Bakının bu ərazisi PLANA DÜŞDÜ – Evlər sökülüb yerində 13, 14 və 16 mərtəbəli binalar tikiləcək
İlkin layihəyə əsasən 13, 14 və 16 mərtəbəli yaşayış binalarının, uşaq baxçası, məktəb və bir sıra qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur.
Prokuror icra başçısının sabiq müavininin cəzasının ağırlaşdırılmasını istəyir
APA-nın əldə etdiyi xəbərə görə, dövlət ittihamçısı tərəfindən verilən protestdə işin yenidən araşdırılması istənilir.
Prokuror hesab edir ki, cinayət işi birinci instansiya və apellyasiya instansiyasında düzgün tədqiq olunmayıb, irəli sürülmüş ittihama görə yüngül cəza təyin olunub.
İş Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Bakının bu ərazisi PLANA DÜŞDÜ – Evlər sökülüb yerində 13, 14 və 16 mərtəbəli binalar tikiləcək
Yasamal rayon Alatava 1 adlanan yaşayış sahəsində söküntü işləri başalayacaq. Ərazi yenidən qurulacaq və müasir standartlara cavab verən binalar tikiləcək.
Day.Az xəbər verir ki, “Referans.az”a Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Alatava 1 yaşayış sahəsi yenidən qurulacağı və yaxın zamanda işlərin icrasına başlanılacağı bildirilib:
“Yasamal rayonu ərazisində Alatava 1 yaşayış sahəsi köhnə tipli fərdi evlərdən ibarətdir. Burada uzun illər sakinlər öz yaşayış şəraitini yaxşılaşdırmaq məqsədiylə çox saylı əlavə tikintilər və bir sıra binaların ikinci mərtəbələrində yenidənbərpa işləri aparıblar. Bu da bir çox problemlərin yaranmasına səbəb olub.
Hazırda üzərində işlədiyimiz layihənin əsas məqsədi həmin sahədəki özbaşına tikililəri sökmək və ərazidə müasir şəhər qurmaqdır. Sözügedən ərazidəki köhnə tikililər söküldükdən sonra onların yerinə layihə əsasında müasir məhəllə salınacaq.
İlkin layihəyə əsasən 13, 14 və 16 mərtəbəli yaşayış binalarının, uşaq baxçası, məktəb və bir sıra qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur.
Bundan əlavə yaşayan sakinlərin istirahətini təmin etmək üçün bəzi yaşıllıq ərazilərinin, uşaq əyləncə sahələrinin, açıq və qapalı idman meydançalarının təşkili nəzərdə tutulur”.
İcra Hakimiyyətindən layihənin üzərində işlərin getdiyi və sözügedən layihəyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarət edildiyi bildirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.