Saakaşvili: Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm
Pakistanın keçmiş baş nazir İmran Xan həbs edilir. Bu barədə Pak media məlumat yayıb. Məlumata görə, polis İmran Xanın İslamabadın Zaman Parkındakı iqamətgahında həbs edib. Onu Toşakhana işində ittiham edirlər
YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir – Qafarov
“YAP ölkənin bütün bölgələrini əhatə edən, Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Yeni Azərbaycan Partiyası ölkə daxilində ictimai-siyasi münasibətlərin formalaşmasında və inkişafında, eləcə də Azərbaycanın tərəqqisində müstəsna rol oynayan aparıcı siyasi qüvvədir. Həmin tarixi qurultayda Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qeyd etdiyi kimi, partiyamızın yaradıcısı olan Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən daim yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Hamımız bilirik ki, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendumun nəticələri həmin vaxt Azərbaycan rəhbərliyi tərəfindən xalqın iradəsinə zidd olaraq saxtalaşdırılmışdı. Belə bir məqamda Ulu öndər yenə də böyük cəsarət, qətiyyət və iradə tələb edən addım ataraq Naxçıvan Muxtar Respublikasında referendumun keçirilməsinə imkan vermədi. Məhz bu qərar ölkəni öz müstəqilliyinə doğru aparan yolda atılan ən əhəmiyyətli, vacib addım oldu”.
Bu sözləri Teleqraf.com -a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində formalaşmış yeni reallıqlar ölkənin hakim partiyası üçün də yeni çağırışlar yaratdı:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. Əlbəttə ki, bu reallıqlar region və ölkəmiz üçün olduğu kimi, Yeni Azərbaycan Partiyası üçün də yeni çağırışlar yaratdı. Məhz bu baxımdan YAP-ın VII qurultayı, ilk növbədə, müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsinin təsdiq olunması, eləcə də yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyasının partiyanın orqanları qismində müəyyən edilməsi, Partiya Sədrinin birinci müavini vəzifəsinin təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğunun təsbit edilməsi ilə partiyanın fəaliyyətində və idarə olunmasında mütərəqqi yeniliklərin tətbiqinə zəmin yaratmış oldu. Həmin tarixi gündən sonra keçmiş iki il ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyamızın fəaliyyətinin effektivliyini artırmış və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə səbəb olmuşdur. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Ölkə Prezidenti İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Birmənalı olaraq VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir”.
Millət vəkili YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində aparılan işin ölkənin xarici siyasətinin davamı olduğunu vurğulayaraq deyib:
“YAP sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. Ötən iki il ərzində partiyamız beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək bu sahədə də ölkənin xarici siyasətinin həyata keçirilməsinə mühüm töhflər vermişdir. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında iki il öncə əməkdaşlığa dair imzalanmış niyyət protokolu ilə iki qardaş ölkənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. YAP-ın, həmçinin Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, bu gün Ölkə Prezidenti İlham Əliyevin dialoq siyasəti də YAP-ın fəaliyyətində öz inkişafını tapır. Son bir il əlrzində Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz dəyərli töhfələrini verib və bu proses indi də davam edir”.
Saakaşvili: “Tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, müayinə zamanı ona beyin zədəsi diaqnozu qoyulub.
O, bu barədə Bild-ə müsahibəsində deyib.
Sabiq prezident özünü pis hiss etməsindən şikayətlənib və demək olar ki, iki dəfə arıqladığını bildirib.
O qeyd edib ki, Kiyevdən çıxarkən çəkisi 120 kq idisə, hazırda çəkisi 65 kq-dır. Siyasətçi bütün bədənində ağrılardan əziyyət çəkdiyini etiraf edib və MRT-nin nəticələrinin beyin zədələnməsindən danışdığını söyləyib. Saakaşvili əmindir ki, problemlərin əksəriyyəti ağır metal zəhərlənməsindən qaynaqlanır. “Mən tamamilə yataq xəstəsiyəm, tez-tez huşumu itirirəm. Çoxları mənim hələ sağ qalmağıma təəccüblənir” dedi.
Eks-prezidentin sözlərinə görə, o, Avropada son gecəsini Almaniya hökumətindən olan dostları ilə Frankfurt Operasının restoranında keçirib.
Saakaşvili ümidlə bəyan edib ki, Almaniya kansleri Olaf Şolz və Almaniyanın xarici işlər naziri Annalena Burbok “orta əsrlərə aid işgəncələr nəticəsində hamının gözü qarşısında ölməyimə icazə verməyəcəklər”.
Dünyada Baxılıb: 426 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Polis Pakistanın keçmiş baş naziri İmran Xanı həbs etmək üçün İqamətgahına gəlib
Pakistanın keçmiş baş nazir İmran Xan həbs edilir. Bu barədə Pak media məlumat yayıb. Məlumata görə, polis İmran Xanın İslamabadın Zaman Parkındakı iqamətgahında həbs edib. Onu Toşakhana işində ittiham edirlər
Talibandan qadınlara daha bir zərbə: Əvvəlki boşanma əmrləri ləğv edilib
Əfqanıstanda qadınlara qadağa qoyan Taliban bu dəfə evlilik qanunlarını dəyişib. Müvafiq olaraq, keçmiş rəhbərlik dövründə nikahlarına birtərəfli qaydada xitam verilən qadınların boşanma qərarları ləğv edilib. Amerikanın qəzetinin xəbərinə görə, əvvəlki hökumət dövründə ərləri tərəfindən pis rəftar v
İran MAQATE-yə müraciət edib: Əməkdaşlıq etməyə hazırıq
İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət edərək həllini gözləyən problemlərlə bağlı agentliklə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Bu barədə MAQATE-nin yaydığı hesabatda qeyd olunub. Rəsmi Tehran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki müzakirələri davam etməy
Türkiyədəki zəlzələ turizm sektoruna ciddi zərər vurub
Ötən ayın əvvəlində Türkiyədə baş verən zəlzələlərdən sonra turistlərin Kiprdəki kurortlara axını kəskin azalıb. Bu barədə Türkiyə fəaliyyət göstərən turizm firmalarından məlumat verilib. Qeyd olunur ki, xüsusən ekspertlərin regionda yeni güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı ehtimallarından sonr
“Taliban” muzeylərin fəaliyyətinə icazə verib
Əfqanıstanda siyasi hakimiyyətə yiyələnən “Taliban” hərəkatı Əfqanıstanın Qor əyalətinin mərkəzi olan Çağçaran şəhərində tarixi eksponatlar muzeyinin yaradılmasına icazə verib. Qor əyalətində yerləşən yerli mədəniyyət və informasiya şöbəsindən bildirilib ki, hazırda muzeydə Qəznəvilər (961-1186
Britaniya kəşfiyyatı: “Baxmuta üç tərəfdən hücum olunur, iki əsas körpü dağıdılıb”
“Baxmut üç tərəfdən rusiyalı hərbçilərin hücumuna məruz qalır”. Bu barədə məlumatı Britaniya kəşfiyyatının nümayəndələri Ukraynadakı müharibə ilə bağlı son hesabatda paylaşıblar. Bildirilib ki, son 36 saat ərzində şəhərdə iki əsas körpü partladılıb. Qeyd olunub ki, körpülərdən biri Ukrayn
ABŞ-də baş verən dəhşətli qəzanın görüntüləri yayıldı: Bina avtomobilin üzərinə uçdu – VİDEO
ABŞ-nin Baltimor şəhərində polis şübhəli avtomobili təqib edib. Polisdən qaçan şübhəli sürətini azalda bilməyib və başqa bir avtomobillə toqquşub, daha sonra isə güclü zərbə ilə binaya çırpılıb. Bina zərbənin təsirindən avtobillərin üzərinə uçub və maşınlar dağıntılar altında qalıb. Bu zaman yoldan keçə
İranda günün FOTOsu
İranın yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün əlində kimyəvi-bioloji qazla qızlar məktəbinə hücum etməsi ölkədə ciddi narazalıqlara səbəb olub. “Azad İran” “Telegram” kanalında “Günün fotosu” başlığı altında sözügedən hücumun karikaturası təsvir olunub. Qeyd edə
İranda məktəbli qızların kütləvi zəhərlənməsi səbəbindən etirazlar başlayıb
İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar. Uşaqların ürək bulanması və baş ağrısından şikayətləndiyi bildirilir. Naməlum maddədən zərərçəkənlər bir neçə yüz nəfərdir. Zəhərlənmə ölkənin 31 əyalətindən 10-da
Comments are closed, but trackbacks and pingbacks are open.