İnsan resurslarının idarə edilməsi (HRM)
14 Fənnin məzmunu aşağıdakıları əhatə edir:
insan resurslarının idarə edilməsinin nəzəri və metodoloji əsasları, formal münasibətlər və s. əmək ehtiyatları və əmək potensialı; əhalinin sağlamlığı və təhlükəsizliyi; intellektual kapital və onun idarə edilməsi, təhsil və insan inkişafı problemləri; istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının rolu; heyətin işgüzar koriyerasının (mənsəbinin) idarə edilməsi; əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarından istifadə; insan resurslarının strateji planlaşdırılması və idarə edilməsi; heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi; heyətin toplanması, seçilməsi və insan resurslarının inkişafı; heyətin əmək fəaliyyətinin stimullaşdırılması; insan resurslarının treninqi (təlimi) və inkişafı; işçilər arasında qarşılıqlı münasibətlər sistemi; insan resurslarının hüquqi və etik cəhətləri; heyətin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və s.
İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
. konulu sunumlar: “İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ”— Sunum transkripti:
1 İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ
FƏNNİ
2 Mövzu: 1. İnsan resurslarının idarə edilməsi fənninin məzmunu, metodoloji əsasları
1.İdarəetmə anlayışı və onun məzmunu 2. İdarəetmənin obyekti, növləri və metodları 3. İdarəetmənin inkişaf dövrləri 4. İnsan resurslarının idarə edilməsinin əsas mərhələləri 5. Heyətin idarə edilməsinin əsas konsepsiyaları və funksiyaları 6.Fənnin məzmunu və digər elmlərlə əlaqəsi
3 İdarəetmə elminə olan tələbat aşağıdakılardır:
1. İdarəetmə ictimai iqtisadi münasibətlərin konkret məqsədəuyğun təşkil edilməsidir, bütöv tam bir sistemin ayrı-ayrı hissələri, ünsürləri arasındakı əlaqəni təmin edən yeni prosesdir. İdarəetmədə ən başlıca məqsəd və vəzifə cəmiyyətin obyektiv imkanlarından istifadə olunmasını təmin etməkdir. İdarəetmə elminə olan tələbat aşağıdakılardır: Xalq təsərrüfatının ümumi miqyasının çoxalması, onun strukturunun mürəkkəbləşməsi, dərinləşməsi, sahə və sahələrarası əlaqələrin mürəkkəbləşməsi; Təşkilati, iqtisadi, sosial əlaqələrin inteqrasiya olunması, bir-birinə nüfuz etməsi; Müasir ETT-nin nailiyyətlərindən daha səmərəli istifadə olunması və onun özünün yüksək səviyyədə idarə edilməsi zərurəti; Xalq təsərrüfatının hərtərəfli intensivləşdirilməsi və istehsalın səmərəliliyinin yüksəldilməsi; Kompleks sosial-iqtisadi problemlərin həlli ilə.
4 2. İdarəetmənin obyekti İdarəetmənin konkret obyektləri aşağıdakılardan ibarətdir: ayrı-ayrı kollektivlər, müəssisələr, təşkilatlar, kompleks xalq təsərrüfatı sahəsi; bütövlükdə xalq təsərrüfatı və cəmiyyət; cəmiyyətdə baş verən iqtisadi və siyasi, sosial, hüquqi və ideoloji proseslər.
5 İdarəetmənin üç əsas növü vardır:
1) cansız təbiətin idarə edilməsi. Məsələn, maşınların, avadanlıqların, texnoloji, ETT-nin idarə edilməsi; 2) canlı təbiətin, orqanizmin idarə edilməsi, məsələn, fizioloji, biokimyəvi və biofiziki idarəetmə; 3) şüurlu, sosial idarəetmə-cəmiyyətin idarə edilməsi.
6 İdarəetmə sisteminin metodları
Ümumi metodlar Xüsusi metodlar Ümumi metodlar universal metodlar və ya kompleks metodlar adlanır. Ümumi metodlara aşağıdakılardır: kompleks (sistem) halında yanaşma metodu; xalq təsərrüfatının sahələrarası mövqeyindən yanaşma metodu; optimallaşdırma metodu; müşahidə metodu; təhlil metodu; tarixi yanaşma metodu; deduksiya metodu; induksiya metodu; mücərrəd təkəkkür metodu.
7 Sosial idarəetmə sisteminin sahələri
Siyasi idarəetmə İqtisadi idarəetmə Dövlət idarəçiliyi
8 İdarəetmənin konkret elmi metodları:
İnformasiyaların işlənib hazırlanması, toplanması İqtisadi-riyazi modelləşdirmə Anket sorğusu
9 3. İdarəetmənin inkişaf dövrləri (mərhələləri)
I dövr (mərhələ) – qədim dövr. Bu dövr idarəetmənin 1-ci inkişaf dövrü olmaqla, ən uzunmüddətli olub, təxminən eramızdan 9-7 min il başlayaraq XVIII əsrə qədər olan dövrü əhatə edir. İdarəetmənin II dövrü (mərhələsi) – sənayeləşmə dövrüdür ( ). İdarəetmə elminin yaranması və inkişafının tədqiqi bu dövrdə əsasən A.Smitə məxsusdur. İdarəetmənin III dövrü – sistemləşdirmə dövrüdür. Bu dövr cı illəri əhatə edir. İdarəetmənin IV dövrü – məlumatlar dövrüdür» (1960-cı ildən bu günə qədər)
10 4. İnsan resurslarının idarə edilməsinin əsas məsələləri
Firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə tələbatın müəyyən edilməsi; əmək bazarının qiymətləndirilməsi və məşğuliyyət amillərinin təhlili; əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf imkanları; fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması; əmək məhsuldarlığının idarə edilməsi; əmək gəlirlərinin, firmadaxili əmək və istehlak ölçüsünün tənzimlənməsi; firmadaxili fəal sosial siyasətin aparılması; yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması; qabaqcıl əmək üsullarının tətbiqi; heyətin peşə-ixtisas hazırlığı; münaqişələrin yumşaldılması və idarə edilməsi; sosial-psixoloji mühitin yaradılması.
11 5. Heyətin idarə edilməsinin əsas konsepsiyaları:
sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr). iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası və s.) əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması, əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı hüquqi münasibətlər və s.)
12 Heyətin idarə edilməsinin funksiyaları:
işçilərin seçilməsi, qiymətləndirilməsi və işə qəbul edilməsi; işçilərin əməyə uyğunlaşdırılması, təlimlənməsi; heyətin yaradıcı əməyinin motivləşdirilməsi; kariyeranın planlaşdırılması; heyətin fəaliyyətinə inteqrativ qaydada ümumi rəhbərlik; heyətin fəaliyyəti ilə bağlı xərclərin (əməyin ödənilməsi, təhsili, sosial xərclər) idarə edilməsi; iş yerlərinin, əmək fəaliyyətinin təşkili; heyətin marketinqi (yüksək ixtisaslı işçilərə, menecerlərə tələbatı müəyyən etmə); fəaliyyətin nəticələrini qiymətləndirmə; heyət fəaliyyəti üzərində nəzarət, əmək intizamını təmin etmə, münaqişələri tənzimləmə; heyətin sosial təminatı və hüquqi tənzimlənməsi.
13 “İnsan resurslarının idarə edilməsi” digər elmlərlə əlaqəsi Erqonomika
Əməyin gigyenası və sanitariyası Erqonomika Psixalogiya Əməyin təşkilinin əsasları Əməyin fiziologiyası və psixologiyası Sosiologiya Gəlir və əmək haqqı siyasəti Statistika Əməyin normalaşdırılması Menecment Heyətin idarə edilməsi İqtisadi nəzəriyyə Əməyin iqtisadiyyatı Əmək hüququ
14 Fənnin məzmunu aşağıdakıları əhatə edir:
insan resurslarının idarə edilməsinin nəzəri və metodoloji əsasları, formal münasibətlər və s. əmək ehtiyatları və əmək potensialı; əhalinin sağlamlığı və təhlükəsizliyi; intellektual kapital və onun idarə edilməsi, təhsil və insan inkişafı problemləri; istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının rolu; heyətin işgüzar koriyerasının (mənsəbinin) idarə edilməsi; əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarından istifadə; insan resurslarının strateji planlaşdırılması və idarə edilməsi; heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi; heyətin toplanması, seçilməsi və insan resurslarının inkişafı; heyətin əmək fəaliyyətinin stimullaşdırılması; insan resurslarının treninqi (təlimi) və inkişafı; işçilər arasında qarşılıqlı münasibətlər sistemi; insan resurslarının hüquqi və etik cəhətləri; heyətin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və s.
İnsan resurslarının idarə edilməsi (HRM)
İnsan resurslarının idarə edilməsi sistemi qurulduqdan sonra, şirkətdə:
– Personalın idarə edilməsi asanlaşır.
– Personal işə şüurlu yanaşmasına nail olunur;
– Personal işinə həvəslə yanaşır, mehriban əmək kollektivi formalaşır;
– Personalın işdə yalnız iş haqqında fikirləşməsinə imkan yaradan tədbirlər sistemi həyata keçirilir və nəticədə keyfiyyət yüksəlir;
– İşçilərdə şirkətin rəhbərliyinə olan inamı artır;
– Kadr axınının qarşısı alınır, peşəkar, səriştəli və ixtisaslı kadrlardan ibarət komanda formalaşır.
XİDMƏTLƏRİMİZ:
* Vəzifə və iş təlimatlarının (prosedurların) işlənib hazırlanması
* İş analizinin aparılması, iş yükünün müəyyən edilməsi
* İnsan resurslarının cari və perespektiv planların tərtib edilməsi
* Balanslaşdırırlmış göstəricilər sisteminin qururlması
* İşçi turnoverlərin (Kadr axınının) səbəblərinin araşdırılması və təhlili
* yeni işçilərin Adaptasiya proqramlarının hazırlanması
* İstedad və baracıqların izləmə xəritələrinin qurulması
* Karyera inkişaf planlarının hazırlanması
* İşçilərin əmək fəaliyyətlərinin qiymətləndirilməsi
* Effektivlik göstəricələri sisteminin KPİ qurulması və tətbiqi
* Təlim və inkişaf proqramlarının hazırlanması
* Səriştəlik və peşəkarlıq modelinin hazırlanması
* Bacarıq səviyyəsinə görə əməkhaqqı siteminin qurulması (Greydinq)
İnsan resurslarının idarə edilməsi nədir?
İnsan resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.
Bəs İnsan resurslarının idarə edilməsi nədir?
İnsan resurslarının idarə edilməsi – iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır.
İnsan Resurslarının idarə olunmasının vəzifəsi şirkətin məqsədini və strategiyasını müəyyənləşdirməkdən başlayır. İnsan bir qaynaqdır bir nəticə deyil. Şirkət tərəfindən çatmaq istənilən hədəf doğru müəyyən olunarsa həm doğru insanları seçmək həm də bir məqsəd uğrunda şirkət olaraq hərəkət etmək çox daha asan olacaq.
İnsan resurslarının idarə edilməsi ümumilikdə biznes elmi və müxtəlif sektorlardakı şirkətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Ticarət elminin ən təsirli alt sahələrindən biri olan bu sahə, şirkətlərin kurumsallaşma səyahətindən səmərəli və keyfiyyətli istehsala qədər hər mərhələsində fəal rol oynayır. İnsan resurslarının yaxşı idarə olunması uğur qazanmağın ən vacib addımlarından biri hesab olunur.
İnsan resurslarının idarə edilməsi əsasən şirkətlərdə işə qəbul, daha yaxşı insan resursları yaratmaq və mövcud insan resurslarından səmərəli istifadə etmək üçün tətbiq olunan metod və proseslər üzərində sınaqdan keçirilir. İnsan resurslarını təkbaşına və öz daxilində bir şöbə kimi deyil, bütün kadrlarla qarşılıqlı əlaqə quran və davamlı hərəkət olduğu bir mərkəz kimi düşünmək daha doğru bir yanaşma olardı.
Bu səbəblərə görə hər bir işçinin biliyi, təcrübəsi, şəxsiyyəti və performansı kimi subyektiv detalların toplanması ilə əmələ gələn insan resursları , həm fəaliyyət də həm şəxsiyyət baxımından daim hərəkətdə olan bütün kadrlar tərəfindən yaradılan kompleks bir formasiya yaradır. Nəticə etibarilə insan resursları, xüsusən işçiləri çox olan müəssisələrdə çox böyük rol oynayır.
Bununla birlikdə, işçilərin məhsuldarlığını azaldan hər cür problemdən, həmkarları ilə qarşılaşdıqları problemə, motivasiyasından şirkətə sədaqətinə qədər kadrların hər addımında insan resursları aktiv rol oynayır. Bunun üçün insan psixologiyasından mühasibatlığa, sosiologiyadan məhsuldarlığa qədər müxtəlif sahələrdə bilik və təcrübə lazımdır. Nəticə etibarı ilə insan resursları idarəetməsi çox yönlü, çevik və intensiv bir prosesi davam etdirir.
İnsan resursları idarəçiliyinin ən ağır hissələri olan vaxt və məzuniyyət rəhbərliyi , personalın izlənməsi və əmək haqqı hesablanması artıq HR proqramı sayəsində daha çox səhvsiz və qısa müddətdə həyata keçirilə bilər. Zamanın dəqiq və tam idarə olunması üçün İK proqramından dəstək almaqla yanaşı, Əmək Qanunu üzrə yüksək biliklərə sahib olmaq lazımdır.
İnsan resursları idarə etmə tarixi
İnsan resursları anlayışı sənaye inqilabı ilə ortaya çıxıb. Fabriklər böyüdükcə kadrlara ehtiyac artır və kadrlara ehtiyac artdıqca yeni kadrların tapılması və idarə olunması üçün əlavə bir mənbəyə ehtiyac duyulurdu. Bu, 19-cu əsrin sonlarından bəri kadr ofislərinin açılmasına gətirib çıxardı. ABŞ-da ilk dəfə açılan heyət ofisləri, müasir insan resursları konsepsiyasının başlanğıcı kimi qəbul edilir.
1930-cu illərdə başlayan həmkarlar ittifaqı, artan hərəkətlər, işçilərin iqtisadi təhlükəsizlik tələbləri və daha insani şərtlər tələbi iş həyatına fərqli bir ölçü qatmağı zəruri edir. Xüsusilə II Dünya Müharibəsindən sonra yaşanan ümumi psixoloji depressiyaya baxmayaraq, yüksək səviyyədə səmərəlilik ehtiyacı fabriklərdə və digər iş yerlərində məhsuldarlığı artırmaq üçün alternativ olaraq nələrin edilə biləcəyi ilə bağlı işləri sürətləndirir.
Nəticə olaraq daha planlı iş yerləri və iş tənzimləmələri, iş mühiti ilə əlaqələrin gücləndirilməsi, işçilərin yaşadıqları problemlərlə əlaqədar iş sahibi xaricində həll edə biləcəkləri daha obyektiv bir quruma ehtiyac günümüz müasir insan resurslarının əsas təməllərini yaradır.
Nəhayət, bütün bunlara əlavə olaraq uğurlu insan münasibətləri, yaxşı bir dinləyici və r
idarə edici olmaq, kadrların motivasiyası üçün müxtəlif tədbirlər təşkil etmək də insan resursları idarəçiliyi daxilindədir.
Comments are closed, but trackbacks and pingbacks are open.