Press "Enter" to skip to content

5 -ci sinif. Azərbaycan tarixindən mövzular üzrə testlər Elmar Əlövsət oğlu İbadov

11. Cəlil Məmmədquluzadənin hansı povesti vardır?

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

Home müəllimlərin işə qəbulu Online Testlər TARIX TESTLƏRİ TARİX testlər TARIX TESTLƏRI

TARIX TESTLƏRI

1. Qeyd edilənlər aiddir:
– Ərəb coğrafiyaşünası olmuşdur
– O dövrədək əldə edilmiş coğrafi biliklərə yekun
vurmuşdur
– Siciliya kralı II Rojerin sarayında dünyanın
böyük xəritəsini yaratmışdır
A) İdrisi B) Biruni C) İbn Rüşd
D) Piri Rəis E) Məsudi
2. Yam- Zapol müqaviləsinə əsasən, Reç
Pospolitaya keçmiş ərazi:
A) Riqa B) Pskov C) Tartu
D) Orşa E) Velij
3. Uyğunluğu müəyyən edin:
1. Mayyalılar
2. Asteklər
3. İnklər
a. E.Korteslə ilk döyüşdə məğlub oldular.
b. Paytaxtında qul bazarı vardı.
c. Planetlərin günəş ətrafında hərəkətini
hesablamışdılar.
d. F.Pisarro tərəfindən işğal edilmişdi.
e. Portuqallar tərəfindən işğal edilmişdi.
A) 1-a; 2-b; 3-c
B) 1-b,c; 2-a; 3-d,e
C) 1-d; 2-a,b,c; 3-e
D) 1-c; 2-a,b; 3-d
E) 1-b,e; 2-c; 3-d
4. Qeyd edilənlər aiddir:
– Bağdadda böyümüş və yaşamışdır.
– Ömrünün 40 ildən çoxunu bədii və elmi
yaradıcılığa həsr etmişdir.
A) X.Təbrizi
B) İ.Yasər
C) Ət-Təbəri
D) İbn-Xordadbeh
E) M.Füzuli
5. 1582-ci ildə Sultan III Muradla sülh
danışıqları aparmış Səfəvi səfiri:
A) Oruc bəy Bayat
B) İbrahim xan Tərxan
C) Peykər xan
D) İmamqulu xan Qacar
E) Məhəmməd xan Ustaclı
6. A.Kontarinin həyat üçün əlverişli
məhsulların çoxluğu baxımından Təbrizdən
üstün hesab etdiyi şəhər:
A) Şamaxı B) Ərdəbil C) Naxçıvan
D) Gəncə E) Marağa
7. 1474-cü il qiyamı zamanı öz süvari dəstəsi
ilə Təbrizin təhlükəsizliyini təmin etdi:
A) Maqsud bəy
B) Sufi Xəlil
C) Süleyman bəy Bicanoğlu
D) Əbih Sultan
E) Yaqub Mirzə
8. Özbəyin 1335-ci ildəki birinci yürüşü
zamanı onu ölkədən qovdu:
A) Arpa xan
B) Əmir Çoban
C) Əbu Səid
D) Məhəmməd xan
E) Həsən Çobani
9. 729-730-cu illərdə Xəzərlər üzərinə yürüş
etmiş ərəb sərkərdəsi:
A) Bədr əl-Kəbir
B) Salman
C) Əbdürrəhman
D) Mütəzid
E) Məsləmə
10. IX əsrdə yaşamış Uyğur şairi:
A) Altuntaş B) Əhməd Yasəvi
C) Yulluq Tigin D) Aprinçur Tigin
E) Yınal Təkin
11. Uyğunluğu müəyyən edin:
1. III David 2. Aşot Baqrationi 3. III Baqrat
a. Aranuçini özünə iqamətgah seçmişdi
b. Bütün Gürcüstan torpaqlarının
birləşdirilməsini başa çatdırmışdı
c. Tao-Klarceti knyazlığının əsasını qoymuşdu
d. Tao-Klarceti knyazlığında kilsə – monastr
şəbəkəsi genişlənmişdi
A) 1-a,b; 2-c; 3-d
B) 1-d; 2-a; 3-c,b
C) 1-b; 2-c,d; 3-a
D) 1-b; 2-a,c; 3-d
E) 1-d; 2-b; 3-c
12. Xilafət dövründə Azərbaycan üçün
səciyyəvidir:
A) Türklərin Azərbaycana üçüncü axını
başlanmışdı.
B) Tikinti sahəsində əvvəlki ənənələr davam
etdirilirdi.
C) Tağlı konstruksiyaların qurulmasına
başlanmışdı.
D) Sərraclıq və xarratlıq peşələri yaranmışdı.
E) Şəhərlərin hamısı qala divarları ilə əhatə
olunmuşdu.
13. Slavyanların 1032-ci il yürüşündən fərqli
olaraq 1033-cü il yürüşü:
A) Qalibiyyətlə nəticələndi.
B) Dərbənd hakimindən qisas almaq üçün
edildi.
C) Şirvanşahların məğlubiyyəti ilə nəticələndi.
D) Alanlarla birgə təşkil olundu.
E) Şirvanda 10 min adamın öldürülməsi ilə
nəticələndi.
14. Cənubi Azərbaycanın Birinci dünya
müharibəsi dövrünə aiddir:
A) Məhəmmədəli şahın devrilməsi və İranda
konstitusiyanın yenidən bərpa edilməsi
B) Müzəfərəddin şahın konstitusiya haqqında
fərman verməsi
C) Milli hökümətin təşkili
D) Əncümənlərə seçkilərin keçirilməsi
E) Azərbaycanlılara qarşı soyqırımın həyata
keçirilməsi
15. Fransada Milli Blok hökümətinin həyata
keçirdiyi siyasətə aiddir:
1. Daxili böhranı aradan qaldırmağa səy
göstərməsi
2. Rura qoşun yeridilməsi
3. Özəl müəssisələrin milliləşdirilməsi
4. Sabit qiymətlərin qoyulması
5. Əmlak senzinin ləğv edilməsi
A) 1, 2, 4, 5
B) 3, 4, 5
C) 1, 2
D) 2, 3, 4
E) 3, 5
16. 1798-ci ildə N. Bonapartın Misirə yürüş
etməkdə məqsədi:
A) Yeni ərazilər işğal etməklə konsulluq rejimini
möhkəmləndirmək
B) Böyük Britaniyanın Hindistanla əlaqələrini
kəsmək
C) Osmanlı dövlətinin Fransaya qarşı qurulan
ikinci koalisiyaya qoşulmasının qarşısını almaq
D) Osmanlı dövlətini Şimali Afrikadan çıxarmaq
və ticarət yollarını ələ keçirmək
E) Böyük Britaniyanın ərəb ölkələri ilə ticarət
əlaqələrini kəsmək
17. Sisianovun Cavad xana tabe olmaq
haqqında verdiyi şərtlərdə nəzərdə
tutulmurdu:
A) Gəncə xanlığının bütün əhalisinin Rusiyanın
tabeliyinə keçməsi
B) Gəncə xanlığının Gürcüstandakı rus
qoşunlarını ərzaqla təmin etməsi
C) Gəncə xanlığının hər il 20 min manat xərac
ödəməsi
D) Gəncə xanlığının ləğv olunması
E) Cavad xanın oğlunun girov verilməsi
18. Uyğunluğu müəyyən edin:
Femistokl, Demosfen, Miltiad, Leonid
A) Salamin, Xeroneya, Fermopil, Marafon
B) Fermopil, Marafon, Xeroneya, Salamin
C) Xeroneya, Femopil, Salamin, Marafon
D) Marafon, Salamin, Fermopil, Xeroneya
E) Salamin , Xeroneya , Marafon, Fermopil
19. Almaniyanın son orta əsrlər tarixini
xarakterizə edir:
A) Təhkimli kəndlilərin şəxsi azadlıq əldə etməsi
B) Hanza ittifaqının təşkil edilməsi
C) Ölkədə feodal dağınıqlığının daha da
artması
D) Alman krallarının səlib yürüşlərində iştirak
etməsi
E) Kilsənin ləğv edilməsi uğrunda mübarizənin
başlanması
20. Qaraqoyunlu İsgəndərin hakimiyyət
dövrü üçün səciyyəvidir:
A) Şəki hakimliyin müstəqilliyinə son qoyulması
B) Şirvanşahların vassal asılılığına son
qoyulması
C) Dövlətin Əmir Teymurun vassalına
çevrilməsi
D) Kürdən cənubdakı əmirlərin tabe edilməsi
E) Şirvanşahlarla dostluq əlaqələrinin qurulması
21. Qədim Misir və Qədim Albaniya
dövlətləri eyni əsrdə:
A) Makedoniyalı İsgəndərin imperiyasının
tərkibinə qatılmışdılar
B) quldarlıq quruluşuna keçmişdilər
C) alan tayfalarının yürüşlərinə məruz
qalmışdılar
D) Əhəməni dövlətinin tərkibinə qatılmışdılar
E) Roma qoşunlarının hücumlarına məruz
qalmışdılar
22. Uyğunluq gözlənilmişdir:
A) Xəzər vilayətinin bəyləri kənd idarəçiliyindən
uzaqlaşdırıldı – 1865-ci il “Kənd cəmiyyətləri”
haqqında qanunla
B) Şamaxı quberniyasında dövlət kəndliləri
“mülkədar tabelisi” adlanmağa başladı – 1846-cı
il 6 dekabr reskripti ilə
C) Bakı quberniyasında kişi cinsindən olan 15
yaşına çatmış sahibkar kəndlilərinə 5 desyatin
torpaq payı ayrıldı – 1870-ci il burjua islahatına
əsasən
D) Yelizavetpol quberniyası kəndlilərinə 5
desyatin torpaq verilməyə başlandı -1847-ci il
“Əsasnaməsinə” görə
E) Sahibkar kəndliləri Zaqatala dairəsində
feodal asılığından azad edildi – 1870-ci il burjua
islahatına əsasən
23. SSRİ-nin birinci konstitusiyasına əsasən:
A) Azərbaycan SSR beynəlxalq münasibətlərdə
öz mənafeyini müdafiə etməyi RSFSR-ə
tapşırdı
B) Azərbaycan SSR-in hüquqi cəhətdən
formalaşması başa çatdı
C) Azərbaycan SSR-in bəzi torpaqları
Ermənistana verildi
D) SSRİ – də yaşayan bütün xalqların formal da
olsa, hüquq bərabərliyi təsbit olundu
E) Müttəfiq respublikalar iqtisadi inkişaf yolunu
özləri seçə bilərdilər
24. Azərbaycan Xalq Cumhuriyyətinin IV
hökümət kabinetinin fəaliyyəti dövrünə
aiddir:
1. Denikinə qarşı Gürcüstanla hərbi-müdafiə
paktının imzalanması
2. Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin
iflasa uğraması
3. Qarabağ general – qubernatorluğunun
yaradılması
4. İranla Azərbaycan arasında dostluq
haqqında müqavilə imzalanması
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 2, 4
25. Uyğunluğu müəyyən edin:
1. M.Ə.Rəsulzadə
2. Ə.Topçubaşov
3. N.Nərimanov
a. Ümumrusiya müsəlmanlarının I qurultayında
məruzə ilə çıxış edib.
b. “Müsəlman gənclik təşkilatı”nı yaradıb.
c. “Hümmət” təşkilatının fəaliyyətində yaxından
iştirak edib.
d. III Dövlət Dumasına deputat seçilib.
e. AXC-nin birinci hökümət kabinetini təşkil
edib.
A) 1-b;2-d;3-c
B) 1-c; 2-b;3-d,e
C) 1-b,e; 2- e; 3-d
D) 1-a; 2-d,e;3-b
E) 1-b,c; 2-a ;3-c
II. 1. II Dünya müharibəsi gedişində alman
işğallarının ardıcıllığını müəyyən edin:
1. Danimarka
2. Norveç
3. Fransa
4. Hollandiya
A) 1, 4, 2, 3
B) 2, 1, 3, 4
C) 4, 3, 2, 1
D) 2, 3, 4, 1
E) 1, 2, 4, 3
2. Qeyd edilənlərdən neçəsi səhvdir:
– XVII əsrdə Şotlandiya parlamenti kovenant
adlanırdı,
– İngiltərə kralı III Vilhelmin dövründə Böyük
Britaniya krallığı yarandı,
– İngiltərədə respublika dövründə dini
mərasimlər üzrə akt qəbul edildi,
– İrlandiya parlamenti kovenant II Karlı öz kralı
elan etmişdi,
– 1689-cu ildə qəbul edilmiş “Bill”ə əsasən,
İngiltərədə hökumət parlamentdə çoxluq
qazanan palatanın üzvlərindən təşkil olunurdu.
A) 1-i B) 2-si C) 3-ü D) 4-ü E) 5-i
3. “Boston çay məclisi”nin nəticələrinə
aiddir:
A) Kolonistlərin qərbə köçməsinə icazə verildi.
B) Çay, gömrük haqqı ödənilməklə əhaliyə
satıldı.
C) Filadelfiyada Konqress çağırıldı.
D) “Azadlıq oğulları” adlı gizli təşkilat yaradıldı.
E) Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul
olmaq qadağan edildi.
4. 1945-ci ildə İngiltərədə hakimiyyətə gələn
leyboristlərin müstəqillik verdiyi ərazilərdən
deyil:
A) Seylon
B) Hindistan
C) Malayya
D) Birma
E) İordaniya
5. Çexoslavakiyada 1968-ci ildə hakimiyyətə
gətirildi:
A) A.Dubçek
B) Q.Qusak
C) İ. Nad
D) D.Yanayev
E) D. Kunayev
6. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Əfqanıstan konstitusiyasının qəbulu
2. Əfqanıstan Respublikasının yaranması
3. Banqladeş dövlətinin yaranması
4. Pakistanda ilk dəfə parlament seçkilərinin
keçirilməsi
A) 1, 4, 2, 3
B) 3, 2, 1, 4
C) 4, 3, 2, 1
D) 2, 3, 4, 1
E) 1, 4, 3, 2
7. Xronoloji ardıcıllığı müəyyən edin:
1. Azərbaycan Respublikasının BMT TŞ-nın
qeyri-daimi üzvü seçilməsi
2. Xəzəryanı ölkələrin dövlət başçılarının
Həştərxan sammiti
3. Elmin inkişafı üzrə Milli Strategiya və Dövlət
Proqramının qəbulu
4. “Asan xidmət” mərkəzlərinin yaradılması
5. “XXI əsrin müqaviləsi”nin imzalanması
A) 5, 4, 2, 3, 1 B) 1, 3, 5, 2, 4 C) 2, 4, 5, 1, 3
D) 3, 1, 4, 5, 2 E) 4, 5, 1, 2, 3
8. Bakı xanlığının yaradıcısına aiddir:
A) Ticarət məqsədilə gəmilərin inşası üçün
tədbirlər həyata keçirməsi
B) Quba xanlığından asılı olması
C) Rusiyanın himayəsinə keçməsi
D) Neft və duz hasilatını inhisara alması
E) Bakı qalasını möhkəmləndirmək üçün
tədbirlərin görülməsi
9. Mənbədəki məlumata əsasən, ərazini və ili
müəyyən edin:
Burada “10 min müsəlman (azərbaycanlı) və
ancaq 3 min erməni ailəsi var idi. Ermənilər rus
qoşununa hər cür yardım göstərirdilər. Onlar
xəyanət edərək qalanın şimal darvazalarını
açdılar və rus qoşununu qalaya buraxdılar”.
A) Qarabağ-1806
B) Gəncə-1804
C) Naxçıvan-1827
D) İrəvan-1827
E) Təbriz-1827
10. İlham Əliyevin birinci Prezidentliyi
dövrünə aid deyil:
1. Respublikadakı bütün çadır şəhərciklərinin
ləğvi
2. BTC neft kəmərinin istifadəyə verilməsi
3. Qəbələdə Beynəlxalq Musiqi festivalının
keçirilməyə başlanması
4. Dövlət Bayrağı Meydanının açılışı
5. Təhsil haqqında yeni qanunun qəbulu
A) 3, 4, 5
B) 1, 3, 5
C) 2, 4
D) 1, 2, 4, 5
E) 1, 5
11. Prezident İlham Əliyevin fəaliyyətinə aid
deyil:
A) BTQ dəmiryol xəttinin istifadəyə verilməsi
B) Milli ensiklopediyanın nəşri
C) Latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi
D) 2006-cı ildə ABŞ-a ilk rəsmi səfəri
E) Təhsil haqqında yeni qanunun qəbulu
12. Maaflar üçün səciyyəvi deyil:
A) Xan qoşununun əsasını təşkil edirdilər.
B) Vəzifələri irsi keçirdi.
C) İmtiyazlı təbəqə idilər.
D) Mükəlləfiyyətlərdən azad idilər.
E) Asayiş qoruyucusu idilər.
13. AXC hökumətinin sosial tədbirlərindən
deyil:
A) Sahibkarlar parlamentin razılığı olmadan
fəhlələri kütləvi şəkildə işdən çıxara bilməzdi
B) Müəssisələrdə 8 saatlıq iş gününün tətbiqinə
diqqət yetirilirdi
C) Gecə növbələrinin ləğvinə diqqət yönəldilirdi
D) Qadınlar işləyən müəssisələrdə körpələr evi
açılması tələb edilirdi
E) 1919-cu ilin əvvəllərindən çoxuşaqlı fəhlələrə
əlavə vəsait verilməsinə başlandı
14. “Uzunmüddətli parlament”in
tədbirlərindən deyil:
A) Feodal töycüsünün ləğvi
B) İcmalar palatasının beş deputatının həbsi
C) Nazirlərin məhkəməyə verilməsi
D) Şotlandiya ilə ittifaq bağlanması
E) Kilsə məhkəməsinin dünyəvi şəxsləri
mühakimə etmək səlahiyyətinin ləğvi
15. AXC-nin mədəni tədbirlərindən deyil:
A) “Azərbaycan” qəzeti hər gün beş dildə nəşr
edilmişdi.
B) Gəmiqayırma və təyyarə düzəldilməsi
ixtisaslarına yiyələnmək üçün gənclər xaricdə
oxumağa göndərilmişdi.
C) BDU-nun açılması haqqında qanun qəbul
edilmişdi.
D) Qazax Müəllimlər Seminariyası təşkil
edilmişdi.
E) İlk milli kitabxana fəaliyyətə başlamışdı.
16. Qeyd edilənlərdən neçəsi XVII əsrin 80-ci
illərinə aiddir:
– Nerçinsk müqaviləsinə əsasən, Lena çayı
sərhəd oldu,
– 1682-ci ildə I Pyotr Rusiyada çar seçildi,
– Baxçasaray sülhünə əsasən, Dunay çayı
sərhəd oldu,
– Fransada iqtisadi böhran inqilabi şəraiti
kəskinləşdirdi,
– Yorktaun yaxınlığında ingilis qoşunu təslim
oldu.
A) 1-i B) 2-si C) 3-ü D) 4-ü E) 5-i
17. Sultanbud döyüşünün nəticəsi:
A) Ağqoyunlular uğur qazana bilmədi
B) Osmanlılar qalib gəldi
C) Rusiya qoşunu məğlub edildi
D) M.Aminin başçılıq etdiyi üsyançılar qalib
gəldi
E) Səfəvilər üsyançıları məğlub etdi
18. A.Məhəmməd şah Qacarın Azərbaycana
yürüşü zamanı Kəlbəli xan hədiyyələrlə
onun hüzuruna gəldi. Şah hədiyyələri qəbul
etsə də, onu həbs etdirdi. Buna səbəb nə
idi?
A) Kəlbəli xanın sui-qəsd planı hazırlaması
B) Kəlbəli xanın rus qoşunu ilə əlaqə
saxladığını bilməsi
C) Kəlbəli xanın üsyan qaldırmaq planı olması
D) Kəlbəli xanın İrəvanın müdafiəçilərinə kömək
göndərməsi
E) Kəlbəli xanın müdafiə hazırlıqlarına
başlaması
19. 1752-ci ildə dostluq əlaqələri yaratmaq
üçün Osmanlı dövlətinə elçi göndərmiş
xanlıq:
A) Qarabağ
B) İrəvan
C) Naxçıvan
D) Gəncə
E) Quba
20. Azərbaycan Rusiya tərəfindən işğal
edildikdən sonra hansı təsərrüfat sahəsində
iltizam sistemi daha tez ləğv edildi?
A) Mis sənayesi
B) Abşeron duz mədənləri
C) Naxçıvan duz mədənləri
D) Neft mədənləri
E) Balıqçılıq
21. XIX əsrin ortalarında Azərbaycanın
taxılçılıq təsərrüfatına aid deyil:
1. İstehsal olunan məhsul ölkə əhalisinin
tələbatını tam ödəyirdi
2. Rusiyanın regiondakı qoşunu qismən
Azərbaycan, əsasən də Rusiyadan gətirilən
taxıl hesabına ödənilirdi
3. Rusiyanın regiondakı qoşunu əsasən
Azərbaycan, qismən də Rusiyadan gətirilən
taxıl hesabına ödənilirdi
4. Yelizavetpol quberniyası Azərbaycanın taxıl
anbarı idi
5. Muzdlu əmək tətbiq olunurdu
6. Lənkəran və Şəki qəzaları çəltikçilik üzrə
ixtisaslaşmışdı
A) 1, 3, 5, 6
B) 2, 3
C) 2, 4, 6
D) 3, 5, 6
E) 1, 4
22. I Dünya müharibəsi ərəfəsində
Azərbaycan neft sənayesi üçün səciyyəvi
deyil:
A) Quba, Şamaxı, Cavad qəzalarında neft
çıxarılmasına başlandı
B) Neftin 4/5 hissəsi köhnə mühərriklərlə
çıxarılırdı
C) Neftin qiyməti beş dəfə bahalaşmışdı
D) “Şell” şirkəti də Azərbaycan neft sənayesinə
nüfuz etdi
E) M.Nağıyevin şirkəti 20 ən iri neft şirkəti
sırasına daxil idi
23. Uyğunluğu müəyyən edin:
1. M.Ə.Qalib a. Qazax
2. M.Kəminə b. Türkmən
3. A.Kunanbayev c. Tatar
d. Özbək
e. Hindistan
A) 1-c; 2-d; 3-b
B) 1-b; 2-a; 3-c
C) 1-e; 2-b; 3-a
D) 1-a; 2-b; 3-e
E) 1-e; 2-d; 3-a
24. XX əsrin əvvəllərində sənayenin ümumi
inkişafına görə dövlətlərin düzgün
ardıcıllığını müəyyən edin:
A) ABŞ, Almaniya, İngiltərə, Fransa
B) Almaniya, ABŞ, İngiltərə, Fransa
C) ABŞ, Almaniya, Fransa, İngiltərə
D) ABŞ, Fransa, Almaniya, İngiltərə
E) Almaniya, Fransa, ABŞ, İngiltərə
25. Hökmdarları hakimiyyətdə olma
müddətlərinə görə azdan çoxa doğru düzün:
a. İranzu
b. Astiaq
c. Fəzl ibn Məhəmməd
d. I Təhmasib
e. I İsmayıl
A) a, b, c, e, d
B) c, d, b, a, e
C) a, e, b, c, d
D) e, d, c, a, b
E) b, a, e, c, d
III . 1. Qeyd edilənlərdən neçəsi səhvdir?
– XVII əsrdə Şotlandiya parlamenti kovenant
adlanırdı.
– İngiltərə kralı III Vilhelmin dövründə Böyük
Britaniya krallığı yarandı.
– İngiltərədə respublika dövründə dini
mərasimlər üzrə akt qəbul edildi.
– İrlandiya parlamenti kovenant II Karlı öz
kralı elan etmişdi.
– 1689-cu ildə qəbul edilmiş “Bill”ə əsasən,
İngiltərədə hökumət parlamentdə çoxluq
qazanan palatanın üzvlərindən təşkil
olunurdu.
A) 1-i B) 2-si C) 3-ü D) 4-ü E) 5-i
2. Qeyd edilənlərdən neçəsi XVII əsrin 80-ci
illərinə aiddir?
– Nerçinsk müqaviləsinə əsasən, Lena çayı
sərhəd oldu,
– 1682-ci ildə I Pyotr Rusiyada çar seçildi,
– Baxçasaray sülhünə əsasən, Dunay çayı
sərhəd oldu,
– Fransada iqtisadi böhran inqilabi şəraiti
kəskinləşdirdi,
– Yorktaun yaxınlığında ingilis qoşunu təslim
oldu.
A) 1-i B) 2-si C) 3-ü D) 4-ü E) 5-i
3. “Boston çay məclisi”nin nəticələrinə
aiddir:
A) Kolonistlərin qərbə köçməsinə icazə verildi.
B) Çay, gömrük haqqı ödənilməklə əhaliyə
satıldı.
C) Filadelfiyada Konqress çağırıldı.
D) “Azadlıq oğulları” adlı gizli təşkilat yaradıldı.
E) Şəhər əhalisinə dəniz ticarəti ilə məşğul
olmaq qadağan edildi.
4. “Uzunmüddətli parlament”in
tədbirlərindən deyil:
A) Feodal töycüsünün ləğvi
B) İcmalar palatasının beş deputatının həbsi
C) Nazirlərin məhkəməyə verilməsi
D) Şotlandiya ilə ittifaq bağlanması
E) Kilsə məhkəməsinin dünyəvi şəxsləri
mühakimə etmək səlahiyyətinin ləğvi
5. Bakı xanlığının yaradıcısına aiddir:
A) Ticarət məqsədilə gəmilərin inşası üçün
tədbirlər həyata keçirməsi
B) Quba xanlığından asılı olması
C) Rusiyanın himayəsinə keçməsi
D) Neft və duz hasilatını inhisara alması
E) Bakı qalasını möhkəmləndirmək üçün
tədbirlərin görülməsi
6. Mənbədəki məlumata əsasən, ərazini və ili
müəyyən edin:
Burada “10 min müsəlman (azərbaycanlı) və
ancaq 3 min erməni ailəsi var idi. Ermənilər rus
qoşununa hər cür yardım göstərirdilər. Onlar
xəyanət edərək qalanın şimal darvazalarını
açdılar və rus qoşununu qalaya buraxdılar”.
A) Qarabağ-1806 B) Gəncə-1804
C) Naxçıvan-1827 D) İrəvan-1827
E) Təbriz-1827
7. Sultanbud döyüşünün nəticəsi:
A) Ağqoyunlular uğur qazana bilmədi
B) Osmanlılar qalib gəldi
C) Rusiya qoşunu məğlub edildi
D) M.Aminin başçılıq etdiyi üsyançılar qalib
gəldi
E) Səfəvilər üsyançıları məğlub etdi
8. Ə.Dünbuli və M.P.Vaqif arasında oxşar
cəhət:
A) Şair olmaları
B) Vəzir olmaları
C) Tarixə dair əsər yazmaları
D) Müəllim olmaları
E) M.V.Vidadi ilə dostluq etmələri
9. Maaflar üçün səciyyəvi deyil:
A) Xan qoşununun əsasını təşkil edirdilər
B) Vəzifələri irsi keçirdi
C) İmtiyazlı təbəqə idilər
D) Mükəlləfiyyətlərdən azad idilər
E) Asayiş qoruyucusu idilər
10. Şirvanşah I İbrahim və Hacı Çələbi
arasında oxşar cəhət:
A) Azərbaycanı birləşdirmək siyasəti
yürütmələri
B) Təbrizə uğursuz yürüş etmələri
C) Gürcülərlə dostluq münasibəti saxlamaları
D) Qarabağa yürüş etmələri
E) Kür çayı sahilindəki döyüşdə məğlub
olmaları
11. A.Məhəmməd şah Qacarın Azərbaycana
yürüşü zamanı Kəlbəli xan hədiyyələrlə
onun hüzuruna gəldi. Şah hədiyyələri qəbul
etsə də, onu həbs etdirdi. Buna səbəb nə
idi?
A) Kəlbəli xanın sui-qəsd planı hazırlaması
B) Kəlbəli xanın rus qoşunu ilə əlaqə
saxladığını bilməsi
C) Kəlbəli xanın üsyan qaldırmaq planı olması
D) Kəlbəli xanın İrəvanın müdafiəçilərinə kömək
göndərməsi
E) Kəlbəli xanın müdafiə hazırlıqlarına
başlaması
12. 1752-ci ildə dostluq əlaqələri yaratmaq
üçün Osmanlı dövlətinə elçi göndərmiş
xanlıq:
A) Qarabağ
B) İrəvan
C) Naxçıvan
D) Gəncə
E) Quba
13. Azərbaycan Rusiya tərəfindən işğal
edildikdən sonra hansı təsərrüfat sahəsində
iltizam sistemi daha tez ləğv edildi?
A) Mis sənayesi
B) Abşeron duz mədənləri
C) Naxçıvan duz mədənləri
D) Neft mədənləri
E) Balıqçılıq
14. 1892-ci il Şəhər Əsasnaməsilə
səlahiyyətləri məhdud olan idarəçilik tətbiq
edilməmişdi:
A) Şamaxı
B) Lənkəran
C) Şəki
D) Yelizavetpol
E) Quba
15. XIX əsrin ortalarında Azərbaycanın
taxılçılıq təsərrüfatına aid deyil:
1. İstehsal olunan məhsul ölkə əhalisinin
tələbatını tam ödəyirdi.
2. Rusiyanın regiondakı qoşununun taxıl
tələbatı qismən Azərbaycan, əsasən də
Rusiyadan gətirilən taxıl hesabına ödənilirdi.
3. Rusiyanın regiondakı qoşununun taxıl
tələbatı əsasən Azərbaycan, qismən də
Rusiyadan gətirilən taxıl hesabına ödənilirdi.
4. Yelizavetpol quberniyası Azərbaycanın taxıl
anbarı idi.
5. Muzdlu əmək tətbiq olunurdu.
6. Lənkəran və Şəki qəzaları çəltikçilik üzrə
ixtisaslaşmışdı
A) 1, 3, 5, 6
B) 2, 3
C) 2, 4, 6
D) 3, 5, 6
E) 1, 4
16. Azərbaycanın XIX əsrin 60-cı illərində
qızılboya, sonlarında neft sənayesi üçün
oxşar cəhət:
1. Cənubi Azərbaycandan gələn kəsbkarların
işləməsi
2. Muzdlu əməyin tətbiq olunması
3. Əsas istehsal mərkəzinin Quba qəzası
olması
4. İnhisarların yaranması
5. İltizam sisteminin ləğvi
6. Xarici kapitalın güclü axınının olması
A) 2, 4, 6
B) 3, 5, 6
C) 1, 2
D) 1, 4, 5, 6
E) 2, 5
17. I Dünya müharibəsi ərəfəsində
Azərbaycan neft sənayesi üçün səciyyəvi
deyil:
A) Quba, Şamaxı, Cavad qəzalarında neft
çıxarılmasına başlandı.
B) Neftin 4/5 hissəsi köhnə mühərriklərlə
çıxarılırdı.
C) Neftin qiyməti beş dəfə bahalaşmışdı .
D) “Şell” şirkəti də Azərbaycan neft sənayesinə
nüfuz etdi.
E) M.Nağıyevin şirkəti 20 ən iri neft şirkəti
sırasına daxil idi.
18. Azərbaycana muxtariyyət verilməsi
tələbini irəli sürən ilk siyasi partiya:
A) Difai
B) Qeyrət
C) Hümmət
D) İttifaq
E) Müsavat
19. Verilmiş çıxışın hansı mənbəyə aid
olduğunu müəyyən edin:
“Zaqafqaziya bir əsr bundan əvvəl ruslar
tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz
müsəlmanlar əsir kimi həyat sürmüşük,
təqiblərə məruz qalmışıq. kölə halına
salınmışıq. Biz uşaqların xəncərə keçirildiklərini
görmüşük. Qoy. anaların, uşaqların
fəryadından, iniltisindən həzz alanlar rədd
olsunlar”.
A) Ə. Topçubaşov – Ümumrusiya
müsəlmanlarının I Qurultayındakı çıxışından
B) İ. Ziyadxanlı – I Dövlət Dumasındakı
çıxışından
C) F. Xoyski – III Dövlət Dumasındakı çıxışından
D) M. Cəfərov – IV Dövlət Dumasındakı
çıxışından
E) Ə. Ağayev – Difai partiyasının hərbi dəstələri
qarşısındakı çıxışından
20. Fransa XX əsrin əvvəllərində dünyada
ikinci yerdə idi:
A) Kapital ixracına görə
B) Avtomobil istehsalına görə
C) Aviasiya sənayesinə görə
D) Sənayenin ümumi inkişafına görə
E) Gəmi istehsalına görə
21. XX əsrin əvvəllərində sənayenin ümumi
inkişafına görə dövlətlərin düzgün
ardıcıllığını müəyyən edin:
A) ABŞ, Almaniya, İngiltərə, Fransa
B) Almaniya, ABŞ, İngiltərə, Fransa
C) ABŞ, Almaniya, Fransa, İngiltərə
D) ABŞ, Fransa, Almaniya, İngiltərə
E) Almaniya, Fransa, ABŞ, İngiltərə
22. Uyğunluğu müəyyən edin:
1. M.Ə.Qalib a. Qazax
2. M.Kəminə b. Türkmən
3. A.Kunanbayev c. Tatar
d. Özbək
e. Hindistan
A) 1-c; 2-d; 3-b
B) 1-b; 2-a; 3-c
C) 1-e; 2-b; 3-a
D) 1-a; 2-b; 3-e
E) 1-e; 2-d; 3-a
23. ABŞ prezidentlərinin ardıcıllığını
müəyyən edin:
a. U.Taft
b. T.Ruzvelt
c. V.Vilson
d. Makkinli
A) a, c, b, d
B) d, b, a, c
C) c, d, b, a
D) a, d, c, b
E) b, c, a, d
24. Hökmdarları hakimiyyətdə olma
müddətlərinə görə azdan çoxa doğru düzün:
a. İranzu
b. Astiaq
c. Fəzl ibn Məhəmməd
d. I Təhmasib
e. I İsmayıl
A) a, b, c, e, d
B) c, d, b, a, e
C) a, e, b, c, d
D) e, d, c, a, b
E) b, a, e, c, d
25. Qeyd edilənlərdən neçəsi yanlışdır:
1. Arşaki I Mitridat Selevkilər dövlətinin
zəifləməsindən istifadə edərək Midiya və
Mesopotamiyanı işğal etmişdi
2. Aşşur dövlətinin paytaxtı baş tanrının
şərəfinə Aşşur adlandırılmışdı
3. E.ə. 339-cu ildə İskitlər Makedoniya çarı II
Filippi məğlub etmişdilər
4. E.ə. 331-ci ildə iskitlər Makedoniya
ordusunu məğlub etmişdilər
5. E.ə. I əsrin əvvəllərində Çində
“Qırmızıqaşlılar” üsyanı baş vermişdi
A) 4–ü B) 2-si C) 1-i D) 5-i E) 3-ü
IV.
1. Təbərzin nədir ?

  • b) tərəzi daşı
  • a) baltaya bənzəyən qədim silah
  • c) əfsanəvi varlıq
  • a) kaspilər
  • b) müqlər
  • c) qarqarlar
  • a) yerli şüşə qablar
  • b) saxsı qablar
  • c) mis qablar
  • a) Şamaxıda, Qəbələdə tapılmlş gümüş pul dəfinələri
  • b) Atropatenada tapılmış Makrdoniyalı İsgəndərin adından kəsilən pullar
  • c) Yunanıstanda kəsilmiş pullar
  • a) Kabalaka (Qəbələ)
  • b) Ekbatana (Həmədan)
  • c) Qazaka
  • a) albanlar
  • b) romalılar
  • c) iberiyalılar
  • a) Albaniyada meşələrin çoxluğu
  • b) alban qadınlarının cəsarəti
  • c) Kür çayının uzunluğu
  • a) Kanidini
  • b) Pompeyi
  • c) Oroysu
  • a) 72 – 74 – cü illərdə
  • b) e.ə. 66 – 65 – ci illərdə
  • c) 84 – 96 – cı illərdə
  • a) Şəki rayonunun Böyük Dəhnə kəndindən tapılmış daş kitabə
  • b) Kerifto adlı yerdən tapılan yazı
  • c) Qəbələdən tapılmış dəfinə
  • a) III – V əsrlərdə
  • b) I – II əsrlərdə
  • c) e.ə. III – V əsrlərdə
  • a) xaraq
  • b) gezit
  • c) mükəlləfiyyət
  • a) 226 – cı ildə
  • b) 224 – cü ildə
  • c) 227 – ci ildə
  • a) 4,3,2,1
  • b) 2,3,4,1

5 -ci sinif. Azərbaycan tarixindən mövzular üzrə testlər Elmar Əlövsət oğlu İbadov

1.Meydanda gəzən kişi uşağın hansı sözləri deyib qışqırdığını eşitdi?

2.Uşaqdan jurnalı alan adamın diqqətini jurnalın üz qabığındakı hansı təsvir cəlb etdi ?

3.Ayaq üstə dayanan molla adamlara müraciətində nə deyirdi?

4.” Molla Nəsrəddin” jurnalı neçənci ildə çapdan çıxmışdır?(gün,ay,il)

5.” Molla Nəsrəddin” jurnalının redaktoru hansı böyük Azərbaycan yazıçısı olmuşdur?

6.Qəzet və jurnallara rəhbərlik edən adam necə adlanır?

7.Cəlil Məmmədquluzadə harda və neçənci ildə anadan olmuşdur?

8. Qori şəhəri harda yerləşir?

9.Cəlil Məmmədquluzadə ilk təhsilini harda almışdır?

10.Qori müəllimlər seminariyasını bitirdikdən sonra Cəlil Məmmədquluzadə bir müddət Naxçıvanın hansı kəndlərində müəllimlik etmişdir?

11. Cəlil Məmmədquluzadənin hansı povesti vardır?

12. Cəlil Məmmədquluzadənin hansı hekayələri vardır?

13. Cəlil Məmmədquluzadənin hansı dramları olmuşdur?

14. Cəlil Məmmədquluzadə özünün povest,hekayə və dramlarında Azərbaycan xalqının hansı məsələləir öz əksini tapmışdır?

15. Cəlil Məmmədquluzadə maarifpərvər ziyalıları ətrafına toplayıb hansı jurnalı nəşr etdirdi?

16.Molla Nəsrəddin jurnalı xalqı nəyə səsləyirdi?

17.Molla Nəsrəddin jurnalı hansı şəhərlərdə nəşr olunmuşdur?

18. Cəlil Məmmədquluzadə hansı adı özünə təxəllüs götürmüşdür?

19.Molla Nəsrəddin qədim dövrlərdən bəri Şərqdə nəyin rəmzi sayılırdı?

“Molla Nəsrəddin” jurnalı __________ məsələlərinə xüsusi fikir verir,qadınların ________ kimi çıxış edirdi.O,_________ təhsilinin qayğısına qalırdı.Onların ________ çalışırdı.

21.”Molla Nəsrəddin”jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?

22. Mətni tamamlayın.

_______________ Azərbaycanda, eləcə də bütün ________ dünyasında və Yaxın ________ nəşr olunan ilk satira jurnalı idi.

23.Hansı jurnalın təsiri ilə bəzi türk-müsəlman ölkələrində də köhnəliyi,geriliyi və cəhaləti tənqid edən jurnallar çıxmağa başladı?

24.Cəlil Məmmədquluzadə neçənci ildə və harada vəfat etmişdir?

25. “Molla Nəsrəddin”jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?

26.”Əkinçi qəzeti”ndən neçə il sonra “Molla Nəsrəddin” jurnalı nəşr olundu?

27.”Molla Nəsrəddin” jurnalında hansı problemlərdən danışılırdı?

28.Eyler-Venn dioqramını tamamlayın.

H.Zərdabi (I) C.Məmmədquluzadə (II)

1.”Əkinçi” qəzetini çap etdirmişdir 2.” Molla Nəsrəddin” jurnalının redaktoru olmuşdur 3.Xalqın maariflənməsi üçün işlər görmüşdür 4.Zərdabda anadan olmuşdur 5.Aprelin 7-də jurnal dərc etdirmişdir

29.”Molla Nəsrəddin”jurnalından olan bu karikaturada əsas fikir nədən ibarət idi?

30.H.Z.Tağıyevin Bakıya Şollar suyunu çəkdirməsindən neçə il sonra Molla Nəsrəddin jurnalı çapdan çıxıb?

İbtidai sinif testləri

ibtidai sinif testləri, Online testler , Ödənişsiz Online testler.

Bu Blogda Ara

Kayıtlar

Ən son əlavə edilən test

Teleqram kanalımıza siz de abonə olun

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

En son yayınlar

3-cü sinif Azərbaycan dili

Mürəkkəb sözlər.

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Azərbaycan dili 3-cü sinif

Azərbaycan dili Öyrədici oyun 3-cü sinif Qalın və incə saitlər

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Həyat bilgisi 3-cü sinif

Online test Fənn: Həyat bilgisi Mövzu : Uşaq hüquqları Sinif : 3

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Azərbaycan dili 2-ci sinif online test

Online test Azərbaycan dili Sinif : 2 Mövzu: Səslər, heca, sözün sətirdən – sətrə keçirilməsi

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

2-ci sinif Azərbaycan dili

Online test İl ərzində keçilənlərin təkrarı İl ərzində keçilən bütün qaydaları əhatə edən ödənişsiz online test .

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

3-cü sinif Azərbaycan dili Online test 7

Online test 7 3-cü sinif Azərbaycan dili Mövzu : Əksmənalı sözlər

  • Bağlantıyı al
  • Facebook
  • Twitter
  • Pinterest
  • E-posta
  • Diğer Uygulamalar

Comments are closed, but trackbacks and pingbacks are open.