Press "Enter" to skip to content

9cu sinif buraxilis imtahani pdf

Zal nəzarətçilərinin təlimi davam edir

IX sinif buraxılış imtahanlarının vaxtı açıqlandı

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bölgələr üzrə, əvvəlcədən elan olunduğu kimi, 2022-ci il 16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində aşağıda verilmiş qrafikə uyğun keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı, şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər. Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, “hissə”lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verəcəkləri haqda məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin – şagirdləri üçün imtahan mayın 1-də keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.

Saglamolun.Az

9cu sinif buraxilis imtahani pdf

2018-10-04 18:00:00

IX sinif buraxılış imtahanlarının yeni qaydaları- Nələr dəyişib?

AzEdu.az IX sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir. Bu barədə AzEdu.az-a Kamran Əsədov məlumat verib. O qeyd edib ki, 2019-cu ildə IX sinif buraxılış imtahanı ikimərhələli keçiriləcək. Şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.
Ana dilindən(Azərbaycan və ya rus dilləri) maksimum bal 30-dur. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq. Riyaziyyat da eyni qayda ilə keçiriləcək. Xarici dil fənnindən də maksimum bal 30 nəzərdə tutulub. Cəmi 15 tapşırıq təqdim olunacaq. Şagirdlər üçün buraxılış imtahanında dinləmə mətni nəzərdə tutulub. Bu, publisistik və ya dialoq formatında olacaq. Ona aid 4-ü qapalı, 2-i isə açıq olmaqla 6 tapşırıq veriləcək. Oxuyub-anlama mətni üçün isə 5-i qapalı, 4-ü açıq olmaqla 9 tapşırıq nəzərdə tutulub. II mərhələdə də şagirdlər eyni fənlərdən imtahan olunacaqlar. Bu dəfə isə bütün fənlərdən maksimal bal 70 nəzərdə tutulub. Fənnlər üzrə 30 qapalı test tapşırığı veriləcək.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

Rəqəmsal SAT imtahanı keçiriləcək

2023-03-07 10:41:36

DİM abituriyentlər üçün məsləhət mərkəzləri yaradıb

2023-03-07 10:22:46

“Rektorlar şikayət edir. ” – DİM sədri subbakalavrlardan narazıdır

2023-03-06 14:33:44

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

2023-03-06 14:31:00

“Abituriyent” jurnalının 2-ci nömrəsi çıxıb

2023-03-06 11:39:58

Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2023-03-06 10:47:00

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI

2023-03-06 10:29:00

Bu abituriyentlər ərizəsini ödənişsiz təsdiqləyə bilər

2023-03-03 12:47:25

Zal nəzarətçilərinin təlimi davam edir

2023-03-03 12:17:00

DİM kotirovka sorğusu elan edir

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.

Aztehsil.com xəbər verir ki, DİM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 37230 şagirdin imtahan verib.

Martın 13-dən etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri isə yaxın günlərdə elan ediləcək. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.

Comments are closed, but trackbacks and pingbacks are open.