Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Saytın məqaləsində bildirilir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır: “Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var”.

Iran ermənistan versus

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

İran-Ermənistan münasibətləri: geosiyasi reallıq, versus, siyasi iddialar

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

İran Ermənistana iqtisadi dəstəyini artırır – Statistika

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov İranın Azərbaycanın hava məkanını pozmaq cəhdi haqda qeyd edib.

O bildirib ki, ötən il İran ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 40 faiz artaraq 500 milyon dollardan 700 milyon dollaradək yüksəlib:

“Bu 2020-ci il ilə müqayisədə təxminən 2 dəfə artım deməkdir. Tərəflər yaxın dövr üçün ticarət dövriyyəsini 1.0 milyard dollara çatdımağı hədəfləyirlər. Hətta Tehran Ermənistan ilə 3.0 milyard dollarlıq dövriyyəyə çatmaq niyyətini də bəyan edib. İran artıq Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır.

2022-ci ildə Azərbaycanın sərhəddindən cəmi 2 km uzaqlıqda yerləşən Qafan şəhərində konsulluq açan İran artıq Ermənstana gündəlik bir milyon kubmetrdən çox mavi qaz ixrac edir. Ermənistan İran vasitəsi ilə enerji idxalını şaxələndirməyə çalışır”.

Ekspert bildirib ki, Tehran rejimi bir tərəfdən Azərbaycanın güclənməsindən məmun olmadığını gizlədə bilməməklə yanaşı, digər tərəfdən Ermənistana dəstəyini genişləndirməkdədir. Amma bununla regionda formalaşan yeni düzəni pozmaq, təbii ki, mümkün olmayacaq.

Qeyd edək ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

İRAN-ERMƏNİSTAN DİVERSİYA QRUPU TƏXRİBAT HAZIRLAYIR! – Azərbaycana hücuma SEPAH generalı rəhbərlik edəcək.

“Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırır. Onun hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu sensasiyalı məlumatı “Haqqin.az” saytı diplomatik mənbələrdən aldığı informasiyaya istinadla yazıb.

“Hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik (Zəngəzur-red.) rayonunda yerləşir. Burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti hazırlıq işləri aparır”, – məlumatda qeyd olunur.

Saytın məqaləsində bildirilir ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır: “Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var”.

Məlumatda bildirilir ki, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. “Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək”, – məqalədə bildirilir.

Məlumatda daha sonra qeyd olunur ki, Azərbaycan Ordusunun əsgərləri şəklində olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. “Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək”, -sayt yazır.

“Haqqin.az”da olan məlumata görə, bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan Ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın “Şahed” kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi mümkündür.

Sayt yazır ki, planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan Ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Bundan əlavə, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Məlumatda daha sonra bildirilir: “Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan Xarici İşlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub. Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla da sübut olunur. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqlədi”.

Azərbaycana qarşı silahlı təxribat törətmək üçün vaxt da təsadüfi seçilməyib. “Göründüyü kimi, Ermənistan və İran hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələdən sağ çıxan və daxili problemlərin həllində iştirak edən Türkiyə eskalasiya vəziyyətinə lazımi şəkildə müdaxilə edə bilməyəcək. Ona görə də Azərbaycana qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlar keçirmək üçün əlverişli şansdan istifadə etməyə çalışırlar”, -məqalədə qeyd olunur.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Türk Turan 2023-02-09 10:10:02

Allah Azzə və Cəllə bəlalarını versin! Türkün qəzəbi ilə qarşılaşacaqlar! Dəmir yumruq yerindədir!

t.ədalət 2023-02-09 00:35:38

Azərbaycan ərazilərində baş verən terror hadisələri zamanı,adətən separatçı kürdlər ermənilərlə bir olublar.İndi diversiya qrupunda azərbaycanlılardan ibarət dəstənin olacağı haqqında verilən informasiyanın doğru olmasına inanmaq mümkün deyil .

Comments are closed, but trackbacks and pingbacks are open.