Press "Enter" to skip to content

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Страница «ADPU – İbtidai təhsil fakültəsi» есть на Facebook. Войдите, чтобы связаться с ADPU – İbtidai təhsil fakültəsi.

Facebook

Страница «ADPU – İbtidai təhsil fakültəsi» есть на Facebook. Войдите, чтобы связаться с ADPU – İbtidai təhsil fakültəsi.

Страница «ADPU – İbtidai təhsil fakültəsi» есть на Facebook. Войдите, чтобы связаться с ADPU – İbtidai təhsil fakültəsi.

ADPU – İbtidai təhsil fakültəsi

О пользователе ADPU – İbtidai təhsil fakültəsi

Pedaqoji Universitetin ən böyük fakültələrindən biri sayılan İbtiai təhsil fakültəsi 1958-ci ildə İbtidai təhsilin pedaqogika və metodikası adı ilə fəaliyyətə başlamışdır. Məktəbəqədər tərbiyə, korreksion pedaqogika , musiqi müəllimliyi ixtisasları uzunmüddət fakültənin nəzdində fəaliyyət göstərmişdir.
İbtidai təhsil fakültəsinə 2007-ci ilin may ayından pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi , Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü , Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov rəhbərlik edir . Dekan müavini dosent Afət Həsənovadır . Hazırda fakültədə 1400 nəfər tələbə bakalavriat pilləsində, 97 nəfər isə magistratura pilləsində təhsil alır.

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Elmi seminarda fakültənin dekanı, professor Fərrux Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, kafedra müdiri, dosent Yaqut Rzayeva, kafedranın əməkdaşları və elmi-tədqiqat təcrübəsi keçən magistrantlar iştirak etmişlər. Seminarda “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” və “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslarında təhsil alan magistrantların elmi məruzələri dinlənilmişdir. Seminarın sədri Əməkdar müəllim, professor Sərdar Quliyev seminarda elmi-tədqiqat təcrübəsi keçən magistrantların məruzələrinin dinləniləcəyi haqqında məlumat vermişdir.

“Ümumi təhsildə müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda keçirilən elmi seminarda Xuraman Novruzlu, Güllər Məmmədli, Elnarə Mustafayeva, Dilşad Abdullayeva, Gülyanaq Nəbiyeva, Maral İbrahimli, Günay Rzayeva, Səriyyə Hüseynli, Ülkər Şərifova, Günel Allahverdiyeva və başqalarının məruzələri dinlənilmişdir. Məruzəçilər təhsil sistemində gedən islahatların nəticələri, qazanılan uğurlar, müasir təlim texnologiyalardan istifadənin üstünlükləri barədə danışmış, verilən sualları cavablandırmışlar. Seminarın sonunda professor Fərrux Rüstəmov, professor Sərdar Quliyev, dosent Yaqut Rzayeva magistrantların çıxışlarını yüksək dəyərləndirmiş, məruzə mətnlərinin çapını məsləhət bilmişlər.

ÇevirSözlük.com | Azerice – Rusça cümle çeviri nedir?

Azerice dilinden Rusça diline (google translate aracılığıyla) hızlı cümle ya da kelime çeviri yapmanıza yardımcı olan bir sözlük sistemidir. Dünya dilleri arasında yapılacak olan cümle ve kelime çevirilerinizi kolaylaştırır. ÇevirSözlük.com Dünya’da en yaygın olarak kullanılan bir çok dili içinde barındırmaktadır. Bu diller arasında herhangi bir ücret ödemeden ve sınırlama olmaksızın istediğiniz cümle ya da kelime çevirilerinizi hızlı bir şekilde yapmanız mümkündür.

Kullanım ve Gizlilik

Cevirsozluk.com aracılığıyla yapılan tüm çeviri verileri toplanmaktadır. Toplanan veriler herkese açık, anonim olarak paylaşılır. Dolayısıyla Çevir Sözlük kullanarak yapacağınız çevirilerde kişisel bilgi ve verilerinizin yer almaması gerektiğini hatırlatırız.

Cevirsozluk.com kullanıcılarının çevirilerinden oluşturulan içerikte argo, küfür vb. uygun olmayan öğeler bulunabilir. Oluşturulan çeviriler her yaş ve kesimden insanlar için uygun olamayabileceğinden dolayı, rahatsızlık duyulan hallerde siteminizin kullanılmamasını öneriyoruz. Kullanıcılarımızın çevirilerle eklediği içeriklerde telif hakkı ya da kişiliğe hakaret vb. öğeler bulunuyorsa site yönetimiyle iletişime geçilmesi halinde gerekli düzenlemeler yapılacaktır.

Comments are closed, but trackbacks and pingbacks are open.