Yapon dietası ilə 13 günə 8 kq arıqlamaq olar
“Yayın gəlməsi ilə əlaqədar yeməyə təlabat azalsa da, bundan başqa istədiyi geyimi geyinə bilmək istəyi də pəhrizə başlamağın əsas səbəblərindəndir. Bir qisim insanlar isə bunu ciddi problemə çevirirlər, pəhrizə yönəlirlər. Pəhriz saxlayarkən mütəxəssislə məsləhətləşməmək zərərli olmaqla yanaşı, onları əsas məqsədə çatdıra bilmir. Bu, sonradan başqa problemlər yarada bilir. Kilo almaqdan qorxan insanlar anareksiya adlanan psixoloji problemdən əziyyət çəkir. Bu insanlar üçün pəhrizdən əvvəl psixiatr müayinəsi və psixoloji dəstək lazımdır. Yediyi hər qidanın kalorisini hesablamaq kliniki problem kimi dəyərləndirilir. Bu insanlar zamanında müayinə olunmalıdır, çünki onların özlərini görmək şəkilləri fərqlidir. Müalicə olunmazsa, həm fizioloji, həm də psixoloji problemləri dərinləşə bilər. Bizə anareksiya problemləri ilə bağlı müraciət edənlərin sayı artıb, xüsusən qadınlarda və yeniyetmələrdə daha çox müşahidə edilir”.
Bir həftədə 10 kiloqram arıqlamaq istəyənlər üçün – MÜTLƏQ OXUYUN
“Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər eşitdiyimiz pəhrizi tətbiq etmək nə qədər doğrudur?
Yayda istədiyimiz geyimi geyinmək üçün artıq çəkidən səhhətimizə zərər vurmadan necə xilas ola biləcəyimizi Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.
İngiltərə alimlərinin hesablamalarına görə, 1980-ci ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4 dəfə artaraq təxminən 1 milyarda çatıb. Bədən çəki indeksi 25-dən çox olan insanların sayı 1980-dən 2008-ci ilədək 23-dən 34-ə yüksəlib. 1980-ci ildə 250 milyon adam piylənmədən əziyyət çəkirdisə, 2008-ci ildə bu rəqəm 904 milyona çatıb.
15 yaşdan yuxarı əhali arasında artıq çəkidən əziyyət çəkənlərin 33.8%-i Amerikanın payına düşür. Qadınların 35.5%-i, kişilərin isə 32.2%-i piylənmədən əziyyət çəkir. ABŞ-dan sonrakı yerləri Meksika (30%), Yeni Zellandiya (26.5%), Çili (25.1%) tutur. Kanadada bu rəqəm 24.2%, İngiltərədə və İrlandiyada 23%, Lüksemburqda 22.5%, Estoniyada 20.2%-dir. Piylənmənin ən az olduğu ölkələr Koreya(3.8%) və Yaponiyadır (3.9%).
2011-ci ildə aparılmış araşdırmaya əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.
Piylənməyə məruz qalan və artıq çəkili insanlar dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.
Piylənmə və onun gətirdiyi xəstəliklər bu qədər aktual olarkən, insanların artıq çəkidən xilas olmaq üçün yollar axtarması da normaldır. Amma çox vaxt yol düzgün seçilmir. Tanışların tətbiq etdiyi, mətbuatda yazılmış pəhrizləri tətbiq edirlər. Yalnız şorba içərək, yaxud qarpız yeyərək qısa müddətdə çəki atırlar, lakin bu uzunmüddətli olmur. Bir qisim insan isə nə qədər zəif olsa da, özünü kök hesab edir və hər eşitdiyi pəhrizi tətbiq edərək arıqlamağa çalışır. Bəzən bu üsullar səhhətimizdə daha ciddi problemlər yaradır, nə yeyiriksə kökəlməyə başlayırıq. Itirilmiş çəki qısa zamanda yenidən bərpa edilir. Səbəbi isə bəlli olmur.
Bəs düzgün arıqlamaq üsulu necədir? Pəhriz zamanı nəyı diqqət etməliyik?
Pəhrizdə edilən səhvlər
Dietoloq Leyla Zülfüqarova son vaxtlar qısa zamanda arıqlamaq üçün müraciət edənlərin sayının artdığını deyib. Onlar da əsasən, qısa müddətdə, çimərlik müddətinə qədər arıqlamağı istəyirlər. Dietoloq təəssüflə qeyd edib ki, insanlar ilboyu orqanizmin qayğısına qalmır, yalnız yayda istədiyi paltarı geyinəndə kompleks yaşamamaq üçün müraciət edirlər. İnsanlar bilməlidirlər ki, ömürboyu sağlam yaşamağa çalışmaq lazımdır. Bir-iki ay pəhriz saxlamamalı, hər zaman normal qidalanmağa çalışmaq lazımdır. Ayda neçə kiloqram çəki itirmək hər bir insan orqanizminə görə dəyişir. O, pəhriz zamanı edilən səhvlərdən də danışıb:
“Müraciət edənlər əsasən, mono dieta səhvi edənlərdir. Bu, çox böyük səhvdir. Bu üsulla qısa zamanda çox çəki atmaq olar. Lakin bədən uzun müddət ancaq bir qidanı qəbul edəndə orqanizm ondan doyur. Həmin qida bədənə düşən kimi çıxır, sorulma prosesi getmir. Eyni tərkibli qidalarda orqanizm qida qəbul etmədiyinə görə çəki itirir, lakin bu zaman maye balansı, ən təbii resurs-əzələ hüceyrələri itirilir. Yağ bədəndə qaldığına görə, çəki azalmır. Insanların ən böyük səhvi eşitdikləri pəhrizi tətbiq etmələridir. Pəhriz fərdi məsələdir, hər bir orqanizmə uyğun qida norması var. Pəhriz müddəti bitsə belə, hər kəs yayda qidalanmaya xüsusi fikir verməlidir. Qara çay, qazlı içkilərdən istifadə azalmalı, adi su qəbul edilməlidir. Meyvə və tərəvəz salatları daha çox yeyilməlidir”.
“Bu, artıq psixoloji problemdir”
Pəhrizlə istədiyi çəkiyə nail ola bilməməkdən şikayət edənlərin də sayı çoxalıb. Psixoloqların fikrincə, bu zaman problem artıq psixolojidir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, dietoloqa müraciət edən hər kəs həm də psixoloqa istiqamətləndirilməlidir:
“Yayın gəlməsi ilə əlaqədar yeməyə təlabat azalsa da, bundan başqa istədiyi geyimi geyinə bilmək istəyi də pəhrizə başlamağın əsas səbəblərindəndir. Bir qisim insanlar isə bunu ciddi problemə çevirirlər, pəhrizə yönəlirlər. Pəhriz saxlayarkən mütəxəssislə məsləhətləşməmək zərərli olmaqla yanaşı, onları əsas məqsədə çatdıra bilmir. Bu, sonradan başqa problemlər yarada bilir. Kilo almaqdan qorxan insanlar anareksiya adlanan psixoloji problemdən əziyyət çəkir. Bu insanlar üçün pəhrizdən əvvəl psixiatr müayinəsi və psixoloji dəstək lazımdır. Yediyi hər qidanın kalorisini hesablamaq kliniki problem kimi dəyərləndirilir. Bu insanlar zamanında müayinə olunmalıdır, çünki onların özlərini görmək şəkilləri fərqlidir. Müalicə olunmazsa, həm fizioloji, həm də psixoloji problemləri dərinləşə bilər. Bizə anareksiya problemləri ilə bağlı müraciət edənlərin sayı artıb, xüsusən qadınlarda və yeniyetmələrdə daha çox müşahidə edilir”.
Psixoloqun fikrincə, anareksiya problemi daha çox yeniyetməlik dövründə yaranır və uzun müddət davam edir. Dietoloq da ilk növbədə bu insanlarla işləyərkən psixoloqla məsləhətləşməli, onunla paralel işləməlidir. Çünki yeməyi azaltmaqla, problemi aradan qaldırmaq olmur. Bu insanlar nə qədər arıqlasa da, özünü kök hesab edir.
Hansı orqanların fəaliyyəti pozulur?
Problem yalnız psixoloji deyil. Artıq çəki qədər, pəhrizlər də sağlamlığımızda itkilər yarada bilər. Xüsusən də, xüsusi məsləhət olmadan, kor-koranə tətbiq edilən və mono dietalar. Bunun nəticəsi isə zamanla özünü göstərir. Bəs, yanlış qida hansı orqanların fəaliyyətini poza bilər?
Dietoloq-endokrinoloq Səlim Əhədovun sözlərinə görə, pəhriz zamanı bəzi qidaların alınmaması bədəndə zülal, mikroelementler və s. maddələrin azalmasına, bəzən yox olmasına səbəb olur. Bədənin əzələ kütləsinin saxlanılması üçün normal zülal qəbul edilməlidir. Çünki əzələ parçalanması gücün itirilməsinə səbəb olur. Pəhriz saxlayanlar gün ərzində 2-3 litr təmiz su qəbul etməlidir.
S.Əhədov mono dietanın daxili orqanlara vurduğu zərərlərdən də danışıb. Onun sözlərinə görə, bu cür qidalanma beyindən, ürək-damar, böyrək, qaraciyər, mədə-bağırsaq problemlərinə səbəb olur:
“Bir qidanı qəbul etmək onun həzmində ən çox iştirak edən orqanın həddən artıq yüklənməsinə səbəb olur. Bu cür pəhriz saxlayanlar 2-3 aydan bir qanda hemoqlobinin və s. maddələrin miqdarını müəyyən edən analizlər verməli, böyrəyin fəaliyyəti müayinə etdirməlidir. Uzunmüddətli ac qalaraq arıqlamaq təzyiqin düşməsi, özündəngetmə, ürək döyüntülərinin artıb-azalmasına səbəb ola bilər. Məsələn, sirkə qəbul edərək arıqlamağa çalışanlarda qastrit, mədə xorası, turşuluq artması kimi problemlərdən başqa, onikibarmaq bağırsağın funksiyasının pozulması müşahidə edilir, qida borusunda da iltihab baş verə bilər”.
Həkim bildirib ki, uzun müddət ac qalmaq heç zaman məsləhət görülmür, gün ərzində minimum 2 dəfə qidalanmaq lazımdır, normal pəhrizdə isə gündə 3-5 dəfə yemək yeyilməlidir. Uzun müddət ac qalmaq isə daxili orqanlarda sadalanan problemlər daha kəskin formada özünü biruzə verməsinə səbəb olur:
“Bu zaman, insanlar asanlıqla özündən gedir. Beyinə gedən qlükozanın miqdarının azalması düşüncə, təfəkkür, yaddaş zəifləmələrinə səbəb olur. Zehni əmək keyfiyyəti də aşağı düşür. Bu insanlar qidanı görəndə mədə şirə ifraz edir, bu da mədənin qatlarına mənfi təsir edir. Əzələ üçün lazım olan maddələr qəbul edilməzsə, qüvvə aşağı düşür. Xüsusən zulalsiz, kalorisiz qidalar, müəyyən çayların qəbul edilməsi əzələlərin parçalanmasına səbəb olur”.
S.Əhədov bildirib ki, istənilən pəhrizdə ilk növbədə meyvə və tərəvəz qəbulu vacibdir.
“Süd məhsulları-qatıq , kəsmik, süd, tərkibində zülal olan qidalar-ət, yumurta, paxlalı bitkilər- lobya, göy noxud, soya yeyilməlidir. Əlbəttə, hamısı yox, zövqə görə bunlar arasında seçim edilməlidir, hər növdən biri və ya bir neçəsi yeyilməlidir”.
Həkim pəhrizin müddətinin orqanizmin bədən çəki indeksi, xəstəlikləri əsasında müəyyənləşməli olduğunu deyib:
“Bəzən bu, ömürlük ola bilər. Hədəf müəyyən edilir, ona çatdıqdan sonra, bəzi “olmaz” dediyimiz qida sayını azaltmaq olar. Qısamüddətli arıqlamaq mümkün olsa da, bu zərərlidir. Tibb elmində ən optimal arıqlama ayda 1-2 kiloqram hesab edilir. Daha artıq arıqlamaq isə ilk növbədə dəridə boşalmalar, qırışlar, həmçinin daxili orqanlarda sadaladığımız problemlərə səbəb olur”.
Göründüyü kimi, piylənmə, artıq çəki nə qədər bizi cəmiyyətdən, sağlam həyatdan uzaqlaşdırsa da, yanlış pəhrizlər də ən azı onlar qədər zərərlidir. Yayda istədiyimiz geyimi geyinmək qədər, həmin geyimlərdə sağlam gəzə bilmək də önəmlidir. Bunu nəzərə alaraq, pəhrizə başlamazdan əvvəl psixoloq və dietoloqla məsləhətləşmək ən doğru seçimdir.
Gülxar Şərif
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Yapon dietası ilə 13 günə 8 kq arıqlamaq olar
Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 8 kq arıqlamaq mümkündür.
Tibb.az bildirir ki, Yaponiyanın “Yaeks” klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:
1-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
2-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
3-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari
Nahar: günəbaxan yağında qızardılmış balqabaq
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)
4-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 bişmiş yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
5-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
6-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
7-ci gün
Səhər yeməyi: çay.
Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.
Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).
8-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
9-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
10-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
11-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: günəbaxan yağında qızardılmış balqabaq.
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).
12-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
13-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
DİQQƏT. Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Milli.Az /news.milli.az
Xəbərlər Baxılıb: 1003 Tarix: 22 yanvar 2022
f Paylaş
Digər yazılar
Hamının mətbəxində olan bitkinin 9 MÖCÜZƏVİ FAYDASI
Kəklikotunun xoş qoxusu, görünüşü və dadından əlavə, orqanizm üçün inanılmaz faydaları var. bildirir ki, yeməklərə ləzzət qatan kəklikotu həm də şəfa deposudur. Hər dərdə dərman hesab olunan kəklikotunun sağlamlığa verdiy
Reyhanın bu günə qədər bilmədiyimiz MÖCÜZƏVİ FAYDALARI
Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz. Ölkə.Az xəbər verir ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, ant
Gecəyarı acıb, yemək yemək 2 növ xərçəngə səbəb ola bilər – XƏBƏRDARLIQ
İspan tibb mütəxəssisləri Barselonada 200-dən çox insanın tibbi məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, gecə saat 23-24 arası və gecəyarı oyanıb yemək yemək süd vəzi və prostat xərçənginin inkişafına səbə
Qaraciyəri təmizləyən qidalar
Qaraciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır. xəbər verir ki, türkiyəli dietloq Nilay Keçəçi 28 İyul Dünya Hepatit Günü ərəfəsində qaraciyəri yeniləyən və sağlamlığını qoruyan qidaların adlarını açıqlayıb
Ömrü uzadan məhsullar. Yeyin ki, çox yaşayasınız
Alimlər insan həyatını uzatmağa kömək edən məhsulların adını açıqlayıb. Еxpress-ə istinadla bu məhsulların siyahısını təqdim edir:. – Balıq. Zülal, Omeqa-3 və Omeqa-6 yağlı turşular və bir çox digər faydalı maddələrlə zəngi
100% Omicrona yoluxmanın əlamətlərini açıqlandı
“Omicrona yoluxma orqanizmdə tək bir simptom və ya kompleks şəklində özünü göstərə bilər”. APA-ya istinadən xəbər verir ki, bunu rusiyalı infeksionist Yevgeni Timakov yerli mediaya açıqlamasında deyib. Mütəxəssi
Təzyiqiniz tez-tez qalxırsa, mütləq bu məhsulları yeyin
Hipertoniyadan əziyyət çəkən insan üçün ən əsas məqsəd təzyiqi eyni səviyyədə saxlamaq, təzyiqin kəskin qalxmasının qarşısını almaqdır. Hipertoniya zamanı məhz təzyiqin tez-tez və kəskin şəkildə qalxıb-enməsi çox təhlükəlidi
1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment
ABŞ-da yaşayan fitnes məşqçisi Dryu Menninq öz üzərində çox maraqlı və eyni zamanda təhlükəli eksperiment aparıb. Menninq 1 il ərzində əvvəl 32 kq artıq çəki yığıb, sonra isə bu çəkidən qurtulub. xarici KİV-lərə istinadl
Ürək və damarlar üçün ən faydalı ŞİRƏ. Hər gün 1 stəkan
ABŞ alimləri aşkar ediblər ki, 1 stəkan çuğundur şirəsinin gündəlik istehlakı beyində qocalma və dağılma proseslərini ləngidir və beyinin qan dövranını yaxşılaşdırır. Çuğundur azot turşusunun duzları ilə (nitratlar) zəngindir
8 kq necə arıqlamaq olar
Reseptin məlumatları Baxış sayı: 34 051
Tarix : 16-09-2018, 18:00
Arıqlamaq üçün ən tez üsul axtarırsan? O zaman sən doğru ünvandasan.
Burada sənin üçün vacib nüans, internet və televizordakı arıqladan dərmanların qurbanı olmamaqdır. Hər şeydən öncə sağlamlığına diqqət etməklə arıqlamaqdır.
Birinci əsas qayda: heç bir nahar arasını unutma. Qaydaya uyğun düzgün qidalan.
İkinci əsas qayda: aclıq hissi ilə yaşama. Aclıq hiss etdiyin an ye.
Birinci gün
Bugün sənin pəhriz proqramında vacibdir. Buna görə də bütün günü meyvələrə yer ayıra bilərsən. Fərqi yoxdur, hansı meyvə xoşuna gəlirsə. Əsas odur ki, banan siyahıdan çıxarılsın. Ən yaxşı seçim yemiş və qarpızdır. Hər hansı bir tərəvəz və ya başqa qidanı da çiy şəkildə yemə. Birinci gün 8-12 stəkan su içmək mütləqdir. Əgər acsan özünə assorti düzəlt. Heç cürə ac qalmaq olmaz.
İkinci gün
Bugün isə tərəvəzlərə həsr olunmalıdır. Yenə də hansı tərəvəzləri xoşlayırsansa onlardan istifadə edə bilərsən. Onu pendirlə yeyə bilərsən. Qaynadılmış şəkildə yemək istəsən yağ və duzdan istifadə etmə. Həm də kök, brokoli, xiyar, balqabaq, kahı, kələm, badımcanı da belə yesən faydalıdır. Bugün bir dəfə də olsa qaynadılmış kartof yemək vacibdir. Birinci gün kimi, ikinci gün də 8-12 stəkan su iç.
Üçüncü gün
Bugün həm tərəvəz, həm də meyvə günüdür. Sadəcə banan və kartof olmaz. Meyvə və tərəvəzləri ayrılıqda yeyin. Birlikdə yox. Səhər meyvə assortisi ilə özünə ziyafət ver, günorta və axşam isə meyvə ye. Bu iki naharda sadəcə 1-2 dilim meyvə yemək olar. Digər günlərdəki kimi, 3-cü gün də suyu unutma.
Dördüncü gün
Dördüncü gün menyuda südlü-bananlı pəhriz var. Gün ərzində 8-10 banan yeyib, 3 stəkan da süd içmək lazımdır. Başqa heç bir şey. Düzdür, bugün özünü daha çox ac hiss edəcəksən, amma axşam rahatlıq hissi bunu unutduracaq. Sadəcə unutma ki, ən az 4 dəfə qidalanmaq lazımdır. Südü isə səhər, günorta və axşam içsən yaxşıdır.
Beşinci gün
Pomidor sevən birisənsə 5-ci gün sənə bayram deməkdir. Səhər yeməyində bir kiçik kasa düyü, naharda isə 6-7 böyük pomidor yemək lazımdır. Bugün 12-15 stəkan su iç.
Altıncı gün
Bugün günorta naharında bir kasa düyü ye. Günün qalan hissəsini isə meyvə-tərəvəz yeməklə keçirdə bilərsən.
Yeddinci gün
Pəhrizin sonuncu günü kiçik qabda düyü və istədiyin bütün tərəvəzlərdən yeyə bilərsən. Amma bugün meyvə yemək olmaz, əvəzinə meyvələrin şirələrini içə bilərsən. Qeyd edək ki, bu pəhrizi ayda bir dəfə etmək məsləhətlidir. Etiketlər: meyvə, bilərsən, Bugün, yemək, Birinci, stəkan, tərəvəz, olmaz, axşam, banan, unutma, lazımdır, hansı, günorta, vacibdir, hissi, pəhriz, bütün, özünə, naharda
Comments are closed, but trackbacks and pingbacks are open.