Press "Enter" to skip to content

ACCA nədir

ACCA kvalifikasiyasının üstünlükləri:

İdarəetmə uçotu

İdarəetmə uçotu — Mühasibat uçotunun əsas məqsədi müəssisə rəhbərlərinin doğru qərarlar verməsi üçün məlumat bazası təqdim etmək. [1] İdarəetmə uçotu, Mühasibat uçotunun bir sahəsi olaraq eyni funksiyanı yerinə yetirir. Sadəcə olaraq idarəetmə uçotunun ortaya çıxardığı məlumatlar müəssisənin daxili istifadəçiləri üçün nəzərdə tutulur və bəzi ədəbiyyatlar bunu ”məhrəm” məlumatlar kimi ifadə edir.

Daxili istifadəçilər idarəetmə uçotunun məlumatlarını, strategiya hazırlamaq, işləri planlaşdırmaq, qərarlar qəbul etmək və resursların istifadəsinin optimallaşdırılması məqsədi ilə istifadə edirlər.

Maliyyə uçotu (MU) ilə İdarəetmə uçotunun (İU) əsas fərqlilikləri, MU-da ikili qeydiyyat sistemi tətbiq edilir İU-da isə istənilən müvafiq qeydiyyat aparıla bilər. MU qanunvericiliyə və pulla ölçülməyə uyğun olmalıdır. İU-da isə qanunvericilik tələbi yoxdur və natural, əmək və s. Ölçülər istifadə edilə bilər. Ən vacib fərqlərdən biri isə MU baş vermiş hadisələri əks etdirir, İU isə baş vermiş və gələcək hadisələrlə bağlı proqnoz xarakterli hesabatlar hazırlayır.

Beləliklə, İU maya dəyərinin kalkulyasiyası, daxili prosedurlarla bağlı qərarların verilməsi, büdcə və digər proqnozlaşdırılmış hesabatların təqdim edilməsinə kömək edir.

ACCA nədir?

ACCA – “Chartered Certified Accountants Association” aparıcı beynəlxalq mühasibat orqanıdır. ACCA kvalifikasiyası müxtəlif ölkələrdə tanınır və yerli kvalifikasiyalarla bərabər səviyyədədir.

ACCA ixtisası işçilərə işin bütün aspektlərində bacarıqlarınız olduğunu sübut edir. 170 ölkədə 500.000 -dən çox üzv və tələbə ilə dünyanın ən böyük və ən sürətlə inkişaf edən kvalifikasiyadır. ACCA – “Sertifikatlı Mühasiblər Birliyi”, biznes sahəsində çox hörmətli və dəyərli beynəlxalq keyfiyyətlər verən qlobal bir professional orqandır. Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən tanınır.

İxtisası necə əldə etmək olar? İngilis dilində maksimum 13 imtahan verməlisiniz və işlədiyiniz hər hansı bir iş sektorunda əldə edə biləcəyiniz praktiki təcrübəyə sahib olmalısınız.Hər sessiyada 4 imtahan verə bilərsiniz və bunu etmək üçün 10 iliniz var! Normalda uyğunlaşmaq üçün 2 və ya 3 il çəkir. Peşəkar ixtisas, maliyyə hesabatları, idarəetmə mühasibatlığı, iş vergisi və hüquqdan auditə və iş etikasına qədər bütün iş sahələrini əhatə edir! Bir çox çoxmillətli və yerli firmalar işçilərinin bu nüfuzlu ixtisas üçün təhsil almasını istəyir və ya tələb edir.

ACCA imtahanları

1-ci hissə Fundamental

  • F1 Accountant in Business – Mühasib və Biznes
  • F2 Management Accounting – İdarəetmə uçotu
  • F3 Financial Accounting – Maliyyə uçotu
  • F4 Corporate and Business Law – Korporativ hüquq
  • F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
  • F6 Taxation – Vergilər
  • F7 Financial Reporting – Maliyyə hesabatları
  • F8 Audit and Assurance – Audit və onu müşayiət edən xidmətlər
  • F9 Financial Management – Maliyyə menecmenti

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) maliyyə və idarəetmənin əsasları haqqında məlumatdır. Skills modulu (F4-F9) isə əsas texniki sahələri tam əhatə edən 6 fənni ehtiva edir. Bu fənnlər hüquqşünaslıq, səmərəliliyin idarə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

2-ci hissə Professional

  • P1 Professional Accountant – Professional Mühasib
  • P2 Corporate Reporting – Korporativ Hesabatlar
  • P3 Business Analysis – Biznesin Təhlili
  • P4 Advanced Financial Management – Maliyyə Menecmenti
  • P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
  • P6 Advanced Taxation – Vergilər
  • P7 Advanced Audit and Assurance Audit və onu müşayiət edən xidmətlər

Professional mərhələsi də həmçinin Fundamentals kimi iki modula ayrılır. Essentials (əsas fənnlər) (P1-P3) və Options (əlavə ixtisas fənnləri) (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun hazırlanmışdır.

ACCA imtahanlarına hazırlaşmaq üçün siz ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning deyilən online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz.

ACCA imtahanında iştirak etmək üçün qeydiyyat linki

ACCA kvalifikasiyasının üstünlükləri:

Sertifikatlı mühasib olmağınıza, ACCA təyin məktublarını istifadə etməyinizə və hər hansı bir işdə maliyyə və ya idarəetmənin hər hansı bir aspektində işləməyinizə imkan verir, işin bütün sahələrində daha yaxşı məşğulluq perspektivləri aşılayır, daha yüksək rəhbər vəzifələrə keçmək üçün lazım olan bacarıqlara sahib olduğunuzu işçiyə təmin edir.

Müəllif: Kənan Hüseynzadə / Rüfət İsmayılov

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • Rus Dili Oyrenmek üçün 5 Effektiv yol
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

ACCA Nədir? ✅

ACCA ( The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifkatlaşdırılmış Mühasiblər Assosasiyası – dünyada ən geniş yayılmış beynəlxalq peşəkar assosiasiyadır. Bu assosiasiyada hal hazırda 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir.

1904 cü ildə qurulan ACCA günümüzdəki rəqabətli iş dünyasında bir mühasibin ehtiyacları ilə yaxından əlaqəli bir ixtisas min etməyi hədəfləyir. Mövcud ACCA kursları hər növ iş üçün üzv hazırlayır. Kurslar ticarət, sənaye və dövlət sektoru kimi sahələri əhatə edir,bubkarka da məhdudlaşmır. Acca sertifikasiyakarı sadəcə beynəlxalq səviyyədə tanınmır, həm də əlavə təhsil üçün bir yol təqdim edir. Mərkəzi Londanda olan ACCA-nın 54 ölkədə 101 ofisi var.

British Councildə üç ayda bir keçirilən imtahanlarda emosional zəka,liderlik, etik və analitik zəka kimi müxtəlif bacarıqları ölçür. 13 mərhələli və bütün İngilis dili imtahanlarını başa vuran namizədlər, nüfuzlu ACCA peşəkar səlahiyyət lisenziyası olan, bütün dünyada qüvvədə olan,tam təchiz olunmuş maliyyə və mühasibat mütəxəssisləri olurlar və gələcək rəhbərlik vəzifələrinə hazır olurlar.

ACCA nədir? Necə imtahan vermək olar?

ACCA imtahanları iki hisdən ibarət olur:

1-ci hissə Fundamental

  • F1 Accountant in Business – Mühasib və Biznes
  • F2 Management Accounting – İdarəetmə uçotu
  • F3 Financial Accounting – Maliyyə uçotu
  • F4 Corporate and Business Law – Korporativ hüquq
  • F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
  • F6 Taxation – Vergilər
  • F7 Financial Reporting – Maliyyə hesabatları
  • F8 Audit and Assurance – Audit və onu müşayiət edən xidmətlər
  • F9 Financial Management – Maliyyə menecmenti

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) maliyyə və idarəetmənin əsasları haqqında məlumatdır. Skills modulu (F4-F9) əsas texniki sahələri tam əhatə edən 6 fənndən ibarətdir. Bu fənnlər hüquqşünaslıq, səmərəliliyin idarə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

2-ci hissə Professional

  • P1 Professional Accountant – Professional Mühasib
  • P2 Corporate Reporting – Korporativ Hesabatlar
  • P3 Business Analysis – Biznesin Təhlili
  • P4 Advanced Financial Management – Maliyyə Menecmenti
  • P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
  • P6 Advanced Taxation – Vergilər
  • P7 Advanced Audit and Assurance Audit və onu müşayiət edən xidmətlər

Professional mərhələsidə Fundamentals kimi iki modula bilinir. Essentials ( əsas fənnlər) (P1-P3) və Options ( əlavə fakultətiv fənnlər) (P4-P7). Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun uyğun nəzərdə tutulmuş şəkildə tərtib olunmuşdur. Bu mərhələlənin tədris proqramının məqsədi mövcud texniki bacarıqların artırılması, peşə bacarıqlarının daha dərindən öyrənilməsi, yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsidir.

ACCA imtahanlarına kimlər girə bilər?

  • Hər hansı ali təhsil müəssisəsinin 1-ci kursunu uğurla bitirənlər
  • Ali təhsili olmayan, 21 yaşdan yuxarı şəxslər üçün minumum 3 illik iş təcrübəsi (istənilən sahədə)

ACCA imtahanlarına necə müraciət etmək olar?

www.accaglobal.com ünvamına daxil olaraq orada asanlıqla online şəkildə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat üçün lazım olan sənədlər aşağıdakılardır :

  • Şəxsiyyətizi təsdiq edən sənəd ( Şəxsiyyət vəsiqəsi və ya ümumi vətəndaş pasportu)
  • Hal-hazirda ali təhsil aldığınız və ya ali təhsili bitirdiyinizi sübut edən arayış və ya diplom ( ali təhsil alırsınızsa və ya artlü bitirmisinizsə)
  • Təcrübənizi təsdiq edən sənəd (ali təhsili olmayanlar üçün 21 yaşdan yuxarı şəxslər üçün tələb olunur. Ali təhsil almış və ya təhsilini davam etdirən şəxslərə ehtiyac yoxdur.)
  • Foto şəkil

Sənədlər İngilis dilində olmalıdır. Əgər İngilis dilində deyilsə onlar tərcümə edilib, notarial qaydada təsdiq edilməlidir.

ACCA imtahan strukturu necədir?

Proqram 14 imtahandan ibarətdir. İmtahanlar İngilis dilindədir və 2 mərhələyə bölünür.

  • Fundamentals mərhələsinə 9 əsas imtahan daxildir
  • Professional mərhələsinə 2 fakultətiv və 3 əsas imtahan daxildir.

Hər sessiyada 2-3 imtahan verməklə bütün proqram 2-3 ilə tamamlanır. Fənnlərin hamısının keçid balı (100%-dən) 50%-dir.

Sertifkatlaşdırılmış Mühasib olmaq üçün siz 14 imtahanın hamısını verməlisiniz. ACCA-nın praktiki təcrübəsi tələblərini yerinə yetirməli və onlayn rejimdə Peşə Etikası modulunu bitirməlisiniz. Praktik işin tələbi-işə götürənin rəhbərliyi altında 3 illik mühasibat sahəsində iş təcrübəsidir. Bu təcrübə ACCA-dan əvvəl, ACCA müddətində və ACCAdan sonra əldə edilə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.