Press "Enter" to skip to content

6-cı sinif ksq azrbaycan dili

“Miqdar” sözü hansı ədədlə ifadə olunmalıdır?

Kayzen

Say da sifət kimi ismi əvəz edə bilir. ismi əvəz edən say təklikdə (isimsiz) işlənir, yəni isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir: Məsələn: Beşincilər (kim?) yarışda qalib gəldirlər. Beşlərimdən (nədən?) xoşum gətir. Beş (nə?) üçdən (nədən?) çoxdur. Gələn onunculardır (kimdir?).

Bəzi sayların yazılışı və deyilişi

Dilimizdəki bəzi sayların yazılışı və tələffüzü fərqlənir. Bu cür saylar, əsasən, aşağıdakılardır: dörd — [dört], səkkiz — [səkgiz], doqquz — [dokquz], altmıs — [atmış], əlii altı — [əllaltı], səksən -[səysən] s. Dörd sayı -üncü şikilçisini qəbul etdikdə isə kökdəki sonuncu samit sait səsdən əvvəl gəldiyi üçün cingiltilitələffüz olunur. [dordüncü].
Say cümlədə ən çox təyin olur. Yuxarıda qeyd olunduğu kimi, say isimləşdikdə mübtəda, tamamlıq, bəzən də xəbər ola bilir.

Sayın təhlil qaydası

  • Ümumi qrammatik mənası, sualı
  • Hansı isimlə bağlı olması
  • Quruluşca növü
  • Mənaca növü
  • Cümlədə rolu

6-cı sinif ksq azrbaycan dili

Qapalı saitlər hansılardır?

isim, sifət, say, əvəzlik, feil, qoşma. fərqli olan nitq hissəsini müəyyənləşdirin.

Qoşma, çünki digərləri əsas nitq hissələridir, qoşma köməkçi nitq hissəsidir.

Dözür hər əzaba o bilə-bilə, Yaşayır, sirrini salmadan dilə. Vaxt olur, qaldırıb ağını belə Şərbət əvəzinə içir analar. verilən nümunədə fərqləndirilmiş söz hansı mənada işlənmişdir?

ağı- zəhər mənasında işlənmişdir.

“Qarabağda” şeirinin müəllifi kimdir?

Necə məlahətli, qəşəngdi səsi

Axan saf suların təranəsitək; verilən nümunədə nəyin təsviri verilmişdir?

insanın səsinin təsviri verilmişdir.

Ağzına su alıb oturmaq frazeoloji birləşməsinin antonimini müəyyənləşdirin.

Dil-dil ötmək, dilotu yemək, dil qəfəsə qoymamaq.

1-ci hökm: Şuşa şəhəri 1992-ci ildə işğal olunmuşdur. 2-ci hökm: Şuşa şəhəri 2021-ci ildə azad olunmuşdur 3-cü hökm: ?

3-cü hökm: Şuşa 29 il işğalda olmuşdur.

3-cü hökm: Şuşa 29 il sonra azad edilmişdir.

Durna gözlü bulaqların, Cənnət kimi yaylaqların, Geniş-geniş oymaqların, Azərbaycan! Azərbaycan! verilən nümunədəki həmqafiyə sözləri müəyyən edin.

bulaqların, yaylaqların, oymaqların həmqafiyə sözlərdir.

Azərbaycan xalq nağılı olan “Ağıllı uşaq” nağılında uşağın məqsədi nə idi?

Suallara cavab verərək kəndini qurtarmaq.

Mən dizimə döyüb zar-zar ağladım,

Çöllər göz yaşımdan gölmə-gölmədi. nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir?

hansı sözdə ky əvəzlənməsinin baş verdiyini əminliklə demək olar?

kirpiyə, kürəyə, küləyə, dəliyə

İkinci şəxsin təkinə aid mənsubiyyət şəkilçili ismi seçin.

Sənin , mənim, şagirdsən, çantan, anam

Bu janrın iştirakçıları heyvanlar, quşlar, cansız əşyalar olur. Onlar danışırlar, mübahisə edirlər. Deməli, insanlara aid olan xasiyyət və əməllər onların üzərinə köçürülür. Həmin janrda yazılan əsərlərdə pis sifətlər – paxıllıq, lovğalıq, hiyləgərlik tənqid edilir. Xeyirxahlıq, əməksevərlik, düzlük və doğruçuluq, sadəlik və təvazökarlıq və s. təriflənir. söhbət hansı janrdan gedir?

Mikayıl Rzaquluzadənin “Vurğun baxışlarla” əsərində hansı təbiət gözəlliyindən danışılır?

Göygölün gözəlliyindən danışılır.

Xəlil Rza Ulutürkün “Gerbimiz-qəlbimiz” mətninin növünü müəyyən edin.

Nəqli, Təsviri, Mühakimə, Məhdudlaşdırıcı

Yazıçılıqdan sözünün başlanğıc formasını müəyyən edin.

El bir olsa, dağ oynadar yerindən,

söz bir olsa, zərbi kərən sındırar. verilən nümunədə fərqləndirilmiş sözlər hansı haldadır?

Qeyri-müəyyən təsirlik halda

Oxuduğunuz hansı əsərdə tacir obrazı sonradan vəzir olur?

YETİM İBRAHİMİN NAĞILInda

Dağlarının başında Şuşa zümrüd tacıdır, . . . daim qardaş-bacıdır. Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır, Hər daşını görənlərdirçələr Qarabağda. Min ilin yorğunu da dincələr Qarabağda. nöqtələrin yeriniə hansı sözlər olmalıdır?

Bərdə, Ağdam, Füzuli

“Azərbaycan dünyasından baxar dünyaya”

misrasında təsvir edilən hissi müəyyən edin.

görmə, eşitmə, qoxu, dad, toxunma.

Güldan, gülçü, güllük, güllər, gülüstan sözlərində eyniköklü olmayanı müəyyənləşdirin.

“Miqdar” sözü hansı ədədlə ifadə olunmalıdır?

şifahi xalq ədəbiyyatı haqqında məlumat verin.

Şifahi ədəbiyyatın tarixi daha qədimdir. O, yazı yaranmamışdan əvvəl meydana gəlmişdir. Şifahi ədəbiyyat nümunələrini kimin yaratdığı da məlum deyil. Əlbəttə, bu nümunələri vaxtilə ayrı-ayrı şəxslər yaradıb, lakin zaman keçdikcə onların adı unudulub. Dildən-dilə, ağızdan-ağıza keçərək yaşayıb, zaman ötdükcə onlar həm də dəyişib, daha da zənginləşib.

Qoca Orqan obrazı hansı əsərdə iştirak edir?

Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş”

Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində,

Kökü burda, budaqları xan Arazın o üzündə. nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir ?

MN: Erməni qanunsuz birləşmələrinin təxribatının qarşısı alınarkən hər iki tərəfdən həlak olanlar var

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.
Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur.

Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir.

Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xəbərlər Baxılıb: 651 Tarix: 05 mart 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Comments are closed, but trackbacks and pingbacks are open.