) Selevkilər c) Makedoniya d) Arşakilər
9. III Antiox neçənci ildə hakimiyyətə gəldiyi tarixdən neçə il əvvəl Atropatena dövləti yaranmışdı?
a) 98 il b) 100 il c) 190 il d) 92 il
10. E.ə 53 cü ildə Roma ilə Parfiya arasında münasibətlərnecə idi? Və Atropatena hansı dövlətin tərkibində idi?
_________________________________________________________________________________________________________________________________________
11. Atropatena və Parfiyanı biri birinə yaxınlaşdıran səbəb nə idi?
________________________________________________________________________________________________________________________________________________________________________________________
12. Atropatena nə vaxt Parfiyanın hakimiyyəti altına düşdü?
a) E.ə 20 ci ilində b) eramızın 20 ci ilində c) e.ə 21-ci ildə d) eramızın 21-ci ilində
13. Fraspa, Fanaspa, Aqnazana şəhərləri hansı dövlətin şəhərləri idi?
a) Selevkilər b) Əhəməni c) Parfiya d) Atropatena
14. Maq, kadusi, Atropatena, Avesta, Midiya yağı sözlərindən istifadə edərək hekayə qurun.
___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
15. Atropatena və Əhəməni dövlətinə aid 4 oxşar cəhət, 2 fərq yazın.
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
6-cı sinif azrbaycan tarix ksq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-05-2016, Nəşr nömrəsi: 97), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 834)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201604290180
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 5, maddə 452; 2012, N 2, maddə 184; 2013, N 6, maddə 744; 2014, N 1, maddə 69) ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənd üzrə:
1.1. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
istehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;”;
1.2. dördüncü-yeddinci abzaslar aşağıdakı redaksiyada verilsin:
“qaz qurğusu – istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);
məişət qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
qazpaylayıcı şəbəkə – qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;”.
1.3. aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:
“tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
texniki şərtlər – tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd.”.
2. 1.3-cü bəndin dördüncü və beşinci abzaslarına “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
3. 1.4-cü bəndin ikinci abzasına “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
4. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:
“Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir.”.
5. 2.1-ci bənd üzrə:
5.1. birinci cümlədə “texniki şərt” sözləri “texniki şərtlər” sözləri ilə əvəz edilsin;
5.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”.
6. 2.2-ci bənd üzrə:
6.1. “, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən” sözləri çıxarılsın;
6.2. aşağıdakı məzmunda ikinci-dördüncü cümlələr əlavə edilsin:
“İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər.”.
7. 2.3-cü bəndin birinci cümləsinə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin və həmin cümlədən “qəbul komissiyası tərəfindən” sözləri çıxarılsın.
8. 2.4-cü bəndin birinci cümləsinə “sənaye” sözündən sonra “qaz” sözü, “icazə” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin, ikinci cümləsində “İcazənin” sözü “Xüsusi icazənin” sözləri ilə əvəz edilsin.
9. 2.6-cı bəndə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
10. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.”.
11. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.8. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi halları istisna olmaqla, digər hallarda istehlakçı FHN-in və EN-in səlahiyyətli nümayəndələrini, onların təmsil etdiyi orqanın qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, texniki baxışın keçirilməsi üçün ona məxsus qazlaşdırılmış obyektə daxil olmasını təmin etməlidir.”.
12. Aşağıdakı məzmunda 2.9-2.12-ci bəndlər əlavə edilsin:
“2.9. Baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün istehlakçı qaz paylayıcısının nümayəndələrini qazlaşdırılmış obyektə xidməti vəsiqələrini təqdim etdikləri halda buraxmalı və onlar tərəfindən müvafiq tədbirlərin görülməsinə şərait yaratmalıdır.
2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri texniki baxışın nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidirlər. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.”.
13. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır.”.
14. 3.2.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.11-3.2.13-cü yarımbəndlər əlavə edilsin:
“3.2.11. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən bu Qaydaların 2.7-2.10-cu bəndlərinə uyğun olaraq, qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsinə imkan yaratmalı;
3.2.12. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalı;
3.2.13. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – SMPDK) müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən məişət qaz qurğusundan istifadə etməli.”.
15. 3.3-cü bəndə “Sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
16. 3.5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.5.1. qaz avadanlıqlarını istismar edən müvafiq texniki heyət tərəfindən qaz qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini və qazdan təhlükəsiz istifadənin təbliğatını təmin etməli, habelə zirzəmilərin, texniki anbarların və birinci mərtəbələrin ərazisində hava-qaz qatışığının yoxlanılması üçün qaz paylayıcısına şərait yaratmalı;”.
17. 3.5.5-ci yarımbəndə “sənaye” sözündən sonra “qaz” sözü əlavə edilsin.
18. 4.1-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK)” sözləri “SMPDK” abreviaturası ilə əvəz edilsin.
19. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.”.
20. 4.6-cı bəndə “paylayıcısının” sözündən sonra “sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən” sözləri əlavə edilsin.
21. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”.
22. 4.10-cu bəndə “Sənaye” sözündən sonra “qaz” sözü və “bu Qaydaların” sözlərindən sonra “4.2-ci bəndinin” sözləri əlavə edilsin.
23. 6.1.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “SMPDK” abreviaturası ilə əvəz edilsin.
24. Aşağıdakı məzmunda 6.1.5-1-ci və 6.1.5-2-ci yarımbəndlər əlavə edilsin:
“6.1.5-1. İstehlakçı bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq, FHN-in və EN-in səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmalarına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
6.1.5-2. FHN-in və EN-in səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin orqanların göstərişi əsasında;”.
25. Qaydalara 2 nömrəli əlavə – “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” üzrə:
25.1. adı aşağıdakı redaksiyada verilsin:
“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”;
25.2. 2.1.1-ci yarımbəndə “keyfiyyət göstəriciləri” sözlərindən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilsin və həmin yarımbənddən “(DÜST-5542-87)” sözləri çıxarılsın;
25.3. 2.1.3-cü, 2.1.13-cü, 2.2.1-ci və 2.4.5-ci yarımbəndlər ləğv edilsin;
25.4. 2.1.11-ci yarımbənddə “ödənişsiz qaydada” sözləri “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
25.5. 2.2.6.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;
25.6. aşağıdakı məzmunda 2.2.6.5-1-ci və 2.2.6.5-2-ci yarımbəndlər əlavə edilsin:
“2.2.6.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
2.2.6.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında;”;
25.7. 2.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.5. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;”;
25.8. aşağıdakı məzmunda 2.3.5-1-ci yarımbənd əlavə edilsin:
“2.3.5-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq;”;
25.9. 2.4.4-cü yarımbənd üzrə:
25.9.1. “Paylayıcıdan,” sözü çıxarılsın;
25.9.2. “tapşırıq sənədinin surətini” sözləri “obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini” sözləri ilə əvəz edilsin.
26. Qaydalara 3 nömrəli əlavə – “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” üzrə:
26.1. adı aşağıdakı redaksiyada verilsin:
“Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”:
26.2. 2.1.1-ci yarımbənd üzrə:
26.2.1. “keyfiyyət göstəriciləri” sözlərindən sonra “(tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər)” sözləri əlavə edilsin;
26.2.2. “(DÜST-5542-87)” sözləri çıxarılsın;
26.3. 2.1.4-cü, 2.1.15-ci, 2.2.1-ci və 2.4.6-cı yarımbəndlər ləğv edilsin;
26.4. 2.1.13-cü yarımbənddə “ödənişli qaydada” sözləri “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;
26.5. 2.2.7.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilsin;
26.6. aşağıdakı məzmunda 2.2.7.5-1-ci və 2.2.7.5-2-ci yarımbəndlər əlavə edilsin:
“2.2.7.5-1. İstehlakçı “Qazdan istifadə Qaydaları”nın 2.7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;
2.2.7.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında;”;
26.7. 2.3.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.3.6. baş verən yanğının və ya qaz sızmasının qarşısının alınması və digər qəza işlərinin görülməsi üçün qaz paylayıcısının nümayəndəsini və ya nümayəndələrini xidməti vəsiqələrini təqdim etdikləri təqdirdə, qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə buraxmaq;”;
26.8. aşağıdakı məzmunda 2.3.6-1-ci yarımbənd əlavə edilsin:
“2.3.6-1. tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmaq və onu işlək vəziyyətdə saxlamaq;”;
26.9. 2.4.5-ci yarımbənd üzrə:
26.9.1. “Paylayıcıdan,” sözü çıxarılsın;
26.9.2. “tapşırıq sənədinin surətini” sözləri “obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqələrini” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 aprel 2016-cı il
Comments are closed, but trackbacks and pingbacks are open.