Имадеддин Насими
İmadəddin Nəsimi
Imamməddin nəsimi
İctimai lirikanın görkəmli yaradıcısı
İmadəddin Nəsimi
Həyatı haqqında
XIII-XV əsrlər Azərbaycan ədəbiyyatının ən qüdrətli qələm sahibi Seyid İmadəddin Nəsimidir. Sənətkarın həyatı və şəxsiyyəti barədə çox az şey bəllidir. Şairin adı, anadan olduğu yer və il barədə də mübahisəli fikirlər mövcuddur. Müxtəlif mənbələr onun adını İmadəddin, Nəsimi, Nəsiməddin, Əli, Müslihəddin, Ömər və s. kimi qeyd edirlər.
Ümumi və daha düzgün qənaət belədir ki, şairin əsl adı İmad və ya İmadəddin (“dinin dirəyi”), təxəllüsü isə Nəsimidir.
Azərbaycan sənətkarının anadan olduğu yer barədə də mübahisə var. Onun Bağdad yaxınlığındakı Nəsim kəndində, Nissibində, Diyarbəkirdə, Şirazda, Hələbdə, Bakıda, Şamaxıda, Təbrizdə və s. yerlərdə doğulduğunu söyləyənlər də var.
Ədəbiyyat tarixçilərimizin böyük bir qismi onun Şamaxıda anadan olduğunu qəbul edir. Sənətkarın Təbrizdə doğulması daha məntiqli və həqiqətə uyğun görünür; bir sıra ciddi ərəb tədqiqatçıları onu “Təbrizli” nisbəsi ilə yad edir.
Nəsiminin təvəllüd tarixi də dəqiq şəkildə bəlli deyil. Bu tarix müxtəlif müəlliflər tərəfindən az qala 30 illik bir müddəti əhatə edən sürəkli bir dövr ərzində aşağı və yuxarı sürüşdürülür. XX əsrin 60–80-cı illərində Azərbaycan nəsimişünasları şairin 1369-70-ci illərdə anadan olduğunu qəbul etmişlər. Lakin bir sıra faktlar bu fikrin qəbul edilməsinə mane olur. Nəsiminin təxminən XIV yüzilliyin 50-ci illərində anadan olduğunu söyləmək mümkündür.
Nəsimi özünün də dediyi kimi “məkansız”, səyyahvarı bir həyat keçirmiş, uzunmüddətli yaşayış yeri olmamışdır. Şairin:
Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,
Məkanə sığmayan ol biməkan məkani nedər? –
misralarında müəyyən məcazilik olsa da, birbaşa yer üzündəki konkret məkansızlığa, yer-yurdsuzluğa işarə olunur.
Onun Təbriz, Şamaxı, Bakı, Şiraz, Bursa, Mərəş, Bağdad, Şam, Misir, Hələb və s. yerlərdə olduğu bəllidir.
Əsərlərindən bəlli olur ki, sənətkar dövrün kəlam, heyət, fiqh, əruz, riyaziyyat, məntiq, fəlsəfə, tarix, təbiət və s. kimi dünyəvi elmlərinə kifayət qədər bələd olduğu kimi, Quranı, hədis və təfsiri, müxtəlif dini elmləri, həmçinin ərəb, fars və türk dillərini də mükəmməl mənimsəmişdir.
1394-cü ildə Teymurun göstərişi ilə Azərbaycan hakimi olan oğlu Miranşah hürufilərin şeyxi F.Nəimini Şirvanda tutdurur və bir müddət Naxçıvanda Əlincə qalasında həbsdə saxladıqdan sonra edam etdirir. Ciddi şəkildə təqibə məruz qalan hürufi müridləri, o cümlədən Nəsimi Şirvan və Bakını tərk edir. Şairin fars dilindəki şeirləri içərisində Bakıda olduğunu və buranı tərk etmək istədiyini göstərən belə bir beyt vardır: Ey Nəsimi, Allah deyib ki, yer üzü genişdir. Bakı torpağını tərk et, bura sənin yerin deyil.
Azərbaycanı tərk etdikdən sonra Türkiyəyə gedən şair müxtəlif şəhərlərdə yaşayır. Türk şairi Şeyxi ilə görüşür. Başqa bir türk şairi Rəfii ilə yaxın dost olur. Nəsimiyə və hürufiliyə dərin rəğbət bəsləyən Rəfiinin, hətta Nəsiminin müridliyini qəbul etdiyini söyləyənlər də var. Belə bir məlumat da mövcuddur ki, Əbülhəsən Əliyül Əla ilə birlikdə Türkiyəyə gələn şair bir müddət bəktaşilər içərisində yaşamış, onlar arasında bəktaşilik əvəzinə hürufilik ideyalarını təbliğ etməklə məşğul olmuşdur.
Türkiyədə də təqibə məruz qalan sənətkar müxtəlif şərq ölkələrini gəzmiş və nəhayət, Suriyanın Hələb şəhərinə gəlib çıxmışdır. Nəimidən sonra o, hürufiliyin şeyxlərindən olmuşdur
Şairin vəfat tarixi dəqiq şəkildə bəllidir. Bu tarix miladi 1417, (hicri – 820-ci) ildir. Onun tutulub edam edilməsi barədə isə müəyyən rəvayətlər yaranmışdır. Nəsimi 1417-ci ildə Hələb valisi Yaşbək ibn Abdullah əl-Yusifinin dövründə Misir məmlük sultanı Əl-Müəyyəd Seyfəddinin (1412–1421) əmri ilə Hələb şəhərində faciəli şəkildə qətlə yetirilmişdir. Onun adı və ölümü fədakarlıq simvoluna çevrilmişdir. Hələbdə dəfn edilmişdir. Qəbri bu şəhərdədir və həmin yer şairin adı ilə “Nəsimi təkyəsi” adlanır.
Yaradıcılığı haqqında
Şair zəngin yaradıcılıq irsi qoyub getmişdir. O, üç dildə – türkcə (Azərbaycan türkcəsində), farsca və ərəbcə şeirlər yazmışdır. Şairin doğma türkcəmizdə və fars dilində divanları bizə çatmışdır. Ərəb dilində divan yaratdığı barədə isə məlumatımız yoxdur. Nəsimi lirik şairdir və şeirlərinin hamısı bu ədəbi növdə qələmə alınmışdır.
Sənətkarın bədii irsi bütünlüklə əruz vəznindədir. O, ərəb poeziyasının vəzni olan əruzu çox məharətlə türk şeiri ilə uzlaşdıra bilmişdir. Yaradıcılığında aparıcı janr qəzəldir. Lakin klassik poeziyanın müxtəlif bədii forma və janrlarında uğurla qələmini sınamışdır: qəzəl, qəsidə, müstəzad, tərcibənd, tuyuq, rübai, məsnəvi və s.
Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, islam şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayılır. O, istər ana dilində, istərsə də farsca yazdığı poetik nümunələrdə bu sahədə ciddi uğur qazanmışdır.
Sənətkarın şeirlərini mövzu-məzmun dairəsinə və ideya istiqamətinə görə bir neçə qrupa ayırmaq olar: təriqət poeziyası, dünyəvi poeziya, dini poeziya nümunələri və s.
Yaradıcılığının ilkin dövrlərində Nəsimi sufiliyə meyil etmiş, F.Nəiminin hürufilik ideyalarını yaymağa başladığı dövrdən sonra isə həmin təriqət cərəyanına bağlanmışdır. Buna görə də onun yaradıcılıq yolu iki mərhələyə ayrılır. Sufiyanə şeirlərini daha çox birinci, hürufi şeirlərini isə ikinci mərhələdə yazdığı güman edilir. Kəmiyyət etibarı ilə hürufiyanə poetik nümunələr üstünlük təşkil edir və sənətkarın bədii-fəlsəfi irsinin əsas qismi bu tipli söz sənəti abidələrindən ibarətdir. Bununla belə, təsəvvüflə hürufilik görüşlərinin üst-üstə düşən, bir-birini təkrar edən bir çox cəhətləri olduğundan bəzən hansısa bədii nümunəni konkret olaraq hansısa təriqət cərəyanına aid etməyə, yarımqrup çərçivəsində təhlil etməyə ehtiyac qalmır.
Bir hürufi sənətkarı olaraq insana münasibət və ümumiyyətlə, insan konsepsiyası Nəsiminin poetik-fəlsəfi aləmində başlıca məsələdir. İnsan obrazı Nəsimi yaradıcılığında özünəməxsusluğu ilə seçilir. O həm bəşəri, həm də ilahi keyfiyyətlərə malikdir. Ümumiyyətlə, bu Azərbaycan şairinin poetik dünyasın-
dakı insan obrazı bütün orta əsrlər Qərb və Şərq ədəbiyyatındakı insan obrazlarından daha əzəmətli, ülvi və möhtəşəm görünür.
Nəsimi yaradıcılığında insana adi bəşəri ölçülərlə yanaşmaq tamamilə yanlışlığa və qeyri-obyektivliyə gətirib çıxara bilər. Çünki şair adəm övladına ilahi varlığın bir zərrəsi və bir sıra ilahi sifətlərin daşıyıcısı kimi baxır və insan – Tanrı münasibətləri onun yaradıcılığının ən başlıca təsvir və tərənnüm obyektidir. Buna görə də sənətkarın insan obrazına da məhz bu müstəvidə, Haqq – insan münasibətləri çərçivəsində baxmaq lazım gəlir.
Nəsiminin insan obrazı hər yerdədir, mahiyyətcə əzəli və əbədidir. Bir sözlə, filosof sənətkarın hürufiməslək və hürufi dünyagörüşünə malik lirik qəhrəmanı Haqqın özündən başlamış məna və mülk aləmindəki son zərrə – xilqətə qədər hər şeydə insanı görür, ondan nişanə və əlamət tapır. Bəs bu qədər saysız, ölçüsüz, həm zamana və məkana sığan, həm də sığmayan qeybi və maddi varlıqların, xaliq, xilqət və insanın birliyini mümkün edən, onu pərakəndəliklərdən və sistemsizlikdən xilas edən nədir? Əlbəttə, “vəhdəti-vücud” fəlsəfəsi. Məhz bu dini-fəlsəfi təlimin sayəsində Nəsimi hər şeyi vahid bir müstəviyə yığışdıra bilir, onu müəyyən əndazəyə salır:
Kün-fəkanın çünki əsli zat imiş,
Cümlə əşya vəhdətə ayat imiş.
Nəsiminin insan konsepsiyasının zirvəsində və yekununda kamil şəxsiyyət problemi dayanır. Bu özünü və ilahi həqiqətləri dərk edən, hərflərin elmini bilən, şeytan adlanan nəfsin əsarətinə düşməyən, hürufi görüşlərini dərk və qəbul edən, insanı və Haqqı sevən həqiqət yolçusudur. Bu cür müsafirlik, təbii ki, özünü tanımaqdan başlayır.
Eşq fəlsəfəsi, ümumiyyətlə, təriqətdə və təriqət ədəbiyyatında mühüm bir ruhi-mənəvi və hissi kateqoriya olduğu kimi Nəsimi yaradıcılığında da xüsusi çəkiyə, ölçüyə malikdir:
Mən əzəldən eşq ilə pir olmuşam,
inamına əsaslanan şairin nəzərində eşq aşiq və arifdən ötrü əzəli bir qismətdir.
Nəsiminin eşq fəlsəfəsində eşq və qəm, eşq və əql, eşq və rüsvalıq, eşq və heyranlıq və s. xüsusi hissi-ruhani kateqoriyalar kimi diqqəti cəlb edir.
Sənətkar zahiri ibadəti, şəriət qanunlarına əməl etməyin icbari qaydalarını da eşqin ruhi-mənəvi sədaqəti ilə əvəz edir:
Əgərçi zikr təsbihin səvabı çoxdur, ey zahid,
Mən onu eşqə dəşirdim, anın keçdim səvabından.
Nəsiminin bədii irsinin bir qismini də dünyəvi motivli poeziya nümunələri təşkil edir. Bu tipli poetik örnəkləri də müxtəlif mövzu qruplarına ayırmaq olar: dünyəvi məhəbbət və gözəlliyi tərənnüm edən şeirlər, ictimai-fəlsəfi şeirlər, təbiət lirikası, əxlaqi-didaktik şeirlər və s.
Sənətkarın dünyəvi məhəbbət, gözəlliyi təsvir və tərənnüm edən xeyli şeiri vardır. “Bu nə adətdir, ey türki-pərizad”, “Ey Məsihadəm, nişə can vermədin cansızlara”, “Şənbə günü mən uğradım ol sərvi-rəvanə”, ”Ayrılıqdan yar mənim bağrımı büryan eylədi” misraları ilə başlayan, “Xoş gördük səni”, “Susadı”, “Neylərəm?”, “Etməgil” və s. rədifli qəzəlləri, habelə başqa janrlarda yazdığı bir sıra şeirləri bu tipli bədii nümunələrdir.
Maraqlıdır ki, bu qəbildən dünyəvi motivli poeziya örnəklərində də müəyyən məqamlarda təriqət ideyaları ilə rastlaşırıq. Məsələn, əsasən, dünyəvi məhəbbətin tərənnümünə həsr olunmuş, maddi həyat aşiqinin hiss və duyğularını ifadə edən “Etməgil” qəzəlində lirik qəhrəman deyəndə ki:
Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil! –
bu fikirləri hürufilik etiqadının mövqeyi baxımından da şərh etmək mümkündür. Buna baxmayaraq, adını çəkdiyimiz, həmçinin Nəsiminin təriqət ideyaları çərçivəsinə sığmayan bir çox lirik əsərlərini, həqiqətən, dünyəvi mövzu və ideyalarla bağlı bədii nümunələr hesab etmək olar.
Beləliklə, Nəsimi yaradıcılığında həm ilahi, həm də dünyəvi eşq, məhəbbət və gözəlliyin təsvir və tərənnümü ilə rastlaşırıq. Təriqət ideoloqlarının təbiri ilə desək, o, təriqət şeirlərində həqiqi, dünyəvi motivli əsərlərində isə məcazi məhəbbəti tərənnüm edir. Bu yönümlü şeirlər arasında başlıca fərq də orasındadır ki, təriqət şeirlərindəki məşuq, yar, gözəl, canan, dilbər və s. ilahi gözəllik və keyfiyyətlərə malikdir, Haqqın timsalı və ya özüdür, bəşəri xislətin fövqündə dayanır. Məcazi məhəbbət poeziyasında isə məşuq, məhbub, sevgili bəşəri xislətdən xali deyil, adəm övladıdır, bəndədir, maddi aləmin subyektidir, insani əməl və davranışlara malikdir.
Nəsiminin dünyəvi motivli əsərlərinin bir qismini onun ictimai-fəlsəfi məzmunlu şeirləri təşkil edir. Ümumiyyətlə, Nəsimi filosof şairdir. Onun həm təriqət, həm dünyəvi, həm də dini şeirlərində fəlsəfi fikir daim aparıcı mövqedədir.
Sənətkarın ictimai-fəlsəfi poeziyasında üç meyl daha qabarıq şəkildə özünü təzahür etdirir: birincisi, dünya və onun vəfasızlığından şikayət, dünyanı tənqid; ikincisi, dünyanın şər xislətli insanlarından narazılıq və onları tənqid; üçüncüsü isə, dünyanın yaradılışı, hikməti barədə düşüncə və suallara cavab axtarmaq.
Şairin maddi dünyaya və ona məxsus hər şeyə münasibəti ardıcıl şəkildə tənqidi xarakter daşıyır. Əgər təriqət poeziyasında müəllif dünyanı insan ruhu və mömin üçün zindan hesab edirsə, ( Mö’minə həqq dünyanı zindan dedi, Möminə çox qalmaya zindanımız ) dünyəvi ruhlu şeirlərində də həmin ideyanı davam etdirir. Onun rəy və mülahizəsi belə bir qəti hökmə əsaslanır:
Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın alına, andan həzər eylə!
Payəndə degil dövləti, ey xacə, cahanın,
Əsbabinə aldanma, gəl andan güzər eylə!
Nəsiminin ictimai-fəlsəfi şeirləri içərisində “Nədir?” rədifli qəzəli və “Bəhrül-əsrar” (“Sirlər dəryası”) qəsidəsi xüsusi yer tutur. Şairin “Nədir?” rədifi ilə bir neçə qəzəli vardır. Bunlardan “Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?” misrası ilə başlayan qəzəl daha çox məşhurdur. Şeir XIV əsr Azərbaycan sənətkarı M. Əvhədinin fars dilində qələmə aldığı eyni rədifli (“Çist?”) qəzəlinə nəzirədir. Tədqiqatçılar bəzən bunu M. Əvhədidən sərbəst tərcümə də adlandırırlar. Maraqlıdır ki, Nəsimi eyni rədif və məzmunda həm Azərbaycan türkcəsində (“Nədir?”), həm də fars dilində (“Çist?”) poetik nümunə yaratmışdır.
“Nədir?” qəzəli xilqət və onun hikməti, istər qeybi, istərsə də cismani varlıqların sirli yaradılışı, kosmik kainatdakı mübhəm hadisələr, gedişat və s. barədə düşündürücü və cavabı əsrarlı olan suallardan ibarətdir. Əslində, millətindən, dinindən asılı olmayaraq insanları daim düşündürən, məşğul edən qlobal mətləbləri Azərbaycan şairi poeziya dili ilə ifadə etmişdir. Gecəsi-gündüzü olan bu kainat, doqquz fələk, zaman, bürclər və sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mənbəyi olan günəş nədir? Fələyin və mələyin əzəli mənşəyi, əsli haraya bağlıdır? Şeirin əvvəlki beytlərində yaradılışın daha miqyaslı, həm qeybi, həm də bütöv kosmik məkanı əhatə edən maddi varlıqları və onların hikməti barədə sorğu aparan lirik qəhrəman sonra yer üzərinə enir, buradakı rəngarəng məxluq, hadisə, proses və gedişatın mahiyyətini anlamağa, bu müxtəlifliyin səbəbini öyrənməyə çalışır. Bu axtarışda təbii ki, ilk növbədə insan yada düşür:
Odü su, torpağü yel adlı nədəndir adəm?
Ana səcdə nə üçün, iblisə inkar nədir?
Nəsimi yüksək sənətkarlıq qüdrətinə malikdir. Onun əsərləri istər vəzn, istər qafiyə, istər bədii sözün yaratdığı müsiqi effekti, istərsə də məcazlar sistemi baxımından mükəmməl, zəngin və cazibədardır. Şair şeirlərində rəngarəng məcaz növlərindən, ayrı-ayrı bədii vasitələrindən məharətlə istifadə etmişdir. Aşağıda bir neçə nümunə ilə kifayətlənilmişdir.
Cinas. Cinas bədii əsərdə söz gözəlliyi və ahəngdarlıq yaradan və ən çox işlənən poetik kateqoriyalardan biridir. Bu, şeirdə formaca ya tam eyni, ya da çox cüzi fərqlənən söz və ifadələrin təkrar, lakin fərqli mənada işlədilməsidir. Məsələn:
Canımın (1), cana (2), vüsalın (3) can (4) içində canıdır,
Canə (5)canü (6)canə canü canü (7) həm cananıdır (8).
Beytdə “can” sözü çox ustalıqla bir neçə dəfə fərqli mənalarda təkrar edilmişdir. Həmin sözlərin ardıcıllıqla mənaları belədir: 1 – qəlb, könül; 2 – sevgilim, nigarım; 3 – ruh; 4 – mahiyyət; 5 – can, canlını yaşadan cövhər; 6 – qəlb, könül; 7 – həyat, yaşayış; 8 – güc, sevgili (təriqət anlamında Haqq).
Beytin mənası belədir: Sevgilim (nigarım), sənin vüsalın mənim qəlbimin (könlümün) içərisindəki ruhun mahiyyətidir, Can (aşiqi insan kimi diri saxlayan cövhər) qəlbimdəki həyatın (yaşayışın) gücüdür (digər mənada sevgilidir, təriqət anlamında isə ilahidir, Haqdır). Hürufi şair “can” sözünün çoxqatlı məna çalarlarından məharətlə yararlanmaqla özünün “vəhdəti-vücudçu” görüşlərini də beytə sığışdırmışdır.
1.Alleterasiya – samit səslərin təkrarı; 2.Assonans – sait səslərin təkrarı:
Bəzən sənətkar obrazlılığın və bədiiyyatın fonetik səviyyədə imkanlarını daha geniş ölçüdə nümayiş etdirir. Eyni bədii parçada həm alleterasiya, həm də assonans yaradır. Məsələn:
Yürəgimi yarəli eylədi şövqün, iriş,
Yarəsinə bax bu gün qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanə tək,
Yanar imiş yar içün vasil olan yarinə.
Burada 1, 2 və 4-cü misralarda “y”, 2, 3 və 4-cü misralarda “n” samitlərinin alleterasiyası, 1-ci və 4-cü misralarda “i”, 2, 3 və 4-cü misralarda “a” saitlərinin bədii məzmunun siqləti ilə səsləşən uyarlı assonansı yaradılmışdır.
Təşbeh. Bənzətmə qoşması və əlaməti iştirak etməyən nümunə:
Zülfün gecəsi qədrdürür, al yanağın ay
Me’rac üzün, sidrə boyun, qaşın iki yay.
Имадеддин Насими
Поэтический псевдоним поэта «Насими» предположительно является производным от арабского слова «несим» (лёгкий ветерок). Настоящее имя Сеид Имадеддин, где титул «сеид», указывает на возможное арабское происхождение его родословной от пророка Мухаммеда, о чем писал сам Насими в некоторых своих стихотворениях.Насими — выдающийся поэт и мистик, писавший на родном азербайджанском, персидском и арабском языках. Его сочинения получили широкую известность на Ближнем Востоке и в Средней Азии. Наси.
Поэтический псевдоним поэта «Насими» предположительно является производным от арабского слова «несим» (лёгкий ветерок). Настоящее имя Сеид Имадеддин, где титул «сеид», указывает на возможное арабское происхождение его родословной от пророка Мухаммеда, о чем писал сам Насими в некоторых своих стихотворениях.Насими — выдающийся поэт и мистик, писавший на родном азербайджанском, персидском и арабском языках. Его сочинения получили широкую известность на Ближнем Востоке и в Средней Азии. Насими создал первые шедевры азербайджанской поэзии, заложив основы литературного языка, он считается отцом азербайджанского дивана (около 15 тысяч строк). Также им создан диван на персидском языке (около 5000 строк). Место рождения Насими точно неизвестно: в качестве предполагаемых мест рождения называются Шемаха, Тебриз, Диярбакыр, Бурса, Халеб (Алеппо) и Багдад. Он вырос среди ремесленников. Изучал математику, астрономию, логику и теологию. Был знаком с художественными произведениями известных ученых-сектантов Востока, знал как азербайджанскую, так и арабскую и персидскую поэзию и философию. В творчестве поэта заметно влияние Джалаладдина Руми, Низами Гянджеви и Шейха Аттара. В его произведениях упоминаются Саади, Ибн Сина, Фаридаддин Аттар. В начале Насими, подобно его учителю Наими, стоял на позициях суфизма и был последователем знаменитого суфийского шейха Шибли. Кроме того он был поклонником иранского суфия и поэта X века Гусейна Халладжа Мансура, который говорил: «Я — Бог!». Именно так Мансур выражал сектантскую мысль, что Бог, или частица Бога в каждом из нас. Так Насими стал последователем хуруфизма и в своих стихах часто повторял эту фразу. В Шемахе Насими создал общество ученых (меджлис-ул-улема) и музыкантов (муганнилер), в которых объединились талантливые люди. После казни учителя Наими он покидает пределы Ширвана и отправляется в Багдад, посещает другие города Ирака, а также Турции, где он продолжает распространять идеи хуруфизма. За это поэт неоднократно подвергался гонениям и бросался в темницу.Насими отправляется в Сирию и останавливается в городе Алеппо. Вследствие обвинений, выдвинутых духовенством, был приговорён к смертной казни и должен был принять мученическую смерть. Во время ее ожидания он пишет ряд стихотворений под общим названием «хабсие» («тюремные)», где выразил свои горестные размышления о несправедливости властей, невежестве и продажности судей, осудивших его, и бунтарские по характеру мысли человека, остающегося до конца верным своим убеждениям. Египетский Султан Муайад приказал содрать с него кожу и выставить его тело в Халебе на всеобщее обозрение. Поэт был похоронен там же, на общем кладбище, как и его потомки. В 1970-х годах могилу Насими посетил Первый секретарь ЦК Компартии Азербайджанской ССР Гейдар Алиев.
На нашем книжном сайте Вы можете скачать книги автора Имадеддина Насими в самых разных форматах (epub, fb2, pdf, txt и многие другие). А так же читать книги онлайн и бесплатно на любом устройстве – iPad, iPhone, планшете под управлением Android, на любой специализированной читалке. Электронная библиотека КнигоГид предлагает литературу Имадеддина Насими в жанрах .
Comments are closed, but trackbacks and pingbacks are open.