Press "Enter" to skip to content

Gənclər nə istəyir

Tanrıya bənzəmək, maraqlıdı. “

Ilqar fəhmi akvarium

Son dövrlərdə ədəbiyyatımızda yaşanan canlanma çoxsaylı nəsr əsərlərinin yazılmasına gətirib çıxardı.

Axar.az 2000-ci ildən bəri çap olunmuş hansı əsərin daha çox bəyənildiyini öyrənmək üçün fəal oxucular arasında belə bir sorğu keçirib:

“Azərbaycan ədəbiyyatında son 15 ildə yazılıb çap edilən bəyəndiyiniz 3 nəsr əsəri hansıdır?”
50 oxucunun verdiyi cavabları və nəticəni təqdim edirik:
Fatimə Kərimli: “Küləyi dişləyən” (Mirmehdi Ağaoğlu)
Cavid Qədir: “Kərpickəsən kişinin dastanı” (Şərif Ağayar), “Küləyi dişləyən” (Mirmehdi Ağaoğlu)

Gündüz Qaralov: “Tiranlar və Kölələr” (Əlisa Nicat), “Aftafalı antrakt” (Şərif Ağayar), “Tək dahi” (Dilqəm Əhməd)

Azər Vəli Qədimoğlu: “Yad dildə” (Pərviz Cəbrayıl)
Əzizə Bağırova: “Amneziya” (Əli Əkbər)
Səbinə Məmmədli: “Quqark” (Seymur Baycan)
Elvin Bayramlı: “Aftafalı antrakt” (Şərif Ağayar), “Yaddaş kartı” (Kənan Hacı)

Nuranə Axundzadə: “Quqark” (Seymur Baycan),“Unutmağa kimsə yox” (Kamal Abdulla), “Ağ qoç, qara qoç” (Anar)

Şahverdi Şirinli: “Yarımçıq əlyazma” (Kamal Abdulla), “Yad dildə” (Pərviz Cəbrayıl), “Dolu” (Aqil Abbas)

Tariyel Əliyev: “Bozqırdan uçuruma” (Dilqəm Əhməd)
Rövşən Uğur: “Quqark” (Seymur Baycan), “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)
Səməni Abbasova: “Yarımçıq əlyazma” (Kamal Abdulla)
Zaur Xudiyev: “Yolçu” (Nəriman Əbdürrəhmanlı), “Quqark” (Seymur Baycan), “Haramı” (Şərif Ağayar)

Türkan Zamanova: “Akvarium” (İlqar Fəhmi), “100 il inqilab” (Sayman Aruz), “Labirint” (Kamal Abdulla )

Azadə Mirzəyeva: “Xaç kölgəsində” (Orxan Muxtarlı), “Bir ovuc torpaq” (Varis), “Etiraflar vadisi” (Çingiz Abdullayev), “Görünməyən izlər” (Elxan Elatlı)

Sənubər Heydərova: “Bulud Pinəçisi” (Murad Köhnəqala), “Quqark” (Seymur Baycan), “X günü” (Xalid Kazımlı)

Sahil Əsədbəyli: “Quqark” (Seymur Baycan), “18.6 sm” (Seymur Baycan), “Mustafa” (Qan Turalı)

Kamran Şeyxzamanlı: “Mənim Mübarizəm” (Seymur Baycan), “Düşmənimin xatirinə” (Rafiq Tağı), “Aşma” (Ağalar Məmmədov)

Rəşad Babalı: “Quqark” (Seymur Baycan), “On bir gecə” (Rasim Qaraca), “Üzü cəhənnəmə” (Ülviyyə Tahir)

Elnarə Sultan: “100 il inqilab” (Sayman Aruz), “Odərlər” (Şəmil Sadiq), “Şəhər meri” (Məqsəd Nur)

Şəlalə Göytürk: “Şübhəsiz metamorfoz” (Çingiz Abdullayev), “Leyli və Məcnun” (Rafiq Tağı); “Yuxularım” (Murad Köhnəqala)

Yeganə Vəliyeva: “Ehram” (Əlisa Nicat), “Yad dildə” (Pərviz Cəbrayıl)

Kürçaylı Məmmədov: “Yad dildə” (Pərviz Cəbrayıl), “Əyri evin qadını” (Rasim Qaraca), “İntihar hörüyü” (Şəhriyar Del Gerani)

Nicat Həsənəliyev : “Aftafalı antrakt” (Şərif Ağayar), “Quqark” (Seymur Baycan)
Abdul Tağı: “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey)
Əhməd Həsənov: “Yad dildə” (Pərviz Cəbrayıl)
İlqar Kamil: “Aktrisa” (İlqar Fəhmi)
Mehman Həsən: “Yəhudi əlifbası” (Seyran Səxavət), “Sirr” (Vüqar Zifəroğlu), “Göz muncuğu” (Anar)
Aytən Vəlizadə: “Sonuncu ölən ümidlərdir” (Varis), “Bir ovuc torpaq” (Varis)

Aynur Cavid: “Yarımçıq əlyazma” (Kamal Abdulla), “Yad dildə” (Pərviz Cəbrayıl), “Yolçu” (Nəriman Əbdürrəhmanlı)

Qurban Məmmədli: “Cənnətdə terror aksiyası” (Aqşin Yenisey); “Mustafa” (Qan Turalı); “On bir gecə” (Rasim Qaraca)

Aynur Zərrintac: “93 – Tanrıların qürubu” (Əli Əkbər)

Pərvin Eyvazov: “Ümidlərin izi ilə” (Şəmil Sadiq, Müşfiq xan); “Prezident ovu” (Çingiz Abdullayev); “Unutmağa kimsə yox” (Kamal Abdulla)

Xəyalə Əfəndiyeva: “Səhra savaşı” (Vaqif Sultanlı); “Nekroloq” (Seyran Səxavət); “Maestro” (Səfər Alışarlı)

Leyla Həşimova: “Qatil üçün nekroloq” (Müşfiq xan); “Günahsız günahkarlar” (Arzu Soltan); “Şəhər” (Sevinc Elsevər); “İtimiz və atam” (İntiqam Soltan)

“Gənclər nə istəyir?”

Bu sayımızdan etibarən “Gənclər nə istəyir?” rubrikasını təqdim edirik. İyirmi gənci özündə ehtiva edəcək bu rubrikanın əsas məqsədi sizi ədəbi-bədii fəaliyyətə yeni başlayan gənclərin fikir və mülahizələri, istək və problemləri ilə tanış etməkdir. Rubrikanın ideya rəhbəri və aparıcısı ədəbi tənqidçi Əsəd Cahangir, ilk müsahib isə gənc yazar Çinarə Nüsrətlidir.

“Gündə bir neçə saat

Tanrıya bənzəmək, maraqlıdı. “

– Çinarə, ailənizdə sənət, konkret olaraq yazıçılıqla məşğul olan olubmu?

– Məktəbin, təhsilin necə, sənə təsiri olubmu?

– Məni qəbul imtahanlarına hazırlaşdıran Abbasqulu müəllimə minnətdaram. Mənə ədəbiyyatı sevdirdi. Ümumiyyətlə, insanların hansısa sahəyə sevgisi sahənin özündən daha çox, onu sənə kimin və necə təqdim etməsindən asılıdı.

– On ildən artıqdır ki, Yazıçılar Birliyində işləyirsən. Özünü bu mühitdə necə hiss edirsən?

– Heç şübhəsiz, AYB mühitinin mənə çox böyük müsbət təsiri olub. Hətta özümü birbaşa Yazıçılar Birliyinin yetirməsi hesab edirəm. Ümumiyyətlə, mühitin içində olmaq, onun həm müsbət, həm də mənfi təsirini görmək insanın içində bir qəribə ab-hava yaradır. Hələ orta məktəbdə ədəbiyyat dərsliklərində əsərlərini oxuduğun insanlarla hər gün görüşmək, onlarla ünsiyyətdə olmaq bəzən adama qəribə kimi gəlir. Bu hiss adamı ədəbiyyata bir az da yaxınlaşdırır.

– Klassik və müasir yazıçılarımızdan kimlərin yaradıcılığı dünyagörüşünüzün və estetik zövqünüzün formalaşmasına təsir edib?

– Orta məktəb illərində böyük Hüseyn Cavidin dramaturgiyası məni çox cəlb edirdi. Bəzən özümü onun obrazları arasında axtarır, düşünürdüm ki, mən, görəsən, bunlardan hansıyam? Sanki əmin idim ki, bu obrazlar arasında mən də varam. Bəzən kiçik bir epizod qismində, bəzən də baş qəhrəman kimi. Cavidin yaratdığı qadınların iztirablarını həmişə yaxından hiss edirdim. Bəlkə də, 90-ların uşağı olduğum üçün. Sonrakı illərdə Fikrət Qocanın nəsrini çox bəyənmişəm. Onun obrazları işləməsi məni özünə çəkib. İlqar Fəhminin romanları isə psixoloji ovqatı ilə məni təəccübləndirib.

– Əgər Azərbaycan ədəbiyyatından bir yazıçının bir əsərini seçmək lazım gəlsəydi, hansı roman üzərində dayanardın?

– İlqar Fəhmi, “Akvarium”. Hərçənd ki, o akvariumda əriyib getməyi heç kimə arzulamazdım.

– Sənətin sirlərini öyrənməkdə, yazı texnologiyasını öyrənməkdə özünü kimlərə borclu hesab edirsən?

– Yatsam, yuxuma girməzdi ki, bir gün yazıçı olacam. Az-çox qabiliyyətim varsa, bunu ilk görən həyat yoldaşımın anası Arifə xanım olub. Bir gün oturub söhbət edirdik, ona bir əhvalat danışdım. Söhbətin sonunda dedi ki, bu danışdıqlarımı qələmə alım, sabah axşam baxacaq. Və belə başladım. Hər hansı bir işin bəzən çox adi və sadə başlanğıcı olur. Kimsə uşağına nağıl danışmaqla başlayır, kimsə kimisə ovundurmaq üçün hekayələr uydurmaqla. Mən də qayınanamla söhbətdən başladım.

– Sən həm ciddi nəsr, yəni hekayələr yazır, həm də teleserial janrında öz qələmini sınayırsan. İki yerə bölünmək zərurəti haradan yaranıb? Bu, sadəcə, maddi ehtiyacdan irəli gəlir, yoxsa həm də mənəvi ehtiyacdan?

– Yazıçı olacağımı düşünmədiyim kimi, ssenarist olacağım da ağlıma gəlməzdi. Bir gün İlqar Fəhmi dedi ki, mənim “Ulduz” jurnalında hekayəmi oxuyub. Qeyd etdi ki, kinematoqrafik üslubda yazıram, vizual təsvirlərim yaxşıdı. Sonra ssenaridə qələmimi sınamağı təklif etdi. Çox gözlənilməz təklif idi. İlqar Fəhmini müəllimim hesab edirəm. O bu sənəti öyrədə-öyrədə, həm də sevdirdi mənə. Şübhəsiz ki, bu sənətin maddi tərəfinin də əhəmiyyəti var, amma mənəvi tərəfi ondan daha üstündür. Hazırda özümü ekran sənətindən ayrı təsəvvür etmirəm. Minlərlə insanın real həyat kimi baxdığı hadisələri qurmaq, obrazları yaratmaq, bir-birinə sevdirmək, bəzən ağlatmaq, bəzən güldürmək, bəzən öldürmək, bəzən hətta tamaşaçıların istəyi əsasında yenidən diriltmək. Və bir həftədən sonra bütün bu istəklər ekranda real həyat kimi ərsəyə gəlir, canlanır, baxanlar sevinir, kədərlənir, ağlayır, nifrət edir, çox vaxt isə sevirlər. Belə situasiyada insanın içində azacıq da olsa “tanrılıq” duyğusu yaranmaya bilməz.

– Əgər ikisindən birini seçməli olsaydın, hansı sahəni seçərdin?

– Ssenaristliyi. gündə dörd saat da olsa, Tanrıya bənzəmək maraqlıdı.

– Seriallarınızı gerçəkləşdirən rejissorlar içərisində kim sizin fikirlərinizin ekran həllini daha yaxşı verə bilir?

– Əgər seriallarımıza baxırlarsa, seriallarımız yüksək reytinq qazanırsa, bu həm də rejissorun uğurudur. Amma bəzən narazı qaldığım məqamlar da olur. Eşitdiyimə görə, hələ elə bir müəllif yoxdur ki, əsərinin ekranlaşmasından tam razı qalsın. Hər halda müəyyən faiz istədiyim olursa, buna qane oluram.

– Müasir Azərbaycan rejissurasında kimlərin yaradıcılığı sizə daha xoşdur? Kiminlə daha çox əməkdaşlıq etmək istəyərdiniz bir ssenarist kimi?

– Rövşən İsax və Emil Quliyevin işini bəyənirəm. Başqa qiymətləndirdiyim rejissorlar da var, lakin bu iki rejissor, məncə, insan xarakterinin dərin qatlarına daha rahat düşə bilirlər. Xüsusən, bizim insanın. Məhz bizim.

– Azərbaycan serial yazarlarından kimin yaradıcılığını daha yüksək qiymətləndirirsən?

– Açığını deyim ki, baxmağa vaxtım olmur. Amma vaxtım olsaydı, həmkarlarımın fəaliyyətini izləmək istərdim. Mənim üçün maraqlıdır.

– Bir qayda olaraq, hekayələrin və ya seriallarında qadın və kişi münasibətlərinə, məhəbbət mövzusuna, melodramatik ovqata əsas yer verirsən.

– Əvvəla, ona görə ki, bu sadaladıqlarınız klassik mövzulardır. Bu mövzular hər zaman işlənib, işlənir və işlənəcək. Oxucunu da, tamaşaçını da maraqlandıran mövzulardır, yazıçı da onlarla hesablaşır, istəsə də, istəməsə də.

– Səncə, yazıçının şəxsi həyatı onun yaradıcılığına nə dərəcədə təsir edir?

– Şəxsi həyat deyəndə dar çərçivədə anlamayaq. Yaxın ətrafımızda baş verən hər şey bizim şəxsi həyatımızdır. Və bu, yazıçının yaradıcılığında mütləq öz əksini tapır. Düşünürəm ki, yazıçı yaşamadığını yazsa, təbii alınmaz. Əlavə boyalar da yazıçı təxəyyülünün ölçüsünün ifadəsidir. Bu ölçü hissini itirmək olmaz. Əsərdə təxəyyül çox olarsa, xəyali bir dünya yaranar, reallıq və yaşananlar çoxalarsa, sənədli filmə gedib çıxar. Orta ölçünü tutmaq lazımdır.

– “Şaxta həkim” adlı hekayəndə aşiq olmuş qəhrəmanın Füzulinin “Leyli və Məcnun”undan sitat çəkir. Klassik ədəbiyyatla çoxmu maraqlanırsan? Niyə məhz “Leyli və Məcnun”? Bu sənin klassik ədəbiyyata bağlı olmağındanmı irəli gəlir?

– Bu bir mesaj idi. Qəhrəman sevdiyi insana demək istəyir ki, o, Leyli kimi sevib, amma Leyli kimi nakam deyil. Uca sevgini yaşadığı üçün xoşbəxtdir, bu sevgidən heç bir təmənnası yoxdur və bu sevgini özüylə aparır. Çünki sevgi onun içində daşıdığı ən qiymətli bir Tanrı hədiyyəsidir. Bu sevginin canlı olaraq içində əriyib suya dönməsindənsə, onu bütöv halda özüylə bu dünyadan aparmağı üstün tutur.

– Hekayəndən belə bir nəticə hasil olur ki, eşq ölümdən güclüdür. Çünki sənin qəhrəmanın eşq naminə intihar edir. Doğrudanmı, belə hesab edirsən ki, eşq ölümdən güclüdür?

– Ölüm dediyimiz bir heçlikdir. Öldün, sonrası yoxdur. Ölümü eşqlə müqayisə belə etmək olmaz. Qəhrəman vüsala çatmadığı üçün deyil, ilahi eşq naminə intihar edir, gözəl ölmək istəyir. Sevdiyinin yaddaşında qartopu oynayan o şən, xoşbəxt, gözəl qız kimi qalmaq istəyir. Məncə, hər bir şeyin ən gözəli onu adilikdən çıxarıb, mistik bir don geyindirir. Gözəl ölüm də artıq, sadəcə, dünyadan getmək deyil, bəlkə də, dünyanın özünə bir mesajdır.

– Ədəbiyyatda intihar edən qadın obrazları çoxdur: “Hamet”də Ofeliya, “Bədbəxt Liza”da Liza, “İndiana”da İndiana, “Madam Bovari”də Emma, “Anna Karenina”da Anna, “Mahnı dağlarda qaldı”da Şahnaz, “Yeddi oğul istərəm”də Humay, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə Təhminə. Bunların hamısından fərqli olaraq, sənin qəhrəmanının intihar ağrısı duyulmur.

– Sadaladığınız qadınlar qarşılıqsız sevginin, uğursuz məhəbbətin ucbatından intihar edirlər. Bizim qəhrəmanımız isə ölümcül xəstə olmasaydı, yaşasaydı və sevdiyinə qovuşmasaydı belə, yenə xoşbəxt olacaqdı. Onu xoşbəxt edən sevdiyi deyil, sevginin özü idi. Əsl səadət sevginin subyektini yox, sevginin özünü dəyərdəndirməkdi. Məşhur bir mahnımız var, “sənə olan eşqimi, sənə də alçaltmaram”.

– Yəni sən özünü Şekspir, Jorj Sand, Tolstoy, Flober, İlyas Əfəndiyev, Yusif Səmədoğlu, Anardan ağıllı sayırsan?

– Əsla! Onlar klassiklərdir. Sadəcə, ağrılı və ağrısız ölümlər var. Fiziki ağrı var, bir də mənəvi ağrı. Mənim fikrimcə, mənəvi yüklə, mənəvi acı ilə ölməyən bəşər övladı xoşbəxt ölümlə ölür. Hətta fiziki ağrısı olsa belə.

– İntiharın hansı formasını ağrısız hesab edirsən?

– Əlbəttə ki, yüksəklikdən çırpılıb ölmək ağrılıdı. Amma bizim qəhrəmanımızın dörd divar arasında başqa seçimi olmadığından intiharın ən ağrılısı ilə həyatına son verir. Amma bu, eşq naminə idi, ona görə ağrısızdır. Ağrı kiçikliyin bəhrəsidir. Bütün hisslərin və ideyaların ali və yüksək mərtəbəsində ağrı yoxdur.

– Çinarə Nüsrətli böyük hürufi mürşidi Nəiminin “Cavidannamə” əsərinin giriş və bir fəslini osmanlı türkcəsindən dilimizə tərcümə etdi. Maraqlıdır, bu həvəs haradan yarandı səndə? Sənin qəhrəmanın intihar etdi, özünü öldürdü, “Cavidannamə” isə əbədiyyət kitabı, ölümsüzlük əsəri deməkdir. Burada bir ziddiyyət yoxdurmu? Yoxsa “Cavidannamə”də ölümə çarə axtarırdın?

– Vikipediya üçün türkcədən tərcümələr etmişdim. Tərcümələrim bəyənilmişdi deyə mənə təklif gəlmişdi. Əvvəlcə tərəddüd etdim, Türkiyə türkcəsindən tərcümə göründüyü qədər də asan deyil. Amma İlqar müəllim dəstək oldu. Əsər məni valeh etdi. İş prosesi çox maraqlı idi. Əslində, vaxtım olsaydı, “Cavidannamə”yə bir də qayıdardım. Demək olmaz, mən “Cavidannamə”dən ilhamlanıb hekayə yazmışam. Amma mənim hekayəmdə də mövzu ölüm deyil. Fikir vermisinizsə, hekayədə ölüm dəhşəti yoxdur, oxucu qan, cəsəd görmür. Bir qız mələk kimi pəncərədən uçub gedir. Çünki insan ruhu, Nəiminin dediyi kimi, əbədidir.

– Ədəbi mühitin özünə münasibətindən razısanmı?

– Ədəbi mühitin mənim yaradıcılığım haqqında nə düşündüyünü deyə bilmərəm. Amma tək-tək xoş söz deyənlər var. Qiymətləndirilmək xoş bir şeydir, amma olmaması da dərd deyil. Həm də hələ yolun başlanğıcındayam, nəsə ummaq hələ tezdir.

– Hansı mükafatlarınız olub?

– 2018-ci ildə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşəm.

– Bəs, ədəbi tənqidin yaradıcılığına olan münasibətindən necə? Bu gün ədəbi tənqiddən narazı olmaq dəbdədi. Bu mənada dəbə uyursanmı?

– Bir halda ki belə bir sual verdiniz, deyim ki, bu gün ədəbi tənqiddə tərəfkeşlik çox hiss olunur. Əlbəttə ki, yazılarım haqqında nə isə eşitmək – istər tənqid olsun, istər tərif olsun, mənim üçün maraqlıdır. Ən çox ssenariylə bağlı tənqidlər eşidirəm, amma tənqidçilərdən yox.

– Ədəbi yaşıdların olan nasirlər arasında kimlərin yazılarını daha çox bəyənirsən?

– Qələm yoldaşlarım üzrlü saysınlar, vaxt qıtlığı mənim əsas problemimdi.

– Xanım yazarlarımızdan kimi daha çox bəyənirsən?

– Ədəbi prosesi dərindən izləmək imkanım olmadığından, sadəcə, sosial şəbəkələrdə qarşıma çıxan ədəbi nümunələrə istinadən deyə bilərəm ki, istedadlı yazar xanımlarımız az deyil. Yazıçılar Birliyində işləyirəm, çoxlarının xətri mənim üçün əzizdi, icazə versəniz, ad çəkmərəm.

– “Xanım yazar” ifadəsiylə razısanmı?

– Kişi yazar, kişi şair, kişi nasir ifadəsi olmadığı kimi, xanım yazar, xanım şair, xanım nasir söz birləşmələri də olmamalıdır. Məsələn, elə əsərlər var ki, imzasına baxmasan, elə bilərsən ki, qadın yazıb. Yəni bu zəif və ya güclü anlamında deyil. Qadın hisslərini, qadının nəyəsə münasibətini, bir qadının düşüncəsini o qədər ustalıqla qələmə alırlar ki, o əsəri kişinin yazdığına məəttəl qalırsan. Ya da əksinə. Poeziyamızda da belə faktlar var.

– Sən də kişiləri o cür təsvir edə bilirsənmi?

– Düşünürəm ki, məndə alınır.

– Ədəbi mühit həm də rəqabət mühitidir. Özünə qarşı qısqanclıq hiss edirsənmi? Əgər hiss edirsənsə, buna reaksiyan necə olur?

– Rast gəlmişəm. Mənim üçün əhəmiyyəti yoxdur.

– Sənə pislik edənləri necə cəzalandırırsan?

– Silirəm. əlbəttə, bacardığım qədər.

– Hazırda nə yazırsan?

– Pandemiya başlayanda fürsət düşdü, çoxdan arzusunda olduğum kino-romana başladım. Mövzusu məni çoxdan düşündürürdü. Serialın yeni mövsümü başladığı üçün fasilə vermişəm. İlk fürsətdə bitirməyə çalışacağam.

– Ən böyük arzun nədir? Milli və fərdi mənada.

– Ən böyük arzum – millisi də, fərdisi də – Qarabağın azadlığıdır!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Ilqar fəhmi akvarium

Əsərin müəllifi yenilikçi və müasir ədəbiyyat ənənələri əsasında yazmağa çalışan və dəst-xəttini bəyəndiyim yazıçımız Ilqar Fəhmidir. Yazıçını “Qarğa yuvası”əsəri ilə tanınmışdım. Və əsəri çox bəyənmişdim. Bundan başqa əsərin özünü oxumasam da izlədiyim yazıçının yazdığı ssenari əsasında çəkilmış eyni adlı “Aktrisa” film də son dövrlərdə çəkilən ən uğurlu filmlərdən biri kimi təsir bağışlamışdı.
Keçək Ilqar Fəhminin ən son oxuduğum romanı olan “Akvarium”a.

Əsər teatral bir romandır. Bütün hadisələr bir pyesin səhnələşdirilməsi ətrafında qurulur. Və romanın hissələri də primyera gününə əsasən adlandırılır(məs; Premyeradan bir ay əvvəl; Premyeradan 4 gün əvvəl və s.)
Əsərin qəhrəmanı Sahib Akvarium adlı bir klubun qurucusu və idarəçisidir. Fərqli bir quruluşa malik olan bu klub 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbəsində restoran, 2-ci mərtəbəsində teatr zalı və sərgi salonu, 3-cü mərtəbəsində isə Sahibin evi yerləşir. Sahib əslində gənc yaşda nəaliyyət qazanmış, bir çoxlarına nümunə olacaq fəal və zəhmətkeş bir insandır. Həm müəyyən əxlaqi dəyərlərə malik, dünyagörüşlü və standard həyat yaşayan biridir.
Lakin birdən onun həyatı dəyişməyə başlayır. Çünki onun özü artıq başqa adamdır. Böyük həvəslə qurduğu kluba, səhnələşdirdiyi pyeslərə olduqca biganə yanaşmağa başlayır. Yeniyetmə yaşında istifadə etdiyi narkotikaya yenidən meyl yaranır içində və bu ağ ölümü mütəmadi qəbul edir. Beləcə həyatı da, özü də, işləri də dağınıq bir insana çevrilir. Və getdikcə istər mənəvi, istərsə də fiziki bir çöküş yaşayır. Oxucu bu dəyişikliyin səbəbini dərhal öyrənə bilmir. Əsər boyunca yavaş-yavaş açılır hər şey.

İnsanoğlu elə bir məxluqdur ki, əli çatmayan hər bir şeyi gözündə böyüdür. Həmin o əlçatmazlıq onun xəyallarını, arzularını, duyğularını istila edir. Həyatda ən böyük hədəfi məhz o əlçatmaz zirvəyə yetişmək olur. Lakin elə ki, min bir zəhmətlə o zirvəyə çatır, bir anda hər şey gözündə adiləşir. Çünki nəhayət ki, əldə etdiyi bu uğurun çəkdiyi iztirablara dəymədiyini və sırf onun üçün irəlilədiyi zaman daha çox dəyərli olanları görməzlikdən gəldiyini, əlindən qaçırdığını anlayır. Nəticədə, bu dünyada fani olan heç bir şeyin bu qədər dəyərə layiq olmadığını dərk edir. Amma təəssüf ki, artıq gecdir.
Əsərin ana damarı da həyatın məhz bu qanununu üzərinə qurulub. Sahib gənc ikən sevdiyi lakin qovuşa bilmədiyi Aybənizi nəzərində elə bir nöqtəyə qoyub ki, həyatında əsl yaşanılacaq bir çox şeylərə biganə qalıb. Ailəsinə və qızına layiqli ata ola bilməyib. Elə ki, asanlıqla Aybənizə sahib olur bir anda bütün həyatı gözündə anlamsızlaşır. Artıq onun nə işləmək, nə də yaşamaq üçün stimulu yoxdur. Qızının ona söylədiyi bir cümlə isə Sahibin həyatının istiqamətini müəyyənləşdirir.
Dialoqlar hədsiz uzun və darıxdırcı, bəzi hissələr yersiz açıq-saçıq gəlsə də, daha ilk cümləsindən final səhnəsini anlayıb, bütün əsər boyu fərqli bir sonluqla qarşılaşacağımı ümid edib, amma tam təsvir etdiyim kimi bitməsinin xəyalqırıqlığını yaşasam da çox təəccüblüdür ki, bu romandan da təsirləndim.

Gönderen Umman Aslan zaman: 10:00

Comments are closed, but trackbacks and pingbacks are open.