Magistr OL
8. Xaricetmə (Çıxış) Qurğuları: Monitor, Printer, Plotter, Ucadandanışan(Speaker), Projektor.
9. Həm Daxiletmə Həm Xaricetmə Qurğuları: Sensor Ekran, Faks, Modem
10. Daxili Yaddaş Qurğuları: RAM, ROM, KEŞ, CMOS, REGİSTR
11. Xarici yaddaş qurğuları: HDD, FDD, DVD, CD, FlashCard, MemoryCard, Strimmer(Maqnit Lent) Perfocard.
12. I nəsil EHM-elektron lampalar
İnformatikanın qısa tarixi
Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İnformatikanın kökləri başqa elmə-kibernetikaya gedib çıxır. ”Kibernetika” anlayışı isə XIX əsrin birinci yarısında yaranmışdır. Bu sözü ilk dəfə fransız fiziki Andre Mari Amper işlətmişdir. O, kibernetika dedikdə insanları idarə etməyi, başqa sözlə, cəmiyyəti idarə etməyi nəzərdə tuturdu. Əslində,o zaman heç elə bir elm yox idi və Amper mövcud olmayan bir elmi kibernetika adlandırmışdır. Kibernetika yunan sözü olan ”kibernetikos” dan götürülmüşdür və mənası “idarə etməkdə mahir” deməkdir.
İnformatikanın qısa tarixi
Amperdən sonra kibernetika yüz ildən çox bir müddət ərzində,demək olar ki, tam unuduldu. Yalnız 1948-ci ildə görkəmli Amerka riyaziyyatçısı Norbert Viner “kibernatika” anlayışını yenidən elmi ədəbiyyata gətirdi və onu canlı təbiətdə və texniki sistemdə idarəetmə haqda elm kimi mənalandırdı. Bir elmdə canlı təbiətlə texniki sistemin birləşməsi məsələsi müxtəlif ölkələrin alimləri tərəfindən kəskin qarşılandı. Keçmiş SSRİ-də isə bu elm hətta yalançı elm adlandırılırdı və uzun müddət bu sahədə işlər dayandırıldı. Bu gün kibernetika psixologiya və riyazi məntiq arasındakı əlaqəni öyrənməklə bərabər, süni intellektin yaranması metodlarını işləyir. Kibernetika ilə bir sırada ondan ayrılan başqa bir elm də failiyyət göstərir. Bu elm hesablama texnikası vasitələrinin informasiya problemlərini öyrənir. İngiltərə və ABŞ-da bu elmi “Computer science” (hesablama texnikası haqqında elm) adlandırırlar. Fransada isə ona başqa ad-“İnfermatique” (informatika) adı vermişlər. Sonra bu ad oradan Şərqi Avropa ölkələrinə, SSRİ-yə və o cümlədən bizə gəlmişdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Sizə aşağıdakı mövzular faydalı ola bilər:
Magistr OL
1. İnformatika sözü İNFORMasiya və avtoMATİKA sözlərinin birləşməsindən əmələ gəlib.
2. İnformasiyanın Ən kiçik, Elementar, Minimal ölçü vahidi Bit-dir.
3. İnformasiyanın Əsas ölçü vahidi Bayt-dır.
4. ASCII kodlaşdırma sistemində 1 simvol 1 bayt yer tutur.
5. UNİCODE kodlaşdırma sistemində 1 simvol 2 bayt yer tutur
6. Neyman Arxitekturasına görə EHM-lər Mərkəzi və Periferik OLmaqla iki hissədən ibarətdir.
7. Daxiletmə (Giriş) Qurğuları: Klaviatura, Maus (Touchpad, trekbol, Joystic), Scaner, Kamera, Mikrofon, Digitayzer, Tv Tuner.
8. Xaricetmə (Çıxış) Qurğuları: Monitor, Printer, Plotter, Ucadandanışan(Speaker), Projektor.
9. Həm Daxiletmə Həm Xaricetmə Qurğuları: Sensor Ekran, Faks, Modem
10. Daxili Yaddaş Qurğuları: RAM, ROM, KEŞ, CMOS, REGİSTR
11. Xarici yaddaş qurğuları: HDD, FDD, DVD, CD, FlashCard, MemoryCard, Strimmer(Maqnit Lent) Perfocard.
12. I nəsil EHM-elektron lampalar
13. II nəsil EHM-tranzistorlar
14. III nəsil EHM-inteqral sxemlər
15. IV nəsil EHM-böyük və çox böyük inteqral sxemlər
16. ASCII-də 1 simvol-1 baytdı, 256 simvol var
17. UNİCODE- da 1 simvol-2 baytdı, 65536 simvol var
18. Xaricetmə qurğuları- monitor, plotter, qulaqcıq, səsgücləndirici, strimmer, printer, proyektor
19. Daxiletmə qurğuları- klaviatura, maus, trekbol, penmaus, coystik, skaner, qrafik planşet, kamera, mikrofon,
20. Ana platada olur -BİOS,CPU,RAM,CMOS və s.
Bu Məlumatlar da Sizə Faydalı OLa Bilər
21. RAM – operativ, əməli, müvəqqəti, silinən yaddaş
22. ROM -daimi yaddaş
23. BİOS -sabit yaddaş,giriş və çıxış baza sistemi,ƏS-nin ilkin yüklənməsi təmin olunur, komputerin daxili yaddaşında yerləşir,qurğuların işini,düzgün işləyib-işləməməsini yoxlayır
24. CPU- mikroprosessordur, takt tezliyi və mərtəbəliliyi onun əsas xarakteristikasıdır
25. CMOS -yaddaş qurğusudur, metal-oksid yarımkeçiricidir, komputerin konfiqurasiyası, zamanı və tarixi yadda saxlayır
Comments are closed, but trackbacks and pingbacks are open.