Mumi tarix 7-ci sinif dərsliyi (Alternativ kitab)
Bu videoda sizlərlə 7-ci sinif Riyaziyyat. Metodik vəsait. Çoxhədli. Orta perpendikulyar paylaşdıq. Kanala Abunə olub videonu .
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
14 Ekim 2015 Çarşamba
Azərbaycanda tarix təhsili və metodik ədəbiyyat tarixindən
Paylaşıldı 06:12 by Leyla Bayramova
Azərbaycanda tarix təhsili və metodik ədəbiyyat tarixindən
SSRİ-nin mövcudluğu dövründə tarix dərslikləri , dərs vəsaitləri elmi pedoqoji ədəbiyyatlar 1917-ci ilin oktyabr çevrilişinin nətəcələrini özündə əks etdirmişdir. II dünya müharibəsindən sonra isə ideoloji sahədə yeni istiqamət götürülmüşdür bu istiqamətin əsasında sosiolizm quruculuğunun üstünlüklərini təlim və tərbiyə prosesində təbliğ etmək dururdu.
40-cı illərdə SSRİ də yeni tarix dərslikləri buraxıldı. Bütün dərsliklər ağ-qara illüstrasiyalarla, tarixi xəritələrlə təchiz edilmişdir. Amma onlarda suallar, tapşırıqlar və sənədlər yox idi. Onlar hələ də şagirdlərin müstəqil işinin təşkilində müəllimə az kömək edirdilər. Dərsliklər faktlarla , adlarla, tarixlərlə dolu idi. Buna baxmayaraq, bu dərsliklər müəllimin işini müəyyən dərəcədə yüngülləşdirirdi.
Müharibə illərində məktəblərdə təlim tərbiyənin ümumi səviyyəsi xeyli aşağı düşmüş,hətta bəzi yerlərdə ümumi icbari təhsil qanunu pozulmuşdu. Müəllimlərin bir çoxu döyüşlərdə həlak olmuş, ciddi kadr çatışmazlığı meydana çıxmışdı. 4-cü beş illik planın müvəffəqiyyətlə yerinə yetirilməsi , bununla əlaqədar maliyyə imkanlarının bir qədər genişlənməsi və məktəblərin maddi bazasının yaxşılaşması bu problemlərin həll olunmasına şərait yaratdı. 5 və 6-cı beşilliklərdə isə məktəblər qarşısında yeni vəzifələr qoyuldu.6-cı beşıllikdə bütün şəhər və kənd yerlərində onillik ümumi təhsilə keçmək üçün hazırlıq görmək, həmçinin orta məktəblərdə politexnik təlimi həyata keçirməyə başlamaq kimi mühüm vəzifələr qoydu. Belə bir şəraitdə təbii ki, tarix təhsilinin quruluşu və məzmununda da yeniliklər edilməsi məsələsi yenidən ortaya çıxdı. SSRİ tarixinin sistemli kursu yuxarı siniflərdə öyrənilməsi təklif edildi. Tarix təhsili sahəsindəki bu islahat layihəsi pedoqoji ictimaiyyət tərəfindən müdafiə olundu. Qətiyyətlə göstərilirdi ki, V-VII siniflərdə yalnız xarici ölkələrin qədim və orta əsrlər tarixinin öyrənilməsi ilə kifayətlənmək olmaz. Bu yenidənqurma aşağıdakı kimi getməli idi.
a) Qədim dünya və orta əsrlər tarixlərinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi
b) SSRİ tarixinin sistemli qısa kursunun yeni tarixin elementləri ilə birlikdə tədris olunması
Tarix təhsilin təkmilləşdirilməsi sahəsində iş sonralar da davam etdirildi və partiyanın XIX-XX qurultaylarının direktivlərinə əsasən şagirdlərə politexnik təhsil verilməsinə keçilməsi üçün yeni tədris planları və proqramları hazırlandı.
Maarif nazirliyi tarixə dair biliklərin keyfiyyətinin yüksəldilməsini tədris proqramlarının və dərsliklərin 2-ci dərəcəli materiallardan təmizlənməsi ilə yanaşı təlimdə əyanilik prinsipinə, eləcə də şagirdlərin müstəqil işlərinə geniş yer verilməsində görürdü.
Lakin, bunun həyata keçirilməsində qarşıya böyük çətinliklər çıxdı. Mövcud dərsliklər yeni tədris planı və proqramları ilə uyğun gəlmirdi. 1955-56 cı ilin tədris planında tarix dərslərinə həftədə cəmi 17 saat, SSRİ Konstitusiyasına isə 2 saat vaxt ayrılırdı. 50-ci illərin ortalarında V-VII siniflər üçün orta əsrlər tarixi, VIII-IX siniflər üçün yeni tarix, X sinif üçün SSRİ tarixi dərslikləri nəşr olundu. Yenidən işlənmiş və tərtib olunmuş dərsliklərdəki materiallar əhəmiyyətli dərəcədə yüngülləşdirilmişdi
Xronoloji tarixlər xeyli azaldıldı bunların əvəzinə dərslikdəki illüstrasiya və xəritələrin sayı artırıldı., qeyd etmək lazımdır ki, ümumi tarix dərslikləri də yenidən işləndi və lazımınca yüngülləşdirildi. Bütün bunlar şagirdlərin aldığı tarixi biliklərin həmçinin azaldılmasına və onların həddindən artıq yüklənməsinə imkan yaratdı. Bəzən mühüm faktlar ixtisara məruz qalırdı. Xüsusilə də SSRİ də yaşayan türk xalqlarının tarixinə dəyirdi. Bu isə öz növbəsində belə bir məqsədə xidmət edirdi ki, çox millətli bir ölkədə şagirdlər görsünlər ki, yalnız rus xalqının şərəfli və zəngin tarixi keçmişi vardır
Məktəb proqramları və dərsliklərdə şəxsiyyətə pərəstişi təbliğ edən materiallardan təmizlənməyə başladı
Ən yeni tarix kursunda aşağıdakı mövzuların öyrənilməsi planlaşdırılırdı. Böyük oktyabr sosiolist inqilabının qələbəsi-yeni tarixi eranın başlanğıcı: 1924-1939 cu illərdə xarici ölkələrin iqtisadi və siyasi inkişafının əsas cəhətləri, ikinci dunya müharibəsi, dünya sosiolizm sistemin yaranması və möhkəmlənməsi, imperializmin müstəmləkəçilik sisteminin tənəzzülü, II dünya müharibəsindən 2 xəttin mübarizəsi, sülh uğrunda xalqların mübarizəsi və s
Nəhayət, Azərbaycan məktəblərində öz tarixlərinə dairmüəyyən məluma təldə etmək imkanı verilirdi. Sovet İKP MK və SSRİ NS “ Məktəblərdə tarix tədrisində bəzi yeniliklər edilməsi haqqında” 8 oktyabr 1959-cu il tarixli qərar verdi. Həmin qərarla məktəblərdə tarixin tədrisinin yeni qaydasının müəyyənləşdirilməsi ilə yanaşı , müttəfiq respublikaların KP MK nazirlər sovetlərinə tapşırılırdı ki, müttəfiq respublikaların tarixin öyrənilməsi məsələsini həll etsinlər. Bu qərara uygun olaraq, “Azərbaycan SSRİ məktəblərində tarix fənlərinin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında” 1959-cu il 5 noyabr tarixli qərarı verildi. Bu qərarlara əsasən respublika məktəblərində 4,7,8,9,11-ci siniflərdə Azərbaycan tarixi öyrənilir bunun üçün isə, 51 saat ayrılması nəzərdə tutulur.
Bu dövrdə diqqəti cəlb edən cəhət tarix dərsliyinə münasibətin dəyişilməsi idi. 60-cı illərdə yeni dərslik tipi yaradıldı. Bu dərsliklər aşağıdakı əlamətləri ilə xarakterik idi.
Dərslik dərketmə aləti , şagirdlərin tarixi təfəkkürünün inkişafının , idrak fəallığının mənbəyi, öyrənmə prosesinin təşkilatçısı idi. Bu çoxcəhətli vəzifələri həll etmək üçün
a) Fakt və ümumiləşdirmələrin düşünülmüş nisbətinə nail olunmuşdu
b) Bütün kurs boyu zəruri anlayışlar qənaətlə seçilmiş, onların ümumiləşdirilməsi və inkişafı üzrə iş aparılmışdır.
c) Müəllimi şagirdlərin fəal dərketmə fəaliyyətinin təşkilinə yönəldən müxtəlif didaktik materiallar (sənədli və bədii ədəbiyyatdan parçalar, illüstrasiyalar, sual və tapşırıqlar) daxil edilmişdir.
d) Bu materiallar həm də əsil tərbiyəedici təlim üçün nəzərdə tutulurdu. 1964-cü ildə 10 illik tədris müddəti bərpa edildi.
Sovet İKP MK və SSRİ Nazirlər Sovetinin “Məktəbdə tarixin tədrisinin dəyişdirilməsi haqqında” 14 may 1965 ci il tarixli qərarı qəbul edildi. Bu qərara əsasən Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 23 iyun 1965 –ci il tarixli qərarına əsasən respublika tarixinin VII-VIII siniflərdə elementar şəkildə tədrisi əvəzinə , VII_X siniflərdə sistematik şəkildə öyrədilməsinə başlanıldı.
Məktəblərdə Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltmək məqsədilə 1984-1985 –ci dərs ilindən başlayaraq orta məktəb kursu üzrə tarix və ictimaiyyatdan buraxılış imtahanları biletlərinə Azərbaycan tarixindən suallar daxil edilmişdir. Nəticədə, şagirdlərin tarixi bilikləri dərinləşmiş, onların Azərbaycan tarixinə marağı , müəllimlərin məsuliyyəti artmışdır.
1986 -1987 ci dərs ilindən respublikada tarix yani proqramla keçilməyə başladı. Proqramlar ümumtəhsil məktəbləri islahatının tələblərinə uyğun olaraq işlənilmişdi.
Azərbaycan tarixindən yeni proqramlar hazırlanması respublikada metodik a sahəsində mühüm vəzifə oldu. Proqramlar şagirdlərin dərketmə imkanları nəzərə alınmaqla hazırlanmalı idi. Tarixi materialların dərk edilməsi sistemli və elmi şəkildə hələ öyrənilməmişdi.
Azərbaycan tarixinin öyrənilməsi üçün ayrılan dərs saatlarının miqdarı olduqca az idi. Bu isə Azərbaycan tarixi proqramlarının ümumittifaq proqramları ilə vəhdətinin təmin edilməsinə mane olurdu. Ona görə də burada məzmun mahiyyətcə deyil, struktur cəhətdən vəhdətin təmin olunmasından söhbət gedə bilərdi. Bu cəhəti nəzərə alaraq proqramlarda Azərbaycan tarixinin öyrənilməsinə ayrılan saatların miqdarı aşağıdakı kimi müəyyənləşmişdi
IV sinifdə- 11
VII sinifdə- 17
VIII sinifdə – 16
IX sinifdə – 22
X sinifdə- 16 saat
Beləliklə,məktəbdə Azərbaycan tarixinin öyrənilməsinə cəmi 82 saat vaxt ayrılmışdı.
Ümumiittifaq tarix kursları üçün ayrılmış vaxtın yalnız bir neçə saatı (xüsusilə IV sinifdə) ixtisar edilərək Azərbaycan tarixinin öyrənilməsinə verilmişdir. Beləliklə, ittifaq dövləti Azərbaycan tarixinin öyrənilməsi üçün vaxt və vəsait ayırmır, bunu respublikanın öz öhdəsinə buraxırdı. Xalq məsəlində eyildiyi kimi” Paraya dəymə, bütövü kəsmə, doğru doyunca ye”
Şagirdlərin bacarıq və vərdişlərinin inkişaf etdirilməsi sahəsində Azərbaycan tarixinin imkanları hələ öyrənilməmişdi. 1986-cı ildə respublikada orta ümumitəhsil məktəbləri üçün buraxılan “tarix” proqramında bütövlükdə 82 saatlıq Azərbaycan tarixi ilə bağlı cəmi 2 bacarıq göstərilmişdi
a) Azərbaycan tarixinin SSRİ tarxinin bir hissəsi olduğunu , onların arasındakı bağlılığı başa düşmək (V sinif)
b) Azərbaycan tarixinə bilavasitə aid olmayan xəritədən respublika tarixini öyrənən zaman istifadə etmək (VIII sinif)
Beləliklə, Azərbaycan tarixi materialları V,VIII,XI siniflər üçün SSRİ tarixinə dair proqramlar içərisində itib batdığı üçün, onların təhsil tərbiyə və inkişafetdirici vəzifələri də qaranlıq qalmışdı. Bu isə respublika respublika məktəblərində Azərbaycan tarixinin təsrisinin sırf formal xarakter daşıdığını göstərən ən parlaq dəlil sübut idi. Bu şəraitdə SSRİ tarixinə dair proqramlar içərisində Azərbaycan tarixini öyrətmək qaranlıq otaqda qara pişiyi tutmaq, tapmaq səyinə oxşayırdı
Bu dövrdə metodik fikrin qarşısında duran vəzifələrdən biri də yeni hazırlanmış proqramlar əsasında Azərbaycan tarixi üzrə dərsliklərin hazırlanması idi. Bu sahədə bəzi müsbət addımlar atılmışdı.
Tarix fənni tədrisinin keyfiyyəti, onun səmərəliliyi xeyli dərəcədə müəllimin bilik səviyyəsindən və metodiki ustalığından asılıdır. 70-80 ci illərdə bu sahədə mühüm irəliləyiş müşahidə olunurdu. Bu illərdə tarix müəllimlərinin tərkibi keyfiyyətcə yaxşılaşmışdı.
Metodiki ustalığı ilə seçilən tarix müəllimlərinin təcrübəsinin bütün respublikada yayılması istiqamətində də müəyyən işlər görülürdü.
Müəllimlərin metodiki ustalığını müəyyənləşdirərkən aşağıda göstərilən meyarlar əsas götürülürdü .
a) Mütərəqqi təlim metodlarından istifadə edilməsi
b) Dərslərdə şagirdlərin fəallığına nail olunması
c) Respublika tarixi tədrisinin SSRİ tarixi kursu ilə üzvi surətdə əlaqələndirilməsi
d) Dərsin tərbiyəvi istiqamətinin gücləndirilməsi
70-80 ci illərdə Azərbaycan tarixinin tədrisi ilə əlaqədar sinifdənxaric və məktəbdənkənar işlər geniş vüsət almışdı. Respublikada məktəb muzeylərinin sayı artmışdı
Bir çox müəllimlər təlimin yeni yeni vasitə və üsullarını axtarıb tapmaq, təlim materialının şagirdlərə mənimsədilməsinə nail olmaq üçün onların zehni fəaliyyətinin idarə olunması yollarını müəyyənləşdirmək əvəzinə muzey və ya guşə yaratmaq üçün eksponotlar toplamaq, stendlər və s. Tərtib etməklə məşğul olurdular. Qəribə burasıdır ki, təhsil orqanları işçiləri, mətbuatda bunu təqdir edirdilər. Nəticədə təlim vəzifələrinin yerinə yetirilməsi qayğısına qalmayan və buna görə də dərsi səmərəli olmayan, öz elmi metodiki səviyyəsinin yüksəlməsinə çalışmayan tarix müəllimi yaxşı məktəb muzeyi yaratdığı üçün qabaqcıllar sırasına çəkilir və respublika müəllimlərinə nümunə göstərilirdi. Onlara metodist müəllim, əməkdar müəllim və b adlar da verilirdi. Bütövlükdə SSRİ-nin ictimai-iqtisadi həyatındakı durgunluq respublikanın ümumtəhsil məktəblərinə də təsir göstərirdi. Cəmiyyətdəki şüarçılıq, sosial –iqtisadi vəziyyətin əsaslı problemlərini ört-basdır etmək və ictimaiyyatın diqqətini onlardan yayındırmaq cəhdləri məktəbdə də, xüsusi ilə təlimdə də səthiliyə, keyfiyyətə deyil, kəmiyyət göstəricilərinə, tədrisdə zahiri effektə nail olmaq səyinin geniş yayılmasına səbəb olurdu. Tarix təlimin qarşısına zidiyyətli vəzifələr qoyulurdu. Bütün bunlar təlimin keyfiyyətinə mənfi təsir göstərirdi. Məktəblilərin bilik səviyyəsinin aşağı olmasını maarif orqanları da etiraf etməyə məcbur olmuşdular. 80-ci illərin ortalarında VII-X siniflərdə aparılmış yazılı və şifahi sorguların , imtahanların nəticələrinin təhlili göstərirdi ki, şagirdlərin xeyli hissəsinin bilik səviyyəsi aşağıdır. Onlar xüsusi ilə sosial siyasi, nəzəri məsələlərdən çətinliklə baş çıxarırdılar. Çox hallarda məktəblilərin bilikləri praktik fəaliyyətlə təsdiqlənir, dərin etiqadın əsası olmayıb, əzbərlənmiş material olaraq qalırdı.
Respublikada məktəblilərin tarixi biliklərindəki qüsurların səbəblərini aşağıdakı amillərlə izah edirlər
a) Müəllimlər çox zaman tarixi bilikləri digər fənlərin materialları ilə bağlayırlar.
b) Müəllimlər şagirdləri ikinci dərəcəli materiala yükləyirlər
c) Cəmiyyətin inkişafının mürəkkəb probelemlərinin səthi və yüngül izahına yol verilir
d) Dövrümuzun gənclərini düşündürən yeni kəskin problemlərin düzgün təhlilindən yan keçilir.
e) Bəzi müəllimlər özbaşınalıq edir, Azərbaycan tarixinin öyrənilməsi üçün nəzərdə tutlan saatların miqdarını azaldırlar
f) Fənnin qeyri ixtisas müəllimləri tərəfindən aparılmasına birdəfəlik son qoyulması
g) Sinifdənxaric işlərin imkanlarından lazımınca istifadə olunur
h) Tarix kabinələrinin bu günkü tələblərə cavab verməməsi
i) Məktəb rəhbərlərinin XM işçilərinin müəllimlərə vaxtında lazımı kömək göstərmələri və onların fəaliyyətinə nəzarət etməmələri
Cəmiyyətdəki zahiri təmtəraq, köklü ictimai –iqtisadi problemlərin ört-basdır edilməsi və başqa neqativ halların məktəbə mənfi təsiri bir də özünü onda göstərirdi ki, direktor və direktor müavinləri öz vəzifə borclarının yerinə yetirilməsinə formal yanaşırdılar. Onların əksəriyyəti müəllimlərin dərslərində çox az iştirak edirdilər. Onların dinlədikləri tarix dərsləri haqqında təhlil qeydləri bir neçə şablon cümlədən ibarət olurdu. Mövcud tarix dərsliklərinin , o cümlədən Azərbaycan tarixindən dərsliklərin də məzmununda ciddi nöqsanlar vardı. Onlarda bəzi materiallar həddindən artıq ağır idi. Azərbaycan tarixindən dərsliklərdə faktlar , hadisələr, tarixlər, rəqəmlər, çoxluq təşkil edirdi.
Qeyri elmi və ya konspekti vşərh üstünlük təşkil edirdi. Məsələn, 1990-cı ilədək istifadə olunan VII-VIII siniflər üçün Azərbaycan tarixi dərsliyində fəhlə sinfinin vəziyyəti qulun vəziyyətinə oxşadılırdı.
Azərbaycan tarixindən dərsliklərin metodik cəhətdən işlənməsi göz qabağında idi. Dərsliklərin metodiki aparatı da çox zəif idi. VII-VIII siniflərin istifaəd etdiyi Azərbaycan tarixi dərsliyinin yazıldığı vaxtdan iyirmi il keçməsinə , üstəlik bu dövrdə tarixdən yeni proqramlarra, onun ardınca təkmilləşdirilmiş proqramlara keçilməsinə baxmayaraq, kitabda 1990-cı ilədək heç bir əsaslı dəyişiklik edilməmişdi.
Drəsliklərin poliqrafiq icra keyfiyyəti aşağı idi. Onlar keyfiyyətisz kağızlarda çap olunur, şəkillər , diaqramlar solgun verildiyindən çətin başa düşülür və buna görə də onların dərsliklərə daxil edilməsində güdülən metodik niyyət reallaşdırılmırdı., müəllimin çətinliklə başa düşə bildiyi illüstrativ materillar üzərində şagirdlərin müstəqil işini təşkil etməkdən söhbət gedə bilməzdi. Azərbaycan tarixi dərslikləri xəritəszi buraxılırdı. Rus dilində buraxılan müntəxəbatlar Azərbaycan dilinə tərcümə edilmirdi.
Tarix kursları xüsusilə Azərbaycan tarixi üzər milli dildə əyani və texniki vasitələr az idi ittifaq miqyasında buraxılan əyani vəsaitlər qiymətli olurdu, ya Azərbaycan məktəbləri üçün əlçatmaz olurdu , ya da ona dair buraxılna izahatlar dilimizə tərcümə edilmədiyindən kütləvi məktəb təcrübəsində tətbiq edilmirdi.
1989-1990-cı dərs ilində respublikanın bütün ümumitəhsil məktəblərində Azərbaycan tarixinin müstəqil fənn kimi öyərnilməsinə keçilməsi ilə əlaqədar tədris planı və proqramlarında bir sıra dəyişikliklər edilmişdir.
Orta məktəblərdə tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsi bu inkişafın altı mərhələdən ibarət olduğunu göstərdi. Həmin mərhələləri aşağıdakı şəkildə ümümiləşdirdik.
1) Oktyabr çevirilişinə qədərki mərhələ
2) 1920-1934 cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili
3) 1934-1959 cu illərdə məktəb tarix təhsili sahəsində qazanılmış ugurlar
4) 1959-1965 ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər . Azərbaycan tarixinin tədrisi məsələləri
5) 1965-1984 cü illərdə məktbə tarix tədirisinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
6) 1984-1991-ci illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
7) 1991-1999cu illərdə olan dövr- proqram və dərsliklərin müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi və yeniləşdirilməsi
8) 1999-cu il prezdent H. Əliyevin verdiyi fərmanı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində “İslahat proqramı”nın təsdiqindən bu günlərədək həyata keçirilən tədbirlər. Bu mərhələyə orta ümumitəhsil məktəblərində tarix təhsilinin müasir sistemi daxildir.
9) Təhsil sahəsində İslahat Proqramı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.
Həmin,araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir
ki, Azərbaycanda ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin həyati bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının yenidən hazırlanması təklif olunub. Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2015-ci illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. “ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” adlı birinci komponentin alt-komponentlərindən biri kimi “Kurikulum islahatı” təsdiq olunub. Əlavə təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasını “Təhsil haqqında” Azərbaycan respublikası Qanununun 24-cü maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan respublikası Nazirlər kabinetinin 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı ilə “Əlavə təhsilin məzmunu , təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilmə qaydası çox əhəmiyyətli hesab edilir
2010cu il 3 iyunda Azərbaycan Respublikası ümumitəhsil pilləsinin dövlət standartları və kurikulumları haqqında Təhsil haqqında qanun qəbul edilmişdir.
Ümumi tarix 7-ci sinif dərsliyi (Alternativ kitab)
Əziz müəllimlər ! Bildiyiniz kimi artıq məktəblərə yeni nəşr olunmuş 7-ci sinif dərslikləri gəlmişdir. Bu il əvvəlki illərdən fərqli olaraq kitabların nəşrinin tenderi elan olunmuşdur. Çox təəsüf edirəm ki, mənimdə təmsil olunduğum 5 nəfərlik qrupun hazırladığı Ümumi tarix-7 dərsliyi Qiymətləndirmə nəticəsində qalib olmadı.
Əziz müəllimlər ! Sizlərə keçməyən kitabımızın bəzi səhifələrini nümayiş edəcəm. Bir paraqrafı isə tam versiyada göstərəcəm. Baxın və fərqi özübüz görün. Bəlkədə bu bizə elə gəlir ki, yaxşıdır. Yanlış düşünürmü, yoxsa doğrudanda yeni nəşr olunan kitablar daha layiqlidir? Bu suallara cavabları Sizlərin öhdəsinə buraxırıq. Uğurlar !
Oxşar xəbərlər
7-ci siniflər üçün.
“Azərbaycan tarixi” (VII sinif üçün) dərsliyi haqqında.
Səfəvilər
Rəylərin sayı:.
Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
« Mart 2023 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Populyar xəbərlər
Qədim Yunanıstan haqqında interaktiv oyunlar
9-04-2020, 18:42
5-cilər üçün daha bir MİLYONÇU
7-04-2020, 18:18
DUEL (Online oyun)
6-01-2020, 21:51
6-cı siniflər üçün Milyonçu
23-11-2019, 22:20
7-ci siniflər üçün “Milyonçu”
21-11-2019, 18:51
6-cı siniflər üçün Milyonçu
6-11-2019, 09:16
5-ci lər üçün Milyonçu
24-10-2019, 21:18
8-ci siniflər üçün “Milyonçu”
21-10-2019, 22:16
5-cilər üçün yeni “Milyonçu”
27-02-2018, 22:13
İbtidai cəmiyyət (interaktiv oyun)
9-11-2017, 22:35
Xronologiya (Online-oyun)
3-11-2017, 23:59
Prometanda interaktiv tapşırıqlar
5-08-2017, 20:41
İnteraktiv tapşırıqlar
9-07-2017, 21:03
Milyonçu (6-cı sinif)
15-03-2017, 20:02
İnteraktiv oyun (6-cı sinif)
30-10-2016, 21:57
Qədim Azərbaycan (İnt-Oyun)
4-10-2016, 07:13
Sayta daxil ol
Kopspekt.az 0
26 06 2020
Təbliğat və Maarifləndirmə 0
28 05 2020
AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARADILMASI TARİXİNDƏN 0
28 05 2020
Respublika gününüz qutlu olsun! 0
19 05 2020
ONLİNE dərs (5) 0
14 05 2020
Qədim Roma (Online dərs) 0
11 05 2020
5-cilərlə ONLİNE dərs (İstiqlalımızın bərpası) 0
5-cilərlə ONLİNE dərs (DİRÇƏLİŞ) 0
30 04 2020
6-cı siniflərlə ONLİNE dərs 1
29 04 2020
İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SSRİ 0
27 04 2020
5-cilərlə ONLİNE dərs 0
23 04 2020
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs) 0
19 04 2020
Ərəb işğalına qarşı mübarizə (Video dərs) 0
17 04 2020
Xaç yürüşləri (Video dərs) 0
16 04 2020
6-cı siniflər üçün dərs 0
12 04 2020
Пособие для абитуриентов 0
12 04 2020
5-cilər üçün ONLİNE dərs 0
10 04 2020
7-cilər üçün PULSUZ ONLİNE -DƏRS 0
Yazdı → Revan777 Xəbər → Böyük Summativ qiymətləndirmə V sinif Həyat . |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → ivaferJed Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → Dating_Roovareria Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → dadaviame Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Yazdı → maiaa Xəbər → Prometanda interaktiv tapşırıqlar |
Video
5-cilərlə ONLİNE dərs
27-04-2020, 20:30
Yunan şəhər-dövlətlərinin tənəzzülü” (Video dərs)
23-04-2020, 20:20
Ərəb işğalına qarşı mübarizə (Video dərs)
19-04-2020, 21:53
Xaç yürüşləri (Video dərs)
17-04-2020, 17:20
Ağqoyunlu dövləti (Video-dərs)
31-03-2020, 07:41
Azərbaycan Orta və Üst Paleolit dövründə (Video-dərs)
5-08-2019, 12:31
Atropatena video dərs(
17-05-2019, 02:15
Marketinq (Video dərs)
2-05-2019, 20:39
“Azadlıq hərəkatının yeni mərhələsi”
13-04-2019, 19:34
XIX əsrdə Azərbaycanda Milli mətbuat. (Video dərs)
11-04-2019, 21:42
Qədim Şumer
7-02-2019, 19:17
Assur dövləti
4-01-2019, 23:25
Əziz istifadəçilər ! Tarix.info saytı sizi tarixin maraqlı dünyasına səyahətə aparacaqdır. Bu saytda siz Azərbaycan tarixinin şanlı səhifələrini izləyəcəksiniz. Dünya tarixinin şəxsiyyətləri, üsyanları, dövlətləri və s. haqqında geniş məlumat toplayacasınız. Saytda müəllimlər, şagirdlər və tarixlə maraqlanan hər kəs üçün əlavə məlumatlar toplanılıb. Testlər, yeni dərs modelləri, təqdimatlar, əyləncəli oyunlar, video-audio dərslər və s. Bildiyiniz kimi tarix fənni müxtəlif mənbələr əsasında öyrənilir. Odur ki, verilən xəbərlərdə mübahisə doğuracaq məqamlara rast gələ bilərsiniz. Bunu isə verilmiş xəbərin müəllifi ilə məsləhətləşmək lazımdır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. Tarixi gözünlər gör.
TARIX.INFO TARIXI GÖZÜNLƏ GÖR © 2010-2017
Riyaziyyat 7 Ci Sinif Metodik Vesait
Bu videoda sizlərlə 7-ci sinif Riyaziyyat. Metodik vəsait. Çoxhədli. Orta perpendikulyar paylaşdıq. Kanala Abunə olub videonu .
3 месяца назад
7-ci sinif riyaziyyat. KSQ 3 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
10 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 9 (2022)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
5 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 1 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
1 месяц назад
7 ci sinif BSQ 1 Riyaziyyat yeni dersliye esasen#ksq #sinaq #7sinif #mso #2023 #bsq
1 год назад
Riyaziyyat 7,KSQ 5
4 месяца назад
7-ci sinif riyaziyyat. KSQ 2 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
10 месяцев назад
7-ci sinif riyaziyyat. BSQ-2 (2022)
Riyaziyyat Təhsil 7-ci sinif BSQ ksq .
3 года назад
RİYAZİYYAT 7 / #BSQ № 1
2 недели назад
7ci sinif biologiya ksq 5 (cavablarla) #ksqler #riyaziyyat #shorts #summativ #7cisinif #ksq5
7ci sinif biologiya biologiya ksq ksq 5 ksqler ksq biologiya ksqler biologiya 7ci sinif ksq cavabları 7ci sinif ksq 7ci sinif biologiya .
4 месяца назад
7-ci sinif Riyaziyyat KSQ 2 (cavablarį ilə)
Abunə olmağı bəyənməyi unutmayın~ Dərslərinizdə uğurlarr~ Dəstəyiniz üçün təşəkkürlər~
2 месяца назад
7 -ci Sinif müəllimlər üçün yeni Ingilis dili metodik vəsait #ingilisdili #cavablar#müəllim
Teleqram Və İnstaqram Kanallarına abone olmaqla sizə lazim olan pdf-ləri əldə edə bilərsiz . İzahının istədiyiniz mövzuları qeyd .
3 года назад
RİYAZİYYAT 7 / #KSQ № 3
1 год назад
Riyaziyyat 7 ci sinif ksq 3 cavablar rəydə ❣️
2 года назад
6 cı sinifdə təcrübə ❤❤❤
11 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 7 (2022)
Riyaziyyat Təhsil ksq .
4 месяца назад
7-ci Sinif Riyaziyyat KSQ 3
2 месяца назад
7-ci sinif riyaziyyat. KSQ 4 (2022-2023)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
3 месяца назад
7-ci sinif Riyaziyyat KSQ 4(cavabları ilə)
Abunə olmağı bəyənməyi unutmayın~ Dərslərinizdə uğurlarr~ Dəstəyiniz üçün təşəkkürlər~
2 года назад
7-ci sinif sınaq imtahanı 7 (27.02.2021). Riyaziyyat suallarının izahı.
Salam, əziz şagirdlərimiz. Bu videoda siz 27 fevral tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş Riyaziyyat suallarının .
11 месяцев назад
7-ci sinif riyaziyyat. KSQ 8 (2022)
Riyaziyyat Təhsil 7-ci sinif ksq .
4 месяца назад
7-ci sinif Riyaziyyat KSQ-2
3 месяца назад
7 sinif ksq 3 riyaziyyat yeni kitaba esasen.mso 3 #ksq#bsq#mso#yazili
2 месяца назад
7 ci sinif yeni dersliye esasen KSQ 4 .#7sinif #riyaziyyat #mso #ksq4#sinaq
3 месяца назад
7-ci sinif Riyaziyyat KSQ 3 (cavabları ilə)
Abunə olmağı bəyənməyi unutmayın~ Dərslərinizdə uğurlarr~ Dəstəyiniz üçün təşəkkürlər~
2 недели назад
YENİ Riyaziyyat 7 ci sinif. Səhifə 150. Müxtəsər vurma düsturlarının tətbiqi / Aynurə Abdullayeva
5-6-7-8 ci siniflər üçün Riyaziyyat fənni üzrə dərsliyin, namazovun və DİM-in bütün mövzularının və dənə dənə bütün .
2 недели назад
7-ci sinif Riyaziyyat. II yarımil üzrə KSQ-1 (Müxtəsər vurma düsturları) / Aynurə Abdullayeva
5-6-7-8 ci siniflər üçün Riyaziyyat fənni üzrə dərsliyin, namazovun və DİM-in bütün mövzularının və dənə dənə bütün .
2 недели назад
7ci sinif riyaziyyat ksq 6 (cavablarla) #ksqler #riyaziyyat #shorts #summativ #7cisinif #ksq6
7ci sinif riyaziyyat 7ci sinif riyaziyyat ksq 7ci sinif riyaziyyat ksq 6 riyaziyyat ksq 6 7ci sinif bütün ksqler riyaziyyat bütün ksqler 7ci .
Comments are closed, but trackbacks and pingbacks are open.