Press "Enter" to skip to content

İlham Əliyev və Azərbaycanın xarici siyasəti

Azərbaycan prezidentinin xarici siyasəti yalnız uğurlu irimiqyaslı iqtisadi layihələr və Ermənistan üzərində diplomatik qələbələrlə kifayətlənmir.

Prezident İlham Əliyevin qələbə və inkişafa hədəflənmiş xarici siyasəti – TƏHLİL

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqəndirilmiş, Azərbaycanın həyata keçirdiyi xarici siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulub.

Azərbaycanın son 10 ildə keçdiyi inşikaf yolu, seçilən düzgün kurs dövlətin bu gün müstəqil siyasət yürütməsinin təməlində duran səbəblərdən birincisidir.

Hələ 2013-cü ildə keçirilmiş Prezident seçkilərində İlham Əliyev seçicilərin 84,54% səsini qazanması xalqın öz liderinə etdimadının göstəricisi oldu. Növbəti Prezident seçkilərində də 2018-ci ildə 86,02% səslə qazanılan bariz qələbə bu etimadı bir daha təsdiqlədi.

Son illik Azərbaycan tarixinə nəzər salsaq, siyasi və diplomatik uğurların nə dərəcə əhəmiyyətli olduğunu görmək mümkündür. Vətən müharibəsində qazanılan qələbəyə qədər görülməli olan işlər bir-bir Prezident İlham Əliyev tərəfindən ən xırda detallarına qədər peşəkarlıqla həyata keçirildi.

2010-2020-ci illər ərzində Azərbaycan 20-dən çox beynəlxalq təşkilata üzv oldu:

  • 2011-ci ildə Qoşulmama Hərəkatına üzvlük
  • 2012-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzvlük
  • 2012-ci ildə Azərbaycan Nüvə Terrorçuluğu ilə mübarizə üzrə Qlobal Təşəbbüsə qoşulmuşdur.
  • 2012-ci ildə BMT-nin Kosmik Fəzadan Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv
  • 2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlük və 2012-ci ilin may ayında BMT TŞ-yə sədrlik
  • 2012-2015-ci illərdə ÜST İcraiyyə Şurasına üzvlük
  • 2014-2017 və 2018-2021-ci illərdə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvlük
  • 2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu
  • 2015-2018-ci illərdə Beynəlxalq Telekommunikasiya Şurasına üzvlük
  • 2015-2019-cu illərdə UNESCO-nun Beynəlxalq İrs Komitəsinə üzvlük
  • 2017-2019-cu illərdə BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzvlük
  • 2017-2019-cu illərdə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasına üzvlük
  • 2017-2020-ci illərdə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzvlük
  • 2017-2020-ci illərdə Ümumdünya Poçt İttifaqının Administrativ Şurasına üzvlük
  • 2018-2020-ci illərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına üzvlük
  • 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrlik
  • 2019-cu ildə Qrup 77-yə (G77) tamhüquqlu üzv
  • 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində iştirakçı statusu
  • 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik
  • 2019-2022-ci illərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzvlük
  • 2019-2023-cü illərdə UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzvlük

Bu təşkilatlara üzvlük, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Vətən müharibəsində qazanılan qələbəyə aparılan yolda əsas addımlardan oldu. Son 10 il ərzində Azərbaycanda onlarla mühüm beynəlxalq tədbirlər təşkil olundu. Azərbaycanın üzv olduğu təşkilatlarda irəli sürülmüş təşəbbüslərin dəstəklənməsi də Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun nəticəsidir.

Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aləmdə dəstəklənmiş təşəbbüslərin bəzilərini təqdim edirik:

  • 2008-ci il 2-3 dekabr tarixlərində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı: Azərbaycanın təşəbbüsü ilə konfransa ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət edildi və həmin tədbirdə yeni bir formatın əsası qoyuldu. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi.
  • 2009-cu ilin 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı: Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı 10-dan artıq Avropa dövləti dəvət olundu. Konfransın ilk günü tədbirdə iştirak etmiş Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçirilmiş və birgə kommünike qəbul edildi.
  • 2010-cu ildə BMT-nin Baş Assambleyasının 65-ci sessiyası: Cənab Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi.
  • 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 2016-cı ildə Multikulturalizm ili və BMTSA-nın 7-ci Qlobal Forumu
  • 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Azərbaycanın təklifi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı baş tutdu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Efiopiya, Cibuti, Mali, Ruandanın birinci xanımları, habelə UNESCO-nun Baş direktoru ilə birgə qızların təhsili vasitəsilə zorakı ekstremizmin qarşısının alınması, miqrant və qaçqınların problemlərini ehtiva edən “Qlobal Çağırış”ı təsis etmələri ikinci vacib təşəbbüs idi. Digər əhəmiyyətli təşəbbüs – ilk dəfə olaraq “Bakı Prosesi”ndə yeni bir element kimi “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu?” mövzusunda xüsusi sessiya keçirilməsi idi.
  • 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu
  • 2019-cu ildə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
  • 2020-ci ildə “Bakı Prosesi” beynəlxalq İşçi Qrupun Virtual Görüşü
  • Azərbaycan təşəbbüsü ilə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər
  • BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130 ölkə tərəfindən rəsmi dəstəklənməsi
  • COVID-19-a həsr edilmiş TDƏŞ-in Zirvə görüşü
  • Birgə əməkdaşlıq platformalarının yaradılması (Rusiya-İran-Azərbaycan, Türkiyə-Pakistan-Azərbaycan və s.)

2010-2020-ci illər həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda qazandığı uğurlarla da yadda qalan oldu. Həmin illərdə Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda qəbul olunmuş mühüm qərarlar və əldə olunmuş nailiyyətlərin bir hissəsini aşağıdakılardır:

  • Avropa Parlamentinin qətnamələri (20.05.2010, 18.04.2012, 23.11.2013, 18.06.2015, 13.12.2017, 12.12.2018, 15.01.2020-ci il tarixli), Avropa Parlamentinin tövsiyələri (15.11.2017, 19.06.2020-ci il tarixli)
  • NATO-nun zirvə toplantılarının (20.11.2010-cu il Lissabon, 20.05.2012-ci il Çikaqo, 05.09.2014-cü il Uels, 09.07.2016-cı il Varşava, 11.07.2018-ci il tarixli Brüssel zirvə toplantısı) yekun sənədləri
  • Qoşulmama Hərəkatının yekun aktları və kommünikeləri
  • Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin münaqişəyə dair məsələlərin daxil edildiyi yekun sənədləri (12.09.2012-ci il Astanada XİN-lərin 4-cü iclası, 21.04.2014-cü ildə Şanxayda 4-cü Sammit, 15.06.2019-cu il tarixində Düşənbədə 5-ci Sammit)
  • İslam Əməkdaşlıq Təşkilatının sənədləri:
  • BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi tərəfindən 2014-cü ildə hazırlanmış hesabat
  • ATƏT Parlament Assambleyasının “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Yekun Aktı Prinsiplərinə sadiqlik” adlı qətnaməsi (2015-ci il)
  • Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları” işi üzrə 2015-ci ildə verdiyi hökm
  • Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 2015-ci il 27-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnaməsi
  • Türk Şurasının Baş katibinin Xocalı ilə bağlı bəyanatları
  • Avropa Şurası Parlament Assambleyasının 2085 saylı (2016-cı il) qətnaməsi
  • Avropa İttifaqı ilə Tərəfdaşlıq Prioritetləri sənədi (15.11.2018-ci il)
  • Avropa Şurasının Nazirlər Komitəsinin 129-cu sessiyasında qəbul edilmiş qərar (2019-cu il)
  • GUAM və GUAM Parlament Assembleyası tərəfindən qəbul edilmiş sənədlər:
  • Xocalı soyqırımı ilə bağlı dünyanın 16 ölkəsinin, Şotlandiya və ABŞ-ın 20-dən çox ştatının qəbul etdiyi sənədlər
  • Azərbaycan-Türkiyə-Gürcüstan prezidentlərinin üçtərəfli görüşü, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlərinin, Azərbaycan-Türkiyə-Ukrayna xarici işlər nazirləri müavinlərinin görüşlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar
  • Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının bəyannamələri
  • TDƏŞ Baş katibinin Ermənistanın Azərbaycana qarşı son raket hücumları ilə bağlı bəyanatı

Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. 2010-2020-ci illərdə Azərbaycanın 30-dan çox ölkədə diplomatik nümayəndəlikləri fəaliyyətə başladı.

Azərbaycanın xarici ölkələrdə təsis etdiyi diplomatik nümayəndəliklərin siyahısı

Səfirliklər və diplomatik ofislər:

  • 2010-cu ildə Serbiya, Argentina, Liviya, Estoniya və Xorvatiyada səfirliklər, 2011-ci ildə Cənubi Afrika Respublikasında Səfirlik, Rumıniyadakı Səfirliyin Bosniya və Herseqovinadakı ofisi, 2012-ci ildə İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikasında səfirliklər, Rumıniyadakı Səfirliyin Monteneqroda ofisi, 2013-cü ildə Avstraliya İttifaqında, Vyetnam Sosialist Respublikasında səfirliklər, 2014-cü ildə Meksika Birləşmiş Ştatlarındakı Səfirliyin Kolumbiya Respublikasında ofisi, Argentina Respublikasındakı Səfirliyin Uruqvay Şərq Respublikasında və Çili Respublikasında ofisləri, 2015-ci ildə Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirlik, Slovakiya Respublikasında və Peru Respublikasında diplomatik ofislər, 2016-cı ildə Əlcəzair Xalq Demokratik Respublikasında və İraq Respublikasında səfirliklər, 2018-ci ildə Avstriya Respublikasındakı Səfirliyin Slovakiya Respublikası və Sloveniya Respublikasındakı ofisləri fəaliyyətə başlamışdır;

Baş və fəxri konsulluqlar:

  • 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Baş Konsulluq, Almaniyanın Stutqart və ABŞ-ın Santa Fe şəhərlərində fəxri konsulluqlar, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Baş Konsulluq, 2014-cü ildə Malta Respublikasında, Ukraynanın Xarkov şəhərində fəxri konsulluqlar açılıb, 2015-ci ildə İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilmiş, 2017-ci ildə Sudan Respublikasında, Cibuti Respublikasında və Avstriya Respublikasının Sankt Pölten şəhərində (konsulluq dairəsi Yuxarı Avstriya, Burqenland və Aşağı Avstriya federal vilayətlərini əhatə etməklə) fəxri konsulluqlar fəaliyyətə başlayıb.

Bu dövr ərzində həm də xarici dövlətlər Azərbaycanla daha sıx əməkdaşlıq etmək, əlqələr qurması ilə də yadda qalıb. Bu dövrdə xarici ölkələrin Azərbaycanda 20-dən çox diplomatik nümayəndəlikləri fəaliyyətədə başladı.

Xarici ölkələrin Azərbaycanda açılmış diplomatik nümayəndəlikləri

Səfirliklər və ofislər:

  • 2010-cu ildə Fələstin Dövləti və İndoneziya Respublikasının səfirlikləri, 2011-ci ildə Serbiya Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri, 2012-ci ildə Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikasının səfirlikləri, 2013-cü ildə Sudan Respublikasının Səfirliyi, 2014-cü ildə Kolumbiya Respublikasının, Malayziyanın, İsveç Krallığının, Meksika Birləşmiş Ştatlarının səfirlikləri, Xorvatiya Respublikası Səfirliyinin ofisi, İspaniya Krallığı Səfirliyinin ofisi, Estoniya Respublikası Səfirliyinin ofisi, 2015-ci ildə Əlcəzair Xalq Demokratik Respublikasının və Portuqaliya Respublikasının diplomatik ofisləri, 2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının səfirlikləri açılmış, Xorvatiya Respublikasının diplomatik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılıb. 2019-cu ildə Slovakiya Respublikasının Səfirliyi, Monteneqronun Səfirliyinin ofisi fəaliyyətə başlamış, Əlcəzair Xalq Demokratik Respublikasının diplomatik ofisinin statusu səfirlik səviyyəsinə qaldırılıb.

Baş və fəxri konsulluqlar:

2010-cu ildə Gəncə şəhərində Türkiyə Respublikasının Baş Konsulluğu, 2011-ci ildə Lənkəran şəhərində Türkiyə Respublikasının Fəxri Konsulluğu, 2012-ci ildə Bakı şəhərində Portuqaliya Respublikasının Fəxri Konsulluğu, 2013-cü ildə Bakı şəhərində Monteneqronun Fəxri Konsulluğu, Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu, 2014-cü ildə Bakı şəhərində Makedoniya Respublikasının Fəxri Konsulluğu, 2017-ci ildə Bakı şəhərində Efiopiya Federativ Demokratik Respublikasının Fəxri Konsulluğu, 2018-ci ildə San Marino Respublikasının Fəxri Konsulluğu, 2020-ci ildə Monqolustanın Fəxri Konsulluğu, Şamaxı şəhərində Ukraynanın Fəxri Konsulluğu açılıb.

İlham Əliyev və Azərbaycanın xarici siyasəti

2018-ci ilin aprelində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi və prezident İlham Əliyev bu seçkilərdə inamlı qələbə qazandı. Dövlət başçısı seçkilərə bir hissəsini artıq ilk 12 ayda gördüyümüz dərin siyasi və sosial-iqtisadi islahatlarla qatılıb.

Bu gün bir çoxlarının müzakirə etdiyi və barəsində yazdığı islahatlar ölkədaxili problemlərlə yanaşı, xarici siyasət aspektlərinə də toxundu. Prezident İlham Əliyev bir müddət əvvəl verdiyi müsahibəsində qeyd etmişdi ki, ölkə rəhbərliyi “balanslaşdırılmış xarici siyasət axtarmır, əksinə, xarici siyasətlə milli maraqlarını qoruyur və mümkün riskləri azaldır”. İlham Əliyevin yenidən prezident seçilməsindən sonra hansı işlərin görüldüyünə nəzər yetirmək üçün məhz bu ifadəni əsas götürmək lazımdır.

Müasir dünyada hər bir ölkə beynəlxalq arenada mövqeyini gücləndirəcək, o cümlədən lazım olan məsələlərdə dəstək verəcək güclü xarici siyasət qurmağa çalışır. Azərbaycan üçün xarici siyasət istiqamətində ən əsas məsələlər Dağlıq Qarabağ münaqişəsi və onun həlli, həmçinin beynəlxalq nəqliyyat və enerji layihələridir.

Məlum olduğu kimi, irimiqyaslı beynəlxalq iqtisadi layihələr bu və ya digər ölkəni təkcə iqtisadi gəlir yox, həmçinin beynəlxalq arenada öz səsinə sahib olmaq hüququ verən böyük siyasi stabillik zəmanəti ilə təmin edir.

Buna görə bu və ya digər ölkənin xarici siyasət fəaliyyəti qısamüddətli ola bilməz, burada planlar on illərə, bəlkə də bundan daha çox müddətə qurulur. İlham Əliyev prezident vəzifəsində olarkən, Azərbaycanın uzun müddət Rusiyadan asılı olan Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevrilməsinə nail olub.

Cari ilin əvvəlindən işə salınan TAP və TANAP kimi enerji layihələrinin həyata keçirilməsi coğrafi baxımdan kiçik Azərbaycanı böyük enerji oyunçusuna çevirdi. Ölkəmizin bu məsələdə mövqeyi əsas olmasa da, sonuncu da deyil.

Digər tərəfdən Azərbaycan bu il Avropanı Çinlə birləşdirməli olacaq Bakı-Tbilisi-Qars nəqliyyat layihəsini işə saldı. Sadə dillə desək, bu layihələr ölkəni dünya ölkələri ilə münasibətlərdə yeni səviyyəyə çıxardı və bundan sonra Azərbaycanla vacib geosiyasi ölkə kimi razılaşmaq lazımdır.

Əlbəttə ki, bütün bu layihələrin həyata keçirilməsi dövlət başçısının ölkənin siyasi iradəsi sayəsində dəf etdiyi çətinliklər, maneələr və siyasi risklərsiz ötüşməyib.

Lakin İlham Əliyev bununla kifayətlənmək fikrində deyil və buna görə Azərbaycanı regionda iri siyasi-iqtisadi oyunçuya çevirdikdən sonra dövlət başçısı bütün üstünlüyü beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağla bağlı mövqeyinə çevirməyi bacarıb.

Əgər Qarabağ münaqişəsinin əvvəlində Azərbaycan xarici dəstək baxımından əziyyət çəkirdisə, bu gün bu məsələ artıq tamamilə həll olunub və daha dərinə getsək, beynəlxalq vasitəçilər Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha çox Azərbaycanın mövqeyini dəstəkləyirlər.

Bunun öz məntiqi var. Belə ki, əgər beynəlxalq ictimaiyyətdən danışsaq, burada söhbət məhz Qərbdən gedir, və Azərbaycanın Ermənistandan və onun ərazi iddialarından həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən daha önəmli olduğunu nəzərə alsaq, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Əgər martın 29-da Vyanada keçirilən son danışıqlara diqqət yetirsək, aydın olur ki, bu gün Ermənistanın mövqeyi beynəlxalq ictimaiyyət arasında heç vaxt olmadığı kimi zəifdir. Ermənistan rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın danışıqlar masasına Dağlıq Qarabağ separatçılarını əyləşdirmək niyyəti uğursuzluğa düçar oldu, və burada formatın dəyişdirilməsinə qarşı məhz artıq erməni tərəfinin kaprizlərinə dözməyən vasitəçilər çıxış etdilər. Bu səbəbdən Paşinyanın öz auditoriyasına nəyi təsvir etməsinə baxmayaraq, son söz məhz Azərbaycanda qalır.

Digər məsələ isə ondan ibarətdir ki, əgər Nikol Paşinyan öz sələfinin apardığı siyasəti davam etdirsə, onu da eyni aqibət gözləyir. O, erməni xalqına onların rifahının yaxşılaşdırılacağına söz verib, lakin bu, işğalçı siyasətdən imtina etmədən və Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmadan mümkün deyil.

Azərbaycan prezidentinin xarici siyasəti yalnız uğurlu irimiqyaslı iqtisadi layihələr və Ermənistan üzərində diplomatik qələbələrlə kifayətlənmir.

Gözlənilir ki, tezliklə Azərbaycan və Aİ arasında strateji razılıq imzalanacaq, bununla da Bakı və Brüsselin əlaqələri yeni mərhələyə çıxacaq və Azərbaycana Avropanın enerji təhlükəsizliyini təmin edən ölkə kimi xüsusi əhəmiyyət veriləcək.

Əgər İlham Əliyevin son 12 aydakı xarici siyasətini təhlil etsək, qeyd etmək lazımdır ki, dövlət başçısının uzaqgörən siyasəti Azərbaycanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yaxınlaşdırıb, ölkəni regionda vacib geosiyasi oyunçuya çevirib. Ölkənin bütün milli maraqlarını təmin etmək üçün İlham Əliyevin güclü ordusu, güclü iqtisadiyyatı və öz liderinə inanan və etibar edən güclü xalqı var.

İlham Əliyev. Yeni əsrin yeni lideri

Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildi. Onda İlham Əliyevin 42 yaşı vardı və o, dünyanın ən gənc dövlət başçılarından biri idi. Həmin vaxtdan 14 il keçir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.

Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

AZƏRTAC Prezident İlham Əliyevin həyat və fəaliyyətinin ən mühüm məqamlarını, Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işləri əks etdirən xronikanı təqdim edir. Bu zəngin və möhtəşəm fəaliyyət Azərbaycan tarixinin ən yeni səhifələri kimi yaddaşlara yazılıb.

Son on ildə heç bir ölkə Azərbaycan qədər inkişaf etməyib

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə xəyal kimi görünürdü. İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən 14 ildə Azərbaycanda 1 milyon 800 mindən çox yeni iş yeri yaradıldı. Bu və digər addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu.

Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Bu gün ölkə iqtisadiyyatının diversifikasiyası uğurla davam edir. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna çıxıb və Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.

İlham Əliyevin islahatları həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı

“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı.

Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu.

Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz nəticə etibarilə bütün regional məsələlərdə əsas oyunçuya çevrilib.

İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.

Azərbaycan öz təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişib

Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu sahədə əsas oyunçulardan birinə çevrilib. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas alıb. Bir qədər geri qayıdıb tarixə nəzər salmaq lazım gəlir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırıldı. Bununla da “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana külli miqdarda investisiya axını başladı.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir: Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı. Üç il əvvəl Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi – XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Bu il “Əsrin müqaviləsi” daha 50 il müddətinə uzadıldı.

Azərbaycanın təşəbbüsü ilə daha bir qlobal layihə reallaşdı – Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İndi Asiya və Avropanı birləşdirən bu nəqliyyat dəhlizi ölkəmiz üçün geniş perspektivlər vəd edir.

İlham Əliyevin hərtərəfli inkişaf strategiyası regionların simasını tanınmaz dərəcədə dəyişdirib

Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapdı. Prezidentin tapşırığına əsasən Azərbaycan başdan-başa qazlaşdırılır. Artıq ölkə əhalisinin təxminən 90 faizə yaxını təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlətimizin başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri ənənəvi xarakter alıb. İlham Əliyev yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışında şəxsən iştirak edir.

Prezidentin çox böyük rəğbətlə qarşılanan təşəbbüslərindən biri də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdikləri qəbullardır. Nazirlər, komitə sədləri və digər dövlət strukturlarının rəhbərləri yerlərdə əhali ilə görüşür, sakinlərin müraciət və təkliflərini dinləyirlər.

Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb

Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır.

Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Vaxtilə bütün silahları xaricdən alırdıqsa, indi Azərbaycan özü müasir silah və texnika istehsal edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir.

Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı təhlükəsizliyinin təmin edilməsi oldu. Prezidentin Sərəncamına əsasən Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salındı və ilk mərhələdə oraya 60 ailə köçürüldü. Bu hadisə “Böyük qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 14 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.

Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıb.

Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb

Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi.

Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı. Nəticələr göz qabağındadır. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bakıda iki ildir keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula-1 Avropa Qran-Prisi ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu.

Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu.

Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb

Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi.

Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevrilib. “Eurovision” kimi beynəlxalq mahnı müsabiqəsinə uğurla ev sahibliyi edən Azərbaycan müsabiqə tarixinə öz möhürünü vurdu.

İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır

İlham Əliyevin prezidentlik dövrünün 14 ilinin yekunları göstərir ki, Azərbaycanı qarşıda daha parlaq gələcək gözləyir.

Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.

Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Prezidentə bəslənilən yüksək etimad Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparılan araşdırmanın, eyni zamanda, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin bu günlərdə keçirdiyi sorğunun nəticələrində də öz əksini tapıb. Belə ki, Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, 91,4 faizi İlham Əliyevin siyasətini dəstəkləyir.

Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir: Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.

Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Comments are closed, but trackbacks and pingbacks are open.