9 yaşlı uşağı necə maskalamaq olar
Beləliklə, uşaq rasionunu tərtib edəndə məhsul müxtəlifliyindən və balanslaşdırılmış qidadan istifadə etmək lazımdır. Unutmayın ki, üç yaşında olan uşaq artıq ağız dadını çox gözəl bilir. Ona görə də qidaların dad keyfiyyəti mütləq nəzərə alınmalıdır.
Uşağa ət, balıq və tərəvəzi nə zaman verməli, 3 yaşlı uşağın düzgün qida rasionu.
Hesab edilir ki, üç yaşına çatmış uşaq artıq böyüklərin yediyini yeməyə hazırdır. Lakin pediatrların hamısı bu fikri təkzib edə bilər. Çünki üç yaşına çatmış uşaqların rasionuna ciddi yanaşmaq lazımdır. Burada həm müxtəliflik olmalıdır, həm də yeməklərin hazırlama üsullarını nəzərə almaq lazımdır. 3 yaşlı uşağın rasionunda meyvə və tərəvəz olmalıdır.
Üstünlük səciyyəvi iqlim zonasına aid olan meyvələrə verilməlidir. Bu, allergik reaksiyalar riskini azaldır. Tərəvəzləri salat şəklində və az porsiyalar ilə vermək lazımdır — 30 qrama yaxın.
Uşaqların südlü sıyıqları sevmədiklərinə baxmayaraq onları rasiondan istisna etmək olmaz. Ən yaxşısı qarabaşaq və yulaf sıyıqlarıdır, çünki onlar ən faydalı yarmalar hesab olunur. Sıyıqlar daha dadlı alınsın deyə onlara alma və quru meyvələr əlavə etmək olar. O ki, qaldı alınma şirniyyatlara, burada adi nisbət tarazlığını saxlamaq lazımdır. Konfet və şokolad yalnız çərəz kimi istifadə olunmalıdır, əsas yeməyin əvəzi kimi yox.
Uşağın qida rasionunda ət
Valideynlər uşağa ət yeməklərini nə vaxt verməli olduğunu bəzən bilmirlər. Nədən isə elə hesab olunur ki, bu məhsul uşaq orqanizmi ilə ağır mənimsənilir. Lakin bu, valideynəlirin həddindən artıq qayğı göstərməklərindən irəli gələn yalnış fikirdir. Pediatrların fikrincə ət üçyaşlı uşaqların gündəlik rasionuna mütlək daxil olunmalıdır. Əlbəttə, bu, o demək deyil ki, uşaqları hər gün iri döymə ət ilə qidalandırmaq lazımdır — ən əsası odur ki, əti düzgün seçib, onu düzgün hazırlamaqdır.
Burada bir sual yaranır — bəs üçyaşlı uşağa hansı ət vermək olar? Pediatrlar mal və quş ətini seçməyə tövsiyə edirlər. Ən ideal variant — hind toyuğu ətidir. Bu pəhrizli ət çox nadir hallarda allergiyaya səbəb olur və dad baxımından da uşaqların mal ətindən daha çox xoşlarına gəlir.
Ət yeməklərinin bişirilmə qaydası da böyük əhəmiyyət kəsb edir. Uşaqların qidasından söhbət gedirsə, adi üsulla tavada qızardılmış ət məsləhət görülmür. Ən yaxşısı 1,5−2 saat ərzində əti bişirmək və ya sobada hazırlamaq. Bu zaman ədviyyat və souslardan istifadəni minimuma endirmək lazımdır. Çox acılı, turş və duzlu əti böyüklər üçün saxlayın. Uşaqlara aid olan yeməklərdə mayonez, sirkə və soya sousu olmamalıdır. Lakin bir qədər sarımsaq və soğan heç də pis olmaz.
Uşaq rasionunda balıq.
Balıq uşaq qidasında mütləq olmalıdır. Valideynlərin «Uşağa balıq nə zaman verilməlidir?» sualına pediatrlar asanlıqla «Lap iki yaşından!» cavabını verəcəklər. Bu məhsul mikroelementlər və vitaminlərlə zəngindir, məhz buna görə onun faydalılığı danılmazdır. Bundan əlavə, balıq mədəaltı vəzinə ağırlıq vermir və uşaq orqanizmi tərəfindən yaxşı mənimsənilir. Onu pörtlətmək, bişirmək və buğda hazırlamaq olar, lakin qızardılmış yağlı balıq yeməklərini çox yemək olmaz.
Çay, dəniz balığını seçmək olar, lakin unutmayın ki, dəniz balığında yağlılıq çoxdur. O ki, qaldı dəniz məhsullarına, onların uşaq rasionunda heç yeri yoxdur, çünku onlar çox güclü allergendirlər. Yeri gəlmişkən, uşaqlara balığı ehtiyyatla vermək lazımdır. Yeni yemək və ya balıq növünü uşağa verəndən əvvəl uşağın ona allergiyası olub olmamasından əmin olun.
Beləliklə, uşaq rasionunu tərtib edəndə məhsul müxtəlifliyindən və balanslaşdırılmış qidadan istifadə etmək lazımdır. Unutmayın ki, üç yaşında olan uşaq artıq ağız dadını çox gözəl bilir. Ona görə də qidaların dad keyfiyyəti mütləq nəzərə alınmalıdır.
9 yaşlı uşağı necə maskalamaq olar
Bu yaş qrupundakı uşaqlar gündəlik ət, süd, taxıl, meyvə, tərəvəz, yağ və şəkər qrupu qidalarını qəbul etməlidir. Bu müddətdə gündəlik 350 mg kalsium ehtiyacı var. 250-300 gr süd, qatıq və bir kibrit qutusu ağ pendir bu ehtiyacı qarşılaya bilər. Sümüklərin inkişafı üçün bu vaxtda D vitamininə ehtiyac var. Dəmir ehtiyacı da bu dövrdə davam etməkdədir. Dəmirlə zəngin olan qidaların C vitamini ilə birlikdə verilməsinə diqqət edilməlidir. C vitamini bədəndə depolanmadığı üçün gündəlik qəbul edilməlidir.
İlk bir ildən fərqli olaraq artıq inək südü içilməsinə icazə var. Bu dövrdə 1-2 stəkan süd kifayətdir. Ancaq bəzi uşaqlar daha çox süd içmək istəyirlər. Bu uşaqlarda qəbizlik, qansızlıq kimi problemlərə səbəb ola bilər. Yumurta ağı və bal da bu dövrdə yavaş yavaş menyuya əlavə edilə bilər.
Bədənimizin bir az duza ehtiyacı var. Ancaq bu ehtiyac ilk illərdə o qədər də çox deyil. Gündəlik ehtiyacımız olan duz miqdarını başqa qidalardan da ala bilərik. Buna görə də uşaqlar ilk 1 yaşda duz ilə tanış edilməməli, 1 yaşdan sonrakı müddətdə də süfrədə duz qabı qoyulmamalıdır. Uşağı duzlu və şəkərli ağız dadına öyrəşdirməmək, irəliləyən yaşlarda duz və şəkər səbəbindən yaranan xəstəliklərdən qorumaq üçün edilə biləcək ən yaxşı tədbirlərdən biri budur.
1 yaşdan sonra uşaqlarda ən çox rast gəlinən problemlərdən biri iştahsızlıqdır. Uşağın 1 yaşından sonra böyümə sürəti azaldığı üçün fizioloji iştahsızlıq dövrü başlayır. 6-9 ay arası 400 qr. çəki qazanan körpəniz 1 yaşdan sonra ayda 200 qr. ala bilər. Ailəyə bu məlumat uşaq 1 yaşına girməzdən qabaq verilməlidir. Ailələr üçün iştahsızlıq kimi qəbul edilən bu dövr bir çox uşaq üçün təbiidir. Ayda 200 qram çəki qazanan uşaq çox yeməsi üçün məcbur edilməməlidir.
1 yaşlı uşağın saçının qırxılması ənənə və qaydaları
1 yaşlı uşağın saçının qırxılması necə olar? 1 yaşlı uşağın keçəl qırxdırmaq lazımdırmı? 1 yaşlı uşaqların saçının qırxılması ilə əlaqədar əcdadlarımızdan bizim dövrümüzə gəlib çatmış çoxsaylı fərziyyələr və inanclar. Müxtəlif xalqların qədim ənənələri. Körpə uşaqların saçının qırxılması zamanı riayət edilməli olan qaydaların siyahı..
Saçın qırxılması haqqında fərziyyələr
Fərziyyə №1: Saçı qırxdıqdan sonra gələcəkdə saç daha sıx olacaq.
Təkzib: Saçın sıxlığı — göz aldanışıdır. Uşaq doğulduqdan sonra daim uzanmış vəziyyətdə olur və başının tükləri, bir növ, «yeyilir». Uşağın başında saçın seyrəkliyi və keçəllik əmələ gəlir. Saçı qırxdıqdan sonra tüklər bərabər səviyyədə çıxmağa başlayır, buna görə də saç örtüyünün sıxlığı görüntüsü yaranır.
Fərziyyə №2: Uşaq 1 yaşında ikən saçı qırxıldıqda, saçları möhkəm və ipək kimi olacaq.
Təkzib: Saçların xarici görünüşü saçın qırxılmasından asılı deyil. Yalnız saçların qidalandırılması və düzgün qulluq göstərilməsi onların görkəminə, möhkəmliyinə və gözəlliyinə təsir göstərə bilər.
Fərziyyə №3: Əgər 1 yaşlı uşağın saçının bir cəngəsi kəsilib uşaq məktəbə gedərkən ona göstərilsə, uşaq mütləq yaxşı oxuyacaq.
Təkzib: Kəsilmiş saç cəngəsi uşağın əqli qabiliyyətinə heç bir təsir göstərə bilməz.
Fərziyyə №4: Əgər 1 yaşlı uşağın saçının bir cəngəsi kəsilib onun yastığının altına qoyulsa, uşaq mütləq şirin yuxular görəcək. Bu fərziyyənnin doğruluğunu hələ heç kim yoxlamayıb.
1 yaşlı uşağın saçını qırxdırmaq ənənələri
- Hindistanda körpələrin saçı həmişə keçəl qırxılırdı. Dini təsəvvürlərə əsasən, saçın qırxılması keçmişlə (ana bətnindəki həyatla və körpəlik çağı ilə) vidalaşmağın və işıqlı gələcəyə doğru irəliləməyin rəmzi sayılırdı.
- Monqolustan sakinləri uşaqların saçının qırxdırılması prosesini əsl bayrama çevirirdilər. Bu tədbirə bütün ailə dəvət olunurdu. Hər bir qonaq uşağın saçından bir cəngə kəsərək arzu diləyirdi. Bundan əlavə, bütün qonaqlar hədiyyə gətirirdilər.
- İsraildə oğlan uşaqlarının 3 yaşı olmayınca, saçını qırxdırmırlar. Bu ölkənin ənənələri dindar olmayan bir çox ailələrdə qorunub saxlanmışdır.
- Qədim Slavyan mədəniyyətində südəmər körpələr 1 yaşına çatmayana qədər onların saçını qırxmaq qadağan edilirdi. Hesab olunurdu ki, uşağın gücü və sağlamlığı onun saçlarındadır və əgər uşağın 1 yaşı tamam olmamış onun saçı qırxıldıqda uşaq zəifləyə və tez-tez xəstələnə, uğur və var-dövlət bu uşaqdan yan keçə bilər. 1 yaşı tamam olduqdan sonra uşağın saçını keçəl qırxdırırdılar. əcdadalar hesab edirdilər ki, bu prosedur şər qüvvələri uşaqdan uzaqlaşdırır və uşaq öz həyatının yeni mərhələsinə keçir.
- Rusiyada maraqlı bir mərasim mövcud idi: uşağın 1 yaşı tamam olanda onun saçları xaç şəklində qırxılırdı. Mərasim ay bədirlənəndə keçirilirdi. Kəsilmiş saç cəngələri müqəddəslərin təsvirinin (ikonaların) arxasında gizlədilirdi. Hesab olunurdu ki, uşağın bu ilk saçları onu bütün həyatı boyu xəstəlik və bəlalardan qoruyacaq.
- Saçlar uğurun rəmzi hesab olunduğundan, saç cəngəsini pul sikkələri ilə darayır və üzərindən toyuq yumurtası dığırladırdılar.
- Körpənin saçını kəsdikdən sonra qarışqa yuvasında basdırır və bu sözləri deyirdilər: «Torpaqdan yarandı, torpağa gömüldü».
- Qədim Slavyan inanclarında hesab olunurdu ki, uşaq ali kosmik qüvvələrlə əlaqədədir. Bu səbəbdən, uşağın başındakı tükləri “kosmos” adlandırırdılar. Bildirilirdi ki, bütün müsbət energetika uşağın qəlbinə onun saçlarından daxil olur və əgər saçlar kəsilsə, insan həyatda çox şey itirəcək.
Uşağın saçının qırxılmasına dair tövsiyyələr
- Uşağın saçının qırxılması zamanı uşağın davranış xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər uşaq, adətən, səhərlər daha sakitdirsə, onun saçını səhər, axşamlar daha sakitdirsə, axşam qırxdırın. Uşaq tox olduqda, eləcə də günorta saatlarında yatıb yuxusunu aldıqdan sonra saçının qırxılması zamanı daha sakit olur.
- Uşaq xəstə olduqda onun saçını qırxdırmayın. Onun vəziyyətini pisləşdirməyin.
- Uşağın əhval-ruhiyyəsinə diqqət yetirin. Saçını qırxdırarkən o, yüksək əhval-ruhiyyədə olmalıdır.
- Uşağın saçını maşınla qırxmayın – sadəcə, qayçı ilə kəsin. Maşın saç örtüyünün qovuqcuqlarını zədələyir və nəticədə uşağın başında tüklər seyrəkləşə bilər. Həmçinin, bu qurğunun səsi uşağınızı qorxuda bilər. Xüsusən, uşağın başını ülgüclə təmizləmək olmaz. Amma əgər uşağınızın saçını mütləq qırxmalısınızsa, trimmerdən istifadə edin – bu qurğu daha təhlükəsizdir və maşınla müqayisədə, daha səssizdir.
- Uşağın saçını çimdikdən sonra qırxın. Nəm saçlar daha asan qırxılır.
- Uşağın xoşuna gələcək şərait yaradın. Uşaqlar üçün xüsusi şəraitə malik uşaq bərbərxanalarına getmək, yaxud uşağın saçını evdə qırxmaq olar. Bu halda uşağın başını oyuncaqla, kitabla, dadlı yeməklə qatmaq olar. Uşaqla daim söhbət edin, onu dəstəkləyin. Əgər özünüz saç qırxmağı bacarmırsınızsa, xüsusi təlim görmüş bərbəri evinizə dəvət edin.
- Uşağın saçını qırxdıqdan sonra onu ilıq su ilə çimdirin. Uşağın bədənindəki hər bir qatı yaxşıca yuyun. Əgər qatların arasında tük qalsa, uşağın bədənini dalayaraq onu narahat edəcək.
- Uşağın saçını evdə qırxarkən dezinfeksiya barədə unutmayın. Alətləri mütləq təmizləyin. Uşağın saçını keçəl qırxdıqda isə başının dərisi də təmizlənməlidir. Bu məqsədlə «Miramistin» vasitəsindən istifadə etmək daha yaxşı olar.
- Uşağın saçını qırxarkən onu qucağınızda əyləşdirin. Qoy onu yaşlı tanışınız tutsun. Bu halda uşaq daha sakit olacaq və prosesə etibarla yanaşacaq.
- İmkan varsa, uşaq üçün cizgi filmi salın.
- Uşağı yaralamamaq üçün ucu dəyirmi qayçıdan istifadə edin.
- Uşağın saçını özünüz qırxdıqda bütün prosesi cəld icra etməyə çalışın. Bir yaşlı uşaqlar uzun müddət bir yerdə otura bilmirlər.
- Uşağın saçını ən çətin yerlərdən qırxmağa başlayın və maksimal dərəcədə ehtiyatlı davranın.
Sizin öz əhval-ruhiyyəniz də mühüm əhəmiyyət kəsb edir və körpənizə də sirayət edir. Heç bir halda əsəbiləşməyin və sakit qalmağa çalışın.
Comments are closed, but trackbacks and pingbacks are open.