Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
“Bildiyimiz kimi, İranda 5-6 ay ərzində böyük etirazlar keçirildi. Bu etirazlarda qeyri-fars millətləri, Güney Azərbaycan türkləri və digər türklər də aktiv iştirak ediblər. Çünki bu fars rejimi 44 ildir açıqcasına bütün qeyri-fars millətləri assimilyasiyaya məruz qoyub, bu millətlərin milli kimliyini yox edib. Beynəlxalq aləmdə də terroru dəstəkləyən bir rejimdir. Bunların hamısını nəzərə alsaq, bu aksiyanın əhəmiyyəti çox mühümdür: Güney Azərbaycan diasporu və dünyanın hər yerində yaşayan güneylilər əl-ələ verib, Avropa Şurasının binasının qarşısında önəmli aksiya keçirəcək. Ən önəmlisi, orada azərbaycanlılarla yanaşı, başqa millətlərdən də iştirak edəcəklər. Hamısı tarix boyunca Güney Azərbaycana rəhbər kimi baxıblar”.
Iran inqilabı v azadlıq hrkatları
İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyaları ilə başlayan proseslər son on günün ən səs-küylü hadisələrindən sayılır. 15 iyuldan etibarən start götürən etirazlar quraqlıq nəticəsində içməli suda yaranan qıtlıq səbəbindəndir.
İran səlahiyyətliləri indiyə qədər nümayişlərdə 5 iştirakçının və bir polisin həyatını itirdiyini açıqlayıb. Səlahiyyətli şəxslər nümayişçilərin təxribat qrupları tərəfindən öldürüldüyünü iddia edirlər. Beynəlxalq Əfv Təşkilatı isə təhlükəsizlik qüvvələrinin ən azı 8 nümayişçini öldürdüyü iddiasını irəli sürüb.
Son aksiyalardan biri qədim Azərbaycan şəhəri Təbrizdə baş tutub. Şəhər sakinləri su probleminin yarandığı Xuzistan əyalətindəki insanları dəstəkləmək üçün etiraz aksiyası keçiriblər.
Yerli mənbələrdən əldə edilən məlumatlara görə, Təbriz bazarında bir araya gələn böyük bir kütlə şüarlar səsləndirərək, Xuzistan əyalətinin bölgələrində suyun verilməməsinə etiraz edən xalqa dəstək verib.
Sosial mediada yayımlanan görüntülərdə bəzi nümayişçilərin rejim əleyhinə şüarlar səsləndirdiyi görünür.
Kütləni dağıtmaq üçün nümayişçilərə müdaxilə edən təhlükəsizlik qüvvələri onlardan bəzilərini həbs edib. Digər tərəfdən, şəhərdə internetin məhdudlaşdırıldığı öyrənilib.
Qeyd edək ki, İranda Azərbaycan türkü olan fəallar 23 iyulda Təbriz başda olmaqla, bəzi şəhərlərdə Xuzistanı dəstəkləyən nümayişlərə çağırıblar. Bu çağırışlardan sonra bəzi fəallar həbs edilib.
Cənub qonşumuzdakı bu aksiyalar Azərbaycanda da yaxından izlənilir. Buna da heç şübhəsiz ki, əsas səbəb 40 milyona yaxın soydaşımızın orada yaşamasıdır. Artıq bu etirazlar milli azadlıq hərəkatı kimi də qələmə verilməyə başlayıb.
İranda etiraz aksiyalarının başlaması Azərbaycanda necə dəyərləndirilir? Bunun milli azadlıq hərəkatı olması haqda deyilənlər doğru təsbitdirmi?
Kənan Rövşənoğlu: “O bölgədə separatçılıq – İrandan ayrılma tələb edən təşkilatlar var”
Siyasi ekspert Kənan Rövşənoğlu hadisələri belə şərh etdi: “Yaxın Şərq, xüsusən də körfəz ölkələri bu ay ərzində dəhşətli istilərlə üz-üzə qalıb. Əksər ölkələrdə istilik 50 dərəcəni keçib. İranın xüsusən bu regionu quraqlıq bölgə hesab olunur. Ümumiyyətlə, İran hazırda dünyanın su çatışmazlığı yaşayan 5 ölkəsindən biridir. Son bir neçə ildir davam edən quraqlıq nəticəsində vəziyyət daha dözülməz olub. Yəni əhali su qıtlığı yaşayır və buna etirazlar oldu. Hətta ali dini lider Ayətullah Xameneyi də aksiyaçıların haqlı olduğunu bəyan etdi. Amma təəssüf ki, bu dəfə də etirazlar zamanı insan itkisi oldu, təxminən 5 nəfərə yaxın aksiyalarda dünyasını dəyişib. Buna görə də digər regionlarda da etirazlar baş verib. Təbrizdə də ”Əhvazın yanındayıq” şüarı ilə mitinqlər keçirilib. Artıq hökumət qurumları da əl-ayağa düşüb, ölkənin digər yerlərindən maşınlarla Əhvaza su daşınır. Ümumilikdə, Əhvaz İranın ən həssas 4 regionundan biridir. Burada separatçılıq – İrandan ayrılma tələb edən təşkilatlar var. Bunlar zaman-zaman hökumətə qarşı silahlı hücumlar törədir. Təbrizdə də isə bildiyim qədər aksiyalar bir neçə gün oldu və artıq dayanıb. Ağır sanksiyalar altında olan, iqtisadiyyatı ciddi zərbə alan İranda son illərdə bu cür etirazlar tez-tez baş verir. Bu da normaldır. Amma Əhvazdakı bəzi qrupların şüarlarını çıxmaq şərtilə bu dəfəki aksiyalar daha çox sosial-iqtisadi tələblərlə oldu”.
Politoloq Vaqif Hüseyn bu barədə danışmağın hələ tez olduğunu düşünür: “İranda rejim hələ güclüdür. Orada hələ aksiyaların milli azadlıq hərəkatına çevrilməsi üçün bir sıra amillər olmalıdır, bir növ bu amillər yetişməlidir. İlk aksiyalar iqtisadi yöndə başlayıb. Yəni su qıtlığı səbəbindən etirazlar baş verib. Bu problem isə şah dövründən etibarən yaşanır. İranda milli azadlıq hərəkatının başlaması üçün daha böyük problemlər yaranmalıdır. İndiki şəraitdə din faktorunun orada hakim, güclü olması səbəbindən bunun baş verəcəyini zənn etmirəm. Bunun üçün gərək daha böyük hadisə baş versin.
Vaqif Hüseyn: “Bu barədə danışmaqın hələ tezdir”
Ümumiyyətlə, İran çox mürəkkəb bir yerdir. Nəzərə alaq ki, orada Azərbaycan əsilli rejimi müdafiə edən xeyli adamlar var. Onların Azərbaycanın özündə də dayaqları kifayət qədər güclüdür. Hər şey hadisələrin gedişatından asılıdır. İndidən nələrisə demək bir az çətindir”.
Politoloq İranda yeni prezidentin seçilməsinin bu aksiyaların effektiv olacağının qarşısını ala biləcəyi yönündə səslənən fikirlərə cavab olaraq bildirdi ki, orada soydaşlarımız yaşayan ərazilər milli azadlıq hərəkatlarının başlamasının dinamik başlanğıc nöqtəsidir: “Əgər hərəkat olacaqsa, o rejimə yönəlik hərəkat olacaq. Bütövlükdə hər hansı bir etnik, ümummilli hərəkat olması bir qədər çətindir. Bunun üçün mərkəzi hakimiyyət zəifləməli, bölgədəki nəzarətini bir qədər itirməlidir. Qacarlar dövründə mərkəzi hakimiyyət bir qədər zəifləmişdi və o zaman Səttarxan hərəkatı başlamışdı. Ötən əsrin 20-ci illərində isə Qacarların bütövlükdə prosesləri əllərindən buraxması nəticəsində Şeyx Məhəmməd Xiyabani hərəkatı başladı. Bunun kimə xeyri oldu? Pəhləvilər hakimiyyəti götürdülər. 1945-ci ildə isə şimaldan sovet qoşunları, cənubdan isə ingilislər İrana daxil oldular. Həmin vaxt orada milli hökumət qura bildik. Sonradan Stalinin Pişəvərini tək qoyması səbəbindən milli hökumət devrildi. Orada xarici faktorların rolu böyükdür. 1979-cu ildəki inqilabda isə rejim ən zəif vaxtında belə azərbaycanlılara muxtariyyət verilməsi tələbi rədd edildi. Bundan sonra elə bir proses olmalıdır ki, həqiqətən soydaşlarımızın milli azadlıq hərəkatının bir effekti olsun. İndiki vaxtda bunun olub-olmayacağını bilə bilmərik. Proseslərin gedişatına baxmaq lazımdır”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
Bu, Azərbaycanın çağırışıdır – Şahbazi
Azərbaycan Demokrat Firqəsi 25 martda AŞ-ın binası qarşısında keçirilməsi nəzərdə tutulan aksiyaya ciddi şəkildə dəstək verdiyi üçün firqənin tərəfdarlarının yaxından iştirakını istəmişik. Çünki bu yürüşü Güney Azərbaycan Milli Hərəkatına lazımlı hesab edirik. Bu, beynəlxalq bir aksiyadır.
Bu sözləri Axar.az -a Azərbaycan Demokrat Firqəsinin ABŞ Komitəsinin məsulu Rəhim Şahbazi deyib.
“Bizim heyət üzvləri fərqli yerlərdən – Amerika, Kanada, Avropa, Türkiyə, İsveç, İngiltərə kimi ölkələrdən qatılacaqlar. İnanırıq ki, çox adam iştirak edəcək. Aksiyada firqənin mənsubları, İsveçdən beynəlxalq əlaqələr üzrə məsul Abdullah Əmir Haşimi Cavanşir, mən özüm də Amerikadan qatılacam. Bizimlə yanaşı, beynəlxalq fəaliyyətləri ilə tanınan firqəçilər də iştirak etmək niyyətindədirlər”.
Şahbazi “Azadlıq, Ədalət” Yürüşünün ilk növbədə fars rejiminə böyük mesaj olacağını bildirib:
“Bildiyimiz kimi, İranda 5-6 ay ərzində böyük etirazlar keçirildi. Bu etirazlarda qeyri-fars millətləri, Güney Azərbaycan türkləri və digər türklər də aktiv iştirak ediblər. Çünki bu fars rejimi 44 ildir açıqcasına bütün qeyri-fars millətləri assimilyasiyaya məruz qoyub, bu millətlərin milli kimliyini yox edib. Beynəlxalq aləmdə də terroru dəstəkləyən bir rejimdir. Bunların hamısını nəzərə alsaq, bu aksiyanın əhəmiyyəti çox mühümdür: Güney Azərbaycan diasporu və dünyanın hər yerində yaşayan güneylilər əl-ələ verib, Avropa Şurasının binasının qarşısında önəmli aksiya keçirəcək. Ən önəmlisi, orada azərbaycanlılarla yanaşı, başqa millətlərdən də iştirak edəcəklər. Hamısı tarix boyunca Güney Azərbaycana rəhbər kimi baxıblar”.
Şahbazi bildirib ki, aksiya daxildəki Milli Hərəkatın daha da qüvvətlənməsinə təkan ola bilər:
“Biz bununla həm xaricdə Güney Azərbaycanın nə olduğunu göstərməliyik, həm də daxildəki 40 milyon Azərbaycan türkünə ürək-dirək verməliyik. İranda bizim həbs edilənlərimiz, yaralananlarımız, şəhidlərimiz var. Hamı bilməlidir ki, biz onları unutmamışıq. Biz xaricdə olsaq da, böyük millətimizin səsiyik. Onlarla birlikdə fars faşizminə və cinayətkar İran rejiminə qarşı mübarizə aparırıq. Güneyli-quzeyli yoxdur, hamımız azərbaycanlı olaraq oradayıq. Orada Quzeydən və Türkiyədən də insanlar iştirak edəcək. Bunlar hamısı Güney Azərbaycan məsələlərini daha güclü şəkildə ortaya qoyacaqdır”.
Rəhim Şahbazi yürüş öncəsi yaşanan gərginliklər və fikir ayrılıqlarından da bəhs edib:
“Biz birliyimizi tam gücü ilə göstərmək üçün bütün fikir ayrılıqlarını unudub, Güney Azərbaycanı düşünməliyik. Nə qədər bu aksiyanı böyük müvəfəqiyyətlə keçirsək, bir o qədər yaxşı olar. Təbii ki, orada fərqli-fərqli bayraqlar da olacaqdır. Hamısı Güney Azərbaycanı təmsil edəcək. Burada ən böyük əngəl İran-fars rejimi tərəfindən yaradıla bilər. Onlar tarix boyu terror əməllərinə əl atıblar. Əminəm ki, təhlükəsizlik qüvvələri bunların hamısını nəzərə alacaq. Millətimizlə əl-ələ verərək, “Azadlıq, Ədalət, Milli Hökumət” şüarımıza əngəl yaradanlara imkan verməməliyik. Fars şovinizmi başa düşməlidir ki, bizim millət öz azadlıq və istiqlaliyyət mübarizəsini davam etdirir. Necə ki, böyük şüarımız vardır: Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan! Bu dəqiq mesajdır: Bu gün Azərbaycan çağırır”.
Текст книги “İran inqilabı və azadlıq hərəkatları”
Yüz illər boyu dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlər XX əsrdə bir daha aktuallaşdı, gündəmə gəldi və indi də qəti həllini gözləyir. Dünyanı və insanları silkələyən, yurd-yuvasından dərbədər salan müharibələr və ən müxtəlif ixtilaflar son çərəyini yaşamaqda olduğumuz bu yüz ilin əvvəlindən bu günə qədər davam etmişdir. Yüz milyonlarca insanın canına, qanına bais olan bu uğursuz gedişat, enmə və qalxmalar bəşəriyyətin həllini gözlədiyi problemlərə hələ ki bir işıq tutmuş, ümid vermiş deyildir. Dövlət və siyasət adamlarının dilindən “dünyaya sülh” və “insan haqları” sözləri düşmür. Həqiqətdə isə nə dünyada sülh, nə də insan haqlarına hörmət görünür. Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu ölkədə nələr baş verir? Kimsə bir şey bilmir. Digər tərəfdən Cağaloğlu enişindəki kitab vitrinlərinə baxarkən “Konqo inqilabı” adlı kitabların sərgiləndiyini görəcəksiniz.
Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları Türkiyə ictimai fikrini Konqo qədər də maraqlandırmır. Bu səbəbdəndir ki, bir türk ziyalısı İran haqqında heç nə bilmir.
Yenə bu səbəbdəndir ki, İrandan söz açılanda bir türk ziyalısı İranı köhnədənqalma Qərb-Şərq anlaşıyı çərçivəsində dəyərləndirərək ağzına gələni danışır. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır.
Digər tərəfdən, şahənşah Məhəmməd Rzanın istibdadı tam gücüylə davam etmiş, bu arada İran neftindən gələn astronomik 20 milyard dollar hesab-kitabsız “ordunu modern silahlarla təchiz etmək” adı altında, habelə ölkədə ağır sənayeni qurmaq iddiasıyla Amerika və Qərbin sənayeləşmiş dövlətlərinin xəzinəsinə durmadan axıdılırdı. Bu vəsaitlər daha haralara xərclənmirdi ki… Şahənşahın Tehranda və villalarda şəxsi əyləncəsi və keyfi üçün qurulan və Hollivud aktyorları ilə qol-boyun davam edən çılğın əyləncələrə, İranın 2500 illiyi tədbirlərinə, şahənşahın tacqoyma mərasimlərinə, daha nələrə… nələrə…
Bütün bu hadisələrlə şahənşah dünyaya İranda bir yüksəliş hərəkatı obrazını yaratmağa çalışırdı. Bu gün qırx milyon əhalisi olan İranda yüksəliş və inkişafa həsr edilən ədəbiyyatın özü belə bir oxşar hadisəyə qiyas edilə bilər. Vaxtı ilə Türkiyənin Baş naziri Adnan Menderes Amerikadan aldığı yardım və borc pullarla hər rayonda beş milyoner yaratmasıyla öyünürdü. İndi İranda şah neftdən gələn milyardlarla dollarla hər rayonda otuz milyoner yaratmışdır. Bu milyonerlər şah sarayları ətrafına yığışıb şaha nökərlik edir, ona yaltaqlanır, əl-ətək öpürlər və şahın xoşuna gəlmək üçün heç bir yaltaqlıqdan çəkinmirlər. Bir iranlı mənə: “Bizdə ancaq bir milyon insan rifah halında gün-güzəran keçirir, yerdə qalanı bir qarnı ac, bir qarnı tox yaşayır”, – demişdi. Bu vəziyyət təkcə ölkədə milli gəlirin bərabər bölünməsi məsələsi ilə bağlı deyildir.
Şahın İranı dünyanın beş inkişaf etmiş ölkəsindən biri olacağı iddiası ilə girişdiyi hesab-kitabsız böyük sənaye müəssisələri qurmaq təşəbbüsü, ordunu modern silahlarla təchiz etmək cəhdləri boşa çıxınca İran Konstitusiyası və parlamentini gözardı etmiş və sözün əsl mənasında diktatora çevrilmişdir. Əslində İranda konstitusiya və parlament Sərdari-Milli Səttar xan və bu cahanşümul insanın şəhid silahdaşlarının İrana gətirmək istədikləri bir konstitusiya və parlament deyildi. Çünki parlamentə seçkilərdə millət vəkilliyinə namızədləri məhz şah nişan verir. Şahın arzu etmədiyi heç bir qanun və qərar parlamentdəcə yatıb qalır. Şah özünün yaratdığı bu parlamenti bəyənməyib onu buraxdığı dönəmlər çox olmuşdur. İranda tək söz, tək qərar ancaq şahın iradəsiylə verilir.
Kitabı yazmağa başladığım zaman mənbə əldə etmək üçün çox çətinlik çəkəcəyimi bilirdim. Zaman-zaman fikrimdən keçirdiyim bu məsələyə dair mənbələrin bir qismini əlimə fürsət düşdükcə əldə etmişdim. İran inqilabı haqqında çox mükəmməl və gözəl əsərlər hər şeydən qabaq elə İranda qələmə alınmışdır. Seyid Əhməd Kəsrəvi, İsmail Əmir Xizi kimi böyük tarixçi yazarlar başda olmaqla İranda yazılan bu əsərləri Türkiyədə əldə etmək çox çətindir. Bunları mənə bir tanışım adının açıqlanmaması şərti ilə vermişdir. Digər bir sıra kitabları Ankarada Milli Kitabxanadan, Tarix Kurulunun kitabxanası və Türkiyat İnstitutunun kitabxanasından tapdım. Digər kitablar isə əlim çatmayan yerlərdə yatırdı…
Rza şah taxta çıxdıqdan sonra İranda xalqların ana dillərində məktəb, qəzet və qurumları bağladığı kimi, inqilab hərəkatına aid kitabların yenidən çapını da qadağan etmişdi. Hətta onların toplanıb yandırıldığını da deyənlər var. Bir-ikisini ingilis dilində tapa bildim. Bununla bərabər, mənbə kimi istifadə etdiyim kitablarda verilən biblioqrafiyada rastlaşdığım bəzi kitabları da oxucuya irəlidə bir istiqamətverici məqam qismində göstərmişəm.
Söhbət etdiyim iki ziyalı həmşəri mənə İranın inkişafı haqqında belə bir nümunə göstərdi: “Keçən il Xorasana getmişdim, qaldığım otel otaqlarının hamısında rəngli televizor var idi.”. Burada heç bir mübahisəyə qoşulmadan şahın İranı inkişaf etdirməsinə ən pis bir misal gətirmiş olur. Kitabın son Pəhləvilər hissəsində bir iqtisadiyyat mütəxəssisinin İranın inkişafına dair yazısını eynilə göstərmişdir.
Başqa bir İranlı ziyalı dostum mənə bu sözləri dedi: “Vaxtilə ölkəmizin neftini və digər gəlir qaynaqlarını ingilislər istismar edib aparırdılar. İndi isə Pəhləvilər eyni işi edirlər. Pəhləvilərin israfçılığının bir qismi heç olmazsa İranda qalır…” “Azadxahlar bu Pəhləvilərdən görəsən nə istəyirlər”, – sualını verdi mənə.
İslam hüququnda bir qayda mövcuddur: “Batıl mekis olmaz”, yəni saxta olan şey nümunə ola bilməz. Vaxtilə acgöz ingilis imperializminin İranı istismar edib talaması Şahənşah Pəhləviyə zalım və müstəbid bir hökmdar olaraq İranı babasının mülkü kimi idarə etmək haqqını verməz.
Azadxahlar bu Pəhləvilərdən nə istəyirlər, görəsən? Aşağıdakı cavabları verirəm: Azadxahlar Məhəmməd Rza Pəhləvidən hər şeydən öncə İranda azadlıq və müstəqilliyin bərqərar olmasını tələb edirlər. Qəbul etmədiyi Konstitusiyanın lazım olan şəkildə İrana gətirilməsini və Parlamentin sərbəst seçkilər əsasında formalaşmasını tələb edirlər. İran xalqlarının hər birinə öz ana dillərində məktəb, mətbuat, idarəetmə və hər il orta hesabla 20 milyard dollar neft gəlirindən İran xalqlarının hər sinif və təbəqəsinin bərabər səviyyədə faydalanmasını tələb edirlər. Bir sözlə, insan haqlarına aid olan hər şeyi…
Keçən il Şah bir neçə min məhbusu əfv edərək onları öz üsul-idarəsinə yaraşan şəkildə qurduğu (işgəncə) həbsxanalarından buraxdı. Bütün dünya da “Şah siyasi məhbusları əfv etdi” şəklində təbliğata başlandı. Halbuki bu məhbusların çoxu siyasi məhbus olmayıb adi cinayətlərə görə həbs edilmişdilər. Aralarında olan siyasi məhbusların da bir qismi xəstə olanlar, bir qismi işgəncə nəticəsində beyni pozulanlar və kişiliklərini itirənlər idi. Qərb dünyasında insan haqları ilə məşğul olan beynəlxalq təşkilatların hesablamalarına görə, şahın zindanlarında hazırda siyasi məhbusların sayı 20-30 min arasındadır.
Keçmiş arvadı şahzadə Sürəyyanın izah etdiyi kimi, şah İsveçrədə tələbə olduğu zaman istibdad və demokratiya haqqındakı düşüncələrini xatırlasaydı və ya Müsəddiqdən qaçdığı zaman İraqda onu qarşılayan Kral Faysalın və daha başqa sultanların və çarların aqibətindən ibrət alsaydı, İran tarixində bir ədalət və demokratiya dövrü başlayar, şah taxtında oturar, Parlament ölkəni idarə edərdi, beləliklə, zülm dövrünə son qoyular, əks təqdirdə bugünkü mübarizənin sonu Konstitusiya çərçivəsini aşar və baş verəcək müqavimət və inqilabın qarşısını almaq lüzumu yaranmazdı. Bu halda baş verən hər şeyə görə məhz şah məsuliyyət daşıyır…
Kitabda fədai, mübariz, proqressiv, inqilabçı, azadxah, ihtilalçı sözlərinin hər biri fərqli anlamlarda işlədilmişdir.
Şah tərəfdarı olanlar üçün: müstəbid, reaksioner, irtica, istismarçı, feodal sözləri də eyni anlamda istifadə edilib. Bu mövzuda mənbə rolunu oynayan kitabların təsiri altına düşdüm. Hər bir kitabda bu sözlərin bir neçəsi eyni mənada işlədilib.
Oxucuların gözlərinə sataşacaq qüsurlar üçün qabaqcadan üzr istəyirəm. Yarım əsri aşan sürgün illərində ancaq bu qədərinə gücüm çatdı. Atalarımızın “varını verən utanmaz” sözünə inanıram.
Hüseyn Baykara
11 mart 1978, İstanbul
İRAN YAYLASI
Dəclə çayının şərqindəki dağlardan Əfqanıstana qədər uzanan, şimalda Xəzər dənizi, Xarəzm bölgəsi, cənubda Ərəbistan dənizi, cənub-qərbdə Bəsrə körfəzi ilə əhatə olunan İran yaylası adlanan coğrafiyada (Ord. Prof. M.Şemsettin Günaltay. İran tarixi, cild 1, s.1) yerləşir.
Tehran Universitetinin köhnə professorlarından Raymond Furon İranın sərhədlərini bu şəkildə izah edir. Şimal dənizi və bu dənizə çıxışı olan ölkələr, şərqi Əfqanıstan və Bəlucistan, qərbi Türkiyə və İraq, cənubu Hind dənizi ilə əhatə olunmuş, quru sahəsi 1645000 kvadrat kilometr olan yer İran yaylasıdır. (Raymond Furon: 1943, İstanbul, sh.2)
İranda iki əsas dağ silsiləsi vardır. Şimalda Elbrus, qərb və cənubda Zaqros İran yaylasını əhatə edən bu iki dağ silsiləsinin arası ölkənin orta hissəsi olub qeyri-məhsuldar, quraqlığın hökm sürdüyü səhralıqdır. Bu yerə farslar “Dəşti Kəvir” deyirlər. Elbrus silsiləsi Ağrı dağının aşağı ətəyindən Xorasana doğru, Xəzər dənizinin cənubundan keçən, qərbdən şərqə uzanan bir dağ silsiləsidir.
Zaqros silsiləsi Van gölündən başlayıb Bəndər-Abbasa qədər şimal-qərbdən cənub-şərqə doğru uzanır. Bu dağ silsilələrinin uzunluğu 1800 kilometr olub bir-birindən vadilərlə ayrılır, bəzi yerdə isə dar vadilər vasitəsi ilə birləşirlər.
Bugünkü İran dövlətinin yerləşdiyi torpaq hissəsi coğrafiya anlamında İran yaylası adlanan yaylanın tən yarısını təşkil edir.
İranda aşağıdakı dillərdə danışılır: fars, türkcənin azəri ləhcəsi, kürd, lor, bəluc, Gümüştəpədə Türküstan sərhəddi boyunca Xorasanın şimalına qədər Türkmənlərin yaşadığı bölgədə türkmən ləhcəsi, Qaşqaylar, Bəxtiyarilər, Tatlar bölgəsində türkcə, Bəsrə körfəzi sahillərində ərəb dili.
İran qədim və yeni tarix boyunca turanlılar, arilər, makedoniyalılar, ərəblər, monqollar, türklər, əfqanlılar tərəfindən işğal və idarə edilmişdir. 2500 illik tarixi boyunca İranda iranlı fars milləti sülaləsi bu ölkədə ancaq 825 il hökmranlıq edə bilmişdir. (Raymond Furan. İran, sh. 8).
Kürdüstan
Kürdüstan Mosul və Bağdadın yuxarı hissələrində İranı İraqdan ayıran dağlıq bölgədir. Kürdüstanın mərkəzi Sanandajdır. Cənubi Kürdüstan Tehran və Bağdad yolu üzərində iki tərəfə doğru uzanır.
Kirmanşahdan 30 kilometr irəlidə Tehran yolu üzərində məşhur Bisütun mağaraları vardır. Bu mağara daşları üzərində qabarıq yazı ilə Daranın zəfərləri qeyd edilmişdir. Bu yazılar İran dövlətinin qurulması ilə Turanlıların ataları tərəfindən eramızdan 1000-2000 il əvvəl Manna və Midiya dövlətləri haqqında çox elmi dəyəri olan məlumatlar verməkdədir. Daranın yazıları üç dildə – Babil, Alamut və qədim iran dilində yazılmışdır.
Xəzər vilayətləri
Bu bölgə Gilan, Mazandaran və Görgən vilayətlərindən ibarətdir. Elbrusun yüksək təpələri ilə Xəzər dənizi arasında geniş düzənliklər, orta hesabla 20 kilometr olan məhsuldar, bataqlıq bir torpaq parçasıdır. Bürünc, tütün, pambıq, şəkər qamışı, çay, sitrus, əncir, nar, üzüm və başqa məhsullar yetişir. Məşhur qara kürü Gilanın Xəzər dənizinə axan çayındakı nərə balığından əldə edilir. Gilanın mərkəzi Rəşt, Mazandaranın mərkəzi Sarı, Görgənin mərkəzi Astrabaddır.
İran İraqı
Elbrusun yüksək təpələriylə Zaqrosun cənub yamaclarına qədər uzanan böyük bir vilayətdir. Bura Tehran, İsfahan, Həmədan, Sultanabad, Qum və başqa şəhərlər daxildir.
Azərbaycan
İranın şimal-qərbində yerləşən çox gözəl bir vilayətdir. Zend Avestanın Azərbaycanı, Makedoniyalı İsgəndərin Atropatenası, Bakıda məbədi olan qədim oda tapınanların “Odlar ölkəsi”dir. Bura dağlıq bir ölkə olub artıq sönmüş olan vulkanlarla səciyyələnir. Bunlardan Səhəndin hündürlüyü 3600, Savalanın hündürlüyü isə 4800 metrə çatır. Vadilərdə gözəl ağaclar var. Azərbaycanda böyük Urmiya gölü vardır. Sahəsi 5000 kilometrə qədərdir. Hər kub metr suyunda 155 qram duz var.
Ən böyük şəhəri Təbrizdir. Yaşıllıqlarla dolu bir vadidə salınıb, dəniz səviyyəsindən yüksəkliyi 1500 metrədir.
Təbriz yalnız bir idarəetmə mərkəzi olaraq qalmamış, ticarət və bir irfan mərkəzi də olmuşdur. Şardinə görə, 1673-cü ildə əhalisinin sayı 500000 imiş. 1780, 1848 və 1942-ci illərə təsadüf edən zəlzələlər şəhəri dağıtmış, saysız insanlarla birlikdə dəyərli qədim əsərlər də dağılıb yox olmuşdur. Dağıtmaq işində zəlzələlərdən geri qalmayan bir sıra istilalar zamanı şəhər yerlə yeksan olmuşdur. (R.Furon, göstərilən əsəri, sh.29).
Başqa vilayətlər
Laristan, Xuzistan, Fars körfəzi və Hind Okeanı sahilləri, Fars Suzistan, Kirman, Xorasan və səhra bölgələrini də qeyd edərək coğrafiya bəhsinə çox yer vermədən keçirik.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра – распространителя легального контента. Поддержите автора!
Страницы книги >> Предыдущая | 1 2
Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.
Оплатили, но не знаете что делать дальше?
Comments are closed, but trackbacks and pingbacks are open.