Press "Enter" to skip to content

İşçi qanunla hər gün neçə saat işləməlidir

Əmək müqaviləsi müddətli bağlanılanda qeyd etdiyim məsələ ilə bağlı olaraq işəgötürənlər və işçilər aşağıdakılara diqqət yetirməlidirlər:

VERGİLƏR

Əmək Məcəlləsinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün əsas sənəd əmək müqaviləsidir. Əmək müqaviləsi müddətli və müddətsiz olaraq bağlanılır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Müddətli əmək müqaviləsinin bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulub.

Müddətli əmək müqaviləsinin ləğv olunması və uzadılmasında maraqlı və xüsusi hallar mövcuddur. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu maddənin 1-ci hissəsində göstərilib ki, müddətli əmək müqaviləsinə müqavilənin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Burada “. həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsinə diqqət yetilməsini istərdim.

Əmək müqaviləsi müddətli bağlanılanda qeyd etdiyim məsələ ilə bağlı olaraq işəgötürənlər və işçilər aşağıdakılara diqqət yetirməlidirlər:

  • əmək müqaviləsinin bağlanma tarixinə;
  • əmək müqaviləsində işçinin işə başlama tarixinə;
  • bağlanma və işə başlama tarixlərinin fərqliliyinə;
  • müqavilənin başa çatma tarixinə;
  • müqavilənin müddətində təqvim aylarının və ya təvqim günlərinin sayına.

Misal 1: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma və işə başlama tarixi 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu ildir. Həmin müqavilə başa çatdıqdan sonra tərəflər müqaviləni ləğv etməyiblər, bu barədə əlavə bir razılaşma da olmayıb. Bu halda, 73-cü maddənin 1-ci bəndinə əsasən, müqavilə yenidən eyni müddətə uzadılmış sayılır. Beləliklə, müqavilə daha 4 tam təqvim ayı – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq.

Misal 2: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 15 avqust 2019-cu il və başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasına 01 sentyabr 2019-cu ildə daxil edilib və bildiriş bu tarixdə əldə edilib. Müqavilənin müddəti başa çatanda tərəflər onu ləğv etməyiblər, əlavə razılaşma da olmayıb. Bəs bu halda müqavilə hansı müddətə uzadılmış sayılır?

Belə olan halda, müqavilə yenə də daha 4 tam təqvim ayı qədər – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi ancaq bildirişin əldə olunmasından sonra qüvvəyə mindiyindən, həmçinin müqavilədə xüsusi bir müddət yazılmadığından həmin tarixdən bağlanılmış sayılır.

Misal 3: Tutaq ki, “AA” MMC və işçi arasında müddətli əmək müqaviləsi bağlanılıb. Müqavilənin bağlanma tarixi 1 sentyabr 2019-cu ildir. Əmək müqaviləsi bildirişi 1 sentyabr 2019-cu ildə əldə edilib, işə başlama tarixi isə 4 sentyabr 2019-cu il yazılıb. Müqavilənin başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Razılaşma başa çatdıqda tərəflər müqaviləni ləğv etməyiblər, əlavə razılaşma da olmayıb.

Belə olan halda, işçinin işə 4 sentyabr 2019-cu ildə başlamasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunduğu tarixdən qüvvəyə minir və 73.1.-ci maddədə də uzadılma halı müqavilədə əvvəl müəyyən olunmuş müddətə uzadılır. Yəni bu maddədə işçinin işə başlaması tarixi, şərtləri haqqında heç nə yazılmayıb. Odur ki, müqavilənin müddəti 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılır.

Misal 4: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 28 avqust 2019-cu ildir, bildiriş 28 avqust 2019-cu ildə əldə edilib. İşçinin işə başlama tarixi isə 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Müqavilədə xüsusi bir şərt yazılıb ki, həmin müqavilə tam 4 təqvim ayı müddətində bağlanıb. Həmin əmək müqaviləsi başa çatanda tərəflər müqaviləni ləğv etməyıb, əlavə razılaşma da olmayıb.

Belə olan halda, bildirişin 28 avqust 2019-cu ildə əldə olunmasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər, yəni 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunuğu tarixdən qüvvəyə minir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində də uzadılma halı müqavilədə əvvəl müyyən olunmuş müddət götürülür. Burada müqavilədə müəyyən olunmuş müddət 4 təqvim ayıdır.

Belə hallarda problemlərin yaşanmaması üçün müqavilə müddətinin qurtarmasına qısa bir müddət qalmış əmək müqaviləsinin uzadılması qərarına gəlmiş tərəflərin əlavə razılaşma protokolu imzalaması tövsiyə edilir. Bununla yanaşı, əmək müqaviləsi bildirişi bazasında da dəyişikliklərin edilməsi zəruridir.

Fərqanə ALLAHVERDİQIZI

İşçi qanunla hər gün neçə saat işləməlidir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman – tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

8 saatlıq iş günündən niyə İMTİNA ETMƏK LAZIMDIR?

8 saatlıq iş günü – köhnəlmiş və səmərəsiz bir yanaşmadır. Əgər gün ərazində mümkün qədər produktiv olmaq istəyirsinizsə, bu köhnə düşüncələri buraxın və yeni bir yol tapın.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, 8 saatlıq iş günü sənaye inqilabı zamanı zavod işçiləri üçün əl əməyinin sayını azaltmaq məqsədi ilə düşünülüb tətbiq edilmişdir. İki yüz il bundan əvvəl, bu sıçrayış və insan əməyinə humanist yanaşma sayılırdı. Təbii ki, bu yanaşma müasir dövr üçün daha uyğun deyil.

Bizim babalarımız kimi, biz də qısamüddətli fasilələrlə və ya fasiləsiz 8 saat işləyirik. İnsanların çoxu hətta nahar zamanı belə çalışır! İşə münasibətdə bu köhnəlmiş yanaşma bizə kömək etmir, əksinə, bizi geri çəkir.

Gününüzü strukturlaşdırmaq üçün ən yaxşı yol

Draugiem Group apardığı araşdırmada işçilərin iş vərdişlərini izləmək məqsədi ilə xüsusi proqramlardan istifadə olunmuşdu. Bu proqram, insanların müxtəlif vəzifələrə nə qədər vaxt sərf etdiyini ölçüb və onların effektivlik səviyyələri ilə müqayisə etdi.

İnsanların fəaliyyətinin ölçülməsi prosesində onlar inanılmaz nəticəyə gəlmişlər: iş gününün uzunluğu əhəmiyyətli deyil, insanların öz günlərini necə qurduqları daha vacibdir. Xüsusilə, bu araşdırma zamanı müəyyən oldu ki, qısamüddətli fasilələr edən işçilər uzun müddət işləyənlərə nisbətən daha məhsuldar idi.

İş və fasilənin ideal nisbəti 52 dəqiqə iş, sonra isə 17 dəqiqə istirahət təşkil edir. Bu ardıcıllığı gözləyən insanlar öz işində daha diqqətli ola bilirlər. Demək olar ki, bir saat ərazində onlar özlərini bütünlüklə yerinə yetirməli olduqları vəzifəyə həsr etmişlər. Onlar Facebook səhifəsinə və ya elektron məktublara diqqət yetirmirdilər.

Yorğunluğu hiss etdikdə isə (bu təxminən hər 1 saatdan bir baş verirdi), onlar qısa ara verərək tamamilə dincəlmiş olurdular. Bu, onlara yeni güc toplayaraq iş zamanı daha məhsuldar olmağa kömək edirdi.

Beyniniz sizdən bir saat işləməyi və 15 dəqiqə istirahət etməyi istəyir

Bu sehrli nisbəti kəşf etmiş insanlar daha çox şey qazanmış olurlar, çünki bu, insan şüurunun əsas ehtiyaclarından birini ödəmək deməkdir: beyin, təbii olaraq, bir-birini əvəz edən yüksək (təxminən bir saat) və aşağı enerji (15-20 dəqiqə) sıçrayışları ilə fəaliyyət göstərir.

Yorğunluq ilə mübarizədə ən yaxşı vasitə isə iş gününə düşünülmüş şəkildə yanaşmaqdır. Bir saatlıq işdən sonra meydana gələn yorğunluq ilə mübarizə aparmayın, işinizi qırağa qoyub qısamüddətli fasilə edin.

Çox vaxt yorğunluq bizə qalib gəlir, çünki biz vaxtında ona diqqət yetirmədən işimizi davam etdik (enerji və konsentrasiya itirildikdən sonra) və düzgün olmayan fasilələrə yol veririk.

İş gününüzə nəzarət edin

Vaxtınızı strateji aralıqlara bölsəniz, 8 saatlıq iş günü sizin üçün faydalı ola bilər. Mükəmməl həyat ritminə nail olmaq üçün sizə dörd məsləhət verə bilərik:

Gününüzü saatlıq aralıqlara bölün.

Biz, ümumiyyətlə, gün, həftə və ya ayın sonuna kimi etməli olduğumuz işləri planlaşdırırıq, amma biz indi nə edə biləcəyimizə diqqət yetirsək daha produktiv ola bilərik.

Gününüzü saat aralıqlarına bölməklə, siz mürəkkəb məsələləri daha asanlıqla həll edə bilərsiniz.

Bu saata hörmət edin

Aralıq strategiyası ona görə effektivdir ki, biz yüksək konsentrasiyaya nail olmaq üçün fəaliyyətimizin ən pik nöqtələrindən istifadə edirik. Əgər siz iş saatınıza hörmət etmirsinizsə (elektron poçtu yoxlayırsınız və ya öz diqqətinizi Facebook-a və digər sosial şəbəkələrə yönləndirirsinizsə) , bu strategiyanın mahiyyəti itmiş olur.

Həqiqətən də istirahət edin, özünüzü aldatmayın

Draugiem tədqiqatı göstərir ki, saatda bir dəfədən artıq istirahət edən işçilər, istirahət etməyənlərə nisbətən daha məhsuldardırlar. Yaxşı istirahət etmək üçün kompüterdən uzaqlaşmaq, telefonu və bütün işləri 15-20 dəqiqəlik unutmaq lazımdır.

Siz istirahət etmək üçün gəzinti, oxu və ya söhbətlərdən istifadə edə bilərsiniz.

Bədəninizin sizə istirahət etmək təklifini irəli sürdüyünü gözləməyin

Fasilə etmək üçün yorğunluq hissini gözləyirsinizsə, artıq istirahət üçün çox gec ola bilər. Qısa bir ara vermək, yorğun olduğunuz zaman işə davam etməkdən daha faydalıdır.

İş gününüzü təbii enerji səviyyələrinə uyğun iş və istirahət dövrlərinə bölmək, iş gününüzü sürətləndirəcək və məhsuldarlığınızı artırıracaq.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.