Press "Enter" to skip to content

MÖVZU V: İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

rolunun artmasını tələb edən başqa səbəbləri də göstərmək olar. Lakin, elə bu

Dareətmə nəzəriyyəsi

orqanlarının quruluşu qalan dövlət orqanlarının quruluşunu da müəyyən edir.

Quruluşuna (dövlətin idarəetmə funksiyalarının ərazi bölgüsünə) görə

dövlətlər unitar (latınca “unus”-vahid, bir deməkdir) və federativ dövlətlərə

Federativ dövlətin konfederativ dövlətdən əsas fərqi ondadır ki, onun

mərkəzi federal hakimiyyət orqanı olur, ümumi vətəndaşlıq, vahid pul sistemi,

vahid dövlət dili və i.a. olur. Konfederativ dövlətin tərkibinə daxil olan dövlətlər

özlərinin müstəqilliyini, dövlət hakimiyyətini və xüsusi idarəetmə orqanını

Unitar dövlətlər də sadə və mürəkkəb

formalarda olur. Sadə formada unitar dövlət inzibati-ərazi vahidlərinə bölünür.

Unitar dövlətin mürəkkəb formasında onun tərkibində bir və ya bir neçə muxtar

dövlət qurumları olur. Bu baxımdan Azərbaycan orta səviyyəli mürəkkəb unitar

dövlətdir. Unitar dövlətin inzibati-ərazi vahidləri yuxarıdan aşağıya doğru vahid

dövlət hakimiyyəti sistemi vasitəsilə idarə olunur. Bunlarda muxtar törəmələr,

eləcə də yerli özünüidarəetmə sistemləri fəaliyyət göstərə bilər. Lakin bu

hakimiyyət sisteminin yuxarı pilləsindəki vahidliyi pozmur. Müxtəlif unitar

dövlətlərdə inzibati-ərazi bölgüsü müxtəlif pilləli (üç və daha çox) olur. İnzibati-

razi vahidlərinin bir hissəsi (şəhərlər, qəsəbələr, kəndlər və i.a.) təbii olaraq

yaranır, bir hissəsi rayonlaşdırma aparmaq yolu ilə dövlət tərəfindən

dövlətlər də vahid dövlətlərdir. Lakin onların tərkibində geniş dövlət

muxtariyyətləri olur. Federasiya – latın sözüdür-ittifaq, birlik mənasını verir.

“Federativ dövlət” anlayışı müxtəlif dövlətlərin konstitusiyasında özünə qanuni yer

tapmışdır. Hər hansı federativ dövlət mürəkkəb struktura malik olur. Federativ

dövlətlərə misal olaraq Rusiya, Hindistan, Pakistan, ABŞ, Meksika, Nigeriya,

Efiopiya və i.a. göstərmək olar.

Bundan başqa konfederativ dövlətlər də var. Bu, dövlətlərin müəyyən,

konkret məqsədlər üçün ittifaqıdır. Belə ittifaqlar hazırda beynəlxalq ittifaqlar

səviyyəsinə qalxıb. Hazırda Belorus və Rusiya, Qazaxıstan, Özbəkistan,

Qırğızıstan və MDB dövlətləri birliyində konfederativ elementlər var. Böyük

Britaniya və Avropa Birliyi dövlətlərində bu elementlər nisbətən güclüdür.

12.Hakimiyy ətin yaratdığı siyasi rejimə görə dövlətin tipləri

Cavab: Dövlətlər həm də hakimiyyətin yaratdığı siyasi rejimə – insan hüquq və

azadlıqlarının qorunması üçün yaradılmış şəraitə və dövlət rejiminə – dövlət

hakimiyyətinin həyata keçirilməsi üsul, vasitə və metodlarına görə fərqlənirlər.

Dövlət rejimi ilə siyasi rejim əksər hallarda üst-üstə düşür, bir-birini tamamlayırlar.

Dövlət idarəetmə rejimi adi rejim və hərbi rejimə (hərbi vəziyyətə) bölünür. Adi

dövlət idarəetmə rejimi siyasi rejimi müəyyənləşdirir. Siyasi rejim dövlətin

həqiqətən demokratik olub-olmadığını göstərən çox mühüm vasitədir. Aşağıdakı

siyasi rejimlər var:

1) Despotik rejim – bura totalitar, avtoritar və avtokratik rejimlər aid edilir. Bu

rejimlərdə dövlətin siyasi idarəsinin həyata keçirilməsi vasitəsi – zor, təzyiq, dövlət

adından özbaşınalıq, şəxsiyyət və ümumiyyətlə insanların müstəqil fəaliyyət

azadlığının məhdudlaşdırılması, hər bir insanın fəaliyyəti və davranışı üzərində

2) Liberal rejimdə dövlət hakimiyyəti hər bir insanın hüquq və azadlığını təmin

etməyi qarşıya məqsəd qoyur, öz imkanlarını onun həyata keçirilməsinə sərf

etməyə çalışır. Bu rejim əksər vaxt dövlətin özündən asılı olmayan səbəblərdən

siyasi şüar olaraq qalır.

3) Demokratik hüquqi rejimin mahiyyəti ondadır ki, hakimiyyət xalqın ümumi

iradəsini ifadə edir, qanunçuluğu qoruyur. Bütün dünya ölkələrində dövlətin bu

rejimə can atma meyli vardır.

Azərbaycan 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul

edilmiş konstitusiyaya əsasən unitar respublika idarəetmə forması olan demokratik

dövlətdir. MDB məkanında olan başqa dövlətlər də az fərqlə belədir (hamısı

prezident respublikası idarəetmə üsulu olan demokratik dövlətlərdir).

formasından asılı olmayaraq onların hamısında həmin rejimin xarakterindən asılı olaraq avtoritar

və demokratik rejimin az-çox əlamətləri olur. Demokratik cəmiyyətdə avtoritarizm

xüsusiyyətləri monarxiyada və aristokratiyada olduğundan onunla fərqlənir ki, burada

avtoritarizm zorakılıqla, təzyiqlə deyil, demokratik yolla həyata keçirilir. Onun əlaməti

hakimiyyətin aşağıdan yuxarıyadək prezidentin, regional liderlərin əlində cəmlənməsində,

iqtisadiyyatda, sosial sferada icraedici orqanların rolunun artmasında, ictimai təşkilatların və

parlamentin onların fəaliyyəti üzərində nəzarətinin zəifləməsində və i.a. özünü göstərir.

Həyat dəfələrlə belə bir sadə həqiqəti təsdiq etmişdir ki, hər hansı həqiqətən səmərəli

idarəetmə kənardan diktaturaya oxşar görünür. Bəzən nəhəng dövlət proqramlarını geniş

demokratiya ilə yanaşı, yeri gələndə ümumi mənafenin ifadəsi olan diktaturadan,

avtoritarizmdən istifadə etmədən yerinə yetirmək mümkün deyil.

Beləliklə, hər hansı tarixi dövrdə, hər hansı cəmiyyətdə dövlətin təşkilinin müxtəlif tipləri bu və

ya digər dərəcədə əlaqədardır. Hər hansı cəmiyyətdə dövlətin təşkili tiplərini aydın müəyyən

etmək dövlət idarəçiliyinin quruluşunu və mahiyyətini bilmək üçün mühüm əhəmiyyət kəsb edir.

13.Dövl ətin rolunun artmasına səbəb olan amillər

Cavab: Cəmiyyət həyatın müxtəlif sahələrində dövlətin əsas vəzifələrinin

yerinə yetirilməsi üzrə fəaliyyətinin başlıca istiqamət və sahələrini onun

funksiyaları adlandırmaq olar. Dövlətin funksiyaları onun ictimai həyatda,

cəmiyyətin idarə olunması sistemində yerini və rolunu müəyyən edir.

Dövlətin fəaliyyət sahələri geniş və çoxsahəlidir, getdikcə

genişlənir və daha çoxsahəli olur. Dövlətə olan ictimai münasibət, onun ictimai

funksiyaları və fəaliyyət sahələrinin genişliyi onun idarəçilik funksiyalarını və

sahələrini müəyyən edir. Başqa sözlə, dövlətin rolu artdıqca, ictimai funksiyaları

və fəaliyyət sahələri genişləndikcə onun idarəetmə funksiyaları da genişlənir. Bu

baxımdan müasir dövr əvvəlki bütün dövrlərdən əsaslı surətdə fərqlənir. Sənaye

inqilabına qədər dövlətin fəaliyyət sahələri məhdud idi və o, cəmiyyətin idarə

olunmasında elə bir əhəmiyyətli rol oynamırdı. Sənayeləşmə, ictimai əmək

bölgüsünün, urbanizasiya proseslərinin, şəhərlərin inkişafı, xarici əlaqələrin

genişlənməsi tələb etdi ki, cəmiyyət bir çox məsələlərinin (ölkədə vətəndaş

həmrəyliyinin təmin edilməsi, təhsil, qocalara qayğı, uşaqların tərbiyəsi, xarici

ölkələrə münasibətlərin tənzimlənməsi və i.a.) həllini dövlət öz üzərinə götürsün.

XIX əsrin axırlarından başlayaraq dövlətin funksiyaları, onun həll etdiyi vəzifələr

sürətlə genişlənməyə başladı. XX əsrdə meydana çıxan obyektiv səbəblər və

amillər dövlətin rolunun daha da artmasına, ictimai proseslərdə onun fəal iştirakına

gətirib çıxardı. Bu səbəb və amillərə misal olaraq aşağıdakıları göstərmək olar:

– Rəqabətin inkişafı və bazarın dövlət tənzimlənməsinə daha böyük ehtiyac

yaranması; Dövlət tənzimlənməsinin olmadığı şəraitdə bazarda inhisarçılıq yaranır,

sahibkarların hüquq bərabərliyi pozulur, iqtisadiyyatın inkişafı ləngiyir və

durğunluq meylləri yaranır.

– Cəmiyyətin sosial strukturunun dəyişməsi, dövlət qayğısına ehtiyacı olan

halinin, yaşlı insanların xüsusi çəkisinin artması, sosial bərabərsizliyin

dərinləşməsi. Dövlət məcburiyyət qarşısında qalır ki, maddi nemətlərin bölgüsünə

və yenidən bölgüsünə diqqət yetirsin, əhalinin az gəlirli təbəqəsinə qayğı göstərsin.

– Elm, mədəniyyət, təhsil və səhiyyənin inkişafına dövlət köməyinə tələbatın

artması. Elmi-texniki tərəqqi, informasiya cəmiyyətinə keçid, yüksək

texnologiyaların tətbiqi böyük xərclər hesabına başa gəlir və dərhal mənfəət

vermədiyinə görə xüsusi investorların buna marağı olmur.

Təbii sərvətlərin azalması, bəzən isə tamamilə tükənməsi onların istifadəsinin

dövlət tərəfindən tənzimlənməsi və istifadəsinin birinci növbədə ümummilli

problemlərin həllinə yönəldilməsi vəzifələrini qarşıya qoyur.

– Ekoloji mühitin çirklənməsi onun sağlamlaşdırılması vəzifəsini qarşıya

qoyur, bu da öz növbəsində dövlət büdcəsindən çoxlu xərclər və ümummilli

xarakterli qərarlar qəbul edilməsini tələb edir.

– Antisosial, kriminal fəaliyyətin müxtəlif növ və formalarının artması və

cəmiyyətə böyük ziyan vurması dövləti məcburiyyət qarşısında qoyur ki,

cinayətkarlıqla, terrorizm və narkobizneslə mübarizə üçün xüsusi aparat yaratsın

cəmiyyət həyatına müdaxiləsinin genişlənməsində onun maliyyə imkanlarının,

ümumi daxili məhsulda dövlət gəlirləri və xərclərinin xüsusi çəkisinin artması da

mühüm rol oynayır: XX əsrin ikinci yarısında, xüsusilə son illərdə dünyanın

inkişaf etmiş ölkələrində dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi daim artır.

Məsələn: ABŞ, Yaponiya və İspaniyada dövlət xərclərinin ÜDM-də xüsusi çəkisi

30-35%, Niderland, Norveç və İsveçrədə 60%-ə qədər təşkil edir. Bu xərclər

sasən elmə, təhsilə, səhiyyəyə, sosial təminata və ölkənin müdafiəsinə

rolunun artmasını tələb edən başqa səbəbləri də göstərmək olar. Lakin, elə bu

göstərilənlər də belə bir mühüm nəticəni təsdiq etməyə imkan verir ki, vətəndaş

cəmiyyəti, bazar iqtisadiyyatı tənzimləyiciləri hələlik bu cəmiyyətdə ortaya çıxan

çox saylı sosial, iqtisadi, siyasi və digər problemlərin həllini təmin edə bilmirlər.

Bütün bunlar dövləti məcburiyyət qarşısında qoyur ki, cəmiyyət həyatının müxtəlif

sahələrinə təşkiledici və tənzimləyici təsir göstərsin, cinayətkarlığa, narkobiznesə

qarşı mübarizə üçün xeyli qüvvə və vəsait sərf etsin. Bu səbəblərdən də müasir

dövrdə dövlətin cəmiyyət həyatının müxtəlif sahələrinə müdaxiləsi genişlənir.

Xüsusilə ictimai məhsulun yaradılması, milli müdafiə, ictimai təhlükəsizlik, elmi

bilik, vətəndaşların sosial müdafiəsi, hüquq və azadlığına təminat verilməsi,

ümumi rifahın təmin edilməsi məsələlərinin həlli dövlətin bir başa müdaxiləsi

olmadan mümkün deyil.

14.Dövl ətin funksiyaları

Cavab: Dövlətin funksiyalarında onun iradəsi, hakimiyyəti və fəaliyyəti

reallaşdırılır. Müxtəlif dövlətlərin funksiyaları eyni deyil, az-çox fərqlidir, hətta

eyni bir dövlətin funksiyaları ölkənin inkisaf səviyyəsindən asılı olaraq dəyişir.

Dövlətin funksiyaları onun sosial təbiətindən, formasından (quldarlıq, feodal,

kapitalist dövləti) və tipindən (demokratik, aristokratik və monarxiya) çox asılıdır.

Bununla yanaşı, dövlətlər ümumi funksiyalar da yerinə yetirirlər, başqa sözlə,

dövlətin funksiyaları bir-birindən fərqlənsələr də onlarda oxşar ümumi cəhətlər də

Dövlətin funksiyalarını onun ayrı-ayrı strukturlarının (məhkəmə, hökumət,

xarici işlər nazirliyi, yerli icra hakimiyyət orqanları və i.a.) funksiyalarından

ayırmaq lazımdır. Ayrı-ayrı dövlət orqanlarının funksiyaları daha konkret və

məhdud xarakter daşıyır və dövlətin ümumi funksiyalarının tərkib hissəsini təşkil

Elmi ədəbiyyatda dövlətin

funksiyalarını müxtəlif formalarda təsnifləşdirmək təşəbbüsləri var: Məsələn, əsas

və qeyri-əsas funksiyalar. Əsas funksiya dövlətin əsas vəzifəsi ilə (məs: ölkənin

müdafiəsinin təşkili-bunun üçün dövlət silahlı qüvvələri yaradılır) əlaqədardır.

Qeyri-əsas funksiya (baxmayaraq ki, mühüm əhəmiyyət kəsb edir) məs: rabitə

sisteminin təşkili, təbii fəlakətlə mübarizə və i.a., yaxud daimi (müəyyən hüquq

qaydalarının təmin olunması və i.a.) və müvəqqəti, keçici funksiyalar (məsələn,

“soyuq müharibə” dövründə SSRİ-də roket-nüvə sənayesi yaratmaq vəzifəsi

qarşıya çıxmışdır). Nəhayət ümumi xarakterli, dövlətin təbiətindən asılı olmayan

funksiyaları (məs. ölkənin müdafiəsi funksiyası) və sosial xarakterli funksiyalar,

bunlar dövlətin tarixi tipindən və inkişaf səviyyəsindən asılıdır. (məs. sosialist

mülkiyyətinin qorunması başqa tip dövlətlərdə yoxdur).

Dövlət hakimiyyətinin əsas mərkəzi vəzifəsi öz ərazisində yaşayan insanların

xoşbəxt həyatını, hər tərəfli inkişafını təmin etməkdən ibarətdir. Dövlət mövcud

iqtisadi inkişafa və müdafiəyə təminat verməlidir. Dövlətin bu ümumi vəzifəni-

funksiyanı yerinə yetirməsi ölkə daxili və xarici amillərdən asılıdır. Beləliklə

dövlətin funksiyalarını başlıca olaraq daxili və xarici (beynəlxalq arenada)

funksiyalar formasında təsnifləşdirmək hamılıqla qəbul edilir.

15.Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl

kateqoriyalar

Cavab: Bir ictimai hadisə kimi dövlət idarəetməsi geniş və əhatəli ictimai

sistem çərçivəsində baş verir və cəmiyyətin xüsusi təsisatı kimi sistemin

dayanıqlığı və tamlığını təmin etmək məqsədini daşıyır. Digər ictimai hadisə və

proseslərlə əlaqəli şəkildə nəzərdən keçiriləndə bu təsisatı dövlət idarəçilik

sistemini təşkil edən bir bütövlük kimi qəbul edirlər. Başqa sözlə, dövlət

idarəçiliyinin əsl təyinatı ictimai sistemin yanmsistemi kimi onun tamlığını təmin

etməkdir. Dövlət idarəçiliyi üçün bu ümumi müddəanın əhəmiyyətinin izahata

Dövlət idarəçilik sisteminin müəyyən edilməsində bir çox vacib amilləri nəzərə

almaq lazımdır. Nəzəriyyədə fərz olunur ki, dövlət idarəçiliyi həqiqətən sistem

təşkil edir (digər tərəfdən dövlət quruculuğu prosesində məhz məqsədə müvafiq bir

sistem yaradılmalıdır) və bu sistem sosial sistemlər sinfinə aiddir. Sosial sistem

dedikdə, elementləri sosial subyekt sayılan sistem nəzərdə tutulur. Sosial sistemin

digər mühüm cəhəti məqsədyönlü olmasıdır, yəni belə sistemin bir və ya bir neçə

fəaliyyət məqsədləri vardır. Nəhayət, sistemin məqsədə çatması üçün fəaliyyəti

idarə olunmalıdır. Beləliklə, dövlət idarəçilik sistemi məqsədyönlü və idarə olunan

sosial sistem növüdür) .

Dövlət idarəçilik sistemi cəmiyyətdə ictimai prosesləri idarə edən əsas subyektdir.

Bununla yanaşı ictimai sistemi təkcə dövlət idarə etmir, ictimai idarəetməni digər

subyektlərlə birlikdə həyata keçirir. Beləliklə, dövlət idarəçilik sistemini

müəyyənləşdirərkən nəzərə almaq lazımdır ki, belə sistemin nüfiız etdiyi təsir

obyektlərinə digər subyektlər də təsir edə bilər. Digər tərəfdən isə belə dövlət

idarəçilik sisteminin bir neçə məzmunlu tərifmi təklif etmək məqsədəuyğun olar.

Dövlət idarəçilik sistemi anlayışını əmələ gətirən təməl kateqoriyalann (dövlət və

idarəetmə kateqoriyalarının) mühüm münasibətlərini və əlaqələrini aydınlaşdırmaq

Dövlət cəmiyyətin sosial, siyasi və hüquqi institutudur və bu səbəbdən onun

mürəkkəb bir qurum kimi təsirləri çoxşaxəlidir;

Dövlət həm idarəetmə subyektidir, həm də mürəkkəb qurum (sistem) kimi

Dövlətin yaranması və inkişafı həm təkamül proseslərinin məhsulu, həm də

sosial subyektlərin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Dövlət idarəetməsinə ən azı iki mənada yanaşılır:

1) bu, ictimai idarəetmədir (geniş mənada anlanan dövlət idarəetməsi);

2) dar mənada isə bu, dövlət hakimiyyət orqanlarının fəaliyyətidir.

16.Dövl ət idarəçilik sisteminə klassik sistemli yanaşma

Cavab: Dövlət idarəçilik sisteminə klassik sistemli yanaşmanı iki mənada

1.Klassik sistemli yanaşma: Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə

olunan (cəmiyyətin) yanm sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir.

2.Institusional yanaşma. Dövlət idarəçilik sistemi dövlət tərəfindən idarəetmə

təsirlərinin həyata keçirilməsini təmin edən məqsədlər, vəzifələr, prinsiplər,

metodlar və funksiyalar məcmusudur.

Birinci tərif dövlət idarəçilik sisteminin klassik qaydada sistemli təhlilini və

idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir. İkinci institu sional

tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət

göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla

yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur.

Hər iki tərifə uygun olaraq əsas anlayış kimi dövlət idarəetməsinin subyekti

anlayışını aydmlaşdıraq. Bu, idarəçilik sisteminin idarə edən yarım sistemini iki

mənada təyin edir. Birinci tərifə görə bu, geniş mənada özündə dövlət idarəetmə

orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları,

kollektivləri və hər bir vətəndaşx birləşdirən ictimai idarəetmə subyektidir. İkinci

tərifdə isə dar mənada dövlət idarəetmə subyektlərinin mərkəzi, yerli və sahə

səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından

ibarət olduğu nəzərdə tutulur.

Dövlət idarəçilik nəzəriyyəsinin ikinci mühüm anlayışı kimi idarəetmə obyekti

dövlət idarəçilik sistemində aşağıdakı mənalarda təyin edilir.

Dövlət idarəçiliyinin təsir etdiyi sosiumun hər bir üzvü, hər bir fərd (insan)

idarəetmə obyektidir. Sosial sistemdə fərdlər müxtəlif münasibətlərdə olduğuna və

müxtəlif qruplar təşkil etdiyinə görə, onlarm əlaqələri və münasibətləri də

idarəetmə obyektidir. Məsələn: bir sosial sistem kimi, təhsil sistemi çərçivəsində

həm şagird, həm də müəllim dövlət idarəçiliyinin obyektidirlər. Müəllim-şagird

münasibətləri də (təlim, tədris prosesi) dövlətin idarəedici təsirinə məruz qalan

darəolunan yarım sistemin əlamətlərinin seçilməsindən asılı olaraq dövlət

idarəçilik sisteminə daxil olan obyektlər müxtəlif iqtisadi və sosial sahələr,

regionlar, fərqli mülkiyyət formalanna aid olunan təşkilatlar və digər formal

birliklər ola bilərlər.

İdarəçilik sisteminin daha geniş ictimai idarəetmə sistemi kimi yozulması digər

sosial və siyasi tənzimləyicilərə: dəyərlər, adət və ənənələr, mənəviyyat və s.

söykənir. Beləliklə, qeyd edilən amillərin dövlət quruculuğu prosesində (o

cümlədən dövlət idarəçilik sisteminin formalaşmasında) rolunu nəzərə almaq

17.Dövlət idarəçilik sisteminə yanaşmalar

Cavab.Müasir zamanda sistem baxışların məhsulu sayılan sərhədlər və

rekursiya («özünə müraciət») prinsipinə əsasən obyektin fəaliyyətini şərtləndirən

məhdudiyyətlər və amillər, eyni zamanda bu fəaliyyətin nəticələrinin və əldə

olunması prosesinin qiymətləndirmə meyarına çevrilirlər. Bu prinsipi dövlət

idarəçiliyinə tətbiq etsək, onda real dövlət idarəçilik sisteminin nəzəri (ibtidai)

qiymətləndirmə qaydasını əldə etmiş olanq. Bu qaydaya görə müasir dövlətin

idarəetmə subyekti (bu və digər dövlət idarəetmə orqanı) sistemin fəaliyyətində

dərketmə prosesinin yer tutduğu dərəcədə səmərəlilik göstəricisinə malik olur.

Lakin bu prinsipi digər prinsiplər və şərtlər nəzərə alınmadan mütləq qaydada

tətbiq etmək düzgün olmazdı, çünki idarəetmə prosesi yalnız dərketmə (məsələn,

müşahidə və təhlil) işindən ibarət deyildir. Bu prosesdə subyektin həm iradə və

təşəbbüs, həm də maraq və kompromis xarakterli fəaliyyətlərinin yeri vardır,

bunların hər biri isə fərqli qaydada qiymətləndirilməlidir.

Dövlət idarəetmə sistemi idarə edən (dövlətin) və idarə olunan (cəmiyyətin) yanm

sistemlərin qarşılıqlı əlaqəli vəhdətidir -klassik sistemli yanaşma.

Dövlət idarəçilik sistemi dövlət tərəfindən idarəetmə təsirlərinin həyata

keçirilməsini təmin edən məqsədlər, vəzifələr, prinsiplər, metodlar və funksiyalar

məcmusudur -institusional yanaşma.

Birinci tərif dövlət idarəçilik sisteminin klassik qaydada sistemli təhlilini və

idarəetmə modellərinin sintezini həyata keçirməyə imkan verir. İkinci institu sional

tərif isə dövlət idarəçilik sisteminin formalaşması və mütəşəkkil qaydada fəaliyyət

göstərməsinə təsir edən daxili və xarici amillərin öyrənilməsinə imkan yaratmaqla

yanaşı tarixi təcrübə və digər elmlərin nailiyyətlərinə müraciəti nəzərdə tutur.

Hər iki tərifə uygun olaraq əsas anlayış kimi dövlət idarəetməsinin subyekti

anlayışını aydmlaşdıraq. Bu, idarəçilik sisteminin idarə edən yarım sistemini iki

mənada təyin edir. Birinci tərifə görə bu, geniş mənada özündə dövlət idarəetmə

orqanları sistemini, siyasi, ictimai, peşəkar, qeyri-hökumət, media və s. təşkilatları,

kollektivləri və hər bir vətəndaşx birləşdirən ictimai idarəetmə subyektidir. İkinci

tərifdə isə dar mənada dövlət idarəetmə subyektlərinin mərkəzi, yerli və sahə

səviyyəsində fəaliyyət göstərən bütün qanunverici, məhkəmə və icra orqanlarından

ibarət olduğu nəzərdə tutulur.

Dövlət idarəçilik nəzəriyyəsinin ikinci mühüm anlayışı kimi idarəetmə obyekti

dövlət idarəçilik sistemində aşağıdakı mənalarda təyin edilir.

Dövlət idarəçiliyinin təsir etdiyi sosiumun hər bir üzvü, hər bir fərd (insan)

idarəetmə obyektidir. Sosial sistemdə fərdlər müxtəlif münasibətlərdə olduğuna və

müxtəlif qruplar təşkil etdiyinə görə, onlarm əlaqələri və münasibətləri də

idarəetmə obyektidir. Məsələn: bir sosial sistem kimi, təhsil sistemi çərçivəsində

həm şagird, həm də müəllim dövlət idarəçiliyinin obyektidirlər. Müəllim-şagird

münasibətləri də (təlim, tədris prosesi) dövlətin idarəedici təsirinə məruz qalan

darəolunan yarım sistemin əlamətlərinin seçilməsindən asılı olaraq dövlət

idarəçilik sisteminə daxil olan obyektlər müxtəlif iqtisadi və sosial sahələr,

regionlar, fərqli mülkiyyət formalanna aid olunan təşkilatlar və digər formal

birliklər ola bilərlər.

darəçilik sisteminin daha geniş ictimai idarəetmə sistemi kimi yozulması digər

sosial və siyasi tənzimləyicilərə: dəyərlər, adət və ənənələr, mənəviyyat və s.

söykənir. Beləliklə, qeyd edilən amillərin dövlət quruculuğu prosesində (o

cümlədən dövlət idarəçilik sisteminin formalaşmasında) rolunu nəzərə almaq

MÖVZU V: İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Müasir dünyanın sivil dövlətlərində ibtidai sistemin əsası, aparıcı təsərrüfatçılıq forması kimi bazar iqtisadiyyatı çıxış edir. Genetik baxımdan bazar iqtisadiyyatı əmtəə təsərrüfatının (istehsalının) təkamülü inkişafının məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Bazar iqtisadiyyatında əmtəə istehsalı qərarlaşır və təşəkkül tapır. Bazar iqtisadiyyatının inkişaf etmiş əmtəə təsərrüfatı ilə adekvatlığı onun məzmunu və strukturunda əmtəə-pul münasibətləri sisteminin əlamət-cəhətlərinin, müvafiq atributlarının qalmasını və fəaliyyət göstərməsini zəruri edir. Başqa sözlə, bazar iqtisadiyyatının substansiyasında əmtəə təsərrüfatının mahiyyətini əks etdirən elementlər dayanır. Lakin, inkişaf etmiş mərhələ kimi bazar iqtisadiyyatında xalis əmtəə istehsalına aid olan üzvi elementlərlə yanaşı, yeni əlamət-cəhətlər, atributlar, mexanizmlər də meydana gəlir və formalaşır. Meydana gəlmə tarixi əmtəə təsərrüfatının azad (yetkin) rəqabət dövrünə təsadüf edən bazar iqtisadiyyatının özünə məxsus səciyyəvi xüsusiyyətləri vardır. Belə xüsusiyyətlərin ən qabarıqları tənzimləmə və təsərrüfatın idarə olunması ilə əlaqəlidir. Azad rəqabət dövrü əmtəə təsərrüfatının, yəni bazar iqtisadiyyatının meydana gəlməsinin ilkin mərhələsində iqtisadi münasibətlərin nizamlanması və tənzimlənməsi haqqında təlimin nəzəri əsasını Adam Smit yaratmışdır. Onun fikrincə azad rəqabət şəraitində bilavasitə bazar münasibətləri ilə təzahür edən ictimai-iqtisadi münasibətləri, bazarın özünün fəaliyyətini “görünməyən əl” idarə edir, daha doğrusu, bazarın daxili, təbii-üzvi tənzimlənmə prosesinə heç bir xarici müdaxilə olmamalıdır. Adam Smitin davamçıları sonrakı mərhələlərdə klassikin bu dəyərli nəzəriyyəsini daha da inkişaf etdirmiş və zənginləşdirmişlər.

XIX əsrin axırları və XX əsrin əvvəllərindən etibarən qərbin bir sıra inkişaf etmiş ölkələrində əmtəə təsərrüfatı inkişafının keyfiyyətcə yeni mərhələsinə, azad rəqabətdən getdikcə uzaqlaşan ictimai-iqtisadi mühitə qədəm qoymuşdur. Həmin dövrdən etibarən bazar sistemi, bazar iqtisadiyyatı qabaqcıl dövlətlərin əsas təsərrüfatçılıq formasına çevrilmişdir. Kütləvi axarla gedən bu proses hər bir ölkənin təsərrüfat vahidlərinə bir-birilə üzvi əlaqədə olan toplu, bütöv bir “iqtisadi sistem” kimi baxmağı tələb edirdi.

Məhz bu əsasda müasir dövr üçün səciyyəvi olan “makroiqtisadiyyat” konsepsiyası yaradılmışdır. Ölkə təsərrüfatına makroiqtisadiyyat mövqeyindən yanaşmaq, tənzimləmə və idarəetmə ilə əlaqəli yeni fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Təsərrüfat subyektlərinin yeni əsasda fəaliyyət göstərməsi, onlar arasında əlaqələrin güclənməsi və çağlaşması münasibətləri axarında bazarın rolu və yerinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi makroiqtisadi tənzimləmə ideyasını doğurmuşdur.

Makroiqtisadiyyatın, yəni ölkə iqtisadiyyatını bütöv təsərrüfat kimi görməyin, həmçinin belə mürəkkəb sistemin dövlət tərəfindən tənzimlənməsi ideyasının nəzəri əsasını yaratmış görkəmli ingilis iqtisadçısı D.M.Keynsin yaşayıb-yaratdığı dövrdə dövlətin, dövlətçiliyin məzmunu və strukturu keyfiyyətcə xeyli təzələnmişdir.

Vahid ümumxalq, millət, dövlət mənafeyinin ön mövqeyə çıxması, dövlətçilik priaritetlərinin güclənməsi təsərrüfatçılıqda dövlətin rolunun artmasına meyl doğururdu. Dövlətin iqtisadiyyata müdaxiləsi, ona istiqamət verməsi obyektiv zərurətə çevrilirdi. Dövlət cəmiyyətin siyasi təşkili forması kimi çıxış etməklə öz missiyasını bitirmiş hesab edə bilməzdi. Siyasi (hərbi) hakimiyyət mexanizmi olmaqla dövlət ölkə həyatının bütün sahə və sferalarında fəal iştirak etməlidir. Bunun üçün obyektiv əsas və şərtlər meydana gəlmişdir.

Bütün sahələri, sferaları, funksional fəaliyyət istiqamətlərini, dairələrini nəzərə almaqla müasir dövlətin zəruri vəzifələrini ümumiləşmiş halda əsasən belə təsnifləşdirmək olar:

– dövlət quruculuğunu hər vasitə ilə qorumaq;

– ictimai-siyasi, sosial baxımdan cəmiyyət üçün daha təhlükəli olan ziddiyyətlərin qarşısını almaq və onları vaxtında aradan qaldırmaq;

– ölkədə iqtisadi və digər ictimai-sosial münasibətləri tənzimləmək;

– dövlətin, xalqın mənafeyini tam təmin edə biləcək kompleks daxili siyasət həyata keçirmək. O cümlədən sosial, iqtisadi, maliyyə, elm, mədəniyyət, təhsil, sağlamlıq, səhiyyə və s. sahələrdə;

– ölkənin mənafeyini beynəlxalq miqyasda qoruya biləcək xarici siyasət yeritmək;

– ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və s.

İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bu qənaətə gəlmək olar ki, müasir bazar iqtisadiyyatı insanın çox saylı tələbatının ödənilməsinə xidmət etmək yönümlüdür.

Sənayedə inkişaf etmiş ölkələrdə vətəndaşların hüquqlarının qorunmasına, onların iqtisadi baxımdan yüksək təminatına, sosial-iqtisadi proseslərə dövlətin müdaxilə etməsi yolu ilə nail olunur. Məsələn, nemətlərin yenidən bölgüsü, vergi siyasəti, hüquqi-təminat və s. Belə təsərrüfatı adətən sosial-bazar iqtisadiyyatı adlandırırlar. Dövlət siyasəti konsepsiyası olmaq etibarilə sosial-bazar təsərrüfatı iqtisadiyyatın, bütövlükdə cəmiyyətin azad, iqtisadi baxımdan səmərəli, möhkəm, sosial və ədalətli qurulmasına yönəldilmişdir. Sosial-bazar təsərrüfatına XIX-XX əsrin əvvəlləri üçün səciyyəvi nizamsız kapitalizmlə, mərkəzdən idarə edilən iqtisadiyyat arasında yerləşən “üçüncü yol” kimi baxmaq olar. Sosial-bazar təsərrüfatı bazar iqtisadiyyatının əlverişli modeli kimi fəaliyyət göstərir.

Sosial-bazar təsərrüfatı ölkədə vətəndaşların hər sahədə müdafiəsinin təşkilində dövlətin rolu və funksiyalarının artması ilə səciyyələnir. Belə təsərrüfatda dövlətin əsas vəzifələri kimi bunları qeyd etmək olar:

– ölkədə etibarlı hüquqi qaydaların yaradılması və qorunmasına şərait yaratmaq;

– xarici və daxili təhlükəsizliyi təmin etmək;

– milli valyutanın sabitliyini təmin etmək;

– sosial infrastruktur sahələrini (təhsili, səhiyyəni, elm və mədəniyyəti, ictimai nəqliyyatı və s.) inkişaf etdirmək;

– rəqabət mübarizəsi sahəsində qanunçuluğun qorunmasına nəzarəti həyata keçirmək;

– cəmiyyət daha zəif üzvlərinin əmək hüququnu qorumaq və onlar üçün sosial təminatlar yaratmaq;

– ətraf mühiti qoruya bilən tələblər, qadağalar, eləcə də müvafiq bazar stimulları işləyib hazırlamaq;

– vergi və sosial hüquqlar sahəsində, eləcə də xarici iqtisadi münasibətlərdə ümumi qəbul edilmiş qaydaları müəyyənləşdirmək;

– bazar təsərrüfatının imkanları daxilində sosial-iqtisadi proseslərin makroiqtisadi idarə edilməsi və s.

İqtisadi sistemdən, modelindən, ictimai-siyasi, hüquqi quruluşundan asılı olmayaraq hər dövlət, cəmiyyət qeyri-müəyynəliklər içərisində yaşayır. O, cümlədən iqtisadi hadisə və proseslər də qeyri-müəyyənliklər əhatəsində baş verir. Yəni baş verə biləcək iqtisadi hadisə və prosesləri, həmçinin onların nə ilə nəticələnəcəyini heç də həmişə qabaqcadan müəyyənləşdirmək olmur. Bu baxımdan bazar iqtisadiyyatı daha səciyyəvidir. Özlüyündə bazar iqtisadiyyatı iqtisadi hadisə, proses və əlaqələrin, eləcə də bunlarla bağlı mexanizm və vasitələrin mücərrəd fəaliyyəti ilə yaşayan təsərrüfat formasıdır. Bazar iqtisadiyyatının mahiyyətində dayanan azadlıq, sərbəstlik, rəqabət bir növ onu “kortəbiiliyə”, “mücərrədliyə” meyl etdirir.

“Kortəbiilikdə”, mücərrədlikdə daha çox yaşamaq imkanı qazanan qeyri müəyyənlikdir. Cəmiyyət, dövlət, eləcə də iqtisadi sistem qeyri müəyyənlikləri minimuma endirməklə öz varlığını, yaşaması, inkişafını təmin edə bilər. Qeyri-müəyyənlik dərəcəsini fəaliyyətlərin, proseslərin, işlərin optimal təşkili və əlaqələndirirlməsi hesabına aşağı salmaq olar. Başqa sözlə tənzimləmə, nizamlama elementlərindən, mexanizmlərindən, vasitələrindən, metodlarından, üsullarından və s. istifadə edilməsi yolu ilə, qeyri-müəyyənliklər “müəyyənlik” səviyyəsinə çatdırırlar. Tənzimləmənin səviyyəsi və keyfiyyəti iqtisadi sistemin, sosial-iqtisadi hadisənin düzgün dərk edilib öyrənilməsindən, həmçinin bu prosesdə təfəkkürün və məntiqi qanunların, prinsiplərin gözlənilməsindən bilavasitə asılıdır.

Bazar iqtisadiyyatı şəraitində hər hadisənin, prosesin təsadüflük ehtimalı vardır. Bu təsərrüfat formasının təbiətindən doğan qanunauyğunluqdur. Qeyri-müvafiq şəraitindən doğan iqtisadi ehtimallar bəzən iqtisadi proseslərin pozulması ilə nəticələnir. Buna görə də iqtisadi ehtimalların, müəyyən kortəbiiliklərin, qeyri-müəyyənliklərin qaydalaşdırılması, nizamlandırılması və tənzimlənməsi zərurəti ortaya gəlir. Tənzimlənmənin yüksəlməsinə şərait yarada bilən strategiya işlədilir. Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin yüksəlməsində baş verən real iqtisadi proseslərin təhlilinə istinad etməklə, mövcud iqtisadi anlayış, kateqoriya və qanunlara əsalanmaqla, həmçinin müasir metodoloji və metodik elmi aparatlardan istifadə etməklə nail olunar. Sosial-iqtisadi hadisələri öyrənən elmlərin sintezi kimi tənzimləmə elminin-konsepsiyasını yaratmaq mümkündür.

Öz təbiətinə görə iqtisadiyyat tənzimlənməlidir. Bu həm də bazar iqtisadiyyatına aiddir. Belə ki, tələbat, istehsal, bölgü, mübadilə və istehlak elementlərinin məcmusundan ibarət olan iqtisadiyyat daxili ünsürləri arasında optimal, normal, səmərəli, məqsədli əlamət və nisbətlərin mövcudluğu əsasında fəaliyyət göstərib inkişaf edə bilər. Tənzimləmə iqtisadi sistemin məqsədli vəzifəsilə üzvi əlaqəlidir. Çünki iqtisadı sistemi ən optimal vəziyyətə, yalnız tənzimləmə gətirə bilər. Həmçinin tənzimləməyə cəmiyyətin düşdüyü mövcud şəraitə cavab kimi də baxmaq olar. Bu mənada tənzimləmənin metod və mexanizmlərinin özləri optimal olmalıdır. Təkmil, əlverişli mexanizlərə istinad edən tənzimləmə optimal adlandırıla bilər. Müəyyən norma və normativlərdəki kənarlaşmaları, pozulmaları nizamlamaq vəzifəsi məhz tənzimləmənin üzərinə düşür. Bu vəzifəyə kənarlaşmaların düzəldilməsi prinsipi kimi də baxmaq olar. Tənzimləməni kənarlaşmaları, səhvləri, nizamlamaları kompensasiyalaşdıran vasitə, alət, həmçinin iqtisadi prosesləri stabilləşdirən üsul kimi qiymətləndirmək lazımdır.

Təcrübi və nəzəri əsaslar, dəlillər sübut edir ki, bütün hallarda, vəziyyətlərdə təsərrüfatın idarə edilməsinə birmənalı yanaşılmamalıdır. Yəni, istənilən iqtisadi sistemdə, şəraitdə formasından, quruluşundan, ölçüsündən asılı olmayaraq hər bir təsərrüfatın idarəedilməsi mütləqdir. Idarəetmənin məzmunun əsasını isə tənzimləmə təşkil edir. Tənzimləmə sisteminin təsiri, onun əlaqələndirici və nəzarət funksiyaları gücləndikcə, iqtisadiyyatın sabit inkişafı üçün daha çox zəmin yaradılır.

Müasir iqtisadiyyatı tənzimlənməmiş təsəvvür etmək olmaz. Başqa sözlə tənzimləmə müasir iqtisadiyyatın əsas atributudur. Tənzimləmənin iqtisadiyyatdakı müsbət rolunu belə səciyyələndirmək olar:

– tənzimləmə meydana gələn vəziyyətə müsbət cavabdır;

– tənzimləmə iqtisadi sistemin qaydalaşdırılması yolunda daima təkrarlanan prosesdir;

– tənzimləmə pozitiv iqtisadi təfəkkürün, təsərrüfatçılıq qabiliyyətinin sintezidir;

– tənzimləmə cəmiyyətdə, eləcə də ayrı-ayrı əmək kollektivlərindəki arzu olunmaz ənənəyə və şəraitə qarşı mübarizə aparan vasitədir;

– tənzimləmə idarəetmə məsələlərinin səmərəli həll edilməsi şəraitidir;

– tənzimləmə maliyyə-kredit nisbətlərin və proporsiyaların optimallaşdırılması metodudur;

– tənzimləmə iqtisadiyyatın sağlamlaşdırılmasının obyektiv əsasıdır və s.

Yeni iqtisadi sistemin təşəkkülü dövrünü yaşayan Azərbaycan iqtisadiyyatında idarəetmə və tənzimləməni sadələşdirmək, təkmilləşdirmək, bu prosesdə çevikliyi, səmərəliliyi artırmaq məqsədi ilə bir sıra əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı.

Məzmunu, strukturu və funksional fəaliyyəti yaxın olan bir sıra sahələr, onların nazirlikləri və yaxud baş idarələri, komitələri birləşdirilərək vahid qurumlara çevrilmişdir. Yeni yaradılan belə qurumlar sırasında İqtisadi İnkişaf Nazirliyini və s. qeyd etmək olar. Bunların yaradılması və fəaliyyəti haqqında respublika prezidentinin müvafiq fərmanları vardır.

Aparılan iqtisadi islahatda, idarəetmə və tənzimləmə qurumlarının təkmilləşdirilməsində məqsəd respublika iqtisadiyyatının dinamik inkişafına zəmin yaratmaqdır. Müsbət nəticələrin əldə edilməsi isə olduqca çətindir. Çünki yeniləşmə və təkmilləşmə prosesinə maneə olan çoxdu obyektiv və subyektiv səbəblər vardır. İslahat məhz belə çətinlikləri aradan qaldırmağa yönəldilməlidir.

Iqtisadi, ictimai-siyasi və sair ümumbəşəri hadisələrlə, proseslərlə zəngin olan XX əsr daha çox yeni iqtisadi sistemlərin, iqtisadi modellərin formalaşması, təkmil siyasi-qurumların və dövlətçilik mexanizmlərinin meydana gəlməsi və inkişafı ilə əlamətdardır. Yeni iqtisadi sistemlərin və iqtisadi modellərin təşəkkülü dövlət quruluşunun, dövlətin rolu və funksiyalarının təkmilləşdirilməsi, köklü dəyişikliklərə uğramasını obyektiv zərurətə çevirirdi. Əvvəlki əsrlərdən formalaşmağa başlayan bazar münasibətləri XX əsrdə yeni transformasiya və məzmunda özünü reallaşdırmağa başladı. İnkişaf etmiş ölkələrdə bazar münasibətlərinin daha təkmilləşmiş sistemə əsaslanan yeni iqtisadi modellərin fəaliyyəti başladı. Yeni iqtisadi sistem və modellər öz növbəsində makroiqtisadiyyat, makroiqtisadi göstəricilər, milli hesablar sistemi, makroiqtisadi idarəetmə, tənzimləmə və s. bu kimi hadisə və anlayışları, meydana gəlməklə iqtisadiyyatın idarəedilməsi və tənzimlənməsi məsələlərinə tamamilə başqa mövqeydən yanaşılmasını tələb edirdi. Daha doğrusu makroiqtisadi idarəetmə, dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirakı fəallığın artırılması məsələləri ön sıraya keçməyə başladı.

Bəşəriyyətin müasir inkişaf təcrübəsi sübut edir ki, iqtisadi sistemlər, təsərrüfatçılıq modelləri arasında hələ ki, bütün baxımlardan ən effektlisi bazar münasibətləri əsasında fəaliyyət göstərməkdir. Buna görə də sivil ölkələrin əsas təsərrüfatçılıq fəaliyyətləri bazar sisteminə istinad edir. Belə ölkələr on illərdir ki, bazar sisteminin effektlərindən istifadə etməklə əlverişli sosial-iqtisadi nəticələr əldə etmişlər.

Lakin, həyatın bütün sahələrində özünü doğrultsa da bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə yaşayan ölkələrin əksəriyyətində cəmiyyət həyatında baş verən ictimai-iqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsi metodlarından, onun ayrı-ayrı variyasıyalarından olduqca geniş istifadə olunur. Bazar sistemi şəraitində dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirak etməsini zərurətə çevirən bir sıra obyektiv sosial-iqtisadi əsaslar vardır.

2. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi

Dünya təcrübəsi göstərir ki, hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun gözlənilməsi məsələsi iqtisadi nəzəriyyənin başlıca problemlərindən biridir. Bildiyimiz kimi, tarixən sosial-iqtisadi proseslərin idarə olunması və tənzmilənməsinin formalaşmış iki əsas tipi məlumdur. Onlardan biri mərkəzləşdirilmiş planlaşdırma və idarəetməyə əsaslanan inzibati-amirlik sistemi, digəri isə iqtisadi üsullara əsaslanan bazar sistemidir. Bu gün ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi dəyişikliklərin əsas məzmunu da məhz inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid təşkil edir. Bunu nəzərə alaraq bu fəsil əsasən bazar iqtisadiyyatı və ona keçid şəraitində dövlətin iqtisadi funksiyalarını və iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca istiqamətlərinin araşdırılmasına həsr edilmişdir. Son illərdə məhsuldar qüvvələrin sürətli inkişafı sayəsində iqtisadi fəaliyyətin kəskin artan miqyasları, ölkələrin beynəlxalq daxili və xarici iqtisadi əlaqələrinin xarakteri, intensivliyi, iqtisadiyyatın sosial yönümlüyünün güclənməsi, nəhayət, vaxtaşırı baş verən böhranlara qarşı tədbirlər sisteminin həyata keçirilməsi, sosial-iqtisadi problemlərin tənzimlənməsindəki dövlətin rolu ilə bazar iqtisadiyyatı şəraitində dövlətin yerinə yetirdiyi iqtisadi funksiyaları eyniləşdirmək olmaz. İqtisadi sistemin xarakteri və konkret tarixi şəraitdən asılı olaraq iqtisadiyyatın tənzimlənməsinin bu və ya digər tipi formalaşır. İqtisadiyyatın idarə olunmasının inzibati-amirlik üsullarına əsaslanan keçmiş Sovet dövründə dövlət nəinki bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatı bilavasitə idarə edən, təsərrüfatçılığı nizamlayan mərkəz, hətta ayrı-yrı istehsal özəkləri səviyyəsində təsərrüfat proseslərini həyata keçirən bir orqan kimi fəaliyyət göstərirdi. Bundan əlavə, dövlət əhalisinin işlə təmin edilməsindən, məişət qayğılarından tutmuş, qlobal problemlərin həllinə kimi bütün məsələləri direktiv yolla mərkəzləşdirilmiş qaydada həll etməyə cəhd göstərirdi. Aydındır ki, iqtisadiyyatda dövlətin belə bir rolu bazar münasibətlərinin əsaslarının formalaşmasına səbəb ola bilməzdi. Qeyd etmək lazımdır ki, sosial-iqtisadi proseslərin bazar münasibətləri əsasında tənzimlənməsinə əsaslana iqtisadi sistem bu işlərdən dövlətin təcrid olunmasını qətiyyən nəzərdə tutmur. Təcrübə göstərir ki, ayrı-ayrı ölkələrdə konkret tarixi şəraitdən və milli reallıqlardan asılı olaraq dövlət tənzimlənməsinin forma və metodları bir-birindən fərqlənsə də, onların ümumi prinsipləri, daxili quruluşu əsasən eyni olmuşdur. Burada başlıca fərq müxtəlif iqtisadi sistemlərdə dövlət tənzimlənməsinin miqyası, konkret forma, üsul və istiqamətlərindən ibarətdir. Keçid mərhələsində dövlətin tənzimləmə sisteminin səmərəliliyi həlledici dərəcədə iqtisadi tənzimləmə vasitələri ilə siyasi tənzimləmə vasitələrinin ahəngdar fəaliyyətinin təmin olunmasından asılıdır. Bəşər cəmiyyətinin inkişafı gedişində dövlət ölkədə qayda-qanunu gözləmək, milli təhlükəsizliyi təmin etmək üçün ordunun təşkili və saxlanılması ilə yanaşı, bu və ya digər səviyyədə müxtəlif iqtisadi proseslərə müdaxilə etmişdir. Misal üçün, orta əsr feodal dövləti feodalların torpaq mülkiyyətlərinin qorunmasını təmin edir, mərkəzi hakimiyyətə münasibətdə sənətkarların və kəndlilərin yerinə yetirəcəyi öhdəlikləri müəyyənləşdirirdi. Ancaq XIX əsrin sonundan etibarən dövlət iqtisadiyyata nəzarət və onun tənzimləmə funksiyalarını daha çox yerinə yetirməyə başladı. Bu özünü, hər şeydən əvvəl, iqtisadi fəaliyyəti tənzimləyən qanun və qaydaların yaradılmasında, onun yerinə yetirilməsində dövlətin nəzarət etməsini göstərirdi. Dövlət möhkəmləndirildikdə getdikcə daha çox ictimai mənafelərə və bütövlükdə iqtisadi sistemə xidmət etməyə başladı. Dövlətin iqtisadiyyata müdaxiləsi prosesinin güclənməsinə Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin böhranı həlledici təsir göstərdi. Belə ki, “Böyük durğunluq” illərində əksər dünya ölkələrini bürümüş sosial-iqtisadi böhrandan çıxmaq üçün dövlət öz üzərinə çox böyük iqtisadi funksiyalar götürməyə məcbur oldu. XX əsrin II yarısında (xüsusən 70-ci illərdə) iqtisadiyyatın sosial yönümünün güclənməsi isə iqtisadiyyata dövlətin müdaxiləsinin yeni və eyni zamanda çox mühüm mərhələsi kimi qeyd oluna bilər.

Bu dövrdə baş verən sosial-iqtisadi prosesləri xarakterizə edərək P.Samuelson yazır: “Xüsusi mülkiyyət getdikcə daha az xüsusi, azad müəssisələr isə daha az sərbəst olurlar”.

Əlbəttə, belə hesab etmək sadəlövhlük olardı ki, bazar mexanizminin həll edə bilmədiyi bütün problemləri dövlət asanlıqla həll edəcəkdir. Bu fikirlə razılaşmaq olar ki, tənzimləmədə bazarın “görünməyən əl”i dövlətin görünən əli ilə tamamlanmalıdır.

Uzun illərin təcrübəsi göstərir ki, dövlətin müdaxiləsi olmadan hər bir cəmiyyət üçün xarakterik olan üç problemi – inhisarçılığın artmasını, inflyasiyanın güclənməsini və işgüzar fəallığın aşağı düşməsini həll etmək mümkün deyildir. Misal üçün, azad bazar mexanizmi mövcud ETT-nin nailiyyətlərindən kommersiya əsasında səmərəli istifadə olunmasını stimullaşdırsa da, ETT-nin strateji problemlərini həll etmək üçün dövlət bu proseslərə hökmən müdaxilə etməlidir.

Məlunmdur ki, cəmiyyətdə gəlirlərin bazar mexanizmi əsasında bölgüsü, sosial ədaləli və sosial mühafizəni təmin etməyə imkan vermir. Odur ki, əgər dövlət vaxtında bu sosial-iqtisadi proseslərə müdaxilə etməsə, müəyyən dövrdən sonra onun neqativ nəticələri elə həddə gəlib çatar ki, o, cəmiyyəti iqtisadi böhrana düçar edər. Bu halda başlıca problem dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum və ya minimum yol verilən hədlərinin müəyyənləşdirilməsidir. Belə ki, müəyyən həddən yuxarı və aşağı səviyyədə dövlətin iqtisadiyyata müdaxiləsi eyni dərəcədə ziyanlıdır. O da məlumdur ki, hər hansı bir konkret ölkədə sosial-iqtisadi şəraitdən asılı olaraq müdaxilənin həddi və istiqaməti müxtəlif ola bilər. Dövlət özünün iqtisadi tənzimləmə fuksiyalarını səmərəli surətdə yerinə yetirə bilməkdən ötrü hər şeydən əvvəl kifayət qədər tənzimləmə resurslarına malik olmalı, ikincisi, həmin vasitələrin imkanlarını aydın təsəvvür etməli və nəhayət, onların sosial-iqtisadi nəticələrini görməlidir. Misal üşün, ABŞ-da 100-dən yuxarı təşkilat və idarə müxtəlif səviyyələrdə iqtisadiyyatın tənzimlənməsi ilə məşğul olur və bu məqsədə ildə 100 milyard dollardan çox vəsait sərf edir. Bu xərclərin bir hissəsi bir-başa istehsalın və qiymətin tənzimlənməsinə yönəlirsə, onun müəyyən hissəsi isə qanunvericilik aktlarının hazırlanması, onun yerinə yetirilməsi üzərində nəzarət etməyə, dövlət xətti ilə kadr hazırlığına, müvafiq hesabat sənədlərinin hazırlanmasına və s. məqsədlərə istifadə olunur. Dövlət sosial iqtisadi vəziyyəti təhlil edib, qiymətləndirmək əsasında qarşıda duran məqsədləri yerinə yetirmək üçün iqtisadi siyasətdə müvafiq düzəlişlər edir. Müasir dövlət tənzimləmə nəzəriyyəsinin banilərindən biri olan hollanda iqtisadçısı Y.Tinbergen hesab edir ki, dövlətin qarşısında qoyulan məqsədlər onun sərəncamında olan vasitələrdən çox olmamalıdır. Bu fikrin iqtisadi mənası ondan ibarətdir ki, dövlət öz üzərinə yerinə yetirə biləcəyindən artıq yük götürməməlidir. Hazırda yalnız iqtisadiyyatda dövlətin rolunun genişləndirilməsinin tərəfdarları olan nə sosial-demokrat, nə də yalnız azad sahibkarlığın əsasında iqtisadi inkişafın tərəfdarı olan sağ təmayüllü iqtisadçı tapmaq çətindir. Bu baxımdan keçid mərhələsində respublikamızda qarşıda duran sosial-iqtisadi problemlərin səmərəli həll edilməsi üçün iqtisadiyyatın dövlət və bazar sisteminin optimal nisbətinin gözlənilməsi ən vacib məsələlərdəndir. Aydındır ki, qarşıda duran tənzimləmə vəzifələrinin yerinə yetirilməsində dövlətə zəruri maddi və qeyri-maddi resurslarla yanaşı, onların reallaşdırılması üçün müəyyən vaxt da lazımdır. Bu zaman qarşıda duran başlıca vəzifə, həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin məntiqi ardıcıllığına uyğun olaraq, onların mərhələliyinin gözlənilməsi məsələsidir.

Bazar sistemində makroiqtisadiyyatın tənzimlənməsinin mexanizmləri

İstənilən fəaliyyətin – istehsalın, ümumiyyətlə iqtisadiyyatın tənzimlənməsinə və idarə edilməsinə ehtiyac həmin problemlərin məzmunundan və məqsədindən irəli gəlir. Bütün hallarda fəaliyyətlərin daşıyıcısı subyekti kimi ayrı-ayrı insanlar, kollektivlər, assosiasiyalar, cəmiyyət, dövlət, və s. çıxış edir. Sözsüz ki, həm də istehsalçı, həm də istehlakçı kimi çıxış edən insan və yaxud digər subyekt öz fəaliyyətinə şüurlu, məqsədyönlü yanaşmalıdır. Başqa sözlə, istehsaldan başlamış istehlaka qədər gedən yoldakı bütün mərhələlərdə-bölgüdə, mübadilədə baş verən bütün münasibətlər, proseslər özünəməxsus tərzdə nizamlanmalıdır. Belə yanaşma isə tənzimləmə və idarəetmə üçün sosial-psixoloji, həmçinin iqtisadi, hüquqi baza yaradır. Lakin, bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində tənzimlənmə və idarəetməyə eyni mövqedən, bir mənalı yanaşılmayıb. İlk növbədə idarə etmə və tənzimləməni ictimai-iqtisadi əsalarına, fəaliyyətlərin əhatə dairəsi də məzmununa, səviyyəsinə, subyektlərinə, məqsədlərinə görə səciyyələndirməklə təsnifləşdirmək olar. Ümumiləşdirirlmiş halda idarəetmə və tənzimlənməni mikro və makro səviyyələrə ayırmaq olar.

Sözsüz ki, hər bir iqtisadi sistemdə, eləcədə iqtisadi modeldə özünəməxsus idarəetmə və tənzimlənmə formalarından istifadə olunur. Qeyd olunduğu kimi, ayrı-ayrı ölkələrdə tarixi inkişafın müxtəlif pillələrində idarəetmə və tənzimlənmək haqqında müvafiq baxışlar meydana gəlmişdir. Məsələn, Qərbi Avropada XVII-XVIII əsrlərdə üstünlük təşkil edən merkantilizm nəzəriyyəsi tərəfdarlarının fikrincə ticarətin və sənayenin inkişafına ümumdövlət mövqeyindən – yəni makroiqtisadi prizmadan yanaşılmalı, bu proseslərin tənzimlənməsi və idarə edilməsində dövlət iştirak etməlidir. Bazar münasibətlərinin üstün inkişaf etdiyi XVIII-XIX əsrlərin kəsişdiyi dövrlərdə isə mərkəzləşmiş idarəetmə və tənzimlənməyə soyuq münasibət yaranmışdı. Azad, sərbəst bazar münasibətləri ideyasının tərəfdarı olan A.Smit və onun davamçılarının fikrincə bazar fəaliyyətinə kənardan müdaxilə, təsir olmamalıdır. Bazarı, onu özünün daxili qanunları tənzimləməlidir. A.Smitin obrazlı ifadəsi ilə desək-bazarı (makroiqtisadiyyatı) “görünməyən əl” idarə edə bilər. Göründüyü kimi merkantilistlərdən fərqli olaraq, azad bazar münasibətləri ideyasının tərəfdarı idarəetmə və tənzimlənmənin makro miqyasda deyil, mikro dairədə mümkünlüyünü əsas götürürlər. Başqa sözlə A.Smit və onun tərəfdarlarının fikrincə dövlət iqtisadiyyata müdaxilə etməlidir, iqtisadi inkişafın stimullaşdırıcı motivi kimi bazar münasibətlərinin subyekti olan istehsalçı və satıcıların şəxsi marağı, mənfəəti artırmaq həvəsi çıxış etməlidir. XIX əsrin axırlarından etibarən iqtisadi inkişafla idarəetmə və tənzimləmə ilə əlaqəli yeni baxışlar, nəzəriyyələr meydana gəlməyə başlayır. Belə nəzəriyyələrdə makroiqtisadiyyat, dövlətin iqtisadiyyata müdaxilə etməsi zərurəti, makroiqtisadi miqyasda idarəetmə və tənzimlənməyin mümkünlüyü ideyaları üstünlük təşkil edirdi. Qabaqcıl ölkələrin təcrübəsi tədricən sübut edirdi ki, bazar münasibətlərinə, bazarın özünü nizamlanmasına istinad etmək kapitalist sisteminin inkişafını ləngidə bilər və hətta onun süqutunu yaxınlaşdırırdı. Xüsusən də ABŞ-da “Böyük depressiya” adlanan 1923-1933-cü illər böhranı təsdiqlədi ki, bazar fəaliyyəti özbaşına buraxmaq olmaz. Bazarın, özü eləcə də bazar münasibətləri ilə dövlət arasında məqsədli, zəruri, üzvi əlaqələr olmalıdır. Belə həyati tələblər klassik iqtisadi baxışlarda, nəzəriyyələrdə dəyişikliklərin baş verməsini zərurətə çevirdi.

Klassik baxışlarda meydana gələn inqilabi yeniləşmələr tanınmış ingilis iqtisadçısı Con Meynard Keynsin adı ilə bağlıdır. O, iqtisadiyyatda dövlətin rolunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. C.M.Keyns 1936-cı ildə yazdığı “Məşğuliyyət, faizin və pulun ümumi nəzəriyyəsi” əsərində makroiqtisadiyyat, iqtisadiyyatın dövlət tənzimlənməsi ideyalarına irəli sürmüşdür. Müasir dövrdə mürəkkəb təşkil olunmuş iqtisadi sistemlərin tənzimlənməsi problemi daha böyük əhəmiyyət kəsb edir. Buna görə də müxtəlif mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi metodlarının tətbiqi sahəsinin genişləndirilməsinə daha çox üstünlük verilməlidir.

Sözsüz ki, mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi çoxlu çətinliklər və problemlərlə qarşılaşır. Belə maneələrə baxmayaraq mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi işinə bir zərurət kimi yanaşılmalıdır. Bu mənada deyilən sahədə yeni ideyaların meydan gəlməsi və əlverişli tənzimləmə metodlarının tətbiqi üçün mükün şərait yaratmalıdır. Daha doğrusu faəl tənzimləmə metodları məcmusu konsepsiyası işlənilməlidir.

Sosial-iqtisadi prosesin inkişafındakı ziddiyyətlərin üzə çıxmasına, onların çevik aradan qaldırılmasına şəraiti yaratmaqla idarəetmə prosesinin üzvi tərkibinin əsas hissəsini təşkil edir. Eyni zamanda, özünəməxsus metodlara, mexanizmlərə, vasitələrə istinad edən tənzimləmə idarəteməni yüksək səviyyəyə qaldıra bilər.

Tənzimləmə sistemi iqtisadiyyatın ali funksiyası, eləcə də tənzimləmənin özünün məqsədi üçün bilavasitə yararlı olmalıdır. Belə ki, tənzimləmə metod və mexanizmlərinin təsir gücünün səciyyəsi iqtisadi sistemin tarazlığına bilavasitə şərait yaradır.

Tənzimləmənin iqtisadi metodları və üsulları hər şeydən əvvəl ölkənin, iqtisadi sistemin resurslarına istinad etməlidir. Bu resurslar tənzimləmənin iqtisadi, maliyyə baxımdan manevr etməsinin kəmiyyət sərhədlərini müəyyənləşdirir.

İdarəetmə, tənzimləmə metod, mexanizm və üsullarının toplusu əsasında dövlətin, cəmiyyətin iqtisadi siyasəti formalaşır. Başqa sözlə, dövlət iqtisadiyyata təsir etmə mexanizmlərinə və tədbirlərinə istinad etməklə iqtisadi siyasətini həyata keçirə bilər.

İqtisadiyyatın idarəetdilməsi və tənzimlənməsində dövlətin iştirakının səmərəliliyi və nəticəliliyi seçilmiş metodların, vasitələrin, üsulların həyata keçirilən tədbirlərin funksional məzmunundan bilavasitə asılıdır. Təsir etmə fəaliyyətinə görə iqtisadiyyata müdaxilə tədbirlərini ümumi halda iki qrupa bölmək olar:

    • iqtisadiyyata birbaşa təsir edən tədbirlər;
    • iqtisadiyyata dolayı təsir edən tədbirlər.

Dolayı təsir etmə metodları onunla təzahür edir ki, subyektlərin qəbul etdikləri qərarlara dövlət birbaşa müdaxilə etmir. Lakin bu halda elə şərait yaradılmalıdır ki, subyektlər müstəqil iqtisadi qərarlar qəbul edərkən elə vairantı seçsinlər ki, bu dövlətin iqtisadi siyasətinə uyğun gələ bilsin.

Deyilən metodların başlıca üstünlüyü ondadır ki, bunların hər biri iqtisadiyyatın bazar münasibətləri ilə inkişafına mane olmur, əksinə təsərrüfatın dinamik inkişafına zəmin yaradır.

Lakin dövlət tərəfindən qəbul edilən qərarların iqtisadiyyatın canına işləməsi və təsərrüfatlarda müsbət dəyişikliklərin baş verməsi bəzən ləngiyir. Bunu isə metodların çatışmayan cəhəti kimi qeyd etmək olar.

  1. əsaslı qadağalar müəyyənləşdirən tədbirlər;
  2. müvafiq icarə – razılıq verən qərarlar;
  3. məcburiyyət xarakterli tədbir – qərarlar.

İqtisadi metodlara bunlar aiddir:

    • maliyyə və yaxud büdcə, fiskal siyasət;
    • pul-kredit və yaxud monetar siyasət;
    • proqnozlaşdırma;
    • proqramlaşdırma və s.

Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə tənzimlənmənin müxtəlif, spesifik, özlərinə uyğun metod, mexanizm və vasitələrdən istifadə edilir. Bu sahədə inkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin böyük təsərrüfat təcrübəsi vardır. Qərb ölkələri, eləcə də Yaponiya və ABŞ idarəetmə və tənzimlənmənin bir-birilə inteqrasiya olunan, çuğlaşan metod və mexanizmlərdən istifadə edirlər.

Kapitalizmin inkişafının müasir meyli hər şeydən əvvəl kapitalın təmərküzləşməsi və mərkəzləşməsi ilə əlaqədardır. Belə meyl bazar münasibətlərinin və iqtisadi proseslərin idarə edilməsi və tənzimlənməsi problemlərinə yeni mövqedən yanaşmağı tələb edir. Belə şəraitdə azad rəqabət obyekti olaraq inhisarlar seçilir. İnhisarçı planlaşdırma ənənəsi meydana gəlir, bu isə öz növbəsində obyektiv tənzimləmə məsələsini irəli sürür. Bu halda tənzimlənmənin obyekti kimi ictimai kapitalın təkrar istehsalı, istehsal şəraiti və məhsulların reallaşdırılması çıxış edir. Iqtisadi artım üçün yeni imkanların axtarılması istər-istəməz planlaşdırmanı və tənzimlənməni tələb edir. Lakin inhisarçı tənzimlənmənin müəyyən çətinlikləri vardır. Buna görə də inhisarçı təşkilatlar tərəfindən aparılan tənzimləmə prosesi ilə dövlət inhisarçı tənzimləmə arasında ortimal əlaqələndirmənin əldə edilməsi çox vacibdir. Tənzimlənmənin bu iki forması son nəticədə sahə daxili və sahələrarası proporsiyaların tənzimlənməsi ilə əlaqədar olur.

Son illərdə Fransa, Almaniya, Böyük Britaniya və bazar iqtisadiyyatı daha çox inkişaf etmiş Avropa ölkələrində dövlətin iqtisadi siyasətini yerinə yetirilməsinə indikativ planlaşdırma sistemindən geniş istifadə edilir. Bu sistemin üstün tərəfləri əsasən belə qiymətləndirilir.:

    • bu sistem makroplanlaşdırmanın inkişafına şərait yaradır;
    • iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi çıxış edir;
    • elmi-texniki tərəqqinin müasir istiqamətləri nəzərə alınmaqla iqtisadiyyatın modernləşdirilməsi vasitəsi kimi oynayır və s.;
    • beynəlxalq iqtisadi münasibətlərdə dövlətin mövqeyinin möhkəmləndirilməsi xidmət edir və s.

– ölkənin arzu edilən sosial-iqtisadi inkişafının ümumi cəhətləri;

– ölkənin iqtisadi inkişafının orta müddətli, məqsədləri, proqnoz göstəriciləri və meylləri;

– iqtisadiyyatda struktur dəyişməsinin və proporsiyaların konseptual əks olunması;

– iqtisadi artım, investisiyalar, iqtisadiyyatda balanslaşdırma, inflyasiya, rəqabət və maliyyə axınları;

– sahə proqnozları və sahə plan vəzifələri və s.

Qeyd etmək lazımdır ki, makroplanlaşdırma təkcə inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə həyata keçirilmir. Məsələn, Çində makro və mikro nəzarətin strateji planlaşdırılmasına, makro və mikro tənzimlənməyə, xalq təsərrüfatının modernləşdirilməsinə böyük diqqət verilir.

Yaponiyada isə sosial-iqtisadi planlaşdırmanın ümummilli planlarına daha çox fikir verilir. Yapon planlaşdırmasının əsas xüsusiyyətlərindən biri odur ki, belə planlar nə direktiv, nə inzibati xarakter daşımır və həm də yeganə xalq təsərrüfatı planı deyildir. Buna baxmayaraq makro-mikro iqtisadi proseslərin tənzimlənməsində belə planların rolu böyükdür. Həmçinin Yaponiyada ümummilli (ümumdövlət) planlaşdırma iqtisadi artımın və iqtisadiyyatın effektli fəaliyyətinin əsas amili kimi çıxış edir. Yaponiyada eyni zamanda beşillik planlar da qəbul edilir. Lakin bu planlar indikativ xarakter daşıyır və formal baxımdan qanun deyildir, ancaq ümummilli (ümumdövlət) inkişaf proqramı kimi nəzərdə tutulur.

Qeyd olunduğu kimi bazar sistemində milli iqtisadiyyatın inkişafının tənzimlənməsinin əhəmiyyəti getdikcə daha da artır. Bunu onunla izah etmək olar ki, zaman getdikcə bazar münasibətlərinin özü təkmilləşmə istiqamətində inkişaf edir və bazar iqtisadiyyatının məzmununa yeni ictimai-iqtisadi əlamətlər, çalarlar əlavə olunur. Bu isə öz növbəsində tənzimləmə və idarəetmə mexanizmlərinin, metodlarının yeniləşməsi, müasirləşdirilməsini tələb edir. Tənzimləmə mexanizm və metodlarının təkmilləşməsi, yeniləşməsi zərurəti bazar iqtisadiyyatının bir sıra çatışmayan cəhətlərinin mövcudluğundan irəli gəlir. Belə mənfi səviyyəli cəhətlər əsasən aşağıdakılardır:

– kollektiv və ictimai əhəmiyyət kəsb edən əmtəə və xidmətlərin istehsalına marağın az olması;

– əmək qabiliyyətli insanlara iş təminatı verməmək;

– vətəndaşlara standart və zəruri həyat şəraiti yaratmaq təminatının olmaması;

– elmdə fundamental tədqiqatların inkişafına şərait yaratmamaq və s. Sözsüz ki, bazar sistemində ortaya çıxan belə mənfi halları aradan qaldırmaq üçün dövlət səmərəli tənzimləmə metod və mexanizmlərindən istifadə etməklə iqtisadiyyata müdaxilə etməli, mövcud problemlərin həll edilməsinə real şərait yaratmalıdır.

Müasir dövrdə iqtisadiyyata dövlət müdaxiləsi həm bilavasitə iqtisadiyyatın, həm də cəmiyyətdə sosial münasibətlərin idarə olunması və tənzimlənməsini tələb edir. Buna nail olmaq üçün dövlət aşağıdakı istiqamətlərdə məqsədyönlü fəaliyyət göstərməlidir:

– milli iqtisadiyyatın sabit inkişafını və təkrar istehsalın istənilən sürətini təmin etməli;

– azad əmtəə istehsalçılarının səmərəli fəaliyyəti üçün siyasi, hüquqi, iqtisad baxımdan normal şərait yaratmalı;

– sahibkarların sosial müdafiəsini gücləndirməli və s.

  1. hüquqi normalardan;
  2. büdcə vergi mexanizmdən;
  3. kredit – pul alətlərindən;
  4. strateji planlaşdırmadan istifadə etməlidir.

– iqtisadiyyatın antiinflyasiya metodları ilə tənzimlənməsi;

– iqtisadiyyatın monetar və fiskal siyasət mexanizmlərindən istifadə edilməsi ilə tənzimlənməsi;

– makroiqtisadiyyatın indikativ planlaşdırma vasitələrindən istifadə edilməsi ilə tənzimlənməsi;

– iqtisadiyyatın təşkilati və antiinhisar vasitələrdən istifadə edilməsi ilə tənzimlənməsi və s.

Sözsüz ki, hər bir ölkədə iqtisadi sistemdən və təsərrüfatçılıq modelindən asılı olaraq spesifik tənzimləmə metodlarından istifadə olunmalıdır. əlbəttə, iqtisadi tənzimləmə və idarəetmə ümumi prinsiplərə, formalara, mexanizm və metodlara da əsaslanmalıdır.

Mürəkkəb və ziddiyyətli keçid dövrünü yaşayan Azərbaycan iqtisadiyyatının əlverişli idarə olunma metodlarına və səmərəli tənzimləmə mexanizmlərindən istifadəyə böyük ehtiyacı vardır. Sovet hakimiyyəti illərində müəyyən texniki-iqtisadi potensial əldə etmiş respublika iqtisadiyyatı, o dövr üçün qüvvədə olan metodlarla idarə olunurdu. Burada üstünlük inzibati-amirlik metodlarına verilirdi. Dövlət (ümumxalq) mülkiyyətinin hegemonluğuna istinad edən sovet iqtisadi sistemi dövlətin iqtisadiyyata qovuşmasına, idarəetmə və tənzimləmədə amirlik metodlarından istifadə olunmasına mütləq şərait yaratmışdı.

Respublikada müstəqilliyin ilk illərdində idarəetmə və tənzimləmədə xaotik bir vəziyyət yaranmışdı. Həmin dövrdə idarəetmə və tənzimləmə strukturlarının fəaliyyətlərinin pozulması, onların əksəriyyətinin yerli-yersiz bağlanması, planlaşdırma ilə məşğul olan təşkilatların son dərəcə zəifləməsi respublika iqtisadiyyatını iflic vəziyyətinə salan əsas səbəb və arqumentlərdən idi. Hökumətin, ona aid olan qurumların fəaliyyəti, demək olar ki, hiss edilmirdi. Bütün bunlar siyasi-iqtisadi hərc-mərclik şəraitində baş verirdi.

Mərkəzdən verilən planlara istinad etməklə inzibati amirlik metodları ilə idarə olunan Sovet təsərrüfatı sistemindən ayrılan Azərbaycan iqtisadiyyatı 1991-ci ildən, yeni müstəqilliyin ilk illərindən böyük problem və çətinliklərlə qarşılaşdı, 90-cı illərin ortalarına kimi, 1990-cı illə müqayisədə respublikada istehsalın böyük sahələrində artım sürəti hər il azı 25-30 faiz aşağı düşürdü. Maliyyə-kredit sisteminin sabitliyinin pozulması inflyasiyanın güclənməsinə səbəb olmuş, iqtisadiyyatı idarəetmə mexanizminin fəaliyyəti demək olar ki, dayanmışdı.

Müstəqilliyin ilk illərində respublika sənaye müəssisələri öz güclərinin 25-30%-dən istifadə edirdilər. 1995-ci il statistikasına görə Azərbaycanda istehsal olunan ümumi məhsulun həcmi 1990-cı il göstəricilərinin 30%-i qədər olmuşdu.

90-cı illərin ortalarından Azərbaycanda iqtisadi və siyasi sahədə pozitiv dəyişikliklər baş verdi ki, bu da öz növbəsində idarəetməni, tənzimləməni də keyfiyyətcə yeniləşdirdi.

Azərbaycanda bazar münasibətlərinin, yəni iqtisadi sistemin rüşeymləri yarandıqca, idarəetmə və tənzimləmə prosesi də yolunu tapmağa və sabitləşməyə başladı. Bu prosesə şərait yaradan respublikada makroiqtisadiyyatın formalaşması, makroiqtisadi göstəricilərin sabitləşməsi və dinamikası idi.

90-cı illərin axırlarından etibarən nəzərə çarpan pozitiv irəliləyişlər respublikada həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi qeyd edilə bilər. Sözsüz ki, iqtisadi islahatlar üçün hüquqi baza yaradılmalı idi. Bu sahədə bir sıra addımlar artmışdı. Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında respublikada bazar münasibətlərinə istinad edən təsərrüfat sisteminin yaradılması hüquqi cəhətdən öz təsbitini tapmışdı. Konstitusiyanın 15-ci maddəsində dövlətin iqtisadi sahədə əsas vəzifəsi belə müəyyənləşdirilmişdi: “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Yeni təsərrüfat sisteminə keçid geniş miqyaslı və köklü dəyişmələrə istinad edən iqtisadi islahatın artırılmasını obyektiv zərurət etmişdir. Kompleks xarakterli iqtisadi islahatların aparılması idarəetmədə, tənzimləmədə, eləcə də təsərrüfatçılıq formalarının təkmilləşməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Belə tədbirlər isə bir neçə istiqamətdə həyata keçirilir:

– iqtisadi islahatların həyata keçirilməsinə hüquqi zəmin yaradan qanunların, müvafiq hüquqi aktların və normativlərin qəbul edilməsi;

– hüquqi aktlar əsasında təsərrüfat islahatlarını reallaşdıra biləcək iqtisadi mexanizmlərin, vasitələrin, iqtisadi alətlərin yaradılması;

– deyilənlərə istinadən müvafiq iqtisadi və təsərrüfatçılıq strukturlarının optimal variantda təkmilləşdirilməsi, sadələşdirilməsi;

– fəaliyyətdə olan iqtisadi strukturların çevik, nəticəli işləməsini təmin etməsi və s.

Son illərdə respublikamızda bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Milli Məclis tərəfindən müvafiq qanunlar qəbul olunmuş, Nazirlər Kabinetinin bir sıra uyğun sərəncamları vardır. Bazar iqtisadiyyatının tələbinə cavab olaraq iqtisadi mexanizmlər, vasitələr yeniləşməyə başlamış, onların fəaliyyətində çeviklik hiss olunur.
3. İqtisadiyyatın tənzimlənməsi və idarə edilməsinin sosial aspektləri

Müasir dövr üçün səmərəli təsərrüfatçılıq forması, üstün iqtisadi sistem sayılan bazar iqtisadiyyatı bir sıra əlamətləri, xüsusiyyətləri və müsbət cəhətləri ilə seçilir. Təcrübə sübut edir ki, bazar münasibətlərinin üstünlüyünə əsaslanan iqtisadi sistemi hələ ki, ən əlverişli təsərrüfatçılıq forması saymaq olar. Bu onunla izah edilir ki, bazar münasibətləri şəraitində əsaslı iqtisadi meyarların, texniki-texnoloji göstəricilərin yaxşılaşdırılması üçün real şərait yaranır. Subyektlərin özəl (xüsusi) mülkiyyətinə istinad edən, mülkiyyətçi-sahibkarların şəxsi maraqlarının üstünlüyünə əsaslanan, eləcə də sağlam rəqabət üçün geniş imkanlar açan bazar iqtisadiyyatının istər mikro- istərsə də makro səviyyələrdə sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılmasının çevikliyi üçün geniş imkanları vardır. Bu şəraitdə hər şeydən əvvəl rəqabət qabiliyyətli əmtəə və xidmətlər istehsalı üçün potensiallarını artırmağa çalışan sahibkarlar, təsərrüfat subyektləri öz məqsədlərinə daha tez çatmaq, nəticədə daha çox qazanc-mənfəət əldə etmək imkanı qazanırlar. Sözsüz ki, bu prosesdə bazar iqtisadiyyatının mahiyyətini formalaşdıran xüsusi mülkiyyətin, şəxsi marağın, sağlam rəqabətin həlledici rolu vardır.

Ziddiyyətlər, problemlər, çətinliklərlə səciyyələnən keçid iqtisadiyyatını yaşayan respublikamızda bazar münasibətlərinin tədricən təşəkkül tapması mikro və makroiqtisadiyyat səviyyələrində müsbət sosial-iqtisadi göstəricilərə nail olunmasına şərait yaratmışdır. Xüsusən də son illərdəki iqtisadi artım tempi pozitiv qiymətləndirilməlidir. Respublika iqtisadiyyatının ümumi inkişaf vəziyyətini səciyyələndirən vacib makro iqtisadi göstəricilərin dinamikası bunu bir daha sübut edir.

Lakin bazar sisteminin özünəməxsus sosial-iqtisadi paradoksları da çoxluq təşkil edir. İnzibati-amirlik sisteminin uzun müddətli hökmranlığından yeni iqtisadi münasibətlərə keçilməsi sözsüz ki, cəmiyyətdə qabarıq ziddiyyətlər doğurmalı idi. Respublikamızda belə ziddiyyətlərin və problemlərin təzahürü öz məzmunu və xarakterinə görə seçilir. Fikrimizcə yeni iqtisadi sistemə bazar münasibətlərinə keçidlə bağlı meydana çıxan qabarıq sosial-iqtisadi problemləri səciyyələndirməklə belə təsnifləşdirmək olar:

Birincisi, Azərbaycan xalqının ən böyük dərdi, dövlətimizin bir nömrəli problemi olan Qarabağ hadisələri və bununla bağlı meydana gələn faciələr, çətinliklər, ziddiyyətlər. Belə ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində respublika ərzsinin 20 faizi işğal edildi. 1 milyon nəfərədək insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Acı talelərinə əzab-əziyyətli, məhrumiyyətli, iztirablı günlər yazılan bu insanların arasında xəstəliklər artdı. Ölüm səviyyəsi yüksəlmiş oldu. İşğal olunmuş ərazilərdə 300 mindən çox iş yerinin itirilməsi ölkədə işsizlər ordusunun sayının sürətlə artmasına gətirib çıxardı. Bütün bunlar müstəqilliyin ilk illərindən ölkədə ciddi sosial-iqtisadi problemlərin meydana gəlməsinə səbəb oldu, əhalinin həyat səviyyəsini aşağı saldı.

İkincisi, yeni iqtisadi sistemə-bazar münasibətlərinə keçid və 1998-1995-ci illərdə ölkədə yaranmış sosial-iqtisadi böhranla əlaqədar olaraq əhali arasında ciddi fərqlər meydana gəldi, əksər sosial-demokratik qruplardan, təbəqələrdən olan insanların yaşayış səviyyəsi tədricən pisləşdi. Hərbi-siyasi, sosial-iqtisadi problemlərlə üzləşən respublikamızda yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlar meydana gəldi. Ölkə sosial deqrodasiya vəziyyəti ilə üzləşirdi, əhali arasında niqilizm güclənirdi.

Üçüncüsü, sistemin xalq təsərrüfatı kompleksinin dağılması, respublikalar, regionlar, müəssisələr arası iqtisadi, texniki, texnoloji və digər əlaqələrin birdən-birə kəsilməsi ölkənin iqtisadi potensialına, maddi-texniki bazasına ciddi ziyan vurdu. Sürətlə və xaotik gedən bu proses respublikamızın ərazisində çoxlu sayda müəssisələrin, təsərrüfat obyektlərinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Bu isə iş yerlərinin itirilməsi, işsizlər ordusunun sayının artması demək idi. İş yerlərini, daha doğrusu gəlir mənbələrini itirən insanların həyat şəraiti olduqca pisləşdi. Yoxsullaşan ailələrdə sosial-psixoloji vəziyyət daha da gərginləşirdi. Cəmiyyət görünməmiş sosial problemlərlə üzləşdi.

Dördüncüsü, əvvəlki dövrlərdə də məhdud şəbəkəyə malik olan sosial-infrastruktura sahələri son dərəcədə zəif inkişaf edirdi. Az-çox fəaliyyət göstərən belə sahələrin xidmətindən isə əhalinin əksər hissəsinin istifadə etmək imkanı yox dərəcəsində idi. Əhali üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktura sahələrinin bərbad vəziyyəti insanların həyat şəraitinin daha da pisləşməsi prosesinin sürətləndirirdi. Məlumdur ki, infrastruktura müəssisələri həm də iş yerləri deməkdir. Onların fəaliyyətindən qalması işsizlər ordusunun sayını artırmaqla sosial gərginliyə yeni zəmin yaradırdı.

Beşincisi, qeyd edilən problemlər, sosial gərginliklər əhali arasında xəstəliklərin artmasına, epidemiyaların çoxalması və geniş yayılmasına şərait yaradırdı. Belə hallar öz növbəsində sosial problemlərin təsir dairəsini daha da genişləndirirdi. Əhalinin həyəta şəraiti, xüsusən də sağlamlığına təsir edə bilən sahələrə, ən çox da səhiyyəyə bazar münasibətlərinin qeyri-məhdud müdaxiləsi insanlar arasında, az təminatlı ailələrdə kəskin narazılığa səbəb oldu.

Altıncısı, bazar münasibətlərinin ictimai həyata sosial sahələrə kəskin “hücum”, ölkədə gedən iqtisadi-siyasi proseslərin gərginləşməsi nəticəsində əhali tərəfindən gündəlik istifadə edilən nemətlərin, xüsusən də ərzaq məhsullarının keyfiyyətinə, eləcə də onların satışına nəzarət xeyli dərəcədə zəiflədi. Bazarın təsiri altında formalaşan yeni iqtisadi münasibətlər keyfiyyətə, satışa (ticarətə) nəzarət etmək hüququ olan müvafiq orqanların fəaliyyətini iflic vəziyyətinə saldı. Bu sahələrdəki özbaşınalıq, nəzarətsizlik insanların nəinki maddi həyatına, hətta onların sosial-psixoloji vəziyyətlərinə də pis təsir göstərirdi.

Yeddincisi, dünyanı bürüyən qlobal ekoloji problem də vəziyyətə pis təsir göstərirdi. Belə ki, qlobal problemlərin dərinləşməsi ilə paralel respublikamızda da ekoloji tarazlığın pozulması sürətlənirdi. Kortəbii bazar münasibətlərindən irəli gələn şəxsi maraq hissinin güclənməsi, az xərclərlə daha çox qazanc əldə etmək hərisliyindən ətraf mühitin çirklənməsinə diqqət azalır, ekologiyanın qorunması, təbiətin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə fikir verilmirdi. Sahibkarlıq fəaliyyəti adı altında öz xeyrini güdənlər ekoloji vəziyyətin normalaşması üçün zəruri olan maliyyət vəsaitini sərf etməyə maraqlı deyildilər. Bununla yanaşı ekologiya sahəsinə dövlət qurumlarının nəzarət etməsi də səmərəli təşkil olunmamışdır. Ekoloji sahədəki ziddiyyətlər, çatışmamazlıqlar artdıqca sosial problemlər daha da şaxələnir, dərinləşirdi.

Səkkizinci, əhalinin müəyyən yaş qrupunun, xüsusən də gənclərin (ən çox da oğlanların) ölkəni tərk etməsi öz növbəsində sosial-demokrafik çətinliklərin meydana gəlməsinə şərait yaradırdı. Keçid dövrü üçün xarakterik olan bu proses sosial-demokrafik inkişaf sahəsində mənfi meylləri daha da qabardırdı. Bu isə əhalinin artım tempinə mənfi təsir göstərirdi. Bəzi hallarda əhalinin sadə təkrar istehsalına da gənclər, xüsusən də uşaqlar arasında vaxtsız ölənlərin sayının artması sosial-demoqrafik problemi daha da dərinləşdirirdi. Dövlət tərəfindən sosial-demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yönəldilən kompleks siyasətin hazırlanması problemi həllinin bir qədər də çətinləşdirirdi.

Doqquzuncusu, respublikamızın ayrı-ayrı reginolarının, rayonlarının iqtisadi inkişaf səviyyəsindəki müxtəliflik bazar münasibətlərinin təsiri altında daha da artdıqca inzibati ərazi bölgələrindəki sosial fərqlər də dərinləşirdi. Belə ki, işləyənlərin müxtəlif imkanlı müəssisələrdə, firmalarda, şirkətlərdə çalışmalarına görə onların gəlirləri arasında kəskin fərqlər olurdu. Bu isə işləyənlər arasında gəlir fərqlərinə görə təbəqələşməyə gətirib çıxarırdı. İşsizlər arasında isə iş yeri tapmaq ümidini itirənlərin sayı artırdı. Belə insanlardan ibarət ailələrin yaşayış vasitələri ilə təminatı olduqca məhdudlaşırdı ki, bu da cəmiyyət üçün ciddi sosial problemə çevrilirdi.

Bazar iqtisadiyyatının müxtəlif yönümlü təsirləri altında meydana gələn sosial problemlər bir-biri ilə bağlıdır. Belə sosial problemlərin təsnifatını daha da genişləndirmək olar. Yuxarıda qeyd olunan sosial problemlərin həll edilməsi öz növbəsində yeni-yeni çətinliklər, problemlər doğurur. Məqsəd sosial problemlərin genezisini öyrənməklə, onların səciyyələndirilməsi ilə yanaşı, həm də sosial çətinliklərin aradan qaldırılması yollarını tapmaqdan ibarət olmalıdır. Tədqiqat işində bu məsələlərin araşdırılması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Bazar münasibətləri şəraitində iqtisadiyyatın tənzimlənməsi və idarə olunmasının sosial motivləri də istinad etməsi elmi-nəzəri və praktiki baxımdan əsaslandırılmalıdır.

Tədqiqat işinin əvvəlində səciyyələndirməklə verilən təsnifatdan göründüyü kimi bazar iqtisadiyyatı adlanan yeni iqtisadi sistemə keçid çoxlu sayda sosial problemlər doğurur. Bazar iqtisadiyyatı, xüsusən də xaotik hadisələrlə zəngin olan keçid mərhələsi insanlara əmək hüququ, standart həyat şəraiti ilə bağlı tam təminat vermir. Bu mərhələdə əhalinin az təminatlı hissənin xüsusən də təqaüdçülərin vəziyyəti daha da pisləşir. Yeni iqtisadi münasibətlərin doğurduğu sosial problemlər son dərəcədə ölkə əhalisinin mütləq əksəriyyətinin yoxsullaşmasına gətirib çıxarır.

Cəmiyyət, dövlət sosial problemlərin daha da kəskinləşməsinin sosial partlayışa səbəb olmasının qarşısını almaq məqsədilə təcili əməli tədbirlər görməlidir. Bunun üçün ilk növbədə bazar münasibətlərinin qarşısı alınmalıdır. Daha doğrusu, sosial problemlər, onların təcili həll edilməsi bazar sistemində iqtisadiyyatın tənzimlənməsini zəruri edən əsas motivlərə çevrilir. Başqa sözlə, bazar münasibətləri şəraitində əhalinin sosial müdafiəsini təmin etmək cəmiyyət və dövlətin ən ümdə vəzifəsi olmalıdır.

Bazar sistemini yaşayan ölkələrin təcrübəsi sübut edir ki, bazar münasibətləri şəraitində əhalinin sosial müdafiəsini təşkil etmək həm mümkündür, həm də olduqca vacibdir. Bazar iqtisadiyyatına əsaslanan ölkələrdə bu məqsədə xeyli miqdarda vəsait ayrılır və müxtəlif istiqamətdə əməli tədbirlər həyata keçirilir. Məsələn, ABŞ-da sosial sığortaya sərf edilən vəsaitin həcmi federal büdcənin 40 faizindən çoxunu təşkil edir.

Sözsüz ki, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi həyata keçirilən iqtisadi siyasətin, sosial-iqtisadi islahatların düzgünlüyünün əsas göstəricisi kimi çıxış edə bilər. Əhalinin rifahını yaxşılaşdırmaq dövlətin iqtisadi strategiyasının leytmotivini təşkil etməlidir.

Dünyanın aparıcı dövlətlərinin təcrübəsi sübut edir ki, bazar sisteminin iqtisadi mexanizmləri məhsuldar qüvvələrin inkişafı, ictimai sərvətin artması üçün müəyyən şərait yaratsa da bazar qanunlarına əsaslanan bölgü münasibətləri əhalinin ayrı-ayrı sosial qruplarının gəlirləri arasında fərqlər yaradır, cəmiyyətdə yoxsulluq probleminin meydana gəlməsi təhlükəsini doğurur. Əhali gəlirlərinin strukturunun optimallaşdırılması və yoxsulluq probleminin həll edilməsi vəzifəsi dövlətin üzərinə düşür.

ABŞ və Yaponiyanın liberal iqtisadiyyat modelini əsas götürən inkişaf etmiş ölkələrdə bölgü münasibətlərinin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində müsbət təcrübələr vardır. Qərbi Avropa ölkələrinin əksəriyyəti iqtisadiyyatda sosial həmrəyliyi (partnoyluq) ideyasını həyata keçirirlər. Bu siyasətin reallaşmasında ABŞ və İsveç daha öndə gedirlər. Siyası hakimiyyətin sosialistlərin əlində olduğu Qərbi Avropa ölkələrində xüsusi mülkiyyətin mövcudluğu və bazar iqtisadiyyatının fəaliyyəti şəraitində gəlirlərin yenidən bölgüsü və bu prosesdə dövlətin iştirakı elə təşkil olunmuşdur ki, sosial bərabərliyin gerçəkləşməsi üçün real imkanlar yaradılmışdır. Elə ölkələrdə əhalinin az təminatlı hissəsi üçün elə bir aşağı hədd müəyyənləşdirilmişdir ki, həmin səviyyədə insanların, ailələrin minimal təminatlarının ödənilməsi üçün mümkün şərait yaranır. İnkişaf etmiş dövlətlərdə, xüsusən də Skandinaviya ölkələrində, Yaponiyada əhalinin sosial müdafiəsi elə təşkil olunub ki, hər bir insanın həyati mənafeyi doğulduğu gündən dünyanın dəyişənə kimi müdafiə edilir.

Respublikamızda iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etdirilməsi uzun müddətli və çox mərhələli bir prosesdir. Bu prosesdə müxtəlif xarakterli mürəkkəb və ciddi sosial-iqtisadi problemlər və ziddiyyətlər meydana gəlir. İqtisadi və sosial-iqtisadi inkişafın vəhdəti avtomatik əldə edilə bilməz. Bu prosesin effektli həyata keçirilməsi üçün iqtisadi və sosial-siyasətin dövlət tərəfindən hazırlanması, tənzimlənməsi vacibdir. Dövlət elmi cəhətdən əsaslandırılmış iqtisadi, sosial siyasət strategiyasını həyata keçirmək üçün optimal iqtisadi mexanizmlərdən, vasitələrdən istifadə etməli, onların daima təkmilləşdirilməsinə nail olmalıdır.

Bazar münasibətlərinin tənzimlənməsi və idarə olunmasını zəruri edən sosial motivlərin spektri olduqca genişdir.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları iki qrupa bölünür: 1) müstəqil (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə etmədən tənzimləmək mümkün deyildir. Məsələn, dövlət, əhalidə olan pul vəsaiti əmanət qoyuluşuna cəlb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir.

Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqca mürəkkəb prosesdir. İqtisadçılar tənzimləmə metodlarının adətən iki qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar.

Ümumi metodlara idrak metodlarının toplusu, sistemli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqaları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərdə hadisələrin inkişafının qabaqcadan proqnozlaşdırılması, kəmiyyət və keyfiyyət təhlil metodlarına kompleks yanaşmalara əsaslanır.

Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdcə, balans, proqram-məqsədli və normativ metodlar xüsusi yer tutur.

Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas istiqamətlərin, proqramların, layihələrin işlənib hazırlanmasında istifadə olunur. Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o qədər böyük olur.

Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdırma metodundan geniş istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan məcmunun hər hansı bir əhəmiyyətli əlamət üzrə eynitipli qruplara bölünməsinə imkan verir. Təhsil bir çox hallarda bir və ya bir neçə əlamətin əlaqələndirilməsi üzrə formalaşan struktur, dinamik və struktur-dinamik qruplaşdırmaların köməyi ilə həyata keçirilir.

İndeks metodundan bilavasitə cəmlənməsi mümkün olmayan ünsürlərdən ibarət olan məcmuya müqayisəli xarakteristika vermək üçün istifadə edilir. İndeks metodu mürəkkəb hadisələri əmələ gətirən ünsürlərin dəyişməsinə təsir edən amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.

Büdcə metodu (ev təsərrüfatları büdcələrinin seçmə yolu ilə tədqiq olunması) dedikdə, əhalinin həyat səviyyəsinin öyrənilməsi ilə əlaqədar həyata keçirilən statistik müşahidə metodu nəzərdə tutulur.

Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunmalıdır. Başqa sözlə, resurslara tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk növbədə həll edilməli olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məcburi surətdə yerinə yetirməyə təhrik edilmir.

Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyə-dəyər və sahələrarası balanslardan daha çox istifadə olunur.

Normativ metoddan həm ayrılıqda, həm də digər metodlarla birlikdə istifadə oluna bilər. Məsələn, proqram məqsədli metodlarla birlikdə qarşıya qoyulan məqsəd üzrə kəmiyyət göstəriciləri və ona nail olunması üçün lazım olan ehtiyyatlar müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tərtib olunarkən tələbatın və mümkün olan ehtiyatların aşkara çıxarılması, dövriyyə vəsaitləri normativlərinin, amortizasiya ayırmaları normalarının müəyyən edilməsi üçün istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində müxtəli normativlərdən də istifadə edilir. Bunlarla texniki-iqtisadi, sosial, ekoloji normativləri, maliyyə normaları və normativlərini göstərmək olar.

Proqnozlaşdırma metodları dövrlərdən (qısa, orta və uzunmüddətli), səviyyədən (makroiqtisadi, sahələr, regionlar və s.) və proqnozlaşdırma obyektindən asılı olaraq bir-birindən fərqlənir. Demoqrafik, elmi-texniki və təbii resurslar üzrə proqnozlaşdırmanın özlərinə məxsus xüsusiyyətləri vardır.

Alimlərin fikrincə, proqnozlaşdırmanın 150-dən çox metodu mövcuddur. Lakin bunların 15-dən daha çoxu istifadə olunur.

Proqnozlaşdırma metodikasının əsası aşağıdakılardan ibarətdir:

1) analitik tədqiqatın aparılması; 2) məlumat bazasının hazırlanması; 3) məlumat bazasının keyfiyyəti; 4) informasiyaların öyrənilməsi və birləşdirilməsinin bütöv, tam halına gətirilməsi.

Mövcud şərait, perspektivdə onun dəyişməsinə təsir edən amillər və meyillər tam və düzgün nəzərə alındıqda proqnozlaşdırma daha keyfiyyətli və ümidverici olur. Bunlarsız, proqnozlaşdırma ehtimal olaraq qalır.

  1. ekspert (intuitiv) metod; 2) formalaşdırma metodu.

1. Bazar iqtisadiyyatında dövlətin rolu.

1 MÖVZU 8. İQTİSADİYYATA DÖVLƏT TƏSMİRİ ALƏTLƏRİ 1. Bazar iqtisadiyyatında dövlətin rolu. 1. Bazar iqtisadiyyatında dövlətin rolu. 2. Dövlət xərcləri və vergi tutumu. 3. Monetar siyasət. Bazar, öz-özlüyünə yaranma xarakterinə baxmayaraq, cəmiyyət qarşısında duran iqtisadi məsələləri həll etmək qabiliyyətində olan yaxşı nizamlanmış mexanizmdir. Lakin o, dövlətin oynadığı rolu heç də inkar etmir. Cəmiyyətin iqtisadi quruluşunun ideal modeli müxtəlif problemlərin həlli üçün dövlət tənzimlənməsi mexanizmindən istifadəni nəzərdə tutur. Dövlətin üzərinə bazarda iştirak edən istehsalçıların və istehlakçıların hüquqlarının qorunması kimi çətin vəzifə qoyulur. Bazar münasibətlərinə əsaslanan və geniş seçim imkanı yaradan sənaye cəmiyyətini hüquqi sistemsiz və qanun hakimiyyəti olmadan təsəvvür etmək mümkün deyil. Normal iqtisadi fəaliyyət göstərmək üçün subyektlər qanunla müdafiə olunmalıdırlar. İlk növbədə sahibkarlıq hüququ təmin edilməlidir. Öz mülkiyyətinin toxunulmazlığına inanmayan, əmlakının alınacağından və ya onun üzərində hüquqlarının məhdudlaşdırılacağından ehtiyat edən sahibkar özünün yaradıcı və maddi potensialından tam gücü ilə istifadə edə bilməz. Buna görə də mülkiyyət hüququnu təmin edə biləcək qanunvericilik olmalıdır. Hüquqi tənzimləmədə inhisarın hədsiz hökmranlığına qarşı dövlət müqavimətinin vacib rolu vardır. İnkişaf etmiş ölkələrdə vicdansız rəqabət elementlərini məhdudlaşdıran antiinhisar qanunvericiliyi işlənmişdir. İstehlakçıların hüquqlarını müdafiə edən qanunlar da böyük əhəmiyyət kəsb edir. Keyfiyyətsiz mallar satışına, firmaların fəaliyyətinə dair yalan məlumat verməyə görə ciddi sanksiyalar tətbiq rolunur. İntellektual mülkiyyətin qorunmasına, bank fəaliyyətinə və digər sahələrə aid qanunlar qəbul olunmuşdur. Ayrı-ayrı hallarda bazar «ictimai əmtəə mal» deyilən məhsulları istehsal etmək qabiliyyətində olmur. Bunlara müdafiə məqsədli mallar, hüquq-mühafizə orqanlarının saxlanması, yollar və bir sıra analoji malların istehsalı aiddir. Büdcənin məxaric hissəsinin çoxunu sosial ehtiyacların ödənməsinə, dövlət aparatının saxlanmasına yönələn vəsaitlər təşkil edir. Özü də bu halda ödənilən verginin həcmi ilə istehlak prosesində göstərilən ictimai məhsulun iştirakı arasında bilavasitə əlaqə yoxdur. İqtisadiyyata dövlət müdaxiləsinin iki əsas forması seçilir: maddi resurslara dövlət mülkiyyətinin genişləndirilməsi, qanunvericilik və istehsal müəssisələrinin idarə olunması yolu ilə birbaşa müdaxilə və iqtisadi siyasətin müxtəlif təsirləri vasitəsilə dolayı müdaxilə. Birbaşa müdaxilə. İqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrdə az-çox miqyasda olsa da iqtisadiyyatın dövlət sektoru mövcuddur. Onun həcmi dövlətin iqtisadi rolunun meyarı ola bilər. Dövlət müxtəlif formalarda kapitala malikdir, kreditlər verir, pay bölgüsündə iştirak edir, müəssisələrin sahibkarıdır. Bunlar dövlətin ictimai kapitalın sahibkarına çevirir. Bütün inkişaf etmiş ölkələrdə dövlət sektorunun yaranması və inkişafı praktiki olaraq eyni sahələrdə baş vermişdir (kömür sənayesi,

2 elektroenergetika, dəniz, dəmir yolu və hava nəqliyyatı, aviasiya və kosmonavtika, atom energetikası və s.). Dövlətin birbaşa müdaxilə – həm də bazar sisteminin bütün elementləri arasında münasibətlərin tənzimlənməsinə və inkişafına yönəlmiş qanunvericilik aktlarının qəbul olunmasıdır. Dolayı müdaxilə. Müdaxilə məqsədindən asılı olaraq iqtisadi siyasət tədbirləri aşağıdakılara yönələ bilər: – kapital qoyuluşunun stimullaşdırılmasına və əmanətlərlə investisiyalar arasındakı tarazlığın bərpasına; – tam məşğulluğun təmin olunmasına; – malların, kapitalın və işçi qüvvəsinin ixrac və idxalının stimullaşdırılmasına; – qiymətlərin ümumi səviyyəsinin və bəzi spesifik məhsulların qiymətlərinin sabit qalmasına təsir göstərilməsinə; – sabit iqtisadi inkişafa yardım edilməsinə; – gəlirin bərabər bölünməsinə və bu kimi məqsədlərə. Lap yaxın vaxtlarda iqtisadçıların köməyi ilə hökumətin tənzimləmənin yeni «bazar stimulları» deyilən formasından istifadə etməyə inandırmaq mümkün olmuşdu. Bu və başqa növ bazar faktorlarından istifadə olunması, ola bilsin, tənzimlənmə məqsədlərinə nəzarətdən daha çox xidmət edə bilər. Tənzimlənmə-firmaların qəbul etdikləri qiymət, məişət və ya istehsal qərarlarınqa nəzarət məqsədilə dövlətin buraxdığı qaydalar və ya qanunlardır. Adətən tənzimləçməni iki formaya bölürlər. Buraya qiymətlər, bazara girişçıxış, müəyyən sahələrin istehsalı olan məhsulların keyfiyyəti üzərində qoyulan nəzarət aiddir. Tənzimlənmənin ikinci, daha yeni forması sosial tənzimləmədir. Sosial tənzimləmə ətraf mühitin qorunmasında, eləcə də fəhlə və istehlakçıların sağlamlığı və təhlükəsizliyi üçün istifadə olunur. Sosial tənzimləmənin qaydaları iqtisadi fəaliyyətin meydana gəlməsinə səbəb olan müxtəlif növ köməkçi effektlərin nizamlanması üçün tərtib edilib. 2. Dövlət xərcləri və vergi tutumu Tənzimlənmə ilə bağlı müxtəlif tədbirləri həyata keçirməklə yanaşı, dövlət başlıca olaraq fiksal və monetar siyasətə əl atır. Fiksal siyasət büdcə siyasətidir. Onu dövlətin gəlirlər (ilk növbədə vergilər) və məsariflərlə manipulyasiya yolu ilə həyata keçirdiyi siyasət kimi də təyin etmək olar. İşsizlik probleminin həlli zamanı dövlət xərclərinin və işsizliyə görə müavinətlərin və sosial ödənişlərin artımı mümkündür. Və yaxud vergiləri azaltmaq olar, bu halda əhalidə çoxlu pul qalır ki, onları mal və xidmətlərə sərf etmək mümkündür. Dövlət maliyyə sistemində mərkəzi yeri dövlət büdcəsi tutur. Büdcə sistemi çox mürəkkəb mexanizm olmaqla bu və ya digər ölkənin xüsusiyyətlərini, onun sosialiqtisadi qurumunu, eləcə də dövlət quruluşunu təmsil edir. Bu sistem hər hansı bir dövləti xarakterizə edən sosial-iqtisadi hüquqi və digər xüsusiyyətlərinin cəmi əsasında formalaşır. Ölkə büdcəsinin strukturu onun dövlət quruluşundan asılıdır. Dövlət büdcəsi özlüyündə hökumətin ixtiyarında olan və dövlət aparatını, silahlı qüvvələri saxlamaq, eləcə də lazımi sosial-iqtisadi funksiyaları yerinə yetirmək üçün istifadə edilən mərkəzləşdirilmiş pul resursları fondudur. Müasir şəraitdə büdcə iqtisadiyyatın tənzimlənməsi, təsərrüfat konyukturasına təsir göstəçirilməsi, eləcə də böhrana qarşı tədbirlərin həyata keçirilməsi üçün dövlətin əlində olan güclü vasitədir.

3 Büdcədə dövlətin gəlir və xərclərinin strukturu əksini tapır. Xərclər büdcə vəsait qoyuluşunun istiqamət və məqsədlərini göstərir. Öz strukturuna görə büdcənin məxaric hissəsi (maddələri) aşağıdakılara bölünür: dövlət idarəçiliyi üzrə xərclərə; hərbi xərclərə; sosial-iqtisadi məqsədli xərclərə; dövlətin təsərrüfat fəaliyyətinə yönəlmiş xərclərə; xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün xərclərə. Dövlət funksiyalarının genişlənməsi onunla müşaiyyət olunur ki, dövlət xərclərinin miqyası gəlir toplama tempini qat-qat üstələyir. Dövlət xərclərinin ən vacib maddələri sırasına iqtisadiyyatda istehsal sektorlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılmasına yönəlmiş xərclər aiddir. Büdcədə sosial infrastrukturalı obyektlərin yaradılmasına, ilk növbədə təhsil və səhiyyənin inkişafına yönəlmiş xərclərin getdikcə artımı yerini tapır. Hərbi xərclərin xüsusi çəkisi əhəmiyyətli yer tutur: burada birbaşa xərclərlə yanaşı, hərbi borclar, müharibə əlillərinə və veteranlarına pensiya və müavinətlərin ayrılması kimi dolayı xərclər də nəzərdə tutulur. Dövlət büdcəsinin gəlir hissəsini başlıca olaraq vergilər, dövlət istiraz vərəqələri, eləcə də büdcədən kənar və ya məqsədli fondlar deyilən mənbələrdən daxil olan gəlirlər təşkil edir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə büdcə gəlirinin 90%-i vergilərin payına düşür. Vergi növlərindən ən vaciblərinə fiziki şəxslərdən toplanan gəlir vergisi, eləcə də korporasiyaların gəlirlərindən tutulan vergilər aiddir. Vergi qoyma normasını vergi stavkası təşkil edir, onun miqdarı bir vergi vahidi ilə ölçülür. Vergi tariflərinin müxtəlif növləri mövcuddur. O halda ki, vergi ödənişi üçün vahid faiz müəyyən edilir, bu zaman gəlirin həcmindən asılı olmayaraq biz proporsional vergi haqqında danışa bilərik. Əgər gəlirin artımı ilə vergi tarifi də artırsa, onda biz proqressiv vergi ilə rastlaşırıq. Vergi qoyma təcrübəsində, qiymətdən asılı olmayaraq, hər bir vahid obyektə qoyulmuş möhkəm tarifə rast gəlinir. Gəlir vergisi ilə yanaşı, müvafiq məhsullara və xidmətlərə qoyulan əlavə qiymətlərdən götürülən dolayı vergilər də vacib rol oynayır. Bazar iqtisadiyyatı xroniki işsizlikdən və inflyasiyadan əziyyət çəkir. Bəzən bu dövlətin müdaxiləsini vacib etmir, belə ki, bu məsələləri həll edərkən dövlət iqtisadiyyatın xroniki uğursuzluğunu düzəltmək üçün avtomatik stabilizatorlar yaratmışdır. Bunların bir neçə növü vardır: (1) dövlət xərclərinin artırılması; böyük sayda fəhlənin işə götürülməsi; işsizliyə görə müavinət verilməsi; sosial ödənişlər; vergi sistemi və bu kimi tədbirlər. Lakin elə dövrlər olur ki, iqtisadiyyat daha ciddi bəlalarla üzləşir. Onlar avtomatik stabilizatorlar vasitəsilə, yaxud dövlətin birbaşa və ya qabaqcadan düşünülmüş siyasi müdaxiləsi ilə rəf oluna bilərlər. Bu tədbirlərə (2) vergilərin azaldılması və s. aiddir. Vergilərin azaldılması əhalidə daha çox pul olmasına imkan yaradar ki, onu məhsul və xidmətlərə sərf etmək mümkün olsun. Fiskal vasitələr qender cəhətdən neytral deyildirlər. Məsələn, vergi qoymanın azaldılması və ya vergi kreditləşməsi işgüzarlığın aktivliyinə səbəb ola bilər, eyni zamanda onlar qadınların sosial-iqtisadi vəziyyətinə mənfi təsirdə göstərə bilər, çünki dövlət büdcəsinin gəlir hissəsinin ixtisarına səbəb ola bilərlər. Gəlir hissəsinin azalmasına cavab olaraq dövlət sektrorunda iş yerlərinin azaldılmasına, sosial təminat sisteminin ixtisarına gedə bilər. Əksər dövlətlərdə dövlət sektorunda çalışan işçilərin proporsional olaraq çoxunu qadınlar təşkil edir. Qadınlar həmçinin dövlətin səhiyyəyə, təhsilə və kommunal xidmətə çəkdiyi xərclərdən də asılıdırlar. Dövlət xərclərinin xarakteri və keyfiyyəti qadınların sosial-iqtisadi vəzityyətinə dövlət iqtisadi siyasətinin təsirini qiymətləndirmək üçün çox vacib dir. Əgər dövlət sadəcə olaraq hərbi xərcləri artırırsa, bu qadınların sosial parametrlərinə heç cür

4 müsbət təsir göstərə bilməz, çünki hərbi xərclərin artımı o demək olardı ki, digər formalarda dövlət xərcləri azalmalıdır. 3.Monetar siyasət İqtisadiyyata dövlət müdaxiləsinin digər vasitəsi monetar siyasətdir. Bu o deməkdir ki, faiz dərəcələrinin göstəriciləri və pulun təklifi inflyasiya probleminin həllində istifadə olunur. Faiz dərəcəsi iqtisadiyyatda hər şeyə təsir göstərir. Bu pulun dəyəridir. O pul ki, borc alan borc verənə ödəməli olur. Faiz dərəcəsinin düşməsi, beləliklə, müxtəlif qrup adamlara müxtəlif cür təsir göstərir. Məntiqi düşünsək, inflyasiya zamanı pulun dəyəri artır, yəni borcun qiyməti qalxır, bu isə xərcləri məhdudlaşdırır. Başlıca effekt ondadır ki, iqtisadiyyat «donur». Bu da faiz dərəcəsinin dəyişmə xarakterindən asılı olaraq işsizliyə səbəb ola bilər. Dövlət müdaxiləsində problem ondadır ki, hökumətin minimum əmək haqqı barədə qanunun yerinə yetirməsi, həmkarlar ittifaqlarının xeyrinə qanunvericilik fəaliyyəti, kənd təsərrüfatı məhsullarına qiymətlərin sabit saxlaması, biznes maraqlarına uyğun qanunvericiliyi inhisara alması və digər tədbirləri ona gətirib çıxarır ki, qiymətlər və əmək haqqı dərəcələri azalmağa doğru öz çevikliyini itirir. Sərbəst bazar sistemi makroiqtisadi sabitliyi kifayət qədər təmin etməyə qadirdir, lakin dövlətin müdaxiləsi bunun əsasını qırır. Monetar siyasət tərəfdarları hesab edirlər ki, dövlətin iqtisadi sabitliyi fiskal və kredit-əmtəə siyasəti vasitəsilə sabitləşdirmək cəhdləri sistemin qeyri-sabitliyi, daha doğrusu, dövri işi yaradır. Monetarçılar qarışmamaq prinsipinin qatı tərəfdarıdırlar. Onlar dövlət idarəçiliyini bürokratik, qeyri-effektiv şəxsi təşəbbüs üçünzərərli, siyasi səhvlərə əsaslanan və iqtisadi sabitliyin əsaslarını qıran hal kimi qiymətləndirirlər. Monetarizm pula böyük əhəmiyyət verir, monetarizmin əsas idarəçiliyi mübadilə idarəçiliyidir: MV = P Q, Burada M pulun təklifi, V pulun dövretmə sürəti, yəni il ərzində hazır mal və xidmətlərin əldə edilməsinə dolların orta istifadə dəfələrinin sayı; P qiymətlərin həddi, daha dəqiqi orta qiymətdir ki, istehsal olunan bir ədəd məhsul onqa uyğun olaraq satılır; Q istehsal olunmuş əmtəə malın və xidmətlərin fiziki həcmidir. Monetaristlər əmindirlər ki, pul-kredit siyasəti iqtisadi aktivlik səviyyəsini müəyyən edir. Onlar pulun təklifində istehsal səviyyəsini, məşğulluğu və qiymətləri təyin edən yeganə vacib faktor görürlər. Pul kütləsi artımının istiqraz alınmasına təsirini, və deməli ki, faiz dərəcələrinin enməsini məhdudlaşdırmayaraq, monetaristlər hesab edirlər ki, pul təklifinin genişləndirilməsi bütün növ aktivlərə real olan ya maliyyəyə, eləcə də istehsal olunmuş məhsula tələbat artır. Tam məşğulluq şəraitində bütün bunlara qiymətlər artır. Bundanq əlavə, monetaristlər belə hesab edirlər ki, pul dövriyyəsinin sürəti sabit qalır, o mənada ki, onun dəyişkənliyi cüzidir və o, pul təklifinə cavab olaraq dəyişmir. Monetaristlərin fikrincə, özəl sahibkarlıq fəaliyyətinə daxili sabitlik və tam məşğulluq səviyyəsi xasdır. İstehsalın bu konkret səviyyəsi tam məşğulluqla yanaşı, real faktorlar olan əməyin kəmiyyət və keyfiyyətindən, kapitaldan, torpaq və texnologiyalardan asılıdır. Yuxarıda verilən bərabərliyi əsas götürsək, burada əgər Q istehsal imkanlarının sabitliyidirsə, onda M dəyişikliyi P dəyişikliyində gətirməlidir. Monetaristlər belə hesab edirlər ki, pul təklifinin dəyişməsi təkcə investisiyalara deyil, tələbatın yekun komponentlərinə təsir göstərir. Bundan əlavə, monetarist modelində yekun tələbatın dəyişməsi nominal ÜDM-a uzunmüddətli təsir

5 göstərir, özü də istehsal həcminin real artımı vasitəsilə deyil, əsasən qiymətlərin dəyişdirilməsi yolu ilə. Maliyyə vasitələri kimi, pul-kredit vasitələri də qender baxımından neytral deyildirlər. İnflyasiya ilə mübarizə zamanı faiz dərəcələrinin artırılması haqqında qərar qəbul edilərsə, bu zaman işsizlik riski yüksək olur. Bu qadınlara da toxuna bilər, özü də bu təsir kişilərə nisbətən daha sürətli, daha uzunmüddətlli olar. Kredit verməyə qoyulan sərt şərtlər qadınların öz bizneslərinə zəmanət vermək və ipotek ssudalar almaq qabiliyyətinə də mənfi təsir göstərə bilər. Bundan əlavə, yüksək faiz dərəcəsi dövlətin öz dövlət borclarının ödəməsində məsariflərinin artırılmasına yardım göstərir. Borc yükünün artması daha yüksək vergilərə və ya dövlətin başqa sahələrə, ilk növbədə sosial proqramlara xərcləri azaltmağa vadar edə bilər. Dövlət makrosiyasət vasitəsilə iqtisadiyyata yönəlmiş müxtəlif axarlı xərclərə (istehlakçı xərclərinə, investisiya xərclərinə, dövlət xərclərinə) təsir göstərə bilər. Bununla o, məşğulluğa, tənəzzülə və inflyasiyaya təsir göstərir. Dövlət həmçinin konkret problemləri həll etmək üçün məqsədli siyasət inkişaf etdirib həyata keçirə bilər: gəlirlərin qeyri-bərabərliyi, yoxsulluq, qender bərabərsizliyi, iqtisadi və sosial hüquqların pozulması sahələri buraya aiddir. Adətən dövlət bu siyasəti sosial siyasət, məşğulluq, bərabər imkanlar siyasəti vasitəsilə həyata keçirir. Lakin bu sahələr üzrə siyasi qərarların məzmununa və formasına təsir göstərən, maliyyə axınlarının bölgüsünü və müvafiq proqramların parametrlərini təyin edən makrosiyasətin həlledici rolu vardır.

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı. Mehdiyev Əkbər 1313A

AZƏRBAYCANDA INNOVASIYA POTENSIALı Mehdiyev Əkbər 1313A Dunya təcrubəsi gostərir ki, innovasiya texnologiyalarından geniş istifadə olunması olkənin hərtərəfli inkişafına xidmət edir. Bu texnologiyalar

Comments are closed, but trackbacks and pingbacks are open.