Press "Enter" to skip to content

Bakının Xəzər və Suraxanı rayonlarında 2 küçə əsaslı təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

İşıq dolğusu

İşıq dolğusu (gözaltı işıq dolğusu) göz altının yorğun və batıq görünüşünü, gözaltı qaraları kənarlaşdırmaq üçündür. Bu məqsədlə adətən hialuron turşusu tərkibli dolğulara üstünlük verilir. Gözaltı nahiyəsi torbalanmağa meylli şəxslərdə dolğu ilə mükəmməl nəticələr alınır.

Bəzən gözaltı çuxurlarla bərabər yanaqların sallanması da müşahidə olunur. Belə şəxslərdə prosedur yanaq dolğusu ilə birlikdə aparılır.

İşıq dolğusu haqqında daha ətraflı

Prosedurdan sonra effekt dərhal nəzərə çarpır. Lakin yekun nəticə 1 ay müddətində ortaya çıxır. Gözaltı nahiyə anatomik baxımdan çox həssas bölgədir. Ona görə də bu prosedur təcrübəli həkim-kosmetoloq tərəfindən icra edilməlidir. Skin fillerin, yəni dolğunun dozası fərdi qaydada seçilir.

İşıq dolğusu necə aparılır?

Prosedur əsnasında filler digər dolğular kimi dəri altına deyil, sümüyün üzərini tutacaq formada yeridilir. İnyeksiya minimal hərəkətlərlə, həm də ehtiyatla edilir. Dolğu kanyula ilə yeridilir. Prosedur 15-20 dəqiqə davam edir.

Dolğunun tərkibində anestetik olduğundan prosedurdan sonra ağrı hissi yaranmır. Bəzi qadınlarda inyeksiya yerlərində göyərmə və şişkinlik müşahidə olunur.

İşıq dolğusuna göstərişlər

Bir sıra insanlarda yaş və ya anatomik quruluşla əlaqədar gözaltı nahiyə tünd rəngli, hətta qara olub, içəri batır. Bu da onları yaşlı və yorğun göstərir. Həmin şəxslərə işıq dolğusu tətbiq edildikdə gözətrafı qaralar, çökəkliklər itir, dəri sağlam, gümrah və parlaq şəkil alır.

İşıq dolğusu preparatını seçərkən nələrə diqqət etməli?

Hialuron turşusu zamanla sorulan maddədir. Gələcəkdə dolğu ilə bağlı hər hansısa problem yaşanarsa, onu hialuronidaza ilə əritmək mümkündür. İstifadə edilən hialuron turşusunun strukturu gözaltına uyğun olmalıdır.

Qatı konsentrasiyalı dolğu bir neçə gün sonra suyu özünə çəkərək şişə, eləcə də həmin hissəyə ödemli görünüş verə bilər. Belə hallarda dəri mavi-yaşıl rəngə boyana bilir. Buna görə də istənilən dolğunu göz altına vurmaq olmaz. Qeyd olunan nahiyə üçün nəzərdə tutulan xüsusi preparatlar vardır.

İşıq dolğusundan sonra tövsiyələr

Prosedurdan sonra inyeksiya nahiyəsinə buz qoyulur. Birinci gün hamam və saunaya getmək qadağandır. İlk 2 gün ərzində çoxsaylı mimik hərəkətlərdən, gülməkdən çəkinmək lazımdır. 1 həftə müddətində idman məşqləri təxirə salınmalıdır.

İşıq dolğusuna əks-göstərişlər

Hamilə və süd verən qadınlara bu prosedur əks-göstərişdir. Həmçinin psoriaz, ekzema, rozasea və digər iltihabi dəri xəstəliklərində işıq dolğusu tövsiyə edilmir.

İşıq dolğusu qiyməti

Prosedurun qiyməti preparatdan asılıdır. Fillerin 1 qramı 170-250 AZN arasında dəyişir.

Xülasə

İşıq dolğusu üçün preparatlar müxtəlifdir. Onlar dəri tipinə, gözaltı nahiyənin quruluşuna və büdcəyə uyğun seçilir. Nəticənin effektiv olması üçün peşəkar mütəxəssisə müraciət edin.

Bakının Xəzər və Suraxanı rayonlarında 2 küçə əsaslı təmir edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xəzər rayonunun Binə qəsəbəsində və Suraxanı rayonunun Südçülük sovxozu yaşayış massivində 2 küçəni əsaslı təmir edib. Bu barədə “Report”a qurumdan bildirilib. Məlumata görə, işlərin aparıldığı Elmir Orucov və Xəqani küçələrində zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb. Sözügedən küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində hər iki yol boyu çalalar və çökmələr əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olur, yol örtüyü deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Uzunluğu 370 metr, eni isə 6 metr olan Xəqani küçəsinin təmiri zamanı ilk növbədə çirkli gölməçələrin qurudulması və küçə boyu müvafiq təmizləmə işlərinin aparılması həyata keçirilib. Daha sonra tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan təmir-tikinti işləri çərçivəsində lazımi materialdan istifadə edilərək 20 sm qalınlığında yeni yol yatağı, optimal-qırmadaş qarışığından isə yol inşası işləri aparılıb. Bunun ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir edilən Elmir Orucov küçəsinin uzunluğu 790 metr, ortalama eni isə 6 metrdir.Yenidənqurma işləri çərçivəsində küçə boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yeni yol yatağı hazırlanıb. Ardınca əsasın alt layı karxana çınqılı, üst layı isə qum-qırmadaş qarışığından istifadə edilərək tikilib və yeni asfalt-beton örtüyü döşənib.

İlk növbədə örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü olan qəsəbədaxili küçə və yollarda təmir-bərpa işləri həyata keçirilir. Bütün bu işlər isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Ümumilikdə Xəzər və Suraxanı rayonları üzrə təmir-bərpa işlərinin görüldüyü küçələr vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün bu işlərin aparılması gediş-gəlişin rahatlaşmasına gətirib çıxarır. Növbəti mərhələlərdə agentlik tərəfindən sözügedən rayonlar üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

  • AAYDA
  • Avtomobil Yolları Dövlət Agentliyi

Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub (FOTO)

Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb.

Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb.

Comments are closed, but trackbacks and pingbacks are open.