60 saniyədə insan tanıma sənəti” təlimi keçirilib
Bədən dili sahəsində 14 illik təcrübəyə malik olan Təbriz Hacınski bunları deyib:
Mütəxəssis profayler Təbriz Hacınski mediatorlara təlim keçdi
Noyabrın 22-də “Caspian International Business Services” (CIBS) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi Təbriz Hacınski mediatorlara təlim keçib.
E-huquq.az-ın məlumatına görə, insan tanıma sənəti mövzusuna həsr edilmiş görüş mediatorların marağına səbəb olub. Görüşdə mövzu ətrafında yaranan suallar cavablandırılıb.
Xatırladaq ki, T.Hacınski AZERSUN Holding, GİLAN Holding, KAPİTAL BANK, CSS (Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta ENGİN kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə, habelə FHN (Fövqaladə Hallar Nazirliyi), DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar keçib. Təbriz Hacınski “60 saniyədə insan tanıma sənəti” və “Yalana qarşı Silah” kitablarının müəllifidir.
”60 saniyədə insan tanıma sənəti” təlimi keçirilib
Gəncədə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən “60 saniyədə insan tanıma sənəti” adlı təlimi keçirilib.YAP Gəncə şəəhər Təşkilatının binasında keçirilən təlimdə uğurlu ünsiyyət qurmağın ilk şərtlərindən, qarşınızdakı insanın hansı xüsusiyyətlərə malik olduğunu öyrənməyin yollarından danışılıb. Təlim “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi və ”60 saniyədə insan tanıma sənəti” kitabının müəllifi Təbriz Hacıyev tərəfindən aparılıb.
“Bəzən vaxtın azlığndan qarşımızdakı insanı tanımadan ünsiyyətimiz bitmiş olur. Bunun üçün təəssüflənməyə dəyməz. Özünüzdə sürətli analiz etmək bacarığını formalaşdırın və insanları daha da yaxından tanıyın. Bundan əlavə, öz xarakterinizi asanlıqla müəyyən edərək, cəmiyyətdə hansı vəzifənin sizin üzərinizə düşdüyünü anlayacaqsınız”- Təbriz Hacıyev bildirib.
Maraqlı və geniş diskussiya şəraitində keçən seminarda ən fəal iştirakçıya Təbriz Hacıyevin “60 Saniyədə İnsan Tanıma Sənəti” kitabı hədiyyə edilib.
Bədən dili üzrə mütəxəssis məşhur fotonu şərh etdi
CIBS Europe təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacınski ilə müsahibəni təqdim edir.
O, “Profaylinq sistemi-60 saniyədə insan tanıma sənəti” və “Yalana Qarşı Silah”kitablarının müəllifidir.
Bədən dili sahəsində 14 illik təcrübəyə malik olan Təbriz Hacınski bunları deyib:
“Öncəliklə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Üz mimikaları və duruşunu analiz etdikdə fəxarət və qürur hissi keçirtdiyinin müşahidə edə bilirik. Lakin Paşinyanın şəkilini analiz etdikdə onun üzündə günahkarlıq və xəcalət duyğularını keçirdiyini müşahidə edə bilirik. Profaylinq sistemi-FACS (Facial Action Colding System) Üz Əzələlərinin Kodlaşdırılması sistemində Paşinyanın üzünün analizi AU 54+ AU 42+ AU 64 daxilən gərginlik, xəcalət və günahkarlıq hissini yaşadığını görürük. Baş, çiyin və gözlər aşağı, üz əzələlərində solğunluq, əllərinin bir-birinə möhkəm sıxması onun böyük stress yaşadığından xəbər verir. Koqnitiv nəzəriyyənin əsasən deyə bilərik ki, əgər insan günahkarlıq hissi və ya xəcalət hissi keçirirsə, bunun səbəbi beynindən keçən neqativ düşüncələrdir. Məsələn, insan etdiyi davranışların səhv olduğunu anlayır və daxilən böyük peşmançılıq hissi yaşayır, ardınca öz-özünə nifrət etməyə başlayır. Ümumilikdə bu vaxta qədər Ermənistanın baş nazirini Nikol Paşinyanın 10-dan çox analizini aparmışıq və hər zaman onun zəif, özgüvənsiz və qeyri-stabil mimikalarının şahidi olmuşuq”.\\Demokrat.az
Comments are closed, but trackbacks and pingbacks are open.