Press "Enter" to skip to content

Azeringilisce Blog

Qida kimi mənbələr kasad olduqda cəsarətli heyvanlar çəkingənlərdən daha çox sağ qala bilirlər. Lakin qidaya yaxınlaşaraq yırtıcılara yem olmamaq üçün çəkingənlik əlverişli xüsusiyyətdir.

Pişiklər haqqında yeddi mif

Və molekulyar genetikçilər, veterinar alimlər və heyvan davranışı mütəxəssisləri tərəfindən əldə olunan son məlumatlar da bu sevimli ev heyvanı haqqında bildiyimiz bəzi şeylərin üzərindən xətt çəkəcək. Əgər pişiyinizin böyük zəka sahibi olduğunu düşünürsünüzsə, yanıla bilərsiniz.

Birinci mif: Süd pişiklər üçün ideal qidadır

Pişiklərin süd içdiyini göstərən ənənəvi təsvir aldadıcı ola bilər. Pişiklər yağlı olduğuna görə qaymağı çox sevirlər və inəkdən yenicə sağılan və üzəri qaymaqla örtülən süd onları cəlb edir.

Fəqət hazırda dükanlardan aldığımız südün tərkibində yağlılıq aşağıdır. Bəzi pişiklər onun dadını bəyənsə də, əksəriyyəti üçün südü həzm etmək çətindir.

  • Pişiklər niyə tək yaşamağı sevir?
  • Yeni Zelandiyanın “Birinci pişiyi” və digər siyasi heyvanlar

Bütün körpə məməlilər kimi pişik balaları da süddəki əsas şəkər sayılan laktozanı həzm etmək bacarığına malik doğulurlar.

Körpə heyvanlar üçün şəkər mühüm enerji mənbəyidir, amma diş çıxarmağa başladıqdan sonra, onlara südü həzm etmək bacarığı ilə təmin edən laktas fermenti bağırsaqdan yox olmağa başlayır.

Yetkin yaşlı pişik süd içdikdə həzm oluna bilməyən laktoza fermentləmyə başlaya bilər və belə olduqda mədə üçün narahatçılıq törədəcək.

İkinci mif: Pişikləri təlim etmək olmur

Təəccüblü olsa da, pişiklər də itlər qədər öyrənmək qabiliyyətindədir. Demək ki, onlara da nə isə öyrətmək mümkündür.

Lakin bunu edən adam çox azdır. Bunun bir səbəbi odur ki, pişiklərin zərərvericiləri ovlamaq və öldürmək kimi ənənəvi fəaliyyəti onlarda təbii olaraq mövcuddur.

Pişiklər bu barədə heç nə öyrətmədən belə, uğurlu olurlar. Təlim verilməyən itlər isə köməkdən daha çox maneə törədirlər.

Fəqət bu iki növ arasındakı fundamental fərq nə dərəcədə yaxşı öyrənmək bacarığı deyil, onları öyrənməyə həvəsləndirən amillərdir. İtləri (Canis lupus familiaris) unikal edən insanını diqqətini mükafat kimi qəbul etmək qabiliyyətidir.

Onlar təlimçilərinin etdiyi hərəkətləri demək olar ki, aludə olmuş şəkildə izləyirlər. Yəni, tələb olunan hərəkəti yerinə yetirdikdə başlarını sığallamaq, əks halda onlara fikir verməməklə davranışlarını formalaşdırmaq mümkündür.

  • Heyvanlar da intihar edirmi?
  • İtlər “sahiblərinin xasiyyətlərini əks etdirir”

İtləri həm də qida mükafatı ilə təlim etmək olur. Amma əksər pişikləri (Felis catus) təlim etmək üçün qida yeganə vasitədir. Bir çox YouTube videolarından da gördüyümüz kimi pişiklər üçün ən asan fənd onları yemək üçün “yalvarmağa” məcbur qoymaqdır.

Pişiyi təlim etmək üçün daha çox səbir və dözüm lazımdır. Çünki pişiklər yalnız müəyyən bir şeyi istədikləri təqdirdə insanların dediyini edirlər, itlər isə hər zaman buna hazırdırlar.

İlk öncə onları diqqətli olduqda mükafatlı sonluğa alışdırmaq lazımdır. Bunun üçün dadlı böyük krevetka və ya bir tikə toyuq sinəsi bəs edə bilər.

Təlim müddəti əvvəlcə qısa olmalıdır, çünki pişiklər bir şeydən tez sıxılırlar. Və yenidən təlim olunan yerə cəlb etmək cəhdləri onları öyrənməkdən çəkindirə bilər.

Təlim, sahibinin həyatını asanlaşdıracağı qədər pişiklərin sağlamlığı üçün də əvəzsiz vasitədir.

Məsələn, pişiyi veterinara səyahəti çətin ola bilər. Lakin əgər pişik daşındığı səbətə girib-çıxmağın əyləncəli bir şey olduğunu öyrənərsə və səbətin əslində təhlükəsiz və rahat bir yer olduğunu bilərsə, bütün proses asan və stresssiz başa gələr.

  • Pişiklər niyə mırıldayır?
  • Britaniyanın maaşlı və ştatlı pişikləri

Üçüncü mif: Pişiyi maraq öldürdü

Bu qədim deyimə görə, pişiklər o qədər hər şeylə maraqlanırlar ki, tez-tez özlərini riskə atırlar. Əslində isə çox az pişik belədir.

Təbii ki, bu həvəs pişikdən-pişiyə dəyişir, amma yeni vəziyyətə yaxınlaşmaq cəsarətinə heç də hər pişik sahib deyil. Onlar adətən diqqətli olurlar və tanış olmayan bir şeyi uzaqdan yoxlamağa üstünlük verirlər.

Bioloqlar düşünür ki, bu xarakterik əlamət onları insandakı xüsusiyyətlərə yaxınlaşdırır və təkcə pişiklə yox, bir çox heyvanlarda mövcuddur.

Qida kimi mənbələr kasad olduqda cəsarətli heyvanlar çəkingənlərdən daha çox sağ qala bilirlər. Lakin qidaya yaxınlaşaraq yırtıcılara yem olmamaq üçün çəkingənlik əlverişli xüsusiyyətdir.

Bu isə növlər arasında şəxsi əlamətlərin mövcudluğunun göstəricisidir.

Şəklin mənbəyi, CRIS BOURONCLE/AFP/Getty Images

Şəklin alt yazısı,

Pişiklər heç də hər şeylə başqa heyvanlardan daha çox maraqlanmırlar; deyimi isə ‘pişiyi stress öldürdü’ ilə əvəzləmək lazımdır

Bəs bu deyim doğru deyilsə, necə yaranıb?

Sən demə deyimin orijinal forması ilk dəfə 16-cı əsrdə “pişiyi diqqət öldürdü” kimi qeydə alınıb. Diqqət isə narahatlıq və ya stress mənasında verilib.

Deyimi yazıya alınacaq qədər mühüm edən şey məlum olmasa da, veterinar elmi arxasında yatan həqiqəti yenidən aşkarlayır. Ev heyvanı kimi pişiklərin çoxu sistit və dermatit kimi stresslə əlaqəli xəstəliklərdən əziyyət çəkirlər.

Son araşdırmalar göstərir ki, bu xəstəliklərə yol açan əsas şey pişiklər arasında antaqonistik münasibətlərdir.

Eyni evdə yaşayan pişiklər arasında stress yarana bilər. Eyni sahibə malik yola getməyən iki pişik və ya əraziləri arasında sərhədi müəyyənləşdirə bilməyən qonşu pişiklər.

İtlərdən fərqli olaraq pişiklər, bu cür fərqləri həll etmək imkanı verən bədən dili kimi sofistik analizə malik deyillər və aylarla, illərlə konflikt içində yaşaya bilərlər.

BBC Horzion-un təqdim etdiyi The Secret Life Of The Cat (Pişiyin Gizli Həyatı) adlı verilişdə qarşı evlərdə yaşayan Kato və Phoebe adlı iki pişiyin aradakı bağçanın ‘sahibliyi’ barədə mübarizəsi göstərilmişdi.

  • Pişiklər qədim dünyanı necə fəth etdilər
  • Dünyanın ən yırtıcı pişiyi ilə tanış olun

Dördüncü mif: Pişiklər ev heyvanlarıdır

Bioloqların tam ev heyvanı meyarlarına uyğun gələn pişik növləri Fars, Siam, Rus Blyuzu və Maine Coonlardır. Tam ev heyvanına çevrilən it növləri, donuz və damazlıq mal-qara kimi bu pişiklərin çoxalması, yemi və qayğısını sahibləri müəyyənləşdirir.

Fəqət Britaniyadakı əksər pişiklər ev heyvanı kimi yararlı deyillər. Onların anaları ola bilsin ki, ev heyvanı olublar.

Amma cütləşmə mövsümündə (adətən yanvar və ya fevralda) onlar evdən çıxıb aktiv şəkildə mümkün qədər çox erkək pişiyin diqqətini cəlb etməyə çalışırlar.

Bu erkək pişiklərin bir-ikisi ev pişiyi ola bilər, amma hal-hazırda bir çox erkək pişik sahibləri gəzəyən olmasınlar deyə onları neytral cinsi hala saldırır. Yəni, onların əksəriyyəti insandan qorxan bir növə çevrilir.

Hər dişi və ya “kraliça” pişik bir neçə saat, bəzən isə bir neçə gün ərzində cəlb edə bildiyi erkək pişiklər arasından cütləşmək üçün bir və ya ikisini seçir.

Tam əhliləşdirilən ev heyvanın sahibi isə buna icazə vermir. Təbii ki, əhliləşdirmə prosesi əsnasında bu davranış çox az dəyişib. Bu isə evlərimizdəki bir çox pişiklərin tam ev heyvanına çevrilmədiyini təsdiq edir.

Şəklin mənbəyi, LOUISA GOULIAMAKI/AFP/Getty Images

Şəklin alt yazısı,

Heç də bütün ev pişikləri tam əhliləşməyib

Bundan başqa, bu proses ev pişiklərinin erkək pişiklərə qarşı əzminin inkişafı və kraliçaların müəyyən erkəklərə üstünlük verməsi mexanizmi təqdim edir. Beləliklə, gələcək nəsil pişiklərin xüsusiyyətləri təsir görmüş olur.

Küçə pişiklərinin mövcudluğu bütün “ev pişiklərinin” əhliləşmədiyi mənasına gəlir. Ev pişikləri doğulduqdan sonra, insanlarla münasibətə alışırlar.

Dünyaya gəldikləri ilk iki ay ərzində insan münasibəti görmədikdə isə adamlardan çəkinirlər. Onlar küçə həyat tərzinə də alışa bilirlər və başqa heyvanların əlindən almaqla, ya da zibillikdən tapmaqla qidalanırlar.

Əgər küçə pişiklər iki aylarına qədər tapılıb ehtiyatla insanlara təqdim olunsalar, tez bir zamanda heç bir əhliləşmiş heyvandan fərqləri qalmaz.

Buna görə də pişiklər bir neçə nəsil içində həm əhliləşmiş, həm də küçə heyvanı kimi inkişaf edə bilirlər. Bunu bacaran ikinci ev heyvanı yoxdur. Çox güman ki, pişiyinizin bir vəhşi tərəfi də var.

Videonun alt yazısı,

İstanbul- itlər və pişiklərlə harmoniyada yaşayan şəhər

Beşinci mif: Pişiklər sahiblərinin fikrini oxuya bilir

Alimlər insandan başqa zəkası olan heyvanların varlığı barəsində fikir ayrılığına sahibdirlər. Biz “şüur nəzəriyyəsini” çətinlik çəkmədən istifadə edə bildiyimizə görə ona malik olmamağı təsəvvür etmək edə bilmirik.

Nümunə üçün, söhbət zamanı biz fikrimizi çatdırmaq üçün sözləri diqqətlə seçirik. Çünki qarşımızdakı insanın nə düşündüyünü təsəvvür edə bilirik.

Biz söhbət etdiyimiz insanın bizimlə eyni şüura sahib olduğunu nəzərə alırıq, amma individual olaraq iki zəka arasındakı fərqi də unutmuruq.

Bizə ən yaxın məməli sayılan meymunlardan başqa, digər məməlilərin “şüuru” məhdud dərəcədədir. İtlər şüurun ‘diqqətə-diqqət’ adlanan primitiv şəklini nümayiş etdirirlər: onlar digər itin diqqəti əsasında bir-birlərinə reaksiya verirlər.

Fəqət bu, onların bir-birlərinin şüuruna agah olmaları demək deyil. Bu əlaqə üçün sofistik qaydalar dəsti kimi görünə bilər. Yəni, ‘əgər digər itin hər iki gözünü görürsənsə, niyyətini ötür; yox əgər görmürsənsə, diqqətini cəlb etmək onun üçün hür’.

Şəklin mənbəyi, MARJAN DEBEVERE

İngilis Dilində Rəqəmlər

İngilis Dilində Rəqəmlər Bir dili öyrənməyə başlayarkən “salam”, “sağ ol”, “necəsən” kimi sözlərlə birlikdə ən az 10-a qədər saymaq da öyrənilir. Təzə dil açan uşaqlar da artıq ingilis dilində saymağı bacarırlar. Bu yazımızda ingilis dilində rəqəmlər mövzusuna toxunduq. İngilis dilində saymaq əslində çox asan birşeydir. Bunu üçün ilkin olaraq 1-dən 9-a qədər rəqəmləri öyrənmək lazımdır. Çünki, rəqəmlər sadəcə riyaziyyatın deyil, həyatın da bir parçasıdır. Bu da ingilis dilində rəqəmlər və cümlə içində nümunələr;

1 1 rəqəmi – hər şeyin başlanğıcı! İngilis dilində one kimi yazılır, uan kimi tələffüz edilir. Toplama əməlində təsirli, vurmada isə neytral elementdir. Yalnızdır, ama sevəni çoxdur. You are my one love! Sən mənim yeganə sevgimsən! 2

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

İngilis dilində yazılışı two, oxunuşu isə tuu kimi oxunur. I saw World war, two times. So, I don’t want the third! İki dünya müharibəsi gördüm, üçüncüsünü görmək istəmirəm artıq! 3 Three kimi yazılır srii olaraq tələffüz edilən 3 rəqəmi! İslamda müqəddəs olduğuna inanılır. Can you get there three tea? Üç çay ala bilərəmmiİ? 4 Four olaraq yazılır, foo kimi oxunur. I have four younger brothers! So, you can not send me to grocer! 4 kiçik qardaşım var. Yəni məni baqqala göndərə bilməzsən! 5 Five ingilis dilində beş deməkdir. Tələffüzü fayf şəklindədir. Tənbəl şagirdlərin arzusu, əlaçıların dostudur. Do you know five rules of Islam? İslamın beş şərtini bilirsən? 6 İngilis dilində six olaraq yazılır. Tələffüz edilərkən siks şəklində səslənir. 6 rəqəmi dedikdə altıncı hiss yada düşür. Sixth Sense filmini də izləmisiniz yəqin ki. I passed 6 exams in exam week. İmtahan həftəsində 6 imtahandan keçdim. 7 İngilis dilində seven olaraq yazılır, biz sevn deyə oxuyuruq. Bir çoxlarının uğurlu rəqəmidir. Dünyanın yeddi təbəqəsi, göyün yeddi qatı, dünyanın yeddi möcüzəsi, göy qurşağının yeddi rəngi… Germany became first team to score 7 goals in a World Cup semi final. Almaniya Dünya Kuboku yarım finallarında 7 qol atan ilk komandaolub. 8 Dünyanın yeddi qatdan ibarət olduğunu düşünsək, tanrı səkkizinci qatda olduğu qənaətinə gəlmək olar. Buna cənnət də demək mümkündür. Çünki İslama görə cənnət 8 qatdan ibarətdir. İngiliscə eight olan 8 rəqəmi eyt kimi tələffüz edilir. Octopus has eight legs. Oktopadın 8 ayağı var. 9 9 ən böyük rəqəmdir. Türk və Altay mifologiyasına görə 9 müqəddəs rəqəmdir. Çünki, dünyanı yaradan Qara xan dünyanın mərkəzində 9 budaqlı ağac əkmişdi. Bundan əlavə körpə 9 ay ana bətnində qalır. İngilis dilində nine yazılır nayn olaraq oxunur. Cats have 9 lives. Pişiklər 9 canlıdır. 0 Riyaziyyatın da, həyatın da ən sirli rəqəmi, sıfır! İngilis dilində zerodur. Tələffüzü zirodur. Our goal is, zero carbon emissions in 2030. Məqsədimiz 2030-cu ildə karbon ayrılmasını sıfıra endirməkdir.

Ingiliscə süd ərzaq

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanca-ingiliscə lüğət

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.