Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)
a) üzvi xlorlu və üzvi fosforlu zəhərli kimyəvi birləşmələr — mexaniki təmizlənmədən sonra qaba onun həcminin 5—10 faizi miqdarında kaustik sodanın 5 faizli qələvi (natrium hidrooksidi) məhlulunu tökürlər, 5—6 saat ərzində bütün daxili səthini yuyurlar, məhlulu xaric edirlər, qabı isə bir neçə dəfə təmiz su ilə yuyurlar;
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 24 aprel 2000-ci il
№ 75
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 24 aprel tarixli, 75 nömrəli qərarı ilə
Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması
1. Ümumİ müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının «Nəqliyyat haqqında» Qanununa uyğun olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı vasitəsi ilə təhlükəli yüklərin * daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə müvafiq tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar xüsusi tələblə və təlimatla daşınan hərbi təyinatlı təhlükəli yüklərin, 9.2 yarımsinifinə ** aid maddə və məmulatların, həmçinin məhdud miqdarda təhlükəli maddə və məmulatların (güclü təsirə malik olan zəhərləyici və partlayıcı maddə və materiallar istisna olmaqla) daşınmasına aid edilmir.
1.3. Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları, « Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya »nın (SOLAS-74), habelə «Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə»nin (DTYDBM—IMDG CODE) *** nəzərdə tutduğu bütün tiplərdən və təyinatdan olan xarici ölkələrin və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən bütün gəmilərdə (tankerlərdə, qaz və kimyəvi yükdaşıyıcılarda, qazdaşıyıcılarda, quru yüklər daşıyan gəmilərdə, paketbotlarda, konteyner daşıyanlarda, «Ro-Ro» tipli gəmilərdə, avtomobil və dəmiryolu bərələrində və s.) o cümlədən konteyner-avtomobil-vaqon sisternlərində daşınan bütün növ təhlükəli yüklərin dəniz limanlarında (bundan sonra – liman) saxlanmasını, yüklənməsini, boşaldılmasını və işlərin təhlükəsiz həyata keçirilməsini tənzimləyir. [2]
1.4. Tabeliyindən, mülkiyyət və təsərrüfat formasından asılı olmayaraq hüquqi (təşkilatlar, müəssisələr, firmalar, şirkətlər, ekspedisiya xidmətləri və başqaları) və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Dövdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət növünün həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) aldıqdan sonra təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınmasına icazə verilir. [3]
1.5. Təhlükəli yüklərin daşınma təlimatları və şərtləri, yüklərin daşınmasını həyata keçirən dövlət və qeyri-dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən hazırladığı təqdirdə onlar Fövqəladə Hallar Nazirliyi və yükü göndərənlərlə (istehsalçı ilə) razılaşdırılır.
Güclü təsirə malik olan zəhərləyici və partlayıcı, eləcə də xüsusi aktivliyi 7,4×103 Vk.kq -1 , yaxud 0,002 Mk.Ku.q -1 -dən artıq olan radioaktiv maddələrin təhlükəsiz daşınma şərtləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə, partlayıcı, yaxud güclü təsirə malik olan zəhərləyici maddələrin və materialların təhlükəsiz daşınma şərtləri isə Fövqəladə Hallar Nazirliyi nin müvafiq nəzarət müfəttişliyi ilə razılaşdırılır.
1.6. Hüquqi, vəzifəli və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, yükləyənlər, boşaldanlar və saxlayanlar) bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə uyğun olaraq işlərin təşkil olunması üçün məsuliyyət daşıyırlar.
Bəzi təhlükəli yüklərin daşınması üçün təhlükəsiz daşınma və yaxud lisenziya şərtlərində nəzərdə tutulduğu hallarda yükü daşıyan, göndərən və ya qəbul edən tərəfindən məsul şəxs və mühafizə təyin edilir. [4]
1.7. Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olaraq, müvafiq fəaliyyət növlərinə Dövdağmədəntexnəzarət Komitəsindən xüsusi razılığı (lisenziyası) olmayan hüquqi və fiziki şəxslərə təhlükəli yüklərin daşınması üçün gəmi ayrılmasına yol verilmir.
1.8. Hüquqi və fiziki şəxslər (yükgöndərənlər, yükalanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar) qanunvericiliklə müəyyən olunmuş qaydada, müvafiq icra hakimiyyəti orqanlarının tələbi əsasında, işlərin texniki təhlükəsizlik normativlərinin yerinə yetirilməsinə təminat verən texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməyə borcludurlar.
1.9. Təhlükəli yüklərin daşınması zamanı baş vermiş qəza hadisələri barədə ilkin təcili məlumatı gəmiçiliyin rəhbərliyinə və Fövqəladə Hallar Nazirliyi nə yükü daşıyanlar (yük göndərənlər və yaxud alanlar) verməlidirlər.
1.10. Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq hüquqi və vəzifəli şəxslər tərəfindən radioaktiv tullantıların respublikaya gətirilməsi üçün gəmilərə yüklənməsinə yol verilmir.
1.11. Dəniz nəqliyyatında ( “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində və s.) limanlarda təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və saxlanılması ilə məşğul olan fiziki və hüquqi şəxslər , həmin sahələrdə fəaliyyət göstərən mütəxəssislərin, vəzifəli şəxslərin və gəmi heyətinin hazırlığı haqqında müvafiq şəhadətnaməyə malik olmalarını, texniki təhlükəsizlik üzrə qaydaların və normativlərin tələblərinə uyğun olaraq biliklərinin artırılmasını, təkmilləşdirilməsini, yoxlanmasını, müəyyən olunmuş qaydada onların attestasiyadan keçmələrini təmin etməlidir. [5]
2. Təhlükəlİ yüklərİn təsnİfatı
2.1. Təhlükəli yüklərə — onlara xas olan xüsusiyyətlərdən asılı olaraq daşınma, yükləmə, boşaltma və saxlanma prosesində, ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, habelə insanların və heyvanların məhvinə, şikəstliyinə, zəhərlənməsinə, yanmasına, şüalanmasına, yaxud xəstələnməsinə səbəb olan maddələr və əşyalar aid edilir.
2.2. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünürlər:
1-ci sinif — partlayıcı maddələr (PM);
2-ci sinif — sıxılmış, mayeləşdirilmiş və ya təzyiqlə məhlula çevrilmiş qazlar;
3-cü sinif — tez alışan mayelər (TAM);
4-cü sinif — tez alışan bərk maddələr; öz-özünə alışmağa meyilli maddələr; su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr (BM);
5-ci sinif — oksidləşdirici maddələr və üzvi peroksidlər (OM);
6-cı sinif — zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr (ZM);
7-ci sinif — radioaktiv materiallar (RM);
8-ci sinif — korroziyaya uğradan maddələr (KM);
9-cu sinif — digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən bərk yanan maddələr; zəhərli maddələr; havanın oksigenini udan maddələr; maqnitləşdirilmiş maddələr.
2.3. Dəniz nəqliyyatı vasitələri ilə daşınması qadağan olunan təhlükəli yüklər (1 nömrəli əlavə) istisna olmaqla, Beynəlxalq Konvensiya (SOLAS) və Beynəlxalq Məcəllə (DTYDBM—IMDG CODE) ilə müəyyən olunmuş təhlükəli yüklərin daşınmasına yol verilir.
3. Qablara (tutumlara) və qablaşdırmaya olan tələblər
3.1. Təhlükəli yüklərin daşınması və qablaşdırılması məqsədi ilə aşağıdakıların həyata keçirilməsi tələb olunur:
a) qablar keyfiyyətli və etibarlı olmalıdır;
b) daxili səthi, daşınan yükün təhlükəli təsirinə məruz qalmamalıdır;
c) yüklənmə (boşaltma) və dəniz nəqliyyatı ilə daşınması zamanı adi risklərə tab gətirmək qabiliyyətinə malik olmalıdır.
3.2. Maye ilə dolu tutumların qablaşdırılması üçün istifadə olunan hopdurucu və aralıq qatı materialları:
a) mayenin törədə biləcəyi təhlükəni minimuma endirməyə qabil olmalıdır;
b) tutumun yerdəyişməsinin qarşısını almaq üçün onun hər tərəfi hopdurucu materialla bərkidilməlidir;
c) tutumun (qabın) zədələndiyi hallarda maye hopdurucu material nə qədər məqsədəuyğun və əməli cəhətdən mümkündürsə, o qədər də olmalıdır.
3.3. Müvafiq temperaturda təhlükəli mayelərlə doldurulmuş qabların (tutumların) normal daşınma zamanı daha yüksək temperatur üçün kifayət edən sərbəst boşluğu olmalıdır.
3.4. Maye və sıxılmış qazlar üçün konteynerlər (tutumlar), yaxud digər qablar texniki təhlükəsizlik üzrə standartların normativlərin və qaydaların tələblərinə uyğun olaraq hazırlanmalı, sınaqdan keçirilməli, istifadə edilməli, düzgün doldurulmalı və saz vəziyyətdə saxlanılmalıdırlar.
3.5. Təhlükəli yüklərin daşınmasında istifadə olunmuş, təmizlənməmiş boş qablara doldurulmuş yüklər üçün nəzərdə tutulan qaydalar tətbiq olunmalıdır.
4. Markalanma, təhlükəlİlİk və xəbərdarlıq nİşanlarının qoyulması
4.1. Təhlükəli yüklərin saxlanıldığı yük yerləri və onların düzgün texniki adı yükün kommersiya adlarından istifadə edilmədən etibarlı surətdə markalanmalıdır (2 nömrəli əlavə).
4.2. Təhlükəli yüklərin saxlanıldığı yük yerlərinə etiket şəklində, yaxud trafaretlə çəkilmiş fərqləndirici təhlükə və ya xəbərdarlıq nişanları elə qoyulmalıdır ki, burada yerləşən yüklərin təhlükəlilik xassələri müvafiq şəkildə aydın olsun.
4.3. Təhlükəli yüklərlə qablaşdırılmış qabların üzərinə yükün düzgün texniki adının, onlara bərkidilən yarlıkların, plakatların, nişanların qoyulması, bərkidilməsi, yüklərin və yaxud qabların nişanlarının trafaretlə vurulma üsulu elə olmalıdır ki, onlar üç ay ərzində dəniz suyunda qaldıqda belə, qablar üzərində olan məlumatlar görünsünlər və oxunsunlar. Həmin məlumatların gözlə seçilməsi və oxunması təmin olunmalıdır. Markalanma, təhlükəlilik və xəbərdarlıq nişanlarının qoyulması üçün məqbul üsullar seçilərkən, istifadə edilən materialların davamlılığına və həmin qabların səthinin xarakterinə diqqət yetirilməlidir.
4.4. Aşağıdakılar istisna edilməklə, bütün təhlükəli yüklərin qabları yarlıqlara və təhlükəlilik nişanlarına malik olmalıdır:
a) aşağı səviyyəli təhlükəliliyə və ya məhdud miqdarda olan təhlükəli yüklərin qabları;
b) fərqləndirici təhlükəlilik nişanlarına malik olan iriləşdirilmiş yüklərin yığılmasına və yerdəyişməsinə yol verilən xüsusi hallarda.
4.5. Dəniz yolları ilə daşınmalar zamanı, avtomobil və dəmiryolu nəqliyyatı ilə daşınan təhlükəli yüklər təhlükəlilik nişanlarına, BMT seriya nömrələrinə, xüsusi tələblərin kodlarına malik olmalıdır.
5. Sənədlərİn hazırlanmasına olan tələblər
5.1. Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına aid olan bütün sənədlərdə, o cümlədən sifarişçilər tərəfindən təhlükəli yükün daşınması üçün Sifarişdə (2 nömrəli əlavə), yüklərin düzgün texniki adı (kommersiya adlarından istifadə olunmamaq şərti ilə) 2-ci bölmədə şərh edilən təsnifata uyğun qaydada düzgün təsvir edilməlidir.
5.2. Yükgöndərən tərəfindən hazırlanmış yük sənədlərində, daşınmaq üçün təqdim edilən yük partiyasının lazımi qaydada qablaşdırılması və müvafiq surətdə markalanması, təhlükəlilik, yaxud xəbərdarlıq nişanları ilə (3 nömrəli əlavə) təchiz edilməsi və daşınmaq üçün lazımi vəziyyətdə olması barədə imzalanmış Bəyannamə (4 nömrəli əlavə) Fövqəladə Hallar Nazirliyi nə və yük daşıyanlara verilən yük sənədlərinə əlavə edilməlidir.
5.3. Təhlükəli yüklərin yük konteynerinə, yaxud avtomobil və dəmiryolu nəqliyyatı vasitəsinə qablaşdırılmasına görə məsuliyyət daşıyan şəxslər konteynerin və ya nəqliyyat vasitəsinin yüklənməsi barədə imzalanmış müvafiq şəhadətnamə təqdim etməlidirlər. Bu sənədlərdə yükün həmin yüklənmə vahidinə lazımi qaydada yüklənməsi və bərkidilməsi, tətbiq olunan bütün nəqletmə tələblərinin yerinə yetirilməsi qeyd edilməlidir. Belə şəhadətnamə 5.2-ci bənddə qeyd edilən sənədlə birləşdirilə bilər.
5.4. Təhlükəli yüklərin qablaşdırıldığı yük konteyneri və ya müvafiq nəqliyyat vasitəsi 5.2-ci, yaxud 5.3-cü bəndlərin tələblərinə cavab vermədiyi halda, onların yüklənməsi haqqında müvafiq şəhadətnamə, yaxud bəyannamə olmadıqda, yük konteynerinin müvafiq nəqliyyat vasitəsi ilə daşınmasına yol verilmir.
5.5. Təhlükəli yük daşıyan hər bir gəmi, 2-ci bölmədə şərh edilmiş təsnifata müvafiq surətdə bortundakı təhlükəli yüklər və onların yeri göstərilən xüsusi reyestrə, yaxud manifestə malik olmalıdır. Xüsusi reyestrin və ya manifestin əvəzinə gəminin bortundakı bütün təhlükəli yüklərin sinifi və yeri göstərilməklə müfəssəl yük planından istifadə edilməsinə icazə verilir. Həmin sənədlərdən birinin surəti texniki təhlükəsizlik haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada Fövqəladə Hallar Nazirliyi nin müvafiq müfəttişliyinə və liman nəzarəti xidmətinə gəmi yola düşməzdən əvvəl təqdim olunmalıdır.
6. Təhlükəlİ yüklərİn yerləşdİrİlməsİnə daİr tələblər
6.1. Təhlükəli yüklər özlərinin xassələrinə müvafiq olaraq lazımi qaydada və təhlükəsiz yerləşdirilməlidir. Uyuşmaz yüklər bir-birindən kənarlaşdırılmalıdır.
6.2. Ciddi təhlükə törədə biləcək partlayıcı maddələr (döyüş sursatları istisna edilməklə) səfər zamanı etibarlı şəkildə bağlanmış xüsusi otaqda saxlanmalıdır. Belə partlayıcı maddələr detonatorlardan kənarda yerləşdirilməlidir. Partlayıcı maddələrin daşındığı hər hansı anbardakı (yerdəki) elektrik cihazları və kabellər elə qoyulmalı və istifadə edilməlidir ki, yanğın, yaxud partlayış törənməsi təhlükəsi minimuma endirilsin.
6.3. Qablaşdırılmış halda təhlükəli buxar ifraz edən (buğlanan) təhlükəli yüklər süni ventilyasiyası olan otaqda və ya göyərtədə yerləşdirilməlidir. Qalama (qabsız) şəklində daşınan, təhlükəli buxar ifraz edən təhlükəli yüklər, yaxşı ventilyasiya olunan otaqda, anbarda (yerdə) yerləşdirilməlidir.
6.4. Tez alışan mayelər və ya qaz daşıyan gəmilərdə zəruri hallarda partlayış, yaxud yanğın törənməsinə qarşı xüsusi ehtiyat tədbirləri görülməlidir.
6.5. Öz-özünə qızmağa və ya alışmağa meylli maddələr qəfil yanğın törəməsinin mümkünlüyünü minimuma endirən lazımi ehtiyat tədbirləri görülmədən daşına bilməz.
7. Sərnİşİn gəmİlərİndə PARTLAYICI maddələrİn daşınması
7.1. 1.4-cü yarımsinif, «S» uyuşma qrupuna aid olan partlayıcı maddələr sərnişin gəmilərində istənilən miqdarda daşına bilər (5 nömrəli əlavə). Aşağıda sadalananlar istisna olmaqla digər partlayıcı maddələr daşına bilməz:
a) partlayıcı məmulatların partlayıcı maddələrinin ümumi xalis kütləsi gəmidə 50 kq-dan çox deyilsə, xilasetmə məqsədləri üçün istifadə olunan partlayıcı məmulatlar;
b) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 10 kq-dan çox deyilsə, «S», «D» və «E» uyğunluq qruplarına aid olan partlayıcı maddələr (4 nömrəli əlavə);
c) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 10 kq-dan çox deyilsə, xüsusi yerləşdirilməsi tələb olunan partlayıcı maddələr istisna olmaqla «S» uyğunluq qrupuna aid olan partlayıcı məmulatlar;
ç) partlayıcı maddələrin ümumi xalis kütləsi gəmidə 5 kq-dan çox deyilsə, «V» uyğunluq qrupuna aid olan partlayıcı məmulatlar.
7.2. 7.1-ci bəndin tələblərindən asılı olmayaraq, sərnişin gəmilərində müdiriyyət tərəfindən təsdiq edilmiş xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutulduqda əlavə miqdarda və ya əlavə tipdə partlayıcı maddələr daşına bilər.
8. Təhlükəlİ yüklərlə əlaqədar olan hadİsələr barədə məlumatlar
8.1. Qablaşdırılmış, təhlükəli yüklərin itirilməsi və ya dənizə düşməsi ilə bağlı hadisə baş verərsə, onda kapitan, yaxud gəmiyə cavabdeh olan digər şəxs, ləngimədən və tam mümkünlüyü ilə ətraflı şəkildə belə hadisənin xüsusiyyətləri haqqında Beynəlxalq Konvensiyanın ümumi prinsipləri əsasında ən yaxın sahilyanı dövlətə məlumat verməlidir.
8.2. Gəmi cavabdeh şəxssiz qaldıqda və ya belə gəmidən alınmış məlumat tam olmadıqda, yaxud alınmadıqda, gəmiçilik, gəminin icarəçisi, meneceri, yaxud operatoru və ya onların agentləri tam mümkünlük çərçivəsində bu Qaydalara uyğun olaraq kapitana həvalə edilmiş öhdəlikləri öz üzərlərinə götürməlidirlər.
9. Təhlükəlİ yüklərİn daşınmasında hüquqİ və fİzİkİ şəxslərİn vəzİfələrİ
9.1. Təhlükəli yük göndərən hüquqi və fiziki şəxslərin vəzifələri:
a) yükün adının, keyfiyyətinin və texniki vəziyyətinin, dəniz gəmilərində daşımaq üçün yararlılığının düzgün müəyyən edilməsi;
b) təhlükəli yüklərin DTYD BM-ə müvafiq sinifə, yarımsinifə, kateqoriyaya və qrupa düzgün aid edilməsi;
c) təhlükəli yüklərin düzgün qablaşdırılmasından, dəniz yolları vasitəsi ilə daşınması dövründə onların möhkəmliyinin və qorunub saxlanılmasının təmin olunması;
ç) hər bir təhlükəli yük yerinin dəqiq çəkilməsi və kütləsinin düzgün göstərilməsi;
d) təhlükəli yükün hər birinin «Dəniz yolları ilə təhlükəli yüklərin daşınması üzrə Beynəlxalq Məcəllə»nin (DTYD BM-ə) tələblərinə uyğun qaydada markalanması və təhlükəlilik nişanlarının düzgün qoyulması;
e) daşınma sənədlərinin düzgün tərtib edilməsi, yükün texniki xüsusiyyətlərini göstərən sertifikatların və xüsusi razılıq (lisenziya) sənədlərinin surətinin onlara əlavə edilməsi [6]
9.2. Təhlükəli yükləri daşıyan gəminin kapitanı bu Qaydalara riayət olunmasına cavabdehdir.
Təhlükəli yüklərin daşınmasında gəmiçiliyin və limanların rəhbər və mühəndis-texniki işçilərinin vəzifələri, onların müvafiq qaydada təsdiq edilmiş əsasnamələri ilə müəyyən edilir. [7]
9.3. Bu qaydaların tələblərinin yerinə yetirilməsinə daimi nəzarət Gəmiçiliyin müdiriyyətinə və liman idarəsinə , daxili nəzarət xidmətlərinə və gəmilərin vəzifəli şəxslərinə həvalə olunur. [8]
9.4. Təhlükəli yüklər daşıyan gəmilərin kapitanlarında bu Qaydaların, habelə DTYD və BM-in nüsxələri olmalıdır.
9.5. Təhlükəli yüklərin dəniz nəqliyyatı vasitəsi ilə daşınmasına, texniki təhlükəsizlik üzrə beynəlxalq və dövlət standartlarının, qaydaların, normativ aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyi nin nəqliyyat sahəsində müvafiq nəzarət orqanı həyata keçirir.
9.6. Dəniz yolları ilə təhlükəli yüklərin daşınması zamanı pozuntu və qəza hallarının baş verməsinə görə hüquqi, vəzifəli və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cavabdehlik daşıyırlar.
9.7. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə uyğun həyata keçirilir. [9]
10. Təhlükəlİ yüklər daşıyan gəmİlərə tələblər
10.1. Gəminin tipindən, habelə daşınan yükün növündən və təhlükəlilik səviyyəsindən asılı olaraq, gəminin və yük anbarlarının (yerlərinin) sistemləri, konstruksiyaları və texniki təminatı 10.2—10.16 yarımbəndlərində göstərilmiş tələblərə uyğun olmalıdır.
10.2. Gəmilərin örtülü yük anbarları (yerləri) yanğının aşkar edilməsi üzrə registr tərəfindən bəyənilmiş stasionar tipli avtomatik sistemlə təchiz olunmalıdır. Havanın sınaq üçün yoxlanılmasına nəzarət prinsipinə əsaslanan sistemlərdə həmin sınaq hava kütləsinin axmasına və ya yaşayış, yaxud xidməti otaqların havasının qarışmasına qarşı tədbirlər nəzərdə tutulmalıdır. Nəzarət aparatının quraşdırıldığı anbarda (yerdə) havanın sınaq kütləsi yoxlanıldıqdan (təhlil edildikdən) sonra onun atmosferə buraxılmasının zəruriliyini bildirən yazı (qeyd) olmalıdır.
10.3. Su-yanğın sistemi, kapitan körpüsündən və ya dayanacaqda daimi iş növbəsi olan yerdən yanğın nasoslarından birinin məsafədən işə salınması, yaxud yanğın əleyhinə magistralın 10.4-cü bənddə göstərilən təzyiq altında daimi saxlanması yolu ilə yük anbarlarına (yerlərinə) dərhal su verilməsi təmin edilməlidir. Nasosun məsafədən işə salındığı yerdə magistraldakı suyun təzyiq göstəricisi qoyulmalıdır.
10.4. Su-yanğın sistemi boş yük anbarının (yerinin) istənilən hissəsinə dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının IV fəslində qeyd olunmuş təzyiqdə, gəmidə nəzərdə tutulan taxma ucluqlara malik dörd lüləni təmin edən miqdarda su verməlidir.
10.5. Örtülü yük anbarlarının (yerlərinin) səmərəli soyudulması məqsədi ilə, onlar dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 3.4.2.1-ci bənddə nəzərdə tutulan intensivliyə malik stasionar supüskürtmə sistemi, yaxud subasma sistemi ilə təchiz edilməlidir. Yük anbarlarında (yerlərində) və ya 100 kv metrdən çox olmayan ayrı-ayrı sahələrdə bu məqsədlə su verilməsinin yuxarıda qeyd olunan həcmini və təzyiqini təmin edən yanğın şlanqlarından istifadəyə icazə verilir.
Axıtma və qurutma qurğuları bütün hallarda yük anbarında (yerində) suyun səthində boşluq əmələ gəlməsinin qarşısını almalıdır. Bu təmin edilmirsə, anbarı (anbarları) su ilə dolmuş gəminin dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının V fəslində göstərilmiş tələblərə uyğun gəldiyini təsdiqləyən hesablamalar həyata keçirilməlidir.
Supüskürtmə və ya subasma sistemlərinin əvəzinə Registr tərəfindən bəyənilmiş digər səmərəli soyuducu maddələrə malik sistemdən istifadə edilə bilər.
10.6. Yük anbarı (yeri) su-yanğın sisteminə əlavə olaraq, dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 3.1.2.1-ci bəndə müvafiq surətdə stasionar yanğınsöndürmə sistemi ilə təchiz olunmalıdır.
Üfqi tərzdə yüklənən gəmilərin (lixterdaşıyanlardan başqa) açıq yük anbarları (yerləri), habelə həcmi yanğınsöndürmə sisteminin tətbiq edildiyi halda, gəmilərdə lazımi qaydada örtülməsi təmin olunmayan örtülü yük anbarları (yerləri) bütün göyərtə sahələrini mühafizə edən əlavə stasionar supüskürtmə sistemi, yaxud Registr tərəfindən bəyənilmiş səmərəliliyi az olmayan digər sistemlə təchiz edilməlidir. Axıtma və qurutma qurğuları 10.5-ci yarımbənddə şərh edilmiş tələblərə cavab verməlidir.
10.7. Yük anbarlarının (yerlərinin) qurudulması sistemi dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr qaydalarının VIII fəslinin tələblərinə uyğun gəlməlidir. Tez alışan və ya zəhərli mayelərin boru kəmərləri və maşın şöbəsinin nasosları vasitəsilə bilməyərəkdən vurulmasının qarşısını alan konstruktiv tədbirlər nəzərdə tutularsa, ümumgəmi qurutma sistemindən istifadə edilməsinə icazə verilə bilər.
10.8. Partlayış (alışma) təhlükəsi olan buxarları və ya alışma mənbəyi qəza törədə bilən elektrik avadanlığı və elektrik şəbəkəsi, habelə hər hansı digər avadanlıq örtülü və açıq yük anbarlarında (yerlərində) yerləşdirilməməlidir.
Yalnız partlayışdan mühafizə keyfiyyətlərinə malik olan aşağıdakı elektrik avadanlığının:
a) qığılcımdan mühafizə olunan mühərriklərin;
b) yüksək təzyiq altında hazırlanmış örtüyə malik olan mühərriklərin;
c) partlayış keçirməyən örtüyə malik olan partlayışa qarşı yüksək dərəcədə etibarlı olan avadanlıqların quraşdırılmasına yol verilir.
Kabellərin çəkilişinə icazə verilməsi və onların çəkiliş üsulları, bütün hallarda Registrin xüsusi baxışından keçirilməlidir.
Yuxarıda qeyd edilən tələblərə cavab verməyən elektrik avadanlıqlarının quraşdırılmasına və kabellərin çəkilişinə yalnız o hallarda icazə verilir ki, onlar təhlükəli yüklərin yüklənməsi əməliyyatları və daşınması zamanı elektrik şəbəkəsindən açılmış olsun. Bu halda onların bilməyərəkdən elektrik şəbəkəsinə qoşulmasına yol verməyən tədbirlər nəzərdə tutulmalıdır.
10.9. Örtülü yük anbarları süni ventilyasiya ilə təchiz edilməlidir.
Alışan və ya zəhərli buxar, yaxud qaz (6 nömrəli əlavə — 10.2-ci cədvəl) buraxmağa qabil olan yüklərin daşınması üçün təyin edilmiş yük anbarlarının (yerlərinin) ventilyasiya sistemi, boş yük anbarının (yerinin) həcmindən asılı olaraq, saatda ən azı altı dəfə havanın dəyişdirilməsini təmin etməlidir. Konteynerdaşıyan gəmilər, habelə konteynerlərin daşınmasından ötrü təyin olunmuş və təchiz edilmiş digər gəmilərin yük anbarlarında (yerlərində) təhlükəli yüklər örtülü konteynerlərdə daşınırsa, hava ən azı iki dəfə dəyişdirilməlidir.
Havada buxarının nisbi sıxlığı 1-dən (vahiddən) az olan 2.3-cü yarımsinif yüklərinin, habelə 4.3-cü yarımsinifdən olan və belə buxarlar (qazlar) ayırmağa qabil olan yüklərin daşınması üçün təyin edilmiş yük anbarlarının (yerlərinin) ventilyasiya sistemində, yük anbarlarının (yerlərinin) yuxarı hissəsində, saatda altı dəfə havanın dəyişdirilməsi sisteminin tətbiq olunmasını tələb edən qalan təhlükəli yüklərdən ötrü isə yük anbarının (yerinin) aşağı hissəsində havanın qəbulu üçün deşiklər olmalıdır.
Ayrı-ayrı təhlükəli yüklərin daşınmasından ötrü təyin olunmuş yük anbarları (yerləri) üçün təbii ventilyasiyanın tətbiq edilməsinin mümkünlüyü 11-ci bəndə müvafiq surətdə sənədlər verilərkən, xüsusi baxışdan keçirilməlidir.
10.10. Ventilyatorların konstruksiyası, partlayış (alışma) təhlükəli buxarların və ya qazların alışmasının qarşısını almaq üçün etibarlı olmalıdır.
Ventilyatorların sorucu kanalının içərisində və ya ventilyasiya edilməyən «hasarcıqda» yerləşdirilmiş elektrik mühərrikləri partlayışdan mühafizə qabiliyyətinə malik olmalıdır (10.8-ci yarımbəndi).
Ventilyasiya sisteminin çöldən hava qəbul edən və soran deşikləri alovun qarşısını kəsən armaturla təchiz edilməlidir.
10.11. Yük anbarları (yerləri) yaşayış və xidməti otaqlarla bitişik olmamalıdır.
Üfqi tərzdə yüklənən gəmilər üçün bu tələblər yalnız 1-ci dərəcəli (1.4 «S» qrupundan başqa) yüklərin daşınmasına aid edilir və onu göstərir ki, belə yüklər yaşayış və xidməti otaqların bilavasitə üstündə və altında, habelə yük anbarlarını (yerlərini) yaşayış, yaxud xidməti otaqdan ayıran arakəsmələrdən və ya göyərtə sahələrindən ən azı 3 metr məsafədə yerləşdirilməlidir.
10.12. Üfqi tərzdə yüklənən gəmilərdə yaşayış, xidməti otaqlardan və maşın şöbəsindən (trap və lift yerləri də daxil edilməklə) yük anbarlarına (yerlərinə) girişlər təhlükəli buxar və qazların həmin girişlərdən keçməsinin qarşısını alan qurğularla təchiz edilməlidir. Əgər bu tələbə riayət edilmirsə, yük anbarlarına (yerlərinə) bitişik otaqlar yük anbarlarından (yerlərindən) buxar və qazların həmin otaqlara keçməsinin qarşısını alan yüksək hava təzyiqi ilə təmin olunmalıdır.
10.13. «A» kateqoriyalı maşın şöbələrini yük anbarlarından (yerlərindən) ayıran arakəsmələr və göyərtələr yanğın əleyhinə A-60 tipli izolyasiyaya malik olmalıdır. Bununla bərabər 1-ci dərəcəli (1.4 «S» qrupu istisna olmaqla) yüklər maşın şöbəsinin bilavasitə üstündə və altında, habelə yük anbarlarını (yerlərini) maşın şöbəsindən ayıran arakəsmələrdən və ya göyərtə sahələrindən 3 metrdən az olmayan məsafədə yerləşdirməməlidir. Digər növ izolyasiya olunduğu halda daşınması qadağan olunan I sinif təhlükəli yüklər (1.4 «S» qrupu istisna olmaqla) belə arakəsmələrdən və ya göyərtə hissələrindən ən azı 3 metrlik məsafədə yerləşdirilməlidir.
Qeyd edilən tələblər lixterdaşıyanlara yalnız 1-ci dərəcəli yüklərin (1.4 «S» qrupundan başqa) maşın şöbəsinin bilavasitə üstündə və altında yerləşdirilməsinin qadağan olunan hissəsinə aid edilir.
10.14. Səfərdə istifadə edilən və səthinin temperaturu 50 0 S-dən artıq olan, örtülü yük anbarlarında, yaxud onlara bitişik otaqlarda yerləşdirilən, istilik mənbələri (buxar kəmərləri, qızdırıcı sistemə malik yanacaq tankları və s.) elə izolyasiya edilməlidir ki, onların üst səthinin temperaturu 50 0 S-dən yuxarı olmasın.
10.15. Baş və köməkçi mühərriklərin, qazanların və insineratorların qazburaxıcı və tüstü boru kəmərləri qığılcımsöndürən və ya qığılcımtutan qurğularla təchiz edilməlidir.
10.16. Yuxarı və aşağı göyərtələrin örtülü yük lyuklarının konstruksiyası lyuk qapaqlarının qığılcım əmələ gətirməsinə yol verməyən, rahat və zərbəsiz hərəkətini təmin etməlidir.
10.17. Örtülü yük anbarlarını (yerlərini) yükün, habelə nisbi rütubətin və anbardakı havanın temperaturunun stasionar ölçü nəzarət sistemləri ilə təchiz edilməsi tövsiyə olunur.
Belə sistemlər olmadıqda, qeyd edilən parametrlərin müəyyənləşdirilməsinin digər üsulları nəzərdə tutulmalıdır.
10.18. Təhlükəli yüklər daşıyan gəmilər dəniz gəmilərinin təsnifatı və tikilməsinə dair Registr Qaydalarının VI fəslindəki 5-ci bölmədə müəyyən edilmiş normalara əlavə olaraq, aşağıdakılarla təchiz edilməlidir:
a) yük anbarlarındakı (yerlərindəki) yanğını söndürmək üçün ümumi tutumu azı 12 kq quru toz halında olan, daşına bilən odsöndürənlərlə və ya onlara bərabər tutulan digər odsöndürücü vasitələrlə;
b) sıxılmış hava ilə işləyən və doldurulması üçün kompressor, yaxud ehtiyat balonları nəzərdə tutulan, iki ayrıca tənəffüs aparatı ilə;
c) yanğın əleyhinə ləvazimat komplektlərinə əlavə olaraq, daşınan yükün kimyəvi təsirinə dözümlü olan tam dörd dəst mühafizə geyimi (paltarı) nəzərdə tutulmalıdır. Mühafizə geyimi orqanizmin bütün dəri təbəqəsini örtməlidir.
10.19. Bütün nomenklaturadan olan təhlükəli yüklərin daşınması üçün yararlı sayılan gəmilərə və yük anbarlarına (yerlərinə) tələblərin siyahısı 10.1-ci cədvəldə (7 nömrəli əlavədə), konkret sinifli, yarımsinifli və kateqoriyalı yüklərin daşınmasına tələblərin siyahısı isə 10.2-ci cədvəldə (6 nömrəli əlavədə) verilmişdir.
Müəyyən növ gəminin sistemlərinə, texniki təminatına, konstruksiyalarına və əlavə təchizatına bu və ya digər tələblər, əgər təhlükəli yük 10.1-ci və 10.2-ci cədvəllərin müvafiq qrafalarında «+» işarəsi ilə göstərilmişsə (6 və 7 nömrəli əlavələr), konkret sinifli, yarımsinifli və kateqoriyalı təhlükəli yükün daşınması zamanı yerinə yetirilməlidir.
11. Təhlükəlİ yüklərİn daşınmasına gəmİnİn yararlı olması haqqında sənədlər
11.1. Təhlükəli yüklərin daşınması üçün təyin olunmuş gəmilər Registr tərəfindən verilmiş dənizdə insan həyatının mühafizə edilməsinə dair 1974-cü il Beynəlxalq Konvensiyasına (SOLAS-74) 1981-ci il Düzəlişlərinin 11-2-ci fəslindəki 54-cü Qaydanın tələblərinə gəminin konstruksiyasının və texniki təminatının uyğun gəlməsi haqqında Şəhadətnaməyə malik olmalıdır.
11.2. Təhlükəli yüklərin daşınması üçün təyin olunmuş gəmilərə 11.1-ci bənddə nəzərdə tutulan Şəhadətnaməyə əlavə olaraq, təhlükəli yüklərin daşınmasına gəminin uyğunluğunu, habelə gəmidə və konkret yük anbarlarında (yerlərində) yüklərin kateqoriyalarına əsasən onların yerləşdirilməsi şərtlərini (şəraitini) müəyyənləşdirən Texnoloji Akt verilməlidir. Həmin akt dəniz gəmiçiliyi, yaxud bu gəmidən istifadə edən digər gəmi sahibləri tərəfindən verilir.
Texnoloji akt DTYD BM Qaydaları 1 (3.4.11—19-cu bölmələr, 5-ci, 15-ci, 16-cı əlavələr) əsasında, 10 nömrəli əlavədə verilmiş forma üzrə gəmiçiliyin rəisinin (müəssisənin rəhbərinin) əmri ilə texniki şöbənin, daşınmaların texnologiyası şöbəsinin, dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin, hərbiləşdirilmiş mühafizə dəstəsi, yanğın əleyhinə texniki xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin (şöbəsinin) və gəmi rəhbərliyinin nümayəndələrindən ibarət təyin olunmuş komissiya tərəfindən tərtib edilir. Gəmi sahibinin tapşırığı ilə komissiyanın vəzifələri təhlükəli yüklərin daşınması üzrə ixtisaslaşdırılmış komissiyaya verilə bilər.
Aktın qüvvədə olma müddəti 4 ildir.
Akt aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:
a) onun fəaliyyət müddəti başa çatdıqdan sonra;
b) qəzadan sonra;
c) yük anbarlarının (yerlərinin) yanğın əleyhinə, qurutma və ventilyasiya sistemlərində, elektrik avadanlığı və kabel xətləri, istilik mənbələrinin istiliyinin izolyasiyası, qazanların və mühərriklərin tüstü və qazburaxıcı boru kəmərləri qurğularının qığılcımsöndürənləri, göyərtələrin və arakəsmələrin odadavamlı konstruksiyaları da daxil olmaqla, yük anbarlarının texniki təminatında konstruktiv dəyişikliklər edildikdə və ya onlar sıradan çıxdıqda.
Aktda bitişik yaşayış xidməti otaqlarının və maşın şöbələrinin, habelə istilik mənbələrinin yerləşdiyi yer göstərilməklə, yük anbarlarının (yerlərinin) sxemlərini əlavə etmək tövsiyə olunur (7 nömrəli əlavə).
12. Təhlükəlİ yüklərİn daşınmasına gəmİlərİn seçİlməsİ və hazırlanması
12.1. Registrin ixtisas şəhadətnaməsində müvafiq qeydə (yazıya) malik olan gəmilər təhlükəli yüklərin həmin qeydə əsasən razılaşdırılmış tam və ya bəzi dərəcələrini və Dövdağmədəntexnəzarət Komitəsinin verdiyi xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin tələblərinə uyğun olaraq maneəsiz daşıya bilər. [10]
12.2. 12.1-ci bəndə müvafiq surətdə sənədlər verilmiş gəmilərdə təhlükəli yüklərin daşınmasına icazə verilir.
12.3. Təhlükəli yüklərin daşınması üçün gəmilərin seçilməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilməlidir:
a) yüklərin daşınması nəzərdə tutulan yük anbarının (yerinin) kateqoriyası ilə daşınmaların texnoloji rejim xəritəsində (9 nömrəli əlavə) (DTRX) həmin yük üçün müəyyənləşdirilmiş kateqoriyanın uyğun gəlməsi;
b) həmin yük üçün tövsiyə edilən odsöndürücü vasitənin stasionar yanğınsöndürmə sistemlərində olması;
c) uyğunlaşmayan yüklərin ayrılması, habelə yüklərin yerləşdirilməsinin DTRX-də müəyyənləşdirilmiş şərtlərə (şəraitə) riayət olunmasının mümkünlüyü;
d) 1-ci və 7-ci sinifli yüklər üçün təhlükəsiz məsafələrin təmin olunmasının mümkünlüyü;
e) zəruri hallarda, gəmidə xüsusi odsöndürücü vasitələrin tətbiq edilməsinin mümkünlüyü.
12.4. Gəminin rəhbərliyi və gəmi həkimi təhlükəli yüklərin yüklənməsinə başlamazdan əvvəl aşağıdakıları yerinə yetirməlidirlər:
a) yüklərin nəql edilmə təhlükəliliyi, xassələri və xarakteristikası, DTRX-nin və əməyin təhlükəsizliyi üzrə tələbləri ilə yanğın əleyhinə tədbirlərlə və qəzanın ləğv edilməsi üsulları ilə tanış olmaq, əlavə təhlükəlilik növləri ilə səciyyələnən yüklərin daşınması dövründə isə müvafiq sinifə aid olan yüklərin nəql edilmə təhlükəliliyi, xassələri və xasiyyətnaməsi ilə də tanış olmaq;
b) gəmi heyətinin bütün üzvləri, gəmidə daşınacaq yüklərin adları, xassələri, növləri və təhlükəlilik səviyyəsi, onların qablaşdırılması, markalanması və yerləşdirilməsi, texniki təhlükəsizliyin tələbləri, fərdi mühafizə vasitələri və zərərçəkənlərə ilkin yardım göstərilməsi tədbirləri barədə təlimatlandırmaq;
c) daşınmağa qəbul edilən təhlükəli yüklərin xassələri nəzərə alınmaqla, yanğın əleyhinə operativ mübarizə planına düzəlişlər etmək;
ç) gəmi heyətinin bütün üzvlərini operativ plandakı düzəlişlərlə qabaqcadan tanış etmək;
d) Fövqəladə Hallar Nazirliyi nin müvafiq nəzarət müfəttişliyi liman idarəsi , zəruri hallarda isə hərbiləşdirilmiş mühafizə dəstəsinin yanğın əleyhinə texniki xidmətinin (HMD YTX) nümayəndələri və dövlət sanitariya nəzarəti orqanları ilə də yük əməliyyatlarının aparılması, rabitə və qəza vəziyyətlərində birgə fəaliyyət göstərilməsi qaydalarını razılaşdırmaq; [11]
e) liman tərəfindən tərtib olunmuş və zəruri hallarda Fövqəladə Hallar Nazirliyi nin müvafiq nəzarət müfəttişliyi, HMD YTX dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmış ilkin yük planını təsdiq etdirmək. [12]
Xüsusi təhlükəsizlik tədbirləri gəmi üzrə verilmiş əmrlə elan edilməlidir.
12.5. Kapitanın böyük və ikinci köməkçisindən, ikinci mexanikdən, elektrik mexanikindən və bosmandan ibarət tərkibdə yaradılmış gəmi komissiyası gəmi sistemlərinin texniki vəziyyətini, texniki təminatını və təchizatını, yük anbarlarının (yerlərinin) vəziyyətini yoxlamalı və əmin olmalıdır ki:
a) yük anbarları (yerləri) daşınan yüklərin qalıqlarından, yanacaq-sürtgü materiallarından, tozlardan, zibillərdən diqqətlə təmizlənmiş, zəruri hallarda isə yuyulmuş, qurudulmuş və havası dəyişdirilmişdir;
b) çirkab suların quyuları qurudulmuş, təmizlənmiş və qapaqlarla örtülmüşdür;
c) qurutma sistemi işlək vəziyyətdədir və yük anbarlarının (yerlərinin) qurudulması zamanı maşın şöbəsinə çirkab suların düşməsinə yol verilmir;
ç) yük anbarlarında (yerlərində) yanğının aşkar edilməsi sistemi yoxlanılmış və işlək vəziyyətdədir;
d) yanğın əleyhinə sistemlər işlək vəziyyətdədir, gəmi odsöndürücü zəruri vasitələrə və onların normal qaydada işləməsini təmin edən qurğulara malikdir;
e) yük anbarlarının (yerlərinin) ventilyasiya sistemləri işlək vəziyyətdədir, nizamlanmışdır, hava yolları tozdan təmizlənmişdir, ventilyatorların işçi vəziyyətdə olması yoxlanılmışdır;
ə) istilik mənbələri səthinin istiliyinin izolyasiya edilməsi pozulmamışdır;
f) yük anbarlarındakı (yerlərindəki) 10.8-ci yarımbəndin tələblərinə cavab verməyən elektrik avadanlığı şəbəkədən ayrılmışdır, kabel xətlərinin vəziyyəti normaldır (bu cür tələbləri, həmçinin DTRX-də müəyyənləşdirilən yüklərin daşınması dövründə);
g) lifli yüklərin və oksidləşdiricilərin daşınması zamanı yük anbarlarına (yüklərinə) lyük örtükləri hidravlik sistemi mayesinin düşməsinin qarşısının alınmasına dair tədbirlər görülmüşdür;
ğ) tüstü və qazburaxıcı borulardakı qığılcımsöndürənlər işlək vəziyyətdədir;
h) təhlükəli yüklərin yüklənməsi zonası istiqamətindəki qapılar, lyüklər və illüminatorlar bağlanmışdır;
x) radiostansiyanın və RLS-in işlədilməsinə icazə verilməmişdir (1.4 «S» qrupundan başqa, 1-ci dərəcəli yüklərin boşaldılması-yüklənməsi zamanı);
ı) yükləmə işləri ilə əlaqəsi olmayan şəxslərin yük əməliyyatları zonasına girməsi qadağan edilmişdir, tütün çəkmək yeri göstərilmiş, 14-cü bəndə əsasən, texniki təhlükəsizlik tələbləri, müvafiq sinif yüklər üçün texniki təhlükəsizliyə və təhlükəli yüklərin daşınması üçün Dövdağmədəntexnəzarət Komitəsindən alınmış xüsusi razılığın (lisenziyanın) şərtlərinə dair əlavə tələblər yerinə yetirilmişdir; [13]
i) qəza şəraitində təhlükəli yüklərlə işləmək üçün, gəmi əlavə olaraq sıxılmış hava ilə işləyən dörd komplekt (dəst) fərdi mühafizə vasitələri və iki avtonom tənəffüs aparatı ilə təchiz edilmişdir (DTRX-də müəyyənləşdirilən yüklərin daşınması zamanı təyin olunan təchizat).
Təhlükəli yüklərin daşınmasında gəmilərin hazır olması gəmi jurnalında qeyd edilməlidir.
12.6. Yükləməyə başlanmazdan əvvəl, təhlükəli yüklərlə işləyən zaman zərərçəkənlərə yardım göstərilməsi üçün, gəmi lazımi dərman preparatları və antidotlarla, işləyənləri, müvafiq yüklər üçün tövsiyə edilən fərdi mühafizə vasitələri ilə odsöndürücü xüsusi vasitələrlə, habelə təhlükəli yüklər dağıldıqda, yaxud səpələndikdə onların yığılması və dezaktivasiyası (passivləşdirilməsi) üçün vasitələrlə (qablar, sorbentlər, qum, kizelqur və s.) təchiz edilməlidir.
12.7. 1-ci sinif yüklər, alışan qazlar və tez alışan mayelər (3.3-cü yarımsiniflərdən başqa) daşıyan gəmilərdə sürtünmə, yaxud qırılma zamanı qığılcım əmələ gətirən burazlarından yük göyərtəsində istifadə olunmasına yol verilmir. Bu tələblər həmin yüklərin vaqonlarla və vaqon-sisternlərlə gəmi-bərələrində daşınmasına aid edilmir.
13. Lİmanlarda yükləmə əməlİyyatları və təhlükəlİ yüklərİn saxlanılması
13.1. Ümumi tələblər
13.1.1. Təhlükəli yüklərin limanlarda ykləmə əməliyyatları və saxlanılması, bu Qaydalara, yüklərin yüklənməsi və saxlanılmasını nizamlayan digər normativ sənədlərə müvafiq qaydada aparılmalıdır.
13.1.2. Liman idarəsi bu Qaydaları və dəniz nəqliyyatında qüvvədə olan başqa normativ sənədləri rəhbər tutaraq, yüklərin xüsusiyyətindən, onların qablaşdırılmasından və limanın yerli şəraitindən asılı olaraq, təhlükəli yüklərin təhlükəsiz şəraitdə yüklənməsinə və saxlanılmasına yönəldilmiş texnoloji xəritələr, təlimatlar, əmrlər şəklində əlavə texnoloji və texniki-təşkilati tədbirlər hazırlamalıdır. Hazırlanmış sənədlərdə aşağıdakılar müəyyən olunmalıdır: [14]
a) limanın anbarında saxlanılmağa verilən (liman tərəfindən boşaldılan) təhlükəli yüklərin nomenklaturası (siniflər, yarımsiniflər, kateqoriyalar, qruplar və ya adlar üzrə) və miqdarı;
b) limanda birbaşa boşaldılmış təhlükəli yüklərin nomenklaturası (siniflər, yarımsiniflər, kateqoriyalar, qruplar və ya adlar üzrə);
c) qəza vəziyyəti yarandıqda, gəmi rəhbərlərinin və liman idarəsinin , eləcə də lazım gəldikdə dəmir yolu nəqliyyatı orqanları, yükgöndərən və yükalanlarla qarşılıqlı fəaliyyət və rabitə yaradılması qaydaları; [15]
ç) yükgöndərənin bu Qaydaların tələblərini yerinə yetirməməsi nəticəsində, daşınmaya (yükləməyə) qəbul edilməyən yüklərin limanın ərazisindən və akvatoriyasından çıxarılması qaydası; [16]
d) yüklərin yenidən qablaşdırılması, yük və iriləşdirilmiş yük vahidlərinin, eləcə də nəqliyyat vasitələrinin, qabların zədələnməsinin aradan qaldırılması üçün xüsusi yerlər və qaydalar;
e) qəza vəziyyətinin ləğvindən sonra təhlükəli yüklərin qalıqlarının saxlanılması üçün xüsusi yerlər, istifadə olunması və ya basdırılması üçün daşınma qaydaları.
13.1.3. Aşağıda göstərilən yüklərin limanlarda saxlanılmasına yol verilmir:
a) konteyner-sisternlərdə olan 2.2 və 2.4 yarımsinif yüklər (11 nömrəli əlavə);
b) 415—418, 521—523 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə);
c) konteyner-sisternlərdə olan yüksək təhlükə dərəcəli yüklər (13 nömrəli əlavə);
ç) konteynerlərdə olan yüksək təsirli zəhərli maddələr;
d) dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan yüklər;
e) kabotaj və tranzit yüklər.
1-ci sinif təhlükəli yükləri saxlamağa yalnız ixtisaslaşdırılmış limanlarda və ya ixtisaslaşdırılmış istehsalat yükləmə komplekslərində icazə verilir.
13.1.4. 13.1.3 bəndində göstərilməmiş yüklərin saxlanması bu Qaydaların tələblərinə uyğun olaraq onların saxlanılması üçün münasib anbarları olan limanlarda icazə verilir.
Əlavə təhlükəlilik növünə malik olan başqa sinif yüklərin saxlanması şərtləri bu sinifə aid yüklər üçün müəyyən olunmuş şərtlər nəzərə alınmaqla təyin olunmalıdır.
13.1.5. Limanda saxlanılması qadağan olunmuş yüklər, eləcə də liman bu yüklərin saxlanılması üçün müvafiq anbarlara malik olmadıqda, bu yüklər birbaşa variant üzrə yüklənməlidir.
13.1.6. Qablarda ədədi və paketləşdirilmiş təhlükəli yüklər, bir qayda olaraq, ixtisaslaşdırılmış örtülü anbarlarda saxlanılır. Belə yüklərin saxlanılmasına qonşu bölmələrdən yanğınadözümlü arakəsmələrlə ayrılmış odadavamlı ümumi təyinatlı örtülü anbarlarda, eləcə də 13.1 cədvəlinə müvafiq olaraq çəpərlənmiş və qorunan açıq anbarlarda icazə verilir.
Saxlanılan yüklərin icazə verilən kütləsi (həcmi) üzrə göstərişlər 13.2 bəndində verilmişdir.
13.1.7. Bağlı konteynerlərdə bütün sinifli yüklərin (13.1.3 bəndinə müvafiq olaraq limanlarda saxlanılması qadağan edilən yüklər istisna olunmaqla) ixtisaslaşdırılmış konteyner yükləmə kompleksli açıq anbarlarda, çəpərlənmiş və qorunan universal yükləmə kompleksli meydançalarda saxlanılmasına icazə verilir.
13.1.8. Limanlarda təhlükəli yüklərin ixtisaslaşdırılmış konteynerlərdə saxlanılmasına, qablarda ədədi şəkildə olduğu kimi icazə verilir.
13.1.9. Təhlükəli yüklərin qalıqlarından təmizlənməmiş boş yük vahidlərinin saxlanılması və yüklənilməsi, həmin qablarda daşınan axırıncı təhlükəli yükün şərtlərinə uyğun olaraq aparılır.
13.1.10. Hər anbar və yükləmə-boşaltma meydançası üçün saxlanılan və yüklənilən təhlükəli yüklərin xüsusiyyətini və miqdarını nəzərə almaqla, yanğının və başqa qəza vəziyyətinin ləğv edilməsi üzrə əməli plan hazırlanmalıdır. Əməli planın bir nüsxəsi anbarda və yükləmə-boşaltma meydançasında asılmalıdır.
13.1.11. Bu Qaydalarla daşınmasına icazə verilməyən və ya onların nəqliyyat vasitələrinə qablaşdırılması üçün istifadə olunan iriləşdirilmiş yük vahidləri, eləcə də yükdaşınma sənədləri bu Qaydaların tələblərinə uyğun gəlmədikdə, təhlükəli yüklərin limana gətirilməsinə yol verilmir.
13.1.12. Təhlükəli yüklərin liman ərazisinə gətirilməsinə, liman idarəsinin və Fövqəladə Hallar Nazirliyi nin təhlükəli yüklərin daşınmasına nəzarət edən müfəttişliyinin, yükün daşınma qaydası, vaxtı və yeri göstərilmiş yazılı icazəsi alındıqdan sonra yol verilir. [17]
Yanğın təhlükəli yüklərin gətirilməsinə icazə qabaqcadan limanın yanğın əleyhinə texniki xidməti (YTX) ilə, yoluxucu, zəhərli və radioaktiv yüklər üçün isə dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmalıdır. [18]
Birbaşa variant üzrə gəmilərə yüklənən təhlükəli yüklərin limana gətirilməsinə yalnız liman idarəsinin teleqrafla təsdiq edilmiş rəyinə uyğun olaraq icazə verilir.
13.1.13. Təhlükəli yüklərin anbara qəbulu və ya birbaşa variantla daşınmaq üçün, onların limana gətirilməsi zamanı, liman idarəsi və texniki təhlükəsizlik üzrə xidməti tərəfindən aşağıdakılar yoxlanılmalıdır: [19]
a) yükün limana gətirilməsinə liman idarəsinin və Fövqəladə Hallar Nazirliyi nin müvafiq orqanı tərəfindən verilmiş icazənin olması; [20]
b) yükgöndərən tərəfindən daşınma sənədlərinin düzgün tərtib olunması;
c) anbarda və ya yükləmə-boşaltma meydançasında hər hansı konkret yükün xüsusiyyətlərini nəzərə almaqla, yanğınla mübarizə və qəza vəziyyətinin ləğv edilməsi üzrə təsdiq edilmiş planın və bunun üçün lazımi vasitə və qurğuların olması;
ç) rabitə vasitələrinin sazlığı.
Qablaşdırmalar, markalanmalar və ya yük daşıma sənədləri bu Qaydaların tələblərinə uyğun gəlmədikdə, eləcə də limanda nasazlığın aradan qaldırılması mümkün olmayan yük vahidləri aşkar edildikdə, yük dərhal limanın ərazisindən və akvatoriyasından çıxarılmalıdır. [21]
13.1.14. Güclü təsirə malik olan zəhərli maddələrin anbara qəbulu Fövqəladə Hallar Nazirliyi nin, yükgöndərənin və (və ya) dövlət sanitariya nəzarəti orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
13.1.15. Anbarların quruluşu, yerləşdirilməsi və avadanlığı qüvvədə olan tikinti normaları və qaydalarının, limanların layihələşdirilməsi üzrə texnoloji və texniki təhlükəsizlik normalarının və bu Qaydaların tələblərinə uyğun olmalıdır. Elektrik avadanlığı və elektrik şəbəkələri, yüklərin yanacaq materialları kimi təsnifatını nəzərə almaqla, elektrik qurğularının qurulması üzrə qaydaların tələblərinə uyğun olmalıdır. [22]
1-ci, 2-ci, 3-cü, 8-ci sinif, 4.2, 4.3, 5.2 və 6.1 yarımsinif yüklərin saxlanılması üçün örtülü anbarlar birmərtəbəli olmalıdır. Qalan siniflərdən (yarımsiniflərdən) olan təhlükəli yüklərin çoxmərtəbəli anbarın birinci mərtəbəsində saxlanılmasına yol verilir.
Məhlullar, eləcə də yanğın vaxtı əriyə bilən bərk maddələr saxlanılan anbarlar məhlulun və ya ərintilərin sərbəst axmasını məhdudlaşdıran qurğularla təchiz olunmalıdır.
Təhlükəli maye yüklərin saxlanılması üçün açıq və talvarlı anbarlar, limanın yaxınlığındakı ərazidə yerləşən anbar və köməkçi binaların səviyyəsinə nisbətən daha aşağı səviyyədə olan sahələrdə yerləşdirilməlidir.
Anbarların partlayış-yanğın və yanğın təhlükəliliyi üzrə kateqoriyaları, texnoloji layihələndirmə və texniki təhlükəsizlik üzrə normaların tələblərinə uyğun olmalıdır.
13.1.16. Anbar və yükləmə-boşaltma meydançaları təhlükəli yüklərin xüsusiyyətlərinə uyğun olaraq, qüvvədə olan normalar üzrə yanğınsöndürmə və qəza vəziyyətlərini ləğvetmə vasitələri ilə təchiz olunmalıdır. Hər bir anbar (meydança) telefon rabitəsi ilə təmin olunmalıdır.
1-ci, 3-cü, 4-cü, 5-ci sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması üçün istifadə olunan örtülü anbarlar avtomatik yanğın siqnalizasiyası ilə təchiz olunmalıdır.
13.1.17. Örtülü anbarların qapıları siyirmə, qaldırılan və ya çölə açılan olmalıdır. Qaldırılan qapılar əl ilə hərəkətetdirmə mexanizmi ilə təchiz olunmalıdır. Pəncərələr şüşələnməli və içəri tərəfdən metal tor ilə qorunmalıdır.
13.1.18. 1-ci, 3-cü, 4-cü sinif, 2.3, və 2.4 yarımsinif yüklərin saxlanılması və ya yüklənməsi üçün açıq və talvarlı anbarların, yükləmə-boşaltma meydançalarının işıqlandırma və başqa elektrik avadanlığı, eləcə də hava elektrik xətləri yük qalaqlarından, üfqi vəziyyətdə, 5 metrdən az olmayan məsafədə yerləşdirilməlidir.
13.1.19. Təhlükəli yükləri konteynerlərdə, eləcə də qablarda ədədi və paketlənmiş şəkildə yanğın və partlayış təhlükəli yüklərin açıq və talvarlı anbarlarda saxlanılması zamanı, bir bölmənin (qalağın) sahəsi 13.2 yarımbölməsində müəyyən olunmuş yük üçün göstəricilərdən artıq olmamalıdır, sahəsi müəyyən olunmayıbsa, bu sahə 300 kv.metr götürülür. Qalaqlar arasında yanğından mühafizə üzrə məsafə 6 metrdən az ola bilməz.
13.1.20. Təhlükəli yüklər yerləşdirilməzdən əvvəl anbarlar orada saxlanılmış yüklərin qalığından və onların qablarından, bərkitmə hissələrindən və separatorla ayırma qalıqlarından, yanacaq və yanacaq-yağlama materialların axıntısından, eləcə də zibildən tamamilə təmizlənməlidir. Lazımi hallarda çirklənmiş yerlər yuyulmalı və qurudulmalıdır.
13.1.21. Təhlükəli yüklər örtülü anbarlarda, qalaqların arasındakı keçidin eni 2,0 metrdən və anbarın divarlarından 0,7 metrdən az olmamaqla yığılır. Eninə və uzununa keçidlərin eni istifadə olunan mexanikləşdirmə vasitələrindən asılı olaraq 3,5 metrdən az olmamalıdır.
13.1.22. Təhlükəli maye yüklə doldurulmuş qablar, anbarlara yığılarkən, tıxacları yuxarı vəziyyətdə yerləşdirilməlidir.
13.1.23. Təhlükəli yüklər anbarlarda onların texniki, fiziki-kimyəvi və yanğın təhlükəliliyi xüsusiyyətlərinin eyniliyi prinsipi ilə yerləşdirilir. Bu məqsədlə örtülü anbarlar, bir-birindən yanğın dözümlü arakəsmələrlə izolyasiya edilmiş ayrı-ayrı otaqlara (bölmələrə) ayrılmalıdır, açıq və talvarlı anbarlar isə 13.1.25 bəndində göstərilən kimi təyin olunmuş məsafədə olmalıdır.
13.1.24. Anbarlarda və yükləmə-boşaltma meydançalarında yastı altlıqla paketlənmiş və qablarda ədədi yığılmış 3-9 sinifli təhlükəli yüklərin qalağının hündürlüyü 3 metrdən artıq olmamalıdır. Göstərilmiş siniflərdən topla və ya parça kisələrdə qalaqlanmış yüklərin hündürlüyü 4 metrə qədər olmasına yol verilir.
3-9 sinifli yüklərin qalağının hündürlüyü, yükgöndərən tərəfindən yüksək hündürlüklü qalaqlanmada, qablaşmanın möhkəmliyini təsdiq edən sınaq aktını təqdim etdikdə artırıla bilər.
3-9 sinifli yüklə doldurulmuş ədədi qablar və ya paketlənmiş konteynerlər hündürlüyü 4 yarusdan artıq olmayan qalaqla yığılır. Şüşə qablarda olan korroziyalaşdıran mayelərlə (8-ci sinif) konteynerlər qalağının aşığı yarusunda yerləşdirilməlidir.
3-9 sinifli təhlükəli yüklərlə yüklənmiş konteyner-sisternlər hündürlüyü 3 yarusdan çox olmayan qalaqlarla yığılmalıdırlar.
Konteynerlər yerləşdirildikdə, qalağın qəza vəziyyətində, onun tez ləğvi imkanı və konteynerlərin təhlükəsiz yerə keçirilməsi, eləcə də universal konteynerlərin qapılarının açılması imkanı nəzərə alınmalıdır.
Konteynerlər qalaqlarda texnoloji bağlamalarla bərkidilməlidir.
13.1-ci cədvəl
1 — Soyudulmuş maye qazlar istisna olmaqla
2 — Havanın temperaturu 25 0 S-dən çox olduqda yük günəş şüalanmasının təsirindən qorunmalıdır.
3 — Bir partiya vaqondan artıq olmamaqla anbarda saxlanılmağa yol verilir.
4 — 415—418 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə) istisna olmaqla.
5 — Rütubət keçirməyən qablarda olan yüklər atmosfer çöküntüsündən qorunmalıdır.
6 — 521—523 kateqoriyalı maddələr və materiallar (12 nömrəli əlavə) istisna olmaqla.
7 — 710—711 kateqoriyalı yüklər istisna olmaqla.
8 — 712—716 kateqoriyalı yüklər üçün xüsusi ayrılmış anbar bölməsində saxlanılmalıdır, bu bölmədə onların başqa yüklərlə birlikdə saxlanılmasına yol verilmir.
1. «+» işarəsi — icazə verilir;
2. «—» işarəsi — qadağan edilir
3. Saxlanılan yüklərin icazə verilən kütləsi (həcmi) barədə göstərişlər 13.2 yarımbölməsində
13.1.25. Bir-birinə uyğun gəlməyən təhlükəli yüklərin saxlanılmasında və yüklənilməsində, DTYDBM-in 22-ci əlavəsində müəyyən olunmuş qaydada onların ayrılma şərtlərinə riayət olunmalıdır.
Yüklərin açıq və ya üstü örtülü anbarlarda saxlandığı, eləcə də onların körpülərdə və yükləmə-boşaltma meydançalarında yerləşdirilməsi zamanı gəminin açıq göyərtələri üçün müəyyən olunmuş ayrılma şərtləri tətbiq olunmalıdır.
13.1.26. 3-cü və 8-ci sinif, 2.2, 2.4 və 6.1 yarımsiniflər, eləcə də uçucu-zəhərli və ya aşılayıcı (yeyici) digər siniflər, ərzaq, yem, parfümer-kosmetika, paltar və ev əşyaları yükləri ilə olan otaqdan bir otaq aralı, qalan təhlükəli yüklər bu yüklərdən uzaqda yerləşdirilməlidir.
13.1.27. Partlayış və güclü zəhərləyici maddələrin və məmulatların yüklənməsi üçün istifadə olunan kranlar, müstəqil işləyə bilən iki yükqaldırma və kran qolunun yerdəyişmə mexanizmləri ilə təchiz olunmalıdır.
Bu tələblər yerinə yetirilmədiyi halda, kranla yeri dəyişdirilən təhlükəli yükün kütləsi, kranın yükqaldırma qabiliyyətinin 75 faizindən artıq olmamalıdır.
13.1.28. 1-ci sinif, 2.3, 2.4, eləcə də 3.1 və 3.2 yarımsinif yüklərlə işləyərkən istifadə olunan texnoloji avadanlığın bütün növləri qığılcımtörətməni istisna edən materiallardan hazırlanmalıdır (və ya materialla örtülməlidir).
13.1.29. Avtonəqliyyat, yükləyib-boşaldan maşınlar, avtokranlar, lokomotivlər 1-ci, 3-cü, 4-cü sinifli, 2.3, 2.4 yarımsinifli, eləcə də partlayış təhlükəli və tezalışan başqa sinif təhlükəli yüklərlə işləyən zaman, işlənmiş qaz ixrac edən borularda qığılcımsöndürən, eləcə də avtokranların statik elektrik cərəyanını yerə ötürən vasitəsi olmalıdır.
13.1.30. Təhlükəli yüklərlə yüklənmiş avtomobillərin liman ərazisində hərəkət qaydası və onların bilavasitə yükləmə-boşaltma yerlərində dayanması, limanın texniki təhlükəsizlik xidmətinin təyin etdiyi nümayəndə tərəfindən tənzimlənir. [23]
Gözləyən avtonəqliyyat isə sürücünün daimi nəzarəti altında olmalıdır.
13.1.31. Təhlükəli yüklər, bir qayda olaraq, gəmiyə sonuncu yüklənməli və birinci növbə boşaldılmalıdır.
13.1.32. Limanda lokomotivlərin manevrləri ehtiyatla, təkansız və kəskin dayandırma olmadan aparılmalıdır. Hərəkət sürəti saatda 10 km-dən artıq olmamalıdır.
13.1.33. Mühərriki işləyən avtonəqliyyat vasitələrinə təhlükəli yüklərin yüklənməsi və boşaldılması əməliyyatlarının aparılması yol verilmir.
13.1.34. Üstü örtülü anbarlarda 1-ci sinif (1.4S sinifaltıdan başqa), 2.3, 2.4, 3.1 və 3.2 yarımsinif yüklərin, eləcə də nəmkeçirən qablarda olan digər yüklərin şimşək və yağmurlu zaman yüklənməsinə-boşaldılmasına yol verilmir.
13.1.35. Güclü külək zamanı portal kranların işinin dayandırılması yerli şəraiti və kranların konstruksiyasını nəzərə almaqla liman üzrə əmrlə müəyyənləşdirilir.
13.1.36. Limanın təhlükəli yük olan anbarlarında və yükləmə-boşaltma meydançalarında yükləmə-boşaltma vasitələrinin dayanmasına və təmirinə yol verilmir.
13.1.37. Təhlükəli yüklər saxlanılan anbarlara və yükləmə-boşaltma meydançalarına daxil olmağa, təhlükəli yüklərlə təhlükəsiz işləmə üsulları üzrə təlim almayan və Fövqəladə Hallar Nazirliyi nin müvafiq müfəttişliyi tərəfindən yoxlamadan keçməyən şəxslərə icazə verilmir.
13.1.38. Daxilində təhlükəli yük olan anbarlara, konteynerlərə və ya nəqliyyat vasitələrinə daxil olmaqdan əvvəl, yük yerlərinin qaz-hava qarışığı tərkibinin yoxlanılması və ventilyasiyası tələbləri yerinə yetirilməlidir.
13.1.39. Yanğın və partlayış təhlükəli yük olan anbarların və nəqliyyat vasitələrinin müayinəsi (texniki baxışı) yalnız partlayışdan mühafizə olunmuş elektrik fənərləri vasitəsi ilə həyata keçirilməlidir.
13.1.40. 1-ci, 3-cü, 4-cü sinif və 2.3, 2.4 yarımsinif yüklərin saxlandığı və yükləndiyi yerlərin ərazisində kibritlərlə, alışqanlarla və digər əşyalarla daxil olmağa yol verilmir.
13.1.41. Yükləmə-boşaltma əməliyyatlarının bütün iştirakçıları təhlükəli yüklərlə qəza hadisəsi baş verdikdə anbarı (yük meydançasını) tərk etməlidirlər. Qəzanı aradan qaldırmaq üçün qəza yerinə işlənmiş əməli plana uyğun olaraq limanın qəza briqadası çağırılmalıdır.
Radioaktiv, zəhərləyici və yeyici maddələrlə, baş vermiş qəza haqqında Fövqəladə Hallar Nazirliyi nə, liman idarəsinə , dispetçer xidmətinə, dövlət sanitariya nəzarəti orqanlarına, yanğın zamanı isə yanğından mühafizə idarəsinə təcili məlumat verilməlidir. [24]
13.1.42. Anbarın, körpünün və yaxud yükləmə-boşaltma meydançasının ərazilərində təhlükəli yükü olan yük vahidinin hər hansı nasazlığının aradan qaldırılmasına və yaxud yenidən qablaşdırılmasına yol verilmir.
13.1.43. Qəza hadisələrinin aradan qaldırılması, eləcə də gəmi anbarlarının (otaqlarının, yük yerlərinin), yanalma körpülərinin, yükləmə-boşaltma meydançalarının və anbarların təmizlənməsi zamanı yığılan yük qalıqları, dərhal onların neytrallaşdırılması, təmizlənməsi üçün limanda ayrılmış xüsusi yerlərə aparılmalı, yaxud basdırılmasından ötrü limandan kənarda nəzərdə tutulmuş yerə daşınmalıdır.
13.1.44. Bağlamada olan təhlükəli yüklər yükalana sayhesabı (yenidən çəkilmədən) təhvil verilir.
Bağlamanın xaric tərəfdən zədələnməsi hallarında akt tərtib olunmalıdır və aktda daxili qabın salamatlığı haqda qeyd edilməklə, yük yenidən çəkilmədən sayhesabı təhvil verilir.
Daxili qabın zədələnməsi hallarında yükün kütləsi, yükalan tərəfindən, ekspertin iştirakı ilə öz anbarında yoxlanılır. Zədələnmənin səbəbləri və təhlükəli yükün kütləsinin çatışmaması haqqında ekspertiza aktı tərtib olunur.
13.1.45. Təhlükəli yüklərin yüklənməsi və saxlanması dövründə 14-cü və 15-ci bəndlərdə müəyyən olunmuş yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarının tələbləri yerinə yetirilməlidir.
13.2. Ayrı-ayrı siniflərə aid olan təhlükəli yüklərin saxlanılmasına və yüklənməsinə dair tələblər
13.2.1. 1-ci sinif yüklər
1) qablarda ədədi və paketləşdirilmiş 1-ci sinif yüklər ixtisaslaşdırılmış örtülü anbarlarda saxlanılmalıdır.
Selitr-amonyakın partlayış maddələri, amonium nitrat və 1.4 yarımsinif kateqoriyasına aid olan yüklərin açıq və örtülü (çardaq tipli) anbarlarda saxlanılmasına yol verilir. Belə hallarda yük qalağının (nizamla yığılmış halda) uzunluğu — 15 metr, eni — 6 metr, hündürlüyü — 3 metrdən artıq olmamalıdır.
Yük qalağı taxta altlıqlar və yaxud aralıqlar üzərində yerləşdirilməlidir. Anbarların yük meydançaları beton örtüyünə malik olmalıdır.
2) 1.1-ci yarımsinif qablarda ədədi, tüstülü və tüstüsüz barıtlar, bütün növ detonatorlar, bir qayda olaraq, anbarların divarlarına yaxın qoyulmuş stellajlarda yerləşdirilməlidir.
Stellajların səthi metal çıxıntılarını istisna edən taxta materiallardan olmalıdır.
Qalan 1-ci sinif yüklər qablarda ədədi və paketləşdirilmiş yüklərin taxta altlıqlar və aralıqlar üzərində qalaqla (nizamla) yığılmış halda saxlanılmasına icazə verilir.
Qalağın hündürlüyü 2 metrdən, eni isə dörd bağlama sırasının enindən artıq olmamalıdır.
3) 1-ci sinif yükləri olan konteynerlər açıq anbarlarda, ikinci yarusdan yuxarı olmamaq şərti ilə yalnız yuxarı yarusda yerləşdirilməlidirlər.
4) 1-ci sinif yüklər, bir qayda olaraq, günün işıqlı vaxtında yüklənməlidir.
Qaranlıq vaxtı yükləmə əməliyyatlarının aparılması liman idarəsinin rəhbərinin və yaxud yükləmə istehsalat kompleksinin rəisinin razılığı ilə yükləmə işləri aparılan zonada, işıqlanma 50 lyuksdan az olmayaraq, təmin olunduğu halda aparıla bilər. [25]
5) 1-ci sinif yüklər limana yalnız gəmi yüklənmək üçün tam hazır olduqda keçirilə bilər və yaxud körpüyə verilə bilər.
1-ci sinif yüklər yalnız onların daşınması üçün təyin olunmuş nəqliyyat vasitələrinin tam hazır olduğu halda gəmidən boşaldılmalıdır.
6) 1-ci sinif yüklərin saxlanıldığı anbarlar mühafizə olunmalıdır. Yükləmə-boşaltma yerlərinə buraxılış rejimi tətbiq edilməlidir. Mühafizə olunan zona yükləmə-boşaltma yerlərindən ən azı 10 metrlik məsafədə yerləşən sahədə olmalıdır.
7) 1-ci sinif yüklərin yüklənməsi işə rəhbərlik edən şəxsin, eləcə də yükü müşahidə edənin daimi nəzarəti altında olmalıdır. Yükləmə-boşaltma yerlərindən minimum məsafədə post (yanğınsöndürən maşın və yaxud kater) qoyulmalıdır.
1-ci sinif yüklər yüklənən körpülərdə və yükləmə-boşaltma meydançalarında başqa təhlükəli yüklər olmamalıdır.
8) Anbarların otaqları (bölmələri) 1-ci sinif yüklər yerləşdirildikdən sonra əsaslı yoxlanilmalı, bağlanmalı və möhürlənməlidir.
9) Ayrıca anbarda və yaxud o birilərindən yanğın əleyhinə arakəsmələrlə ayrılmış bölmələrdə 1-ci sinif yüklərin birgə saxlanılmasına aşağıda göstərilən hallarda icazə verilir:
a) bir uyğunluq qrupuna aid olduqda;
b) «C», «D» və «E» uyğunluq qruplarına aid olduqda (5 nömrəli əlavə);
c) «A» və «L» uyğunluq qruplarından başqa, 1.4 «S» qrup yüklərin 1-ci sinifə aid olan bütün yüklərlə bir yerdə saxlanılmasına icazə verilir.
10) 1-ci sinif yüklərin eyni vaxtda limanda və ya anbarda saxlanılmasına yol verilən maksimum miqdarı, eləcə də anbarlar (qalaqlar) arasındakı təhlükəsizlik məsafəsi, partlayış işlərində təhlükəsizliyin vahid qaydalarına uyğun olaraq hesablanmalıdır.
11) 1-ci sinif yüklər saxlanılan anbarların elektrik avadanlığı partlayışdan mühafizə tələblərinə cavab verməlidir.
Partlayışdan mühafizə olunmayan işıqlandırma avadanlığı açıq anbarların və yükləmə-boşaltma yerlərinin sərhədlərindən ən azı 5 metr olan üfüqi məsafədə yerləşməlidir.
12) 1-ci sinif yüklərin saxlanılmasında və yüklənməsində partlayış işlərində təhlükəsizliyin vahid qaydalarının tələblərinə əməl edilməlidir.
13) Limanın ərazisində və akvatoriyasında 1-ci sinif yük qablarının təmirinə və onların yenidən qablaşdırılmasına yol verilmir.
13.2.2. 2-ci sinif yüklər
2-ci sinif təhlükəli yüklər 4 yarımsinifə bölünür:
2.1 yarımsinifi — alışmayan və zəhərli olmayan qazlar;
2.2 yarımsinifi — zəhərli qazlar;
2.3 yarımsinifi — alışan (yanan) qazlar;
2.4 yarımsinifi — alışan zəhərli qazlar.
1) 2.1 və 2.3 yarımsinifi qazların saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı üstü bağlı anbarlar yüngül örtüklü olmalıdır və üfürmə-sorma sisteminə malik olan ventilyasiya ilə təchiz olunmalıdırlar.
2.3 yarımsinif yüklər saxlanılan anbarların elektrik avadanlığı partlayışdan mühafizə tələblərinə cavab verməlidir və onların ventilyasiya sistemi alovu dayandıran armaturla təchiz olunmalıdır.
Anbarların arakəsmələri və örtükləri, yanğına davamlılığı II dərəcədən aşağı olmayan, yanmayan materiallardan düzəldilməlidir.
Yay vaxtlarında tutumların günəş şüalarından qızmasının qarşısını almaq üçün anbarların pəncərələri pərdələrlə (jalüzlərlə) örtülməlidir.
2.3 yarımsinifinə aid olan qazlar saxlanılan anbarların döşəmələri, onlara hər hansı əşyanın dəyməsi zamanı qığılcımın törənməsini istisna edən materiallardan düzəldilməlidir.
2) Bağlı tək anbarda və yaxud bir-birindən yanğına qarşı arakəsmələrlə ayrılmış bölmədə 2.2—2.4 yarımsinifinə aid olan qazlarla doldurulmuş 500-dən artıq konteyner, eləcə də 2.1 yarımsinifə aid olan qazla doldurulmuş 1000-dən artıq konteyner yerləşdirilməməlidir.
Anbarda olan konteynerlərin ümumi sayı 3000 ədəddən (konteynerin hər birinin 40 litr həcmində olmasını hesaba almaqla) çox olmamalıdır.
Açıq və üstü talvarlı anbarlarda, qazla dolu konteynerlər və tutumlar, sayı 50-dən artıq olmayan qruplar şəklində saxlanılmalıdır.
3) 2-ci sinif yüklər saxlanılan anbarlarla digər anbarların arasındakı məsafə:
a) 50 ədədədək konteyner saxlanıldıqda — 10 metr;
b) 51-dən — 500 ədədədək konteyner saxlanıldıqda — 20 metr;
c) 501-dən — 1500 ədədədək konteyner saxlanıldıqda — 25 metr;
ç) 1500 ədəddən çox konteyner saxlanıldıqda — 30 metrdən az olmamalıdır.
2-ci sinif yük olan anbarlarla 3—5-ci sinif yüklərin anbarları arasındakı məsafə 50 metrdən az olmamalıdır.
2-ci sinif yüklər yığılmış anbarlarla yaşayış və xidməti binalar arasındakı məsafə 100 metrdən az olmamalıdır.
4) Qazla doldurulmuş konteynerlər şaquli və üfüqi vəziyyətdə saxlanıla bilər.
Soyudulmuş maye qazla doldurulmuş konteynerlər bir yarusda, şaquli vəziyyətdə saxlanılmalıdır.
5) Başmaqları olan konteynerlər şaquli vəziyyətdə saxlanıla bilər. Konteynerlər xüsusi təchiz olunmuş yuvalarda və qəfəslərdə qoyulmalı və etibarlı bərkidilməlidir.
6) Başmaqları olmayan konteynerlər yuvacıqları olan taxta çərçivələrdə və stellajlarda üfüqi vəziyyətdə saxlanılmalıdır.
Açıq və üstü talvarlı anbarlarda saxlanılan başmaqlı konteynerlər üst-üstə yığılarkən, kəndir, taxta və ya rezindən aralıqlar qoyulmalıdır.
Konteynerlər qalağa yığılarkən onların ventilləri eyni tərəfə yönəldilməlidir. Qalağın hündürlüyü 1,5 metrdən artıq olmamalıdır.
7) 2-ci sinif yüklər anbarlarda olan qızdırıcı cihazlardan və digər istilik mənbələrindən ən azı 1 metr məsafədə yerləşdirilməlidir.
8) Konteyner-sisternlərdə və ixtisaslaşdırılmış konteynerlərdə (konteyner-çəlləklərdə) olan 2.2 və 2.4 yarımsinifinə aid olan maye qazlarla gəmilərə yükləmə-boşaltma əməliyyatları birbaşa həyata keçirilməlidir.
Konteyner-sisternlərdə olan 2.1 və 2.3 yarımsinifinə aid olan maye qazlar açıq anbarlarda, ikinci yarusdan yüksək olmayaraq, qalağın yuxarı yaruslarında yerləşdirilməlidir.
9) Qazla doldurulmuş konteynerlər avtomaşınlarla və avtoyükləyicilərlə daşınarkən, ventilləri eyni tərəfə yönəldilməklə, üfüqi vəziyyətdə olmalıdır.
Konteynerlər yuvacıqları olan taxta aralıqlar üzərində yığılmalı və yaxud rezin halqalarla təmin olunmaqla etibarlı bağlanmalıdır. Konteynerlərin üç yarusdan artıq yığılmasına yol verilmir.
10) Konteynerlərin ventillərinin tıxaclarla təmin olunmaları və qoruyucu qapaqlarla mühafizə olunmaları tələb olunur.
11) Tutumların, konteynerlərin, konteyner-sisternlərin, konteyner çəlləklərin və onların armaturlarının limanın ərazisində və akvatoriyasında təmir olunmasına yol verilmir. [26]
12) 2-ci sinif yüklərin limanlarda saxlanılması və yüklənməsi zamanı təzyiq altında işləyən tutumların qurulması və istismarı, texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
13) 2.2 və 2.4-cü yarımsinifinə aid olan yüklərin yüklənməsində, eləcə də bu yüklər saxlanılan anbarlarda işləyənlər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır, nəfəs orqanlarını qoruyan fərdi mühafizə vasitələri isə istifadəyə hazır vəziyyətdə olmalıdır.
13.2.3. 3-cü sinif yüklər — tezalışan mayelər (TAM)
3-cü sinif təhlükəli yüklər üç yarımsinifə bölünür:
a) 3.1 yarımsinifi — alışma temperaturu 18 0 C-dən aşağı olan TAM;
b) 3.2 yarımsinifi — alışma temperaturu 61 0 C-dən aşağı olmayan TAM;
c) 3.3 yarımsinifi — alışma temperaturu 23 0 C-dən az, lakin 61 0 C-dən çox olmayan TAM.
1) Tezalışan mayelərin (TAM) saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı örtülü anbarlar 2-ci dərəcəli odadavamlıqdan az olmamalıdır və hava vurma-sorma ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
Ventilyasiya sistemi alovboğucu artmaturla təchiz olunmalıdır. Anbarların elektrik avadanlıqları partlayışdan mühafizə tələblərinə cavab verməlidir.
3.1 və 3.2 yarımsinif yüklər saxlanılan anbarların döşəmələri, hər hansı bir əşyanın dəyməsindən, qığılcım törəməsini istisna edən materiallardan hazırlanmalıdır.
2) Örtülü anbarın, digər bölmələrindən yanğın əleyhinə arakəsmələrlə ayrılmış bölməsində, 200 kub.metrdən artıq olmayan TAM saxlanılmamalıdır və anbarın bütöv binasında saxlanılan TAM miqdarı isə 200 kub.metrdən çox olmamalıdır.
3) TAM üçün örtülü anbar olmadıqda, onlar açıq və talvarlı anbarlarda aşağıda göstərilən miqdardan artıq olmayaraq saxlanıla bilər:
a) 3.1 və 3.2 yarımsinifindən olan TAM (bir vaqon partiyası) limanda 500 kub.metrdən artıq olması istisna edilməklə bir anbarda;
b) 3.3 sinifatlı TAM bir anbarda 500 kub.metrdən artıq olmamaq şərti ilə qalaqların ölçüləri aşağıda göstərilənlərdən artıq olmamalıdır:
a) qalağın uzunluğu — 25 metr, eni — 15 metr;
b) qalaqlararası məsafə 15 metrdən az olmamalıdır.
Açıq və talvarlı anbarların döşəmələri yanmayan materialdan olmalıdır.
4) Açıq anbarlarda ümumi həcmi 100 kub.metrdən artıq olmayaraq 3.1 və 3.2 yarımsinif, 500 kub.metrdən artıq olmayaraq isə 3.3 yarımsinifindən olan yüklər konteynerlərdə (o cümlədən konteyner-sisternlərdə) saxlanıla bilər.
5) TAM-lar yüklənərkən körpüdə və yükləmə-boşaltma meydançalarında eyni vaxtda ikidən artıq olmayaraq TAM-la olan vaqon partiyası, giriş dəmir yollarında isə ikidən artıq vaqon olmamalıdır.
13.2.4. 4-cü sinif yüklər
4-cü sinif təhlükəli yüklər üç yarımsinifə bölünürlər:
a) zəif enerji mənbəyindən (kibrit alovu, qığılcım, közərən siqaret və başqaları) qısa vaxtda (30 saniyəyə qədər) alışma qabiliyyətinə malik olan, tezalışan bərk maddələr;
b) parçalanma temperaturu 65 0 C-dən yuxarı olmayan, yəni havasız ekzotermik parçalanmaya meyilli olan, özüparçalanan maddələr;
c) su, spirt və yaxud başqa fleqmatizatorla nəmlənmiş partlayıcı və pirofor (havada tezalışan) maddələr;
ç) sürtünmədən alışan bərk maddələr və məmulatlar.
a) pirofor, yəni havada tezalışan maddələr;
b) alışanadək öz-özünə qızışma qabiliyyətinə malik olan digər maddələr və materiallar.
20± 5 0 C temperaturda, su ilə qarşılıqlı əlaqədə olarkən, saatda 1 litr (kq) alışan qaz ifraz edən maddələr.
1) 4.1 və 4.2 yarımsinifindən olan yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarların odadavamlılığı III dərəcədən, 4.3 yarımsinifindən olan yüklər üçün II dərəcədən, qələvi metallar üçün isə I dərəcədən aşağı olmamalıdır.
4.3 yarımsinif yüklər saxlanılan anbarlar və yaxud bölmələr, alovadavamlı armaturlarla təmin olunmuş, sorma-üfürmə sisteminə malik olan ventilyasiya qurğuları ilə təchiz olunmalıdırlar. Anbarların (bölmələrin) elektrik avadanlıqları partlayışdan mühafizə tələblərinə cavab verməlidir. Anbarların bölmələrindən keçən su kəmərləri bağlanmalı, kimyəvi və köpüklü odsöndürənlər anbarlardan çıxarılmalıdır.
2) Lifli yüklərin (pambıq, cut və s.) saxlanılması üçün istifadə olunan örtülü və talvarlı anbarların yanğınaqarşı arakəsmələri arasında olan döşəmənin sahəsi odadözümlülük dərəcəsindən asılı olaraq:
a) I və II odadözümlülük dərəcəsinə malik olan örtülü anbarlarda — 1800 kv.metr;
b) III odadözümlülük dərəcəsinə malik olan örtülü anbarlarda və II odadözümlülük dərəcəsinə malik olan qalaqlama anbarlarında 1200 kv.metr;
c) IV odadözümlülük dərəcəsinə malik olan talvarlı anbarlarda 900 kv.metrdən artıq olmamalıdır.
3) 4.1 yarımsinifinə aid olan lifli yüklər anbarlarda, hər birinin kütləsi 300 tondan artıq olmayan partiya ilə qalaqda yerləşdirilməlidir. Örtülü anbarlarda yerləşdirilən qalaqlar arasında keçidin eni ən azı 2 metr olmalıdır.
Açıq və talvarlı anbarlarda olan qalaqlar arasındakı məsafə 10 metrdən az olmamalıdır.
4) 4.1 və 4.2 yarımsiniflərə aid lifli yüklərlə doldurulmuş açıq və talvarlı anbarların binalara və tikililərə qədər olan yanğın əleyhinə aralığı 13.2 cədvəlində müəyyən edilən kəmiyyətdən az olmamalıdır.
5) 4-cü sinif yüklər örtülü anbarlarda qızdırıcı cihazlarından və digər istilik mənbələrindən 1 metrdən az olmayan məsafədə yerləşdirilməlidir.
6) 4.2 və 4.3 yarımsiniflərə aid olan yüklər anbarlarda hər birinin kütləsi 20 tondan çox olmayan partiyalarla qalaqda yerləşdirilməlidir. Qalaqlar arasındakı keçidlər (aralıqlar) 2 metrdən az olmamalıdır.
7) 4.3 yarımsinifinə aid olan yüklər saxlanılan anbarların döşəməsinin səviyyəsi giriş yollarının səviyyəsindən yuxarı olmalıdır.
8) Qələvi metallar anbarlarda, hündürlüyü 0,2 metrdən az olmayan stellajlarda yığılmalıdır. Stellajlar arasındakı məsafə 1 metrdən az olmamalıdır.
9) Lifli yüklər saxlanılan açıq anbarların işıqlandırma cihazları, onlar quraşdırılan dayaqların hündürlüyündən 1,5 dəfə çox olan, lakin 17 metrdən az olmayan məsafədə yerləşdirilməlidir.
10) 4.1 və 4.2 yarımsinifinə aid olan lifli yüklərin saxlanılması zamanı onların temperaturu hər gün yoxlanılmalıdır.
Yüklərdə özüqızma halları baş verdikdə, qalaqların dağıdılması yolu ilə onların soyudulması üçün ölçü götürülməlidir.
Özüqızma xüsusiyyətlərinə malik olan yüklər gəmilərdən boşaldılarkən, bir qayda olaraq, talvarlı anbarlarda kiçik qalaqlarda yığılmalıdır.
Temperaturu 35 0 C-dən yuxarı olan yüklər örtülü anbarlarda saxlanılmaq üçün qəbul edilməməlidir, eləcə də dənizlə daşınması üçün limana gətirilməsinə yol verilməməlidir.
13.2.5. 5-ci sinif yüklər
5-ci sinif təhlükəli yüklərə aiddir:
a) 5.1 yarımsinifinə aid olan yüklər—turşulaşdırıcı maddələr;
b) 5.1 yarımsinifinə aid olan yüklər—üzvi peroksidlər.
1) 5-ci sinif yüklərin saxlanılması üçün istifadə olunan, ümumi təyinatlı örtülü anbarların və yaxud başqalarından yanğınaqarşı arakəsmələrlə (ayrılan) izolyasiya edilən anbar bölmələrinin odadavamlılığı II dərəcədən aşağı olmamalıdır.
Anbarlarda havanın dəyişdirilməsi (ventilyasiya edilməsi) təmin olunmalıdır.
2) 5.1-ci sinifə aid olan ammonium-nitrat gübrələri, kütləsi 700 tondan artıq olmayan qalaqlarda yerləşdirilməlidir. Qalaqların sərhədi divarlardan ən azı 1 metr, qızdırıcı cihazlardan və digər istilik mənbələrindən isə ən azı 2 metr məsafədə keçməlidir.
3) 5-ci sinif yüklər yanan maddələrlə və materiallarla bir yerdə saxlanılmamalıdır, onların qablaşdırılmasında istifadə olunan ara qatı materialları isə yanmayan olmalıdır. Bu məqsəd üçün taxta materialdan istifadə olunursa, o quru və təmiz olmalıdır.
13.2.6. 6-cı sinif yüklər
6-cı sinif təhlükəli yüklərə aşağıdakılar aiddir:
a) 6.1 yarımsinifinə aid olan yüklər — zəhərli maddələr;
b) 6.2 yarımsinifinə aid olan yüklər — yoluxucu maddələr;
1) 6.1 yarımsinifinə aid olan yüklərin saxlanılması və yüklənməsi müvafiq təlimat üzrə aparılmalıdır.
2) 6.1 yarımsinifinə aid olan yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarların II dərəcədən az olmayan odadavamlı və sorma-üfürmə ventilyasiyası olmalıdır.
3) 6.1 yarımsinifinə aid olan qablarda ədədi və paketlənmiş yüklərin açıq anbarlarda və anbar-talvarlarda saxlanılmasına yol verilmir.
4) Konteyner-sisternlərdə olan, yüksək təhlükə dərəcəli yüklər istisna olmaqla, konteynerlərdə 6.1 yarımsinifinə aid olan yüklər, eləcə də güclü təsirə malik olan zəhərli maddələr, istehsalat və yaşayış binalarından 50 metrdən az olmayan məsafəyə uzaqlaşdırılmış açıq anbarlarda saxlanıla bilər.
5) Yüksək təsirə malik olan zəhərli maddələr saxlanılan anbarlar qorunmalıdır. Yükləmə-boşaltma yerlərində buraxılış rejimi müəyyən olunmalıdır.
6) 6.1 yarımsinif yüklərin bağlamalarının körpülərdə və yükləmə-boşaltma sahələrində təmirinə və yenidən qablaşdırılmasına yol verilmir.
Bağlamaların təmirinə, eləcə də 6.1 yarımsinifə aid olan bərk maddələrin və zəif təhlükə dərəcəli məhlulların yenidən qablaşdırılmasına Fövqəladə Hallar Nazirliyi nin və dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırılmış və onların nümayəndəsinin iştirakı ilə ayrılmış xüsusi yerlərdə icazə verilir.
13.2.7. 7-ci sinif yüklər (radioaktiv materiallar)
1) Müstəsna şəraitdə daşınan, III nəqliyyat kateqoriyalı, radiasiya təhlükəli bağlamaların ümumi təyinatlı anbarlarda saxlanılmasına yol verilmir.
III nəqliyyat kateqoriyalı radiasiya təhlükəli bağlamaların yalnız ümumi təyinatlı anbarın xüsusi bölməsində saxlanılmasına icazə verilir.
I və II nəqliyyat kateqoriyalı radiasiya təhlükəli bağlamalar ümumi təyinatlı anbarda saxlanmaq üçün qəbul edilir və xidmət otağından (idarə, istirahət otağından və s.) maksimum uzaqlaşdırılmış bölmədə yerləşdirilir.
2) Anbarda 7-ci sinif yüklərin yerləşdirilməsi DTYD BM-nin 1-ci cildinin 1-ci hissəsinin 0105-ci səhifəsinin 7-ci qrafasında verilmiş tələblərə uyğun aparılmalıdır.
3) Bir qalaqda olan radiasiya təhlükəli bağlamanın nəqliyyat indeksinin cəmi 50-dən çox olmamalıdır.
4) Yalnız «müstəsna istifadə» şərti ilə daşınan bağlama saxlanılarkən, şüalanma dozasının gücü anbarın xarici səthində 200 mber/s-dən çox, onlardan 2 metr məsafədə isə 10 mber/s-dən artıq olmamalıdır. Dozanın gücünə mütləq nəzarət edən adamların daimi və ya müvəqqəti olduğu yerlərdə şüalanma dozasının gücü 0,75 mber/s-dən çox olmamalıdır.
5) Limanın yükləmə-boşaltma istehsalat kompleksinə aid olmayan yaxınlıqdakı binalarda və ərazidə olan şüalanma bu yerə məxsus olan fonddan 0,01 mber/s-dən artıq olmamalıdır.
6) Radioaktiv materialların saxlanılması üçün nəzərdə tutulan anbarlar yanğının aşkar edilməsi və söndürülməsi üzrə avtomatik sistemlərlə təchiz olunmalıdır.
7) Radiasiya nəzarəti aşağıda göstərilən qaydada həyata keçirilməlidir:
a) yükgöndərən tərəfindən — 7-ci sinif yükləri yükləməyə hazırlayarkən;
b) yükalan tərəfindən boşaldılarkən və qəbul edilərkən.
Fövqəladə Hallar Nazirliyi nin müvafiq müfəttişliyi və Dövlət Sanitariya Nəzarəti orqanları müəyyən olunmuş qaydada radiasiya təhlükəsizliyi normalarının tələblərinə əməl olunmasına nəzarəti həyata keçirməlidir. [27]
13.2.8. 8-ci sinif yüklər
8-ci sinif təhlükəli yüklər üç yarımsinifə bölünür:
a) 8.1, 8.2 yarımsinifləri — aşındırıcı və (yaxud) korroziyaedici maddələr, turşu xüsusiyyətlərinə və canlı toxumaya krotizə təsirinə malik olmayan və (və ya) metallara korroziya təsiri göstərən;
b) 8.3 yarımsinifi — 8.1 və yaxud 8.2 yarımsinifinə aid olmayan, canlı toxumaya krotizə təsirinə malik olmayan və (və ya) metalı korroziya edən maddələr.
1) 8-ci sinif yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarlar ventilyasiya edilməli və onların odadavamlılığı III dərəcədən aşağı olmamalıdır. Tüstülənən turşuları saxlamaq üçün anbarların (bölmələrin), otaqların hərtərəfli hava cərəyanının təmin edilməsi üçün, binanın əks tərəflərində yerləşən iki çıxış olmalıdır.
2) Anbarların, o cümlədən açıq və talvar anbarların döşəmə örtüyü, turşulara və qələvilərə davamlı, yanmayan materialdan düzəldilməlidir.
3) Şüşə, keramik və ya farfor tutumlar daxil olmaqla kombinasiya edilmiş qablaşdırmada olan təhlükəli yüklər stellajlara və ya aralarında keçid 1 metrdən az olmamaqla, 100 ədəddən artıq olmayan qrupla aralıq qatı ilə döşəməyə yığılır.
4) Maye turşular saxlanıldığı zaman, qablaşmanın kipliyi pozulduğu halda, onların taxta və digər tez yanan materiallarla əlaqəsi olmamalıdır.
13.2.9. 9-cu sinif yüklər
1) Su ilə qarşılıqlı əlaqə zamanı, alışan qaz ifraz edən, yanan məhlulların və yüklərin saxlanılması üçün istifadə olunan ümumi təyinatlı örtülü anbarlar ventilyasiya edilməli və onların odadavamlılığı II dərəcədən aşağı olmamalıdır.
9-cu sinifə aid olan digər yüklərin saxlanılması üçün nəzərdə tutulan örtülü anbarların odadavamlılığı IV dərəcədən aşağı olmamalıdır.
2) Örtülü anbarların bir bölməsində 1000 kub.metrdən artıq, bütövlükdə anbarda isə 6000 kub.metrdən çox olmamaq şərti ilə yanan məhlulların saxlanılmasına yol verilir.
3) Açıq anbarlarda və ya talvarlı anbarda altı qalaqdan çox olmamaq şərti ilə yanan məhlullar ilə doldurulmuş qabların saxlanılmasına yol verilir. Qalağın uzunluğu 25 metrdən, eni 15 metrdən artıq, qalaqlararası məsafələr (ayrılmalar) isə 5 metrdən az olmamalıdır.
13.3. Təhlükəli yüklərin konteynerlərdə və nəqliyyat vasitələrində yerləşdirilməsi
13.3.1. Konteynerlər və nəqliyyat vasitələri (NV) yüklənmədən əvvəl daşınan yüklərin qalığından təmizlənməli, lazım gələn hallarda isə yuyulmalı və qurudulmalıdır.
13.3.2. Konteynerə və NV-yə zədələnmiş (içərisində olan mayenin axması izləri olan) bağlamalarda yüklərin yığılmasına yol verilmir.
13.3.3. Yağış, qar, buz altında və ya şaxtada olan təhlükəli yük bağlamaları konteynerə və ya NV-yə yüklənməzdən əvvəl təmizlənməli və qurudulmalıdır.
13.3.4. Eyni uyğunluq qrupuna aid olmayan təhlükəli yüklərin, eləcə də hər hansı təhlükəli yükün, radioaktiv materiallarla, ərzaqla, çörək məmulatları ilə, parfümer-kosmetik yüklərin isə paltarla və ev məişət əşyaları ilə birlikdə bir konteynerə və ya NV-yə yığılmasına yol verilmir.
13.3.5. İstifadə olunan ayırıcı, aralıq və bərkidici materiallar, konteynerə və ya NV-yə yüklənən yüklərlə təhlükəli reaksiyaya girən materialdan olmamalıdır.
13.3.6. 2.3 və 2.4 yarımsinif yüklər, eləcə də karbon-sulfidli bağlamalar bir-birindən, konteynerin və ya NV-in metal hissələrindən ayrılmalıdır. Ayırıcı material qığılcım yaratmamalıdır.
13.3.7. Təhlükəli yük bağlamaları konteynerin və NV-nin döşəməsinin bütün sahəsində kip və bərabər səviyyədə yığılmalıdır və daxildə elə etibarlı bərkidilməlidir ki, yükləmə əməliyyatı zamanı, eləcə də dəniz daşınması şəraitində tərpənməsin.
13.3.8. Konteynerlərin və NV-nin qapılarının yaxınlığına yığılan bağlamalar elə bərkidilməlidir ki, qapı açılanda onlar düşməsin. Qapının yanında yerləşdirilmiş yüklərin nişanları aydın görünməlidir.
13.3.9. Konteynerə və ya NV-yə təhlükəli və təhlükəsiz yüklərin yüklənməsi zamanı, təhlükəli yük elə yığılmalıdır ki, konteynerin və NV-nin qapısı tərəfdən ona yol olsun.
13.3.10. Əgər konteynerdə və ya NV-də yükləmə əməliyyatının və daşınmanın gedişində bağlamaların bərkidilməsinin etibarlılığını təmin edən xüsusi stellajlar nəzərdə tutulmayıbsa, toxunma zənbillərə yığılmış böyük butulkalarda olan təhlükəli yüklərin və sınan qablarda (şüşə, keramik) olan 8-ci sinif yüklərin yalnız bir yarusda yığılmasına icazə verilir.
13.3.11. Təhlükəli yüklər dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində bərkidildikdə və yığıldıqda, bu Qaydaların müddəaları ilə birlikdə müvafiq nəqliyyat vasitələri üzrə qüvvədə olan qaydaların tələbləri də yerinə yetirilməlidir.
13.3.12. Konteyner-sisternlərin, avtosisternlərin və vaqon-sisternlərin doldurulma dərəcəsi, DTYDBM-in 1-ci cildinin 1-ci hissəsinin 0105-ci səhifəsinin 7-ci sütununda göstərilənlərdən artıq olmamalıdır.
13.3.13. Təhlükəli yüklərin konteynerlərdə və NV-də düzgün yığılmadığı və bərkidilmədiyi səbəbdən baş verən hadisələrə görə cavadehliyi yükgöndərən və ya yükləmə işləri aparan liman daşıyır.
13.4. Təhlükəli yüklərin yükləmə-boşaltma işlərinin təşkili
13.4.1. Təhlükəli yüklər gəmiyə, bir qayda olaraq, digər yüklərdən sonra yüklənir, boşaldıldıqda isə birinci boşaldılır.
1-ci sinif təhlükəli yüklər və digər sinif ayrı yüklər qalan bütün yüklərdən sonra yüklənir, boşaldıqda isə birinci boşaldılır.
Təhlükəli yüklərin daşınması zamanı gəminin yenidən yüklənməsi hallarında aşağıdakılar nəzərə alınmalıdır:
a) təhlükəli yüklər elə yüklənib yerləşdirilməlidir ki, yenidən yükləmə zamanı və ya yenidən yüklənmiş əşyaları boşaltdıqda, təhlükəli yüklərin yerdəyişməsi lazım gəlməsin;
b) təhlükəli yüklərin bağlanması və bərkidilməsi, təchizatları, onların tam daşınması dövründə tərpənməz və saz qalmalıdır.
13.4.2. Təhlükəli yüklər, yükləyib-boşaltmazdan əvvəl nəqliyyat orqanlarının nümayəndəsi və yükləmə-boşaltma işlərinin rəhbəri partlayış, yanğın və ya digər hadisə baş verdikdə, vaqonların, avtomaşınların və gəminin cəld geri çəkilməsi imkanının mümkün olması üçün əmlakın yerlərinin dəyişdirilmə qaydasını nəzərdə tutmağa borcludurlar.
13.4.3. Limana boşaldılmaq üçün gələn təhlükəli yüklü vaqonları açmazdan əvvəl liman idarəsinin və dəmir yolunun nümayəndələri birlikdə onların kuzovunun, qapılarının, lyuklarının, kilidlərinin və möhürlərinin sazlığını müəyyən etmək məqsədi ilə baxış keçirməlidirlər. [28]
13.4.4. Kordonyanı və arxa yollara boşaltmaq üçün o qədər yüklü vaqon verilməlidir ki, onlar eyni vaxtda boşaldıla bilsin. Təhlükəli yüklə olan vaqonların növbəti partiyası yükləmə-boşaltma yollarına yalnız bütün əvvəlki vaqonların boşaldılması qurtardıqdan sonra verilə bilər. Bilavasitə boşaltma və arxa yollarda dayanan növbəti vaqon və ya vaqon partiyasının yüklənməsinə yalnız təhlükəli yüklə yüklənmiş vaqonu və vaqon partiyasını götürdükdən sonra başlamaq olar.
13.4.5. Lokomotivlərin manevri xüsusi ehtiyatla, təkansız və qəfildən saxlamamaqla aparılmalıdır. Onların hərəkət sürəti saatda 10 km-dən artıq olmamalıdır. Təhlükəli yüklü vaqonların əl ilə hərəkətə gətirilməsinə, yalnız yükləmə-boşaltma platformasının və ya anbarın uzunluğu hüdudunda, yükləmə-boşaltmaya cavabdeh şəxsin nəzarəti altında icazə verilir.
13.4.6. Təhlükəli yüklə yüklənmiş maşınların liman ərazisində hərəkət qaydası və bilavasitə onların yükləmə-boşaltma yerində dayanması, liman idarəsi tərəfindən , təhlükəli yükün növündən asılı olaraq tənzimlənir. Yükləmə və boşaltma zamanı gözləyən avtonəqliyyat hətta qısa vaxtda belə sürücü tərəfindən nəzarətsiz qala bilməz. [29]
13.4.7. Qatarın yanında adamların və böyük partiyada yükün yığılmasına, eləcə də kənar şəxslərin təhlükəli yüklərin yükləmə-boşaltma yerinə buraxılmasına yol verilmir.
13.4.8. Şimşək çaxan vaxtı yanğın təhlükəli yüklərlə yükləmə-boşaltma işlərinin aparılmasına yol verilmir.
13.5. Yükləmə avadanlığına olan tələblər
13.5.1. Təhlükəli yüklərin yüklənməsində və daşınmasında istifadə olunan yükləmə vasitələri texniki cəhətdən tam saz olmalı və yanğından mühafizə tələblərinə cavab verməlidir. Kranların, onların qollarının və mancanaqlarının yükqaldırma qabiliyyəti Fövqəladə Hallar Nazirliyi nin qaldırıcı qurğulara nəzarət edən müfəttişliyi tərəfindən müvafiq sənədlərlə təsdiqlənməlidir.
13.5.2. Yükqaldırıcı maşınların yük qaldıran mancanağı, qollu kranlarda isə qolun qaldırma mancanağı iki tormozla təchiz olunmalıdır. Belə yükqaldırıcı maşınlarla yüklənən yükün ağırlığı texniki təhlükəsizlik üzrə sənədlərdə nəzərdə tutulmuş normalardan artıq olmamalıdır. Yükqaldırıcının mancanağında bir tormoz olduqda, qollu kranlarda qolun yükqaldırma mancanağı üçün müəyyən edilmiş yükqaldırma qabiliyyəti 75 faizdən artıq olmamalıdır.
13.5.3. Qaz generatorlu avtomaşınların təhlükəli yüklərin aparılıb-gətirilməsi üçün istifadə edilməsinə yol verilmir.
Maye yanacaqla işləyən avtomaşınlar və avtoyükləyicilər odsöndürənlərlə təmin olunmalıdır.
1, 3, 4-cü sinif, 2.3, 2.4 yarımsiniflərə aid olan təhlükəli yüklərlə, partlayış təhlükəli tezalışan və digər siniflərə aid olan yanan yüklərlə işləyən avtoyükləyicilərin qığılcımsöndürənləri olmalıdır.
Səsboğucularında qığılcımsöndürənləri olmayan, şamları ətrafında qığılcım yaranan, eləcə də benzin bakının və benzin nəql edən borularda axıntısı, bərkidilməmiş hissələri və digər nasazlıqları olan avtomaşınlar və avtoyükləyicilər təhlükəli yüklərin daşınmasına buraxılmır.
13.5.4. 1, 3, 4-cü sinif və 2.3, 2.4 yarımsinif və digər partlayış təhlükəli, tezalışan və yanan yüklərin başqa sinifləri ilə işlədikdə, təhlükəli yüklərin yüklənməsi üçün ayrılmış avtokranların tüstü borusunun mütləq etibarlı qığılcımsöndürəni, elektrik kranlarının isə etibarlı torpaqlama vasitəsi olmalıdır.
13.5.5. Teplovozlara və elektrovozlara ümumi normadan başqa, yanğından mühafizə üçün əlavə avadanlıq verilmir.
13.5.6. Təhlükəli yüklərin yüklənməsi üçün elə yükləmə-boşaltma inventarı istifadə olunmalıdır ki, onun ölçüsü, növü, möhkəmliyi və materialının keyfiyyəti təhlükəsizlik texnikasının tələblərinə cavab versin.
13.5.7. Bütün növlü yükləmə və qaldırıcı vasitələrin (xərəklərin, arabaların, kirşələrin, rolqanqların, transportyorların, mancanaqların və s.) yükün düşməsinin qarşısını alan etibarlı çəpərləri olmalıdır.
13.6. Yükləmə-boşaltma əməliyyatlarının əl ilə yerinə yetirilməsi
13.6.1. Təhlükəli yüklərlə yükləmə-boşaltma əməliyyatları əl ilə yerinə yetirilən zaman, məsələn, yükün gəminin anbarına, vaqona, avtomaşına, konteynerə, altlıq üzərinə və s. yığılması, yükün zədələnmədən qorunması və iş vaxtı şəxsi təhlükəsizlik tələblərinə ciddi əməl etmək şərti ilə böyük ehtiyatla yerinə yetirilməlidir.
13.6.2. İşçilər yük yerlərindəki xəbərdaredici yazılarla tələb olunan şərtləri ciddi şəkildə yerinə yetirməlidirlər.
13.6.3. Kisədə olan 9-cu sinif yüklər istisna olmaqla, təhlükəli yükün çiyindən atılması, taranı zədələyə bilən qarmaqların istifadə olunması, yüklərin çevrilməsi və sürünməsi, eləcə də yük yerlərinin (qablarının) vurulması qəti qadağan olunur.
13.6.4. Təhlükəli yüklə doldurulmuş çəlləklərin yerinin dəyişdirilməsinə, yalnız xüsusi quraşdırılmış altlıq, trap, döşəmə üzərində sürüşdürmək yolu ilə icazə verilir.
13.6.5. Tezalışan mayelərlə, turşularla, qələvilərlə və başqa təhlükəli yüklərlə doldurulmuş böyük şüşə qablar xüsusi arabalarda daşınmalıdır. Böyük şüşə qabların dəstəkli səbətdə daşınmasına, səbətin dəstəyinin və dibinin möhkəmliyini yoxladıqdan sonra icazə verilir. Göstərilmiş yüklərlə böyük şüşə qabların kürəkdə, çiyində və ya qucaqda aparılmasına qəti yol verilmir.
13.6.6. Turşuların, qələvilərin və başqa yeyici və zəhərli yüklərin boş qabları (taraları) ilə çox ehtiyatla rəftar olunmalıdır.
13.6.7. Buz bağlama vaxtı işçilərin sürüşməməsi üçün təhlükəli yüklərin yükləmə-boşaltma yerlərinin ərazisinə mütləq qum səpilməlidir.
13.6.8. Təhlükəli yüklərin gəminin anbarında və göyərtəsində bərkidilməsi ilə əlaqədar olan işlər böyük ehtiyatla, qığılcım törətməyən alətlərin köməyi ilə (latın, mis, bürünc və s.) zərbə, təkan vurmadan və qaba hədsiz təzyiq göstərmədən aparılır.
13.7. Yanğın təhlükəli yüklərlə yükləmə və boşaltma işləri
13.7.1. Gəminin 20 t-dan artıq yanma təhlükəli yüklə yüklənməsi yalnız xüsusi ayrılmış körpülərdə aparılır.
Yanğın təhlükəli yüklərlə yükləmə-boşaltma işləri aparılarkən zəruri olan əsas tələblər yanğından mühafizənin təmin edilməsidir. Əsas diqqət yük qablarının zədələnməsinin, maddələrin axmasının və dağılmasının, qığılcam və alışma mənbələrinin yaranmasının qarşısının alınmasına yönəldilir.
13.7.2. Təhlükəli yüklər yüklənilərkən və boşaldılarkən, avtomobillər və mexaniki arabacıqlar iş yerinə bir-bir yaxınlaşmalıdır. Yüklənməni gözləyən və yüklənmiş avtomobillər və mexaniki arabacıqlar gəmidən kənarda, yüklərin saxlanması və yüklənib-boşaldılması yerindən 25 metrdən az olmayaraq qoyulur.
13.7.3. Yanğın təhlükəli yüklərlə olan yük yerləri anbarın, yarımvaqonun döşəməsində bərabər yerləşdirilir və elə etibarlı bərkidilir ki, təkan və yırğalanma baş verdikdə yerlərini dəyişə bilməsin və yaxud bir-birilərinə, eləcə də gəminin və vaqonun divarlarına dəyməsin.
13.8. Təhlükəli maddələrin zərərsizləşdirilməsi
13.8.1. Çirklənmə və qəza nəticəsində yararsız hala düşmüş və yükalan tərəfindən qəbul edilməyən təhlükəli maddələr zərərsizləşdirilir və (və ya) limanın ərazisindən və akvatoriyasından kənarda xüsusi təyinatlı yerlərdə (məntəqələrdə) ləğv edilir (basdırılır). [30]
Təhlükəli maddələrin yenidən qablaşdırılması və onların emala göndərilməsinə qədər müvəqqəti saxlanması və neytrallaşdırılması limanda xüsusi yerlərdə həyata keçirilə bilər.
13.8.2. Təhlükəli maddələrin zərərsizləşdirilmə metodları yükgöndərən və yükalan tərəfindən hazırlanmış təlimatla təyin olunur.
13.8.3. Təhlükəli maddələrin ləğv olunması (basdırılması) üzrə təlimatda aşağıdakılar öz əksini tapmalıdır:
a) bağlamaları zədələnmiş olan, zərərsizləşdirilmiş maddələrin təhlükəliliyinin təyin olunması və onların ləğv olunması və basdırılması yerlərinə nəql olunması qaydaları;
b) təhlükəli maddələrin yenidən qablaşdırılması və müvəqqəti saxlanılma yerlərinə göndərilməsinin təşkili və nəql olunması qaydaları;
c) dezinfeksiya edilmiş maddələrin ləğv edilməsi və (və ya) neytrallaşdırılması qaydaları;
ç) təhlükəli maddələrin, körpülərin, anbarların, nəqliyyat vasitələrinin, konteynerlərin, qabların və ya qurğuların dezinfeksiya edilmə və zərərsizləşdirmə üsulları;
d) təhlükəli yüklərlə işləyən zaman texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydaları;
e) təhlükəli yüklərlə iş aparılarkən ətraf mühitin və obyektlərin çirklənməsinin qarşısının alınmasının təşkili və nəzarət qaydaları.
13.8.4. Təhlükəli maddələrin körpülərdə, yükləmə-boşaltma meydançalarında, anbarlarda, eləcə də nəqliyyat vasitələrində və konteynerlərdə səpələnib dağılması və tökülməsi vaxtı onlar qablara yığılmalı və zərərsizləşdirmə (basdırılma) yerinə daşınana qədər limanın ərazisində xüsusi ayrılmış yerdə yerləşdirilməlidir.
13.8.5. Zərərli maddələrlə çirklənməsi, təhlükəli maddələrin səpələnməsi və ya tökülməsi yerləri, nəqliyyat vasitələri, yük vahidləri, qurğuları, inventarlar, qablar, qoruyucu qurğular və alətlər, sonda zərərsizləşdirməklə, mexaniki üsulla əsaslı surətdə təmizlənməlidir.
13.8.6. maddələrin və ya onların birləşmələrinin səpilmə, dağılma və tökülmə yerlərinin zərərsizləşdirilməsi aşağıdakı tərkiblərlə aparılır:
Civə və onun birləşmələri:
a) Xlorlu dəmirin 20 faizli sulu məhlulu ilə;
b) Xlor turşusu ilə turşulaşdırılmış kalium permanqanatın 10 faizli məhlulu ilə;
c) «Perequda» pastası ilə (iki çəki hissəsi 5 faizli xlor turşusu, bir çəki hissəsi marqans oksidi);
a) Sulfat dəmir kuporosunun iki həcm 10 faizli məhlulu və bir həcm 10 faizli sönmüş əhəng məhlulu ilə;
b) Arsen və onun birləşməsi — mis kuporosunun 10 faizli məhlulu, sonra isə sodanın və ammonium sulfid turşusunun 2 faiz qarışıq məhlulu ilə;
c) Xlorpikrin — natrium sulfid turşusunun 10 faizli su ilə qarışıq məhlulu və 5 faizli susuzlaşdırılmış 1:1 nisbətində soda məhlulu ilə;
ç) Karbamidlər — kalium permanqanatın xlor turşusu ilə turşulaşdırılmış 1 faizli məhlulu ilə;
d) Karbon sulfid — susuzlaşdırılmış sodanın 5 faizli məhlulu ilə;
e) etilləşdirilmiş neft məhsulları — xlor əhənginin sıyığı, qeyri-metal səthlərin 30 dəqiqə ərzində təzyiq altında su ilə yuyulub təmizlənməsi, metal səthləri səliqə ilə iki dəfə əski ilə silmək və etilsiz benzində və ya ağ neftdə isladılmış əski ilə silməklə, ardınca su ilə yuyub təmizləmək yolu ilə zərərsizləşdirmək;
Zəhərli kimyəvi preparatlar — ilkin olaraq qum və ya ağac kəpəyi səpmək, sonra təmizləmək və zərərsizləşdirmək.
13.8.7. Təhlükəli maddələr olan qabları aşağıdakı üsullarla təmizləyirlər:
a) üzvi xlorlu və üzvi fosforlu zəhərli kimyəvi birləşmələr — mexaniki təmizlənmədən sonra qaba onun həcminin 5—10 faizi miqdarında kaustik sodanın 5 faizli qələvi (natrium hidrooksidi) məhlulunu tökürlər, 5—6 saat ərzində bütün daxili səthini yuyurlar, məhlulu xaric edirlər, qabı isə bir neçə dəfə təmiz su ilə yuyurlar;
b) suda həll olunan zəhərli kimyəvi preparatları — isti su ilə yuyurlar;
c) üzvi civə zəhərli kimyəvi preparatları — 0,2 faizli kalium permanqanatlı, yüksək qatılıqlı xlorid turşusunun (1 litr məhlulda — 5 ml turşu) məhlulu ilə yuyurlar;
ç) sink fosfidi — 2 faizli sulfat turşusunun məhlulu ilə yuyurlar;
d) sianplav — dəmir kuporosunun 10 faizli suspensiyası ilə və əhəngin 2:1 nisbətinin qarışığı ilə yuyurlar.
1-ci və 2-ci sinif partlayıcı və zəhərləyici maddələr (dixloretan, metilxlorid, metilbromid — buxarla) yüksək temperaturlu buxardan istifadə etmək yolu ilə zərərsizləşdirilir.
13.8.8. 13.8.6 və 13.8.7 yarımbəndlərində göstərilməyən təhlükəli maddələr olan qabların təmizlənməsi, səpələnmə və ya tökülmə yerlərinin zərərsizləşdirilməsi aşağıdakı məhlullarla aparılır:
a) natrium hidrooksidinin 3 faizli məhlulu ilə;
b) kalsium hidrooksid sodasının 5 faizli məhlulu ilə;
c) yeni sönmüş əhəngin 10 faizli məhlulu ilə;
d) xlorlu əhəngin sıyığı ilə (suyun birin üçə nisbətində qarışığı ilə).
14. Yanğından mühafİzə
14.1. Yanğının profilaktikası
14.1.1. Gəmilərdə və limanlarda təhlükəli yüklərin bir yerdən başqa yerə köçürülməsi (yerdəyişməsi), habelə onların daşınması dövründə gəmilərdə:
a) adamların təhlükəsizliyinin təmin edilməsinə;
b) yanğının qarşısının alınmasına;
c) yanğın əmələ gələrkən, onun yayılmasının məhdudlaşdırılmasına;
ç) yanğının söndürülməsinə yönəldilmiş, təşkilati-texniki tədbirlər işlənib hazırlanmalı və yerinə yetirilməlidir.
14.1.2. Təşkilati-texniki tədbirlər bu Qaydaların və aşağıdakı sənədlərin əsasında hazırlanmalıdır:
gəmilər üçün — Gəmilərin dözümlülüyü uğrunda mübarizəyə dair Təlimatın (GDMT) 31-60-14-81 nömrəli RS;
limanlar üçün — Dəniz və balıq limanlarının ümumi qaydalarının, sənaye müəssisələrinin yanğından mühafizəsinin nümunəvi qaydalarının və liman üzrə məcburi qaydaların . [31]
14.1.3. Yanğının profilaktikasına dair təşkilati-texniki tədbirlər:
gəmidən — kapitanın əmrləri, həyəcan siqnalı cədvəli və konkret təhlükəli yüklərin xassələri, qarşıdakı səfərin (reysin) şərtləri nəzərə alınmaqla, yanğına qarşı mübarizəyə dair əməli planlarla müəyyənləşdirilir;
limanlarda — hərbiləşdirilmiş mühafizə dəstələrinin, yanğın əleyhinə texniki xidməti (HMDYTX) ilə razılaşdırılmış və liman idarəsi tərəfindən təsdiq edilmiş liman körpülərinin və anbarlarının yanğından mühafizəsi və yanğınaqarşı rejim təlimatları ilə müəyyənləşdirilir. [32]
14.1.4. Yanğının profilaktikasına dair təşkilati-texniki tədbirlərin işlənib-hazırlanmasına görə cavabdehlik gəmilərdə — gəmi kapitanının, limanlarda — limanın istehsalat, yükləmə-boşaltma komplekslərinin və texnoloji şöbəsinin rəislərinin üzərinə qoyulur.
14.1.5. Yanğına qarşı rejimə riayət olunmasına cavabdehlik gəmilərdə — kapitanların, limanlarda — liman və yükləmə-boşaltma kompleksləri rəislərinin üzərinə qoyulur.
Yanğına qarşı rejimə riayət olunmasına nəzarəti HMDYTX həyata keçirir.
14.1.6. Yanğın təhlükəli yüklərin limana gətirilməsi və onlarla yükləmə əməliyyatlarının aparılması HMDYTX ilə razılaşdırılmaqla yalnız liman idarəsinin icazəsi ilə həyata keçirilir. [33]
14.1.7. Təhlükəli yükləri qısa müddətdə saxlamaq üçün limana gətirməzdən əvvəl, HMDYTX-nin işçiləri müəyyən edilmiş qaydada anbarların yanğınsöndürmə qurğularının siqnalizasiya və rabitə sistemlərinin texniki vəziyyətini, sazlığını və işə hazır olmasını, eləcə də tələb olunan qədər odsöndürən vasitələrlə təmin edilməsini, habelə onların yaşayış istehsalat binalarından və qurğularından təhlükəsiz məsafədə yerləşdirilməsini, eləcə də yerləşdiriləcəkləri anbarlarda yüklərin uyğunsuzluq şərtlərinə görə ayrılmasına riayət olunmasını yoxlamalıdırlar.
14.1.8. Yanğın təhlükəli yüklərlə yükləmə əməliyyatlarının aparılmasında iştirak edən liman işçiləri və qəza briqadası bu yüklərin təhlükəlilik xassələri və yanğın əleyhinə rejim barədə təlimatlandırılmalıdırlar.
Zəruri hallarda limanın qəza briqadası gəminin heyəti və limanın müvafiq xidmətləri ilə birgə yanğının ləğvi ilə əlaqədar fəaliyyət üzrə məsələləri müfəssəl surətdə işləməlidirlər.
14.1.9. Yanğın təhlükəli yüklərlə yük əməliyyatlarına başlamazdan əvvəl gəminin rəhbərliyi gəmi üzrə əmrdə aşağıda göstərilən təşkilati-texniki tədbirləri elan etməlidir:
a) yanğın əmələ gələrkən, zəruri hallarda limanın müvafiq xidmətləri ilə qarşılıqlı fəaliyyət göstərilməsinin razılaşdırılmasını və işlənilməsini (məşq edilməsini);
b) yanğına qarşı su xətlərində beynəlxalq nümunəli hidrokranların və digər birləşmələrin olmasının yoxlanmasını və onlardan istifadə edilməsi qaydalarının qəza partiyası ilə işlənməsini (məşq edilməsini);
c) yanğın əleyhinə mübarizəyə dair əməli planın, düzəlişlər edilmiş xəritəsinin işlənib-hazırlanmasını;
ç) gəmidə təhlükə zonası sərhədlərinin və onun hüdudlarında təhlükəsiz rejim tədbirlərinin müəyyənləşdirilməsini;
d) tütün çəkmək yerinin müəyyənləşdirilməsini;
e) yanğın əleyhinə rejimə riayət olunmasına və nəzarət edilməsinə cavabdeh şəxslərin təyin edilməsini.
14.1.10. 1-ci sinif, 2.3, 2.4, 3.1, 3.2, 4.3-cü yarımsinif yüklər, digər sinifli tezalışan mayelər gəmiyə yüklənməzdən əvvəl odsöndürücü vasitələrin lazımi miqdarda və tələb edilən intensivliklə yerləşdirilməsini müəyyən etmək məqsədi ilə, odsöndürmə sistemlərinin hesablanması həyata keçirilməlidir.
Odsöndürücü maddələrin verilməsi üçün hesablamaya müvafiq surətdə, lazım gəldikdə, gəmi əlavə odsöndürmə vasitələri və yaxud qurğuları ilə təchiz edilməlidir, ya da gəmidəki (yaxud yük anbarlarının birindəki) yanğın təhlükəli yüklərin miqdarı azaldılmalıdır.
14.1.11. Tövsiyə edilən eyni odsöndürmə vasitələrindən heç olmazsa birinə malik olmayan gəminin yük anbarına (yük yerinə) müxtəlif təhlükəli yüklərin yüklənməsi qadağandır.
14.1.12. 13-cü bənddə göstərilən və ayrı-ayrı siniflərə aid olan yanğın təhlükəli yüklərin daşınması və yükləmə əməliyyatları dövründə alışmaya səbəb ola bilən mənbələrin olmaması üçün ölçü götürülməlidir.
14.1.13. Ayrı-ayrı siniflərə mənsub olan təhlükəli yüklərin daşınması və yükləmə əməliyyatları dövründə 12-ci və 13-cü bəndlərdə müəyyən olunmuş yanğından xüsusi mühafizə tədbirləri də yerinə yetirilməlidir.
14.1.14. Yanğın təhlükəli yüklərin yükləmə əməliyyatı dövründə (örtülü konteynerlərdəki, örtülü nəqliyyat vasitələrindəki və lixterlərdəki yüklərdən başqa) daxili yanğın mühərrikləri (DYM) və qazanların işlənmiş qaz borularının qığılcımsöndürənləri fəaliyyətdə olmalıdır. Qığılcımsöndürənlər olmadıqda, qığılcımların düşə biləcəyi zonada yerləşən yük anbarına yük vurulması əlavə təhlükəsizlik tədbirlərinə riayət edilməklə, xüsusi ayrılmış növbətçinin (növbətçilərin) müşahidəsi altında həyata keçirilməlidir.
14.1.15. Gəmilərdə yanğın təhlükəli yüklərin yerləşdirilməsi elə qaydada həyata keçirilməlidir ki, yanğınsöndürmə qurğularına və vasitələrinə maneəsiz yanaşma, habelə adamların təxliyə edilməsi (çıxarılması) yolları tutulmasın.
14.1.16. Gəmilərdə və limanlarda yanğın təhlükəli yüklərin yüklənməsi əməliyyatına başlamazdan əvvəl təhlükəsizlik nişanları qoyulmalıdır.
Təhlükəsizlik nişanlarından başqa, 1.1—1.3, 2.3, 2.4 və 5.2 yarımsiniflərə aid olan təhlükəli yüklərin yükləmə-boşaltma əməliyyatı dövründə üzərində « Dİqqət! Partlayış təhlükəlİdİr !» sözləri yazılmış plakatlar qoyulmalıdır.
5-ci sinif yüklərin, eləcə də oksidləşdirici xassələrə malik olan digər yarımsinif (2.1, 6.1, 8.1, 8.3) yüklərin yüklənməsi ilə əlaqədar əməliyyat dövründə — üzərində «Dİqqət! Güclü oksİdləşdİrİcİ (və ya « Oksİdləşdİrİcİ ») sözləri yazılmış plakatlar qoyulmalıdır.
Plakatlar işıqlı fonda səliqəli hərflərlə yazılmış, 600×400 mm ölçülərdə olan lövhələr şəklində hazırlanırlar.
Plakatlar təhlükəli zonanın sərhədlərinin, habelə gəminin trapının (aparelinin) yük anbarına (yerinə) girişin yanında, nəzəri cəlb edən yerlərdə qoyulur.
Günün qaranlıq vaxtlarında təhlükəsizlik nişanları və plakatlar işıqlandırılmalı, ya da yazılara qaranlıqda işıldayan boya (rəng) çəkilməlidir.
14.1.17. Yanğın təhlükəli yüklərin yüklənməsi əməliyyatları dövründə gəminin yük lyukları və ya apareli rayonunda tütün çəkilməsinin qadağan edilməsi barədə Azərbaycan və ingilis dillərində yazılmış xəbərdarlıq lövhələri qoyulmalıdır.
Xəbərdarlıq lövhələri ilə yanaşı qadağanedici təhlükəsizlik nişanları da qoyulmalıdır.
14.1.18. Gəminin rəhbərliyi gəmidə daşınan təhlükəli yüklər üçün qadağan edilən odsöndürücü vasitələrin təsadüfi tətbiqini istisna etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirməlidir. Bu məqsədlə qadağan edilən odsöndürücü vasitələrə malik olan yanğın əleyhinə sistemlərin işə salma armaturuna, onların tətbiq olunmasını qadağan edən qeydlər yazılmış lövhəciklər asılmalıdır, zəruri hallarda isə flanslarda və ya yanğın əleyhinə borucuqlarda tıxaclar qoyulmalıdır. Təhlükəli yüklərin yaxınlığında qoyulmuş və qadağan olunmuş odsöndürücü vasitələrlə doldurulmuş əl odsöndürənləri müvafiq toz, karbon qazı və ya xladonlarla doldurulmuş odsöndürənlərlə əvəz edilməlidir.
14.1.19. Yanğın təhlükəli yüklərlə işləyən zaman gəminin radiotranslasiya qovşağı ilə gündə azı 2 dəfə gəmi üzrə yanğın əleyhinə rejimə riayət olunmasının zəruriliyi barədə əmrdən çıxarış səsləndirilməlidir.
14.1.20. Yükləmə əməliyyatları dövründə və yanğın təhlükəli yüklərə malik keçidlərdə tütün çəkmək və yük anbarlarında (yerlərində), habelə onlara bitişik bölmələrdə alovdan istifadə etməyə yol verilmir.
14.2. Yanğın əleyhinə mübarizəyə dair operativ plan
14.2.1. Gəmi heyətinin yanğın əleyhinə mübarizəyə dair fəaliyyəti «Gəminin dözümlüyü uğrunda mübarizəyə dair Təlimata» (GDMT) müvafiq qaydada işlənib-hazırlanmış əməli planlarla müəyyənləşdirilməlidir.
Təhlükəli yüklərin daşınması zamanı gəmilərdə yanğın əleyhinə xüsusi mübarizə şəraitinin əks etdirilməsi üçün müvafiq yük anbarının (yerinin) operativ planı xəritəsində 9 nömrəli əlavədə verilmiş forma üzrə düzəlişlər edilməlidir.
Operativ planın düzəlişlər xəritəsi gəminin yük planı təsdiq edildikdən sonra işlənib hazırlanmalıdır.
14.3. Odsöndürücü vasitələr
14.3.1. Yanma prosesinə təsir prinsipindən asılı olaraq, odsöndürücü vasitələr aşağıdakılara bölünürlər:
a) yanma zonasını soyudanlar və yanacaq maddələrinin qızma dərəcəsini yanma prosesi üçün zəruri olan minimum qızma dərəcəsindən aşağı endirənlər (su, sulu duz məhlulları, bərk karbon oksidi);
b) yanma zonasında qaz mühitini zəifləşdirənlər, daha doğrusu, yanma zonasında oksidləşdiricinin qatılığını yanma prosesi üçün lazımi səviyyədən aşağı endirənlər (karbon dioksidi, azot, təsirsiz qazlar, tərkibində oksigenin qatılığının həcmi aşağı, 9 faizdən də az olan, yanacağın yanma məhsulları, nazik şırnaq şəklində püskürmüş su da müəyyən dərəcədə belə xassələrə malikdir);
c) yanacaq maddələrini yanma zonasından izolyasiya edənlər (bütün növdən olan köpüklər, toz məhlulları, qum, yanmayan təbəqə materialları (brezent, keçə);
ç) yanma reaksiyasını zəiflədənlər (halloidləşdirilmiş karbohidrogenxladonlar 114V2, 13VI və b.).
14.3.2. Gəmilərdə tətbiq olunan odsöndürücü vasitələrin əksəriyyəti yanma prosesinə kombinasiya edilmiş şəkildə təsir göstərir:
a) su — yanan maddəni soyudur, bu zaman əmələ gələn su buxarı isə yanma zonasında oksidləşdiricini zəiflədir;
b) köpük — yanma zonasını izolyasiya edir və soyudur;
c) toz məhlulları — yanma zonasını izolyasiya edir, alovu xırda hissələrə bölərək, onun təsirini zəiflədir və yanma reaksiyasını dayandırır.
14.3.3. Təhlükəli yüklərin hər biri üçün tövsiyə edilən və qadağan olunan odsöndürücü vasitələr DTYDBM-in tələblərinə uyğun olaraq verilməlidir.
DTYDBM-in tələbləri ilə tövsiyə olunan odsöndürücü vasitələr həmin yükün söndürülməsi zamanı onların səmərəliliyinin azlığı meyarı ilə göstərilməlidir.
14.3.4. Yanmayan bəzi təhlükəli yüklər bu və ya digər odsöndürücü vasitələrlə işlədilərkən təhlükə törədə bilər.
Belə yüklər üçün müvafiq odsöndürücü vasitələr DTYDBM-in əlavələrində qadağan edilmiş vasitələr kimi bu yüklərin gəmidə yerləşdirilməsi və yanğının söndürülməsi zamanı nəzərə alınmalıdır.
14.3.5. Yanğının söndürülməsi zamanı müxtəlif odsöndürücü vasitələrdən birinin təsiri digərinin səmərəliliyini azaltmasa, onların birgə tətbiq edilməsinə icazə verilir.
Eyni vaxtda köpük və su ilə söndürmənin tətbiq edilməsinə yol verilmir.
Eyni vaxtda karbon qazı və köpüklə söndürmə səmərəli surətdə tətbiq edilə bilər.
14.3.6. Bu Qaydalarla tövsiyə edilən odsöndürücü vasitələr tükənmişsə, konkret yük üçün qadağan olunmayan və tövsiyə edilməyən vasitələr kimi göstərilmiş odsöndürücü vasitələrin tətbiq edilməsinə icazə verilir.
14.3.7. Gəmiçiliyin malik olmadığı xüsusi odsöndürücü vasitələr tələb edən yüklərin daşınması zamanı gəmini icarəyə götürən hüquqi şəxs belə vasitələri öz hesabına zəruri miqdarda verməlidir.
15. Təhlükəlİ yüklərİn daşınması, yüklənİb-boşaldılması və saxlanılmasında texnİkİ təhlükəsİzlİk tələblərİ
15.1. Təlim və təlimatlandırma
15.1.1. Təhlükəli yüklərlə işləməyə peşəsi üzrə iş stajı bir ildən az olmayan, təlim keçmiş və təhlükəli yüklərlə işləmək metod və üsullarına, qəza şəraitdə fəaliyyətə və bədbəxt hadisələrdə zərər çəkənlərə ilkin köməyin göstərilməsinə aid iş yerlərində təlimatlandırılan, illik bilik və tibbi yoxlamalardan keçən gəmi heyəti üzvlərinə icazə verilir.
Gəmi qəza partiyasının və limanın qəza briqadasının üzvləri, qəza şəraitində fəaliyyət göstərmələri, qəzanın ləğvi üsulları, sıxılmış hava ilə işləyən avtonom tənəffüs aparatlarının və hava qaz mühitinin nəzarət vasitələrinin tətbiqi üzrə əlavə təlim və təlimat keçməlidirlər.
Təlim qaydası haqqında şəhadətnamələrin (vəsiqələrin) verilməsi:
a) gəmi heyəti üçün — gəmiçiliyin rəisinin əmri ilə;
b) liman işçiləri üçün — liman idarəsi tərəfindən müəyyən olunur. [34]
Təlimin, biliklərin yoxlanılmasının və təlimatlandırılmanın vaxtında həyata keçirilməsinə nəzarət gəmilərin kapitanları və limanların yükləmə əməliyyatları istehsalat komplekslərinin rəisləri tərəfindən həyata keçirilir.
15.1.2. İş yerində yükləmə-boşaltma əməliyyatına başlamazdan əvvəl gəminin rəhbərliyi tərəfindən — gəmilərin heyəti üçün, işlərə rəhbərlik edən tərəfindən isə doker-mexanizatorlar üçün təlimatlandırılma aparılır.
Zəruri hallarda təlimatlandırma işlərinə limanın texniki təhlükəsizlik üzrə xidmətin (TTX), yanğın əleyhinə texniki xidmətin (YTX) işçiləri, dövlət sanitariya nəzarəti orqanları və gəmi həkimləri də cəlb oluna bilər. [35]
Təlimatlandırılanlar aşağıdakılarla tanış edilməlidir:
a) gəmi ilə daşınacaq və limanda yüklənəcək (saxlanılacaq) yüklərin adları, xüsusiyyətləri, növləri, təhlükəlilik dərəcəsi, qablaşdırma və nişanlanmalarla;
b) adi iş rejimində və qəza hallarında (yanğın, yükün tökülüb-yayılması və səpələnməsi zamanı) tövsiyə olunmuş fərdi mühafizə vasitələri ilə;
c) göstərilmiş yüklər üçün tövsiyə edilmiş və qadağan olunmuş odsöndürücü vasitələrlə;
ç) yüklərin daşınmasında, yükləmə-boşaltma əməliyyatlarında və saxlanmasında təhlükəsizlik texnikasının və yanğın əleyhinə rejimin tələbləri ilə;
d) zərərçəkənlərə ilkin və tibbi yardımın göstərilməsi tədbirləri ilə.
Təlimatlandırma işçinin şəxsi təlimat vərəqəsində və təhlükəsizlik texnikası üzrə təlimatlandırma jurnalında ayın tarixi göstərilməklə qeyd olunmalı və imzalanmalıdır.
15.2. Yükləmə əməliyyatları
15.2.1. Təhlükəli yüklər üçün ixtisaslaşdırılmış sahələr və körpülər stasionar çəpərlənməyə malik olmalıdır. Digər hallarda, eləcə də gəminin göyərtəsində müvəqqəti çəpərlər qoyulur.
Stasionar və müvəqqəti çəpərlərin içəri və çöl tərəflərində 10—12 metr arası olmaqla təhlükəsizlik nişanları qoyulmalıdır.
Aşağı dərəcəli təhlükəliliyə malik olan yüklərin yüklənməsi bir növbədən az davam etdikdə, müvəqqəti çəpərlənmənin əvəzinə dayaqlara bərkidilmiş təhlükəsizlik nişanlarının qoyulmasına icazə verilir.
Təhlükəsizlik nişanları yüklərin yükləmə-boşaltma yerlərinin girişlərinə də qoyulmalıdır.
15.2.2. Təhlükəli yüklərlə yükləmə əməliyyatları aparılarkən, onların yükləmə-boşaltma yerlərinə buraxılış rejiminə riayət olunmalıdır.
Təhlükəli yüklərin yükləmə-boşaltma işlərinin aparılmasında iştirak etməyən şəxslərin yük yerləşən sahənin ərazisində olmasına yol verilmir.
15.2.3. İşə rəhbərlik edən şəxslər və yaxud onların göstərişi ilə TTX işə başlamazdan əvvəl, bütün iş iştirakçılarının fərdi mühafizə vasitələrinin, təhlükəli yüklərlə işləməyə hüquq verən şəhadətnamə və ya vəsiqələrin olmasını, limanın qəza briqadasının və gəminin qəza partiyasının üzvlərinin isə qəza haqqında qarşılıqlı məlumatlandırmanın və onun birgə aradan qaldırılması qaydaları üzrə biliklərini yoxlamalıdır.
15.2.4. Qəza partiyasının (qəza briqadasının) üzvü müvafiq olaraq (daşımadan və ya yükləmə əməliyyatlarından əvvəl) zəhərləyici, aşılayıcı və ya alışan buxar ifraz etməyə malik olan təhlükəli yüklərlə yüklənmiş gəmi anbarlarına, limanın anbarına, nəqliyyat vasitəsinə və yaxud konteynerə girməmişdən əvvəl onların qaz-hava tərkibini yoxlamalıdır.
15.2.5. Mühitin qaz-hava tərkibi:
a) gəminin (limanın) anbarlarının, bir-birindən ən azı 10 metr üfqi məsafədə yerləşən 2 nöqtəsində;
b) konteynerin və yaxud nəqliyyat vasitəsinin ən azı bir nöqtəsində (mərkəzi hissədə) yoxlanılmalıdır.
Ölçü nöqtəsini (nümunə götürülən yeri) seçərkən, yükün yük anbarındakı yerini və yükün ifraz etdiyi buxarın konsentrasiyasını (qatılıq dərəcəsini) nəzərə almaq lazımdır.
Resirkulyasiya rejimində işləyə bilən, ventilyasiya sistemi ilə təmin olunan gəmilərdə nümunəvi ventilyasiya kanallarından götürməklə qaz-hava tərkibinə nəzarətin həyata keçirilməsinə icazə verilir.
Nümunə götürülməzdən əvvəl ventilyasiya sistemi resirkulyasiya rejimində ən azı 0,5 saat işləməlidir.
15.2.6. Qaz-hava tərkibinin nümunəsinin götürülməsi:
a) gəminin stasionar qaz analizi sistemi vasitəsi ilə;
b) bir ucu yük anbarından (yerindən) çıxarılan, müvəqqəti qoyulmuş (rezin, polietilen və s.) borular vasitəsi ilə;
c) birbaşa yük anbarından (yerindən) həyata keçirilə bilər.
Qaz nümunəsinin götürülməsini törədən səbəb qazın tərkibini təyin edən cihaz və yaxud avtonom qurğunun (membranlı kompressor, aspirator və s.) və ya siqnalizasiya sisteminin işə düşməsi ola bilər.
15.2.7. Yük anbarına (yerlərinə) daşına bilən qazın tərkibini təyin edən cihazların köməyi ilə qaz-hava qarışığının konsentrasiyasını yoxlamaq üçün yalnız tənəffüs orqanlarının qorunması üzrə fərdi mühafizə vasitələrindən istifadə etdikdə icazə verilir.
Zəhərləyici buxarlar (qazlar) ifraz etməyə qabil olan yüklərin daşınmasında saxlanılmasında), sıxılmış hava ilə işləyən avtonom nəfəsalma aparatları və yaxud şlanqlı əleyhiqazlardan istifadə edilməlidir.
İlkin yoxlama vaxtı anbara (yük yerinə) daxil olan şəxs qoruyucu kəndirlə təmin olunmuş mühafizə kəməri bağlamalıdır və kəndirin bir ucu müşahidəçidə olmalıdır.
15.2.8. Tənəffüs orqanlarının qorunması üzrə fərdi mühafizə vasitələri tətbiq edilmədən, gəminin yük anbarlarına, liman anbarlarına, konteynerlərə və yaxud nəqliyyat vasitəsinə girməyə və orada iş görməyə yol verilmir.
15.2.9. Zəhərləyici, aşılayıcı və yaxud alışan buxar (qaz) ifraz edən təhlükəli yüklərlə yüklənmiş gəmi və liman yük anbarları, nəqliyyat vasitələri, konteynerlər yükləmə-boşaltma işlərinə başlamazdan əvvəl qarışıq həddinin 15.2.8-ci yırımbənddə göstərilən normaya enənə qədər havanın dəyişdirilməsi üçün ventilyasiya edilməlidir.
Havada zərərli qarışıqlar aşkar olunmadığı hallarda da anbarlar (yük yerləri) ventilyasiya olunmalıdır. Ventilyasiya edilmənin minimum vaxtı 2 saat, hava dəyişməsinin isə vaxtı 1 saatdan az olmamalıdır.
15.2.10. İş rəhbəri adamların (işçilərin) gəminin və limanın yük anbarlarına, nəqliyyat vasitəsinə, yaxud konteynerlərə girməsindən əvvəl, təhlükəli yükü açıq qapıdan və ya lyukdan nəzərdən keçirməli, onun qabının zədələnməməsi və yükün dağılmaması və yaxud səpələnmə izlərinin olmamasına əmin olmalıdır.
Əgər baxış zamanı qabların zədələnməsi, yükün dağılması və ya səpələnmə izləri aşkar edilibsə, iş rəhbəri adamları (işçiləri) təhlükəsiz məsafəyə uzaqlaşdırmalı və texniki təhlükəsizlik xidmətini və qəza briqadasını (partiyasını) qəzanı aradan qaldırmaq üçün çağırmalıdır.
15.2.11. 2, 3, 6, 8 sinifli, eləcə də 3.6 və ya 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə malik olan digər yüklərin yüklənməsi və yaxud boşaldılması zamanı gəmi və liman yük anbarları (yerləri) fasiləsiz ventilyasiya olunmalıdır.
15.2.12. 1,2,3,6,7 və 8 sinifli yüklərlə yüklənmiş qablar, zəhərli və yaxud aşılayıcı maddələrə malik olan başqa siniflərin, eləcə də şüşə, saxsı qablara doldurulmuş bütün mayelərin kürəkdə və çiyində daşınmasına yol verilmir.
15.2.13. Yük əməliyyatları zamanı yaranan qəza vəziyyətinin (yükün dağılması, tökülməsi, alışması və s.) aradan qaldırılması üçün:
a) gəmilərdə — limanın texniki təhlükəsizlik üzrə xidməti, qəza briqadası və gəmi qəza partiyası tərəfindən;
b) limanda — limanın texniki təhlükəsizlik üzrə xidməti və qəza briqadası tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.
Qəza briqadası liman idarəsinin əmri ilə təhlükəli yüklərlə iş təcrübəsi olan təcrübəli doker-mexanizatorlardan təşkil olunur. [36]
Qəza briqadasına rəhbərliyi yükləmə-boşaltma əməliyyatlarına başçılıq edən şəxs həyata keçirir.
15.2.14. Gəminin müdiriyyəti qəza vəziyyətinin yarandığı barədə aşağıda göstərilənlərə təcili olaraq məlumat verməlidir:
a) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nə;
b) HMDYTX-nə — hadisə 1, 2, 3 və 4 sinif, eləcə də digər yanğın təhlükəli yüklərlə bağlı olduqda;
Dövlət sanitariya nəzarəti orqanlarına — hadisə 6, 7 və 8 sinif, eləcə də digər zəhərli və aşılayıcı (yeyici) maddələrlə baş verdikdə. [37]
15.2.15. Təhlükəli yüklərin, eləcə də zədələnmiş qablarda olan yüklərin qalıqlarının yığılması, zərərsizləşdirilməsi və ləğv edilməsində, 12-ci bənddə müəyyənləşdirilən tələblər rəhbər tutulmalıdır.
15.2.16. Yükləmə əməliyyatları altında olan və ya 1-ci sinif, 2.3. 2.4 yarımsinif yüklər daşıyan gəmilərdə açıq od mənbəyinin istifadəsi ilə təmir işlərinin (bu məqsədlə xüsusi təchiz olunmuş yerlərdə aparılan işlərdən başqa) aparılmasına yol verilmir.
Gəminin bortunda alışma temperaturu 23 0 C olan tezalışan maye olduqda, təmir işləri kapitanın icazəsi ilə təhlükəsizliyin təmin olunması üzrə zəruri tədbirlərin həyata keçirilməsi şərti ilə işlərin bilavasitə kapitanın köməkçisinin və yaxud mexanikin rəhbərliyi və nəzarəti altında yerinə yetirildikdə maşın bölməsində və ya digər təhlükəsiz məsafədə olan yerlərdə (otaqlarda) aparıla bilər.
15.3. Təhlükəli yüklərin daşınması və saxlanılması
15.3.1. 2, 3, 6 və yaxud 8 siniflər, eləcə də 3, 6 və 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə malik olan yüklərlə yüklənmiş, örtülü gəmi və liman anbarlarına adamların daxil olmasından əvvəl, 15.2.4—15.2.9, 15.4.1 yarımbəndlərində müəyyən olunmuş tələblər yerinə yetirilməlidir.
Qəza hallarında deqazasiya olunmamış anbarlara (yük yerlərinə) qısamüddətli işlərin görülməsi üçün qəza partiyasının üzvlərinə nəfəs orqanlarını qoruyan fərdi mühafizə vasitələri istifadə etməklə daxil olmalarına icazə verilir.
15.3.2. daşınma zamanı, təhlükəli yüklər yerləşdirilən yük otaqlarına (anbarlarına) girişi olan yaşayış, xidməti və maşın otaqlarının (bölmələrinin) qapıları səfər (reys) boyu kip bağlı olmalıdır.
15.3.3. Tezalışan, zəhərli və aşılayıcı (yeyici) yüklərin göyərtədə daşınması zamanı gəminin üst tikililərinin qapıları və ilyuminatorları bağlı olmalıdır.
2, 3, 6 və yaxud 8-ci sinif yüklərin, eləcə də 3, 6 ya da 8-ci siniflərin əlavə təhlükəlilik növlərinə malik olan yüklərin daşınmasında, otaqların girişlərinin kip bağlanması təmin olunmursa, yüklə bitişik otaqda, yük anbarında olan hava təzyiqindən artıq təzyiqdə saxlanmalıdır.
15.3.4. Xidmət və məişət otaqları təhlükəli yüklər saxlanılan anbarlardan təcrid olunmalıdır və ayrıca giriş dəhlizinə malik olmalıdır.
15.3.5. Anbarların (yük meydançalarının) ərazisində təhlükəli yüklərlə iş üsullarını və metodlarını izah edən plakatlar asılmalı, eləcə də limanın HMDYTX-nin dövlət sanitariya nəzarəti orqanlarının və qəza briqadasının məlumatlandırılması yolları göstərilməlidir.
15.3.6. Təhlükəli yüklərin daşınmasında və saxlanılmasında qəza vəziyyətlərinin aradan qaldırılması müəyyən olunmuş tələblərə uyğun həyata keçirilir.
15.4. Fərdi mühafizə vasitələri (FMV)
15.4.1. Təhlükəli yüklərlə yükləmə-boşaltma əməliyyatları apararkən və onlara əlaqəli qəza vəziyyətini aradan qaldırarkən, liman işçiləri və gəmi heyətinin üzvləri dəri səthini, zəruri hallarda isə nəfəs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər.
15.4.2. FMV dəsti ilə, yükləmə-boşaltma ilə məşğul olan gəmi heyətinin bütün üzvləri və liman işçiləri qəzadan fərdi mühafizə vasitələri (QFMV) ilə gəmi qəza partiyasının və liman qəza briqadasının bütün üzvləri təmin olunmalıdırlar.
15.4.3. Süzgəcli əleyhqazların istifadəsinə, iş zonasının hava tərkibində oksigenin həcmi 21 faizdən və zərərli tərkibin 50 YVQ (yol verilən qatılıqdan) az olmadıqda icazə verilir.
15.4.4. RPQ-67 tipli süzgəcli əleyhqaz respiratorların, iş zonasının havasında zərərli tərkib qatılığı 15 YVQ-dan çox və oksigenin həcmi 21 faizdən az olmadıqda, bütün iqlim şəraitlərində istifadəsinə icazə verilir.
15.4.5. Əleyhqaz qutusu olmayan respiratorların (ŞB-1, «Lepestok», «Astra-2» və s. tiplər) zəhərli olmayan tozlanan yüklərlə işləyən zaman istifadə edilməsinə yol verilir.
15.4.6. Təhlükəli yüklərlə (tozlanan, aşılayıcı, zəhərli) işləyən zaman üz və əllərin dərisinin qorunması üçün dermatoloji mühafizə vasitələrindən istifadə olunması məsləhət görülür.
Belə vasitələr (pasta və maz halında) dəriyə sürtülməli, sonra isə dəri səthi talkla pudralanmalıdır. Eynək sağanaqları, maz və ya pasta yağlanmış dəri səthinə yatmalıdır. İşdən sonra mazı isti su ilə yumaq lazımdır.
15.5. İstehsalat sanitariyası
15.5.1. Limanın təhlükəli yüklərin yükləmə-boşaltma əməliyyatları aparılan sahələrində müvafiq qaydada təchiz olunmuş:
a) iş paltarları, ayaqqabıları və digər fərdi mühafizə vasitələrinin saxlanılması, təmizlənməsi (zərərsizləşdirilməsi) və verilməsi, eləcə də qida qəbul etmək və tütün çəkmək üçün təchiz olunmuş otaqlar;
b) zəhərli və ya aşılayıcı (yeyici) maddələr düşmüş dəri səthinin yuyulması üçün su hidrantları və kolonkalar;
c) işçi və təmiz paltarların saxlanması üçün şkaflarla, səyyar apteklə və digər sanitar-gigiyena vasitələri ilə təchiz olunmuş və yuyunmaq üçün duşa malik olan sanitar-keçid tipli məntəqələr olmalıdır.
İşçi paltarları saxlanılan otaqlar sorucu ventilyasiya sistemi ilə təchiz olunmalıdır.
15.5.2. Zəhərli və ya aşılayıcı (yeyici) maddələrin yükləmə-boşaltma, eləcə də qəza vəziyyətinin aradan qaldırılması əməliyyatlarında iştirak etmiş şəxslər, iş növbəsi qurtardıqdan sonra, tibbi personalın nəzarəti altında sanitar müayinədən keçməlidir.
Sanitar müayinədən keçməmiş xüsusi geyimlərin və digər fərdi mühafizə vasitələrinin təkrar istifadəsinə icazə verilmir.
15.5.3. Zəhərli və aşılayıcı (yeyici) maddələrlə işləyən zaman, ağızın yaxalanması və əlləri təmiz yumaqla, şəxsi gigiyena tələbləri yerinə yetirilmədən, qida qəbul etmək, su içmək, tütün çəkmək və hər hansı tələbatlara görə iş yerini tərk etmək olmaz.
Qida məhsullarının iş yerlərində və xüsusi geyim otaqlarında saxlanılmasına yol verilmir.
15.5.4. Qida yeməkxanada və yaxud xüsusi ayrılmış otaqda qəbul edilə bilər.
Qida qəbul etməzdən əvvəl, üst geyimin çıxarılması, ayaqqabıların silinməsi, əllərin və üzün təmiz yuyulması zəruridir.
Üst xüsusi geyim əşyalarının qida qəbulu otaqlarında saxlanılmasına (atılmasına) yol verilmir.
15.5.5. Zərərli maddələrlə işləyən dövrdə, orqanizmdən zərərli maddələrin ifrazını sürətləndirmək üçün gün ərzində 3 dəfədən az olmayaraq qida qəbul etmək və 2,5 litrdən az olmayaraq maye qəbul etmək tövsiyə olunur.
Maye və sulu xörəkləri, əsasən işə başlamazdan əvvəl və günorta fasiləsində yemək tövsiyə olunur.
Bu vaxt orqanizmdə mayeni, onunla bir yerdə zəhərləyici maddələri saxlamamaq üçün, duzlu və ədviyyat qatışıqlı yeməklərin miqdarı azaldılmalıdır.
Zərərli maddələrin yüklənməsi ilə məşğul olan işçilərə, daha çox zülallı qidalar (kəsmik, yağlı olmayan ət) və vitaminlər qəbul etmək tövsiyə olunur.
Qidada, mis tərkibli maddələrlə işləyən zaman piyin, sink fosfidləri isə piyin, südün və yumurtanın olması tövsiyə edilmir.
15.5.6. Zəhərli maddələrlə çirklənmiş fərdi mühafizə vasitələrini aşağıdakı qaydada çıxarmaq (soyunmaq) lazımdır:
əlcəkləri çıxartmazdan əvvəl 3—5 faizli soda məhlulu ilə yumaq və ya silmək, sonra isə su ilə yumaq;
eynəyi, respiratoru (əleyhqazı), kombinezonu soyunmaq;
əlcəyi (çevirərək) çıxarmaq, ondan sonra isə əli yumaq.
* Təhlükəli yüklər — insanlar, digər canlılar və ətraf mühit üçün təhlükəli olan maddə, məmulat və məhsullar. Təhlükəli yüklərin siyahıları və onlar barədə əsas məlumatlar 1, 11, 12 və 13 nömrəli əlavələrdə verilir (əlavələr dərc olunmur)
** Dəniz nəqliyyatı vasitəsi ilə üst-üstə yığılmaqla daşınan təhlükə təmayüllü yüklər.
*** Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 1965-ci il 27 sentyabr tarixli, A-81 (IV) nömrəli Qətnaməsi ilə qüvvəyə minmişdir.
1 Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllənin qaydaları (DTYD BM Qaydaları)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675)
2. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
3. 7 avqust 2009-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 675)
4. 22 oktyabr 2012-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1021)
5. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)
6. 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313)
7. 17 aprel 2018-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 800 )
8. 30 sentyabr 2020-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1238 )
9. 30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1193 )
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.5-ci bəndinin birinci və ikinci abzaslarında, 1.9-cu, 5.2-ci, 5.5-ci, 9.5-ci bəndlərində, 12.4-cü bəndinin d) və e) yarımbəndlərində, 13.1.12-ci bəndində, 13.1.13-cü bəndinin a) yarımbəndində, 13.1.14-cü 13.1.37-ci bəndlərində, 13.1.41-ci bəndinin ikinci abzasında, 13.2.6-cı və 13.2.7-ci bəndlərinin sonuncu abzaslarında, 13.5.1-ci bəndində, 15.2.14-cü bəndinin a) yarımbəndində ismin müvafiq hallarında “Dövlətdağmədəntexnəzarət Komitəsi” sözləri ismin müvafiq hallarında “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[2] 22 oktyabr 2012-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 oktyabr 2012-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 10, maddə 1021) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bəndinə “bayrağı altında” sözlərindən əvvəl “Dövlət” sözü əlavə edilmişdir.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bənddə “Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya” sözləri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra – liman)” sözləri ilə əvəz edilmişdir.
[3] 7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.4-cü və 1.7-ci bəndləri çıxarıl mışdır.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bənddə “Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya” sözləri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra – liman)” sözləri ilə əvəz edilmişdir.
[4] 7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.6-cı bəndin 2-ci abzasından “və yaxud lisenziya şərtlərində” sözləri çıxarıl mışdır.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bənddə “Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya” sözləri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra – liman)” sözləri ilə əvəz edilmişdir.
[5] 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.11-ci bəndində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində, Xəzər Dəniz Neft Donanması Baş İdarəsində” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində” sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.11-ci bənddə “dəniz limanlarında” sözləri “limanlarda” sözü ilə, “hüquqi və vəzifəli şəxslər” sözləri “fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilmişdir.
[6] 7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 9.1-ci bəndin “e)” yarımbəndindən “və xüsusi razılıq (lisenziya) sənədlərinin” sözləri çıxarıl mışdır.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bənddə “Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya” sözləri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra – liman)” sözləri ilə əvəz edilmişdir.
[7] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 9.2-ci bəndin ikinci abzasından “və limanların” sözləri çıxarılmışdır.
[8] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 9.3-cü bənddə “Gəmiçiliyin və limanların müdiriyyətinə” sözləri “Gəmiçiliyin müdiriyyətinə və liman idarəsinə” sözləri ilə əvəz edilmişdir.
[9] 30 sentyabr 2020-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1238 ) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”na yeni məzmunda 9.7-ci bənd əlavə edilmişdir.
[10] 7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.1-ci bənddən “və Dövdağmədəntexnəzarət Komitəsinin verdiyi xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş şərtlərin tələblərinə uyğun olaraq” sözləri çıxarıl mışdır.
23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.3-cü bənddə “Dənizdə insan həyatının mühafizə edilməsinə dair Beynəlxalq Konvensiya” sözləri “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” sözləri ilə, “limanlarda” sözü “dəniz limanlarında (bundan sonra – liman)” sözləri ilə əvəz edilmişdir.
[11] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.4-cü bəndin d) yarımbəndində “limanın nümayəndələri” sözləri “liman idarəsi” sözləri ilə əvəz edilmişdir.
[12] 30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1193 ) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda 12.4-cü bəndin “d” və “e” abzaslarında və 15.3.5-ci yarımbənddə “sanitar” sözü “dövlət sanitariya” sözləri ilə əvəz edilmişdir.
[13] 17 aprel 2018-ci il tarixli 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 800) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.5-ci bəndinin “ı” yarımbəndində, 14.1.9-cu yarımbəndinin “d” abzasında, 14.1.17-ci yarımbəndinin birinci abzasında, 14.1.20-ci yarımbəndində, 15.5.1-ci yarımbəndinin “a” abzasında və 15.5.3-cü yarımbəndinin birinci abzasında “siqaret” sözü “tütün” sözü ilə əvəz edilmişdir.
7 noyabr 2002-cı il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 11, maddə 675) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 12.5-ci bəndin “1)” yarımbəndindən “və təhlükəli yüklərin daşınması üçün Dövdağmədəntexnəzarət Komitəsindən alınmış xüsusi razılığın (lisenziyanın) şərtlərinə dair əlavə tələblər” sözləri çıxarıl mışdır.
[14] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.2-ci yarımbəndində “Limanın müdiriyyəti” sözləri “Liman idarəsi” sözləri ilə əvəz edilmişdir.
[15] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.2-ci yarımbəndinin c) yarımbəndində “gəmi və liman rəhbərlərinin” sözləri “gəmi rəhbərlərinin və liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[16] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.2-ci yarımbəndinin ç) yarımbəndində “limanın ərazisindən” sözləri “limanın ərazisindən və akvatoriyasından” sözləri ilə əvəz edilmişdir.
[17] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.12-ci yarımbəndin birinci hissəsində “liman rəisinin” sözləri “liman idarəsinin” sözləri ilə, üçüncü hissəsində “limanın” sözü “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[18] 7 avqust 2009-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 675) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.12-ci bəndin ikinci abzasından «və radioaktiv yüklər üçün» sözləri çıxarılmışdır.
30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1193 ) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda 13.1.12-ci, 13.1.41-ci yarımbəndlərin ikinci abzaslarında, 13.1.14-cü yarımbənddə və 13.2.6-cı yarımbəndin onuncu abzasında “Dövlət Sanitar Nəzarəti” sözləri “dövlət sanitariya nəzarəti” sözləri ilə əvəz edilmişdir.
[19] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.13-cü yarımbənddə “liman müdiriyyətinin nümayəndəsi” sözləri “liman idarəsi” sözləri ilə əvəz edilmişdir.
[20] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.13-cü yarımbəndin a) yarımbəndində “liman rəisinin” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[21] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.13-cü yarımbənin ikinci hissədə “limanın ərazisindən” sözləri “limanın ərazisindən və akvatoriyasından” sözləri ilə əvəz edilmişdir.
[22] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.15-ci yarımbənddə “dəniz limanlarının” sözləri “limanların” sözü ilə əvəz edilmişdir.
[23] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.30-cu yarımbənddə “liman daxilində” sözləri “liman ərazisində” sözləri ilə əvəz edilmişdir.
[24] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.1.41-ci yarımbəndin ikinci abzasında “limanın rəhbərliyinə” sözləri “liman idarəsinə” sözləri ilə əvəz edilmişdir.
[25] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.2.1-ci bəndin 4-cü yarımbəndinin ikinci abzasında “limanın və yaxud yükləmə istehsalat kompleksinin rəisinin” sözləri “liman idarəsinin rəhbərinin və yaxud yükləmə istehsalat kompleksinin rəisinin” sözləri ilə, 13-cü yarımbəndində “Limanın ərazisində” sözləri “Limanın ərazisində və akvatoriyasında” sözləri ilə əvəz edilmişdir.
[26] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.2.2-ci bəndin 11-ci yarımbəndində “limanın ərazisində” sözləri “limanın ərazisində və akvatoriyasında” sözləri ilə əvəz edilmişdir.
[27] 7 avqust 2009-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №08, maddə 675) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.2.7-ci bəndini 7-ci yarımbəndinin dördüncü abzasından “və Dövlət Sanitar Nəzarəti orqanları” sözləri çıxarılmışdır.
[28] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.4.3-cü bənddə “Yükləmə-boşaltma limanına,” sözləri “Limana” sözü ilə, “limanın” sözü “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[29] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.4.6-cı bəndin birinci cümləsində “liman hüdudunda” sözləri “liman ərazisində” sözləri ilə, “limanın cavabdeh nümayəndəsi tərəfindən” sözləri “liman idarəsi tərəfindən” sözləri ilə əvəz edilmişdir.
[30] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.8.1-ci bənddə “limanın hüdudundan” sözləri “limanın ərazisindən və akvatoriyasından” sözləri ilə əvəz edilmişdir.
[31] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.8.1-ci bənddə “limanın hüdudundan” sözləri “limanın ərazisindən və akvatoriyasından” sözləri ilə əvəz edilmişdir.
[32] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 13.8.1-ci bənddə “limanın hüdudundan” sözləri “limanın ərazisindən və akvatoriyasından” sözləri ilə əvəz edilmişdir.
[33] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 14.1.6-cı bənddə “liman rəisinin” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[34] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 15.1.1-ci bəndin b) yarımbəndində “liman rəisinin əmri ilə” sözləri “liman idarəsi tərəfindən” sözləri ilə əvəz edilmişdir.
[35] 30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1193 ) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda 15.1.2-ci yarımbəndin ikinci abzasında “sanitar” sözü “sanitariya” sözü ilə əvəz edilmişdir.
[36] 23 oktyabr 2014-cü il tarixli 343 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1313) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 15.2.13-cü bəndin ikinci hissəsində “limanın rəisinin” sözləri “liman idarəsinin” sözləri ilə əvəz edilmişdir.
[37] 30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1193 ) ilə “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda 15.2.14-cü yarımbəndin dördüncü abzasında “Sanitar” sözü “Dövlət sanitariya” sözləri ilə əvəz edilmişdir.
Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)
Azərbaycan tarixi, VIII sinif test 3 variantda təqdim edilir.
Просмотр содержимого документа
«Azərbaycan tarixi, VIII sinif KSQ № 4 ( III variantda)»
KSQ № 4 ( I Variant )
Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________
1.Azərbaycanda yaranmış ilk xanlıq:
A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku
2. Hacı Çələbi Azərbaycanı vahid dövlətdə birləşdirmək məqsədilə ilk olaraq hücum etdi:
A) Qarabağa B) Şəkiyə C) Təbrizə D) Bakıya E) Makuya
3. Qarabağ xanlığına yürüşdə Şəki xanlığının müttəfiqi olan xanlıq:
A) Şamaxı B) Şəki C) Təbriz D) Bakı E) Maku
4. “Bayat savaşı”nda məğlub olan xanlıq:
A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku
5. Gürcü çarı II İrakli Azərbaycanın hansı torpaqlarını işğal etmək istəyirdi?
A) Şimal B) Cənub C) Qərb D) Mərkəzi E) Abşeron
6. gürcülərin işğal siyasətinə mane olan xanlıq:
A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku
7. Biri 1752-ci ildə II İrakli ilə ittifaqa girmədi:
A) Qarabağ xanlığı
B) Gəncə xanlığı
C) İrəvan xanlığı
D) Naxçıvan xanlığı
8. Qazax və Borçalı mahallarını azad edərək Azərbaycana qaytardı:
C) Fətəli xan Əfşar
E) Hacı çələbi xan
9. Hacı Çələbi xan Şirvana yürüş etdi:
10. Hansı Şəki xanının dövründə xüsusi qanunnamə qəbul edildi?
A) Hacı Çələbi xanın
B) Ağakişi bəyin
D) Məhəmmədhəsən xanın
11. “Qızılqaya xəyanəti”ndən neçə il sonra Hacı Çələbi xan vəfat etdi ?
A) 1 B) 6 C) 3 D)2 E) 10
12. 1767-ci ildə ərazisi Şəki və Quba xanlıqları arasında bölüşdürüldü:
A) Bakı xanlığının
B) Dərbənd xanlığının
C) Şamaxı xanlığının
D) Gəncə xanlığının
E) Lənkəran xanlığının
13. 1795-ci ildə Şəki xanlığında hakimiyyətə gəldi:
C) Fətəli xan Əfşar
D) Qubalı Fətəli xan
14. Biri Cənubi Azərbaycan xanlığı deyil:
A) Sərab xanlığı
B) Urmiya xanlığı
C) Ərdəbil xanlığı
D) Marağa xanlığı
E) Gəncə xanlığı
15. Urmiya xanlığının banisi :
A) Hacı Çələbi xan
D) Fətəli xan Əfşar
KSQ № 4 ( II Variant )
Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________
1. 1759-cu ildə Urmiyalı Fətəli xan hücum etdi:
A) Sərab xanlığına
B) Qarabağ xanlığına
C) Ərdəbil xanlığına
D) Marağa xanlığına
E) Gəncə xanlığına
2. 1763-cü ildə Urmiya şəhərini ələ keçirdi:
A) İbrahimxəlil xan
B) Kərim xan Zənd
C) Hacı Çələbi xan
D) Fətəli xan Əfşar
3. Urmiya xanlığından sonra Cənubi Azərbaycanda ən güclü xanlıq oldu:
A) Sərab xanlığı
B) Qarabağ xanlığı
C) Ərdəbil xanlığı
D) Marağa xanlığı
4. Bu xanlıqlardan biri Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yürütmüşdür:
A) Sərab xanlığı
B) Qarabağ xanlığı
C) Ərdəbil xanlığı
D) Marağa xanlığı
E) Urmiya xanlığı
5. Quba xanlığının əsasını qoymuşdur:
B) Hacı Çələbi xan
C) Fətəli xan Əfşar
E) Hüseynəli xan
6. Quba xanlığı özünə birləşdirdi:
A) Gəncəni B) Dərbəndi C) Təbrizi D) Marağanı E) Naxçıvanı
7. Qubalı Fətəli xan hakimiyyətə gəldikdən neçə il sonra Bakı birləşdirildi:
A) 2 B) 5 C)9 D)1 E) 25
8. Salyan ərazisi Quba xanlığına birləşdirildi:
9. Salyan ərazisi birləşdirildikdən neçə il sonra Şamaxı xanlığı tamamilə Quba xanlığına birləşdirildi?
A) 11 B) 6 C) 3 D)2 E) 10
10. Şamaxı xanlığı ilə eyni ildə Quba xanlığına birləşdirildi:
A) Salyan ərazisi
B) Cavad xanlığı
C) Qarabağ xanlığı
E) Urmiya xanlığı
11. Qubalı Fətəli xan birləşdirdi:
A) Azərbaycanın cənub torpaqlarını
B) Azərbaycanın ancaq şimal torpaqlarını
C) Azərbaycanın şimal-qərb torpaqlarını
D) Azərbaycanın qərb torpaqlarını
E) Mərkəzi torpaqları
12. Fətəli xan neçə il Quba xanlığını idarə etmişdir?
A) 31 B) 16 C)2 3 D)27 E) 10
13. Pənahəli xan hansı türk tayfasına mənsub idi?
14. Nadir xan Əfşar Qarabağ tayfalarını cəzalandıraraq onları sürgün etmişdi:
A) İraqa B) Muğana C) Xorasana D) Gürcüstana E) Abşerona
15. Urmiya xanlığının banisi :
A) Hacı Çələbi xan
D) Fətəli xan Əfşar
KSQ № 4 ( III Variant )
Sinif VIII (—-) Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı________________________adı__________________________
1. Nadir xan Əfşar Qarabağ tayfalarını cəzalandıraraq onları sürgün etmişdi:
A) İraqa B) Muğana C) Xorasana D) Gürcüstana E) Abşerona
2. “Bayat savaşı”nda məğlub oldu:
A) Təbriz xanlığı
E) Urmiya xanlığı
3. Qarabağ xanlığının paytaxtı oldu:
A) Bakı B) Gəncə C) Şuşa D) Quba E) Urmiya
4. 1757-ci ildə Pənahəli xan qalib gəldi:
A) Urmiyalı Fətəli xana
B) Hacı Çələbi xana
C) Fətəli xan Əfşara
E) Məhəmmədhəsən xana
5. 1763-cü ildə Pənahəli xandan sonra hakimiyyətə gəldi:
B) Hacı Çələbi xan
C) Fətəli xan Əfşar
E) İbrahimxəlil xan
6. Uyğunluq gözlənilmişdir:
1. Gavduşan döyüşü a)1774
2. “ Xatın arxı” döyüşü b)1757
3. “Bayat savaşı” c) 1748
7. XVIII əsrin ortalarında İranda mərkəzi hakimiyyət uğrunda mübarizədə Kərim xan Zəndin əsas rəqibi idi:
B) Fətəli xan Əfşar
D) İbrahimxəlil xan
E) Hacı Çələbi xan
8. 1759-cu ildə Urmiyalı Fətəli xan hücum etdi:
A) Sərab xanlığına
B) Qarabağ xanlığına
C) Ərdəbil xanlığına
D) Marağa xanlığına
E) Gəncə xanlığına
9. 1763-cü ildə Urmiya şəhərini ələ keçirdi:
A) İbrahimxəlil xan
B) Kərim xan Zənd
C) Hacı Çələbi xan
D) Fətəli xan Əfşar
10. Urmiya xanlığından sonra Cənubi Azərbaycanda ən güclü xanlıq oldu:
A) Sərab xanlığı
B) Qarabağ xanlığı
C) Ərdəbil xanlığı
D) Marağa xanlığı
11. Bu xanlıqlardan biri Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yürütmüşdür:
A) Sərab xanlığı
B) Qarabağ xanlığı
C) Ərdəbil xanlığı
D) Marağa xanlığı
E) Urmiya xanlığı
12. Quba xanlığının əsasını qoymuşdur:
B) Hacı Çələbi xan
C) Fətəli xan Əfşar
E) Hüseynəli xan
13. Quba xanlığı özünə birləşdirdi:
A) Gncəni B) Dərbəndi C) Təbrizi D) Marağanı E) Naxçıvanı
14. Qubalı Fətəli xan hakimiyyətə gəldikdən neçə il sonra Bakı birləşdirildi:
A) 2 B) 5 C)9 D)1 E) 25
15.Azərbaycanda yaranmış ilk xanlıq:
A) Qarabağ B) Şəki C) Təbriz D) Bakı E) Maku
Comments are closed, but trackbacks and pingbacks are open.