Mumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki
Onun sözlərinə görə, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır.
9-cu siniflər üzrə buraxılış imtahanları yeni model əsasında keçiriləcək – DİM sədri
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır.
M.Abbaszadə əlavə edib ki, IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq proqramlar və yeni tapşırıq modellərinin variantları hazırlanıb.
DİM sədri bildirib ki, 2017-ci ildə ilk dəfə olaraq, kurikulumların tələblərinə uyğun şəkildə IX siniflərin yekun qiymətləndirilmə (attestasiya) imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə təsvir edilən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılmışdır.
Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki
Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.
Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran,
Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı
Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa,
Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul
Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy,
Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad
Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən,
Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar
Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz,
Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan
Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə),
Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala
*Bakı xüsusi məktəblər, Çilov, ingilis,gürcü, fransız bölmələri
Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Qeyd 2: Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, “hissə”lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda həmin gün hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.
Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.