Press "Enter" to skip to content

Iqtisadi siyasəti

– Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarırlar. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?

Nazir müavini: “Prezident İlham Əliyevin iqtisadi siyasəti yaxşı nəticələr verir”

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və regionların inkişafı, xüsusən də qeyri-neft sektorunda sahibkarlığın inkişafı ilə bağlı siyasəti çox yaxşı nəticələr verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbirdə deyib.

N.Səfərov bildirib: “Bildiyiniz kimi Prezident İlham Əliyev Azərbaycanda sahibkarlığı dəstəkləyir və bunun üçün genişmiqyaslı institusional tədbirlər həyata keçirilir, bunlardan biri ölkənin işgüzar dairələrində menecerlərin bacarıqlarını artırmaq üçün “Almaniya-Azərbaycan birgə Proqramı”dır.

Nazir müavininin sözlərinə görə, bu tədbirlər nəticəsində hazırda Azərbaycanda sahibkarlığa, o cümlədən də kiçik və orta sahibkarlığa dəstək mexanizmləri həyata keçirilir, iqtisadiyyatın qeyri-neft sektorunun rəqabət və dayanıqlılığı artırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Iqtisadi siyasəti.

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın iqtisadi siyasəti: Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

VERGİLƏR

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 11 ay ərzində Özbəkistana üç dəfə səfər edib. İyunun 21-22-də Azərbaycan Prezidenti bu ölkədə dövlət səfərində olub, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən sammitinə fəxri qonaq qismində qatılıb, noyabrın əvvəllərində isə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak edib. Belə səfərlər zamanı əldə olunan razılaşmalar Mərkəzi Asiya ölkələri ilə münasibətlərimizin gələcək konturlarını müəyyən edir. Ölkələrimiz arasında əməkdaşlığa dair “vergiler.az”ın suallarını Özbəkistanın “Məna” Araşdırma Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev cavablandırır.

– Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşünün yekunları, sizcə, nə ilə əlamətdar oldu?

– Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü uzunmüddətli əməkdaşlığın perspektivlərini bir daha təsdiqlədi. Görüş bir daha göstərdi ki, xarici ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat-kommunikasiya sektorunda əməkdaşlıq haqqında əldə edilmiş razılaşmalar praktiki müstəviyə keçib və prezidentlərin müzakirə edəcəyi məsələlər, planlar, proseslər var. İki ölkənin prezidentləri həyata keçirilən layihələrə müəyyən korrektələr edə bildilər.

– Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd Sammitində hansı ən mühüm məsələlər müzakirə edildi?

– TDT Türkdilli Ölkələr Şurasının varisidir. Bu təşkilatın 2040-cı ilə qədər müəyyənləşdirilən Strategiyasında əsas məsələlər iqtisadi layihələri, investisiya əməkdaşlığının dərinləşdirilməsini, texnoloji əməkdaşlığın gücləndirilməsini, ekologiya sahəsini əhatə edir. Ən mühüm prioritet bu ölkələrin nəqliyyat şəbəkələrinin qarşılıqlı əlaqəsini təmin edəcək nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir.

Rəqəmsal sektorun inkişafı, eləcə də bir sıra humanitar məsələlər, o cümlədən idman və təhsil ciddi əhəmiyyət daşıyır. Bundan əlavə, Türk Dövlətlərinin İnvestisiya Fondu yaradılıb. TDT-nin İnkişaf Bankının yaradılması istiqamətində fəal iş gedir. İnvestisiyaların qarşılıqlı əlaqəsi əsas məsələlərdəndir və artıq bu istiqamətdə konkret həll yolları mövcuddur.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Mərkəzi Asiya ölkələri vasitəsilə
Çin və Türkiyəni birləşdirəcək daha bir yüksək tələbatlı nəqliyyat dəhlizi əldə edəcəyik

– Nəqliyyat və tranzit sahəsində yeni Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolunun tikintisinə və istismarına başlanılması nəzərdə tutulur. Bu marşrutun perspektivlərini necə qiymətləndirirsiniz?

– 1997-1998-ci illərdə bu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü irəli sürüləndən bəri hər dəfə müəyyən problemlər yaranırdı. 2017-ci ildə Özbəkistanda Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə bu layihəyə də yeni nəfəs gəldi. Layihə Özbəkistanın milli nəqliyyat siyasətinin əsas prioritetlərindən birinə çevrildi, bu dəmir yolu marşrutu ilə bağlı Qırğızıstanla konsensus əldə edildi. Hazırda layihənin maliyyələşdirilməsi nəzərdən keçirilir.

Bu marşrut Çindən başlayıb Orta Asiyadan keçən yolu Xəzər dənizi üzərindən Ələtə bağlayacaq. Nəzərə alsaq ki, Azərbaycan artıq Bakı-Tbilisi-Qars Cənubi Qafqaz dəmir yolu dəhlizinin istismarına başlayıb, biz Türkiyənin Aralıq dənizi limanlarına çıxış imkanı əldə edəcəyik. Bu, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın nəqliyyat və tranzit potensialının reallaşmasına ciddi təsir göstərəcək.

Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Mərkəzi Asiya ölkələri vasitəsilə Çin və Türkiyəni birləşdirəcək daha bir yüksək tələbatlı nəqliyyat dəhlizi əldə edəcəyik. Gözlənilir ki, bu xətlə ilk mərhələdə ildə 10 milyon tona qədər yük daşına bilər.

Nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi
nəticəsində iqtisadi fəallıqda kəskin yüksəliş əldə edəcəyik

– Sizcə, Özbəkistan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları maraqlandıra bilər?

– Bu gün ölkələrimiz arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Xarici ticarət dövriyyəsi artır. Özbəkistan-Azərbaycan birgə avtomobil yığımı müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, əczaçılıq sektoru, ipəkçilik, kənd təsərrüfatı, nəqliyyat və loqistika sahələrində əməkdaşlıq böyük maraq doğurur.

– Qafqaz və Mərkəzi Asiya regionları arasında mövcud iqtisadi əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

– Son zamanlar xarici ticarətdə artım müşahidə edirik. Bununla yanaşı, əməkdaşlığın tempi artmalı və daha böyük nəticələr əldə edilməlidir. Xalqlarımızı möhkəm tarixi, dini bağlar birləşdirir. Gözlənilir ki, nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi nəticəsində iqtisadi fəallıqda kəskin yüksəliş əldə edəcəyik. Hesab edirəm ki, bu gün dünyada gedən geosiyasi proseslər bizim qarşılıqlı fəaliyyətimizə ciddi mənfi təsir göstərməyəcək.

Transxəzər marşrutu layihəsini gerçəkləşdirə bilsək, regionlarımızda yük axını
artacaq və nəqliyyat kommunikasiyalarının mərkəzi kimi Azərbaycanın rolu artacaq

– Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarırlar. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?

– Azərbaycan unikal coğrafi mövqeyə və böyük nəqliyyat-loqistika potensialına malikdir. Bakı həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba nəqliyyat axınlarının kəsişməsində yerləşir. Azərbaycanın xarici iqtisadi siyasəti coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməyə yönəlib.

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm layihəni həyata keçiriblər. Transxəzər marşrutu layihəsini gerçəkləşdirə bilsək, regionlarımızda yük axını artacaq və nəqliyyat kommunikasiyalarının mərkəzi kimi Azərbaycanın rolu artacaq.

Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında əlavə alternativ marşrut rolunu oynayacaq və Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına çıxışı təmin edəcək. Bu dəhlizin böyük perspektivləri var və mövcud Cənubi Qafqaz dəmir yolu ilə birlikdə yüklərin və insanların daşınmasında mühüm rol oynayacaq.

Tamilla MƏMMƏDOVA

Comments are closed, but trackbacks and pingbacks are open.