Press "Enter" to skip to content

İnternet/İnternetin xidmətləri

İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW – informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

İnternet şəbəkəsinin əsas xidmətləri hansılardır?

İnternet şəbəkəsinin əsas xidmətləri hansılardır? bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

  • 1 İnternet şəbəkəsinin əsas xidmətləri hansılardır?
    • 1.1 İnternet xidmətləri nəyə deyilir?
    • 1.2 İnternet xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?
    • 1.3 WWW kommunikasiya xidməti
    • 1.4 Usenet kommunikasiya xidməti
    • 1.5 İCQ və buna bənzər kommunikasiya xidməti
    • 1.6 Telnet və buna bənzər kommunikasiya xidməti
    • 1.7 Gopher buna bənzər kommunikasiya xidməti
    • 1.8 E-mail kommunikasiya xidməti
    • 1.9 FTP kommunikasiya xidməti

    İnternet şəbəkəsinin əsas xidmətləri hansılardır?

    İnternet xidmətləri nəyə deyilir?

    İnternet şəbəkəsində istifadəçilərə müəyyən informasiya xidməti göstərən vasitələr İnternet xidmətləri adlandırılır.

    İnternet xidmətləri dedikdə hansı xidmətlər nəzərdə tutulur?

    İnternetin kommunikasiya xidmətləri aşağıdakılardır:

    WWW kommunikasiya xidməti

    World Wide Web-ümumdünya hörümçək toru. Tərkibində mətncədvəl, qrafika, video kimi verilənləri saxlayan sənədlərdir. Bu sənədlərə brauzerlər (veb-səhifəyə baxmaq üçün nəzərdə tutulmuş proqramlar- məs: İnternet explorer, Opera, Google Chrome və s.) vasitəsi ilə baxılır.

    Usenet kommunikasiya xidməti

    Telekonfrans xidmətidir. Burada qruplar şəklində müxtəlif məsələlər müzakirə edilir.

    İCQ və buna bənzər kommunikasiya xidməti

    Real vaxt anında yazaraq qarşılıqlı əlaqənin qurulması xidmətidir.

    Telnet və buna bənzər kommunikasiya xidməti

    Məsafədən digər kompüterlərin idarə edilməsi xidmətidir.

    Gopher buna bənzər kommunikasiya xidməti

    İnformasiya axtarış xidmətidir. İyerarxik formada məlumatların axtarılmasını təmin edir.

    E-mail kommunikasiya xidməti

    İnternet vasitəsi ilə məlumatların göndərilməsi və qəbul olunması xidmətidir.

    FTP kommunikasiya xidməti

    İnternetdə faylların bir kompüterdən digərinə ötürülməsini təmin edən xidmətdir.

    Beləliklə biz İnternet şəbəkəsinin əsas xidmətləri hansılardır? mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

    © İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

    Sizə aşağıdakı mövzular faydalı ola bilər:

    1. İnternetin yaranma tarixi
    2. Gmail elektron poçtunun yaradılması
    3. Yandex saytında elektron poçt yaratmaq
    4. Alqoritmin əsas xassələri
    5. Publisher 2003 proqramının əsas alətləri

    Həmçinin baxın

    Elektron hökumət portalında qeydiyyat

    Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.

    Добавить комментарий Отменить ответ

    Для отправки комментария вам необходимо авторизоваться.

    İnternet/İnternetin xidmətləri

    Verilənlərin Internetdən çağırılmasının bir çox üsulları var. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır:

    • Veb-forumlar
    • Bloqlar
    • Vikilayihələr
    • İnternet-şoppinq
    • İnternet-auksionlar
    • Sosial şəbəkələr
    • Elektron poçt
    • Xəbər qrupları
    • Fayl göndərmə şəbəkələri
    • Elektron ödəmə sistemləri
    • İnternet-radio
    • İnternet-TV
    • İP-telefon
    • Messencerlər
    • FTP-serverlər
    • Çat
    • Axtarış sistemləri
    • İnternet-reklam
    • Uzaqdan idarəetmə
    • Şəbəkə oyunları
    • Web 2.0
    • Müstəqil təhsil
    • Əşyaların interneti və s.

    İnternetin xidmətləri müxtəlidir və zaman keçdikcə çoxalmaqdadır:

    • WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. Bu üsul hər bir şəxsə və şirkətə öz qəzet və curnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa, interaktiv kataloq və spravoçnik təklif etməyə, hətta bütün dünyada vidiotəsvir və səs fayllarını yaymağa imkan verir. Tim Berners-Li (Tim Berners-Lee) 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə Web texnologiyası tezliklə bütün dünyada yayıldı.
    • E-mail (Electronic Mail) – elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır.
    • FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompyuterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompyuterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompyuterindən ona və əksinə göndərə bilər (Download, Upload). Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompyuterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. FTP vasitəsilə Internetə qoşulmuş istənilən kompyuterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar: ftp://
    • Telekonfranslar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konfransların keçirilməsi üçün nəzərdə tutulmuşdur. NetMetting xidmət növü məsafədən asılı olmayaraq istifadəçilər arasında səs, mətn, vidio formasında informasiya mübadiləsini, diaqram, qrafiklər və proqramlarla birgə işi təmin edir.

    İnternet haqqında

    İnternet — bir neçə kompüterler sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.

    İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.

    İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.

    İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW – informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.

    — İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.

    — Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.

    — Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.

    — Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.

    Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

    Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol – [[TCP/IP’]] (Transmission Control Protocol / Internet Protocol) – verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.

    İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.

    Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.

    Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://www.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS – domain name service) tərəfindən yerinə yetirilir.

    Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:

    • .com kommersiya ilə məşğul olan təşkilatlar
    • .edu – təhsillə məşğul olan təşkilatlar
    • .org – kommersiya ilə məşğul olmayan təşkilatlar
    • .gov – hökumət təşkilatları
    • .mil – Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
    • .int – beynəlxalq təşkilatlar
    • .net – şəbəkə xidmətləri göstərən təşkilatlar

    Məsələn: www.azercell.com ; www.wikipedia.org Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var. Birinci səviyyəli coğrafi domenlər:

    • .az – Azərbaycan
    • .de – Almaniya
    • .fr – Fransa
    • .se – İsveç
    • .ru – Rusiya
    • .jp – Yaponiya
    • .us – Amerika Birləşmiş Ştatları
    • .tw – Tayvan
    • .tr – Türkiyə
    • .ua – Ukrayna
    • .ro – Rumıniya
    • .kz – Qazaxıstan
    • .tk – Takilao
    • .ge – Gürcüstan
    • .uk – Böyük Britaniya

    Brauzer və ya Veb səyyah – Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter – müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir. Ən geniş yayılmış brauzerlər İnternet Epxlorer,Opera,Google Chrome və Mozilla Firefox sayılır.

Comments are closed, but trackbacks and pingbacks are open.