Press "Enter" to skip to content

9 may qələbə günüdür

Ana səhifəyə qayıt Baxış: 1 176 Tarix: 9-05-2017, 00:22

9 may qələbə günüdür

9 MAY: Qələbə Günü

11:54 09-05-2012

CƏMİYYƏT

9 MAY: Qələbə Günü
Prezident İlham Əliyev Böyük Vətən
müharibəsi iştirakçılarına qayğısını əsirgəmir

Azərbaycanda 1941-45-ci illər müharibəsi qurbanlarının xatirəsi daim əziz tutulur, dövlətin müharibə veteranlarına diqqət və qayğısı yüksək səviyyədədir.
İkinci Cahan savaşının od, alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara, müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə ulu öndər Heydər Əliyev bəxş etdi. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb, AXC-Müsavat iqtidarı dövründə hətta 9 May bayramını da ləğv etmək fikrində idilər. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə 2-ci qayıdışından sonra bu insafsızlığı da aradan götürüldü, ədalət bərpa olundu, veteranlara layiq olduqları hörmət göstərilməyə başladı. “Tarix bu gün də bilməlidir ki, ikinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur” deyən Heydər Əliyev müharibə veteranlarını “xalqımızın qızıl fondu” adlandırırdı.
Ümummilli liderin veteranlara böyük sevgi və qayğısını Prezident İlham Əliyev qədirbilənliklə davam etdirir, Dövlət başçısı 2003-cü ildən başlayaraq hər il müharibə veteranları ilə bağlı yeni qərarlar qəbul edir. Qələbənin 60 illiyi ərəfəsində Prezident İlham Əliyev “1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında” 1 may 2005-ci il tarixli fərmanı ilə bu insanların şücaətini bir daha qiymətləndirdi.
Tarixi Qələbənin 65 illiyi münasibətilə isə Milli Proqram hazırlandı, müxtəlif tədbirlər həyata keçirildi. Dövlət başçısının 2010-cu il 2 mart tarixli sərəncamına əsasən, müharibə iştirakçıları və arxa cəbhədə əmək fəaliyyəti ilə məşğul olmuş şəxslər “1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi” yubiley medalı ilə təltif olundu. Prezidentin 22 aprel 2010-cu il tarixli sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarının hər birinə 500 manat, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım verildi. Dövlət başçısı Qələbənin 66-cı ildönümü ərəfəsində də veteranlara daha bir qayğısı ilə diqqət çəkdi. Prezidentin sərəncamı ilə müharibə iştirakçılarına 500, digər kateqoriyalardan olan iştirakçılara, o cümlədən Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım verildi.
Bu il də həmçinin eyni sərəncamlar imzalandı və hər bir veterana 500 manat birdəfəlik yardım verildi.
Beləliklə, 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği bizim ölkəmizdə qeydə alınıb. Bundan başqa, hər il müharibə veteranlarına yeni mənzillər, maşınlar təqdim olunur.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva da müharibə veteranlarından şəfqət və mərhəmətini əsirgəmir, onların sağlamlığını, problemlərini daim diqqətdə saxlayır. Heydər Əliyev Fondunda veteranlarla keçirilən görüşlər isə qəhrəman və həm də bu kövrək qəlbli insanlar üçün unudulmaz tarixə çevrildi. 1945-ci ildə bəşəriyyətin faşizm üzərində Qələbəsi ədalətin, Xeyir qüvvələrin Şərin üzərində qələbəsi idi. “Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir. ” fikri Prezident İlham Əliyevə məxsusdur. Bu, təkcə veteranlara, onların problemlərinə diqqət deyil, həm də sabah Qarabağdan Qələbə xəbərini gətirəcək igidlərə mesajdır. İkinci cahan savaşında qəhrəmanlıq göstərənlərin nümunəsi və bir də dövlətin onlara qayğısı sabahkı qələbəni təmin edəcək amillərdəndir.
Bildirək ki, bu gün Böyük Vətən Müharibəsi veteranlarının sayı 9 min nəfərdir. Bunlardan əlavə, vətən uğrunda həlak olanların ailə üzvləri və əlil olanların sayı isə 3869 nəfərdir. Arxa cəbhə veteranlarının sayı 18421 nəfərdir. Döyüşlərdə həlak olmuş hərbçilərin başsız qalmış ailələrinin sayı 14452-dir.
İlkin Rzazadə

9 may qələbə günüdür

Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində

Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.

Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Ana səhifəyə qayıt Baxış: 1 176 Tarix: 9-05-2017, 00:22

Bu gün 9 May – Qələbə günüdür

Bu gün 9 May – Qələbə günüdür Bu gün 9 May – Qələbə günüdür.

9 May , 2019 00:00

https://static.report.az/photo/c6c7bcad-3ade-411c-8182-1bf1d691e0bc.jpg

Bu gün 9 May – Qələbə günüdür. “Report” xəbər verir ki, alman faşizmi üzərində qələbədən 74 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Müharibə dövründə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. Bu il – 2019-cu il aprelin 23-də Prezident İlham Əliyev “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Sərəncam 9 300-dən çox şəxsə şamil olunub. Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.