Press "Enter" to skip to content

Beynəlxalq qadınlar bayramı necə yaranıb? 8 Martın tarixçəsi necədir

8 Martın tarixi 1908-ci ilə, Nyu-Yorkda 15 min işçi qadının yüksək maaş və seçim haqqı tələb etmələrinə əsaslanır.

SON DƏQİQƏ

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

NAXCİVANXEBERLERİ.COM Müdafiə Nazirliyinə istinadən təbrik mətnini təqdim edir:

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, idarəetmə strukturlarında işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir.
Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri – qadınlara seçmək və seçilmək hüququnun verilməsi, cəmiyyətdə onların xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha xarakterizə edir.

Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlar da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Vətənimizin azadlığı uğrunda və müqəddəs amal naminə neçə qadın şəhid olub, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin Vətənə, Dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, əsl ana kimi əməyini əsirgəməyib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycan qadını bu gün yaxından iştirak edir. Mərhəməti, humanistliyi, xeyirxahlığı, müdrikliyi və zəngin dünyagörüşü ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına səmimi bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.
İnanıram ki, bütün qadınlar kimi, Azərbaycan Ordusunda xidmət edən hərbi və mülki işlərdə çalışan qadınlar da bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya layiqli cavab olaraq Vətənə, Xalqa, Dövlətə sədaqət göstərəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!”

Beynəlxalq qadınlar bayramı necə yaranıb? 8 Martın tarixçəsi necədir?

8 Mart dünya qadınlar günü və ya başqa adla dünya işçi qadınlar günüdür. Qadın hüququları dünyanın hər yerində gündəm mövzusudur. Bəs 8 mart necə ortaya çıxıb? Bu bir bayramdır, yoxsa etiraz?

Dünyada coşğuyla qeyd olunan ‘8 Mart Beynəlxalq Qadınlar Günü’nün tarixi 1800-cü illərə gedib çıxır. Bəs niyə 8 Martda qadınlar bayramı?

1857-ci ildə ABŞ-da tekstil fabrikində başlayan tətil nəticəsində Beynəlxalq Qadınlar Günü 120 nəfərin ölümü ilə ortaya çıxsa da, ölkəmizdə ilk dəfə olaraq “İşçi Qadınlar Günü” kimi qeyd olunmağa başlandı. 1921. Budur onun əhəmiyyəti və Beynəlxalq Qadınlar Gününün tarixi haqqında hekayə!

Beynəlxalq qadınlar günü 100 ildən çoxdur mövcuddur. Hər il gündəm fərqli olur. Bu il isə 30-dan çox ölkədə tətilə çıxmaq aksiyaları təşkil olunur.

Nə zaman başlayıb?

Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri olan Klara Setkin ABŞ-da həlak olan qadın işçilərin xatirəsinə 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını təklif edib. On il sonra, 1921-ci ildə Üçüncü Beynəlxalq Qadınlar Konfransında günün adı dəyişdirilərək “Beynəlxalq İşçi Qadınlar Günü” kimi qeyd olundu.

Dünya qadınlar gününün kökü işçi hüquqları hərəkatlarına gedib çıxır. 8 Mart BMT tərəfindən rəsmən beynəlxalq qadınlar bayramı elan olunub.

8 Martın tarixi 1908-ci ilə, Nyu-Yorkda 15 min işçi qadının yüksək maaş və seçim haqqı tələb etmələrinə əsaslanır.

1910-cı ildə Kopenhagendə toplanan Beynəlxalq İşçi Qadınlar Konfrasında dünya qadınlar günü fikri irəli sürüldü. Konfransa 17 ölkədən qatılan 100 qadın Klara Setkinin təklifini qəbul etdi.

İlk beynəlxalq tədbirlər isə 1911-ci ildə Avstriya, Danimarka və İsveçrədə təşkil olundu. Ümumdünya qadınlar gününün 100 illiyi böyük tədbirlərlə qeyd edildi.

1975-ci ildə BMT dünya qadınlar gününü qəbul etdi və hər il özəl bir məsələ müəyyənləşdirdi. 1996-cı ildə müəyyən olunan ilk sloqan “Keçmişi qeyd etmək, gələcəyi planlaşdırmaq” şəklindəydi. Bu ilin sloqanısa “İş həyatını dəyişdirən qadınlar: 2030-cu ilə qədər bərabərlik” formasındadır.

BMT-nin hesabatlarına görə əmək qabiliyyətli qadınların yalnız yarısı işləyir.

Dünya qadınlar günündə qadınların cəmiyyətdə, siyasətdə və iş həyatında əldə etdiyi uğurları qeyd olunur. Lakin 8 Martın kökləri hələ də özünü göstərir. Qadınlar bayramında cinsi bərabərlik vurğulanır və etirazlar edilir.

Bəs niyə 8 Mart?

  1. Dünya qadınlar günü ideyasını meydana çıxaran Klara Setkinin ağlında dəqiq bir tarix yox idi.
  2. I Dünya müharibəsi zamanı, 1917-ci ildə rus işçi qadınlar “Çörək və sülh istəyirik” şüarları ilə küçələrə axışdı.
  3. Etirazların 4-cü günündə Rusiya çarı taxtdan endirildi. Qurulan müvəqqəti hökumət qadınlara seçmək hüququ verdi.
  4. Rusiyadakı qadın etirazlarının başlanğıcı Jülyen təqvimə görə 23 fevralda oldu. Miladi təqvimə görə bu gün martın 8-nə təsadüf edir.

DÜNYA QADINLAR GÜNÜ MESAJLARI

Dünyada, ölkəmizdə və üzvlərimiz arasında çalışan qadınlarımızın 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edir, sevgi və hörmətimi bildirirəm.

8 Mart Beynəlxalq Qadınlar Günündə dəyərli türk və dünya qadınlarına sağlamlıq və xoşbəxtlik dolu gələcək arzulayıram.

Mən əslində sizin kiçik bir surətinizəm. İnşallah mən də sizin kimi sevən olacam Qadınlar gününüz mübarək.

Od qarşısında xarab olmayan qızıl, qızıl qarşısında xarab olmayan qadın; Qadınlar gününüz mübarək.

Qadınlar gününü təbrik edir, sevgi və hörmətimi bildirirəm.

Məqalənin davamı olaraq:
  • 8 Mart təbrik mesajları və yazılı şəkillər

8 Mart Beynalxalq Qadınlar Bayramı münasibəti ilə bütün Xanımları Təbrik edirəm

Birinci ilk arzum, sizə xanımlar
Olmasın nə kədər,nədə qəminiz ,
Deməyin nə edim,nə eyləyim siz,
Sizə kömək olsun uca Rəbbimiz ..

İkinci arzumda cox müxtəlifdir,
Qelbimdən deməyə nələr kecibdir,
Cənnəti siziylə birgə secibdir,
Həzrəti Mühəmməd Peyğəmbərimiz..

Ücüncü arzumda belədir bilin
Axan göz yaşını sevincdən silin,
Daima həyatda sevilin sevin ,
Coşğun dəniz olsun məhəbbətiniz..

Dördüncü arzumda yazıram burda,
Olasız daima toyda büsatda
Təbrikim aiddi böyük uşağa,
Sabahın Anası körpələrimiz.

Beşinci arzumda cəkməyin qubar
Sizdən uzaq olsun həsrət intizar
Könül bağcamızda daim gül acar,
Bənövşə qızıl gül lalələrimiz

Altıncı arzumun diləyi bir yük
Ana adı daşımaq hər şeydən böyük,
Olmayın hec zaman həyatdan sönük,
Daima parlasın səadətiniz.

Yeddinci arzumda yazsam sığışmaz
Desəm saatlarla vallah qurtarmaz
Analar bacılar sizsiz həyat olmaz
Nə gözəl yaranıb bəşəryətimiz .

Səkkizinci arzumda səkkizi martda
Olasız hər zaman xoşbəxt həyatda
Gün kecər catasız ahıl yaşına
Sizə cicək ala nəvələriniz.

Comments are closed, but trackbacks and pingbacks are open.