Elmи мяъмуяси
inkarı sintaktik kateqoriya hesab etmək olar.
Cümlə
Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.
Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Məsələn: Nəsrin kolu qızılgül koluna oxşayır. Mən dram əsərlər oxumağı sevirəm. Hər şeyin öz vaxtı var.
Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilən Gecdir, Yoruldum, Səhərdir sözləri bimiş fikir ifadə edərək cümlə kimi formalaşmşdır.
Cümlələr quruluşca sadə və mürəkkəb olur.
Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Məsələn: Uşaqlar oturdular. Müəllim ayaq üstə durub sinfə göz gəzdirdi.
Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur. Məsələn: Fırtına getdikcə şiddətlənir, gəmi ağır-ağır yırğalanırdı. Zəng təzəcə vurulmuş, müəllim sinfə daxil olmuş, dərs başlandı.
Cümlənin məqsəd və intonasiyaya görə növləri
Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.
Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cüçlələr üç qrupa ayrılır
Nəqli cümlələr
Sual cümlələr
Əmr cümlələr
1. Nəqli cümlə
Nəqli cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir. Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir qədər yüksəlir, sonra tədricən alçalaraq kəsilir. Məsələn: Dünyada əlli milyona qədər azərbaycanlı var. Onlardan doqquz milyonu Azərbaycan respublikasında yaşayır.
Nəqli cümlə başqa başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən nəqli cümlələr vasitəsilə ifadə edirlər.
Yazıda nəqli cümlələrin sonunda nəktə qoyulur. Hiss-həyəsac tələffüz edildikdə nida işarəsindən ( ! ) istifadə edilir.
2. Sual cümlələr
Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn: Ölkəmizin bayrağı neçə rəngdədir? Himnimizi kim yazıb?
Sual cümlələrin üç növü var:
1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məsələn: Qız qalası neçənci əsrdə tikilib? Ölkəmizin ilk paytaxtı hansı şəhər idi? Qarabağa hücum edən kim idi? Ata Türk haqqında nə bilirsiniz?
2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məsələn: Siz günəşin çıxmasını seyr etmisinizmi? Bəs batmasını? Getmək istəmirsən ki?
3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Məsələn: Sən şeri sevirsən? Himnimizi bilirsən? Qiymət almısan?
Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin cavabında ya həmin cümlələrin özləri (məsələn: Bu köhnə kitabdır? – sualına Bu köhnə kitabdır cavabını vermək olar) ya da onların bir hissəsini təkrar etmək (köhnə kitabdır deyə), yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən sözlərlə cavab vermək olar.
3. Əmr cümləsi
Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur.
Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöktə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. Məsələn adi tonla: bəri bax. Ynımda qal. Yüksək tonla: Düzünü de! Cavab ver! Dayan!
4. Nida cümləsi
Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Məsələn: Azərbayca, Azərbaycan!
Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:
1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər; Məsələn: böyüklərin sözünü kəsmək olmaz! Qoy bunu hamı bilsin!
2. Nidaların köməyilə əmələ gələnlər; Məsələn: Bəh-bəh necə ətirlidir! Oy, nə gözəl çiçəklənir, Çingiz!
- Teqlər:
- cümlə
- , sintaksis
- , qrammatika
- , Azərbaycan dilinin qrammatikası
Elmи мяъмуяси
mövcud elmi ədəbiyyatda bu sahəyə də diqqət yetirilir.
Dilçilərin böyük bir hissəsi belə hesab edir ki, qrammatik kateqoriya
kimi inkarlıq kateqoriyasının əsas məzmunu məntiqi inkardır. Bu fikir istər-
istəməz məntiqi və dil inkarının bir-birinə hansı münasibətdə olmaları,
onların bir-biri ilə hansı oxşar və bir-birindən hansı fərqli cəhətlərinin olması
suallarını ortaya çıxarır.
Məntiqi inkarlıq kateqoriyası dil inkarlığı kateqoriyasının əsas məzmu-
nunu təşkil etsə də, onu tam əhatə etmir. Çünki məntiqi inkarlıq kateqori-
yasından fərqli olaraq, dil inkarlığı kateqoriyası bir çox başqa funksiyalar da
yerinə yetirir, nisbi müstəqilliyə və özünə xas olan məna tutumuna malikdir.
Məsələn, inkar göstəricisinə malik olan cümlələrin heç də hamısı inkar
mühakiməsinə müfaviq gəlmir, onlar təsdiq mühakiməsinə də uyğun gələ
qadağan və sualın ifadə vasitəsi kimi dəfə çıxış edə bilərlər.
Məntiqi inkarlıq bütün dillərdə öz əksini tapdığından, dil universalisi
hesab edilir. Dil inkarlığı kateqoriyasının məntiqi məzmununu mövcud
olmamaq, mənfilik, məhrumluq, fərqlilik və s. təşkil edir. Lakin dil inkarlı-
ğının məzmununa etiraz, imtina, qadağan və s. mənalar da daxil ola bilər.
İnkar forması müsbət semantikaya da malik olur. Bu, istər ayrı-ayrı leksik
vahidləri, istərsə də bütöv sintaktik konstruksiyaları əhatə edə bilər.
Dil forması kimi qəbul etdiyimiz inkar təsdiq ilə birlikdə fikrin iki
formasının-anlayış və muhakimənin təzahürüdür. Müqayisə et: Arı quş
deyildir. Görüş baş tutdu-Görüş baş tutmadı. Bu baxımdan inkarı bütün
dillər üçün ümümi olan formal universali kimi qəbul etmək olar. O, fikrin və
onu ifadə edən cümlənin komponentidir. Odur ki, inkarı leksik mənanın və
cümlə strukturunun (formasının) onun sintaktik səviyyəsində struktur-
semantik modifikatoru hesab etmək olar.
Təsdiq və inkarın semantikası cümlə-mühakimənin məntiqi xassəsidir.
Lakin o eyni zamanda cümlənin də qrammatik xassəsidir, çünki təsdiq və
inkarı bildirmək üçün cümlələrin xüsusi formaları mövcuddur. Cümlə
strukturunun qurulmasında inkarın xüsusi rolu vardır. İnkar və təsdiq
cümlələrinin bir-birinə qarşı qoyulması bütün dillərdə mövcuddur,lakin
Yeganə QARAŞOVA
inkarın ifadə yolları müxtəlif dillərdə müxtəlifdir. İnkarın həmçinin cümlə
strukturunun onun məntiqi-qrammatik və sintaktik üzvlənmə səviyyələrində
qurulmasında da rolu mühümdür. Cümlədə inkarın olub-olmaması cümlənin
ifadə etdiyi mühakimənin keyfiyyətini müəyyənləşdirir. Məntiqdə isə təsdiq
və inkar muhakimələrinin fərqi onların keyfiyyətcə formal fərqi kimi
müəyyənləşdirilir. Bununla bərabər, inkar onun işləndiyi cümlədə ifadə
edilən fikrin strukturuna da təsir göstərir. Belə ki, inkardan məntiqi
predikatın fikrin subyekt-predikat strukturunun komponenti kimi dil
elementləri ilə nişanlanması vasitəsi olaraq istifadə edilir.
Bəzi dilçilər inkarı onun ifadəsi baxımından sintaktik kateqoriya hesab
edirlər. Lakin inkarın ifadə vasitələrini sintaktik sinif kimi, elementlərin
qapalı toplusu kimi təsəvvür etmək mümkün deyildir. İnkar heç də həmişə
inkar vasitələri ilə reallaşmır,o,implist şəkildə və ya digər dil vasitələri ilə də
ifadə edilə bilər. Əslində inkar dildə həm leksik, həm də qrammatik, o
cümlədən sintaktik vasitələrlə ifadə edilir.Odur ki, onu leksik-qrammatik
kateqoriya adlandırmaq daha doğru olardı.Sintaktik kateqoriya ayrılıqda
götürülmüş bir sözü deyil, bütöv cümləni xarakterizə etdiyindən, ona təsdiq
və inkar konstruksiyalarının oppozisiyası müvafiq gəlir. Məhz bu baxımdan
inkarı sintaktik kateqoriya hesab etmək olar.
Beləliklə, inkar dil universalisi kimi ən müxtəlif səviyyələrdə təzahür
edir. İngilis və Azərbaycan dilləri müxtəlif tipli dillər olduğundan, onlarda
inkarların ifadəsi də müxtəlif vasitələrlə reallaşır.
Hər bir inkar təsdiqdən irəli gəlir.İnkar cümləsi eynilə təsdiq cümləsi
kimi qurulur. Onlar arasındakı fərq yalniz inkar cümləsində inkar
göstəricisinin olmasındadır. Beləliklə hər bir dildə istənilən nəqli cümlənin
əks mənalı korrelyatı vardır. O, inkar cümləsi adlanır.
İfadə edilmə baxımından inkar standart və qeyri-standart olur. Standart
inkar məfhumu altında biz eksplisit inkarı, qeyri-standart inkar dedikdə isə
impilisit inkarı nəzərdə tuturuq. O, birincidə bilavasitə inkar göstəriciləri ilə,
ikincidə isə dolayıcı ilə, semantikasında inkar mənası, inkar çaları olan və
bəzən də olmayan müxtəlif leksik və sintaktik vasitələr ilə reallaşır.
Панфилов В.3. Гносеологические аспекты философских проблем языкознания.
Azərbaycan və ingilis dillərində inkarlıq və qadağanlıq konstruksiyaları
İnkar göstəricisi müxtəlif mövqelərdə-prepozisiyada və ya postpozisi-
yada çıxış edə bilər. Prepozitiv inkar göstəricisi analitik dillərdə, postpozitiv
inkar göstəricisi isə daha çox sintetik morfoloji baxımdan iltisaqi quruluşlu
Azərbaycan dili sintektik quruluşa malik olduğu üçün eksplisit inkar daha
çox sintetik yolla – fellərə qoşulan –ma affiksi və onun allomorfları vasitəsi ilə
ifadə edilir. Bundan başqa,inkar vasitəsi kimi –sız affiksindən də istifadə
olunur. Bu affiks yalnız adlara və zərflərin bir qisminə qoşula bilir və
konstruksiyaya mənfilik mənası verir. Ərəb və fars dilindən alınmış sözlərdə
bu funksiyanı fars mənşəli na-, bi- və ərəb mənşəli la- prefiksləri yerinə yetirir.
Mənfilik mənası yaratmaq üçün ərəb mənşəli qeyri tərkibli konstruksiyalardan
da istifadə olunur. Lakin bu sözün birləşmə imkanları çox məhduddur.
İngilis dilində inkar mənası analitik yolla düzəlir və bu məqsədlə əsasən not
inkarı və onun do not (don’t), does not (doesn’t), did not (didn’t)
birləşmələrindən və no inkar əvəzliyindən istifadə olunur: It was not possible to
change her room. (J.B.Priestley) ’’Onun otağını dəyişmək mümkün deyildi.”
Not inkarı bütün operatorlar ilə – köməkçi fel kimi çıxış edən do və have,
eləcə də am, is, are, was, were, shall, should, will, would, can, could, may,
might, must və ought sözləri ilə də birləşə bilir və konstruksiyada onlardan
sonra işlənir. Bu sözlər əsas fel ilə birləşdikdə, not inkarı modal və ya
köməkçi feldən sonra işlənir. Ümumiyyətlə, not inkarı qoşulduğu köməkçi
sözlə birlikdə cümlədə mübtədadan sonra gəlir.
Not inkarı”can+infinitiv” birləşməsi ilə işləndikdə, konstruksiya hərəkətə
dair təəccüb, şübhə bildirir: He can not finish his work tomorrow. “Ola
bilməz ki, o, işini sabah qurtarsın”.
Bu inkar “may+infinitiv”birləşməsi ilə işləndikdə, konstruksiya hərəkət
haqqında fərziyyə, güman bildirir: He may not have been come to Moscow
yesterday “O, ola bilər ki, dünən Moskvaya gəlməyib.”
Müəyyən bir hərəkətin icrasına zərurət olmaması not inkarının need
modal feli ilə birləşdiyi konstruksiyalara ifadə edilə bilər: You needn’t have
sent the telegram yesterday “Dünən sizə teleqram göndərmək lazım deyildi”.
Not inkarı “ought+Perfect İnfinitive” birləşməsi ilə işləndikdə,
konstruksiya keçmişdə icra edilmiş hərəkətin qınandığını bildirir: This
question ought not to have been discussed without me “Bu məsələ mənsiz
müzakirə edilməməli idi”.
Sual cumlesi
Bu cür cümlələri yaranmasında İntonasiyanın da rolu böyükdür. Elə bu cəhətdən də cümlələr dörd qrupa bölünür :
Sual məqsədi ilə işlədilən cümləyə sual cümləsi deyilir. Sənə kim qıydı, bala?
☑️Sual cümləsinin işlədilməsində bir neçə məqsəd olur: məlumat almaq, əldə olan məlumatı dəqiqləşdirmək. Sənin ana dilin nədir? Sənin ana dilin Azərbaycan dilidir?
☑️Bəzi sual cümlələri cavab tələb etmir : Adam da özündən böyüyə əl qaldırar? Bu tipli sual cümlələri, əsasən bədii üslubda işlədilir və ritorik ( bədii) sual adlanır.
Bu cür sual cümlələri məzmunca nəqli cümlələrə çox yaxındır və dolayı yolla hökm ifadə edir: Sultan Əmirli daş deyil, divar deyil. İnsandır. Sevə bilər və s.
Ritorik sual cümlələrinin sonunda əksərən sual işarəsi, bəzən birlikdə sual və nida işarələri qoyulur.
☑️ Yazıda sual cümləsindən sonra həmişə sual işarəsi qoyulur.
☑️Bədii üslübda işlənən ritorik sual cümlələri cavab tələb etmir və fikri qüvvətləndirməyə xidmət edir : Hanı məni gül qoynunda doğuran? ( A. İldırım)
☑️Sual cümlələri yaranma yoluna görə üç yerə bölünür :
1.Sual əvəzliklərinin köməyi ilə: Siz hara gedirsiniz? Atan necədir?
2.Sual ədatlarının ( – mı, mi, mu, mü, yəni,bəs,məgər,ki) köməyi ilə : Gəldinmi? Bəs o,kimi çağırdı?
3.Yalnız sual intonasiyasının köməyi ilə : Sən evə gedirsən? Bu yolla yaranan sual cümlələri nəqli cümlələrə yaxın olur. Sadəcə cümlənin xəbərinin bir az uzun tələffüz olunur.
İntonasiyanın və ədatın köməyi ilə yaranan cümlələrə özlərini və ya onların bir hissəsini təkrar etmək, ya da “bəli”, “yox” təsdiq və inkar ədatları ilə cavab vermək olar.
Sual əvəzlikləri ilə yaranan cümlələrə bir qayda olaraq, cümlədəki əvəzliyi əvəzinə tələb olunan cavabı işlətmək lazımdır.
Elə cümlələr var ki, onların yaranmasında həm ədatlar, həm də sual əvəzlikləri iştirak edir: Bəs sən hara gedəcəksən? Belə. cümlələrə kompleks sual cümləsi deyilir.
Beləliklə, cümlədə heç bir dəyişiklik etmədən, yalnız xəbərin son hecasını bir qədər uzun tələffüz etməklə nəqli cümləni sual cumlesine çevirmək olur. Söz sırası olduğu kimi qalır və hətta məntiqi vurğunun öz yerini dəyişməsi də buna mane ola bilmir; məs.: Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz? Siz universitetdə oxuyursunuz?
Comments are closed, but trackbacks and pingbacks are open.