Azərbaycan Tarixinin Xronologiyası
2007, 8-9 mart –Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir.
Azərbaycan tarixinin xronologiyası
Qeyd: Bu hissədə H.S.Hüseynova və habelə Ə.Ə. Qocayev, S.A.Əliyeva, A.H.Hacıyevin tərtib etdikləri Azərbaycan tarixi xronologiyasından geniş şəkildə istifadə edilmişdir.
Azərbaycan ibtidai-icma quruluşu dövründə
- 120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması
- 1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü
- Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü
- 10—12 min il əvvəl — Qobustanda həyatın başlanması
- 10—12 min il—8 min əvvəl — Mezolit dövrü
- e.ə. 7—6 minilliklər — Neolit dövrü
- e.ə. 6—4 minilliklər — Eneolit dövrü
- e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi
- e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü
- e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti.
- e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması.
- e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü.
- e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü
- e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti
- e.ə. XIV—VIII əsrlər — Son tunc və ilk dəmir dövrü
- e.ə. XIV—VIII əsrlər — Xocalı-Gədəbəy mədəniyyəti
- e.ə. XIV—VII əsrlər — Muğan mədəniyyəti
- e.ə. XIII—XII əsrlər — Borsunlu kurqanı
- e.ə. XII—XI əsrlər — Sarıçoban kurqanı
- e.ə. VII—V əsrlər — İnkişaf etmiş dəmir dövrü
Azərbaycan quldarlıq dövründə
- e.ə. III min. I yarısı — Erkən dövlət qurumu Aratta
- e.ə. XXVIII—XXIV əsrlər — Şumer şəhər-dövlətləri
- e.ə. III min. II yarısı — Kuti və Lullubi dövlətlərinin yaranması
- e.ə. təxm. 2240—2220-ci illər — Elam hökmdarı Kutik-İnşuşinakın hakimiyyəti
- e.ə. t. 2236—2200-ci illər — Akkad hökümdarı Naram-Suenin hakimiyyəti
- e.ə. t. 2230—2200-ci illər — Lullubi hökmdarı Satuninin hakimiyyəti
- e.ə. t. 2225—2205-ci illər — Kuti hökmdarı Enridavazirin hakimiyyəti
- e.ə. t. 2220—2170-ci illər — Lullubi hökmdarı İmmaşqunun hakimiyyəti
- e.ə. t. 2204—2197-ci illər — Kuti hökmdarı İmtanın hakimiyyəti
- e.ə. t. 2200—2175-ci illər — Akkad hökmdarı Şarkalişarrinin hakimiyyəti
- e.ə. t. 2198—2192-ci illər — Kuti hökmdarı İnqeşauşun hakimiyyəti
- e.ə. t. 2191—2185-ci illər — Kuti hökmdarı Sarlaqın hakimiyyəti
- e.ə. 2184—2178-ci illər — Kuti hökmdarı Yarlaqaşın hakimiyyəti
- e.ə. t. 2177—2171-ci illər — Kuti hökmdarı Elulumeşin hakimiyyəti
- e.ə. t. 2175-ci il — Kuti sülaləsinin İkiçayarasında hakimiyyətə gəlməsi
- e.ə. t. 2170—2150-ci illər — Lullubi hökmdarı Anubaninin hakimiyyəti
- e.ə. t. 2135—2133-cü illər — Kuti hökmdarı Laharabın hakimiyyəti
- e.ə. t. 2127—2120-ci illər — Kuti hökmdarı Puzur-Suenin hakimiyyəti
- e.ə. t. 2120—2113-cü illər — Kuti hökmdarı Yarlaqandanın hakimiyyəti
- e.ə. t. 2112—2105-ci illər — Kuti hökmdarı Siumun hakimiyyəti
- e.ə. t. 2112—2003-ci illər — III Ur sülaləsinin hökmranlığı
- e.ə. 2104-cü il — İkiçayarasında Kuti hakimiyyətinin süqutu
- e.ə. 2093—2046-cı illər — Ur hökmdarı Şulqinin hakimiyyəti
- e.ə. II minillik — Dövlət qurumlarının parçalanması
- e.ə. II min. I yarısı — Turukki və su tayfalarının siyasi fəaliyyətinin başlanması
- e.ə. 1813—1781-ci illər — Assur hökmdarı I Şamşi-Adadın hakimiyyəti
- e.ə. 1797—1757-ci illər — Assur hökmdarı I İşme-Daqanın hakimiyyəti
- e.ə. 1792—1750-ci illər — Babilistan hökmdarı Hammurapinin hakimiyyəti
- e.ə. 1307—1275-ci illər — Assur hökmdarı I Adadnirarinin hakimiyyəti
- e.ə. 1274—1245-ci illər — Assur hökmdarı I Salmanasarın hakimiyyəti
- e.ə. 1244—1208-ci illər — Assur hökmdarı I Tükulti-Ninurtanın hakimiyyəti
- e.ə. IX—VIII əsrlər — Midiya ərazisində xırda vilayət hakimləri
- e.ə. IX əsr. I yarısı — Zamua ölkəsində xırda dövlət qurumları
- e.ə. 883—859-cu illər — Assur hökmdarı II Aşşurnasirpalın hakimiyyəti
- e.ə. 880-ci il — II Aşşurnasirpalın Zamua ölkəsinə yürüşü
- e.ə. 859—824-cü illər — Assur hökmdarı III Salmanasarın hakimiyyəti
- e.ə. 825—812-ci illər — Urartu hökmdarı İşpuininin hakimiyyəti
- e.ə. 823—811-ci illər — Assur hökmdarı V Şamşi-Adadın hakimiyyəti
- e.ə. 820-ci il — V Şamşi-Adadın Nairi ölkəsinə hərbi səfəri
- e.ə. 810—783-cü illər — Assur hökmdarı III Adadnirarinin hakimiyyəti
- e.ə. 810—781-ci illər — Urartu hökmdarı Menuanın hakimiyyəti
- e.ə. 781—760-cı illər — Urartu hökmdarı I Argiştinin hakimiyyəti
- e.ə. 775-ci il — I Argiştinin Mannaya soxulması
- e.ə. 773—693-cü illər — Skit padşahlığının mövcud olması
- e.ə. 760—730-cu illər — Urartu hökmdarı II Sardurinin hakimiyyəti
- e.ə. t. 750-ci il — II Sardurinin Mannada işğalı
- e.ə. 744—727-ci illər — Assur hökmdarı III Tiqlatpalasarın hakimiyyəti
- e.ə. 740—719-cu illər — Manna hökmdarı İranzunun hakimiyyəti
- e.ə. 730—714-cü illər — Urartu hökmdarı I Rusanın hakimiyyəti
- e.ə. 722—705-ci illər — Assur hökmdarı II Sarqonun hakimiyyəti
- e.ə. 719-cu il — Şuandahul və Durdukka şəhərlərində İranzuya qarşı üsyan
- e.ə. 718—716-cı illər — Manna hökmdarı Azanın hakimiyyəti
- e.ə. t. 716—680-cı illər — Manna hökmdarı Ullusununun hakimiyyəti
- e.ə. 714-cü il — II Sarqonun Mannaya böyük yürüşü
- e.ə. t. 712—675-ci illər — Midiya hökmdarı Deyokun hakimiyyəti
- e.ə. VII əsr — Sakların Albaniyada məskunlaşması
- e.ə. 681-668-ci illər — Assur hökmdarı Asarhaddonun hakimiyyəti
- e.ə. t. 675-653-cü illər — Midiya hökmdarı Faraortanın hakimiyyəti
- e.ə. t. 675-650-ci illər — Manna hökmdarı Ahşerinin hakimiyyəti
- e.ə. 668-626-cı illər – Assur hökmdarı Aşşurbanipalın hakimiyyəti
- e.ə. 653-625-ci illər – Midiya skitlərin hakimiyyəti altında
- e.ə. 650-ci il – Aşşurbanipalın Manna qoşununu məğlub etməsi
- e.ə. 650-ci il – Ahşerinin sui-qəsd nəticəsində öldürülməsi
- e.ə. t. 650-630-cu illər – Manna hökmdarı Uallinin hakimiyyəti
- e.ə. 640-629-cu illər – Fars hakimi İkirim hakimiyyəti
- e.ə. 625-585-ci illər – Midiya hökmdarı Kiaksarın hakimiyyəti
- e.ə. 615-612-ci illər – Midiyanın Assuriya ilə müharibəsi
- e.ə. 585-ci il – Kiaksarın Lidiya ilə sülh müqaviləsinin bağlanması
- e.ə. 585-550-ci illər – Midiya hökmdarı Astiaqın hakimiyyəti
- e.ə. 584-558-ci illər – Fars hakimi I Kambizin hakimiyyəti
- e.ə. 558-530-cu illər – Fars hökmdarı II Kirin hakimiyyəti
- e.ə. 550-330-cu illər – Əhəmənilər sülaləsinin hakimiyyəti
- e.ə. 550-ci il – Midiyanın suquta uğraması
- e.ə. 530-cu il – II Kirin massaget tayfalarına qarşı yürüşü
- e.ə. 530-522-ci illər – Fars hökmdarı II Kambizin hakimiyyəti
- e.ə. 522-521-ci illər – Qaumata-Bardi və Əhməni dövlətində üsyanlar
- e.ə. 522-486-cı illər – Fars hökmdarı I Daranın hakimiyyəti
- e.ə. 486-465-ci illər – Fars hökmdarı Kserksin hakimiyyəti
- e.ə. 336-323-cü illər – Makedoniyalı İsgəndərin hakimiyyəti
- e.ə. 334-326-cı illər – Makedoniyalı İsgəndərin Şərq yürüşü
- e.ə. 333-cü il – Anadolu İsgəndərin hakimiyyəti altında
- e.ə. 331-ci il – Qavqamela (Cancal) düzənliyində döyüş
- e.ə. 330-cu il – Əhəməni dövlətinin süqutu
- e.ə. 327-ci il – Baktriya və Soqdanın İskəndər tərəfindən tutulması
- e.ə. 327-ci il – İskəndərin Hindistana yürüşü
- e.ə. 323-cü il – Adərbayqan (Atropatena) dövlətinin yaranması
- e.ə. 321-281-ci illər – Sələvkilər sülaləsinin hakimiyyəti
- e.ə. 223-187-ci illər – Sələvki II Antioxun hakimiyyəti
- e.ə. 222-220-ci illər – Midiya satrapı Molonun Sələvkilərə qarşı @üsyanı
- e.ə. 220-ci il – Azərbaycanın sələvkilərdən asılılığı
- e.ə. 209-205-ci illər – III Antioxun Şərq yürüşü
- e.ə. II əsr – Albaniyada Aranilər sülaləsinin hakimiyyətə gəlməsi
- e.ə. 189-160-cı illər – Ərməniyə hökmdarı I Artaşesin hakimiyyəti
- e.ə. 175-163-cü illər – Sələvki hökmdarı IV Antioxun hakimiyyəti
- e.ə. 171-139-cu illər – Parfiya hökmdarı I Mitridatın hakimiyyəti
- e.ə. 148-147-ci illər – I Mitridatın Midiyanı zəbt etməsi
- e.ə. 95-55-ci illər – Ərməniyə hökmdarı I Tiqranın hakimiyyəti
- e.ə. 74-64-cü illər – Romanın VI Mitridatla müharibəsi
- e.ə. 71-ci il – Lukulun yürüşü
- e.ə. 67-ci il – I Tiqranın Kappadokiyanı tutması
- e.ə. 63-cü il – VI Mitridatın sonu
- e.ə. 56-34-cü illər – Ərməniyə hökmdarı II Tiqranın hakimiyyəti
- e.ə. 37-e. 3-cü illəri – Parfiya şahı IV Fraatın hakimiyyəti
- e.ə. 36-cı il – Antoninin Parfiyaya yürüşü
- e.ə. 31-ci il – Antoninin Oktavian ilə Aksi yanında döyüşü
- e. I-II əsrlər – Xristianlığın meydana gəlməsi
- I-III əsrlər – Roma-Parfiya münaqişələri
- 63-cü il – Romanın Parfiya ilə sülh müqaviləsi
- 68-ci il – Neronun albanlarla qarşı yürüşə hazırlaşması
- 81-96-cı illər – Roma imperatoru Domisianın hakimiyyəti
- 96-117-ci illər – Roma imperatoru Trayanın hakimiyyəti
- 114-cü il – Trayan tərəfindən Ərməniyənin tutulması
- 115-ci il – Ərməniyənin Roma vilayətinə çevrilməsi
Azərbaycan ilkin feodalizm dövründə
- III – V əsrlər – Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlərin bərqərar olması
- III – VII əsrlər – Sasanilər sülaləsinin hakimiyyəti
- t. 215-255-ci illər – Alban hökmdarı I Vaçaqanın hakimiyyəti
- 215-276-cı illər – Maninin həyatı
- 226-cı il – İranda parfların hakimiyyətinə son qoyulması
- 226-cı il – İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi
- 241-272-ci illər – Sasani şahı I Şapurun hakimiyyəti
- 242-ci il – Mani təliminin yayılması
- t. 255-262-ci illər – Alban xristian hökmdarı I Vaçenin hakimiyyəti
- 260-cı illər – I Şapur tərəfindən Roma ordusunun məğlubiyyəti
- 270-275-ci illər – Roma imperatoru Avrelianın hakimiyyəti
- 287-332-ci illər – Ərməniyədə Arşaki nümayəndisi III Trdatın hakimiyyəti
- IV əsr – Ön Asiyada xristian dininin yayılması
- 309-379-cu illər – Sasani şahı II Şapurun hakimiyyəti
- IV əsr. 30-cu illəri – Xristianlığın Roma imperiyasında dövlət dininə çevrilməsi
- t. 332-338-ci illər – Ərməniyə hökmdarı II Xosrov Kotakın hakimiyyəti
- 338-345-ci illər – Ərməniyə hökmdarı Tiranın hakimiyyəti
- t. 342-350-ci illər – Albaniya torpaqlarının Ərməniyə tərəfindən işğalı
- 345-367-ci illər – Ərməniyə hökmdarı II Arşakın hakimiyyəti
- t. 359-371-ci illər – Alban xristian hökmdarı Urneyrın hakimiyyəti
- 359-cu il – Amid döyüşü
- 364-378-ci illər – Roma imperatoru Valentinin hakimiyyəti
- 369-374-cü illər – Ərməniyə hökmdarı Papın hakimiyyəti
- 371-ci il – Dzirav çölündə döyüş
- 387-ci il – Roma və İran arasında Ərməniyənin bölüşdürülməsi
- 399-421-ci illər – Sasani şahı I Yezdəgerdin hakimiyyəti
- 421-438-ci illər – Sasani şahı V Bəhram Gürün hakimiyyəti
- 428-ci illər – Ərməniyənin Sasani dövlətinin canişinliyinə çevrilməsi
- t. 443-451-ci illər – Syuni hakimi Vasakın hakimiyyəti
- 457-459-cu illər – İranda hakimiyyət uğrunda mübarizə
- 459-484-cü illər – Sasani şahı Firuzun hakimiyyəti
- 462-ci il – Haylandur hunların Albaniyaya gəlməsi
- 481-484-cü illər – Ərməniyə xristianlarının Sasani şahına qarşı üsyanları
- 481-529-cu illər – Məzdəkilər hərəkatı
- 484-488-ci illər – Sasani şahı Balaşın hakimiyyəti
- 485-ci il – Nvarsak sülhü
- 488-531-ci illər – Sasani I Kavadın hakimiyyəti
- 493-510-cu illər – Alban xristian hökmdarı III Vaçaqanın hakimiyyəti
- 498-ci il – Aquen məclisi
- V əsr. sonu-VI əsr. əvvəli – Albaniyada xristianlığın zorla yayılması
- 510-629-cu illər – Albaniyada sasani mərzbanlığı dövrü
- 529-cu il – Məzdəkin edam olunması
- 531-579-cu illər – İran şahı I Xosrov Ənuşirəvanın hakimiyyəti
- 570-590-cu illər – Mihranın Girdman məckəni
- 571-591-ci illər – İran-Bizans müharibələri
- 579-590-cu illər – Sasani şahı IV Hörmüzün hakimiyyəti
- 582-602-ci illər – Bizans şahı Mavrikinin hakimiyyəti
- 591-ci il – İranın Bizans ilə müqaviləsi
- 591-628-ci illər – Sasani hökmdarı II Xosrov Pərvizin hakimiyyəti
- 600-615-ci illər – Girdman qalasının tikilməsi
- 602-ci il – İran-Bizans müharibələrinin başlanması
- 602-610-cu illər – Fokanın Bizansda hakimiyyəti
- 610-641-ci illər – Bizans hökmdarı II İraklinin hakimiyyəti
- 624-cü il – Bizansların Naxçıvanı tutması
- t. 625-636-cı illər – Girdman hakimiyyəti Varaz-Qriqorun hakimiyyəti
- 628-ci il – Xəzərlərin Qafqaziyəyə yürüşü
- 628-ci il 3 aprel – II Kavadın Irakli ilə sülh müqaviləsinin bağlaması
- 630-632-ci illər – Albaniya türk xaqanlığının siyasi təsiri altında
- 632-634-cü illər – Abu Bəkrin hakimiyyəti
- 632-651-ci illər – İran şahı III Yezdəgerdin hakimiyyəti
- 634-636-cı illər – Yərmuq döyüşü
- 634-644-cü illər – Ömər ibn Xəttabın hakimiyyəti
- 636-680-cı illər – Albaniya hökmdarı Cavanşirin hakimiyyəti
- 638-ci il – Qadsiyyə döyüşü
- 641-668-ci illər – Bizans imperatoru II Konstantinin hakimiyyəti
- 642-ci il – Nəhavənd döyüşündə İranın qələbə çalması
- 642-ci il – Ərəblərin Muğanı işğal etməsi və müqavilənin bağlanması
- 644-cü il – İsfəndiyarın ərəblərlə müqaviləsi
- 646-cı il – Ərəblərin Arrana hücumu
- VII əsrin II yarısı – İslam dininin yayılması
- 651-ci il – Sasani imperiyasının süqutu
- 654-cü il – II Konstantinin Cavanşir ilə birinci görüşü
- 656-661-ci illər – Əmirəl-möminin imam Əli ibn Abitalibin hakimiyyəti
- 660-cı il – II Konstantinin Cavanşir ilə ikinci görüşü
- 661-680-ci illər – Müaviyə ibn Əbi Süfyanın hakimiyyəti
- 661-750-ci illər – Əməvilər sülaləsinin hakimiyyəti
- 680-683-cü illər – Yəzid ibn Müaviyənin hakimiyyəti
- 705-ci il – Şeruyənin edam edilməsi
- 705-715-ci illər – I Vəlidin hakimiyyəti
- 709-cu il – Ərəblərin xəzərlərlə müharibəsinin başlanması
- 748-ci il – Beyləqanda üsyan
- 748-752-ci illər – Azərbaycanda çıxışlar
- 750-1258-ci illər – Abbasilər sülaləsinin hakimiyyəti
- 778-ci il – Xürrəmilərin ərəblərə qarşı birinci üsyanı
- 786-809-cu illər – Xəlifə Harun ər-Rəşidin hakimiyyəti
- IX əsr – Rusların Azərbaycana yürüşü
- IX əsr – Xilafətin zəifləməsi
- IX-XI əsrlər – Azərbaycanda feodal dövlətlərinin istiqlaliyyətə nail olması
- 808-ci il – Xürrəmilərin ərəblərə qarşı İkinci üsyanı
- 821-822-ci illər – Azərbaycanda xürrəmilər hərəkatının genişlənməsi
- 829-cu il 3 iyun – Həşdadsər dağında döyüş
- 830-cu il – Həmədan şəhərinin xürrəmilər tərəfindən tutulması
- 833-cü il 25 dekabr – Həmədan yaxınlığında döyüş
- 836-cı il – Sərkərdə Tərxanın öldürülməsi
- 837-ci il 26 avqust – Bəzz qalasının süqutu
- 838-ci il 14 mart – Babəkin edam edilməsi
Azərbaycan feodalizm dövründə
- IX əsrin 60-cı illəri – Şirvanın istiqlaliyyətinin bərpa edilməsi
- 879-941-ci illər – Sacilər dövləti
- 889-cu il – Məhəmmədin Azərbaycanın hakimi təyin olunması
- 893-cü ildən başlayaraq – Məhəmmədin Ərməniyəyə yürüşləri
- 901-ci il – Məhəmmədin vəfatı
- 914-cü il – Rusların Azərbaycanın Xəzər sahili yaşayış məntəqələrinə basqınları.
- 919-cu il 16 iyul – Ərdəbil yaxınlığında döyüş
- 927-ci il 27 dekabr – Kufə şəhəri yaxınlığında döyüş. Yusifin öldürülməsi
- 942-981-ci illər – Salarilər sülaləsinin hakimiyyəti
- 944-cü il 24 avqust – Bərdə şəhərinin tutulması
- 945-ci il 12 avqust – Rusların Bərdəni tərk etməsi
- X əsrin II yarısı – Azərbaycanda Şəddadilər dövlətinin meydana gəlməsi
- 953-cü il – Məzrubanın Ərdəbildə hakimiyyəti ələ keçirməsi
- 957-ci ilin dekabrı – Məzrubanın ölümü
- 961-981-ci illər – İbrahimin hakimiyyəti
- 971-ci il – Şəddadilər dövlətinin fəaliyyətinin başlanması
- 981-ci il – İbrahimin məğlubiyyəti və Ərdəbilin tutulması
- 987-ci il – Əbdül-heycanın Ərməniyəyə hücumu
- 988-1030-cu illər – Sultan I Mahmudun hakimiyyəti
- 1010-1080-ci illər – Qətran Təbrizi
- 1020-1059-cu illər – Əbu Mənsur Vəhsudan
- 1027-1034-cü illər – Şirvanşah Mənuçöhrün hakimiyyəti
- 1027-1382-ci illər – Kəsranilər sülaləsi
- XI əsr. 30-40-cı illəri – Azərbaycanda rusların hücumlarının genişlənməsi
- 1038-1063-cü illər – Toğrul bəyin hakimiyyəti
- 1038-1157-ci illər – Səlcuq imperiyası
- 1042-ci ilin oktyabrı – Təbrizdə zəlzələ
- 1045-ci il – Həmədanın tutulması
- 1050-ci il – İsfahanın tutulması
- 1050-1067-ci illər – Əbdüləsfər Şavurun hakimiyyəti
- XI əsr. 50-ci illəri – Səlcuq qoşunlarının Azərbaycana daxil olması
- 1055-ci ilin yazı – Bağdadın tutulması
- 1063-1072-ci illər – Alp Arslanın hakimiyyəti
- 1067-ci il – Alp Arslanın Arrana gəlməsi
- XI əsr. 70-80-cı illəri – Şirvanşah Məzyədilər dövlətinin tənəzzülü
- 1071-ci il – Məlazgird yaxınlığında döyüş
- 1072-1092-ci illər – Məlikşahın hakimiyyəti
- 1074-1088-ci illər – III Fəzmunun hakimiyyəti
- 1088-ci il – Gəncənin tutulması
- 1089-1125-ci illər – IV Davidin hakimiyyəti
- 1108-1127-ci illər – Ağsunqurilər sülaləsi
- 1108-1146-cı illər – Fələki Şirvanı
- 1117-ci il – Şirvanın tutulması
- XII əsr. 20-30-cu illəri – Qafqaziyədə feodal dövlətinin istiqlaliyyət uğrunda mübarizəsi
- 1120-ci il – Qəbələ, Şəki, Şamaxının tutulması
- 1120-1160-cı illər – III Mənuçehrin hakimiyyəti
- 1120-1199-cu illər – Əfzələddin Xaqani (Xaqani Şirvani)
- 1121-1122-ci illər – IV Davidin Toğrulla müharibələri
- 1123-cü il – IV Davidin Şirvana gəlməsi
- 1123-cü il – Gülüstan qalasının tutulması
- XII əsr. 30-cu illəri – Azərbaycan Atabəylər dövlətinin meydana gəlməsi
- 1136-1225-ci illər – Atabəylər-Eldənizlər sülaləsinin hakimiyyəti
- 1136-1160-cı illər – Azərbaycan Eldənizlər dövlətinin təşəkkülü
- 1141-1209-cu illər – Nizami Gəncəvi
- 1160-1234-cü illər – İbn əl-Əsir
- 1161-1191-ci illər – Azərbaycan Eldənizlər dövlətinin çiçəklənməsi
- 1161-ci ilin yayı – III Georginin Gəncə və Dəbili qarət etməsi
- 1163-cü ilin yanvarı – Atabəy Eldənizin Gürcüstana hücumu
- 1164 və 1166-cı illər – Gürcülərin Azərbaycana hücumu
- 1174-cü il – Eldənizin Gürcüstana hücumu
- 1175-1186-cı illər – Atabəy Cahan Pəhləvanın hakimiyyəti
- 1184-1213-cü illər – Tamaranın hakimiyyəti
- 1186-1191-ci illər – Qızıl Arslanın hakimiyyəti
- 1188-ci ilin martı – Həmədan yaxınlığında döyüş
- 1190-1245-ci illər – Zülfüqar Şirvani
- 1191-1225-ci illər – Azərbaycan Eldənizlər dövlətinin tənəzzülü
- 1192-ci il – Şirvanda zəlzələ
- 1192-ci il – III Toğrulun Təbrizə hücumu
- XIII əsr. sonu 1447-ci il – Səfəvilər tarixinin birinci dövrü
- 1203-1225-ci illər – I Güstasp ibn Fərruxzadın hakimiyyəti
- 1206-1227-ci illər – Çingiz xanın hakimiyyəti
- 1210-1225-ci illər – Özbəyin hakimiyyəti
- 1219-cu il – Xarəzm dövlətinə basqın
- 1220-ci il – Monqolların Azərbaycana yürüşü
- 1221-ci il – Monqolların Təbrizə yürüşü
- 1222-ci il – Monqolların Şamaxını tutması
- 1224-1244-cü illər – III Fəribürzün Şirvanı idarə etməsi
- 1225-ci il – Azərbaycanın Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalması
- 1225-ci il – Azərbaycanda Atabəylər Eldənizlər dövlətinin süqutu
- 1231-ci il – Gəncədə xalq üsyanı
- 1231-ci il – Monqolların ikinci dəfə Azərbaycana soxulması
- 1235-ci il – Gəncənin tutulması
- XIII əsr. ortaları – Azərbaycana türk-monqol qəbilələrin gəlməsi
- 1251-1260-cı illər – Menku xanın hakimiyyəti
- 1251-1234-cü illər – Şeyx Səfiyəddin İshaq əl-Musəvi-əl-Ərdəbilinin hakimiyyəti
- 1253-cü il – I Hetum Alinin Menku xan ilə ittifaqın bağlanması
- 1256-cı il – Azərbaycanın istila olunması
- 1258-1265-ci illər – Hülakü xanın hakimiyyəti
- 1265-1282-ci illər – Abaqa xanın hakimiyyəti
- 1275-ci il – Arranda üsyanın baş verməsi
- 1275-1338-ci illər – Əvhədi Marağayi
- 1282-1284-cü illər – Əhməd xanın hakimiyyəti
- 1284-1291-ci illər – Arqun xanın hakimiyyəti
- 1291-1295-ci illər – Kəyxatu xanın hakimiyyəti
- 1295-1304-cü illər – Qazan xanın hakimiyyəti
- 1304-1316-cı illər – Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti
- 1316-1335-ci illər – Əbu Səidin hakimiyyəti
- 1319, 1320 və 1322-ci illər – Azərbaycanda ixtişaşların qalxması
- 1334-cü il – Sultaniyyədə üsyan
- 1334-1392-ci illər – Şeyx Səfiəddin Musanın hakimiyyəti
- 1335-ci il – Özbək xanın yenidən Azərbaycana soxulması
- 1335-1336-cı illər – Arpa xanın hakimiyyəti
- 1336-cı il – Musa xanın hakimiyyəti
- 1336-1338-ci illər – Məhəmməd xanın hakimiyyəti
- 1338-1340-cı illər – Satı-bəy xanının hakimiyyəti
- 1338-ci il – Şirvanşahların yenidən müstəqilliyi əldə etmələri
- 1340-1344-cü illər – Süleyman xanın hakimiyyəti
- 1344-cü il – Azərbaycanda hakimiyyətin Məlik Əşrəfin əlinə keçməsi
- 1344-1355-ci illər – Ənuşirəvanın padşah elan edilməsi
- 1345-1372-ci illər – Kavusun hakimiyyəti
- 1347-ci il – Məlik Əşrəfin Şirvana və Bağdada yürüşü
- 1350-ci il – İsfahana yürüşü
- 1355-ci il – Həsən xanın səltənətə çıxması
- 1355-1433-cü illər – Qasım Ənvər
- 1356-1372-ci illər – Cəlairi Sultan Üveysin hakimiyyəti
- 1356-1410-cu illər – Cəlairilərin hakimiyyəti
- 1357-ci il – Canı bəyin Azərbaycanda hakimiyyəti ələ alması
- 1358-ci il – Toxtamışın Təbrizə yaxinlaşması
- 1359-1374-cü illər – Şeyx Üveysin hakimiyyəti
- 1357-ci illər – Şirvanın zəbt olunması
- 1370-1388-ci illər – Pəhləvan bəyin hakimiyyəti
- 1370-1405-ci illər – Teymurun (Teymurləngin) hakimiyyəti
- XIV əsr. 70-ci illər – Qaraqoyunluların Ağqoyunlularla, Cəlairilərə və Teymurilərə qarşı mübarizəsi
- 1372-1382-ci illər – Şirvanşah Huşəngin hakimiyyəti
- 1378-ci il – Bağdad əmirlərinin Ucana hücum etmələri
- 1380-1389-cu illər – Qara Məhəmmədin hakimiyyəti
- 1382-1410-cu illər – Sultan Əhmədin hakimiyyəti
- 1382-1417-ci illər – I İbrahimin Şirvanda hakimiyyəti
- 1382-1538-ci illər – Dərbəndlilər sülaləsinin hakimiyyəti
- 1386-cı il – Teymurun Azərbaycana hücumları
- 1386-ci il – Toxtamışın Azərbaycana hücumu
- 1387-ci il – Teymurun Azərbaycanı tərk etməsi
- 1387-ci il – Üçlük ittifaqının yaranması
- 1387-1392-ci illər – Təbrizə 17 dəfə hücum
- 1387-1399-cu illər – Əlincə qalasının müdafiəsi
- 1388-ci il – Qara Məhəmmədin Təbrizi tutması
- 1389-1412-ci illər – Qaraqoyunlu Kəmaləddin Qara Yusifin hakimiyyəti
- 1392-1427-ci illər – Şeyx Xacə Əlinin hakimiyyəti
- 1394-1434-cü illər – Qara Yuluq Osman bəyin hakimiyyəti
- 1395-ci il – Teymurun Səmərqəndə qayıtması və Hindistana səfəri
- 1402-ci il – Anqara yaxınlığında döyüş
- 1405-ci il – Teymurun ölümü
- 1406-cı il – Qara Yusif və Sultan Əhmədin Azərbaycana qayıtması
- 1406-1447-ci illər – Sultan Şahruxun hakimiyyəti
- 1410-cu il – Sultan Əhmədin Təbrizə yürüşü və ölümü
- 1410-cu il 30 avqust – Şənbi-Qazan adlı yerdə döyüş
- 1412-ci ilin sonu – Kür sahilində döyüş və İbrahimin məğlubiyyəti
- 1417-1462-ci illər – I Xəlilullahın hakimiyyəti
- 1418 və 1420-ci illər – Azərbaycana uğursuz yürüşlər
- 1422-1429 və 1431-1438-ci illər – İskəndərin hakimiyyəti
- 1427-ci il – İskəndərin Şirvana hücumu
- 1427-1447-ci illər – Şeyx İbrahimin hakimiyyəti
- 1429-cu ilin mayı – Şahruxun Azərbaycana gəlməsi
- 1429-1431-ci illər – Əbu Səidin hakimiyyəti
- 1429-cu il – Əbu Səidin Qarabağda və Ermənistanda hökmranlığı
- 1434-1444-cü illər – Əli bəyin hakimiyyəti
- 1435-ci il 16 yanvar – Əli bəyin Diyarbəkrə daxil olması
- 1435-ci ilin yayı – Təbriz yaxınlığında döyüçdə İskəndərin məğlubiyyəti
- 1438-1467-ci illər – Cahanşahın hakimiyyəti
- 1444-1453-cü illər – Cahangir bəyin hakimiyyəti
- 1447-1449-cu illər – Uluq bəyin hakimiyyəti
- 1447-1460-cı illər – Şeyx Cüneydin hakimiyyəti
- 1447-1501-ci illər – Səfəvilər tarixinin İkinci dövrü
- 1449-1470-ci illər – Şeyx Cəfərin Ərdəbilin hakimi olması
- 1453-1478-ci illər – Uzun Həsənin hakimiyyəti
- 1455-1535-ci illər – Kamal əf-din Behzad
- 1457-ci il – Cahanşahın Curcanı və Xorasanı tutması
- 1459-cu ilin yanvarı – Cahanşahla Əbu Səid arasında müqavilənin bağlanması
- 1460-cı il 3 mart – Cüneydin Dağıstana və Şirvana yürüşü
- 1460-1488-ci illər – Şeyx Heydərin hakimiyyəti
- 1461-ci il – Yassıçəməndə müqavilənin bağlanması
- 1462-1501-ci illər – Fərrux Yasarın hakimiyyəti
- 1463-1479-cu illər – Venesiya-Türkiyə müharibələri
- 1465-ci il – Təbrizdə “Göy məscid”in tikilməsi
- 1465-ci il – Moskvaya səfirin göndərilməsi
- 1467-cı ilin mayı – Muş düzündə döyüş
- 1468-1496-cı illər – Seyfəddin Qayıtbəyin hakimiyyəti
- 1472-ci ilin yazı – Venesiyanın Ağqoyunlu dövləti ilə hərbi ittifaq bağlaması
- 1472-1473-cü illər – Ağqoyunlu-Türkiyə müharibələri
- 1473-cü il 1 avqust – Malatiya döyüşü
- 1473-cü il 11 avqust – Otluqbeli döyüşü
- 1474-ci ilin mayı – Şirazda qiyamın baçlanması
- 1474-1477-ci illər – Uzun Həsənin Gürcüstana yürüşü
- 1475-1536-cı illər – Qiyasəddin ibn Hümaməddin əl-Hüseyn
- 1477-ci il – Uzun Həsənin VI Baqratla sülh müqaviləsi
- 1478-1490-cı illər – Yaqub Mirzənin fəaliyyəti
- 1480-cı il – Urfa yaxınlığında döyüş
- 1481-1512-ci illər – Türkiyə Sultanı II Bəyazidin hakimiyyəti
- 1483-cü il – Təbrizdə “Həşt behişt” saray dəstinin tikilməsi
- 1488-ci il 9 iyun – Şahdağın ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşların döyüşü
- 1488-1495-ci illər – Şeyx Sultanəlinin hakimiyyəti
- 1494-1495-ci illər – Ağqoyunluların Ərdəbili və Səfəvilərin mülklərini zəbt etməsi
- 1499-1500-ci illər – İsmayılın Ərzincan səfəri
- 1494-1556-cı illər – Məhəmməd Füzuli
- 1500-ci ilin sonu – İsmayılın Fərrux Yasarla döyüşü
- 1501-1524-cü illər – Şah İsmayılın hakimiyyəti
- 1501-1587-ci illər – Səfəvilər tarixinin üçüncü dövrü
- 1503-cü il 21 iyun – Ağqoyunlu Muradın məğlubiyyəti
- 1504-cü il – Türkiyə sultanı II Bəyazidin Səfəvilər dövlətini tanıması
- 1510-cu il 1 dekabr – Mərv qalası yaxınlığında qızılbaşların özbəklərlə döyüşü
- 1512-1520-ci illər – Sultan Səlimin hakimiyyəti
- 1514-cü il 23 avqust – Çaldıran döyüşü
- 1516-cı ilin əvvəli – Qoçhisarda türklərin qələbəsi
- 1516-1535-ci illər – Mesxi çarı IV Kvarkvarenin hakimiyyəti
- 1520-1566-cı illər – I Süleyman Qanuninin hakimiyyəti
- 1520-1574-cü illər – Kaxetiya çarı Ləvənd xanın (Levan) hakimiyyəti
- 1524-1535-ci illər – II Xəlilullahın Şirvanda hakimiyyəti
- 1524-1576-cı illər – I Təhmasibin hakimiyyəti
- 1526-cı ilin mayı – Səksəncik və Xərzəvil adlı yerlərdə döyüş.
- 1527-ci il 30 iyun – Arpaçay sahilində döyüş
- 1527-ci ilin iyunu – Div Sultanın ölümü
- 1527-1531-ci illər – Təkəli əyanlarının hökmranlığı
- 1534-cü il 27 sentyabr – I Süleymanın Təbrizi tutması
- 1534-1612-ci illər – Sadıx bəy Əfşar
- 1535-ilin yazı – I Süleymanın ikinci dəfə Təbrizə yürüşü
- 1535-1538-ci illər – Şamaxı hakimi Şahruxun hakimiyyəti
- 1538-ci ilin yayı – Səfəvi qoşununun Şirvana daxil olması
- 1540-cı il – I Təhmasibin Bakını tutması
- 1541-ci il – I Təhmasibin Tiflisi tutması
- 1547-1549-cu illər – Şirvanda Səfəvilər əleyhinə üsyanlar
- 1547-1554-cü illər – Şirvanda üsyanların yatırılması
- 1548-ci il – I Süleymanın Azərbaycana üçüncü yürüşü
- 1551-ci il – Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi
- 1552-1553-cü illər – Səfəvilərin Osmanlı ərazisinə yürüşü
- 1554-cü ilin yazı – I Süleymanın Azərbaycana dördüncü yürüşü
- 1555-ci il 29 mart – Amasiyada Səfəvi-Osmanlı dövlətlər arasında sülh müqaviləsi
- XVI əsr. 70-80-cı illər – Şirvanda və Talışda feodallara qarşı üsyanlar
- 1571-ci il – Təbriz sənətkarları və şəhər yoxsullarının üsyanı
- 1574-1595-ci illər – Sultan III Muradın hakimiyyəti
- 1577-ci il – Kürd qiyamı
- 1577-1584-cü illər – Krım xanı II Məhəmməd Gərayın hakimiyyəti
- 1578-ci il – Çıldır döyüşü
- 1578-ci il 24 avqust – Türklərin Tiflisi tutması
- 1578-ci il 28 noyabr – Ağsu çayı sahilində Mollahəsən adlı yerdə döyüş. Səfəvilərin Şirvanda qələbəsi
- 1578-1579-cu illər – Krım tatarlarının Şirvana və Qarabağa hücumu
- 1578-1587-ci illər – Məhəmməd Xudabəndənin hakimiyyəti
- 1583-cü ilin yazı – İmamqulu xanın Şirvana daxil olması
- 1583-cü ilin yazı – Fərhad paşanın Azərbaycana yürüşü
- 1585-ci il – Türkmən və təkəli tayfalarının qiyamı
- 1586-1589-cu illər – Azərbaycanın sultan III Muradın ordusu tərəfindən zəbt olunması
- 1587-1629-cu illər – Şah Abbasın hakimiyyəti
- 1587-ci il – Şah Abbasın Qəzvini tutması
- 1587-1736-cı illər – Səfəvilər tarixinin dördüncü dövrü
- 1590-1613-cü illər – Şirvan ipəyinin Venesiyaya aparılması
- 1590-cı il – Səfəvi-Türkiyə sülh müqaviləsi
- 1590-cı il – Azərbaycanın müstəqilliyinin sonu
- 1591-ci il – Təbriz üsyanı
- 1593-cü il – “Azərbaycan”ın bəylərbəylik şəklində birləşməsi
- XVI əsr. 90-cı illəri-XVII əsr. – Cəlalilər hərəkatı əvvəli
- XVI əsr. sonu-XVII əsr. əvvəli – Azərbaycanın iqtisadi vəziyyətinin ağırlaşması
- XVI əsr. sonu-XVII əsr. əvvəli – Azərbaycanda kəndli çıxışları
- XVII əsr. əvvəli – Osmanlı imperiyasının tənəzzülü. Səfəvi dövlətinin dirçəlişi
- XVII əsr əvvəli – Tərzi Əfşar
- XVII əsr – Azərbaycan şəhərlərinin tənəzzülü
- XVII əsr – Azərbaycanda Yaxın və Orta Şərqin kənd təsərrüfatı məhsullarının bütün növlərinin yetişdirilməsi
- XVII əsr – Fars ədəbiyyatının tanəzzülü
- XVII əsr – Azərbaycan mədəniyyətinin zənginləşməsi
- XVII əsr – Sarı Aşıq
- XVII əsr – Aşıq Abbas Tufarqanlı
- 1603-cü il 21 oktyabr – I Şah Abbasın Təbrizi tutması
- 1603-cü il 16 noyabr – İrəvan qalasının mühasirəyə alınması
- 1603-1607-ci illər – Səfəvi-Osmanlı müharibələri
- 1604-cü il 8 iyun – I Abbasın İrəvan qalasını tutması
- 1605-ci il 7 noyabr – Təbriz yaxınlığında Süfiyan ətrafında döyüş
- 1606-cı il – Cəlalilərin Azərbaycan ərazisinə yiyələnməsi
- 1606-cı il 5 iyun – Gəncənin tutulması
- 1607-ci ilin yanvarı – Bakıda üsyan
- 1607-ci ilin martın əvvəli – Narınqalanın tutulması
- 1608-ci il – Ərzurum ətrafında osmanlı qoşununun cəlalilər ilə toqquşması
- 1610-cu ilin ortaları – Anadolu cəlalilərinin Səfəvi dövlətini tərk etməsi
- 1613-cü il 16 oktyabr – I Şah Abbasın Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüşü
- 1616-cı ilin yazı – Sultan I Əhmədin Səfəvilərlə müharibəsi
- 1616-cı il – Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
- 1618-ci ilin sentyabrı – I Şah Abbasla Xəlil paşa arasında Mərənd sülhünün imzalanması
- 1623-1640-cı illər – IV Muradın hakimiyyəti
- 1624-1626-cı illər – Səfəvi qoşununun Bağdad uğrunda qələbəsi
- 1625-ci il 30 iyun – Şah Abbasın gürcülər üzərində qələbəsi
- 1628-ci il – Şah Abbasın Ost-Hind kompaniyasının nümayəndə heyətini qəbul etməsi
- 1629-1642-ci illər – I Səfəvinin hakimiyyəti
- 1631-1632-ci illər – Kazakların Azərbaycana və Bakıya basqını
- 1634-cü il 10 avqust – Sultan IV Muradın İrəvan qalasını tutması
- 1635-ci il 11 aprel – İrəvan qalasının geri alınması
- 1638-ci il 25 dekabr – Bağdadın Türkiyənin əlinə keçməsi
- 1639-cu il 17 may – Qəsri-Şirin sülh müqaviləsinin bağlanması
- 1639-1640-cı illər – Dərviş Rzanın tərəfdarlarının mübarizəsi
- XVII əsr. ortaları – Səfəvi dövlətində iqtisadi dirçəliş
- t. 1684-1760-cı illər – Xəstə Qasım
- XVIII əsr – Azərbaycan poeziyasının Qafqaz xalqlarının poeziyasına təsiri
- XVIII əsr. əvvəli – Səfəvi dövlətinin ağır iqtisadi və siyasi böhranı
- 1703-1730-cu illər – III Əhmədin hakimiyyəti
- 1707-ci il – Car və Balakən camaatının üsyanı
- 1709-cu il – Şəki və Şirvanda kəndlilərin üsyanı
- 1709 və 1711-ci illər – Təbriz üsyanı
- 1709-1715-ci illər – Soucbulağ və Muğanda üsyan
- 1720-1721-ci illər – Azərbaycanda və Cənubi Dağıstanda İrana qarşı mübarizə
- 1722-ci il 15 iyun – I Pyotrun Azərbaycan dilində “Bəyannamə” nəşr etməsi və Azərbaycan vilayətlərinə göndərilməsi
- 1722-1732-ci illər – II Təhmasibin hakimiyyəti
- 1722-1758-ci illər – Hüseynəli xanın hakimiyyəti
- 1723-cü il 12 iyul – Rus eskadrasının Bakını tutması
- 1723-cü il 12 sentyabr – Xəzərsahili vilayətlərin zorla Rusiyaya birləşdirilməsi
- 1723-cü ilin yazı – Ərzurum paşasının Gürcüstana daxil olması
- 1724-cü il 12 iyul – Rusiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması
- 1724-ilin mayı – Abdulla paşanın Xoy qalasını tutması
- 1724-cü il – Qarabağın Osmanlı Türkiyəsi tərəfindən tutulması
- 1725-ci il iyul-avqustu – Təbrizin qismən tutulması
- 1725-ci ilin oktyabrı – Sarı Mustafa paşanın Gəncəni tutması
- 1725-ci ilin payızı – Türkiyənin Gürcüstan, Ermənistan və Azərbaycanı ələ keçirməsi
- 1726-cı il – Cavad xanlığının Rusiyaya tabe edilməsi
- 1726-cı il – Zəngəzurda üsyan
- 1731-ci il – Qarabağın bütünlüklə zəbt edilməsi
- 1732-ci il 16 yanvar – İranla Türkiyənin sülh müqaviləsi
- 1732-ci il 21 yanvar – Rusiya-İran müqaviləsi
- 1733-cü il – Bağdad ətrafında türk qoşununun məğlubiyyəti
- 1734-cü ilin oktyabrı – Gəncə qalasının mühasirəsi
- 1735-ci il 10 mart – Gəncə yaxınlığında Rusiya-İran müqaviləsinin imzalanması
- 1735-ci ilin sonu – Türk qoşununun Qafqaziyədən çıxması
- 1736-1747-ci illər – Nadir şahın hakimiyyəti
- 1738-ci il – Carda üsyan
- 1738-ci il – Pənahəli bəyin Qarabağa qayıtması
- 1741-ci ilin yazı – Nadir şah ordusunun Azərbaycan və Dağıstanda məğlubiyyəti
- 1743-cü ilin oktyabrı – Şirvan üsyançılarının Ağsuyu tutması
- 1743-1744-cü illər – Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar
- 1744-cü il 31 iyul – Nadir şahın Qars istiqamətində yürüşü
- 1744-cü il 29 noyabr – Nadir şahın Şəkiyə yürüşü
- 1745-ci il 13 fevral – İran qoşununun Şəkiyə ikinci yürüşü
- 1745-ci ilin ortaları – Türkiyə-İran arasında hərbi əməliyyat
- 1748-ci il – Bayat qalasının tikilməsi
- 1748-1763-cü illər – Pənahəli xanın hakimiyyəti
- XVIII əsr. ortaları – Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlərin meydana gəlməsi
- XVIII əsr. 2-ci yarısı – Azərbaycanda Rusiyaya meylin güclənməsi
- XVIII əsr. 2-ci yarısı – Azərbaycanın iqtisadiyyatında durğunluq
- 1752-ci il 21 mart – II İraklinin xəyanəti. Kartli və Kaxetiya krallarının xanlarla Gəncə yaxınlığında görüşü
- 1755-ci il – Çələbi xanın Şamaxı və Qubanın birləşmiş qüvvələrilə toqquşmada məğlubiyyəti
- 1755-ci il – Hacı Çələbinin ölümü
- 1755-1757-ci illər – Şuşa qalasının tikilməsi
- 1757-ci il – Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü
- 1757-ci il – Salyan xanlığının Qubaya birləşdirilməsi
- 1758-1789-cu illər – Fətəli xan Əfşarın hakimiyyəti
- 1759-cu ilin noyabrı – Dərbəndin Qubaya birləşdirilməsi
- VIII əsr. 60-80-cı illəri – Feodal zülmünə qarşı çıxışlar
- 1760-cı il – Fətəli xan Əfşarın Qarabağa hücumu
- 1762-cı il – Fətəli xan Əfşarın Azərbaycana yürüşü
- 1762-ci il – Kərim xan Zəndin Azərbaycana hücumu
- 1763-1806-cı illər – İbrahimxəlil xanın hakimiyyəti
- 1767-cı il – Bakının Qubaya birləşdirilməsi
- 1768-ci ilin avqustu – Fətəli xanın Şamaxını tutması
- 1768-ci il – Cavad xanlığının Qubaya birləşdirilməsi
- 1768-1774-cü illər – Rusiya-Türkiyə müharibəsi
- 1769-cu ilin iyulu – Fətəli xanın Hüseyn xanla müqaviləsi
- 1774-cü il – Birləşmiş qüvvələrin Qubaya hücumu
- 1774-cü il – II Yekaterinanın Türkiyə ilə müqaviləsi
- 1779-cu il – Nuxa qalasının tutulması
- 1780-1781-ci illər – Fətəli xanın Qarabağa yürüşləri
- 1782-ci il – İbrahimxəlil xanın Peterburqa elçi göndərməsi
- 1783-cü il – Gürcüstanın Rusiyanın tabeliyinə keçməsi
- 1783-cü il – Tərkinin Rusiyaya birləşdirilməsi
- 1783-cü il – Krımın ilhaq edilməsi
- 1784-cü il – Fətəli xanın Azərbaycanın cənubuna yürüşü
- 1785-ci il – Fətəli xanın Şəkini tutması
- 1785-ci il – Quba xanlığının Gürcüstan ilə ittifaqı
- 1786-1857-ci illər – Qasım bəy Zakir
- 1789-cu il – Mərənd yaxınlığında döyüş. Qarabağ qoşununun məğlubiyyəti
- 1789-1791-ci illər – Əhməd xanın hakimiyyəti
- 1791-1810-cu illər – Şeyxəli xanın hakimiyyəti
- 1794-cü il – İran qoşunlarının Əsgəran qalası yaxınlığında məğlubiyyəti
- 1794-1852-ci illər – Mirzə Şəfi Vazeh
- 1794-1847-ci illər – Abasqulu ağa Bakıxanov
- 1795-ci il – Şuşanın mühasirəsi
- 1795-ci il- Eres sultanliginin Sekiye birlesdirilmesi
- 1795-ci il – Ağa Məhəmməd xan Qacarın Azərbaycana yürüşü
- 1796-cı il -Rus qoşunlarının Azərbaycana hərbi yürüşü
- 1797-ci il – Ağa Məhəmməd xan Qacarın Azərbaycana ikinci yürüşü
- 1797-ci il – Ağa Məhəmməd xan Qacarın Şuşaya gəlməsi
Azərbaycan kapitalizm dövründə
1801-ci il – 12 sentyabr Şərqi Gürcüstanın, Qazax və Şəmsədilini Rusiyaya birləşdirilməsi
1802-1870-ci illər Mirzə Kazım bəy
1802-ci il 26 dekabr – Georgiyevsk anlaşması
1803-cü il 29 mart – Rus qoşunlarının Car-Balakəni tutması
1804-cü il 3 yanvar – Gəncənın rus qoşunları tərəfindən işğalı
1804-cü ilin əvvəli – Rus qoşunlarının Zaqatala yaxınlığında məğlubiyyəti
1804-1813-cü illər – Rusiya-İran müharibəsi
1805-ci il 14 may – Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsinin imzalanması
1805-ci il 21 may – Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilənin imzalanması
1805-ci il 25 (27) dekabr – Şirvan xanlığının Rusiyaya qatılması
1806-cı il 8 fevral – General Sisyanovun Bakı ətrafında öldürülməsi
1806-cı il – Qarabağ xanı İbrahim xanın ailəsi ilə birlikdə öldürülməsi
1806-cı il – Şəki xanlığında rus işğalına qarşı üsyan
1806-cı il 22 iyun – Dərbəndin işğalı
1806-cı il oktyabr – Bakı və Quba xanlığının işğalı
1806-cı il 3 oktyabr – Bakı xanlığının ləğv edilib Bakı dairəsinin yaradılması
1806-1812-ci illər – Rusiya-Türkiyə savaşı
1807-ci ilin sonu – Şəkidə çar idarə üsulunun bərqərar olması
1809-1894-cü illər – Mir Mehdi Xəzani
1810-cu il – Əsgəran danışıqları
1810-cu il – Quba xanlığının ləğv edilib Quba əyalətinin yaradılması
1810-1811-ci illər – Quzey Azərbaycanda çar ordusuna qarşı çıxışlar
1812-ci il 16 may – Rusiya və Türkiyə arasında Buxarest barışıq müqaviləsi
1812-1873-cü illər – Əbülqasim Nəbati
1812-1878-ci illər – Mirzə Fətəli Axundov
1813-cü il 1 yanvar – Lənkəran qalasının Rus qoşunları tərəfindən alınması
1813-cü il 12 oktyabr – Gülüstan sülh müqaviləsi
1818-ci il 31 mart – Qazax, Şəmsədil və Borçalıda ağa və kəndlilər arasında münasibətləri
nizamlayan “Əsasnamə”nin qəbul olunması
1819-cu il – Şəki xanlığının, Qazax və Şəmsədil sultanlıqlarının ləğv edilməsi
1819-1820-ci illər – Şəmsədildə rus ağalığına qarşı üsyan
1820-ci il – Şirvan xanlığının ləğv edilməsi
1821-ci il – Transqafqazda “İmtiyazlı gömrük” adlanan ticarət qanununun qəbul edilməsi
1822-ci il – Qarabağ xanlığının ləğv edilməsi
1824-cü il – Quba bəylərinin torpaq hüquqlarını nizamlayan “Əsasnamə”nin qəbul olunması
1825-1879-cu illər – Mirzə Qədim İrəvani
1826-cı il – Talış xanlığının ləğv edilməsi
1826-1828-ci illər – II Rusiya-İran müharibəsi
1826-cı il – Quzey Azərbaycanda “ümummüsəlman üsyanı”
1826-cı ilin sentyabrı – Şəmkir və Gəncə yaxınlığında rus ordusunun qələbəsi
1827-ci il yanvar – Rus qoşunlarının Əhəri işğal etməsi
1827-ci il 20 aprel – Xudafərin körpüsünün rus qoşunları tərəfindən tutulması
1827-ci il 26 iyun – Naxçıvanın ruslar tərəfindən tutulması
1827-ci il 1 oktyabr – İrəvanın ruslar tərəfindən işğalı
1827-ci il 13 oktyabr – Rusların Təbrizi işğal etməsi
1827-ci il – Şəkidə ilk ipək emalı fabrikinin təsis olunması
1828-ci il 28 yanvar – Urmiyanın işğalı
1828-ci il 8 fevral – Ərdəbilin işğalı
1828-ci il fevral – Şeyx Səfi məqbərəsindən 166 dəyərli əlyazmanın Sankt-Peterburqa aparəlması
1828-ci il 10 fevral – Türkmənçay müqaviləsi
1828-ci ilin apreli – Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi
1828-1830-cu illər – İran və Türkiyə ermənilərinin Qafqaza köçməsinin mütəşəkkil xarakter alması
1829-cu il – Ədirnədə Rusiya-Türkiyə müqaviləsinin imzalanması
1829-1897-ci illər – Hacı Mehdi Şükuri
1830-cu il – Car-Balakən üsyanı
1837-ci il – Quba üsyanı
1837-1907-ci illər – Mirzə Əli xan Ləli
1838-ci il – Şəki üsyanı
1838-1910-cu illər – Əfhədi Marağayi
1840-cı il – Komendant üsul-idarəsinin ləğvi
1840-cı il – İnzibati və aqrar islahatlar
1842-1907-ci illər – Həsən bəy Zərdabi
1846-cı il 6 dekabr – Bəylərin hüquqları haqqında fərman
1848-1852-ci illər – Babilər hərəkatı
1850-ci il – Zəncanda babilər üsyanı
XIX əsr. 2-ci yarısı – Kapitalizmin yaranması və inkişafı
XIX əsr. 2-ci yarısı – Kapitalist sənayesinin inkişafı
XIX əsr. 2-ci yarısı – Burjua və fəhlə sinifinin meydana çıxması
1854-1926-cı illər – Nəcəf bəy Vəzirov
1861-1943-cü illər – Cabbar Qaryağdı
1862-1911-ci illər – Mirzə Ələkbər Sabir
1864-1940-cı illər – Əli bəy Hüseynzadə
1865-1934-cü illər – Əlimərdan bəy Topçubaşov
1866-1932-ci illər – Cəlil Məmmədquluzadə
1866-1937-ci illər – Sultanməcid Qənizadə
1868-1939-cu illər – Əhməd bəy Ağaoğlu
1870-ci ildən başlayaraq – Fəhlə hərəkatı
1870-ci il – Kəndli və inzibati islahatlar
1870-1925-ci illər – Nəriman Nərimanov
1870-1933-cü illər – Əbdürrəhim bəy Haqverdiyev
1871-ci il – Buruq üsulu ilə neft quyusunun qazılması
1872-ci il – Neft sənayesində iltizam sisteminin ləğvi
1872-1950-ci illər – Məhəmməd Səid Ordubadi
1873-cü il 22 mart – “Hacı Qara” komediyasının ilk tamaşası
1873-1934-cü illər – Mirzə Əli Möcüz Şəbistəri
1875-ci il – Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılması
1875-ci il 22 iyun – “Əkinçi” qəzetinin nəşrinin başlanması
1875-1939-cu illər – Süleyman Sani Axundov
1876-cı il – Qori seminariyasının açılması
1879-cu il – Qori seminariyasının Azərbaycan bölməsi
1879-cu il – “Ziya” qəzetinin çıxması
1897-1936-cı illər – İbrahim bəy Musabəyov
1880-cı il – İlk telefon rabitəsinin yaranması
1880-1890-cı illər – “Kaspi”, “Bakinskiye izvestiya” və “Baku” qəzetləri (rus dilində)
1880-1891-ci illər – “Kəşkül” qəzeti
1880-1919-cu illər – Əliqulu Qəmküsar
1880-1943-cü illər – Əzim Əzimzadə
1882-1946-cı illər – Əli Nəzmi
1883-cü il – Qafqazda dəmir yolunun açılması
1884-1950-ci illər – Zülfüqar Hacıbəyov
1884-1955-ci illər – Məhəmməd Əmin Rəsulzadə
1885-1937-ci illər – Müslüm Maqomayev
1885-1948-ci illər – Üzeyir Hacıbəyov
1887-1943-cü illər – Yusif Vəzir Çəmənzəminli
1888-1909-cu illər – Səid Səlmasi
XIX əsr. son rübü – Qaçaq hərəkatı
1894-cü il – Bakıda ilk kitabxananın açılması
1895-ci il – İlk mütəşəkkil tətil
1896-cı il – Qaçaq Nəbinin öldürülməsi
1898-1922-ci illər – Bəhruz Kəngərli
1899-cu il – Bakıda 6 sosial-demokrat hərəkatının genişlənməsi
1900-cu il – Bakı-Vladiqafqaz dəmir yolunun işə düşməsi
Azərbaycan XX əsrdə
1900 – Bakı-Petrovsk (Mahaçqala) dəmir yolu xəttinin istifadəyə verilməsi; əlvan metallurgiya sənayesinin inhisarlaşmasının əsasını qoyan müqavilənin bağlanması.
1 may 1900 – “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun”un verilməsi.
18 mart 1901 – Nazirlər Komitəsinin Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfərədək kəndli köçürmək haqqında qərar verməsi.
1901 – H.Z.Tağıyevin Bakıda qızlar məktəbi açdırması.
1902 – Bakıda ilk açıq siyasi nümayişin keçirilməsi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında “Müsəlman gənclik təşkilatı”nın yaradılması.
21 aprel 1903 – “Cənubi Qafqazın beş qubernuyasında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydası haqqında” əsasnamə verilməsi.
1-22 iyul 1903 – Bakıda ilk ümumi siyasi tətilin keçirilməsi.
1904 – Rəşid bəy İsmayılovun “Muxtəsər Qafqaz tarixi” əsərini yazması.
1904-cü ilin payızı – Müsəlman sosial-demokrat “Hümmət” təşkilatının yaradılması.
30 dekabr 1904 – Bakı fəhlələrinin ümumi tətilinin qələbə ilə başa çatması. Neft sənayeçiləri ilə fəhlələr arasında “müştərək müqavilə”nin imzalanması.
1904 – “Müsəlman artistləri cəmiyyəti”nin təşkil edilməsi.
6-9 Fevral 1905 – Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlı soyqırımı törətmələri.
26 fevral 1905 – Qafqaz canişinliyinin bərpa edilməsi.
1905-ci ilin yaz və yayı – Azərbaycan milli burjuaziyanın Nazirlər Komitəsinə “Ərz-hallar” adlandırılan sənəd təqdim etməsi.
24 may 1905 – Ermənilərin İrəvanda azərbaycanlı soyqırımı törətmək cəhdlərinin iflasa uğraması.
İyun 1905 – Erməni daşnaklarının Qaçar kəndi uğrunda döyüşlərdə darmadağın edilməsi.
İyun 1905 – “Həyat” qəzetinin nəşrə başlaması.
16-21 avqust – Şuşa döyüşləri. Erməni quldurlarının ağır məğlubiyyətə düçar olması.
15 avqust 1905 – Ümumrusiya müsəlmanlarının I qurultayının keçirilməsi.
25 noyabr 1905 – Bakı fəhlə Deputatları Sovetinin yaradılması.
1905-ci ilin payızı – “Müsəlman cəmiyyəti xeyriyyəsi” və “Müdafiə və müsəlman kübarları və ziyalılarının ittifaqı cəmiyyəti” təşkilatının yaradılması.
12 dekabr 1905 -1905-1911-ci illər İran inqilabının başlanması.
1905 – “Qeyrət” mətbəəsinin yaradılması.
1905-1913 – Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin “Zübdətüt-tarix” əsərini nəşr etməsi.
1905-ci ilin yazı və payızı – Ə.B.Ağayev “Difai” (“Müdafiə”) təşkilatının yaranması.
15-23 yanvar 1906 – Ümumrusiya müsəlmanlarının II qurultayının keçirilməsi.
aprel 1906 – “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması.
31 may 1906 – Azərbaycanda I Dumaya seçkilərin keçirilməsi.
5 avqust 1906 – Müzəfərəddin şahin konstitusiya haqqında fərman verməsi.
16-23 avqust 1906 – Ümumrusiya müsəlmanlarının III qurultayının keçirilməsi.
Avqust 1906 – Azərbaycan müəllimlərinin I qurultayının keçirilməsi.
1906 – “Nəşr maarif” və “Nicat” cəmiyyətlərinin yaradılması.
30 dekabr 1906 – Müzəfərəddin şahın Konstitusiyanın qüvvəyə minməsi haqqında fərman verməsi. 1906-cı ilin sonu – Azərbaycanda II Dumaya seçkilərin keçirilməsi.
1906 – Qalakənd mis zavodunun istehsalı dayandırması.
May 1907 – Gəncədə İ.Ziyadxanov “Müdafiə” təşkilatını yaratması.
1907-ci ilin əvvəli-iyun 1907 – Azərbaycanda III Dumaya seçkilərin keçirilməsi.
12 yanvar 1908 – İlk Azərbaycan operası olan “Leyli və Məcnun”un tamaşaya qoyulması. Yanvar 1908 – Təbrizdə fədai mərkəzlərinin yaradılması.
23 iyun 1908 – Tehranda əksinqilabi çevrilişin baş verməsi. Konstitusiya tərəfdarlarına və demokratik qüvvələrə divan tutulması.
18 iyul 1908 – Səttarxanın fədailəri tərəfindən Təbrizin ağ bayraqlardan təmizlənməsi.
19 mart 1910 – Səttarxan və Bağırxanın Tehrana yola salınması.
1910 – Qafur Rəşad Mirzəzadənin “Qafqaz coğrafiyası haqqında” əsərinin çap olunması.
Oktyabr 1911 – “Müsavat” partiyasının əsasının qoyulması.
Dekabr 1911 – Təbrizin rus qoşunları tərəfindən tutulması. İnqilabın məğlubiyyəti.
1912 – Rusiyanın və xarici ölkələrin 7 nəhəng bankı tərəfindən “Oyl” inhisar birliyinin təşkil edilməsi; Bakı və Tiflis şəhərləri arasında birbaşa teleqraf xəttinin çəkilməsi; Təbrizdə alman iş adamlarına məxsus
May və sentyabr 1912 – Nuxa ipək sənayesi fəhlələrinin qələbə ilə nəticələnmiş tətillərinin başlanması.
Sentyabr-oktyabr 1912 – Azərbaycanda IV Dövlət Dumasına seçkilərin keçirilməsi. Bütün Cənubi Qafqaz müsəlmanlarından yeganə deputat kimi hüquqşünas Məmmədyusif Cəfərovun deputat seçilməsi.
20 dekabr 1912 – “Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi surətdə satılması haqqında qanun”un verilməsi.
1913-cü ilin əvvəlləri – Azərbaycanın qərbində “Tovuz” portland sementi və digər tikinti materialları istehsalı səhmdar cəmiyyətinin təsis edilməsi.
7 iyul 1913 – Dağıstan və Zaqatala dairəsində feodal-asılı münasibətlərin ləğv edilməsi haqqında qanunun qəbul olunması.
4 dekabr 1914 – Sarıqamış əməliyyatı. Türk ordusunun məğlubiyyətə düçar olması.
15 yanvar 1915 – Rus qoşunlarının türk hərbi dəstələrini məğlubiyyətə uğratması.
17-20 yanvar 1915 – Rus qoşunlarının Təbrizi işğal etməsi.
oktyabr 1915 – Gön-dəri sənayesini xammalla təmin etmək üçün xüsusi komitənin təşkil edilməsi.
1913 – Toxuculuq fabriklərinin istehsalını tənzim etmək və onları xammalla təchiz etmək üçün dövlət komitəsinin yaradılması.
1915 – “Açıq söz” qəzetinin nəşrə başlaması.
Sentyabr 1916 – İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun Vilnüs üzərində uğurlu döyüş əməliyyatı keçirməsi.
1916 – Azərbaycanın tütün emalı fabriklərinin cəbhə üçün işləyən strateji müəssisələr sırasına daxil edilməsi.
1916 – İlk Azərbaycan filmi olan “Neft və milyonlar səltənətində” filminin ekranlaşdırılması; Təbrizdə ilk teatr binasının tikilməsi.
6 mart 1917 – Bakı Sovetinə seçkilərin keçirilməsi.
17 mart 1917 – Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi”-nin yaradılması.
27 mart 1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi.
Mart 1917 – Bakıda sosial-demokrat “Ədalət” təşkilatının yaradılması.
15-20 aprel 1917 – Bakıda Qafqaz müsəlmanları qurultayının keçirilməsi.
May 1917 – Moskvada Ümumrusiya müsəlmanlar qurultayının keçirilməsi.
1917-ci il iyunun – “Müsavat” partiyası ilə “Türk Ədəmi Mərkəziyyət” ikinci yarısı partiyasının birləşməsi.
Avqust 1917 – “Birlik” təşkilatının yaradılması.
Sentyabr 1917 – “Rusiyada müsəlmançılıq partiyası” və Gəncədə “İttihadi-İslam” partiyasının yaradılması.
26 oktyabr 1917 – “Müsavat” partiyasının I qurultayının keçirilməsi
1917-ci ilin sonları-1918-ci ilin əvvəlləri – Cənubi Azərbaycanın Xoy, Salmas, Soucbulaq və başqa bölgələrində azərbaycanlılara qarşı erməni-aysor və kürd quldur dəstələrinin soyqırım törətmələri.
10 (23) fevral 1918 – Cənubi Qafqaz Seyminin yaradılması
30 mart-1 aprel 1918 -“Mart soyqırımı”. Erməni-bolşevik qüvvələrinin Bakıda və ətraf ərazilərdə müsəlman soyqırımı törətmələri.
22 aprel 1918 – Cənubi Qafqaz Demokratik Federativ Respublikasının yaradılması.
25 aprel 1918 – Bakı XKS-nın yaradılması. Sədri daşnak-bolşevik Stepan Şaumyan seçildi.
26 may 1918 – Cənubi Qafqaz Seyminin son iclası. Gürcüstanın öz müstəqilliyini elan etməsi.
28 may 1918 – Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi.
28 may 1918 – F.X.Xoyski başda olmaqla I hökumət kabinetinin təşkili və fəaliyyət göstərməsi.
30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi.
4 iyun 1918 – Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Sülh və dostluq” müqaviləsinin imzalanması.
10 iyun 1918 – Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə yürüş
16 iyun 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflisdən Gəncəyə köçməsi.
19 iyun 1918 – Azərbaycan xallq Cümhuriyetinin bütün respublika ərazisinde hərbi vəziyyət elan etməsi
24 iyun 1918 – Azərbaycan üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks olunmuş dövlət bayrağının qəbul olunması
26 iyun 1918 – Azərbaycan Milli ordusunun yaradılması.
27 iyun 1918 -Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi.
31 iyun 1918 – Bakı XKS-nın istefa verməsi.
1 avqust 1918 – “Sentrokasp” diktaturasının hakimiyyəti ələ alması
23 avqust 1918 – Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edilməsi.
28 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etməsi.
15 sentyabr 1918 – Azərbaycan-Türk ordularının Bakını azad etməsi. “Sentrokaspi” diktaturasının devrilməsi.
17 sentyabr 1918 – Azərbaycan hökumətinin Bakıya köçməsi.
9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi.
10 noyabr 1918 – Türk ordusunun Bakını tərk etməsi.
17 noyabr 1918 – General Tomsonun komandanlığı altında ingilis ordusunun Bakıya gəlməsi.
7 dekabr 1918 – Azərbaycan parlamentinin fəaliyyətə başlaması.
15 yanvar 1919 – Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi.
28 may 1919 – Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında ABŞ prezidenti Vilsonla görüşməsi
11 iyun 1919 – Əksinqilab ilə mübarizə təşkilatı”nın yaradılması
1 sentyabr 1919 – Azərbaycan parlamentinin Bakı Unversitetinin açılması haqqında qanun qəbul etməsi.
15 noyabr 1919 – Bakı Dövlət Unversitetinin fəaliyyətə başlaması.
24 oktyabr 1919 – Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması.
7 dekabr 1919 – “İstiqlal” muzeyinin yaradılması.
24 dekabr 1919 – Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə beşinci hökumət kabinetinin yaradılması. 2 yanvar 1920 – RSFSR xarici işlər komissarı Çiçerinin Azərbaycan xarici işlər naziri F. Xoyskiyə birinci notasının göndərilməsi.
11 yanvar 1920 – Versal sülh konfransının Ali Şurası tərəfindən Kerzonun təklifi ilə Azərbaycanın müstəqilliyini defakto tanınması.
15 yanvar 1920 – Azərbaycan nümayəndələrinə Azərbaycanın müstəqilliyinin defakto tanınması barədə Paris sülh konfransının rəsmi qərarının təqdim olunması.
23 yanvar 1920 – Çiçerinin Azərbaycana təcavüzkar ruhlu ikinci nota göndərməsi.
11-12 fevral 1920 – Azərbaycan K(b) P-nın yaradılması.
17 mart 1920 – Xoyskinin Çiçerinə növbəti nota göndərib cavab almaması.
17 mart 1920 – V.İ.Leninin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərməsi.
30 mart 1920 – Nəsib bəy Yusifbəylinin beşinci hökumət kabinetinin istefa verməsi.
15 aprel 1920 – Fətəli xan Xoyskinin Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün Çiçerinin adına növbəti nota göndərməsi
22 aprel 1920 – Məhəmmədhəsən Hacınskinin yeni hökumət təşkil etməkdən imtina etməsi.
27 aprel 1920 – XI Qırmızı Ordunun Bakını işğal etməsi.
1920 – Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi. Azərbaycanın bolşeviklər tərəfindən işğal olunması.
28 aprel 1920 – Azərbaycanda sovet hakimiyyətinin elan edilməsi. Azərbaycan SSR-nin yaradılması. Bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinə verilməsi.
1920 mayın ilk günləri – Qırmızı ordunun Azərbaycan Milli Ordusunun müqavimətini qıraraq Gəncəyə daxil olması, Qazaxı zəbt etməsi, Şamaxı, Göyçay, Şəki, Zaqatala və Balakəni ələ keçirməsi; Bakı limanına hərbi donanmanın daxil olması.
3 may 1920 – Rusiyanın hərbi-dəniz donanmasının Lənkərana və Astaraya desant çıxartması; Azərbaycan İnqilab Komitəsinin dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması.
5 may 1920 – Bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi.
7 may 1920 – Ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verilməsi.
12 may 1920 – İnqilab Komitəsinin xalq məhkəməsi yaradılması haqqında dekretinin verilməsi; “əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali inqilabi tribunal təsis edilməsi; silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilməsi.
15 may 1920 – Xalq Maarif Komissarlığının qərarı ilə vicdan azadlığının elan edilməsi; dinin dövlətdən və məktəbdən ayrılması; Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlərin milliləşdirilərək dövlət mülkiyyətinə verilməsi.
24 may 1920 – Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekret verməsi.
25-31 may 1920 – Sovet rejiminə qarşı Gəncədə Cavad bəy Şıxlınksinin, Mirzə Məhəmməd Qacarın və Cahangir Bəy Kazımbəyovun başçılığı altında üsyan baş verməsi və üsyanın qəddarlıqla yatırılması.
1920 iyunun əvvəli – Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekret verilməsi.
6-18 iyun 1920 – Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılığı altnda xalq üsyanının baş verməsi.
9 iyun 1920 – Bankların milliləşdirilməsi.
15 iyun 1920 – Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələrinin üsyan etməsi.
15 iyul 1920 – Balıq sənayesinin milliləşdirilməsi.
İyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında üsyan baş verməsi.
5-9 avqust 1920 – Qırmızı ordu hissələrinin hücuma keçərək Dro və Nijdenin daşnak qüvvələrini Sisiyan, Qafan və Gorusdan qovması.
Avqust 19 – Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Qaçaq Mayılın başçılığı altında kəndli çıxışlarının baş verməsi.
26 avqust 1920 – Taxıl ticarətinin inhisara alınması haqqında dekret verilməsi.
23 sentyabr 1920 – Yoxsul komitələrinin yaradılması.
1-7 sentyabr 1920 – Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsi.
30 sentyabr 1920 – RSFSR ilə Azərbaycan SSR arasında Moskva müqaviləsinin bağlanması.
2 dekabr 1920 – Türkiyə ilə Ermənistan arasında Aleksandropol (Gümrü) müqaviləsinin bağlanması.
6 mart 1921 – Azərbaycan SSR-nin I Sovetlər qurultayının keçrilməsi.
16 mart 1921 – Türkiyə ilə RSFSR arasında Moskva müqaviləsinin imzalanması.
17 may 1921 – Azərbaycan İnqilab Komitəsinin dekreti ilə ərzaq sapalağının ləğv olunması.
19 may 1921 – Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsi. Azərbaycan İnqilab Komitəsinin ləğv olunması. Ali qanunverici, sərəncamverici, nəzarətedici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yaradılması.
Aprel 1921 – Türk qoşunlarının Naxçıvandan çıxması.
27 iyun 1921 – Azərbaycan K(b)P MK-nın iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə olan iddialarının rədd edilməsi.
4-5 iyul 1921 – RK(b)P-nın Qafqaz Bürosunun Qarabağın dağlıq hissəsinin Azərbaycan SSR-nin tərkibində saxlanması haqqında qərar qəbul etməsi.
Sentyabr-oktyabr 1921 – Türkiyə ilə Cənubi Qafqazın Sovet respublikaları arasında Qars müqavilələrinin bağlanması. Naxçıvanın Azərbaycan hüquqlarında ərazi mənsubiyyətinin bir daha təsdiqlənməsi.
16 oktyabr 1921 – Azərbaycan Dövlət Bankının yaradılması.
12 mart 1922 – Azərbaycan, Gürcüstan və Ermənistan MİK-nin səlahiyyətli nümayəndələrinin ZSFSR-in yaradılması haqqında müqaviləni təsdiq etməsi.
iyun 1922 – Cənubi Qafqaz respublikalarının xarici siyasətinin birləşdirmək haqqında qərar qəbul edilməsi.
10 dekabr 1922 – ZSFR MİK-nin yaradılması. Azərbaycan SSR-nin Formal müstəqillikdən məhrum edilməsi.
22 dekabr 1922 – ZSFSR-in SSRİ tərkibinə qatılması.
1923 – Savadsızlıqla mübarizə üçün Xüsusi Komitənin yaradılması; “Azərbaycanı Öyrənən Cəmiyyət”in yaradılması.
7 iyul 1923 – DQMV-nin yaradılması.
9 fevral 1924 – Naxçıvan MSSR-in təşkil edilməsi.
1924 – Suraxanıda turbobur vasitəsilə ilk quyu qazılması; Azərbaycan Opera və Balet teatrının fəaliyyətə başlanması.
1929 – Latın qrafikasına keçidin başa çatdırılması; Qızılağac və Zaqatala qoruqlarının yaradılması.
1930 – Şəki-Zaqatala mahalında, Naxçıvanın Keçili kəndində, Şəmkirin Bitdili kəndində və s. antisovet üsyanların baş verməsi.
1930-cu ilin yayı – Bərdə və Qasım İsmayılov rayonlarında ilk MTS-lərin təşkil olunması.
1931-ci il – SSRİ Elmlər Akademiyası Azərbaycan şöbəsinin açılması; Azərbaycan Yazıçılar İttifaqının yaradılması; Azərbaycan Rəssamlar İttifaqının təşkil edilməsi.
10 mart 1937 – Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbul edilməsi; Ü.Hacıbəyovun “Koroğlu” operasının tamaşaya qoyulması.
1939 – Azərbaycan SSRİ-də latın qrafikasından kiril qrafikalı əlifbaya keçməsi.
1939 – Ə.Bədəlbəylinin ilk Azərbaycan operası olan “Qız qalası”nı tamaşaya qoyması.
28 iyun 1941 – Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
Avqust 1941 – 402-ci milli diviziyanın yaradılması.
Avqust 1941 – SSRİ və Böyük Britaniya qoşunlarının İrana müdaxiləsi.
Oktyabr 1941 – 223-cü milli diviziyanın yaradılması.
Oktyabr 1941 – İsrafil Məmmədovun ilk azərbaycanlı kimi Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
Mart-sentyabr 1942 – 416-cı (Taqanroq) milli diviziyanın yaradılması.
May 1942 – 77-ci diviziyanın yenidən komplektləşdirilməsi.
Avqust-sentyabr 1942 – 271-ci milli diviziyanın yaradılması.
9 sentyabr 1942 – Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
22 dekabr 1942 – Həzi Aslanovun birinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alması.
1943-cü ilin payızı – Berlində mühacir Azərbaycan Parlamenti və hökuməti seçilməsi. İyun 1944 – H.Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adın almaq üçün təqdim edilməsi.
27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945-1954 – Mingəçevir SES-nın tikilib istifadəyə verilməsi.
1947-10-mart-1948-23 dekabr – SSRİ Nazirlər Sovetinin Ermənistan SSRİ-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarlar qəbul etməsi.
1948 – Xəzər dənizində dünyada ilk dəfə olaraq neft-mədən estakadasının qurulması.
1949 – Azərbaycan SSR-də icbari yeddillik təhsilə keçilməsi.
1955 – M.Ə.Rəsulzadənin Ankarada vəfat etməsi.
1955 – Azərbaycan televiziyasının fəaliyyətə başlaması.
1959 – Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilməsi.
1962 – Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 – İcbari onillik orta təhsilə keçilməsi.
İyul 1969 – H.Ə.Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi.
1976 – H.Ə.Əliyevin Azərbaycan İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978 – Azərbaycan SSR-nin Yeni Konstitusiyasının qəbul edilməsi.
1982 – H.Ə.Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin I müavini təyin edilməsi.
1987 – H.Ə.Əliyevin Moskvada öz vəzifəsindən istefaya göndərilməsi.
19 fevral 1988 – Bakıda-Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqinin keçirilməsi.
Fevral-dekabr 1988 – Qərbi Azərbaycanın (indiki Ermənistanın) azərbaycanlılar yaşayan 185 yaşayış məntəqəsindən 230 min nəfərədək azərbaycanlının qovulması, evlərinin və əmlakının talan edilməsi. Bununla da, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların zorakı deportasiyasının başa çatdırılması.
17 noyabr – Bakıda Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda milli-azadlıq hərəkatının başlanması. 17 noyabr hazırda Dirçəliş günü kimi qeyd edilir.
12 yanvar 1989 – “Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin qərar qəbul etməsi. A.Volskinin başçılığı ilə Xüsusi İdarə Komitəsinin (XİK) yaradılması.
16 iyun 1989 – Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilməsi. Əbülfəz Əliyevin (Elçibəy) AXC sədri seçilməsi.
23 sentyabr 1989 – Respublika Ali Sovetinin sessiyasının “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etməsi.
28 noyabr 1989 – DQMV-də XİK ləğv edilməsi. Azərbaycan SSR- in Təşkilat Komitəsinin yaradılması. 30 dekabr 1989 – Gəncə şəhərinin tarixi adının bərpa olunması.
31 dekabr 1989 – Araz çayı boyunca 137 km-lik Sovet-İran sərhəddində qurğuların dağıdılması. Həmin gün hazırda Dünya Azərbaycanlıların həmrəylik günü kimi qeyd edilir.
20 yanvar 1990 – Bakıda fövqəladə vəziyyət elan edilməsi və Sovet qoşunlarının şəhərə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qanlı divan tutması.
19 may 1990 – Azərbaycan SSR Ali Sovetinin sessiyassında Azərbaycan Respublikasının prezidenti vəzifəsinin təsis edilməsi.
21 may 1990 – Respublika prezidentinin 28 Mayı Azərbaycan dövlətçiliyinin bərpası günü elan etmək haqqında fərman verməsi.
28 iyul 1990 – Respublikada demokratik qüvvələrin forumunun keçirilməsi. – 20-dən çox ictimai təşkilatın iştirak etdiyi demokratik blokun yaradılması.
5 fevral 1991 – Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqinda qərar qəbul edilməsi. 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının dövlət bayrağı kimi təsdiq edilməsi.
30 avqust 1991 – Respublika Ali Sovetinin növbədənkənar sessiyasında”Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyanat” qəbul edilməsi.
5 sentyabr 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması.
8 sentyabr 1991 – Azərbaycanda ilk prezident seçkilərinin keçirilməsi.
14 sentyabr 1991 – Azərbaycan Kommunist Partiyasının fövqəladə XXXIII qurultayının keçirilməsi və partiyanın buraxılması haqqında qərar qəbul edilməsi.
9 oktyabr 1991 – Respublika Ali Sovetinin “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etməsi.
18 oktyabr 1991 – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi.
9 noyabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə rəsmi olaraq Türkiyə tərəfindən tanınması.
20 noyabr 1991 – Azərbaycan Respublikasının bir sıra yüksək vəzifəli şəxslərinin Dağlıq Qarabağda Qarakənd kəndi yaxınlığında vertolyotun vurulması nəticəsində həlak olması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin 50 deputatından ibarət Milli Şura yaranması.
26 noyabr 1991 – Respublika Ali Sovetinin DQMV-nin statusunu ləğv etməsi.
9 dekabr 1991 – Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatına üzv qəbul olunması.
11 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyini Rumıniya tərəfindən tanınması.
13 dekabr 1991 – Azərbaycan Respublikasının müstəqilliyinin Pakistan tərəfindən tanınması.
25 dekabr 1991-1992-1993-cü tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunması; Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının hər il dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması haqqında qərar qəbul etməsi; “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi.
29 dekabr 1991 – Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına münasibətlə bağlı referendum keçirilməsi və Respublika əhalisinin mütləq əksəriyyətinin Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxması.
25-26 fevral 1992- Erməni silahlı birləşmələrinin Rusiyanın Xankəndindəki 366-cı polkunun yardımı ilə Xocalı şəhərini işğal etməsi və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətməsi (Xocalı Soyqırımı).
2 mart 1992 – Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunması.
6 mart 1992 – A.Mütəllibovun prezidentlikdən istefa verməsi.
4 aprel 1992 – Azərbaycan respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanması.
8 may 1992 – Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
may 1992 – Azərbaycan Respublikası Ali Sovetinin Milli şurasının Milli məclisə çevrilməsi.
18-19 may 1992 – Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi.
6 iyun 1992 – Azərbaycan Ordusunun Goranboy və Ağdərə istiqamətində ilk uğurlu hücum əməliyyatına başlaması.
7 iyun 1992 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, Əbülfəz Elçibəyin prezident seçilməsi.
25 iyun 1992 – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılması.
10 iyul 1992 -Azərbaycan Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə qoşularaq Helsinki Yekun aktını imzalaması, ATƏM-in üzvü olması.
15 avqust 1992 – Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması. Oktyabr 1992 – ABŞ konqresinin “Azadlığı müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş etməsi və Azərbaycanın ABŞ-ın maliyyə yardımından məhrum edilməsi.
16 oktyabr 1992 – Respublikanın 91 nəfər tanınmış ictimai-siyasi xadiminin H.Əliyevə müraciət edərək təkidlə ölkə rəhbərliyinə dəvət etməsi.
3-4 aprel 1993 – Kəlbəcər rayonunun Ermənistandan və Dağlıq Qarabağdan erməni hərbi birləşmələrin hücumu nəticəsində işğal edilməsi.
30 aprel 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycan ilə Ermənistan arasında münasibətlər məsələsinə dair 822 saylı qətnamə qəbul edilməsi və Kəlbəcərin işğalının pislənilməsi.
May 1993 – Avropa Birliyinin Qafqaz və Mərkəzi Asiyada nəqliyyatın İnkişafına dair TRASEKA proqramını qəbul etməsi. Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara dəniz-Cənubi Qafqaz-Xəzər dənizi Mərkəzi Asiya istiqamətində nəqliyyat dəhlizinin İnkişaf etdirilməsinə xidmət edir. 3 Cənubi Qafqaz və 5 Mərkəzi Asiya ölkəsi onun iştirakçısıdır.
4 iyun 1993 – Gəncədə S.Hüseynovun başçılığı ilə hərbi müxalifətin qiyam qaldırması.
15 iyun 1993 – H.Əliyevin Azərbaycan RespublikasınınAli Sovetinin sədri seçilməsi. Sonradan həmin günün “Qurtuluş” günü kimi qeyd edilməsi.
23 iyul 1993 – Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
18 avqust 1993 – Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
21-23 avqust 1993 – Cənub bölgəsində Ə.Hümbətovun başçılıq etdiyi qiyamın yatırılması.
23 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu işğal etməsi.
31 avqust 1993 – Qubadlı rayonunun işğal edilməsi.
24 sentyabr 1993 – Azərbaycan Respublikasının MDB-yə daxil olması.
3 oktyabr 1993 – H.Əliyevin Respublika Prezidenti seçilməsi.
30 oktyabr 1993 – Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması.
20 sentyabr 1994 – Qərbin aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) arasında neft konfraktlarının (“Əsrin müqaviləsi”də adlanır) imzalanması.
Oktyabr 1994 – Dövlət çevrilişinə növbəti cəhdin iflasa uğraması.
Mart 1995 – Dövlət çevrilişinə cəhdin iflasa uğraması.
5 iyun 1995 – H.Əliyevin sədrliyi ilə Azərbaycan Respublkası Konstitusiyası layihəsini hazırlayan komissiyanın ilk iclasının keçirilməsi.
24 noyabr 1995 – Azərbaycan Respublikasının Milli Məclisinin öz işinə başlaması.
Fevral 1996 – Müstəqil Azərbaycan Gənclərinin I forumunun keçirilməsi.
22 aprel 1996 – Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanması.
3 iyun 1996 – Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya dövlət başçılarının Kislovodsk şəhərində “Qafqazda millətlərarası barışıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda” bəyənnamə verməsi.
İyul 1996 – Bakıda yeni televiziya qülləsinin istifadəyə verilməsi.
Avqust 1996 – “Dədə Qorqud” dəniz qazma qurğusunun istismara verilməsi.
Noyabr 1996 – Azərbaycanın dahi şairi M.Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsi.
2-3 dekabr 1996 – ATƏT-in Lissabonda keçirilmiş zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında təşkilatın 53 üzvü adından bəyanət qəbul edilməsi.
10 aprel 1997 – Azərbaycan Respublikasının prezidenti yanında Təhlükəsizlik Şurasının yaradılması.
20 aprel 1997 – “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqında prezident fərmanının verilməsi.
16 may 1997 – Azərbaycan Respublikasının Avropada adi silahlı qüvvələr haqqında müqaviləyə qoşulması.
19 iyun 1997 – Özbəkistanda Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyinin açılması.
25 oktyabr 1997 – Azərbaycan neftinin Şimal marşrutu-Bakı-Novorossiysk neft kəməri ilə nəql edilməsinə başlanması.
12 noyabr 1997 – ARDNŞ-lə xarici neft şirkətləri arasında bağlanmış “Əsrin müqaviləsi”əsasında qazılmış ilk neft quyusunun istismara verilməsi
18 dekabr 1997 – Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalanması.
30 yanvar 1998 – Azərbaycan Respublikasının prezidentinin Azərbaycan Xalq Cumhuriyyəti yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam verməsi.
10 fevral 1998 – Milli Məclisin Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etməsi.
26 mart 1998 – Azərbaycan Respublikası prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalaması. Bu fərmanla martın 31-nin azərbaycanlıların soyqırımı günü elan edilməsi.
10 aprel 1998 – “Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
28 aprel 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi.
18 iyun 1998 – İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi.
8 avqust 1998 – “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin fərman imzalaması. Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin-“Qlavlit”in ləğv edilməsi.
8 sentyabr 1998 – Bakıda tarixi İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirilməsi. “Avropa- Qafqaz-Asiya” dəhlizinin İnkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsinin imzalanması.
14-15 sentyabr 1998 – Azərbaycan qadınlarının qurultayının keçirilməsi.
25 sentyabr 1998 – Azərbaycan müəllimlərinin qurultayının keçirilməsi.
11 oktyabr 1998 – Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi, H.Əliyevin ikinci dəfə prezident seçilməsi.
29 dekabr 1998 – Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməsi.
Aprel 1999 – Bakı-Supsa neft kəmərinin işə salınması.
22 iyun 1999 – “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
30 sentyabr 1999 – Bakıda Binə beynəlxalq hava limanının yeni binasının açılması.
18 noyabr 1999 – Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikalari arasında saziş imzalanması.
12 dekabr 1999 – Azərbaycanda ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi.
Aprel 2000 – “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənə ilə qeyd edilməsi.
May 2000 – Azərbaycan Respublikasının Milli Məclisinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Azərbaycan neftinin nəqlinə dair müqaviləni ratifikasiya etməsi.
5 noyabr 2000 – Respublika Milli Məclisinə yeni seçkilərin keçirilməsi.
Noyabr 2000 – Bakı və Sumqayıt şəhərlərində güclü zəlzələnin baş verməsi.
Azərbaycan XXI əsrdə
- 25 yanvar 2001 – Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi.
- 9 avqust 2001 – Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi.
- 9-10 noyabr 2001 – Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi.
- 14 oktyabr 2009 – Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra Azərbaycan və Türkiyə arasında bayraq qalmaqalı başlanmışdır.
- Azərbaycan Respublikası-20
Azərbaycan Tarixinin Xronologiyası
“Azərbaycanın xronoloji tarixi” adlı bu tədris vəsaiti Azərbaycanla bağlı mühüm tarixi, mədəni və iqtisadi hadisələrin xronoloji xülasəsini özündə əks etdirir. Vəsaiti hazırlamaqda məqsədim müəllimlər, tələbələr, şagirdlər üçün əlavə tədris vəsaiti təqdim etmək, abituriyentlər, imtahanlara hazırlaşanlar və ümumiyyətlə, Azərbaycanın tarixi və mədəniyyəti ilə maraqlanan bütün şəxslər üçün yardımçı olmaq, Azərbaycanın tarixini təbliğ etməkdir.
Azərbaycan ibtidai-icma quruluşu dövründə
• 120-100-40-30-cu minilliklər – İbtidai icma quruluşunun formalaşması
• 1,5 min. il—150—120 minilliklər — Quruçay mədəniyyətinin dövrü
• Təxm. 40—35 min—12—10 min il — Paleolit dövrü
• 10—12 min il əvvəl — Qobustanda həyatın başlanması
• 10—12 min il—8 min əvvəl — Mezolit dövrü
• e.ə. 7—6 minilliklər — Neolit dövrü
• e.ə. 6—4 minilliklər — Eneolit dövrü
• e.ə. 4 minilliyin əvvəli — Bəsit dulus çarxının meydana gəlməsi
• e.ə. 4 min. II yarısı—2 min. sonu — Tunc dövrü
• e.ə. 4 min. sonu—3 minillik — Erkən tunc dövrü. Kür-Araz mədəniyyəti.
• e.ə. 3 min. yarısı — Əmlak və sosial bərabərsizliyin artması.
• e.ə. 3 min. axırıncı rübü—2 min. I yarısı — Orta tunc dövrü. İkinci böyük ictimai əmək bölgüsü.
• e.ə. II min. I yarısı — Şəhərsalma mədəniyyətinin təşəkkülü
• e.ə. II min.—I min. əvvəli — Naxçıvan mədəniyyəti
• e.ə. XIV—VIII əsrlər — Son tunc və ilk dəmir dövrü
• e.ə. XIV—VIII əsrlər — Xocalı-Gədəbəy mədəniyyəti
• e.ə. XIV—VII əsrlər — Muğan mədəniyyəti
• e.ə. XIII—XII əsrlər — Borsunlu kurqanı
• e.ə. XII—XI əsrlər — Sarıçoban kurqanı
• e.ə. VII—V əsrlər — İnkişaf etmiş dəmir dövrü
Yükləməyə Keç [71,75 Kb] [ : 1196] –>
- Geri qayıt
- İnfo
- Tarix – 29.11.19
- Müəllif – Tural Cəfərli
- Oxundu – 2 773
- Rəylər – 0
Tarixi xronologiya
E. ə. II minilliyin birinci yarısı – Ön Asiyaya gələn ari tayfaları Urmiya gölü sahillərində hurilərlə təmasda olmuşlar.
E. ə. II minilliyin sonu – Azərbaycanda ibtidai icma quruluşunun dağılması.
E. ə. II minilliyin sonu – I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların soxulması.
E. ə. IX əsrin ikinci yarısı – Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapmışdır.
E. ə. VIII əsr – Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə mübarizə.
E. ə. 714-cü il – II Sarqonun Urartuya qarşı yürüşü.
E. ə. VIII-VII əsrin sonu – kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması.E. ə. VII əsrin 70-ci illəri – Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının meydana gəlməsi.
E. ə. VII əsrin 70-ci illəri – Mada çarlığının meydana gəlməsi.
E. ə. 660-cı ilə yaxın – Mannada çar Ahşeriyə qarşı üsyanlar.
E. ə. 625-585-ci illər – Kiaksarın hökmranlığı.
E. ə. 615-ci il – Madalıların Aşşur ilə müharibəsinin başlanması
E. ə. 612-ci il – Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsiE. ə. 612-605-ci illər – Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında bölünməsi
E. ə. VII əsrin sonu – VI əsrin başlanğıcı – Mannanın, Skif çarlığının və Urartunun madalılar tərəfindən işğal edilməsi
E. ə. 550-ci il – Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi
E. ə. 522-ci il – Qaumatanın çevrilişi.
E. ə. əvvəl 521-ci il – Fravartişin başçılığı ilə madalıların üsyanı
E. ə. IV əsr – eramızın III əsri – Yaloylutəpə mədəniyyəti
E. ə. 334-330-cu illər – Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutuE. ə. 331-ci il – Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və albanların iştirak etməsi
E. ə. IV əsrin son sülsü – Atropatena dövlətinin meydana gəlməsi
E. ə. III əsr – Albaniya dövlətinin meydana gəlməsi
E. ə. 285-280-ci illər – Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları.
E. ə. III əsrin son sülsü – Atropatenanın güclənməsi. Çar Artabazan.E. ə. III əsrin 20-ci illərinin sonu – Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır.
E. ə. III əsr – Albaniyada sikkə kəsilməsi.
E. ə. II əsrin 60-cı ili – Atropatena yenidən müstəqil siyasət yeridir.
E. ə. I əsr – Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin möhkəmlənməsi.
E. ə. I əsr – Roma müdaxiləsinə qarşı albanların mübarizəsi.E. ə. 60-cı illər – Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması.
E. ə. I əsrin ikinci yarısı – Atropatenada Artabazdın hökmranlığı.
E. ə. 36-cı il – Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi. Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının darmadağın edilməsi.
E. ə. 35-ci il – Albanların parfiyalılarla çarpışması. Basilevs Zober.
E. ə. I əsrin sonu – Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma və ittifaq.
Eramızın I əsrinin başlanğıcı – Arşakilər Atropatenada hakimiyyəti ələ keçirmişlər.
Eramızın I əsrinin ikinci yarısı – Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması
70-ci illər – Albanların Azərbaycana və qonşu ölkələrə soxulması
80-90-cı illər – Romalıların Albaniyaya yürüşü
III əsrin II yarısı – Azərbaycan ərazisində Sasani işğalı dairəsi
313-371 – Alban hökmdarı Urnayr
313 – Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi
V əsrin əvvəlləri- Yeni alban əlifbasının yaradılması
422 – Alban keçidinin birgə müdafiəsi üçün İran-Bizans sazişi
428 – Sasanilərin Ermənistanda dövlətçiliyi ləğv etmələri
V əsrin ortaları – Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır
450-451 – Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı
451, 2 iyun – Avarayr döyüşü
457-463 – Alban xalqının Sasanilərə qarşı üsyanı
463-487 – II Vaçenin taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq
481-484 – Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları
485 – Nvarsak sülh müqaviləsi
487 – Alban Arşakilər sülaləsi hakimiyyətinin bərpası
487-510 – III Mömin Vaçaqan
488 – Aquen (Aluen) məclisinin çağırılması
V əsrin sonu VI əsrin I yarısı – Məzdəkilər hərəkatı
510 – Alban Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması
510-628 – Albaniyada II mərzbanlıq dövrüVI əsrin I yarısı, ortaları – Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin) Cənubi Qafqaz ərazisinə yeni yürüşləri
531-579 – I Xosrov Ənuşirəvan
586 – Bizans ordusunun Albaniyaya hücumu
591 – İran-Bizans müqaviləsi
603 – Mihranilərin Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması
603-628 – İran-Bizans müharibəsi
626 – Xəzərlərin Albaniyaya geniş hücumunun başlanması
627 – Mehrani Varaz Qriqorun Ktesifonda “Girdiman hakimi və Albaniyanın işxanı” titulunu alması
629-630 – Xəzərlərin Albaniyanı tutması
639-640 – Ərəblərin Azərbaycana ilk uğursuz basqınları
640-642 – İran qoşunlarının Albaniyaya hücumları
640 – Cavanşirin İberiya hökmdarı Atrnersehlə “sarsılmaz ittifaq” bağlaması
642 – Nihavənd döyüşü
643 – Ərəblərin Azərbaycana hücumu. Ərdəbil döyüşü
643 – Ərəb-Azərbaycan sülh sazişi
643 – Utba ibn Farkadın xəlifənin Azərbaycandakı “amili” vəzifəsinə təyin edilməsi
643 – Ərəblərin Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi
644 – Ərəblərin Muğanı tutması. Sülh sazişi
644-645 – Azərbaycan əhalisinin ərəblərə qarşı çıxışları
644-645 – Ərəblərin Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi
644-645 – Həbib ibn Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı652-653 – Salman ibn Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin yenidən ərəb itaətindən çıxması
654-655 – Həbib ibn Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən asılı vəziyyətə düşməsi
654 – Ərəb canişinini iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II Konstantla danışıqları
664 – Cavanşirin xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi
667-670 – Cavanşirin xəlifə Müaviyə ilə görüşləri və danışıqları
680 – Cavanşirin qətli
VII əsr – 15 aşırımın Xudafərin körpüsünün tikilməsi
VII əsrin II yarısı – Alban şairi Davdək
680 – Xəzərlərin Azərbaycana yeni hücumlarının başlanması
680-669 – Alban hökmdarı I Varaz Tiridat
681 – Alban katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları688-690 – Cənubi Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat tabeçiliyinə düşmələri
691-92, 725-26 – Azərbaycan əhalisinin siyahıya alınması
699-704 – I Varaz Tiridatın Konstantinopolda əsir saxlanılması
VII-VIII əsrin hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması
VII əsrin II yarısı-VIII əsrin I əvvəlləri – Moisey Kalankatlı və onun “Alban tarixi” əsəri
704 – Partav (Bərdə) dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi
705 – Albaniyanın dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi
VIII əsr – Azərbaycanda sufizmin yayılmağa başlaması
707-708 – Azərbaycan ərazisində ərəb-xəzər müharibələri
721-722 – Xəzər, qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları
VIII əsrin 30-cu illəri – Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri
748-752 – Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı
750 – Abbasilər sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi
755 – Atəşpərəst Sunbadın üsyanıVIII əsrin ortaları – Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal və cənub ərəb tayfaları arasında ədavətin artması
775-785 – Xəlifə əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı
778-779 – Xürrəmilərın ilk çıxışı
793-794 – Beyləqanda Əbu Müslim üsyanı
796/97-797/98 – Xürrəmilərin Azərbaycanda yeni çıxışları
VIII əsrin sonu – Ərəb-Xəzər müharibələrinin başa çatması
VIII əsrin sonu – IX əsrin əvvəlləri – “Ərminiyə” inzibati adının faktiki ləğvi
VIII əsrin sonu – IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi
808-809 – Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları
816 – Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır.
821 – II Varaz Tiridatın öldürülməsiIX əsrin 20-ci illərinin sonu – 30-cu illərinin əvvəli – Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı
830-833 – Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması
835 – Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi
836 – Həştadsər vuruşması
836-cı ilin qışı – Babəkin sərkərdəsi Tarxanın öldürülməsi
837 avqust – Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması
837, 15 sentyabr – Babəkin tutularaq Bərzəndə gətirilməsi
838, yanvar-mart – Babəkin edam edilməsi
839-840 – Təbəristanda Məzyədin başçılığı ilə üsyan
839-40 – Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı
842-847 – İsfahanda xürrəmilərin yeni çıxışları
IX əsrin 40-cı illəri – Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar
853 – Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması
IX əsrin II yarısı-X əsrin əvvəlləri – Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi861 – Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları
869 – Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması
886 (887) – Qriqor Hammamın Alban dövlətin bərpa etməsiIX əsrin 80-ci illərinin əvvəlləri – Bakı neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları
IX əsrin 80-cı illərin axırı – Sünik və Arsax-Xaçın knyazlığının yaranması
IX əsrin II yarısı – X əsrin I yarısı – Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.)
898-941 – Sacilər dövləti
901-927 – Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi
913-914 – Rusların Abşeron sahilinə və Bakıya hücumları
914 – Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi
917 – Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və “şirvan-şah” titulunu qəbul etməsi
917 – Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması
930 – Şirvan-Dərbənd sülh müqaviləsi
943 – Rusların Bərdəni işğalı və dağıtması
960 – Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və “alban hökmdarı” adını qəbul etməsi
971-1075 – Şəddadilər dövləti (Gəncə əmirliyi)
983 – Şabranın qala divarlarının tikilməsi
983-1060; 1107-1117 – Rəvvadilər dövləti
1018-1021, 1029 – Oğuzların Azərbaycana yürüşləri
1027 – Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi
1030 – Rusların gəmilərlə Azərbaycana yeni hücumu
1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü
1040 – Dəndənəkan döyüşü
XI əsrin 40-cı illəri – Səlcuq yürüşlərinin başlanması
1045 – Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi
1054 – Sultan Toğrulun Təbrizə hücumu
1066 – Şirvanda iğtişaşlar
XI əsrin 60-70-ci illəri – Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları
1078/79 – Bakıda “Sınıq qala” məscidinin inşası
XI əsrin sonu – Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması
XI-XII əsrlər – Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası
XI-XIII əsrin əvvəlləri – Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü
1100 – Beyləqanda üsyan
1111 – Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi
1117-1157 – Böyük Səlcuq sultanı Səncər1118 – Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması
1120/21 – Gürcü hökmdarı IV Davidin Arrana hücumu
1122 – Gəncədə zəlzələ
1123/24 – Gürcülərin Şirvana hücumları
1130-1213 – Mxitar Qoş
1133-1152 – Məsudun İran sultanı elan edilməsi
1135 – Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti
1136 – Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi
1139 – Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları
1142 – Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı
1145-1234 – Şihabəddin Sührəvərdi
1147 – Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi
1148 – Marağada “Qırmızı günbəz” türbəsinin inşası1148 – İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları
XII əsrin ortaları – Mxitar Qoşun “Nor-Getik”-Qoşavəng monastırının və oradakı məktəbin yaranması
1153 – Sultan Məhəmmədin hakimiyyətə gəlməsi
1160 – Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə “böyük atabəy” titulu verilməsi1161 – Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması
1163-64 – Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması
1166 – Sünik padşahlığının dağılması
1168 – Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması
1174/75 – Rusların və qıpçaqların Şirvana yürüşləri
1174-1186 – Atabəy Məhəmməd Cahan Pəhləvan
1175 – Təbrizin və Ruindiz qalasının Eldənizlərin mülklərinə qatılması
1186 – Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması
1186-1191 – Atabəy Qızıl Arslan “Məmlük” dövrünün başlanması
1188 – Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması
1191 – Qızıl Arslanın qətli
1191/92 – Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri
1191-1210 – Atabəy Əbubəkr1194 – Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti
1194 – Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi
XII əsr – Qazax rayonu ərazisində “Qırmızı körpü”nün inşası
XII-XIII əsrin əvvəli – Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi
1206 – Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi1208 – Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması
1210 – Atabəy Əbubəkrin vəfatı
1210-1225 – Atabəy Özbək1210-1211 – Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi
1214-1215 – Özbəyin Xaçına yürüşü
1215 – Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi
1215-1261 – Həsən Cəlalın hakimiyyəti
1216 – Qandzasar monastırının tikilməyə başlanması
1220-1222 – Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı
1221 – Qıpçaqların Azərbaycana hücumları
1221 – Gürcülərin Şəki və Qəbələni tutması
1225-1231 – Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda
1225 – Azərbaycan Atabəylər dövlətinin süqutu
1227 – Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 – Xarəzmşah Cəlaləddinin qətli
1231 – Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması
1231-ci il – Monqolların ikinci yürüşü
1225 – Gürcü feodallarının Gəncəyə hücumu
1225-1244 – Şirvanşah III Fəriburz
1227 – Şəki və Qəbələnin gürcülərdən geri alınması
1231 – Xarəzmşah Cəlaləddinin qətli
1230-1294 – Musiqişünas Səfıəddin Urməvi
1231 – Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
1235 – Gəncənin monqollar tərəfindən işğalı
1239 – Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
1239-1256 – Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
1244-1260 – Şirvanşah II Axsitan
1252-1334 – Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin
1254 – Əhalinin monqollar tərəfindən siyahıya alınması
1256-1357 – Azərbaycanda Hülakülar (Elxanilər) dövləti
1256-1265 – Hülakü xanın hakimiyyəti
1259 – Marağa rəsədxanasının açılışı
1260-1267 – Şirvanşah II Fərruxzad
1262, 1265, 1288 – Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
1265-1282 – Abaqa xan Hülaki
1267-1294 – Şirvanşah II Gərşasb
1276 – Arranda Abaqa xana qarşı üsyan
1282-1284 – Əhməd Tekudar Hülaki
1284-1291 – Arqun xan Hülaki
1291-1295 – Keyxatu xan Hülaki
1294-1317 – Şirvanşah III Fərruxzad
1295 – Baydu xan Hülaki
1295 – Qazan xanın islam dinini qəbul etməsi
1295-1304 – Qazan xan
XIII-XIV əsrlər – Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
XIII-XV əsrlər – Bakıda Şirvanşahlar kompleksinin tikilməsi
XIV əsrin əvvəlləri – Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı
XIV əsrin əvvəlləri – Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi
XIV əsrin əvvəlləri – Mahmudabad şəhərinin inşası
1304-1316 – Sultan Məhəmməd Xudabəndə (Ulcaytu)
1316-1335 – Sultan Əbu Səid
1318 – Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
1322 – Bərdə türbəsinin tikilməsi
1335 – Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü
1335-1336 – Arpa xan Hülaki
1336 – Musa xan Hülaki
1336-1338 – Məhəmməd xan Hülaki
1339-1340 – Satıbəy xatun Hülaki
XIV əsrin 40-cı illəri – Hülakülər dövlətinin parçalanması
1340 – Bağdadda Cəlairilər dövlətinin təsisi
1340-1344 – Süleyman xan Hülaki
1340-1357 – Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı
1344-1355 – Ənuşirəvani-Adil Hülaki
1344, 1346, 1357 – Təbrizdə Çobani feodallarına qarşı üsyanlar
1345-1372 – Şirvanşah Kavus
1345-1357 – Həsən xan Hülaki
1359-1410 – Azərbaycan Cəlairilər dövlətinin tərkibində
1359-1374 – Şeyx Üveys Cəlairi
1364-1367 – Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi
1372-1382 – Sultan Hüseyn Cəlairi
1382-1538 – Dərbəndilər sülaləsi
1382-1417 – Şirvanşah I İbrahim
1382-1410 – Sultan Əhməd Cəlairi
1385, 1387, 1394 – Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
1386, 1392, 1399 – Teymurun Azərbaycana yürüşləri
1387, 1393, 1397, 1400 – Teymurun Əlincəqalaya hücumları
1387-1401 – Əlincəqalanın qəhrəmancasına müdafiəsi
1404 – İspaniyalı Klavixo Təbrizdə
1405-1406 – Azərbaycanda Teymurilərə qarşı üsyan
1406, may-iyun – Şirvanşah İbrahimin Təbrizə gəlişi
1406, iyul – Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması
1406, 14 oktyabr – Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş
1408, 21 aprel – Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi
1410, 30 avqust – Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
1410-1420 – Qara Yusifin hakimiyyəti
1410-1467 – Qaraqoyunlu dövləti1412, dekabr – Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
1417-1465 – Şirvanşah I Xəlilullahın hakimiyyəti
1421, 30 iyul-1 avqust – İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü
1422-1429 və 1431-1435 – Qaraqoyunlu İsgəndərin hakimiyyəti
1427-1447 – Şeyx İbrahim (Şeyxşah) Səfəvi
1429, 17-18 sentyabr – İsgəndərlə Şahrux arasında Səlmas döyüşü
1436-1467 – Cahanşahın hakimiyyəti
1447-1460 – Şeyx Cüneyd Səfəvi
1453-1457 – Cahanşahın İranı zəbt etməsi
1453-1478 – Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
1458 – Cahanşahın Heratı alması
1460-1488 – Şeyx Heydər Səfəvi
1465-1500 – Şirvanşah Fərrux Yəsarın hakimiyyəti
1465 – Təbrizdə “Göy məscid”in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri
1466 – Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi
1467, 10 noyabr – Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş
1471-1473 – Venesiya elçisi Katerino Zeno Azərbaycanda
1472-1473 – Ağqoyunlu-Osmanlı müharibəsi
1473, 1 avqust – Malatiya döyüşü
1473, 11 avqust – Otluqbeli döyüşü
1478, 5 yanvar – Uzun Həsənin vəfatı
1478-1490 – Sultan Yaqubun hakimiyyəti
1483 – Təbrizdə “Həşt-behişt” sarayının tikilməsi
1483, 1487, 1488 – Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
1487 17 iyul – İsmayıl Səfəvinin Ərdəbildə anadan olması
1488-1404 – Şeyx Sultan Əli Səfəvi1489-1493 – Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması
1490-1492 – Ağqoyunlu Baysunqurun hakimiyyəti
1492-1497 – Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti
1494-1499 – İsmayılın Gilanda (Lahicanda)qalması
1497 – Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti
1499 – Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
1499-1500 – İsmayılın Ərzincan səfəri
1500-cü ilin sonları – İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi
1501-ci ilin yazı – İsmayılın Bakını alması
1501-ci ilin ortaları – Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi1501-ci ilin payızı – İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
1501-1524 – I Şah İsmayılın hakimiyyəti
1502-1524 – Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti
1503, 21 iyun – Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi1504-1505-ci illərin qışı – Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması
1508, 21 oktyabr – Şah İsmayılın Bağdadı tutması
1509-1510 – Şah İsmayılın Şirvana ikinci yürüşü
1510, 2 dekabr – Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi
1512-1520 – Sultan Səlimin hakimiyyəti
1514, 23 avqust – Çaldıran döyüşü
1515 – Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi
1516-1517 – Səfəvilərin Gürcüstana yürüşləri
1520-1566 – I Sultan Süleyman Qanuninin hakimiyyəti
1521 – Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
1524, 23 may – I Şah İsmayılın vəfatı
1524-1535 – Şirvanşah II Xəlilullahın hakimiyyəti
1524-1576 – I Şah Təhmasibin hakimiyyəti
1534, 1535, 1548, 1554 – I Sultan Süleymanın Azərbaycana yürüşləri
1538 – Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
1540, 1546, 1551, 1554 – Səfəvilərin Gürcüstana yürüşləri
1544 – Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması
1547, 1549, 1554 – Şirvanda Səfəvilərə qarşı üsyan
1551 – Şəkinin Səfəvilər dövlətinə qatılması
1552-ci il – Səfəvilərin Osmanlı ərazisinə yürüşü
1555, 29 may – Amasiya sülhü
1555 – Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
1560-1634 – Tarixçi İsgəndər bəy Münşi
1565 – Şah Təhmasibin tamğa vergisini ləğv etməsi
1571-1573 – Təbrizdə şəhər yoxsullarının üsyanı
1574-1595 – III Sultan Muradın hakimiyyəti
1576, 22 avqust-1577, 24 noyabr – II Şah İsmayılın hakimiyyəti
1578, 13 fevral-1587 – Şah Məhəmməd Xudabəndənin hakimiyyəti
1578-1590 – Səfəvi-Osmanlı müharibələri
1578, 9 avqust – Çıldır döyüşü
1578-1581 – Krım tayfalarının Şirvan və Qarabağa basqınları
1540, 1546, 1554 – Səfəvilərin Gürcüstana yürüşləri
1587-1629 – Şah Abbasın hakimiyyəti
1590 – İstanbul sülhü
1598 – Paytaxtın Qəzvindən İsfahana köçürülməsi1599-1601 – Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti
1603, 14 sentyabr – I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması
1603, 21 oktyabr – I Şah Abbasın Təbriz şəhərini tutması
1603-1617 – I Sultan Əhmədin hakimiyyəti
1603-1607 – Səfəvi-Osmanlı müharibəsi
1604, 8 iyun – İrəvan qalasının osmanlılardan azad edilməsi
1605, may – Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü
1605, 7 noyabr – I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi
1606 – Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi
1606, 9 yanvar – I Şah Abbasın Şamaxı üzərinə yürüşü
1606, 5 iyul – Gəncənin osmanlılardan azad edilməsi
1606-1607 – Gəncədə Şah Abbas məscidinin inşası
1606 – Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi
1607, yanvar – Bakıda osmanlılara qarşı üsyanın başlanması
1607, fevral-mart – Dərbənddə osmanlılar əleyhinə üsyanlar
1607, 27 iyun – Şamaxı şəhərinin osmanlılardan azad edilməsi
1610 – Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1610-1612 – Osmanlı-Səfəvi müharibəsi
1610 – Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1612, 17 oktyabr – İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması
1613, oktyabr – I Şah Abbasın Gürcüstana yürüşü
1614-1616 – Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan
1616-1618 – Osmanlı Səfəvi müharibəsi
1616 – Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi1618, 10 sentyabr hakimiyyəti – Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın Osmanlı ordusunu məğlub etməsi
1618, 26 sentyabr – Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
1618-1623 – II Sultan Osmanlı hakimiyyəti
1623-1640 – IV Sultan Muradın hakimiyyəti
1624-1626 – Səfəvi-Osmanlı müharibəsi
1625, 30 iyun – I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması
1629, 19 yanvar – I Şah Abbasın vəfatı
1629-1642 – I Şah Səfinin hakimiyyəti
1629 – Talışda üsyan
1630, 30 aprel – Osmanlı ordusunun İrəvanı tutması1631-1632 – Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan
1635-ci ilin yayı – IV Sultan Muradın Azərbaycana yürüşü
1639, 17 may – Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması
1642-1667 – II Şah Abbasın hakimiyyəti
1667-1694 – Şah Süleymanın hakimiyyəti
1668, 4 yanvar – Şamaxıda zəlzələ
1668-ci ilin yayı – Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
1696-1722 – Şah Sultan Hüseynin hakimiyyəti
1699-1702 – Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması1707-1709 – Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar
1709-1711 – Şirvanda üsyanlar
1710 – Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
1713 – Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri
1716-1718 – Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri
1717 iyun-iyul – Rusiya-İran ticarət müqaviləsinin bağlanması
1718-1719 – Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi
1720-1721 – Şirvanda üsyanın ikinci mərhələsi1721, avqust – Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması
1722, iyul – I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması
1722, 23 avqust – Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması
1722, 5 sentyabr – Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
1722, oktyabr – İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması1722, dekabr – Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
1723, avqust – Rus eskadrasının Bakını zəbt etməsi
1723, sentyabr – Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında “müqavilə” bağlanması
1724, 12 iyul – İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması
1724, iyun – Osmanlı qoşunlarının İrəvan şəhərini alması1724 – Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
1725, may – Osmanlı qoşunlarının Təbrizi alması
1725, avqust – Gəncənin Osmanlı qoşunları tərəfindən alınması
1725, dekabr – Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması1726-1727 – Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunları tərəfindən işğalı
1726-1758 – Qubalı Hüseynəli xanın hakimiyyəti
1727-1728 – Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması
1730 – Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
1732, 16 yanvar – Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması
1732, 21 yanvar – Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
1733, fevral – Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
1734, avqust – Nadirin Şamaxını ələ keçirməsi
1735 – Hacı Davudun vəfatı1735, 10 mart – Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması
1743 – Şəkidə üsyan
1744, noyabr – Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
1747, 20 iyun – Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi.
Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi
1743-1755 – Hacı Çələbi xanın hakimiyyəti
1747-1759 – Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti
1747-1760 – Gəncəli Şahverdi xanın hakimiyyəti
1747-1762 – Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti
1747-1786 – Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
1748 – Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi
1748-ci ilin sonu – Adil şahın taxtdan salınması
1748-1763 – Qarabağlı Pənahəli xanın hakimiyyəti
1751 – Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1752 – Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
1755 – Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma
1755-1779 – Şəkili Hüseyn xanın hakimiyyəti
1757 – Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
1758-1789 – Qubalı Fətəli xanın hakimiyyəti
1758-1763 – Əsgəran qalasının tikilməsi
1759 – Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu
1760-1780 – Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti
1760 – Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1761 – Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
1763-1786 – Xoylu Əhməd xanın hakimiyyəti
1763 – Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi1768 – Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi
1768-1784 – Bakılı Məlikməhəmməd xanın hakimiyyəti
1772 – Şəki şəhərinin yeni əraziyə köçürülməsi
1774, iyul – Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması
1774, avqust – General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1779 – Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi
1779-1781 – Şəkili Əbdülqədir xanın hakimiyyəti
1780-1781 – Qubalı Fətəli xanın Qarabağa yürüşləri
1781-1795 – Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti1783, 24 iyul – Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması
1783-1804 – Gəncəli Cavad xanın hakimiyyəti
1785 – Xoylu Əhməd xanın Təbrizə yürüşü
1786-1814 – Mir Mustafa xanın hakimiyyəti
1795 – Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü
1795, iyun-iyul – Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması
1795-1806 – Şəkili Səlim xanın hakimiyyəti
1796, aprel – V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü
1796-1806 – Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti
1797 – Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü
1797, 4 iyul – Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi
1801 (əvvəli) – İran-İngiltərə müqaviləsi
1801, 12 sentyabr – Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
1802, 26 dekabr – Georgiyevski müqaviləsi
1803, mart – Car-Balakənin Rusiya tərəfindən işğalı
1804, 4 yanvar – Gəncənin Rusiya tərəfindən işğalı
1804, 10 iyul – Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi
1804, iyul – Rusiya-İran müharibəsinin başlanması
1805, 14 may – Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi
1805, 27 dekabr – Şirvan xanlığı ilə Rusiya arasında müqavilə
1806, 8 fevral – Sisianovun Bakı yaxınlığında öldürülməsi
1806, iyun – İbrahimxəlil xanın öldürülməsi
1806, iyun – Rus qoşunlarının Şəki xanlığından qovulması
1806, 22 iyun – Rus qoşunları tərəfindən Dərbəndin tutulması
1806, sentyabr – Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
1806, oktyabr – Şəki xanlığının işğalı
1806, dekabr – Rus-türk müharibəsinin başlanması
1809 – İngiltərə-İran müqaviləsi
1810, 15 iyun – Mehrinin ruslar tərəfindən işğalı
1810, avqust – İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması
1812, 21 dekabr – Kotlyarevskinin Lənkəran xanlığına soxulması
1813, 12 oktyabr – Gülüstan sülhü
1818 – Ağalar haqqında “Əsasnamə”
1819 – Nuxada komendant üsulunun təsisi
1820 – Şirvanda komendant üsulunun təsisi
1822 – Qarabağ xanlığında komendant üsulunun təsisi
1824 – Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi
1826 – Lənkəranda komendant üsulunun təsisi
1826, 19 iyul – Abbas Mirzənin Şimali Azərbaycana hücumu
1826, 27 iyul – Gəncə üsyanı
1826, 3 sentyabr – Şamxor döyüşü
1826, 4 sentyabr – Gəncənin yenidən işğalı
1826, 13 sentyabr – Gəncə döyüşü
1826, 9 dekabr – Nuxanın yenidən tutulması
1826, 26 dekabr – Rus qoşunlarının Cənubi Azərbaycana soxulması
1827, 26 may – Naxçıvanın tutulması
1827, 5 iyun – Cavanbulaq döyüşü
1827, 7 iyul – Abbasabadın tutulması
1827, 20 sentyabr – Sərdarabadın süqutu
1827, 26 sentyabr – İrəvanın mühasirəsinin başlanması
1827,1 oktyabr – İrəvan qalasının süqutu
1827, 2 oktyabr – Mərəndin tutulması
1827, oktyabr – Xoyun tutulması
1827, 13 oktyabr – Təbrizin tutulması
1827 – Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması
1828, 28 yanvar – Urmiyanın tutulması
1828, 8 fevral – Ərdəbilin tutulması
1828, 10 fevral – Türkmənçay müqaviləsi
1828, aprel – Rus-türk müharibəsinin başlanması
1829, 2 sentyabr – Ədirnə sülhü
1830 – Car vilayətinin təşkili
1830 – Car-Balakən üsyanı
1830, dekabr – Şuşada ilk qəza məktəbinin açılması
1831, 3 iyun – Yeni ticarət tarifi (yasaqlı tarif)
1831 – Talış üsyanı
1832, 17 yanvar – Bakıda qəza məktəbinin açılması
1833, 8 fevral – Gəncədə qəza məktəbinin açılması
1837 – Quba üsyanı
1838 – Car-Balakəndə kəndli çıxışı
1838 – Şəkidə kəndli üsyanı
1840 – İnzibati məhkəmə islahatı
1841, 5 yanvar – Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun
1844 – Qafqaz canişinliyinin təsisi
1844-1845 – Şuşa, Nuxa və Qubada kəndli çıxışları
1846, 14 dekabr – Şamaxı, Dərbənd quberniyalırının təşkili
1848 – Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi
1848 – Şuşada ilk teatr tamaşası
1849, iyun – İrəvan quberniyasının təşkili
1849 – Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması
1850 – Lənkəranda ilk teatr tamaşası
1852 – Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi
1855 – Gədəbəy misəritmə zavodunun işə düşməsi
1857 – Şamaxıda ilk teatr tamaşası
1859 – Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili
1861, 29 iyun – “Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə”nin təsdiqi
1863, iyun – Zaqatalada üsyan1864, 21 yanvar – Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi
1865 – Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu
1865, 25 avqust – “Simens qardaşları və Ko şirkəti” tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması
1868 – Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması
1870, 14 may – aqrar islahat keçirilmişdir.1872, 17 fevral – Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması
1872, 16 iyun – şəhər əsasnaməsinin təsdiq olunması
1872, avqust – Bakı xəzinə palatasının təsiri
1873, 23 mart – Bakıda M. F. Axundovun “Lənkəran xanının vəziri” pyesinin tamaşasının göstərilməsi
1873 – İlk neft fontanı
1874 – Ərəş qəzasının təşkili
1874 – Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması
1875, 22 iyul – “Əkinçi” qəzetinin nəşrə başlaması
1878 – İlk neft kəmərinin çəkilişi
1879 – “Nobel qardaşları” firması tərəfindən ilk dəmir yolunun çəkilməsi
1880, yanvar – Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması
1882 – Zaqatalada birinci peşə məktəbi təşkil olundu
1883, may – Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı
1883, iyul – Cəbrayıl və Cavanşir qəzalarının təşkili1889-1893 – İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri
1890, 3 dekabr – Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün “Sudan istifadə haqqında Əsasnamə”nin qəbul edilməsi
1894 – Rusiyada ilk neft ixracedici sindikat “Bakının neft-zavod sahibləri ittifaqı”nın yaranması
1896 – Bakı-Batum neft kəməri tikintisinin başlanması1896 – Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu.
1897 – Bakının ən iri firmalarından biri “H. Z. Tağıyev” firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı
1897 – Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi
1898 – Bakı neft hasilatına görə ABŞ-ı ötdü
1898 – Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması1899 – Yelizavetpol quberniyasında “Tovuz” tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu
1900 – Bakı-Dərbənd dəmiryolu çəkilmişdir.
1900 – Bakıda sosial-demokrat mərkəzinin yaradılması
1900 – Don Səhmdar Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı.
1900, noyabr – Bakı ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı1900-cü ilin əvvəli – “Nobel qardaşları” şirkəti və Rotişildin “Mazut” cəmiyyəti kartel müqaviləsi bağladı (“Nobmazut”)
1900-cü il 1 may – İmperator II Nikolay “Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları”nı təsdiq etdi
1901 – Bakıda ilk müsəlman qadın məktəbi “Tağıyevin qız məktəbi açıldı
1901-ci il – RSDFP-nin Bakı komitəsinin yaradılması
1901-ci il – Bakıda icraçı qrupunun təşəkkül tapması “Nina” mətbəəsinin fəaliyyətə başlaması
1902-ci il – Tiflisdə kənd sahibkarlarının qurultayı1902-ci ilin yayı – Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi
1903-cü il – RSDFP Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma
1903 – Bakı bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi
1903 – Tiflisdə Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet “Şərqi-Rus çıxmağa başladı
1903-cü ilin yayı – Bakıda eser təşkilatının yaradılması
1903-cü il – Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
1903-cü ilin payızı – Bakıda “spesifiklər” təşkilatının yaradılması1904-cü il – “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” tərəfındən Ağdaş və İrəvan pambıqçılarının qurultayı keçirildi
1904-cü il oktyabr – Sosial-demokratik “Hümmət” təşkilatının fəaliyyətə başlanması
1904-cü il – İlk kredit idarəsi- “Qarşılıqlı kredit cəmiyyəti” açıldı1904-cü il dekabr – Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr) nizamlanması
1905-ci il fevral – Gəncədə “Sosial-federalistlərin türk inqilabi komitəsi”nin yaradılması
1905-ci il 6-9 fevral – Bakıda erməni-müsəlman toqquşmaları
1905-ci il 26 fevral – Qafqazda canişinlik üsul idarəsinin bərpası
1905, 27 sentyabr – Neft sənayeçilərinin Peterburq müşavirəsi
1905-ci ilin yayı – Gəncədə “Qeyrət” qrupunun yaradılması1905-ci il, avqust – Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis) qurulutayının keçirilməsi
1905-ci il, dekabr – Kadet partiyası Bakı şöbəsinin təşkili
1905-ci il, avqust-sentyabr – “Difai” partiyasının meydana çıxması
1906-cı il, 28 oktyabr – Bakı qrado naçalnikliyinin yaradılması
1906-cı il, aprel – Tiflisdə “Molla Nəsrəddin” jurnalının çapa başlaması
1907-ci il – “Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti” yarandı
1907 – Müsəlman ruhani cəmiyyəti “Səadət”in fəaliyyətə başlaması
1908-ci il – Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması
1909-cu il – S. Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
1910-cu il – Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı
1911-ci il – Culfada İran hesab-borc bankının şöbəsi yaradıldı
1911-ci il – Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı
1911, oktyabr – Bakı “Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması
1911-Bakı ilk qadın qəzeti “İşıq” nəşr olunub1912-ci il – “Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında” qanun IV Dövlət duması tərəfindən təsdiq edildi
1912-ci il, 16 avqust – Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı
1912-ci il, 20 dekabr – Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi təsdiq edilib qüvvəyə mindi
1913-cü il – Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı
1913-cü il – Astarada İran hesablama borc agentliyinin şöbəsi açıldı
1913-cü il – Londonda “Yeni Şibayev neft komissiyası” yaradıldı
1913-cü il – “Xəzər gəmiçiliyi” yaradıldı
1913-cü il – Bakı ilə Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı1913-cü il, 7 iyul – Çarın sərəncamı ilə “Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında” qanun qüvvəyə mindi
1914-1918 – M. Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi
1914-cü – “M. Q. Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti” təşkil olundu
1914 – Gəncədə Müəllimlər Seminariyası açılmışdır
1914-cü il – Bakı tacir bankı yaradıldı
1914-cü il, 25 iyun – Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı
1914-1918-ci illər – I Cahan savaşı
1915, 15 iyun – Bakı HSK-nın yaradılması
1916 – Bakı Müəllimlər Seminariyasının fəaliyyətə başlaması
1916 – “Müsəlman dram cəmiyyəti yaradıldı
1917, 3 mart – Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili1917, 3 mart – Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-OZAKOM -a verildi
1917, 15-20 aprel – Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi
1917, 1-8 may – Zaqafqaziya Komissarlığının təşkili
1918, yanvar – Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı
1918, 23 fevral – Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili
1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu
1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
1918, 28 may – Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi
1918, 26 iyun – Azərbaycan Milli Ordusunun yaradılması
1918, 26 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu
1918, 4 avqust- İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
1918, 26 dekabr – Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması
1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması
1919, 15 yanvar – Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi1919, iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının imzalanması
1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
1919, 24 avqust – İngilislərin Bakını tərk etməsi
1919, 28 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
1920, 11 yanvar – Paris Sülh Konfransında Antanta Ali Şurasının Azərbaycanın müstəqilliyini de-fakto tanıması
1920, 11-12 fevral – Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı.
1920, 24 aprel – RK (b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi vəziyyətdə elan edirlər.
1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
1920, 27-28 aprel – XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi, hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28 apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi.
1920, 28 aprel – Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyəti təşkil edildi.
1920, 28 aprel – mayın əvvəlləri – Qəza inqilab komitələrinin təşkili.
1920, 30 aprel – Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı “Kommunist” qəzetinin ilk sayının çap edilməsi.
1920, 30 aprel – XI Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi.
1920, 3,4 may – XI Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi.1920, 5 may – Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi.
1920, 7 may – Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verməsi.
1920, 11 may – XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
1920, 12 may – Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti.1920, 12 may – Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti.
1920, 12 may – XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
1920, 16 may – N. Nərimanovun Moskvadan Bakıya gəlməsi.
1920, 24 may – Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekreti.
1920, 25-31 may – Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 27 may – Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
1920, iyun – teatrların milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması1920, 5-15 iyun – Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 6 iyun – Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekreti.
1920, 9-20 iyun – Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 11 iyun – Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti.
1920, 19 iyun – Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi.
1920, 16-19 iyul – Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı.1920, 28 iyul – XI Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti elan edildi.
1920, 1-7 sentyabr – Bakıda Şərq xalqlarının birinci qurultayı.
1920, 20 sentyabr – Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M. Xiyabaninin qətli.
1920, 23 sentyabr – Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında dekreti.
1920, 30 sentyabr – Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlanması.
1920, 1-10 noyabr 1920-ci ilin yayında – XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
1920, 15 dekabr – Azərbaycan İnqilab Komitəsinin “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekreti.
1921, yanvar – Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması.
1921, yanvar – Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması.
1921, 11-18 fevral – Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı.
1921, 16 mart – RSFSR və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması.1921, 19 may – I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi.
1921, iyul – Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması haqqında dekreti.
1921, 26 avqust – Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti.
1921, sentyabr – Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə çevrilməsi haqqında qərar qəbul etməsi.
1921, 13 oktyabr – Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması.
1921, noyabr – Bakıda Ali qadın pedaqoji institutunun açılması.
1922, 17 yanvar – Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi.
1922, 25 yanvar – Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
1922, 27 yanvar – Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı.
1922, 12 mart – Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ) təşkili.
1922, 28 aprel – 3 may – II Ümumazərbaycan Sovetlər qurultayı.1922, 20 oktyabr – Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekreti.
1922, 2 noyabr – C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən “Molla Nəsrəddin” satirik jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır.
1922, 7 noyabr – Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı.
1922, 13 dekabr – I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi.
1922, 30 dekabr – SSRİ I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili.
1923, 12-15 mart – AK (b)P V qurultayı.1924, 18 mart – Azərbaycan XKS və MİK-nın “Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında” qərarı.
1923, aprel – “İliç buxtası” neft mədəninin əsasının qoyulması.
1923, 23 may – Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı.
1923, iyun – Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu.
1923, 7 iyul – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili.1923, 20 oktyabr – Azərbaycan MİK “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul etdi.
1923, 2 noyabr – Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması.
1923, noyabr – “Şərq qadını” (indiki “Azərbaycan qadını”) adlı ədəbi, ictimai, siyasi jurnalın nəşrə başlaması.
1924, 3 fevral – Bakıda tramvay nəqliyyatının işə salınması.
1924, 9 fevral – Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi.1924 mart – Xalq Maarif Komissarlığı “Qədim abidələrin qeydə alınması və onların mühafizəsi” haqqında qərar qəbul etdi.
1924, 5-9 may – AK (b)P VI qurultayı.
1924, 17 iyul – “Rədd olsun savadsızlıq” cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili.
1924, 6 oktyabr – Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının – “Göybirliyi”nin təşkili.
1925, 10-16 mart – IV Azərbaycan Sovetlər qurultayı.
1925,19 mart – N. Nərimanovun Moskvada vəfatı.
1926, 3 fevral – Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması.
1926, 25 fevral 5 mart – Bakıda I Ümumittifaq türkoloji qurultayı.1926, 6 iyul – Bakını Balaxanı – Sabunçu rayonu ilə birləşdirən, SSRİ – də birinci elektrik dəmir yolunun təntənəli açılışı.
1926, iyul – Tiflisdə Azərbaycan dilində “Dan ulduzu” adlı aylıq ədəbi-ictimai jurnalının 1-ci sayı çapdan çıxmışdı.
1926, 6 noyabr – Efırdə ilk dəfə “Danışır Bakı” sözlərinin səslənməsi – Azərbaycanda müntəzəm radio verlişlərinə başlanması.
1927, 18 mart – V Ümumazərbaycan Sovetlər qurultayı.
1927, may – Yeni türk əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi.
1927, 12-18 noyabr – AK (b)P VIII qurultayı.1928, 13-16 yanvar – Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları Assosasiyasının yaranması.
1928, 22 iyul – Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni – latın qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı.
1928, dekabr – Bakıda Azərbaycan aşıqlarının I qurultayı.
1929, 1 yanvar – Azərbaycanda latın əlifbasına keçilməsi.
1929, 6-14 mart – AK (b)P IX qurultayı.1929, may – Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi.
1929, 22 oktyabr – Azərbaycan MİK yanında Azərbaycan Elmi – Tədqiqat İnstitutunun (Az. DETİ) açılması.
1930, fevral – Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri istifadəyə verildi.
1930, 10 mart – Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır.
1930, mart – Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili.
1930, 31 may – 4 iyun – AK(b) P X qurultayı.
1930, iyun – Azərbaycan Tibb İnstitutunun yaradılması.1930, 28 avqust – AK (b) P MK bürosunun “Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında” qərarı.
1931, 19-25 yanvar – AK (b) P XI qurultayı.
1931, 8-16 fevral VII – Ümumazərbaycan Sovetlər qurultayı.1931, 31 mart – Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi.
1932, 19-25 yanvar – AK (b) P XI qurultayı.
1932, sentyabr – SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması.
1933, 10 dekabr – Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK – nin birinci katibi seçilir.
1934, 11-14 yanvar – AK (b) P XII qurultayı.
1934, 13-17 iyun – Azərbaycan sovet yazıçılarının I qurultayı.
1934, noyabr – Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi.
1935, 11-17 yanvar – VIII Ümumazərbaycan Sovetlər qurultayı.1935, oktyabr – SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi.
1937, 14 mart – Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu.
1937, 3-9 iyun – AK (b) P XIII qurultayı.
1937, 17 sentyabr – Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu.
1938, 11-14 mart – Azərbaycan aşıqlarının II qurultayı.
1938, 5-14 aprel – Moskvada Azərbaycan incəsənətinin birinci dekadası.
1938, 7-14 iyun – AK (b) P XIV qurultayı.
1939, 25 fevral – AK (b) P XV qurultayı.
1939 2 sentyabr – İkinci Dünya müharibəsinin başlanması.
1940, 1 yanvar – Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi.
1940, 12-16 mart – K (b) P XVI qurultayı.
1940, 6 may – Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı.
1940, 15-28 may – Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü.
1940, 23-25 oktyabr – Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı.
1941, 22 iyun – Faşist Almaniyasının SSR-yə hücumu.
1941, 28 iyun – Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
1941, avqust – 402-ci Azərbaycan milli diviziyanın yaradılması.
1941 avqust – SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi.
1941, oktyabr – 223-cü Azərbaycan milli diviziyanın yaradılması.
1941, dekabr – İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
1941-1945 – Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi.
1942, fevral-mart – 416-cı Azərbaycan milli diviziyanın yaradılması.
1942, may – 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi.
1942, avqust-sentyabr – 271-ci Azərbaycan milli diviziyanın yaradılması.
1942, 9 sentyabr – Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
1943-cü ilin payızı – Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi.
1945, 23 yanvar – Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945, 9 May – Faşist Almaniyası üzərində qələbə.
1945, 2 sentyabr – Yaponiya üzərində qələbə.
1945-1954 – Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi.
1946 iyun – Təbriz Universitetinin açılması.
1946 dekabr – Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu.1947 23 dekabr – 10 mart – SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları.
1948 – Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması.
1948, iyun – Bakıda Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr – Mingəçevir şəhərinin salınması
1949 – Azərbaycan SSR-də icbari yeddilik təhsilə keçilməsi.
1955 – M. Rəsulzadənin Ankarada vəfatı.
1959 – Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilir.
1962 – Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 – İcbari on illik təhsilə keçilməsi.
1967 – Bakı metropoliteninin 6 stansiyasının işə salınması.1969, iyul – H. Ə. Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978, aprel – Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi.
1982 – H. Ə. Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci müavini təyin edilməsi.
1983 – Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi.
1987 – H. Ə. Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi.
1988, 17 noyabr – Azərbaycanda milli-azadlıq hərəkatının başlanması.1988, dekabr – Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi deportasiyasının başa çatdırılması.
1989, 30 dekabr – Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1990, 20 yanvar – Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990, 19 may – Respublikada “Prezident” institutunun təsisi
1991, 5 fevral – Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması.
1991, 3 sentyabr – H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.
1991, sentyabr – Qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaranması.1991, 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi.
1991, 26 noyabr – DQMV statusunun ləğv edilməsi.
1991, 26 noyabr – Milli Şuranın yaradılması.
1992 ,25-26 fevral – Xocalı faciəsi.
1992, 17-18 may – Laçının düşmən əlinə keçməsi.
1992, 7 iyun – AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi.
1992, oktyabr – Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi
1992, 21 noyabr – Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması
1993, 3-6 aprel – Kəlbəcərin işğalı
1993, 4 iyun – Gəncə qiyamı
1993, 9 iyun – H. Əliyevin Bakıya gəlməsi
1993, 15 iyun – H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi- “Qurtuluş” günü
1993, 23 iyul – Ağdamın işğalı
1993, 18 avqust – Cəbrayılın işğalı
1993, 21-23 avqust – Cənub bölgəsində qiyamın yatırılması
1993, 23 avqust – Fizulinin işğalı
1993, 31 avqust – Qubadlının işğalı
1993, 24 sentyabr – Azərbaycanın MDB-yə daxil olması
1993, 3 oktyabr – H. Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
1993, 30 oktyabr – Zəngilanın işğalı
1993, 2 noyabr – Prezident H. Əliyevin xalqa müraciəti
1994, 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalanması
1994, oktyabr – Dövlət çevrilişinə cəhd
1995, mart – Dövlət çevrilişinə cəhd1995, 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi
1996, dekabr – ATƏT-in Lissabon zirvə toplantısı
1998, sentyabr – Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı
1998, 11 oktyabr – H. Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi1998, 1 dekabr – Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.
1999, noyabr – ATƏT-in İstanbul sammiti
1999, 12 dekabr – Azərbaycanda ilk bələdiyyə seçkiləri
2000, 7 sentyabr – H. Əliyevin minilliyin sammitində çıxışı
2000, 5 noyabr – Respublikada Milli Məclisə növbəti seçkilər
2000, 9 noyabr – Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001, mart – “Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2001, 26-27 aprel – İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2001, 9-10 noyabr – Bakıda Dünya Azərbaycanlılarının I qurultayı2002, 28 yanvar – ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması
2002, 2 may – Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı
2002, 22-23 may – Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına səfəri
2002, 9 iyun – Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
2002, 7 avqust – Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması
2002, 18 sentyabr – Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması
2002, 30 sentyabr – “Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi2002, 18 noyabr – Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi
2003, 27 yanvar – İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilməsi
2003, 2 avqust – İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
2003, 15 oktyabr – Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin qələbəsi
2003, 24 noyabr – Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı
2003, 12 dekabr – Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı
2004, 11 fevral – Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2004, oktyabr – Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində iştirakı
2004, noyabr – Təbrizdə Azərbaycan konsulluğunun açılması
2004, dekabr – Azərbaycanda bələdiyyə seçkiləri
2005, 24-26 yanvar – Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri
2005, 6 noyabr-Azərbaycan Respublikasının Milli Məclisinə 3 çağırış seçkilər2005, 10 mart- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı.
2005, 26 mart – YAP-ın III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir
2005, 25 may- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınıb.
2005, 25 avqust – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır.
2005, 16 dekabr Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
2005, 16 dekabr – Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi yaradılmışdır.
2005, 20 dekabr – Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir
2006, 30 yanvar – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta qədər fəaliyyət göst ərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.
2006, 30 yanvar – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
2006, 31 mart – Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis edilmişdir.
2006, 22 may – Cənubi Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına qarşı etiraz aksiyası
2007, 1 fevral – Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı – UNPO-nun üzvlüyünə qəbul olunub.
2007, 8-9 mart –Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir.
2007, 12 iyun- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır
2008, yanvar – Azərbaycanda sahibkarlıq subyektlərinin üçün “vahid pəncərə” mexanizmi tətbiq olunmağa başlamışdır.
2008, 7 aprel -Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalamışdır.
2008, may – Azərbaycan ilk dəfə Avroviziya Mahnı Müsabiqəsına qatılmışdır.
2008, 2 iyun – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.2008, 15 oktyabr- Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilmiş və prezident İlham Əliyev yenidən qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlamışdır.
2009, 18 mart – “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendumu keçirilmişdir.
2009, 30 aprel- Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
2009, 23 dekabr– Azərbaycanda bələdiyyə seçkiləri
2009, 20 dekabr-Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir.
2010, 15 yanvar-saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib
2010, 20 yanvar- Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
2010, 7 noyabr- Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər2010, 14 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə bağlı fərman imzalamışdır.
2011, 14 fevral – saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan “Mədəniyyət” kanalı işə başlamışdır.
2011, 21 yanvar- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
2011, 27 yanvar-Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş və Azərbaycanda antikorrupsiya kampaniyasına başlanılmışdır.
2011, 14 may- 56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur.
2011, 5-6 iyul- Bakıda “Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir.
2011, 20 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalamışdır.
2011, 8 sentyabr – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalamışdır.
2011, 23-24 sentyabr – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirləri keçirilmişdir.
2011, 25 sentyabr – Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
2011, 3 oktyabr – Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılış mərasimi olmuşdur.
2011, 12 oktyabr – Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.
2011, 25 oktyabr – Azərbaycan tarixində ilk dəfə 155 ölkənin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.
2011, 11 noyabr – Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir
2011,17 noyabr – Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimi təşkil olunmuşdur
2011, 24 dekabr – Yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi olmuşdur.2011, 28 dekabr – Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur
2011, 29 dekabr – Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur
2011, 30 dekabr – Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.
2012, 1 yanvar – BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunan Azərbaycan səlahiyyətlərinin icrasına başlamışdır.
2012, 02-04 aprel – Avronest Parlament Assambleyasının sessiyası Bakıda təşkil olunmuşdur
2012, 3 may – ay ərzində BMT-yə sədrliyin Azərbaycana keçməsi
2012, 7 may – 25000 nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı olmuşdur.
2012, 9-13 may – Azərbaycanda ilk beynəlxalq velosiped turu keçirilmişdir.
2012, 10 may – Heydər Əliyev mərkəzinin açılışı
2012, 26 may – Bakı şəhərində “Avroviziya” müsabiqəsinin finalı keçirilmişdir.2012, 30 may – Naxçıvan Muxtar Respublikasında investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri sayılan Naxçıvan sement zavodu istifadəyə verilmişdir.
2012, 06 iyun – Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfər etmişdir
Comments are closed, but trackbacks and pingbacks are open.