Press "Enter" to skip to content

İdrak məKTƏBİ” Fatma xanım Bünyatova Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr Redaktoru

öyrənmə konsepsiyaları.

Лучшие фильмы Кинопоиска

DVDRip 1982 9.196
мультфильм короткометражка комедия семейный СССР
Жил-был пёс. Верно служил, но выгнали его по старости. И решил он повеситься, да повстречал в лесу такого же старого волка .

Побег из Шоушенка

BDRip DUB 1994 9.108
драма криминал США
Шоушенк — название тюрьмы. И если тебе нет еще 30-ти, а ты получаешь пожизненное, то приготовься к худшему: для тебя выхода из Шоушенка не будет! Актриса Рита Хэйворт — любим.

Зеленая миля

HDRip DUB 1999 9.072
фэнтези драма криминал детектив США
Обвиненный в страшном преступлении, Джон Коффи оказывается в блоке смертников тюрьмы «Холодная гора». Вновь прибывший обладал поразительным ростом и был пугающе спокоен, что.

Mylene Farmer: Stade de France

DVDRip 2009 9.022
музыка Франция
Грандиозное по масштабности концертное выступление французской поп дивы Милен Фармер прошедшее в Париже на стадионе Stade de France. Два завершаю.

Mylene Farmer – Avant que l’ombre

DVDRip 2006 8.927
музыка Франция
Четвертый концертный тур Милен Фармер. Концепция шоу разработана самой певицей совместно с продюсером. Было дано всего 13 концертов в январе 2006-го года. Потрясающие декораци.

Форрест Гамп (Форест Гамп)

HDRip MVO 1994 8.917
комедия мелодрама драма США
От лица главного героя Форреста Гампа, слабоумного безобидного человека с благородным и открытым сердцем, рассказывается история его необыкновенной жизни. Фантастическим обра.

Mylene Farmer: Live a Bercy

DVDRip 1997 8.882
документальный музыка Франция
Переведённый на русский язык живой концерт Милен Фармер в Берси. Синхронно идут французские и русские субтитры.

Во все тяжкие

WEBRip L 2017 8.881
триллер драма криминал США
Американский телесериал о неизлечимо больном учителе химии, занимающемся изготовлением наркотиков ради обеспечения будущего своей семьи. Действие сериала происходит в Альбукер.

Список Шиндлера

BDRip DUB 1993 8.842
драма военный биография история США
Кто спас одну человеческую жизнь, тот спас целый мир. “Список Шиндлера” – признанный шедевр кинематографа, получивший множество призов, среди которых семь наград А.

Гордость и предубеждение

DVDRip MVO 1995 8.834
мелодрама Великобритания
Роскошная экранизация самой романтичной мелодрамы автора знаменитых романов “Разум и чувства” и “Эмма”. По соседству с бедной, но уважаемой семьей Беннет.

İdrak məKTƏBİ” Fatma xanım Bünyatova Konstruktiv təlim: mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr Redaktoru

Annotasiya
Yaradıcı müəllim Fatma xanım Bünyatovanın bu kitabına konstruktiv təlimlə bağlı fikirlərini əks etdirən məqalələr daxildir. Birinci fəsildə müəllif interaktiv texnologiyanı ənənəvi pedaqogikanın alternativi kimi dəyərləndirir, interaktiv texnologiyanın istiqamətlərini və yeni texnologiyalara verilən tələbləri şərh etmişdir. İkinci fəsildə konstruktiv təlimin fəlsəfəsi, mahiyyəti və məqsədi açıqlanmış, elmi əsasları və prinsipləri təhlil olunmuşdur. Bu təlimlə işləyən müəllimin və şagirdlərin rolu üçüncü fəsildə aydınlaşdırılır. Konstruktiv təlimin prinsipləri və belə təlimlə işləyən müəllimlərin dərslərinin layihələşdirilməsi, keçirilməsi və nəzarət məsələləri sonrakı fəsillərdə təcrübə faktları əsasında təsfir, şərh və təhlil olunmuşdur.

Konstruktiv təlim:

mahiyyət, prinsip, vəzifələr və dərslərdən nümunələr kitabı “İdrak məktəbi”nin pedaqoji şürasının qərarı ilə çapa təqdim olunur.

Təşəkkürlər

Ön söz əvəzi-Şamxəlil Məmmədov

1.1. İnteraktiv və aktiv təlim haqqında 2-4

1.2. Təlim və tərbiyədə interaktiv texnologiyanın istiqamətləri 4-7

1. İnkişafetdirici təlim- Davıdov-Elkonin

2. Pürve Erdniev: Уде (böyüdülmüş didaktik vahidi)

3. Kooperativ təlim- S.Kaqan

4. Konstruktivizm. Konstruktiv təlim

a) konstruktivizmin iki əsas istiqamətləri

b) koqnitiv və social konstruktivizm

c) Çerom Brunerin konstruktivizm təlimi

d) konstruktiv təlimə müasir nəzər

e) Azərbaycan psixopedaqoqikasında konstruktiv öyrənmə konsepsiyaları

1.3. Texnologiyalara verilən pedaqoji tələblər 7-8

Bölmə II.Bunyatovanın konstruktiv təlimi

II.1.Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti,

məqsədi və formulu 2-5

II.2.Konstruktiv təlimin elmi əsasları 5-9

II.3.Konstruktiv təlimin prinsipləri 9-14

II.4.Konstruktiv təlimdə dərsin quruluşunun elementləri 14-15

Bölmə III. Konstruktiv təlimdə müəllim və şagirdlərin rolu

III.1. Konstruktiv təlimdə müəllim və şagirdlərin rolu 2-3

III.2. Konstruktiv təlimdə müəllim nəyi bilməlidir 3-5

III.3. Sinifin quruluşu 5-6

III.4. Konstruktiv təlimdə şagird necə işləməlidir? Hansı bilik, bacarıq və vərdiş əldə etməlidir 6-8

Bölmə IV. Konstruktiv təlimlə işləyən müəllimin vəzifələri

IV. 1. Konstruktiv təlimin prinsipləri və bu prinsiplərə əsasən dərsin layihələşdirilməsi 3

IV. 2. Axtarış 5-8

IV. 3. Tamlıq 9-12

1. Tamlıq sxemində dərslər necə qurulur? 12

I bölmə. 1-ci sinif sözləri 12

II bölmə. 2-ci sinif sözləri 13-14

III bölmə. 3-ci sinif sözləri 14-15

IV bölmə. 4-ci sinif sözləri 15-16

V bölmə. 5-ci sinif sözləri 17-18

VI bölmə. 6-ci sinif sözləri 18-20

IV. 4. Bünyatovanın məntiqi bilik strukturları 20-26

IV. 5. Məntiqi təfəkkür əməliyyatları 27

1. Məntiqi təsnifat əməliyyatı 27-28

2. Məntiqi seriallaşdırma əməliyyatı 28-29

3. Məntiqi əvəzetmə əməliyyatı 29

4. Məntiqi zənginləşdirmə əməliyyatı 30

5. Məntiqi multiplikativ əməliyyatlar 30-31

6. Biliyi şagirdə çatdırmaq doğrudur yoxsa şagirdi biliyə

çatdırmaq? G. Binnətova 31-36

IV. 6. Şagirdin əqli modeli 36-38

IV. 7. Dərsin struktur quruluşu 39

1. Dərsin əqli fəaliyyət layihəsi 39

2. Dərsin təlim fəaliyyət layihəsi 40

Bir strukturlu dərslər

A. Müzakirə və yaxud diskussiya 40-43

B. Dialoq-treninq 44-46

C. Fikir sıçraşı (breyrinq) 46-48

D. Rollar üzrə oyun 48-52

IV. 8. Şagirdlərin dərsdə qarşılıqlı fəaliyyət strukturları

S. Kaqanın kooperativ fəaliyyət strukturları 52-53

1. S. Kaqanın kooperativ təlimindən çıxarışları 53

2. Strukturlar 59

1. Cütlükdə müzakirə 59

2. Cütlükdə qeydə alma 60

3. Təlimatçı 61

4. Komanda 61

5. Dəyirmi masa 62

6. Eyni vaxtda dəyirmi masa 63

7. Açın və seçin 63

8. Səhvi tap 64

9. Şagirdin birgə işi 65

10. Biliyin yoxlanması 65

11. Digər komandaya keçmə 66

12. Telefon 66

14. Cütlükdə öyrənmə 67

15. Cütlükdə oxu 67

16. Birlikdə iş 67

17. Cütlükdə yoxlama 67

18. Cütlükdə müqayisə 68

Bölmə V. Konstruktiv təlimlə aparılan dərsin layihələşdirilməsi və keçilməsi

V. 1. Konstruktiv dərs iki hissəli dərsdir 2-3

V. 2. Dərsin birinci hissəsi 4

V. 3. Dərsin ikinci hissəsi 4-5

V. 4. Biliyin anlam yolu 5-10

V. 5. Konstruktiv təlimlə aparılan dərsin layihələşdirilməsi.

Layihə nümunəsi 10-11

V. 6. Südabə Həsənovanın şərhi

(23 saylı məktəbin ibtidai sinif müəllimi) 12

1. Söz birləşməsi 12-20

2. Şah İsmayıl Xətai 20-25

V. 7. Aynur Məmmədova. İbtidai siniflərdə müasir pedaqoji

texnologiyaların təcrübəsindən 26-31
V. 8. Aynur Məmmədova. Dərsin layihələşdirilməsinin

nümunəsi 32-36

V. 9. Hilalə Nəsibovanın konstruktiv təlimlə keçdiyi biologiya

dərsləri 36-42

V. 10. Bakıdakı 7 saylı məktəbin ibtidai sinif müəllimi Ruidə

Məmmədovanın təcrübəsindən 42-55

V. 11. Aişə Namazova “Xəzər uşaqların gözü ilə”

proyekt dərsi 55-59

V. 12. Gülnaz Mehdizadə 7 saylı məktəb direktoru.

Zamanın tələbi və cəmiyyətin istəyi 60-61

I sinifdə “Onluğu aşmaqla toplama”

aparılan dərsdən sətirlər 62-66

Bölmə VI. Konstruktiv təlimdə nəzarət

VI. 1. Konstruktiv təlimdə nəzarət 2-3

  1. Vaxtından qabaq nəzarət 3
  2. Gündəlik nəzarət 4
  3. Tematik nəzarət 4
  4. Yekun nəzarət 4

VI. 4. Konstruktiv təlimdə nəzarətin metodları 6

1.Şifahi sorğu və yaxud dinləmə 6

2.Təqdimat 8-9

3.Komandada nəzarət 9-16

4.Şagirdlərin birgə işində nəzarət 16-17

5.Komandada yoxlama 17-19

6.Qrafik nəzarət 19-22

7.Praktiki nəzarət 22-23

8.Özünə nəzarət 23

9.Diaqnostika və şagird idrakının

səviyyəsinin inkişafının təyin edilməsi 23-25

10.Taksonomiya 26

11.Testləşdirmə 26-27

12.Yoxlama yazı 27

13.Qiymətləndirmə və qiymət 27-28

14.Nəzarət qovluğu 28

Bölmə VII. Son söz əvəzi.

Müəllif texnologiyası. Bünyatovanın konstruktiv təlimi haqqında. Y. İ. Antipina.

İstifadə edilmiş ədəbiyyat.

Ön söz əvəzi
Özündə məqsəd, məzmun, forma və metodu, vasitə və priyomları üzvi şəkildə ehtiva edən qeyri – səlis səciyyəli təlim prosesi çağdaş dövrdə intellekt əsrinin qarşıya qoyduğu kamil insan (nəsil) yetişdirmək vəzifəsini yerinə yetirməlidir. Həmin insan həyatda fəal mövqe tutmaq üçün dünyanın qanun və qanunauyğunluqlara söykənən hadisələrindən, təbiət və cəmiyyətdəki proseslərdən baş çıxarmalı, özünün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, əqli inkişaf səviyyəsi, dünyagörüşü və təfəkkür dərinliyi

Belə nəslin həyata hazırlanmasında xüsusi yer tutan fəal öyrənmə mühüm rol oynayır. Hazırda dünya təhsil sistemində fəal öyrənmə və bu cür öyrənmə istiqamətlərində müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Bu nəzəriyyələr ilk növbədə şagirdlərin öyrənmə və inkişaf parametrlərində təlimini optimallaşdırmanın forma, metod, vasitə və prinsiplərini araşdırır, təhlil, ümumiləşdirmə və qiymətləndirməyə əsaslanan öyrənmə formaları həlledici əhəmiyyət kəsb edən təlim forma və texnologiyalarına daha çox üstünlük verir.

Bu gün intellekt əsrində yaşayan ölkələrin təhsil işçiləri, pedaqoq və texnoloqları fəal (aktiv) və interaktiv təlim metodlarının tətbiqinə üstünlük verirlər. Yaşadığımız demokratik cəmiyyət bütün sahələrdə olduğu kimi, təhsildə də köklü dəyişikliklər tələb edir. Təhsil sahəsində demokratik ab- havanın yaradılması günümüzün ən vacib şərtidir. Şübhəsiz, belə bir mühütü orta məktəblərdə təlim prosesindən, müəllim-şagird münasibətlərindən başlayaraq yaratmaq lazımdır. Son illərdə Azərbaycan Təhsil Nazirliyinin dövlət səviyyəsində apardığı islahatlara uyğun olaraq məktəblərimizdə təlim

prosesində yeni interaktiv texnologiya metodlarının tətbiqinə başlanmasını bu cəhətdən təqdirəlayiq hal hesab etmək olar. Yeni interaktiv texnologiyanın bir qolu olan, əsas müddəaları Fatma xanım Bünyatova tərəfindən işlənib hazırlanmış konstruktiv təlim metodu haqqında söz açmaq yerinə düşərdi. Fatma xanım Bünyatovanın konstruktiv təlim metodu artıq böyük qisim pedaqoq və valideynlər tərəfindən rəğbətlə qarşılanmış, bu üsulla keçilən dərslər öz müsbət nəticələrini vermişdir.

Şagirdlərin idrakının inkişafı üçün əlverişli şərait yaradılması, təlim materialının şüurlu mənimsənilməsi bu təlimi şərtləndirən əsas cəhətlərdəndir.Konstruktiv təlimə uyğun olaraq müəllim dərsi elə qurmalıdır ki, dünənki dərslə bugünkü dərs, bugünkü dərslə sabahkı dərs arasında əlaqə olsun. Müəllim bilməlidir ki, dərsi hansı sualla başlayıb, hansı sualla qurtaracaq. Əlbəttə, suallar bu əlaqəni yaratmaqda müəllimin ən yaxın köməkçisidir. Suallar elə ardıcıllıqla qurulmalıdır ki, bu, müəllimə məqsədinə çatmağa kömək etsin. Müəllimin məqsədi ondan ibarət olmalıdır ki, şagirdlər keçmiş biliklərə əsaslanaraq öz yeni biliklərini qazansın və onu tətbiq etməyi bacarsınlar. Şagirdlərin vəzifəsi müəllimin suallarına cavab verməkdir. Onlar eyni bir fəaliyyət strukturlarında öz biliklərini yoldaşları ilə bölüşməli, bir yerdə fikirləşməli, öz yoldaşlarının cavablarından bəhrələnməlidirlər.

Konstruktiv təlimdə bilik tək şəkildə işlənmir. Şagirdlərin bilikləri məntiqi əlaqələrə girir, birləşir, yerlərini dəyişir, başqa bilik strukturları ilə assosiasiyaya girir. Bu o deməkdir ki, müəllim öyrədəcəyi mövzunu bir neçə müstəvidə şagirdlərə göstərir. Burada o, məntiqi əvəzetmə əməliyyatından istifadə edir. Bir bilik strukturunu başqa bilik strukturu ilə əvəz edərkən həmin bilik yeni keyfiyyət alır və gələcək biliyə çevrilir, birinin biliyi digərin biliyinə çevrilir, nəticədə biliklər sosiallaşır. Demək, şagirdlər qazandıqları bilikləri düşünərək onlara verilən suallar əsasında məntiqi əməliyyatlardan keçərək, əqli modellər qurub, onu tətbiq edərək mənimsəyirlər.Özəl «İdrak məktəbi» nin direktoru, yaradıcı müəllim Fatma xanım Bunyatovanın oxuculara təqdim olunan kitabında söhbət konstruktiv təlimdən gedir. Əsərə daxil edilmiş məqalələr Bunyatova konstruktiv təliminin mahiyyəti, prinsip və vəzifələri haqqında təsəvvür yaradır. Kitabın praktik dəyəri bundadır ki, müəllif konstruktiv təlim metodlarını tətbiq edən ayrı-ayrı fənn müəllimlərinin təcrübəsi faktları əsasında oxucuları inandırır, problemə həm elmi, həm də praktik yönümdən aydınlıq gətirir.

Ş.Məmmədov, pedaqoji elmlər namizədi,

«Azərbaycan müəllimi» qəzetinin şöbə redaktoru.

BÖLMƏ I
1.1. İnteraktiv və aktiv texnologiya ənənəvi pedaqogikanın

1.2. Təlim və tərbiyədə interaktiv texnologiyanın istiqamətləri 4-16

1. İnkişafetdirici təlim- Davıdov-Elkonin.

2. Pürve Erdniev: Уде (böyüdülmüş didaktik vahidi)

3. Kooperativ təlim- S.Kaqan

4. Konstruktivizm. Konstruktiv təlim.

a) konstruktivizmin iki əsas istiqamətləri

b) koqnitiv və social konstruktivizm

c) Çerom Brunerin konstruktivizm təlimi

d) konstruktiv təlimə müasir nəzər

e) Azərbaycan psixopedaqoqikasında konstruktiv öyrənmə konsepsiyaları

1.3. Texnologiyalara verilən pedaqoji tələblər 16-18

    1. İnteraktiv və aktiv texnologiya ənənəvi pedaqogikanın alternatividir.

    Dünya pedaqoji praktikasında interaktiv (qarşılıqlı fəaliyyət) və aktiv (fəal)

    texnologiyalar ənənəvi pedaqogikanın alternativi kimi qəbul olunur. Ənənəvi

    pedaqogikanın əsas göstəricilərindən biri- müəllimin fəallığı və öyrəniləcək biliyi şagirdlərə ayrı-ayrı üsüllarla öyrətməsi götürülmüşdür. Burada şagirdin yaddaşı, alınan biliyi yadda saxlamaq bacarığı və onu tətbiq etmək üsulları ön plana çəkilir.

    Aktiv texnologiyada şagird özü öz fəaliyyəti ilə bilik qazanmaq yolunda olur. Müəllim burada yardımcı, köməkçi və istiqamətverici funksiyanı yerinə yetirir. İnteraktiv təlimdə şagirdlər bir-biri ilə qarşılıqlı əlaqəyə girərkən, dərsdə fəallıq göstərərək yeni bilik qazanırlar. Bu qazanılan bilik bir ağlın və şagirdin fəaliyyətindən irəli gəlmir. Burada şagirdlər öz fikirlərini bir-biri ilə bölüşür, təkmilləşdirir və ortaq bir rəyə gələrək onu ümumiləşdirirlər,yəni komandada, qrupda işləyərkən hər bir şagird bilir ki, onun fikri qəbul olunacaq. Amma bu fikrin nə qədər düzgün olub- olmaması ümumi anlaşmadan sonra müəyyənləşir. Yəni şagird interaktiv təlimdə həm fikir yürütmək, başqalarının fikrini qəbul etmək bacarığına yiyələnir, zəkasını işlədir, həm də idrakının strukturunu qurur, xüsusilə sərbəst halda düşünmək bacarığına və s. malik olub əqidəli, sosial vərdişlərə yiyələnir.

    Rus almi P.İ. Pidkaslinin sözü ilə desək, pedaqoji texnologiyalar, yəni təlim

    texnologiyaları pedaqoji elmdə yeni bir istiqamətdir, və o, yeni, optimal pedaqoji sistemləri quraşdırmaqla, təlim prosesinin proyektləşdirilməsi ilə məşquldur. Yəni bu texnologiyalarla işləyən müəllim bu gün XXI əsrin tələbinə uygun olaraq şagirdi biliklə yükləməyə çalışmır, onu bilik qazanmaq yoluna istiqamətləndirir, onun yaddaşını yox, əqli bacarığını inkişaf etdirir,onu bilik daşıyıcısı kimi yox, öz biliyindən çıxış edərək yeni bilik qazanan görür. Bəs bu texnologiyalara müəllim necə yiyələnməkdədir? O, öz dərslərində ondan necə istifadə etməlidir? Sözsüz ki, yeni pedaqoji texnologiyalara, keçmiş sovet dövründə olduğu kimi, hansısa qabaqcıl müəllmin təcrübəsini yaymaq, ona baxıb, yararlanmaq üsulu ilə yiyələnmək olmaz. Hər bir pedaqoji texnologiyanın, təlim üsulunun öz əsasları, prinsipləri və istiqamətləri vardır. Bu üsulları yaradanlar,onların müəllifləri öz gördüklərini, duyğularını, bacarıqlarını, dərsin gediş qaydasını öz treninqlərində(yəni məşqələlərində) müəllimlərlə ötürüb öyrədirlər və bu öyrətmə böyüklərin öyrənməsi əsasında qurulur. Pedaqoji treninqi keçməyən, amma texnologiyalardan istifadə edən müəllimin dərsində oturub, onun zahiri hissəsindən (yəni qrup halında oturmaq, işçi vərəqlərindən istifadə etmək və s.) istifadə edən hər bir müəllim öz dərsində yenilik gətirmək əvəzinə xaotik bir dərs prosesi yaradır və bununla da yeni üsulların üzərinə kölgə salmış olur. Treninqlərdən keçmiş müəllim dərsin quruluşunu, onun idarə olunmasını, biliklərin bir-biri ilə əlaqəli təqdim olunmasını və s. öyrənərək öz dərslərində tətbiq etməklə onu tədricən öz pedaqoji bacarığına çevirmiş olur. Bu bacarıqlara yiyələnmiş müəllimlər ənənəvi üsuldan yeni üsula keçid alırlar.

    Bu keçidin göstəriciləri aşağıdakılardır:

    1.Müəllim bilik ötürücüsü, şagirdlər işə passiv bilik qəbul edən deyillər.

    2.Müəllim şagirdlərin bilik qazanmaqları üçün dərsə struktur yanaşmadan çıxış edir.

    Burada əsasən bilik strukturlarını qurur. Bu, şagirdlərin əqli fəaliyyətinin inkişafı üçün və onların öz biliklərindən çıxış edərək yeni bilik qazanmaqları üçün bir yol, vasitə olub, dərs prosesində tətbiq edilir.

    3.Şagirdlər qarşılıqlı əlaqəyə girərkən yeni bilik qazanmaq üçün öz

    fikirlərini bir-biri ilə

    bölüşürlər . Onlar bir-birinin fikrinə dəstək verərək düşünmə,

    dərk etmə qabiliyyətinə

    malik olub, qoyulan sualların məğzini açmaq üçün bilik və

    fəaliyyət strukturunda işləyirlər.

    4. Müəllim qiymət verən, «düzdür və ya düz deyil» deyə fikir söyləyən, yaxud da arabir mövqeyindən çıxıb, səbəbi ortalığa qoyan, fikirləri əlaqələndirən, bir biliyi digər biliyə çevirməyə istiqamətləndirəndir. Qiymətləndirmə öyrənilən biliyin təqdim olunmasına yox, onun qazanılmasına, tətbiqinə və yeni bilik mənimsənilməsinə yönəlir.

    5. Müəllim dərs zamanı təkcə bir şagirdi deyil, bütün şagirdləri dinləyir. Bu dinləmə (qapalı komandada müzakirə, dörd şagirdin ümumi bir fikirə gəlməsi və s.) və yaxud hər kəs fərdi olaraq qoyulan məsələyə öz fikrini açıq bildirməsi formasinda dərs zamanı aparılır. Burada bütün şagirdlər passiv dinləyici yox, bilik qazanıb onu tətbiq və müqayisə edən, qiymətləndirən şəxsə çevirilir.

    İnteraktiv təlimlə və yaxud yeni pedaqoji üsulla dərs demək müəllim üçün həm asandır, həm də çətindir. Asanlığı ondan ibarətdir ki, dərs müəllim tərəfindən öncədən layihələşdirilir. Bu layihələşdirmədə müəllim dərsin önəmli fikrini irəli çəkərək onun açılmasına, şagird tərəfindən özününküləşdirərək öz duyumu ilə onu necə calayıb təqdim etməsi yollarına istiqamətləndirir. Cətinlik əsasən şagirdlərin duyumlarını bir yerə cəmləşdirmədən, onu ümumiləşdirmədən irəli gəlir. Bu bəzən də dərsdə elə hallar olur ki şagird fikrinin məcrası müəllimin liyahələşdirdiyi istiqamətlərdən kənar çıxaraq (bu da müəllimin idarəetmənin

    zəyifliyindən irəli gəlir) yeni bir məcra alaraq həll olunmamış problemə yanaşı ortalıqa həllini tapmaq üçün yeni bir problem yaradır. Sözsüz ki, treninqdən keçən hər bir müəllim tədricən gündəlik dərslərində ( ayda bir dəfə yox, həm də ümumiləşdirici dərslərdə) interaktiv texnologiyanın strukturlarını tətbiq edərsə, onda onu özü üçün bir pedaqoji alətə çevirə bilər.

    1.2. Təlim və tərbiyyədə interaktiv texnologiyanın istiqamətləri

    Aktiv və interaktiv təlimin müasir pedaqoqikada bir neçə şaxəli qollara ayrılır. İnteraktiv və aktiv təlim əsasən şagirdlərin qarşılıqlı dərs fəaliyyətinin qurulmasına yönəlibdir. Bu haqda geniş məlumat rus alimi, professor German Selevkonun «Təlim texnologiyalarının ensiklopediyası»nda verilmişdir. Keçən əsrin ortalarında yaranan aktiv təlimin rüşeyimləri şagirdin təlim fəaliyyətindən sonra onların qarşılıqlı fəaliyyətlərindən bəhrələnmiş olur. Belə ki, hələ keçən əsrin 60-cı illərində məhşur Krasnoyarsklı pedaqoq, alim Nikolay Diyaçenko şagirdlərin kollektiv üsul təlimi fəaliyyətini geniş təbliğ və tətbiq edirdi. Keçmiş

    Sovet İttifaqında Vıqotski nəzəriyyəsi əsasında yaradılmış Elkoninin Davıdo v -Repkin inkişafetdirici pedaqoqikasında şagirdlərin fəaliyyətini əsas götürülür, onlarıın yaxın inkişaf sahəsini öyrənilib, bu inkişafı genişləndirmək üçün onlara bilik situasiyası qururdular. Burada aparıcı rol müəllimin üzərinə düşürdü. Müəllim əsasən çətindən asana gedən yola üstünlük verərək şagirdlərdə nəzəri təffəkkürün formalaşmasını əsas götürürdü. Bu isə bir növ rus sərkərdəsi Suvorovun «təlimdə ağır, vuruşda yüngül» kəlamına oxşayır. Göründüyü kimi, inkişaf etdirici təlim birbaşa şagird təffəkküründə nəzəri düşünməni asanlıqla yaratmağa şərait yaradır. Amma dünya inkişaf psixologiyasında təffəkkür və idrakın inkişafı üç mərhələdən fəhmi – (intuitiv), dəqiq və formal keçərək, tam şəkildə insan ömrünün axırına qədər qurulur.

    1.2. Akademik Pirve Erdniyevin (Rusiya) yaratdığı УДЕ «Didaktiv vahidlərin bərkidilməsi» texnaloqiyası yarım əsirdən çox bir müddətdə keçmiş SSRİ-də və hazırda Rusiyanın özündə müəllimlərin diqqətini cəlb etmişdir. Texnalogiyanın əsas mahiyətini aşağıdakı kimi izah etmək olar: birinci dərsdə iki kontrast biliyin öyrənilməsi gedir. Bölmə-vurma, çıxma-üstəgəlmə, mübtəda-xəbər. Bu bir növ Piajenin «qayıdış» strukturuna uyğundur. Hər bir bilik bir-biri ilə birləşəndə deyək ki, 7+5=13 yeni bilik strukturu, yəni toplam alınır onun «qayıdış» forması isə 12-5=7. Yəni bu əməliyyatla gedilən yol geri qayıdır. Bununla da cavabın düzgünlüyü aparılan əməliyyatın düzgünlüyünü bir daha təsdiqlədir. Hələ Sovetlər dövründə ümümtəhsil məktəblərində bu texnalogiyanın tətbiq olunması məsləhət görülürdü və ardıcıl olaraq yüzlərlə müəllim bu texnalogiyadan istifadə edərək, bu gündə işləyirlər.

    3. Spenser Kaqan. Kooperativ təlim. Bu təlim Amerikada xüsusilə çox yayılmış təlimlərdən biridir. Amerikalı alim Spenser Kaqan XX əsrin 60-cı illərində yaraddığı kooperativ təlimi J. Piajenin «idrak əməli və qarşılıqlı fəaliyyətdə sürətli inkişaf edir», elmi fikrinə əsaslanır Kaqanın yüzə qədər yaratdığı fəaliyyət strukturları şagirdlərdə əqli və sosial vərdişləri yaradır(bax. bölmə IV. 8.) Onlarda fəaliyyətçilik, ictimaitçilik, intellektuallıq, akademik

    bilik və bacarıq qazanmaq qabiliyyətini aşılayır. Kaqanın kooperativ təliminin düsturu belədir:

    «məzmun + struktur = fəaliyyət»

    Kaqanını kooperativ təliminə aşağıdakılar daxildir:

    Məzmun – nə öyrəniləcək?

    Struktur – necə öyrəniləcək?

    Fəaliyyət – yeni üsüllü təlim.

    1. Komanda.
    1. İdarəetmə.
    1. Prinsiplər:

    c) bərabər işləyirik, o cümlədən qarşılıqlı hərəkət;

    ç) istək hər bir müəllim daxilən yeniliyi istəməlidir, müəllim və şagirdin, valideynin və cəmiyyətin istəyi olmasa, müsbət dəyişikliklər əldə etmək olmaz;

    d) sosial vərdişlər-şagirdlər strukturlarda fəaliyyət göstərərək sosial vərdiş və bacarıqlara yiyələnirlər. Bu bacarıqları onlar gündəlik həyatda tətbiq edərək problemləri həll etmək, ortaq bir rəyə gəlmək, səbirli olmaq, başqasına dostcasına münasibət bəsləmək, qərarları qəbul etmək, fikri aydınlaşdırmaq və s. kimi vərdişə adət edirlər;

    f) strukturlar Kaqan yaratdığı 100-ə qədər fəaliyyət strukturları mövcuddur. Bunlar şagirdlərin akademik bilik, sosial və intellektual vərdişlərin qazanmalarına, onun qiymətləndirməsinə xidmət edir. Bu cür geniş diapozonda dərs fəaliyyəti şagirdlərdə dərsə məsuliyyətlə yanaşmaq, cavabdalehlik aşılayır, onları dərsə ciddi yanaşmağa sövq edir.

    4.Konstruktivizm, konstruktiv təlim.

    «Fikir – həyat həqiqətləri mənim beynimdən

    çıxıb şagirdlərin beyninə dolmur. Bilik onların

    öz beynində hasil olur. Mən ancaq kömək

    edirəm, istiqamət verirəm. »

    Konstruktivist təlim muasir pedaqoji və psixoloji mühitində ən görkəmli və mühüm təlim texnologiyalardan biridi. Konstruktivizm bir təlim fəlsəfəsi kimi şagirdlərə öz yeni ideyaların, biliklərin yaratmasını təklif edir. (Morin Epşteyn 2002)

    Konstruktivizmin bir çox tərifləri var. Lakin bir çox alimlər, tədqiqatçılar, psixoloqlar, müəllimlər bir fikirdə ortaqdılar.

    «Konstruktivizm – bir təlim fəlsəfəsi kimi öz təcrübəmizə əsaslanaraq biz öz düşüncə, anlam dünyamızı yaradırıq».

    Amerikan konstruktivizmin radikal nümayəndəsi Fon Qlaserfeld (Fon Qlaserfeld) ənənəvi obyektivizm təliminə (bu təlimdə müəllim işinin nəticəsi görünür və təfəkkürün tək bir yolu işlənir ) alternativ olaraq konstruktivizmi təklif edirdi. Konstruktivizm yanaşma ciddi qəbul edilsə, onda demək olar ki, təffəkkürün eyni tipli yolu dəyişilməlidir, çünki konstruktivizm bir təlim nəzəriyyəsi olaraq şagirdlərin özlərinə bilik yaratmasına, qurmasına sövq edir. Hər bir şagird bu prosesdə özü üçün bilik qurur, yaradır və hər kəsin öz fərdi anlamının məğzi olur.

    Konstruktivist təlimin kökü Avestadan, Buddizimdən, Sokrat fəlsəfəsindən, İslamdan başlanaraq əsrləri, qərinələri keçərək bu günkü günə gəlib çatmışdı. Həqiqətəndə insan əsrlər boyü anadan olandan ömrünün sonuna qədər kamilliyə can atır.Dahi Nizami kamilliyi, müdrikliyi təkçə elm adamlarına məxsus bir xasiyyət kimi yox, həmdə sadə, gündəlik zəhməti ilə özünə ruzigar qazanan adamlarda da görmək istəyirdi. Nizami özü mədrəsədə təhsil almışdı, lakin öz əsərlərində o gah filosof, gah münəcim, gah kimyaçı, gah həkim, gah tarixçi, gah da müəllim kimi fikir irəli sürür. Bu ondan irəli gəlir ki, o vaxt ki təlimdə biliklər diskpet (yəni hissə-hissə) qurulmurdu və bir informasiya kimi oturulmurdu. Biliklər tam şəkildə bir – biri ilə əlaqədə olaraq bir məna kimi anlanaraq təffəkkürdə qurulurdu. Eyni fikri XVI əsrdə böyük didakt Jan Amos Komenski öz pedaqoji traktında təkrar etmişdi «Nəyi öyrədirsən, tam . öyrət».

    Konstruktivizm ideyaları üzərində işləyən muasir alim, pedaqoq və psixoloq Çon Düi, Debey (Amerika), Jan Piaje (İsveç), Viqotski (Rusiya) ( hərçənd rus alimləri Viqotskini konstruktivist yox, inkişafetdirici təlimin əsasını qoyan kimi qəbul edirlər ) Çerom Bruner (Amerika), Bruks və Bruks ( Amerika) idilər.

    Yuxarıda göstərilən nəzəriyəçilərin və praktiklərin konstruktivizmə öz nöqteyi nəzərləri olduğu üçün onların prinsipləri əsasən üst – üstə gəlir və eyni zamanda bir birindən fərqlənir.

    1. Təlim fəall prosesdir. Burada şagird sensor materiallardan istifadə edərək ondan məna qurur.
    2. İnsanlar öyrənə bilməyəcəklər ki, onlar neçə öyrənirlər. Öyrənmə mənanın və onun sisteminin qurulması kimi nəzərə götürülür.
    3. Praktiki təcrübə və fiziki hərəkətlər öyrənmə üçün vacibdir, lakin bəs deyil; biz şagirdlərin diqqətini cəlb eləməli və onların fəaliyyətlərini təşkil etməliyik (Çon Dui bunu fəal fəaliyyət adlandırırdı).
    4. Dil təlimə təsir göstərir. Viqotski dil və təlimi bir birinə bağlılığını, ayrılmamazlığını təsdiqləyirdi.
    5. Təlim sosial fəaliyyətdir, biz cəmiyyətlə bağlıyıq. Ənənəvi təlim şagirdlərin təcrid olunmasına istiqamətləndirdiyini Çon Dui qeyd edirdi.
    6. Təlim kontekstlidir (yəni tamdır). Bilik bağlantılarında biz indi öyrənmədiklərimizi bilirik.
    7. Çox şey bilmək lazımdır ki, çox şeyi tanıyasan. Keçmiş təcrübələr olmadan yeni bir şey qurmaq mümkün deyil. Nəqədər çox bilirik, bir o qədər tanıyırıq.
    8. Öyrənmə bir anlıq deyil, ona vaxt lazımdır.
    9. Öyrənmənin əsas komponenti motivasiyadır. Motivasiya – şagirdlərin başa düşdükləri sualdır.

    a. Konstruktivizmin iki əsas istiqamətləri.
    Konstruktivizm psixoloji nəzəriyyəsinin əsasının Jan Piaje və Lev Viqotski qoyublar. Piaje öz konstruktivist nəzəriyyəsində uşağın dərk etmə inkişafına önəm verir, Lev Viqotski isə təlimdə və inkişafda sosial – mədəni amilin təsirini əsaslandırırdı. Tətqiqatçıların konstruktivist təlim nəzəriyyəsinin bu yanaşmalarına böyük marağı onların arasında diskussiyaya səbəb oldu. Bu diskussiyanın nəticəsi ondan ibarət oldu ki, Piaje uşağın təlimdə dərk etmə inkişafını əsas götürüdüsə, Viqotski isə təlimdə sosial – mədəni amilləri əsas görürdü. Bu diskussiyada yaranan «koqnitiv konstruktivistləri» (koqnitiv – dərk etmə) və sosial konstruktivistlər termini psixoloji nəzəriyyə konstruktivizm təliminin iki növü kimi aiddir.
    b.Piajenin koqnitiv (dərk etmə) nəzəriyyəsi.
    Müəllimin bu nəzəriyyədə rolu ondan ibarətdir ki, o şagirdləri öz biliklərini qurmağa zövq etməlidir, ruhlandırmalıdır, qiymətləndirməlidir. Onlara mülahizə etmək üçün maraqlı materiallar verməlidir. Məktəb imkan verməlidir ki, hər bir şagird öz təcrübəsi əsasında öz biliyini qursun.

    Viqotskinin Sosial konstruktivizmi.
    Bu nəzəriyyəni keçmiş Sovet psixoloqu Lev Viqotski yaratmışdı. Viqotski hesab edirdi ki, uşaqlar böyüklərdən öyrənirlər, və ona görə də təlim inkişafdan qabaq ketməlidir. Özünün «Yaxın inkişafı zonası» nəzəriyyəsində Viqotski qeyd etmişdi ki, uşaqlar təlimdə böyüklərlə əməkdaşlıq edərkən böyüklər onları problemləri həll etməyi öyrədərkən onların (uşaqların) təfəkkürü yaxşı inkişaf edir, onların fəaliyyəti daha da effektiv olur. Viqotskinin nəzəriyyəsi əsasında onun ardıcılları – Elkonin Davıdov inkişaf edirici təlimi yaratmışdı və bu təlim Rusiyada və Avropanın bir sıra ölkələrində öz tətbiqini tapır. Qərb araşdırıcıları Viqotskini konstruktivist kimi görürlər, çünki Viqotskinin təbiricən uşaq öz həyatı konsepsiyasını böyüklə birlikdə yaradır.

    Viqotskinin nəzəriyyəsi Piajenin nəzəriyyəsinə çox oxşayır, ona görə ki, bu iki nəzəriyyə elmi əssaslarla uşağın necə öyrəndiyinin əsaslandırırlar. Əgər Piaje öz nəzəriyyəsində dərk etmə inkişafını qarşılıqlı əməkdaşlıqda görürdüsə, Viqotski isə təlimin sosial kontekstlərinə çox diqqət verirdi. Piajenin nəzəriyyəsində müəllimin rolu məhduddur, amma Viqotskinin nəzəriyyəsində müəllim təlim prosessində fəal rol oynayır. Yeri gələndə suallarla kömək edib yardımçı olur. Koqnitiv dərk etmə konstruktivistləri isə mənanın,anlamın, məğzin yaranmasını gözləyirlər, onlar şagirdləri istiqamətləndirərək onlara yardımçı olurlar.

    Bu sətirlərin müəllifi oxuculara təqdim etdiyi konstruktiv təlim şagird – müəllim qarşılıqlı əlaqə münasibətləri əsasında, şagirdlərin anlam yolu üzrə qurulan təlim prosesi zamanı yaradılmışdır.Sonrakı araşdırmalar yaranmış təlim prosessində və bu prosessin təlim meydancası olan «İdrak məktəbi»ndə Piajenin koqnitiv konstruktivizm nəzəriyyəsinin praktik əsası ortalığa çıxarılmışdır.Bu pedaqoji proses illərcə işlənərək, zənginləşərək, Piaje nəzəriyyəsindən qaynaqlanaraq, bir pedaqoji texnologiyaya çevrilərkən onda Viqotskinin sosial – mədəni nəzəriyyəsindən bəzi amillər öz əksini tapmış oldu.

    c. Cerom Brunerin konstruktivist, konstruktivizm təlimi. Amerika alimi Cerom Brunerin yaratdığı bu təlimində qaynaqları J. Piajenin idrakın inkişaf nəzəriyyəsindən götürülüb. Konstruktivist təlimdə şagird əldə etdiyi yeni biliyi keçmişdə qazandığı biliklər əsasında yaradır və inkişaf

    Cerom Brunerin konstruktivist təlimi 4 aspektdə izah olunur:
    1. Öyrənməyə meyilli olmaq;

    2. Bilik elə bir struktur yolla gedir ki, şagirdlər onu asanlıqla

    mənimsəyirlər;

    3. Effektivlik və ardıcıllıq biliyin təqdimatında;

    4. Qiymətləndirmə və cəzalandırmanın xasiyyəti.
    Konstruktivist təlimdə biliyin strukturlaşdırılmasında istifadə edilən metodlar

    biliyi sadələşdirməyə, ondan yeni fikirlər, mülahizələr yaratmağa və informasiyanın genişlənməsinə gətirib çıxardır. Konstruutivist müəllim dərslərində aşağıdakı prinsiplərə əsaslanır:

    1. Dərsin strukturları (müəllimin instruksiyası) istiqaməti çoxlu təcrübə və kontekstlə dolmalıdır ki, o, şagirdlərə bu biliyi almaq üçün həvəs və maraq yaratsın.

    2. Dərsin strukturları (müəllimin instruksiyası) elə strukturlaşdırılmalıdır ki, o şagird tərəfindən çox asanlıqla tutulsun (spiral quruluş).

    3. Dərsin strukturları (müəllimin instruksiyası) elə işlənməlidir ki, orada bu

    informasiyadan kənar çıxılma üçün və ona zidd olanları aralığa gətirmək mümkün olsun.

    Konstruktivist müəllimlər əsas diqqəti, bilik, strukturlarını şagirdlərin inkişaf strukturlarına uyğun götürür. Onlar şagirdlərin fəaliyyətini qrup və yaxud fərdi şəkildə qururlar.

    d. Konstruktiv təlimə muasir nəzər.
    Konstruktivizm bir pedaqoju psixolojı istiqamət kimi XX əsrin ikinci yarısından sonra güclənməyə başlamışdı. «Konstruktivizm bizim dövrümüzün ən önəmli nəzəriyyəsidir». (Con Lokens, Universitet Toronto). Bu pedaqoji texnologiyalarının avanqardıdır və o XXI əsrin axırında öz inkişafını tapacaq. Konstruktivizm şəxsiyyətin fəal və məqsədəuyğun inkişafını vurqulayır bununla da bahəm sistemlərin məqsədə uyğun inkişafını nəzərdə saxlayır.Sistemlər və əsasəndə bilik sistemləri cari biliklərin keyfiyyətli dəyişməsinə, mürəkkəbliyinin artırılması istiqamətindən alınan yeni keyfiyətcə yüksək biliyin alınmasından inkişaf edirlər.

    Biliklər heç vaxt reallığıqın dəqiq təsviri ola bilməz, biliyin hər bir real təqdimatı onu daha da yüksək səviyyədə izahatını tələb edir. (Piaje, İnelder).Burada hər bir fərd öz biliyini ətraf mühitə uyğunlaşdırmaq bacarığını aşkarlayır.

    Amerikanın bir çox məktəb və kolleclərində şagirdlərin təlimi konstruktiv nəzəriyyələr əsasında qurulur. Belə ki, Çikaqo elmlər akademiyasının nəzdindəki kollec və məktəblərin dərslikləri və tədris planları konstruktiv təlim nəzəriyyəsi əsasında qurulmuşdur. Akademiyanın müəllimləri hesab edirlər ki, təlim şagirdlərin ətraf mühit haqqında biliklərindən asılıdır. Akademiyanın «Ka os klubu» – konstruktivist nəzəriyyəsinin sinifdə necə istifadə etmək üçün təlimat təqdim edir. Bu təlimat şagirdlərin öz elmi konsepsiyalarını yaratmaq üçün praktik bazanı özündə ehtiva edir.

    Frendeks Landinq «konstruktivizm» internet saytında müəllimlər üçün belə məsləhətlər verilir:

    – Konstruktivizmin tədris proqramı standart proqramdan imtina etməyi çağırır. Konstruktivistlərin proqramı elə qurulub ki, o keçmiş biliklərin istifadəsinə yardımçı olur.

    – Təlimat konstruktivist nəzəriyyəsinə əsasən müəllimlər öz diqqətlərini faktlar əsasındakı əlaqəyə cəmləşdirməli və şagirdlərin yeni anlamını möhkəmləndirməlidirlər. Onlar şagirdlərin fikirlərini təhlil etməlidirlər, onu açmalıdırlar, şagirdlər arasında konstruktivist dialoq yaratmalıdırlar, onları ruhlandırmalı və qiymətləndirməlidirlər.

    – Qiymətləndirmə – qiymətləndirmə təlim prosesinin bir hissəsi olur. Şagirdlər özləri öz irəliyişlərini qiymətləndirirlər. Konstruktivist müəllim onların anlam səviyyəsini və əqli modellərini qiymətləndirir. Şagirdlərin səhvi konstruktivist müəllimə çox vacibdir, çünki səhvlir müəllimə şagirdlərin indiki anlamına diqqət yetirmək, daxil olmaqa imkan yaradır.

    Amerikanın «Sed letter» jurnalında çap olunan «Konstruktivizmin praktikası» məqalədə qeyd olunur ki, konstruktivist müəllim «səhnədə müdrük rolunu» oynamır, o ən yaxşı halda şagirdlərin öz anlamlarının indiki anlamla qiymət vermək üçün istiqamət yaradandır. Həmən məqalədə göstərilir ki, əgər konstruktivist təlim köhnə bilik əsasında qurulursa onda müəllim şagirdlərin anlamı və yeni biliklər arasında ziddiyət yaratmalıdır.

    Üçüncüsü əgər şagirdlər bu günkü anlamalarını tətbiq edirlərsə, onda müəllim onu ön plana çəkməli və şagirdlərə vacib olan problemlərin həllinə daxil etməlidir. Müəllimlər şagirdlər arasında qarşılıqlı əlaqəni stimulaşdırmalıdırlar, çünki bu əlaqələr şagirdlərin öz fikirlərini düzləndirir və başqalarınınkı ilə müqayişə etməyə imkan yaradır.

    Amerikalı iki müəllim Corc B. Qaqnon və Mişel Collu(George W.Gaqon, and Mishelle Collay) birlikdə «Konstruktiv təlimin proyekti» məqaləsində konstruktiv dərsi planlaşdırma yanaşması ilə yox, proyektləşdirmə yanaşmasından izah etməyə çalışmışdılar. Onlar öz yanaşmalarını izah edərək qeyd etmişdilər ki, əgər müəllim təlim prosesin mərkəzindədirsə o onda nə edəcəyini planlaşdırır, amma əgər müəllim şagirdlərin fəalliyətini proyektləşdirirsə onda o şagirdlərin nə edəcəyi məsələsi üzrə fikrini cəmləşdirir. Koqnitiv nəzəriyyəyə əsaslanaraq onlar konstruktiv dərsin altı elementin işləmişlər. Bunlar situasiya, qruplaşma, körpü, suallar, əlavə və əks etmədir. Müəllimlər şagirdlər üçün situasiyanı izah etmək üçün situasiyanı inkişaf edirlər, materialları qruplaşdırırlar, şagirdlərin bildikləri və bilmək istədiklərinin arasında əlaqə qururlar, sual gözləyirlər və onlara cavab verməyib, şərait yaradırlar ki, onlar suallara özləri izahat versinlər. Başqa bir araşdırıcı alim Teodor Sizerin (Amerika) sözünə görə şagirdləri fəal bilik qazanmaq fəalliyətinə gətirərək, hər bir tədris planı konstruktivizmə uyğunlaşa bilər.

    80 – ci illərin sonunda keçmiş Sovetlər ittifaqında gedən yenidən qurma prosesində məktəbin modernləşdirilməsi aktual bir məsələyə çevrilmişdir. O vaxtlar pedaqoji məkan bir ideya arenasına çevrilərək araşdırmalar, yeniliklər yuxarıdakıların göstərişi ilə yox, aşağıdakıların duyumları ilə, düşüncələri ilə, anlamları ilə aparılırdı. Çoxları başa düşürdü ki, bilik ötürmək nəyi isə yadda saxlayıb bilik almaq, hələ bilik qazanmaq deyil.Konstruktiv təlim haqqında Rusiyada ilk dəfə olaraq Kemerevo universitetitin müəllimi Natalya Şatalova öz monoqrafiyasında yazıb. Müəllif qərb alimlərinə və araşdırıcılarına istinadən Viqotskini konstruktivist adlandırdığı üçün tənqid atəşinə məruz qalmışdı. Lakin Maxmutovun, Cosanovun və başqalarının təklif elədikləri problemli təlim düşüncəli, anlamlı təlim kimi xarakterizə olursada, onları konstruktivist müəllim və texnoloq kimi görmürlər.
    Keçmiş SSRİ nin bir hissəsi olan Azərbaycanda 90-cı illərin əvvəlində təlimin məntiqi yolu ənənəvi təlimə bir alternativ təlim üsulu kimi təqdim olunmuşdur. (Бунятова Ф. Дж. «Логический способ обучения.. Альтернативное образование» Баку 1990 г. из-во Маариф ) Sonralar bu təlim sosiallaşaraq «Təlim və tərbiyyədə pedaqoji texnologiyalar» Bakı 2000 öz əksini tapmışdır. 2001– ci ildən «Konstruktiv təlim» haqqında sil-silə yazılar «Azərbaycan müəllimi» qazetində çap olunaraq onun mahiyəti, prinsipləri digər konstruktivist yanaşmalardan fərqi və oxşarlığı göstərilmişdir. Sözsüz ki, bunlar hamısı konstruktivizm haqqında deyilən fikirlərin, irəli sürülən baxışların hələ başlanğıcı sayıla bilər, çünki biz hələ anlam qapısının ağzında olaraq onu açmaq istəyindəyik.
    e. Azərbaycan psixopedaqoqikasında konstruktiv

    öyrənmə konsepsiyaları.

    Muasir Azərbaycan pedaqoji psixologiyasının görkəmli nümayəndəsi olan professor Əbdül Əlizadə “İdrak prosessləri və hisslər” Bakı 2006. kitabında Azərbaycan alim və pedaqoqların təhsil konsepsiyasınin əsaslarında şagird təffəkkürün inkişafını görürdü.”Akademik A. Mirzəcanzadə yaratdığl texniki humanitar liseyində “Yeni metodla tədris etdiyi qeyri adi kurs “Fiziki-kimyavi-riyazi tənqidi təffəkkür dərsləri” yəqin ki, ömürləri boyu şagirdlərin yadından çıxmayacaq. Çünki akademikın fikrincə şagirdlərə bilikləri öyrətməkdən çox, onlara bilik toplamaq yollarını, prosesini aydınlaşdırmaq lazımdır. Bu yönümlü tədris prosesində şagirdlərdə biliklə yanaşı, nəzəri və tənqidi təffəkkür formalaşır”.

    Kimya elmləri doktoru, professor Mustafa Salahov “Təhsildə dinamik fəza təffəkkürü konsepsiyasında təbiətşünaslığın və ən əsası kimyanın tədris prosesində şagirdlərin təffəkkürünü hansı yollarla inkişaf etdirmək problemini qoyur.Professorun fikrincə bu yönümdə təffəkkürün inkişafı dünyanın vəhdəti baxımından öyrənilməsi məqsədəuyğundur.

    Əbdül Əlizadə Azərbaycan psixopedaqoji salnaməsində “İdrak məktəbi”nin axtarışları və uğurlarına böyük diqqət yetirir.

    “Məktəb müəllimi ürəkli və cəsarətli addım atmış və XX yüzilliyi görkəmli psixoloqu J. Piajenin genetik psixologiyasını məktəb təcrübəsində tətbiq etməyə başlamışdı və özünün yaratdığı “İdrak məktəbi”ndə Piajenin genetik psixologiyasının uğurları axarında şagirdlərin ağlını inkişaf etdirdi.

    F. Büynatova genetik epistemologiyanın başlıca postulatlarına əsaslanaraq uşaqlarda təffəkkürün inkişafını məntiqi ölcülərlə araşdırırdı. Bünyatova J. Piajenin məntiq sahəsindəki axtarışlarında Azərbaycan psixopedaqoqikası üçün önəmli olan bir sahəyə dünya şöhrətli alim, professor Ə. Lütfü-Zadənin qeyri səlist məntiqinə gəlib çıxdı. Bu öz özlüyünə çox dəyərli tapıntıdır və onun açıqlaması çox çeşidli sualların əmələ gəlməsini şərtləndirir: Görəsən Y. Piajenin məntiqi ilə Ə. Lütfü-Zadənin məntiqi psixopedaqoqikada yeni bir istiqamətin formalaşdırılmasında həllediçi rol oynaya bilərmi?” Professor Əlizadə dünya psixopedaqoqikasına bu görümləri ilə yeni fikir, yeni ideyalar gətirmiş oldu. Bu o deməkdi ki,Lütfü-Zadənin əsasını goyduqu yüksək texnologiyalar- nanotexnologiyalar pedagoji proseslərin modelləşdirilməsində istifadə oluna bilər . Bu gün yaxın qonşumuz olan Rus psixoloqları qarşısında nanotexnologiyaları məsələsi qoyulsada, bu istiqamətdə hələ bir iş görülməyib.

    Hörmətli professorun sualın birinə cavab olaraq onu demək istəyirəm ki, Piajenin təbii idrak konsepsiyası və Lütfü-Zadənin süni idrak konsepsiyasının əsasında fənn biliklərinin yeni nanostrukturda modelləşdirilməsi üçün dünya psixopedaqoqikasında ilk olaraq hələ bir neçə il bundan öncə nanopsixopedaqoji texnologiya yaradılmışdır. Bu texnologiya əsasında yeni nanostruktur quruluşunda modelləşdirilən fənn bilikləri nizamlanaraq bir tamlığa çevrilir. Bu biliyin yeni modeli interaktiv metodlarla tədris olunanda onda fənn biliklərinin öyrənilməsinə ayrılan vaxrt 20-30 % azalmış olur. Bu da XX əsrin sonunda Amerika alimi Seymur Peypertin “Biz elə bir təlim metodları yaratmalıyıq ki, o təlim müddətini 2-3 il azaltsın” çağırışına bir növ cavab ola bilər.

    1.3. Texnologiyalara verilən pedaqoji tələblər.
    Amerikada Gordon Drayden, Dr. Jeannette Votsun nəşr etdikləri «The leaning Revolution», «Təlimdə inqilab» kitabında təlim yollarının dəyişməsi məsələlərini göstərilir. Onlar Amerika və Qərb pedaqoji metodlarını araşdırarkən belə bir nəticəyə gəliblər:

    təlim o zaman effektli olar ki, hər bir fərd onu tətbiq edərkən özünə xeyir gətirəcək, təlim özü dərk etməyə, özü öyrənməyə, özü qiymətləndirməyə, özü tətbiq etməyə yönələcəkdir. Bu nöqteyi nəzərdən onlar təlimin «İnqilabi modeli»ni hazırlamışlar və bu modeldə onlar dünya praktikasında özünüinkişafa, özünüdərk etməyə, özü-özünü təlim etməyə aid olan pedaqoji texnalogiya və metodları sistemləşdirərək, onun effektliyini, məqsədə uyğunluğunu, təyinliyini, konseptuallığını və başqa xüsusiyyətlərini göstərmişlər.

    Pedaqoji texnaloqiya və metodların çoxluğu bəzən müəllimləri çaşdırır və onlar öz fəaliyyətlərinə və məqsədlərinə uyğun texnalogiya seçərkən Rusiya alimi və tədqiqatçısı German Selevkonun gəldiyi qənaətə fikir versələr pis olmaz. Onun fikrincə, hər bir pedoqoji texnologiya sistemliyi və ardıcıllığı özündə ehtiva edir və o bir neçə əsaslı metadoloji tələblərə cavab verməlidir. Mövcud elmi ədəbiyyatın təhlili göstərir ki, həmin tələblər aşağıdakılardır:
    1.Konseptuallıq.

    Hər bir pedaqoji texnoloqiya elmə əsaslanır. Bu əsaslanma özünə elmi, pedaqoji,

    psixoloji, didaktik, sosial, pedaqoji prossesləri əsas götürür ki, bu da tərbiyyəvi

    məqsədlərə nail olmaq üçün vacib amillərdən biridir.

    Pedaqoji texnoloqiya sistemliyi bütün əlamətlərini özündə cəmləşdirməkdədir.

    Bunu prossesin məntiqliyi ilə, xüsusilə, onun məntiqi hissələrinin qarşılıqlı əlaqəsi və tamlığı ilə izah etmək olar.

    3. İdarəetmə.

    Təlim prossesi layihələşdirmə, planlaşdırma, şagirdlərin qarşılıqlı fəaliyyətlərinin

    idarə olunması mərhələlərini əhatə edir. Bu zaman diaqnostika apararaq səhvlərin

    düzəldilməsi, ayrı-ayrı vasitələrdən istifadə və təhsil prosesini idarə etmək imkanları yaranır.

    Müasir pedaqoji texnologiyalar çox mürəkkəb bir şəraitdə yaranır. Təlimin

    effektivliyində onun başqa texnologiyalardan fərqi aşkarlanmalıdır ki, bu da öz

    növbəsində təyin olunmuş bilik standartının yiyələnməsinə təminat versin.

    Bu texnologiyanı eyni tipli məktəblərdə və ya qeyri standart məktəblərdə başqa

    subyektlər tərəfindən təkrar aparmaq və ondan istifadə etmək imkanının olmasıdır. Bu tələblər eyni təlim texnologiyaların tətbiqi zamanı şərait, pedaqoji – psixoloji mühit və sinfin səviyyəsindən asılı olaraq müxtəlif tələbləri nəzərə almaq və bunları düzgün tətbiq etmək zərurəti ortaya çıxır. Odur ki, müəllimlər tədris prosesində bu və ya digər məsələlərə diqqət yetirməlidirlər.

    Dostları ilə paylaş:

    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
    rəhbərliyinə müraciət

    Idrak məktəbi fatma xanım bunyatova

    CİNAYƏT İŞİ Qısa arayış. 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov, ondan şikayət etməyə gələn həyat yoldaşı Xanım Məmmədovaya inzibati binada, azyaşlı uşaqlarının gözləri qarşısında tabel silahından ardıcıl 15 dəfə atəş açaraq, onu öldürüb.

    Hadisə yerinə baxış zamanı döşəmə üzərindən 15 ədəd giliz, 12 ədəd güllə, masada atəş nəticəsində zədələnən bir ədəd noutbuk, Xanım Məmmədovaya məxsus əl çantası, qan ləkələrindən nümunələr və müşahidə kameralarının görüntüləri maddi subut kimi götürülüb.

    Görüntülərə baxış keçirilərkən müəyyən edilib ki, İsmayıl Məmmədov sentyabrın 30-u saat 8:28-də şöbənin inzibati binasına gəlib. 8:48-də təhqiqatçı Füzuli Qurbanovun xidməti otağına daxil olaraq, arvadı Xanım Məmmədovaya odlu silahdan atəşlər açıb. Saat 8:49-da Füzuli Qurbanov tərəfindən əlində tapança ilə dəhlizə çıxarılaraq, tərk-silah olunub.

    Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İsmayıl Məmmədov 1988-ci ildə Xocalı şəhərində anadan olub. İsmayıl Məmmədov Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

    İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u saat 13 radələrində İsmayıl Məmmədov həyat yoldaşı Xanım Məmmədova ilə telefonla danışarkən, evdən çıxarkən geyindiyi paltarlara diqqət yetirməsini bildirərək, onunla mübahisə edib. Nahar fasiləsində yaşadığı mənzilə gələn İsmayıl Məmmədov qısqanclıq zəmnində arvadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Həmin gün saat 19:25-də Xanım Məmmədova bibisi Gülxanım Yolçuyevaya məxsus mobil telefon nömrəsindən DİN 102 xidmətinə zəng edib, əri tərəfindən fiziki şiddətə məruz qalması haqda məlumat verib. Ayın 30-da İsmayıl Məmmədov Qara Qarayev prospektində xidmətdə olarkən, Nizami RPİ 24-cü PŞ Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Füzuli Qurbanov bir gün əvvəl daxil olan şikayətlə bağlı izahatının alınması və təhqiqat materialının toplanması məqsədilə qadını şöbəyə dəvət edib. Xanım Məmmədovanın azyaşlı övladları və bibisi ilə birlikdə şöbəyə dəvət olunduğunu öyrənən İsmayıl Məmmədov saat 8:40-da inzibatı binanın 1-ci mərtəbəsində yerləşən növbətçi hissənin qarşısından keçməklə, təhqiqatçının xidməti otağına yaxınlaşıb. Füzuli Qurbanov polis əməkdaşı olduğu üçün araşdırmanın aidiyyatı üzrə prokurorluqda davam etdiriləcəyini bildirərkən o, yalnız uşaqlarını görüb gedəcəyini deyərək, otağa daxil olub. İcazəsi olmadan polisə gəlməsindən hiddətlənən İsmayıl Məmmədov arvadını cəzalandırmaq qərarına gəlib. Ona təhkim edilmiş “Zəfər” markalı tabel silahını çıxardaraq, atəşə hazır vəziyyətə gətirib. Özündən solda, divanda əyləşən uşaqları və Gülxanım Yolçuyevanın, sağda masa arxasında olan Füzuli Qurbanovun gözləri qarşısında, nişan alıb, 15 dəfə atəş açaraq Xanım Məmmədovanı öldürüb. Hadisə baş verən bölmə

    İş üzrə dindirilmiş İsmayıl Məmmədov bildirib ki, Xanım Məmmədova ilə 2012-ci ildə Bakı Dövlət Universitetində tanış olub. 2014-cü ildə evləniblər, nikahdan 2015 və 2017-cidə iki övladları dünyaya gəlib: “Arvadım heç yerdə işləməyib. Hər bir ailədə olduğu kimi ara-sıra ailədaxili məsələlərlə bağlı mübahisələrimiz olub. Oğlumun Nizami rayonunda təhsil aldığı 220 saylı məktəb xidməti ərazim olduğundan, demək olar ki, hamı məni tanıyırdı. Övladımın sinif yoldaşlarının valideynləri tərəfindən yaradılmış “WhatsApp” qrupuna qoşulmağı yoldaşıma qadağan etmişdim. Həmin qrupa öz mobil nömrəmi daxil edib, valideynlərin qarşılıqlı danışıqlarını izləyirdim. Axşam işdən evə gələndə qrupda olan danışıqlar barədə arvadıma məlumat verirdim. Hadisədən bir həftə əvvəl, evə qayıdanda söhbət zamanı Xanım, məktəbə gedəndə idman dəstini geyindiyini dedi. Bunu eşidib bir daha həmin dəsti məktəbə geyinməməsini tapşırdım. Sentyabrın 29-da gönorta arvadım zəng edərək, uşağı məktəbdən götürüb evə gəlməsi barədə məlumat verdi. Əyninə hansı paltarları geyinməsini soruşduqda Xanım yenə idman dəstini geyindiyini bildirdi. Bununla bağlı ciddi tapşırıq verdiyimi deyib arvadıma iradımı bildirdim. Bundan bir neçə dəqiqə sonra “Whatsapp”dakı qrupda hansısa valideynin yoldaşıma yazdığı sözdən əsəbləşərək, arvadıma zəng etdim və ona “mən bilmirəm, sən məktəbə valideynlərlə rəfiqəlik etməyə gedirsən, yoxsa uşağını məktəbə aparıb-gətirirsən?” bildirdim. Xanım da əsəbi halda mənə “belədirsə “WhatsApp” qrupunu sil” deyə cavab verdi. Telefon danışığı zamanı yaranmış incikliyi qaydasına qoymaq və Xanımla barışmaq məqsədilə evə gəldim. Lakin evdə aramızdakı söhbət aqressiv şəkildə davam etdi. Arvadım mənə qrupda nömrə istəyən valideyni tanımadığını bildirəndə, üzünə şillə vurdum. Yoldaşım qışqırıb, artıq hər şeydən bezdiyini deyəndə, ona yumruq və təpiklə zərbələr endirməyə başladım. Daha sonra isə yoldaşımın bibisi Gülərə zəng edə bilməməsi üçün mobil telefonunu əlindən alaraq, nömrəsini çıxarıb sındırdım”. İsmayılın polis vəsiqəsi Arvadını döyən zaman azyaşlı uşaqları digər otaqda olublar. Bundan sonra mənzildən çıxıb və işə qayıdıb. Saat yarımdan sonra, əvvəlki kimi Xanımın uşaqları götürüb, bibisigilə gedəcəyini düşündüyündən, yenidən evə gəlib: “Qapının açıq olduğunu, arvadımla övladlarımın evdə olmadıqlarını gördüm. Yaranmış narazılığı qaydasına qoymaqdan ötrü qayınatama zəng edərək, arvadımla mübahisə etdiyimi və onun uşaqları götürüb evdən getdiyini dedim. Qayınatam hazırda Şəki rayonunda olduğunu və qızının harda olmasını bilmədiyini söylədi. Saat 19 radələrində qayınanamla danışanda, o, qızının mənim barəmdə 102 xidmətinə şikayət etdiyini bildirdi. Qayınanamın dediklərinə inanmadım, məni qorxutmaq məqsədilə bu sözləri söylədiyini düşündüm. Xanımın bibisigildə olmasını bilsəm də, Gülərin evinə getmədim. Sentyabrın 30-u hər gün olduğu kimi səhər saat 6:15-də evdən çıxdım. Əvvəl Nizami RPİ-nə gələrək, xidmətə çıxmağıma dair jurnalda qeydiyyat apardım, sonra isə növbətçi hissədən silahımı, içərisində 15 ədəd patron olan 2 ədəd darağı təhvil aldım. Sıra baxışında iştirak etdikdən sonra, saat 7:00-də iş yoldaşım Emin Qurbanovla patrul avtomobili ilə ərazidə xidmətə başladım. Xidmətdə olarkən saat 8:30-da 24-cü şöbənin təhqiqatçısı Füzuli Qurbanov zəng edərək, məni şöbəyə dəvət etdi. Səbəbini soruşanda Füzuli mənə heç nə demədi. Qayınanamın bir gün əvvəl Xanımın 102 xidmətinə zəng etməsindən başa düşdüm ki, arvadım artıq barəmdə ərizə yazıb. Ailəmdə baş vermiş məsələ ilə bağlı iş yoldaşım Emin Qurbanova heç nə demədən, yalandan guya 24-cü şöbədə işim olduğunu bildirib məni ora aparmasını xahiş etdim. Xanım Məmmədova Binaya daxil olan kimi təhqiqatçı məni növbətçi hissənin qarşısında qarşıladı və irad olaraq, arvadımı döyməyin mənə yaraşmadığını bildirdi. Şöbə rəisi tərəfindən qəbul olunacağını bildirdi. 2009-cu ildən Nizami rayonunda işlədiyimdən, şəxsi heyət tərəfindən tanındığımdan, arvadımın barəmdə şikayət etməsini, eləcə də şöbədə izahat verməyini özümə utancverici bir hal kimi qəbul etdim. Füzuli Qurbanovla birlikdə qəbulda olanda, şöbə rəisi Seymur Qarayev də mənə iradını bildirdi. Bu hərəkətimə görə rəisdən üzr istədim. Füzuli Qurbanovun yanında arvadımdan üzr istəyərək, barışıq əldə edəcəyimi və məsələnin böyüməyəcəyini düşündüm. Lakin Xanım Məmmədova şöbə rəisinin xidməti otağına daxil olan kimi, rəis mənə bayırda gözləməsini tapşırdı. 3-4 dəqiqədən sonra arvadım təhqiqatçı ilə birlikdə rəisin otağından çıxdı. Arvadımdan məni dinləməsini xahiş edəndə, Xanım mənə “artıq gecdir, get işinlə məşğul ol”, deyə cavab verdi və Füzuli Qurbanovun xidməti otağına girdi. Təxminən bir dəqiqə dəhlizdə dayandım. Yoldaşımın mənə qarşı aqressiv olmasına və bir daha uşaqlarla evə qayıtmayacağına tam əmin oldum. Övladlarımla görüşmək və arvadımdan üzr istəmək məqsədilə təhqiqatçının otağına daxil oldum. Füzuli Qurbanovun vərəqdə nəsə yazdığını, qarşısında ondan sol tərəfdə Xanımın, bibisi Gülərin və sağ tərəfdə, kresloda övladlarımın oturduqlarını gördüm. “Niyə belə etdiyini?” soruşanda, arvadım heç nə eləmədiyini dedi. Əsəbiləşərək, sağ əlimlə kaburadan tapançanı çıxarıb ardıcıl atəşlər açmağa başladım. Atəşlərdən sonra Xanım yarı əyilmiş, başı masanın üzərində, hərəkətsiz vəziyyətdə qaldı. Ani olaraq Füzuli Qurbanov əlimdən silahı alıb məni dəhlizə çıxardı. Törətdiyim əməldən peşmanam”. Hadisə baş verən otaq

    Zərərçəkmiş şəxsin hüquqi varisi Asif Əliyev ifadəsində göstərib ki, İsmayıl Xanımla ailə qurduqdan 1-2 il sonra, əsaslı səbəb olmadan onu döyməyə başlayıb: “Xanımın sözlərindən mənə məlum olub ki, əri Xanımın telefon zənginə gec cavab verməsinə, günorta saatlarında eyvanda paltar asması kimi cüzi səbəbləri bəhanə gətirərək, mübahisə edirmiş. Hətta bir neçə dəfə yoldaşını polis dəyənəyi ilə də döyüb. Dəfələrlə valideynləri ilə birlikdə görüşüb, İsmayıla arvadını əsassız yerə döyməsi ilə bağlı iradlarını bildirdikdə, o, başını aşağı salıb, cavab verməyib. Xanıma belə hallar təkrarlandığı halda polisə məlumat verməsini məsləhət görsək də, bacım ailəsinin dağılacağından qorxurdu. Məhz bu səbəbdən heç vaxt İsmayılın bu əməlləri ilə bağlı polisə müraciət etmədik. İsmayıl Xanımın evdən bayıra çıxmasına da məhdudiyyətlər qoyub. Ailədə narazılıqlar əsasən oğlu məktəbə gedəndən sonra başlayıb. Son vaxtlar telefon işlətməyə belə qoymayıb.
    Sentyabrın 30-u saat 9 radələrində Qax rayonunda olanda, bibim Gülər Yolçuyeva mənə zəng edərək Xanım və uşaqları ilə birlikdə 102 xidmətinə verilmiş məlumat əsasında 24-cü polis şöbəsinə getdiyini, təhqiqatçının xidməti otağında olarkən İsmayılın arvadını vurduğunu xəbər verdi. Sonra telefon əlaqəsi kəsildi. Bibim polis əməkdaşı bacımın ağır yaralandığını və dərhal özümü çatdırmağımı bildirdi. Dərhal Bakıya gəlmək üçün yola çıxdım. Artıq yolda olarkən İsmayılın odlu silahdan atəşlər açaraq Xanımı öldürməsini öyrəndim. Bacımın meyitini Patoloji Anotomiya şöbəsindən təhvil alaraq, kəndə qayıtdım. Təqsirləndirilən şəxsin ailəsi və yaxın qohumları dəfndə iştirak etmədilər”. Qətl törədilən silah Asif Əliyev əlavə edib ki, sentyabrın 29-da Xanımın əri tərəfindən döyülməsi ilə bağlı bibisiqızına göndərdiyi səsli ismarıcını, həmçinin bədənindəki xəsarətlərin fotoşəkillərini könüllü istintaqa təqdim edib. İsmayıl çox qısqanc olub, 10 dəqiqədən bir zəng edib Xanımdam harda olduğunu və nə geyindiyini soruşub. Bacısının övladları hazırda rayonda, valideynlərinin himayəsindədirlər.

    Şahid qismində dindirilmiş 24-cü polis şöbəsinin təhqiqatçısı Füzuli Qurbanov ifadəsində göstərib ki, Xanım Məmmədovanın sentyabrın 29-da yaşadığı Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 70, mənzil 56- da əri İsmayıl Məmmədov tərəfindən döyülməsi faktı ilə bağlı, saat 19:25-də 102 xidmətinə verdiyi məlumat, eləcə də həmin məlumat əsasında Nizami RPİ 24-cü PŞ-də toplanmış material cinayət işinə əlavə edilib: “Daxil olmuş məlumatın doğruluğunun yoxlanılması məqsədilə mən, sahə inspektoru və əməliyyat müvəkkili ilə birlikdə həmin ünvana yollandıq. Xanım Məmmədova yaşadığı mənzildə olmadığından baş vermiş hadisə ilə bağlı izahatının alınması mümkün olmadı. Buna dair akt tərtib etdim. Xanım Məmmədova ilə telefonla əlaqə saxladıqda, o, Biləcəri qəsəbəsində bibisigildə olduğunu və səhər saat 8 radələrində şöbəyə, yanıma gələcəyini bildirdi. Ayın 30-da növbətçi hissədən mənə qadının gəlməsi barədə məlumat verildi. Xanım Məmmədova azyaşlı övladları və bibisi ilə birlikdə gəlmişdi. Qadın əvvəl şifahi qaydada başına gələnləri mənə danışaraq, mütəmadi səbəbsiz qısqanclıq zəmnində əri tərəfindən döyüldüyünü bildirdi. Bundan sonra, ekspert müayinəsindən keçməsindən ötrü qadına qərar təqdim etdim. İsmayılın saxlanılması Sonra İsmayıl Məmmədovun nömrəsinə zəng edərək, izahatının alınmasından ötrü onu şöbəyə çağırdım. Xanım Məmmədova yoldaşının polis əməkdaşı olması, eləcədə Nizami RPİ-də xidmət aparması ilə bağlı mənə məlumat vermədi. İsmayılın polis əməkdaşı olmasını bilən kimi, materialın aidiyyəti üzrə göndərilməsi məsələsinin həlli ilə bağlı daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə etdim. İsmayıl Məmmədov gələndən sonra şöbənin rəisi Seymur Qarayev onu qəbul edərək, arvadını döyməsi ilə bağlı ona iradını bildirdi. Sonra rəis Xanım Məmmədovanı dinlədi və qadına ərinin qanun qarşısında cavab verəcəyini dedi. Sonra mənə materialın, aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməsini tapşırıb. Rəisin otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq, barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etdi. Lakin qadın artıq hər şeyin gec olduğunu dedi. Bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırdım. Otağa daxil olandan bir neçə saniyə sonra İsmayıl içəri girib uşaqları ilə görüşmək istədiyini söylədi. Atəş səslərini eşidib başımı qaldırdım və İsmayılın sağ əlində saxladığı tapançadan arvadına atəşlər açdığını gördüm. Dərhal oturduğum masanın arxasından çıxıb sağ əlimlə İsmayılın biləyindən, sol əlimlə isə boynundan tutdum. Geri çəkib onu otaqdan dəhlizə çıxardım. İsmayılın sağ biləyindən tutub silahın istiqamətini dəyişən zaman o, hələ də atəşlər açmaqda davam edirdi. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə İsmayıl Məmmədov növbətçi hissədə saxlanıldı və baş vermiş hadisə ilə bağlı rayon prokurorluğuna məlumat verildi. Otağa qayıdıb hərəkətsiz vəziyyətdə döşəmədə, üzüüstdə uzanmış Xanım Məmmədovanı çevirdim və ağzından qan gəldiyini gördüm. Şöbə əməkdaşlarının köməkliyi ilə qadını xidməti avtomobillərin biri ilə xəstəxanaya göndərdik. Sonra mənə məlumat verdilər ki, qadın yolda dünyasını dəyişib”. Xanım Məmmədovanın meyiti

    Məhkəmə iclasında İsmayıl Məmmədov özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmadığını, ona ən ağır cəza verilməsini xahiş edib.

    Məhkəmə nəticəyə gəlib ki, İsmayıl Məmmədovun əməlləri Cinayət Məcəlləsinin 120.2.3-cü (ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi qəsdən öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə düzgün tövsif edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

    • 19 yaşlı gəlin itkin düşdü
    • Azərbaycanda 56 yaşlı kişi özünü asdı
    • Rüfət Səfərova “kəllə atan” saxlanıldı

Comments are closed, but trackbacks and pingbacks are open.