Fənn-Sinif üzrə mündəricatlar
Tələb olunan odur ki “məğlub olan” digər dərsliyin də keçməmə səbəbləri açıqlansın. Keçən dərsliyin isə üstünlükləri.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
11 Temmuz 2017 Salı
Müəlliflərin fikirləri : 10-cu sinif Ümumi tarix dərsliyi haqqında
Paylaşıldı 05:25 by Leyla Bayramova
Müəlliflərin fikirləri:
Aydın Allahverdiyev dərsliklər haqqında:
Salam hörmətli Dostlar! Əvvəla, hər birinizin Müqəddəs Ramazan bayramlnlz mübarək! Mən, əziz dostum Təvəkkül Əliyevlə birlikdə hələ 2001-ci ildə (təhsilimizin “Kurikulum” adlanan yeni paradiqmasının qəbulundan 7 il əvvəl və bu paradiqmanın əksər tələblərinə indi də cavab verən) beynəlxalq ekspertlərin müsbət qiymətləndirdiyi ilk alternativ tarix dərsliyi komplektini (Orta əsrlər 7-ci sinif) hazırlayanlardan biri, “Test tərtibinin bəzi elmi pedaqoji prinsipləri”, “Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri və 9-10 yaşlı uşaqların inkişafının psixoloji xüsusiyyətləri” və s. kimi 10-dan artıq elmi-pedaqoji və publisistik məqaləni, o cümlədən “Qazilər marşı”nı yazmış, 2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və hörmətli Kamran Əsədovun təbirincə desək, tarixi tədris etməyi və yazmağı öyrənməyə ehtiyacı olan (zira, müdriklər: “Yüz il yaşa, yüz il öyrən!”- deyiblər) “məğlublardan” biriyəm. Əziz dostlar, məni bu polemikaya qoşulmağa vadar edən səbəb, sosial şəbəkələrdə Roma Papasından daha çox katolik olmaq iddiasına düşənlərin guya, TN-də dərsliklərin ədalətli və obyektiv ekspertizasının keçirildiyi barədə gurultulu ibarələri və hörmətli Kamran Əsədovun dərsliyi keçməyən müəlliflər barədə qeyri-korrekt ifadələridir. Atalar: “Haqsızlığa susmaq, haqsızlığa şərik olmaq, onunla razılaşmaq deməkdir!”- deyiblər. Bu səbəbdən mən də müzakirələrə qoşulub, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, ekspertiza peşəkar və obyektiv keçirilibsə, onda nə üçün məğlub olan dərsliklərlə bağlı ekspert rəyləri müəlliflərə verilmir? Nə üçün onlara öz mövqelərini əsaslandırmaları üçün şərait yaradılmır və onların ekspertlərlə görüşü təmin edilmir? Bu, Azərbaycan Respublikası Konstitusiyasının: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır” (Maddə 50 b.1)-prinsipinə də ziddir. İkincisi, ortada olan dərsliklərin keyfiyyəti də ekspertlərin peşəkarlığına və obyektivliyinə kölgə salır. Tədris edən müəllimlər bilirlər ki, şagird nailiyyətlərini məzmun standartlarının tələblərinə uyğun ölçmək və qiymətləndirmək üçün ən yaxşı halda mövcud dərşliklərdən test tərtib etmək olur ki, bu da milyon manatlarla pul xərcləyib keçməkdə olduğumuz “Təfəkkür məktəbi”nin fəlsəfəsinə ziddir. Təsadüfi deyil ki, DİM-in sədri hörmətli M.Abbaszadə 04. 02. 2015-ci il tarixdə KİV-ə verdiyi müsahibələrin birində dərslikləri “dərdimiz” adlandıraraq, demişdi: “Müstəqillik dönəminə qədəm qoyan dövrlərdən bəri itirilmiş torpaqlarına, pozulmuş sərhədlərinə, qaçqın və köçkünlərinə, bir-birindən çətin və keçilməz ictimai-siyasi problemlərinə, hərbi, iqtisadi, sosial sahədə yaşanan həlli vacib məsələlərə başı qarışan məmləkətimizdə, necəsə, nəzər-diqqətdən yayınıb, bir qrup dərslik (əslində isə pul və şöhrət- A.A.) həvəskarının, əksər hallarda öz peşəsini, Azərbaycan ədəbi dilinin norma və qaydalarını belə, lazımi səviyyədə bilməyən bəzi orta məktəb müəllimlərinin, təhsilə aidiyyatı olmayan digər peşə adamlarının əlinə keçən dərsliklərimizdir. Balalarımızın gələcəyini, dil və təfəkkür səviyyəsini təmin edəcək bu kitabların ağır durumu ilə bağlı bu günə qədər yazılıb deyilənləri, aparılan yoxlamalar zamanı üzə çıxan qüsur və səhvləri üst-üstə yığsaq, samballı bir kitabın ərsəyə gələcəyinin şahidi olacağıq.” Məncə, TN-nin keçirdiyi ekspertizanın “peşəkarlığı və obyektivliyi” barədə gurultulu iddalara bundan yaxşı cavab yoxdur. Baxmayaraq ki, dediklərimizi isbat etmək üçün əlavə fakt və arqumentlər də gətirə bilərik. Ən böyük təəssüf doğuran isə bilirsiniz nədir? Vəzifəsi insanları zülmət və cəhalət girdabından çıxarıb doğru yola yönəltmək olan ziyalıların bir qisminin riyakar ziyankarlara çevrilib, ümummilli və ictimai maraqları merkantil maraqlara qurban verməsidir. Coox təəssüf və çox ayıb.
Aydın Allahverdiyev
Hamlet Əliyev dərsliklər haqqında:
Son nöqtə dəyirmi masa ola bilər. . Əfsuslar olsun ki, normal dərslik yaza bilməyib məğlub olan müəlliflər məğlubiyyəti həzm edə bilməyib kin-küdrətlərini, hirs və qəzəblərini boğa bilmirlər. Təbii ki, əks tərəfdə duran layihə iştirakçılarına qarşı qərəzsiz mövqe sərgiləmək, obyektivliyi, ədaləti qoruyub saxlamaq çətindir. Bu sözləri müstəqil təhsil eksperti kimi fəaliyyət göstərən, eyni zamanda Təhsil Nazirliyinin keçirdiyi dərsliklərin hazırlanması tenderində “Azərbaycan və Ümumi tarix” dərsliklərinin müəlliflərindən biri Kamran Əsədovun mətbuatda tez-tez səsləndirdiyi fikirləridir. İlk olaraq onu qeyd edim ki, Ümumi tarix dərsliyi üzrə tender iki dərsliklə deyil üç dərsliklə təmsil olunmuşdur. Tenderin haqsız nəticəsi ilə (Ümumi tarixi nəzərdə tuturam) ilk olaraq biz (Müəlliflər: Hamlet Əliyev, Aydın Allahverdiyev, Şəhla Quliyeva, Leyla Bayramova və Rüfət Rzayev) narazı olduğumuzu bəyan etdik. Nazirliyə qəbul edilmiş dərsliyin şərtlərə uyğun olmadığını məlumatlandırdıq, sosial şəbəkədə tarix müəllimləri ilə bu məsələni birlikdə müzakirə etdik. Son zamanlar mətbuatda iki dərslik müəllifləri arasında kəskin polemika gedir. Rəqiblər bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Hörmətli kolleqalarımı səbrli davranıb yalnız elmi müstəvidə mübahisə aparılmasını rica edirəm. Bəzən dərslik qalır kənarda şəxsi münasibətlər qabardılır. Sözü olan dərsliklə bağlı bildirsin, dərsliyə aid irad və təkliflər etsin. Hər-halda şəxsi hücuma məruz qalan özünü müdafiə etmək üçün rəqibi nümunəsində hücum edəcəkdir. Bir sözlə əziz həmkarlarım özümüzü güldürməyək. Dərslikə bağlı olan nöqsanları müzakirə edirik. başqa təkliflərlə çıxış edənlərin sözü eşidilmir. Gələk Kamran müəllimin sözlərinə. Kamran müəllim məğlubiyyəti həzm edə bilməyənlərə qeyri-obyektiv olduqlarını yazır. Ədalətli olmadıqlarını, qərəzli olduqlarını bildirir. Ümumi tarix üzrə tenderdə iştirak edərək “məğlub” olmuş komandalardan biri də bizik. Xüsusi qeyd edim ki, bizim komanda “plaqiatlıqla” hücuma keçən tarixçi-alimlərin fikirlərini bölüşmür. Kamran müəllim yazılarında bildirir ki, ən layiqli, standartlara tam cavab verən onların dərsliyidir. Hörmətli oxuculara bildirim ki, Ümumi tarix üzrə tenderdə hər 3 dərslik mümkün olan balı toplamayıb, bir sözlə hər 3 dərslik “məğlubdur”. Sadəcə ekspertlərin rəyinə görə Kamran müəllimində müəllifi olduğu dərslik üstün sayılmış və bu səbəblə qəbul olunmuşdur. Bizdə olan məlumata görə ən çox bal toplamış ikinci dərslik isə bizim dərslik olmuşdur. Bu günə kimi nə üçün sözü gedən dərslik üstün olub müəmma doğurur. Hörmətli kolleqalar, bu yazını yazmağa vadar edən səbəblər Kamran müəllimin ehtiyatsız çıxışları , o cümlədən son günlərdə iki komanda arasında mətbuatda gedən dialoqdur. Belə təəssürat yaranır ki, guya tenderdə yalnız bu iki komanda iştirak etmişdir, üçüncü komandanın varlığı isə unudulub. Dostlar qəbul olunmuş 10-cu sinif dərsliyi, tendərdə məğlub olan Yaqub müəllimin komandasının dərsliyi ilə təxminən eyni ssenaridə yazılıb. İbtidai icma dövrvündən başlayaraq müəlliflər 19-əsrə kimi dövrü əhatə ediblər. Burada dərsliyin ayrı-ayrı paraqraflarında elmi səhvlərdən danışmırıq (təbii ki var və çoxdur). Qəbul olunmuş dərslik ümumi konsepsiyanı kobud pozmuşdur. Standartlar kapitalizmə qədərki dövrü əhatə etdiyi halda, dərslikdə kapitalizm dövrü də işıqlandırılmışdır. Halbu ki bu mövzular 11-ci sinifin məzmun standartlarına daxildir. Nədənsə ekspertlər bu boyda konsepsiya pozulmasını “görməmişlər”. 6-9-cu siniflərdə artıq keçirilmiş mövzuların yenidən eyni ssenaridə yazılması hansı zərurətdən irəli gəlir? Belə çıxır ki, 6-cı sinif şagirdi 10-cu sinif dərsliyi ilə dərs keçə bilər. Konkret olaraq 10-cu sinif dərsliyi 6-7 və 8-ci siniflər üçün əlavə resurs kimi tərtib edilib. Hansı kurikulumdan danışmaq olar, hansı müasir dərslikdən danışmaq olar? Bu ənənəvi dərslikdir. Bizim hörmətli ekspertlər görünür özləri də sovet təhsilinin inhisarından yaxa qurtara bilməyiblər. Tendr şərtləri var, qaydalar var. Bu şərtləri ən çox pozan dərslik hansıdır? Bunu araşdırdınızmı? Yoxsa redaktə xarakterli yazılara görə, hərf səhvləri, texniki səhvlərə görəmi qalib seçdiniz? Yaxşı seçdiniz, qalibi elan etdiniz, o zaman nə üçün “məğlub” olanlara məğlubiyyətin səbəblərini, yəni rəyləri vermirsiz, nə üçün ekspertlərlə görüşdürmürsünüz? Azərbaycan tarixi fənni üzrə ekspert Talıb müəllim açıqlama gətirdi. Nə üçün Ümumi tarixlə bağlı belə açıqlamalar yoxdur? Kamran müəllim obyektivlik yalnız bu günə kimi dərslik siyasətində inhisarçı mövqe tutmuş Yaqub müəllimin komandasının tenderdən uzaqlaşdırılması deyil. Bəli əvvəlki kurikulum dərslikləri bərbad vəziyyətdədir. inanıram ki, sizin dərslik də onların təklif etdiyindən daha yaxşı olub. lakin bu o dəmək deyildir ki, sizin dərslik ən yaxşısıdır. Dərsliyinizlə bağlı müəyyən qədər elmi səhvlər var, ancaq mən onları hələlik səsləndirməyəcəm, dərsliyiniz nəşr olunduqdan sonra bildirəcəm inşallah. Bu yazı sadəcə sizin yazılarınıza bir cavabdır. Ədalət müdafiəçisi və onun axtarışında olanlara isə məsləhətim bu işə son vermək üçün bir dəfəlik hər 3 komanda ilə birlikdə dəyirmi masa təşkil olunsun və hər kəsin qarşısında hansı komanda daha ədalətli olub bilinsin. Düşünürəm sizdə istəmərsiniz ki, sizin dərslik əvvəlkilər kimi bərbad dərslik statusu alsın. bu səbəblə dəyirmi masa hər kəsə bunu birdəfəlik isbat etmək üçün şans verər. Hər kəsi bu işə dəvət edirəm, ekspertləri, hər 3 dərslik müəlliflərini hünərli olub dəyirmi masanın təşkil olunması çağırışına qoşulmağa dəvət edirəm.
İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi müəllif Hamlet Əliyev
Leyla Bayramova dərsliklər haqqında:
Neçə gündür 10 cu sinif Ümumi tarix dərsliyi ilə bağlı müzakirələr davam edir. Dərslik müəllifləri dərsliklərini əsaslandıraraq üstün göstərmək naminə əlində olan hər hansı fürsətlərdən yararlanmağa çalışır. O dərslik müəllifləri ki, haqlı səbəblər belə tapıb ortalığa qoya bilmir. Təhsil Nazirliyinin dərslikləri qiymətləndirmək üçün təyin etdiyi ekspertlərin qiymətləndirmələrinə görə Ümumi tarix dərslikləri arasında yüksək bal toplayıb meyarlara cavab verən dərslik olmayıb. Və ən son məqamda “çarəsiz qalıb” Kamran Əsədov və digərlərinin ( niyə Kamran Əsədovun adını çəkdim digərlərinin yox? Çünki dərslik məsələsi ilə bağlı mövzularda aqressiyalı və qərəzli şəkildə çıxış edir) dərsliyini seçməli olublar. Amma hansı üstünlüyünə görə?
Məsələ burasındadır ki, Aydın Allahverdiyev, Hamlet Əliyev, Şəhla Quliyeva, Rüfət Rzayevin, Leyla Bayramovanın müəllifi olduqları dərslik də yüksək bal toplayıb. Bəs “məğlub olmasına” səbəb nədir? Bununla bağlı açıqlanma verilmir. Və ya keçən dərsliyin üstünlüyü nə idi? Hansı meyara əsaslanaraq?
Təhsil eksperti Talıb Quliyev tərəfindən Yaqub müəllimin komandasının müəllifi olduqları dərsliyə açıqlama gətirildi. Hətta Talıb Quliyevib bu açıqlamasından sonra Kamran Əsədov sosial şəbəkədə daha da ürəklənib rəqiblərini təhqir edərək “ son həftə ərzində dərslik tenderinqə məğlub olmuş, ortaya normal vəsait qoya bilməyən şəxslər və onların müdafiyəçiləri ictimaiyyət arasında Təhsil Nazirliyinin, müəlliflərin və bu dərslikləri yoxlayan ekspertlərin nüfuzuna xələl gətirəcək qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadırlar. Onların bütün iradlarının əsassız olduğu mən və bütün müəllif kollektivi tərəfindən dəfələrlə sübuta yetirildi. Hətta dərslik yaza bilməyib məğlub tərəflə bağlı Təhsil Nazirliyi rəsmi mövqeyini də bildirdi. Lakin bu da dərslik yaza bilməyənləri qane etmədi. “ ifadə işlətdi.
Neçə illik dərslik sahəsi üzrə bilik və bacarığa malik insanları təhqir etdi. Aydına Allahverdiyevin alternativ vəsaiti nə tez yaddan çıxdı ay Kamran müəllim? Biz o vəsaitdən istifadə edən yetkinlər deyilikmi? İndi nəyə və hansı meyara əsaslanaraq “qazanması” bəlli olmayan dərsliyinizə görə neçə illik dərslik təcrübəsinə malik insanları təhqir edirsiniz?
Bəlkə təhqir əvəzinə həmin “məğlub olan” rəqiblərə dərsliyinizin keçmə üstünlüklərini və digərlərinin keçməmə səbəblərinə açıqlama xahiş edəsiniz. O zaman obyektivliyinizdən söhbət gedə bilər. Əks halda bu müzakirə hələ çox davam edəcək. Bu sizi narahat etmirmi? Yoxsa əskinə reklamınız olur deyə sevinirsiniz?
Tələb olunan odur ki “məğlub olan” digər dərsliyin də keçməmə səbəbləri açıqlansın. Keçən dərsliyin isə üstünlükləri.
Bu dərsliklər məktəblərə gedir və müəllimlər məcbur şəkildə bu dərsliklərdən istifadə edirlər. Onlar sosial şəbəkələrdə nə qədər fikri bildirsələr də ya əhəmiyyət verilmir, ya da dərslikləri analiz etmə ixtiyarı istifadə edən müəllimlərə verilmir. Onlar yerlərdə etirazlarını bildirən zaman isə hər şey üçün gec olur.
İşi zamanında həll etmək lazımdır.
Bu gün əsas tələb standartlardır. Çox sayda ixtisas və ya qeyri ixtisas fənn müəllimləri və onların standartları üzərində iş aparan biri (mentor) olaraq demək istəyirəm ki, dərslik standartın tələbinə cavab verməlidir. Amma təəəsüflər olsun ki dəsrliklər hazırlanan zaman standartların tələbinə cavab vermir. “Tam əksinə deyirlər ki, standartı dərsliyə uyğunlaşdırın” Əzizlərim Əlinin papağı Vəlidə, Vəlinin papağı Əlidə dövrünə son qoyun. Standartın tələbinə uyğun dərsliyi məktəblərə yönəldin ki müəllimlər əziyyət çəkməsin.
Əgər təhsili düzəltmək istəyirsinizsə, təhsil qanunlarına əməl edin. Dərsliklərdə çox ciddi problem varki onların hamısını sadalaya bilməyəcəm amma ən vacibini nəzərinizə çatdıracam.
Bir neçə mənə məlum olan nümunələr yazacam.
İbtidai sinif ( sinifi ya 2, ya da 3 dür ) Həyat bilgisi fənnində “üfüqün cəhətlərini təyin edir ” deyə bir standart var. Amma bu standartı reallaşdıracaq mövzu yoxdur. Nəzərə alsaq ki, hələ “inqilab” səviyyəsində deyilik və yalnız əsas vasitə kimi dərsliyə istinad edirik deməli bu standartı reallaşdıracaq mövzu olmalıdır dərslikdə. . Sonra dərslikdə “Milli mətbəximiz” mövzusu var. Hansı ki, heç bir standarta uyğun gəlmədən dərsliyə daxil edilib.
6cı sinifin Azərbaycan dili standartlarında ” Müxtəlif yazı tiplərini fərqləndirir ” standartı var. Amma həmin standartı reallaşdıracaq mövzu 6 cı sinifdə yoxdur, 10 cu sinifdə var. Nəzərə alsaq ki, 10 cu sinifdə də həmin standart var, deməli 6-cı sinif Azərbaycan dili dərsliyi də standart tələblərinə cavab vermir.
Əgər müəllimlərə standartları reallaşdırın tələbi qoyuruq sa, bir halda ki , imtahan da standartlara əsaslanaraq götürülürsə , dərsliklərdə standart əsas meyar olaraq götürülməlidir.
Eyni hal hazırda Təhsil Nazirliyinin üstün hesab edib qiymətləndirdiyi Ümumi tarix dərsliyində yaşanır. Standart kapitalizmə qədərki dövrü tələb etdiyi halda, dərslik kapitalizm dövrünü əhatə edib. Görünən odur ki, 11-ci sinifdə müəllimin reallaşdırmalı olduğu standartı gətirib 10cu sinifdə reallaşdırmalıdır. Bəs şagirdin səviyyəsi? Öyrənmə gücü? 11-ci sinifdə şagird nə edəcək? Müəllim nə edəcək? 11-ci sinif dərsliyi nəyə əsasən hazırlanacaq? 11-ci sinif üçün yeni standartlarmı yaradılacaq? Hanısa dərslik səhv yazılıb deyə?! . hörmətli ekspertlər bunu niyə unudub? Və ya buna niyə açıqlama vermirlər?
Ümumi tarix
“LANDAU” məktəbinin şagirdlərinin daha bir qrupu AZƏRTAC-da olub. Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və .
BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istə.
“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəb.
Uşaq səfirlər STEAM mərkəzində
Uşaq səfirlər “STEAM İnnovasiya Mərkəzi” ilə tanış olublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, məktəbli səfirlər STEAM mərkəzində astrofizika laboratoriyası, aviasiya məkanı, klassik Nyuton, oyun, konstruksiya, .
ABŞ alimləri kiçik almaz kürə ilə təmiz enerji əldə ediblər
ABŞ-nin Kaliforniya ştatında alimlər 192 şüa lazerini kiçik bir almaz yanacaq kapsulu olan silindrə yönəldiblər. Lazer işığının bu güclü partlayışı böyük temperatur və təzyiqlər yaradıb və sintez reaksiyasına – günəş enerjisini artıran reaksiyaya .
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Comments are closed, but trackbacks and pingbacks are open.