Biologiya sahələri və nəyi öyrəndikləri
Xüsusi bir dərmanın bədəndə necə işlədiyini, bədənin necə reaksiya verdiyini və qısa və uzun müddətdə hansı təsirlərin meydana gəldiyini araşdırır.
Psixologiya elmi
Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).
Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir. Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa nəzər yetirək.
İnsan psixikası və davranışını onun təbii və sosial mövcudluğu haqqında biliklər olmadan başa düşmək mümkün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini tapmışdır. Təsadüfü deyildir ki, psixologiyanın təbii elmi əsaslarından danışarkən məhz ali sinir fəaliyyətinin qanunularına istinad edilir.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Belə ki, insanda ali psixi funksiyaların inkişafında sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə sistemi həlledici rol oynamışdır.
İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir daha təsdiq edir. Müasir dövrdə sosial psixologiya insan münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir.
Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin psixoloji «ölçülərini» insan, onun spesifik həyat şəraiti, gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə istinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün olmazdı.
Şüur, təfəkkür və digər psixi hadisələr insanlara anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi inkişaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir. Bir çox elmi psixoloji axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oynaya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların izahı, şərhi, sistemləşdirilməsi üçün psixoloji biliklərdən istifadə olunur. Pedaqoji fəaliyyətin nəticələri psixoloji diaqnostikanın köməyi ilə aşkara çıxarılır.
Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir, pedaqogika elminin əldə etdiyi nəticələrə istinad edir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.
Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə – nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır.
Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlmişdir. Sovet psixolinqvistika məktəbinin «atası» A.A.Leontyev olmuşdur.
Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvistikanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi psixolinqvistika, xüsusi psixolinqvistika, sosial psixolinqvistika, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.
Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq.
Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün müxtəlif prinsiplərdən istifadə olunur. Hər şeydən əvvəl psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür.
Psixologiya elminin fundamental və ya baza sahələri psixologiyanı və insanların davranışını kimliyindən və hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa düşəcəyi şəkildə şərh etməyə yönəldilmiş sahələrdir. Psixologiyanın bu sahələri psixologiya və insan davranışı ilə maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları çatdırır. Bu cür universallığından asılı olaraq psixologiyanın həmin sahəsi «ümumi psixologiya» adı altında işlədilir.
Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər.
Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf problemlərini qarşısına qoyur və həll edir. Psixologiyanın xüsusi sahələrinə gəldikdə o, öz qarşısına hər hansı bir və ya bir neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.
Müasir psixoloji fənnləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur:
- Konkret fəaliyyət sahələrinə görə;
- İnkişafın psixoloji aspektlərinə görə;
- İnsanın cəmiyyətə münasibətinə görə.
Həmin sahələrin hamısını əhatə etmək mümkün olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı olanların bəzilərini qısaca nəzərdən keçirək.
Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psixoloji bilikləri özündə cəmləşdirir. Ümumi psixologiyanın maraqlandığı və həll etməli olduğu qlobal məsələlər, cavab verməli olduğu suallar aşağıdakılardan ibarətdir: Psixika nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malikdir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı kriteriyalara əsasən müəyyənləşdirmək olar? Psixika və beyin arasında hansı əlaqə vardır? Psixi inkişafda anadangəlmə və həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən kriteriyalar hansılardır?
Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı ümumi psixologiya psixi proseslər, psixi hallar və xassələrlə bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə onun (insanın) şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Deyilənlərdən aydın olur ki, ümumi psixologiya psixi hadisələr haqqında hamı üçün eyni dərəcədə maraq doguran ümumiləşmiş bilikləri özündə əks etdirir. Həmin biliklərlə tanış olmaqla hər bir insan psixologiyanın ümumi sirlərinə yiyələnə bilər.
Psixologiyanın təhsil, təlim və tərbiyə ilə sıx baglı olan xüsusi sahələrindən bəzilərinə nəzər yetirək.
Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır.
Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.
Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. Yaş psixologiyasının uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin psixologiyası, yet- gin yaşın psixologiyası, qocalıq yaşının psixologiyası, uzun- ömürlülük psixologiyası (herontopsixologiya) kimi bölmələri vardır.
Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir.
Pixologiyanın mühüm sahələrindən biri olan hüquq psixologiyası insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah-əmək psixologiyası və s. bölmələri vardır.
Müasir psixologiyanın özünə xüsusi yer tutmuş sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar.
Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir.
Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət edir. Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq yollarını öyrənir.
Müasir psixologiya elminin yeni sahələrindən biri olan psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi və hələtlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin nəzəriyyəsi və praktikası ilə məşğul olur.
Yekunda qeyd etmək lazımdır ki, biz burada müasir psixologiya elminin yalnız bir qismi ilə qısaca tanış olduq. Psixologiya elminin idman psixologiyası, əmək psixologiyası, incəsənət psixologiyası, kosmik psixologiya, menecment psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və s. sahələrinin də özünəməxsus predmeti və vəzifələri vardır. Şübhəsiz onların hamısı barədə burada geniş məlumat vermək vəsaitin imkanlarından kənardır.
Psixologiyanın sahələri
- Klinik psixologiya (ing. Clinical psychology)
- Sosial psixologiya (ing. Social psychology)
- Təcrübi psixologiya (ing. Experimental psychology)
- Fizioloji psixologiya (ing. Physiological psychology)
- İnkişaf psixologiyası (ing. developmental psychology)
- Sənaye və Təşkilat psixologiyası (ing. Industrial & Organizational psychology, aka IO psychology)
- Təhsil psixologiyası (ing. Educational psychology)
Biologiya sahələri və nəyi öyrəndikləri
Əsas arasında biologiya sahələri Botanika, embriologiya, biofizika, virologiya, dəniz biologiyası və immunologiya fərqlənir. Biologiya son dərəcə geniş bir məlumat sahəsidir, çünki onun əsas tədqiqat obyekti canlıdır.
Bu qədər bilik sahəsini əhatə etməklə biologiya bizə planetlərdə həyat yaradan heyvanların, bitkilərin, insanların və digər orqanizmlərin və mikroorqanizmlərin çox spesifik elementlərini anlamağa imkan verir.
Biologiyanın əsas motivasiyası canlıların mənşəyini, eləcə də quruluşlarının xüsusiyyətlərini və aralarında mövcud olan əlaqələri anlamaqdır. Biyoloji sayəsində ümumiyyətlə həyatı daha yaxşı başa düşmək mümkündür.
Biologiyanın ən vacib sahələri
Anatomiya
Anatomiya canlıların sümük və əzələ quruluşunu öyrənməkdən məsuldur. Elementlərin yerləşməsini, şəklini, necə yerləşdiklərini və bir-birləri ilə əlaqələrini nəzərə alın.
Bu filial, başqaları arasında baytarlıq, təsviri, uşaq, bitki, idman, geriatrik və radioloji anatomiya kimi müxtəlif ixtisaslara bölünür.
Astrobiologiya
Planet Yer xaricindəki həyatı araşdırın. Onun əsas marağı kosmosda yaşayış üçün yararlı yerlərin axtarışı ilə əlaqədardır və yerdən kənar həyatın müxtəlif formalarının mənşəyini, inkişafını və təkamülünü anlamağa yönəlmişdir.
Biokimya
Biyokimya diqqətini bütün canlılar üçün vacib element olan hüceyrələrin funksionallıqlarını və quruluşunu anlamağa yönəldir.
Varlıqların kimyəvi tərkibini, aralarında mövcud olan əlaqələri və bu qarşılıqlı təsirlər nəticəsində yaranan təkamülü öyrənin.
Biyokimya Mühəndisliyi
Bu mühəndislik fermantasiya ilə əlaqəli prosesləri təhlil edir. Tədrislərində üzvi kimya, molekulyar biologiya, riyaziyyat və ümumi kimya ilə əlaqəli bilikləri tətbiq edir.
Biogeoqrafiya
Biyogeoqrafiya canlıların yer üzündə yayılma tərzini və bu yayılma səbəbini öyrənməkdən məsuldur.
Bu, yalnız təsvir etməkdən deyil, eyni zamanda səylərini canlılar və dünyadakı yeri arasındakı fərqli münasibətləri şərh etməyə yönəltdiyini də nəzərdə tutur.
Bioinformatika
Bu intizam tibbi və ya bioloji məlumatlarla əlaqəli prosesdə kompüter elminin tətbiqini təşviq etməkdən məsuldur.
Kompüter elminin prinsipləri məlumatların toplanması və təşkili mərhələlərində, habelə onları təhlil edərkən və faydalı məlumatlar yaratmaq üçün manipulyasiya edərkən tətbiq olunur.
Biolinguistics
İnsanların dilinə diqqət yetirən çoxsahəli bir qol. Əsas məqsəd insan dili ilə əlaqəli əsasları öyrənmək və anlamaqdır.
Bu tədqiqatlarda iştirak edən bəzi fənlər başqaları arasında psixologiya, ənənəvi dilçilik, nevrologiya və genetikadır.
Biyomekanik
Biyomekanikanın diqqət mərkəzində insan bədəni və hərəkətləri dayanır. Bu intizam, bədənin bir və ya digər fəaliyyət göstərdiyi zaman mexaniki sahədə hansı nəticələrin meydana çıxdığını anlamağa çalışır.
Həm sakit vəziyyətlərdə, həm də digər intensiv vəziyyətlərdə bədənin məruz qaldığı enerji və mexaniki yükləri nəzərə alır.
Biofizika
Varlıqların bioloji prosesləri ilə birbaşa əlaqəli olan bütün fiziki prinsiplərin öyrənilməsindən məsuldur.
Biyofizikanın əsas şərtləri təbiətdə baş verən bütün hadisələrin proqnozlaşdırıla bilən elmi bir izahata sahib olmasıdır.
Biotexnologiya
Biotexnologiya yeni proseslər yaratmaq və ya köhnə prosedurları dəyişdirmək üçün texnoloji metodların bioloji sistemlərlə birləşməsini davam etdirir; niyyət müəyyən bir məqsədə çatmaq üçün bu prosesləri həyata keçirməkdir.
Biyoteknoloji ilə məşğul olan bəzi fənlər, digərləri arasında əczaçılıq, kimya, tibb və kənd təsərrüfatıdır.
Sintetik biologiya
Bu intizam biotexnologiya ilə əlaqədardır və genetik material üzərində dayanır. Funksiyası genetikası dəyişdirilmiş orqanizmlər yaratmaqdır.
Sintetik biologiya vasitəsi ilə fərqli genetik quruluşları birləşdirmək, həmçinin yeni varlıqlar yaratmaq üçün müəyyən bir orqanizmdən gen əlavə etmək və ya çıxarmaq mümkündür.
Botanika
Botanika yalnız bitkilərin öyrənilməsinə yönəlmişdir. Tamamilə nəzəri olduqda safdır və praktik bir şəkildə istifadə edildikdə tətbiq olunur (məsələn, əczaçılıq, molekulyar və ya kənd təsərrüfatı botanikası).
Fitologiya
Fikologiyanın tədqiqat obyekti yosunlardır. Bu intizam planetin ən sadə bitkiləri olan yosunların quruluşunu, işini və ümumi xüsusiyyətlərini öyrənir.
Astrobotanika
Həddindən artıq xüsusiyyətləri olan fəzalarda inkişaf edə və yaşaya bilən bitkilərin genetik quruluşunun öyrənilməsindən məsuldur.
Bu tədqiqatlarda bitkilər tez-tez yüksək dərəcədə radiasiyaya, dəyişən temperaturlara və aşağı nəmlənməyə məruz qalırlar.
Hüceyrə biologiyası
Hüceyrə biologiyası, Yer planetindəki bütün canlıların əsas və əsas komponentinə uyğun olan hüceyrəni öyrənmək, anlamaq və təhlil etmək üçün bütün səylərini sərf edir.
Tədqiqatlar hüceyrə quruluşunu, onun tərkib hissələrini və yarana biləcək müxtəlif qarşılıqlı təsirləri anlamağa yönəlmişdir.
Xronobiologiya
Bu intizam zaman nəzərə alaraq orqanizmlərin bioloji dəyişmələrinin öyrənilməsindən məsuldur; Başqa sözlə, bioloji ritmləri öyrənir.
Xronobiologiya mütəxəssisləri bu bioloji ritmlərin bədənin müxtəlif proseslərinin işləməsini proqramlaşdırdığını göstərirlər.
Bioloji qorunma
Qoruma biologiyası olaraq da bilinən, planetin biomüxtəlifliyini qorumağa yönəlmiş bir biologiyanın bir qoludur.
Bioloji qorunma son illərdə növlərin çox miqdarda itkisi nəticəsində ortaya çıxdı və fəaliyyətini ən həssas populyasiyalara yönəltdi.
Kriyobiologiya
Kriyobiologiya canlı orqanizmlərin aşağı temperaturda necə təsirləndiyini anlamağa yönəlmişdir. Əsas məqsəd aşağı temperaturun üzvi maddələri qorumaq üçün necə istifadə edilə biləcəyini bilməkdir.
İnkişaf biologiyası
Biologiyanın bu sahəsi yeni varlıqların yaranma proseslərinə yönəlmişdir. Bu proseslərin anlaşılması sayəsində normallıq və pozuntuları müəyyən etmək mümkündür.
İnkişaf biologiyasında nəzərə alınan elementlər arasında molekulyar, böyümə, morfoloji mexanizmlər və hüceyrələr və bunların qarşılıqlı təsirləri ilə əlaqəli maddələr önə çıxır.
Embriologiya
Varlıqların doğulmasından əvvəl öyrənilməsinə diqqət yetirir. Əsas məqsəd prenatal inkişafın necə baş verdiyini və onu hansı proseslərin müəyyənləşdirdiyini anlamaqdır.
Gerontologiya
Gerontologiya diqqətini qocalıqda baş verən proseslərə yönəldir. Psixologiya, biologiya, sosiologiya və hətta siyasi və iqtisadi sahələrlə tamamlanan kifayət qədər geniş bir intizamdır.
Ekologiya
Canlılar və yaşadıqları mühitlər arasında yaranan əlaqələri öyrənin. Həm də davranış qanunauyğunluqlarını, varlıqların paylanmasını və baş verə biləcək fərqli qarşılıqlı təsirlərə təsir yollarını nəzərdən keçirir.
Təkamül biologiyası
Diqqətini canlıların zamanla yaşadıqları dəyişikliklərə və müəyyən bir müddətdə yaranan əlaqələrə və qarşılıqlı təsirlərə yönəldir.
Genetika
Genetika genlərin nəsildən-nəslə ötürülməsi prosesini başa düşməyə həsr olunmuşdur. Bu intizamın tədqiqat obyekti sözdə bioloji mirasdır.
Epigenetika
Genetik olaraq miras alınan və DNT zəncirindəki dəyişikliklərə uyğun olmayan dəyişikliklərin öyrənilməsindən məsuldur.
İmmunologiya
Bədənin müdafiə sisteminin düzgün işləməsini istəyən tibb ilə əlaqəli bir ixtisasdır. Tədqiq etdiyi spesifik elementlər arasında allergiya və otoimmün xəstəliklər önə çıxır.
Dəniz biologiyası
Dəniz biologiyası, su mühitində yaşayan varlıqların bioloji proseslərini, eləcə də ətrafları ilə əlaqələrini öyrənir.
Mikrobiologiya
Mikrobiologiya Yer üzündə yalnız mikroskopla müşahidə edilə bilən ən kiçik varlıqlar olan mikroorqanizmləri araşdırır. Xüsusilə diqqətini mantar və viruslar kimi patogenlərə yönəldir.
Bakteriologiya
Bu tədqiqat sahəsi mikrobiologiyadan qaynaqlanır və diqqətini bakteriyalara yönəldir. Morfologiyası, davranışları və biokimyəvi və genetik elementləri ilə əlaqəli hər şeyi öyrənin.
Mikologiya
Mikologiya göbələkləri və onların tərkib hissələrini araşdırır.Həm də onların reproduktiv proseslərini və tibb və qida sahələrində tətbiq etdiklərini anlamağa yönəlmişdir.
parazitologiya
Bu elm, parazitləri və aralarında meydana gələn qarşılıqlı təsirləri və yerləşdikləri mühiti araşdırır.
Virologiya
Mikrobiologiyanın bir qolu sayılır və virusların öyrənilməsindən məsuldur. Virusların quruluşunu və təkamül dövrünü, həmçinin yoluxma formalarını, meydana gələn xəstəlikləri və mümkün əkin yollarını onlar haqqında daha çox məlumat əldə etmək üçün öyrənməyə çalışır.
Molekulyar biologiya
Nələrə bənzədiklərinə, hansı funksiyalara sahib olduqlarına və sözdə makromolekulların və ya bioloji baxımdan əhəmiyyətli molekulların necə davrandıqlarına diqqət yetirir; başqaları arasında DNT, hormonlar və RNT məsələsidir.
Neyrobiologiya
Bu intizam sinir sisteminin davranışının tənzimlənməsində fəal iştirak edən bioloji proseslərə yönəlmişdir.
Nevrologiya
Sinir sisteminə diqqət yetirən çoxsahəli bir elmdir. Məqsəd beynin necə davrandığını və sinir reaksiyalarının idarə olunmasına hansı elementlərin təsir etdiyini anlamaqdır.
Paleontologiya
Paleontologiyanın tədqiqat obyekti fosillərdir. Əsas məqsəd, əvvəlki dövrlərdə həyatın necə olduğunu anlamaq üçün bu parçaları araşdırmaqdır.
Patoloji
Xəstəliklərin öyrənilməsinə cavabdeh olan bir təhsil sahəsidir. Bu ixtisasın əhəmiyyəti tibbi deyil, bioloji sahədədir.
Farmakologiya
Xüsusi bir dərmanın bədəndə necə işlədiyini, bədənin necə reaksiya verdiyini və qısa və uzun müddətdə hansı təsirlərin meydana gəldiyini araşdırır.
Fiziologiya
Fiziologiya orqanizmlərin malik olduğu funksiyaları öyrənir. Bu elm, sistemlərin bir-biri ilə və bədənin digər elementləri ilə qarşılıqlı əlaqəsini, optimal işləmə yollarını analiz etməyə çalışır.
Fitopatologiya
Fitopatologiya vasitəsilə bitkilərə təsir edən xəstəlikləri anlamaq və analiz etmək mümkündür. Xüsusilə bitkilərin fiziologiyası ilə əlaqəli infeksiya və xəstəlik yaradan maddələrin öyrənilməsinə diqqət yetirir və digər heyvanların səbəb olduğu şərtləri nəzərə almır.
Psixobiologiya
Bu intizam insan davranışı ilə əlaqəli bioloji təmələ diqqət yetirir. İnsanların ətrafları ilə konstruktiv qarşılıqlı fəaliyyət göstərməsinə imkan verən bioloji prosesləri öyrənin.
Kvant biologiyası
Bu yaxınlarda biologiya sahəsi varlıqlarda əmələ gələn və kvant sahəsi (enerji idarəetməsi) ilə əlaqəli olan bioloji proseslərin öyrənilməsinə yönəlmişdir.
Kvant mexanikası ilə dərindən öyrənilən tunel effekti, kvant bioloqlarının analiz etdiyi proseslərdən biridir.
Sistem biologiyası
Biologiyanın bu sahəsi birbaşa riyaziyyatla birləşdirilmişdir. Bioloji bir prosesdə baş verən qarşılıqlı təsirləri riyazi sistemlər vasitəsi ilə təmsil etməyə çalışır.
Struktur biologiya
Bu intizamın məqsədi makromolekulların quruluşunun öyrənilməsidir, lakin üç ölçülü əhatə dairəsini nəzərə alaraq. Əsas fikir, atom və molekulyar səviyyələri nəzərə alaraq bioloji proseslərə dair bir görüşə sahib olmaqdır.
Bunun sayəsində planetdə yaşayan müxtəlif canlıların molekulyar quruluşları haqqında daha yaxşı bir təsəvvürə sahib olmaq mümkündür.
Nəzəri biologiya
Nəzəri biologiya riyaziyyat, informatika və fizikaya xas olan nəzəri metodlar vasitəsilə bioloji hadisələrin öyrənilməsindən məsuldur.
Tədqiqat obyektləri, düzgün başa düşülməsi üçün daha metodik və sistematik bir yanaşmaya ehtiyac duyan ən mürəkkəb bioloji sistemlərdir.
Zoologiya
Heyvanlar aləmini, ətraf mühitlə və digər canlılarla qarşılıqlı əlaqələrini, morfologiyasını, davranışlarını və təkamül prosesinin xüsusiyyətlərini də əhatə edir.
Etiologiya
Səylərini müəyyən bir xəstəlik yaradan səbəblərin nə olduğunu anlamağa yönəldir.
Entomologiya
Həşəratların konkret öyrənilməsi ilə məşğul olan zoologiyanın bir sahəsidir. Quruluşlarını, davranışlarını və yaşadıqları mühitlə qarşılıqlı təsirlərini təhlil edin.
Herpetologiya
Sürünənlər və suda-quruda yaşayanların işinə həsr olunmuşdur. Bu varlıqların zaman içində taksonomiyasını, coğrafi bölgüsünü, genetikasını və təkamülünü təhlil etmək bu fənni maraqlandırır.
İxtiologiya
Ixtiologiya zoologiyanın balıqları tədqiq edən bir sahəsidir. Həm qığırdaqlı balıqlar (xondrichthyans adlanır), həm də iskelet balıqlar (osteiktianlar adlanır) test edir.
Məməlilik
Bu intizam məməlilərə yönəlmişdir. Su və quruda yaşayanları əhatə edir və davranışlarını, təşkilatlarını, təkamüllərini və qorunmasının təşviq olunma yollarını öyrənməyə yönəlmişdir.
Ornitologiya
Quşların öyrənilməsindən məsuldur. Bu elm sahəsindən əldə edilən tədqiqatlar, digərləri arasında instinkt, spesifikasiya və qorunma kimi təkamül aspektlərinin dərk edilməsində həlledici olmuşdur.
Primatologiya
Primatların öyrənilməsindən məsul olan elm.
İstinadlar
- Infomed üzərində “insan anatomiyası”. 17 oktyabr 2019-cu il tarixində Infomed: especialidades.sld.cu saytından alındı
- Sputnik Mundo-da “Yerdən kənar həyatı öyrənən elm olan Astrobiologiya” (2017). 17 oktyabr 2019-cu ildə Sputnik Mundo-dan alındı: mundo.sputniknews.com
- Çili Universitetinin Kimya və Əczaçılıq Elmləri Fakültəsində “Biyokimya karyerası haqqında məlumat”. 17 oktyabr 2019-cu ildə Çili Universitetinin Kimya və Əczaçılıq Elmləri Fakültəsindən alındı: chemistry.uchile.cl
- Bask Ölkəsi Universitetində “Biyokimya və onun tədqiqi”. 17 Oktyabr 2019 tarixində Bask Ölkəsi Universitetindən alındı: ehu.eus
- “Biyokimya mühəndisliyi nədir?” Xalq Təhsili Katibliyində. 17 oktyabr 2019-cu ildə Xalq Təhsil Nazirliyindən alındı: tecnm.mx
- “Biogeoqrafiya. Konsepsiya və ilkin mülahizələr ”mövzusunda Cantabria Universitetində. 17 oktyabr 2019-cu ildə Cantabria Universitetindən alındı: ocw.unican.es
- Parmaklarınızın ucunda Bioinformatikada “Biyoinformatik nədir”. 17 oktyabr 2019-cu il tarixində Bioinformatikdən parmaklarınızın ucunda alındı: bioinformática.uab.cat
İnsan və heyvan fiziologiyası I hissə
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aidmüasir məlumatlar verilmişdir.Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən«İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslikkimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropastandartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş), əsas anlayış və prinsiplər,hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması iləməlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziologiyası,analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir.Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat,maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekolojifiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termingöstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdirDərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarınınfəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlkidərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma vəqocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir.Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alantələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrindəçalışan bioloqlar üçün faydalı mənbə ola bilər.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.