Irfan yolu əllamə təbatəbai
Əllamə Təbatəbai demək istəyir ki, sufilik inkişaf edib xalq arasında hörmət qazandıqca, onun ruhuna yad olan ünsürlər düşmənçilik məqsədilə sıralarına soxulur, sufi adı altında pozucu və təxribatçı fəaliyyətlə məşğul olur, nəticədə camaatın ürəyi sufilikdən soyuyurdu.
Quranı anlamağın yolu – TƏFSIR
Təfsir ərəb dilindən tərcümədə “izah etmək, açıqlamaq” mənasını verir. Terminoloji mənada Qurani-kərimə yazılmış şərhlərə təfsir deyilir.
Təfsirlərdə Quran kəlmələrinin lüğəvi mənası, çətin anlaşılan sözlərin izahı, Quranın ədəbi gözəlliyi, qiraət fərqləri, ayələrin nazil olma səbəbləri və ardıcıllığı, ayələrin insan tərbiyəsinə və bəşəri təkamülə təsiri, əhkam ayələrinin hökmü, möhkəm və mütəşabeh, nasix və mənsux ayələrin şərhi və s. məsələlər araşdırılır. Müsəlman alimlər tərəfindən indiyə kimi müxtəlif həcmli (bir cilddən başlayaraq 60 cildə kimi və daha artıq həcmdə) minlərlə adda təfsir qələmə alınmışdır.
Təfsir sahəsində ilk çalışmaların tarixi Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrinin zamanına gedib-çıxır. Əsasən, Peyğəmbərdən eşitdikləri hədislər əsasında Quranı təfsir edən səhabələrin ön cərgəsində dörd raşidi xəlifəsi, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, Übeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Musa Əşəri və Abdullah ibn Zübeyr dururdular (Süyuti. Əl-Itqan). Səhabələr təfsir zamanı hədislərə istinad etməklə yanaşı, ərəb ədəbiyyatına aid şeir nümunələrindən, əhli-kitabın rəvayətlərindən və ictihad nəticəsində əldə etdikləri qənaətlərdən də istifadə edirdilər.
Səhabələrdən sonra tabiin təbəqəsindən olanlar təfsir istiqamətində çalışmaları davam etdirmişlər. Bunların sırasında Mücahid, Səid ibn Cübeyr, Ikrəmə ibn Əbu Cəhl, Həsən Bəsri, Qətadə xüsusi fərqlənmişlər. Ətbayi-tabiin dövründən etibarən təfsir sahəsində müstəqil əsərlər yazılmağa başladı. Bundan əvvəl təfsirlə adətən, mühəddislər (hədis alimləri) məşğul olurdular. Ilk təfsir kitablarının müəlliflərindən bəziləri bunlardır: Zeyd ibn Harun Səlmi, Şöbə ibn Həccac, Vəki ibn Cərrah, Süfyan ibn Üyeynə, Kəlbi, Əbu Həmzə Sümali, Əban ibn Təğlib, Əbdürrəhman ibn Zeyd ibn Əsləm, Yəhya ibn Ziyad Fərra və b.
Fərranın təfsir sahəsində fəaliyyətə başlamasının maraqlı tarixçəsi vardır. Abbasi xəlifəsinin sarayında xidmət edən yaxın dostlarından biri ona belə bir məktub yazmışdı: “Xəlifənin vəziri mənə Quran barədə bəzi suallar verib, cavabında aciz qalmışam. Əgər mümkün olsa, mənim üçün Quran təfsirinin əsaslarını yaz, ya da bu mövzuda bir kitab tərtib et ki, ondan istifadə edib suallara cavab verim”. Fərra məktubu alınca, tələbələrini və katibləri başına toplayıb məscidə gedir. Məsciddə Quran oxumaqla məşğul olan bir hafizi yanına çağırıb, Quranı əvvəldən-axıra ayə-ayə oxumasını xahş edir. Hafiz “bismillah” ayəsindən başlayır. Fərra onun oxuduğu hər ayə barədə bildiklərini ətrafındakılara söyləyir. Katiblər onun dediklərinin hamısını qələmə alırlar. Rəvayətə görə, bu təfsir elə nadir və qiymətli əsərə çevrilmişdi ki, onu qələmə alan katiblər hər səhifəsini bir dirhəmə satırdılar. Təfsiri pulsuz əldə etməyə çalışan elm həvəskarları müəllifə şikayət edirlər. Fərra katiblərin acığına daha geniş və əhatəli bir təfsir mühazirəsinə başlayır. Beləliklə, dörd cildlik həcmə malik olan bütöv Quran təfsiri yaranır. Fərranın təfsiri əsas etibarilə Quranın ədəbi incəliklərinin şərhini əhatə edirdi və ərəb dili qrammatikasının qaydaları baxımından yazılmışdı. Bu dövrdə şiə alimlərindən Fürat Kufi, Əli ibn Ibrahim Qummi, Nömani də təfsir kitabları yazmışlar. XI Imam Həsən Əsgəriyə aid edilən məşhur təfsir də bu dövrün məhsuludur. Kütübüs-sittəyə daxil olan kitablardan birinin müəlifi Ibn Macənin də təfsir kitabı vardı.
Hicri IV (miladi X) əsrin əvvəllərindən etibarən, təfsir elmi böyük sıçrayışla inkişaf etməyə başladı. Bu dövrün təfsirləri arasında Təbərinin qələmə aldığı fundamental həcmli “Cameül-bəyan fi təfsiril-Quran” əsəri, Sələbinin “əl-Kəşfü vəl-bəyan ən təfsiril-Quran” kitabı, şiə məzhəbli Mühəmməd ibn Məsud Əyyaşinin, zeydi məzhəbli Ibn Üqdə Əhməd ibn Mühəmməd Kufinin təfsirləri böyük əhəmiyyətə malikdir.
Sonrakı əsrlərdə Bəğəvi (“Məalimüt-təfsir”), Ibn Kəsir (“Təfsirül-Quranül-əzim”), Süyuti (“əd-Dürrül-mənsur” və “Cəlaleyn”), Şövkani (“Fəthül-qədir”), Qazi Beyzavi (“Ənvarüt-tənzil və əsrarüt-təvil”), Imam Fəxr Razi (“Məfatihül-ğeyb”), Zəməzşəri (“əl-Kəşşaf”), Əbu Həyyan (“əl-Bəhrül-mühit”), Qürtübi (“əl-Came li-əhkamil-Quran”), Alusi (“Ruhül-məani”), Ismail Həqqi Əfəndi (“Ruhül-bəyan”), Nəsəfi (“Mədariküt-tənzil və məaniyüt-tənzil”), Nişaburi (“Qəraibül-Quran və rəğaibül-fürqan”), Təntavi (“əl-Cəvahir”), Seyid Rəşid Riza (“əl-Mənar”), Seyid Qütb (“Fi zilalil-Quran”), Şeyxüt-taifə Tusi (“ət-Tibyan”), Əllamə Təbrisi (“Məcməül-bəyan”), Əbul-Fütuh Razi (“Rəvzül-cinan və rəvhül-cənan”), Feyz Kaşani (“Safi”, “Əsfa” və “Müsəffa”), Həvizi (“Nurüs-səqəleyn”), Seyid Abdullah Şübbər (“Təfsirü Şübbər”), Əllamə Təbatəbai (“əl-Mizan”), Cəvadi Amuli (“Təsnim”), Nasir Məkarim Şirazi (“Təfsiri-nümunə”, Şeyx Fəzlüllah (“Min vəhyil-Quran”) və başqa müəlliflərin qələmə aldıqları təfsirlər Islam dünyasında məşhurdur.
Metodoloji baxımdan bir neçə təfsir üsulu vardır. Məsələn:
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Irfan yolu əllamə təbatəbai
Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirindən
Məşhur ruhani alim və arif Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai “Əl-Mizan” təfsirində Qurani-Kərimin müvafiq məzmunlu ayələrini şərh edərkən dəfələrlə irfan və təsəvvuf mövzusuna, bunların İslam dini ilə uyğunluq və ziddiyyətlərinə, irfanda araşdırılan əsas məsələlərin izahına toxunmuş və qənaətbəxş məlumatlar vermişdir.
Əllamə Təbatəbai “Maidə” surəsinin 15-19-cu ayələrinin təfsirində İslamın ilk əsrlərində müsəlmanlar arasında yayılmış nəzəri elmlər və fikri cərəyanlar barəsində qısa bəhs açaraq, müsəlmanların zehn və düşüncəsinin doğurduğu müsbət və mənfi əqidələrin təhlilini vermişdir. Müəllif hicrətin ilk əsrlərində hədis, ədəbiyyat, fəlsəfə, kəlam, hikmət və s. elmlərin inkişaf səviyyəsini və təkamül mərhələlərini qeyd etdikdən sonra sufiliyin yaranması məsələsinə toxunaraq yazır:
“Həmin dövrdə (yəni hicrətin I əsrinin sonları – II əsrin əvvəllərində) müsəlmanlar arasında sufiləşmə prosesi görünməyə başladı. Əlbəttə, sufilik hələ ilk xəlifələrin dövründən qaynaqlanırdı və o zamanlar zahidlik şəklində özünü nümayiş etdirirdi. Abbasilər sülaləsinin hakimiyyət illərinin əvvəllərində Bəyazid Bistami, Cuneyd Bağdadi, Şibli, Məruf Kərxi və s. bu kimi şəxslər meydana çıxanda, sufilər bütövlükdə təzahür edib özlərini göstərdilər.
Onların əqidəsi budur ki, insan kamilliyinin və həqiqi maarif əldə etməyin yolu şəriətdə nəzərdə tutulan təmrinlərin (riyazət) bir növü olan “təriqət”ə daxil olmaqdır və bu üsulla həqiqətə çatmaq mümkündür. Onların böyük əksəriyyəti (istər şiə, istərsə sünni yönümlü olsunlar) özlərini Əliyə (ə) mənsub və bağlı sayırlar.
Onlar kəramət sahibi olduqlarını iddia edir, dinin zahiri ilə və ağlın hökmü ilə uyğun gəlməyən sözlər danışırdılar. Deyirdilər ki, dinin zahiri də elə onların dediklərini bildirir, amma zahiri (üst qatı) görənlər bu məqamları dərk etmirlər. Bu fikirlər fəqihlərə və ümumiyyətlə, müsəlmanlara ağır gəldi, sufiləri tənqidə başlayıb, onlardan bizarlıq etdilər, küfrlərinə fətva verdilər. Çoxlarının aqibəti həbs, şallaqlanma, qətl, çarmıxa çəkilmə və sürgün oldu. Hamısının səbəbi bu idi ki, onlar (sufilər) “şəriətin sirləri” adlandırdıqları çılpaq və “qabığı soyulmuş” mətləblərdən söz açırdılar. Halbuki əgər doğrudan da belədirsə, yəni onların dedikləri dinin zahiri (qabığı) altında qalan həqiqətdirsə (iç, cövhər) və bunları açıb söyləmək tələb olunursa, şəriəti gətirən şəxs (yəni peyğəmbərin özü) bu işə onlardan daha layiqdir. Belə olan halda peyğəmbərə vacib olardı ki, sirləri açıb bəyan etsin. Və əgər bu sirlər haqq deyilsə, deməli, mütləq olaraq zəlalətdir. Çünki haqdan savayı hər şey zəlalət və azğınlıqdan ibarətdir.
Onlar (sufilər) əvvəlcə öz fəaliyyətlərində və təriqət əqidəsinin nümayişində söz təbliğatından və söhbətlərdən irəli getmirdilər. Lakin sonralar, ürəklərdə yer tutduqdan sonra hicrətin III əsrindən başlayaraq, kitablar və məqalələr yazmağa başladılar. Daha sonra bir qədər də irəli gedərək, “həqiqət” və “təriqət” barədə etiqadlarını açıq-aşkar söylədilər, nəzm və nəsrlə deyilmiş kəlamlarını dünyaya yaydılar.
Daim tərəfdar və qüvvə toplayaraq, kütlənin qəlbində öz yerlərini möhkəmlətdilər. Hicri VI və VII əsrlərdə hörmət və etimadları ən yüksək nöqtəyə çatdı və bundan sonra zəifləyib süquta doğru üz qoydular. Tədricən fəaliyyətləri zəiflədi və camaat onlardan üz döndərdi”.
Daha sonra Əllamə Təbatəbai sufiliyin zəifləyib aradan çıxma səbəblərini izah edir və bu səbəblərdən ikisi üzərində dayanır:
“Onların süqutunun ilk səbəbi bu idi ki, həyatın hansı sahəsi kütlənin vəziyyətinə daha yaxın olub onun hörmətini qazanırdısa və camaat hərisliklə o tərəfə meyl edirdisə, mənafe sahiblərinin xoşuna gəlmədiyi və mənafelərinə zidd olduğu üçün, tez həmin dona girir, bu yolla fəsad törədib, nəticədə camaatda nifrət oyadırdılar”.
Əllamə Təbatəbai demək istəyir ki, sufilik inkişaf edib xalq arasında hörmət qazandıqca, onun ruhuna yad olan ünsürlər düşmənçilik məqsədilə sıralarına soxulur, sufi adı altında pozucu və təxribatçı fəaliyyətlə məşğul olur, nəticədə camaatın ürəyi sufilikdən soyuyurdu.
“Bu tənəzzülün ikinci səbəbi bu idi ki, sufilərin bəzi başçıları nəfsi tanımaq yolunun (mərifəti-nəfs) şəriət qanunlarında bəyan edilmədiyini, amma Allah tərəfindən bəyənildiyini söylədilər. Necə ki, xristianların rahiblik etmələrini Allah onlara buyurmamışdı, amma bu əməli bəyənmişdi: “Onlar özlərindən rahiblik icad etdilər. Biz rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, amma ona layiqincə əməl etmədilər” (Hədid, 27). Qara camaat bu sözü onlardan qəbul etdi. Bu da onları (sufiləri) həvəsləndirdi ki, İslam şəriətindən götürülməmiş tərzdə təriqətlər, dəblər və adətlər yaratsınlar. Beləliklə, ardıcıl olaraq yeni dəblər yaradılır və əvəzində digər şəriət qaydaları kənara atılırdı. Axırda elə bir vəziyyət yarandı ki, şəriət bir tərəfdə, təriqət isə tamam başqa tərəfdə qərar tutdu və təriqət haram işlərə, dini vacibatın tərkinə doğru təhrik olundu. Şəriət vəzifələrini (mükəlləfiyyət) aradan götürdülər, “qələndərlik” və sair cərəyanlar peyda oldu. Təsəvvufdan yalnız dilənçilik, tiryək və həşişə aludəçilik qaldı; bütün bunlar da sufiliyin süqutuna səbəb oldu.
Ağla və məntiqə əsaslanan Qurani-Kərimin və hədislərin bu məsələ barəsində hökmü belədir ki, şəriətin zahiri qatı altında batini həqiqətlərin gizləndiyinə və bəşəriyyətin həmin həqiqətləri öyrənməli olmasının lazımlılığına inanmaq tamamilə sağlam əqidədir. Lakin əsas məsələ dinin zahiri ehkamlarını öz mənalarına uyğun olaraq yerində işlətmək və onlardan yerli-yerində istifadə etməkdir. Ola bilməz ki, şəriətdə zehnin yol göstərə bilmədiyi batin gizlənmiş olsun, yeganə hədəf və yol da batin sayılsın. Mümkün deyil ki, şəriətdə şəriət sahibinin qafil olduğu, laqeydlik və ya başqa səbəb üzündən bəyan etmədiyi məsələlər mövcud olsun. Allah-Təala buyurmuşdur: “Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik” (Nəhl, 89).
Sonra Əllamə Təbatəbai irfanla sair elmləri birləşdirmək cəhdləri barədə məlumat verir: “Alimlərin bir hissəsi öz elmi səviyyələrinə uyğun olaraq, müxtəlif üslublar əsasında dinin zahiri ilə irfanı birləşdirməyə çalışdılar; məsələn, İbn Ərəbi, Əbdürrəzzaq Kaşani, İbn Fəhd, Şəhidi-Sani, Feyz Kaşani.
Başqa bir dəstə isə fəlsəfə ilə irfanı birləşdirməyə cəhd göstərdi. Əbu Nəsr Farabi, Şeyx Şihabəddin Suhrəvərdi, İbn Turkə və b. bu dəstədəndirlər.
Qazi Səid və sairləri kimilər dinin zahirini fəlsəfə ilə birləşdirməyə səy etdilər.
Bəziləri isə bunların hamısını birləşdirməyə çalışdılar. Məsələn, İbn Sina (təfsir və başqa mövzulu kitablarında), Sədru’l-mutəəllihin Şirazi (kitab və məqalələrində) və b.
Bütün bunlara baxmayaraq, bu köklü fərq yenə qalmaqda davam edir. Fərqləri aradan qaldırmaq üçün edilən cəhdlər uçurumu daha da dərinləşdirmiş və alovu daha da gücləndirmişdir.
Milli.Az
M övzu (uydurulmuş) hədislər haqqında yazılmış bəzi məşhur əsərləri
7.3.M
övzu (uydurulmuş) hədislər haqqında yazılmış bəzi məşhur əsərləri
Hədis ədəbiyyatı tarixində məşhur adlar altında yazılmış əsərlərdən bir qrupu
uydurma hədislərlə əlaqədar yazılmış kitablardır. Bu əsərlərin adları “mövzuat”
adlanır. Bu haqda əsər qələmə alan müəlliflər çoxdur. Onlardan bəzilərini qeyd etmək
olar.
1.
Təzkirətül-mövzuat.
Bu əsərin müəllifi Məhəmməd bin Tahir bin Əli bin Əhməd əş-Şeybani əl-
Məqdisidir (öl. 507 h. / 1113 m.)
2.
əd-Dürrul-mültəqat fi təbyini ğalat və nəfyil-lağat.
Bu əsəri Həsən bin Məhəmməd əs-Səğani yazmışdır.
3.Kitabül-mö
vzuat minəl-əhadisil-mərfuat.
Bu kitabın müəllifi Əbdürrəhman bin Əbülhəsən Əli bin Məhəmməd bin Ömər
Əbülfərəc İbn əl-Cövzidir (öl. 597 h. /1200 m.).
4.
əl-Müğni ənil-hifz vəl-kitab bi qəvlihim ləm yəsihha şeyun fi həzəl-bab.
Bu
əsərin müəllifi Ömər bin Bədr bin Səid bin Məhəmməd əl-Hənəf Zi Yəuddin
Əbülhəfs Məvsuli (öl. 622 h. /1225 m.) hesab olunur. Ümumiyyətlə əl-Mavsulu bu
sah
ədə daha çox əsər yazan müəlliflərdəndir. Onun aşağıdakı iki əsəri də bu elmin
qaynaqlarındandır:
5.
əl-Əqidətüs-səhihə fil-mövzuatis-sarihə.
6. Marif
ətül-vüquf ələl-məvquf.
7. Risal
ə fi əhadisil-mövzua.
Bu
əsərin müəllifi isə Həsən bin Məhəmməd bin Həsən bin Heydər bin Əli bin
İsmayıl əl-Hindi əs-Səğani (öl. 650 h. / 1252 m.) hesab olunur.
8.
Risalə fi əhadisil-mövzua.
Bu
əsəri, Əhməd bin Əbdülhəlim bin Əbdüssəlam bin Abdullah bin Məhəmməd
T
əqyüddin İbn Teymiyyə (öl. 728 h. / 1328 m.) yazmışdı.
9.
Risalə fi əhadisil-ləti yərvihəl-qəssasin.
Bu
əsəri də, İbn Teymiyyə yazmışdı.
10.
Xatimətu sifris-səadət.
Bu
əsəri Məhəmməd bin Yəqub bin Məhəmməd bin Ömər əş-Şirazi Məcudiddin
əl-Firuzabadi (öl. 817 h. / 1415 m.) yazmışdı.
11.
əl-Ləalil-məsnua fil-əhadisil-mövzua.
Bu
əsəri isə Əbdürrəhman bin Əbi Bəkr bin Məhəmməd Cəlaləddin əs-Süyuti
(öl. 911 h. / 1505 m.) yazmışdı.
12.
əl-Əhadisüd-dəxilə.
Bu
əsərin müəllifi məşhur şiə alimi Şeyx Məhəmməd Tağı ət-Tusturi olmuşdur.
13.
Ətil-mərfua ənil-əxbariş-şəni ətil-mövzua.
1050
Üsulul-h
ədis və əhkamuhu, səh. 122
[272]
Bu
əsər Əli bin Məhəmməd bin Əli əl-Hicazi İbn Arraqə (öl. 963 h. / 1556 m.)
m
əxsusdur.
14.
Təzkirətül-mövzuat fil-əhadisil-mərfuat.
Bu
əsəri isə Məhəmməd bin Tahir bin Əli əs-Siddiqi Fəttani (öl. 986 h. / 1578
m.) yazmışdı.
15.Mövzuat.
Bu
əsər Əli bin Sültam Məhəmməd əl-Hərəvi Əli əl-Qariyə (öl. 1014 h. / 1605
m.) m
əxsusdur.
1051
Burada qeyd edil
ən və həmçinin qeyd edilməyən əsərlər hədis ədabiyyatı
tarixind
ə adı çəkilən mövzu haqqında ən yaxşı əsərlərdən olmasına baxmayaraq,
b
əzən həmin əsərlərdə müəlliflər öz şəxsi ictihadlarına əsaslanıb bəzi səhih hədisləri
d
ə uydurma adlandırmışlar. Əlbəttə bu yolverilməz olsa da, həmin əsərlərdə biz buna
rast g
əlirik. Bəzi səhih və ya həsən hədisləri də öz şəxsi rəyi əsasında zəif hədis
adlandıranlar içərisində İbn Teymiyyəni və onun tələbəsi İbn Qəyyim əl-Cövzini
qeyd etm
ək olar. Bəzən bu və ya digər müəlliflər hədisi müdafiyə edirmiş kimi öz
h
əvavu-həvəsinə və tutduğu ifrat görüş və təəssübkeşliyinə görə mötəbər rəvayətləri
d
ə uydurma adlandırmışlar. Müasir hədis tədqiqatçılarından olan Talat Koçyigit
yazırdı: “Movzu hədislərin İslam dini yönündən səbəb ola biləcəyi zərərlər çox böyük
olduğu üçün hədis alimləri digər hədislər qədər bunlar üzərində də duraraq
isnadlarıyla birlikdə hamısını müstəqil kitablar halında bir araya gətirməyə
çalışmışlar. Bu kitabların ən məşhuru Əbülfərəc Əbdürrəhman İbn əl-Cövzinin (öl.
597) “Kitabül-m
övzuat”ıdır. Bu kitabın ehtiva etdiyi hədislərin çoxu əl-Cüzikaninin
“Kitabül-
əbatil”indən alınmışdır. Ancaq əl-Cüzikani sünnətə müxalif bütün hədislər
haqqında mövzu (uydurma) hökmünü verdiyi üçün İbn Cövzi də onun təsiri altında
qalaraq bir çox h
əsən, hətta səhih mərtəbəsində olan hədisləri mövzuaat arasında zikr
etm
ək xətasına düşmüşdü. İbn Həcərin ifadəsinə görə Müslümün “Səhih”ində yer
alan bir h
ədisin İbn Cövzi tərəfindən mövzu olaraq vəsf edilməsi, onun böyük bir
q
əflətidir.”
1052
Z
əif hədislərin hamısının uydurma olduğuna alimlər icazə verməmişlər. Çünki
z
əif hədis mövzu hədisdən fərqlənməkdədir. Belə ki, mövzu hədis zəif hədis deyə
başa düşülən hədislərin ən aşağı dərəcəsidir. Halbuki zəif hədisə əməl etməyin bəzi
m
əqamlarda caiz olması bütün məzhəblərdə qeyd olunmuşdur. Diqqəti bu istiqamətə
yön
əldən Cəfər Sübhani yazırdı: “Əgər isnadı zəif olan bir hədis görsən, gərək
dey
əsən: bu hədis sənəd və ya mətn baxımından zəifdir. Sənin belə hədisə “mövzu”
dem
əyinə, heç bir surətdə icazə verilmir. Mütləq zəif ilə uydurma hədisin arasında
açıq-aşkar fərq vardır. Uydurma hədisi zəif hədisin əksinə nəql etmək caiz deyildir.
H
əqiqətən də zəif hədislər bəzən səhih hədisləri başa düşmək üçün əlamət olurlar.
H
əmçinin onlar yerinə görə digər faydalar da daşımaqdadırlar.”
1053
1051
H
əmin mənbə, səh. 122-123, Geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu hədislər, səh. 138-168; T. Koçyigit,
H
ədis istilahları, səh. 234-236
1052
H
ədis istilahları, səh. 234; İbn Həcər, əl-Qəvlül-müsəddəd fiz-zəbbi anil-müsnəd, səh. 31
1053
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124
[273]
7.4.Z
əif hədisin bilinməsi
İslam dinində hədis çox mühüm əhəmiyyət daşıdığından və Qurandan sonra
dinin ikinci
əsas qaynağı olduğundan hər bir hədis müsəlman alimləri tərəfindən
inc
ələnmişdir. Hədisşünaslar müxtəlif metodlar vasitəsiylə zəif hədisləri seçmiş və
onların digər səhih və ya bu kimi mötəbər olan hədislər arasına girməsinə imkan
verm
əmişlər. Onlar uydurma hədislərdə olan əlamətləri kəşf edərək onların
vasit
əsiylə mövzu hədisləri digərlərindən fərqləndirmişlər. Mövzuat ədəbiyyatının
m
əşhur nümayəndələrindən olan İbn Qəyyim əl-Cövzi demişdir: “Əgər bir hədisi
ağıla və ya sağlam olaraq bilinən hədislərə və yaxud İslamın əsaslarına zidd tapsan,
onun uydurma olduğunu bilməlisən deyən kimsənin sözü nə qədər isbatlıdır.”
1054
H
ədis tədqiqatçıları, hədislərin mövzu olduğunu aşağıdakı əlamətlər vasitəsiylə
tanıyırlar:
1.
Hədis uyduranların etrafı.
Mövzu hədisi tanımaq üçün, ən isbatlı və doğru yol budur. Çünki hədis uyduran
şəxs, bilavasitə hədis uydurduğunu söyləyərsə, hədisin üzərində heç bir araşdırma
aparılmır və uydurucunun sözü əsas götürülür.
2.
Quran və səhih hədislərə müxalif olması.
Şübhəsiz ki, əgər bir hədis Qurana və səhih hədisə qarşı müxalif olarsa, o
uydurma hədis adlanır.
3.
Ağıla müxalif olması.
Quran və səhih hədislər insan ağlının onun həyatında çox mühüm rol oynadığını
vurğulamış və hətta ağılı olmayanlara heç bir dini məsuliyyət tapşırmamaışdı. Bu
baxımdan ağıla uyğun gəlməyən hədis və ya hər bir şey uydurma hesab edilmişdir.
Bunu
n bariz misalı aşağıdakı hədisdə özünü göstərməkdədir: “Nuhun gəmisi Kəbəni
yeddi dəfə təvaf etdi və Məqamın arxasında iki rükət namaz qıldı.” Bu hədis ağıla
uyğun olmadığından “mövzu” adlanmışdı. Həmçinin buna misal, “Allah atı yaratmış,
sonra onu qaçırtmış, at tərləyəndən sonra, ondan da özünü yaratmışdı.”
4.
Məzhəbə ifrat bağlılığı.
Hədis alimləri şəxsin öz məzhəbinə ifrat dərəcədə bağlanıb digər məzhəblərin
əleyhinə hədis uydurmanı hədis uydurmağın səbəblərindən bilmişlər. Buna misal
aşağıdakı hədis göstərilir: “Ümmətimdən Məhəmməd bin İdris (əş-Şafei) adında biri
çıxacaq ki, bu adam ümmətimə iblisdən daha zərərli olacaq.”
5.
Tarixi vaxtların uyğun gəlməməsi.
Mövzu hədislərin tanınmasında ən aşkar yollardan biri də tarixi zamanlara
uyğun gəlməyən hədislərin mövzu adlanmasıdır. Belə ki, buna bariz şəkildə dəlil olan
aşağıdakı hədisi göstərmək olar: “Üfeyr bin Madan (öl. VIII miladi əsrin ortaları)
deyir: Ömər bin Musa (öl. 774 m.) Humsa gəldiyi zaman məscidə gedərək ətrafına
toplaşdıq. O, tez-tez “Saleh şeyxiniz mənə rəvayət etdi” sözünü təkrarlayırdı. Mən
buna dözə bilməyərək “bu saleh şeyximiz kimdir?” dedim. O, şeyximizin Xalid bin
Madan olduğunu öyrəndikdə “onunla nə zaman görüşdünüz?” dedim. O, dedi: “726-
cı ildə Erməniyyə qəzasında”. Mən dedim: “Ey şeyx, Allahdan qorx, Xalid bin
1054
Süyuti, T
ədribür-ravi, c. I
[274]
Madan 722-
ci ildə vəfat etdi. Sən isə ondan onun ölümündən dörd il sonra
görüşdüyünü iddia edirsən. Üstəlik o, heç bir zaman Ərməniyyədə savaşmamışdı.”
6.
Mövcud olan mötəbər kitablarda olmaması.
Hədislərin mövzu olduğunu tanıdan əlamətlərdən biri də əldə mövcud olan
mötəbər və səhih hədis əsərlərində həmin hədisin mövcud olmamasıdır.
1055
7.
Məsum İmamın (ə) tənqid etməsi.
Əgər Əhli-beyt imamları (ə) hər hansı bir hədisi tənqid edib haqqında pis söz
söyləyərsə, sözsüz ki, bu hədis uydurma hesab ediləcəkdir. Çünki Peyğəmbərdən (s)
gələn hədislərin doğru olub-olmaması ən yüksək şəkildə onlara bəllidir.
geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu Hədislər, səh. 176-186; T Koçyigit, Hədis istilahları, səh. 226-228;
İbn Salah, Ülumul-hədis; Zəhəbi, Mizanül-etidal, c. II; Süyuti, Tədribür-ravi; c. I, Əllamə Əmini, əl-Qədir, c. V və s.
m
ənbələrə.
[275]
VIII F
ƏSİL
ZƏİF HƏDİSİN MƏNFİ TƏSİRLƏRİ VƏ ONA ƏMƏL EDİLİB-
EDİLMƏMƏSİ PROBLEMİ
8.1.Z
əif hədislərin İslama vurduğu ziyanlar
Peyğəmbərin (s) vəfatından (632 miladi) sonra ortaya çıxan hadislər içərisində
ən dəhşətlilərindən biri hədislərin yazılması və nəql edilməsinin qadağan olmasıdır.
Bu elə bir dəhşətli fitnə oldu ki, vahid İslam dini müxtəlif məzhəblərə və təriqətlərə
parçalandı, yad mədəniyyətlər, adət-ənənələr İslam mədəniyyətinə, onun təfəkkür
tərzinə qarışdı və bunların da nəticəsində bir qrup müsəlmanlar dindən çıxdı və yaxud
da tam
İslama yad olan ideologiya girdabında sərgərdan qaldı. Hədislərin yazılması
və nəql edilməsi qadağan olduqda təbiidir ki, yad təfəkkürlər İslama qarışacaq və
onun təməl prisnislərini sarsıdacaqdır. Bu belə də oldu. Müsəlmanların Əhli-beytdən
(ə) uzaqlaşmağı, onların hədislərinin qadağan olması, münafiqlər üçün bir bəhanə
oldu və onlar bundan sui-istifadə edərək çoxlu sayda hədis uydurdular. Bu fəsilə aid
olan məqamları diqqətlə incələyən Əllamə Təbatəbai yazırdı: “. Peyğəmbər (s) vəfat
etməsinin ardınca bilinən xilafət hadisəsi ortaya çıxdı. Xilafətlə əlaqədar olaraq
ortaya çıxan ixtilaf, mövcud ixtilaf qapılarına bir daha da əlavə etdi. Dalbadal gələn
fəthlər bir xarakter də çıxardı. Nəbəvi tərbiyə nəticəsində məhv edilmiş ərəb
cahiliyyə xarakterini, yəni qürur və böyüklüyü üzə çıxardı. Artıq ərəblərdə də
təkəbbür və böyüklük ruhu baş qaldırdı. Yavaş-yavaş onların xüsusi xarakterlərinə
çe
vrildi. Bunun ən bariz misalını İslam ümmətinin ərəblər və məvalilər (kölələr)
şəkilində ikiyə bölünməsidir.
Dövrünün Şam valisi Müaviyə müsəlmanlar arasında Bizans kralı və bir
imperator kimi davran
ırdı. Bunun kimi tarixin İslam ordularıyla əlaqədar olaraq
anlatdığı daha bir çox işlər göstərilə bilər.
. Hədis isə bəlli bir yayğınlıq qazanmışdı. Hədis nəql etmə və əzbərləmə işi bir
çox kişinin məşğuliyyət halına gəlmişdi. Belə ki, Ömər bin Xəttab çox hədis rəvayət
edən bəzi səhabələrə bu işi qadağan etmişdi. Əhli-kitaba mənsub bəzi kimsələr də
İslama girmişdilər. Hədisçilər kitablarında keçən bir çox xəbəri peyğəmbərləri (ə) və
ümumiyyətlə bununla bağlı qissələri onlardan öyrənmişdilər. Bunları əzbərləyir və
sonra da onu
Peyğəmbərin (s) hədisləriylə qatışdırırdılar. Bu sırada hədis uydurmaq,
rəvayətləri təhrif etmə işi də öz fəaliyyətini göstərirdi. Bu gün əlimizdə olan İslamın
ilk dönəmində səhabədən və onların rəvayətlərindən nəql edilən bir çox qəti hədislər
içində açıqca Quranla müxalif hədislərə çox rast gəlinir. Bunun səbəbləri isə baçlıca
üç halda dəyərləndirilə bilər:
1. Xa
lqın Peyğəmbərin (s) səhabələrinə və onlardan hədis rəvayət etməyə
verdikləri yüksək dəyər, səhabəyə və səhabədən nəql edənlərə göstərilən sayğı və
üstünlük
səhabələrdən hədis almağa yönəldi. Bu mövzuda o qədər irəli getdilər ki,
əhli-kitabdan müsəlman olanların əski dinlərinin qaynaqlarından tapdıqları hekayələri
də alıb nəql etdilər. Bu orada hədis nəql edənlər arasında şiddətli bir rəqabət baş
q
aldırdı, önə keçmə və öyünmə xüsusunda bir-birləriylə yarış halındaydılar.
[276]
2.
Hədis əzbərləmə və nəql etmə xüsusunda ifrat bir görüş içində olmaq,
hədisləri tanımalarını, onların üzərində düşünmələrini, özəlliklə onları Quranla
tutuşdurmalarını əngəlləyirdi. Halbuki Quran dinin dayandığı bir təməldir. Necə ki,
Peyğəmbər (s) də səhih bir rəvayətdə bildirdiyi kimi onlara bunu tövsiyə etdi: “Yaxın
bir zamanda
mənim adıma danışanlar çoxalacaq” və s.
Beləcə, müsəlmanlar arasında Allahın sfətləri, isimləri və felləri ilə əlaqədar
uydurma hədislərin yayılması fürsəti yarandı. Peyğəmbərləri alçaldacaq fikirlər
onlara nisbət verildi. Yaradılış və mövcudluqla əlaqəli əsilsiz xurafatlar uyduruldu.
Keçmiş millətlərə aid hekayələr hər yerdə axtarıldı. Quranın təhrif olunmasına aid
hədislər uyduruldu. Bu baxımdan Tövrat və İncilin ehtiva etdiklərinə hardasa Quran
məruz qaldı.
Bel
ə olduğu halda ilk olaraq uyğunluq baxımından Quranla sünnə arasında bir
ayrılma baş verdi. Forma Qurana aid edilərkən, əməldə hədis əsas götürüldü. Çox
keçm
ədən Quran əməl bazasında tərk edildi. Hədisin Quranla zidd gəlməsi dövrü
sözd
ə rədd edilsə də, bu gün hələ də davam etməkdədir.
3.
Peyğəmbərdən (s) sonra xilafətlə əlaqəli olaraq yaşanan problemlər
müs
əlmanların əksəriyyətinin Peyğəmbərin (s) əhli-beyti (ə) haqqında fərqli
görüşlərinə sahib olmalarına yol açdı. Bir qism müsəlmanlar onlara möhkəm sarıldı,
onlara yön
əldilər. Digər bir qism Əhli-beyti (ə) görməməzliyə vurdu, onları və
Qurani bilgil
ər bazasındakı seçkin sözlərini mənimsəmədilər. Bəziləri onlara nifrət
edib, onları söyməyi şüar etdi. Halbuki Peyğəmbər (s) heç bir müsəlmanın
s
əhhətindən və sənədindən şübhə etməyəcəyi bir hədisdə əhli-beytini (ə) tövsiyə
etmiş, onlardan öyrənmələrini, onlara bir şey öyrətməyə qalxmamalarını, onların
Allahın kitabını başqalarından daha yaxşı bildiklərini vurğulamışdı.
H
əzrət Peyğəmbər (s) Əhli-beytin (ə) Quranı təfsir edərkən yanlışlığa yol
verm
ədiklərini, onu anlamada yanılmadıqlarını da dilə gətirmişdi. Buna misal
“S
əqəleyn” hədisidir.
X
əlifələr zamanında hədis elminin gördüyü etibari, sayğınlığı, məşhurluğu
bunun yanında xalqın hədis öyrənmə xüsusundakı həvəsini, istəklərini, bir də Əlidən
(
ə), Həsəndən (ə) və Hüseyndən (ə), özəlliklə təfsir mövzusunda edilən rəvayətləri
göz önün
ə gətirdikdə çaşmamağımız mümkün deyildir.
Örn
ək səhabələr həzrət Əlidən (ə) qeyd etməyə layiq hədis rəvayət etməmişlər.
Tabeunlar
ın isə Quranın mövzuları ilə əlaqədar olaraq onlardan nəql etdikləri
r
əvayətlərin sayı yüzü keçməz. Həzrət Həsəndən (ə) nəql edilən rəvayətlərin sayı on
bel
ə deyildir. Həzrət Hüseyndən (ə) nəql olunan rəvayətlər o qədər azdır ki, burada
danışmağa belə dəyməz. Halbuki bəziləri sırf sünni kanalı ilə gələn hədislərin təfsirlə
əlaqəli olanlarının yetmiş min olduğu bildirilir.
1056
Eyni hal fiqh il
ə də əlaqəlidir. Bəzi
t
ədqiqatçılar Hüseyndən (ə) rəvayət edilən fiqhlə əlaqəli iki hədisin olduğunu
deyirl
ər.
H
əzrət Əlinin (ə) sözlərini görməməzliyə vurmaq, hədislərini inkar etmək
xüsusu o yer
ə çatmışdı ki, şərhlər istəyən gözqamaşdırıcı xütbələrindən və dərin
1056
Süyuti,
əl-İtqan
[277]
m
ənaya sahib olan sözlərindən ibarət “Nəhcül-bəlağə”nin onun sözü olmasını da
inkar etdil
ər. Buna baxmayaraq Ziyad bin Əbihin “əl-Xütbətül-bətra”sını və Yezidin
şərabı tərifləyən şerlərini tərəddüdsüz alıb rəvayət etdilər. İki kişinin bu mövzuda
ixtilaf etdiyini görm
əzsiniz.
T
əəssüflər olsun ki, atalarının, oğullarının və sair əhli-beyt (ə) imamlarının
h
ədisləri də kənar müdaxilələrdən qurtara bilmədi, Peyğəmbər (s) hədisləri kimi
onların sözlərinin arasına uydurma sözlər, pis niyyətli qatqılar daxil edildi. Adı keçən
h
ər iki İmam (ə) bu məqamlara açıqca diqqət çəkmişlər və Müğirə bin Səd, İbn Əbu
Hatib v
ə digər uydurmaçıların adlarını vermişlər.
Əhli-beyt (ə) imamları həm özlərindən, həm də Peyğəmbərdən (s) rəvayət edilən
bir çox h
ədisləri rədd etmişlər və əshabına, tərəfdarlarına onlardan nəql olunan
r
əvayətləri Quranla tutuşdurmalarını, Quranla düz gəlməyəni tərk etmələrini əmr
etmişlər.
N
ə var ki, – çox az müstəsna – şiələr bu oyandırıcı sözləri diqqətə almamış,
xüsus
ən fiqhin xaricindəki xüsuslarda bu doğru şeyləri praktiki olaraq həyata
keçirm
əmişlər. Sünnilər Peyğəmbərin (s) hədisləri mövzusunda necə duyğusuz və
la
qeyd davranmışlarsa, onlar da əhli-beyt (ə) hədisləri xüsusunda bənzəri bir
duyğusuzluq, laqeydlik içərisində olmuşlar.
. Bu ölçüsüzlüyün dig
ər örnəyi bəzi şiələrin “Quranın açıq anlamına müxalif
olsa bel
ə, hədis Quranı təfsir edər” demələridir. Bu, bəzi sünni qrupların “Hədis
kitabı nəsx edər” demələrinin şiə dünyasındakı yamsılamasından başqa bir şey
deyildir. ”
1057
Mövzumuza aid probleml
əri çox böyük məna və məntiqi dəlillər əsasında şərh
ed
ən Əllamə Təbətəbai hədis uydurmanın, hədislərin yazılmasının qadağan
olunmasının İslama nə qədər də ağır ziyan və zərər verməsini təəssüf hissi ilə qeyd
etmişdir. Müəllifin bu mülahizələrindən belə məlum olur ki, hədis uydurmanın
başlıca səbəbi hədislərin yazılmasının qadağan olması olmuşdur və bunun da İslama
aşağıdakı zərər və ziyanları olmuşdur. Bunu biz belə sıralaya bilərik:
1. Ərəb-cahiliyyə mədəniyyətinin yenidən baş qaldırması.
2. N
əbəvi tərbiyənin arxa plana keçməsi. Təkəbbürçülük və qəbiləbazlığın
yenid
ən baş qaldırması.
3. İslam ümmətinin ikiyə – ərəblər və məvalilər – parçalanması.
4.
Peyğəmbərin (s) minbərində oturan xəlifələrin krallar və imperatorlara
m
əxsus dəbdəbələri.
5. Y
əhudi və xristian ideologiyasının İslam təlimlərinə qarışması.
6. H
ədislərin və Quranın mənasınadək varan incəliklərin təhrif olması.
7. Əhli-beyti (ə) tərk edib səhabələrin əsas tutlması.
8. Quranla h
ədisin bəzən qarşı-qarşıyan qoyulması.
9. Xilaf
ət kürsüsünün şərabxorlara, pozğunlara verilməsinə dini donun
geyindirilm
əsi.
10. Etiqadi m
ənbələrin ortalığa çıxması və s.
1057
T
əfsirül-mizan, c. V, səh. 416-422
[278]
Bu v
ə ya digər mülahizələrdən aydın olur ki, zəif və ya mövzu hədislər İslama
ziyandan başqa bir şey gətirməmişdi. Bu qrupa aid olan hədislər vahid İslam
ümm
ətini parçalamaqla yanaşı, müsəlmanların İslamı yalnış anlamasına,
müs
əlmanların digər din ardıcılları müqabilində aciz, düşüncəsiz və mədəniyyətsiz
görünm
əsinə səbəb olmuşdur. Təsəlliverici hal yalnız budur ki, ta qədimdən bu
gün
ədək İslam alimləri çox böyük zəhmət sərf edərək hədisləri bir-birindən
f
ərqləndirmiş, onları saf-çürük edərək insanları doğru Quran maarifinə tərəf
yön
əltmişlər. Hər iki məzhəbin böyük alimləri, fəqihləri və hədisşünasları hədisləri
n
ə qədər saf-çürük etsələr də, nə qədər bu yolda vaxt və zəhmət sərf etsələr də, yenə
h
ər iki məzhəbdə uydurma və zəif hədislər vardır. Təəssüfləndirici hal budur ki,
müs
əlman mənbələrində yer alan bəzi zəif hədislər İslam düşmənlərinin əlində bir
fürs
ət olmuş və onlar ta qədimdən indiyənədək bu hədislərdən sui-istifadə edərək
İslamın və müsəlmanların əleyhinə təbliğat aparmışlar.
8.2.Z
əif hədisə əməl edilərmi?
Z
əif hədislər bildiyimiz kimi ya isnadına, yaxud da mətninə görə zəif olur.
H
ədisin isnadına görə zəif olması da əsasən ya isnaddan bir və ya bir neçə ravinin
düşməsinə, yaxud da isnadda yer alan ravilərin birinin ya bir neçəsinin “mətainu-
aşara”ya (on pis söz) məruz qalmasına görədir. Mətninə görə isə hədisin zəif olması
da h
ədisin mətninin Qurana uyğun gəlməməsi və yaxud da ağıl tərəfindən qəbul
edilm
əməsinə görədir. Həmçinin hədisin mətninə ravinin müdaxilə etməsi də hədisin
z
əif olmasına səbəb ola bilər. Belə olan halda zəif hədisə əməl etməyin doğru olub-
olmaması məsələsi ortaya çıxır. Əlbəttə ki, bu məsələ hədis alimləri və İslam
f
əqihləri arasında ciddi problemlərdəndir. Bütün İslam məzhəbləri bu mövzu
ətrafında ciddiyyətlə məşğul olmuş və bəzən ixtilaflı, bir-birinə zidd olan fikirlər
s
əsləndirmişlər.
Əvvəlki fəsillərimizdə qeyd etdiyimiz kimi, zəif hədislər mövzu (uydurma)
h
ədislərdən fərqlidir. Onları bir-birinə qarışdırmaq, birinin hökmünü digərinin
hökmün
ə qarışdırmaq qətiyyən yolverilməzdir. Mövzu hədislər mütləq mənada
uydurulmuş Məsuma (ə) aidiyyatı olmayan hədislər hesab olunur. Amma, zəif
h
ədislər heç də belə deyildir. Biz ötən bəhslərimizdə hədisin zəif olma səbəblərini
aydınlaşdırdıq. Deməli, zəif hədislər mövzu hədislərdən tamamilə fərqlənməkdədir.
Bu bar
ədə Cəfər Sübhani yazırdı: “Əgər isnadına görə bir zəif hədis görsən, gərək
dey
əsən: bu hədis zəifdir ya sənəd, yaxud da, mətn baxımından. Sənə icazə verilmir
ki, z
əif hədisə mövzu hədis deyəsən və onu belə adla sifətləndirəsən. Çünki mütləq
z
əiflə mövzu hədis arasında fərq vardır və mövzu hədisi zəif hədisin əksinə nəql
etm
ək caiz deyildir. Həqiqətən də zəif xəbərlər bəzən səhihləri anlamaq və başa
düşmək üçün əlamət ola bilər, necə ki, bəzən onların bir yerə toplanması etimadlı
olmalarına zəmanət verir. bundan başqa öz yerinə görə faydaları da vardır.”
1058
Dem
əli, zəif hədis mütləq mənada uydurma olmadığından ona əməl etməyin
mümkünlüyü ortaya çıxır və bu, alimlərə görə mümkündür. Əhli-sünnə alimlərinin
1058
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124
[279]
əksəriyyətinin rəyinə görə zəif hədisə əməl etmək caizdir. Əhli-sünnənin məzhəb
imamlarının hamısı zəif hədislərə əməl etməyin caiz olduğu görüşündədirlər.
1059
Bu
mövzunu açıqlayan Səxavi yazırdı: “Zəif hədislərə əməl ediləcəyini müctəhidlərdən
üç imam
Əbu Hənifə, İmam Malik və Əhməd bin Hənbəl də müdafiə etmişlər. Hətta
İmam Şafei bir məsələdə başqa hədis olmadığı zamanda – mürsəl hədisin zəif
olduğunu qəbul etdiyi zamanlarda – mürsəl hədisə əməl edərdi.” Həmçinin, Əhməd
bin H
ənbəl demişdi: “Zəif hədis, qiyasdan üstündür.”
1060
Şiə məzhəbli alimlər də zəif hədisə əməl edilər deyə fikir söyləmişlər. Belə ki,
ist
ər qədim, istərsə də yeni dövrün üsul alimləri və fəqihləri əməllərin fəzilətləri
haqqında varid olan, lakin Quranla və səhih hədislə müxalif olmayan zəif hədislərə
əməl etməyin heç bir qəbahəti olmadığını demişlər.
Z
əif hədislərə əməl edilib-edilməməsi məsələsini diqqətlə incələyən müasir
h
ədis tədqiqatçılarından olan Prof. Dr. İsmayıl Lütfü Çakan yazırdı: “Zəif hədisə
əməl etmək məsələsində üç ayrı görüş vardır:
1. Z
əif hədisə əsla əməl olunmaz.
2. Z
əif hədisə hər hansı bir mövzuda olursa olsun, əməl olunar.
3. Əməllərin fəzilətləri mövzusunda xüsusi şərtlər daxilində əməl olunar.
İbn Həcər (öl. 852 h. / 1448 m.) üçüncü görüşün şərtləri haqqında belə məlumat
verir:
–
Yalançı birinin təkbaşına rəvayət etmiş olması kimi şiddətli bir zəiflik
daşımamalı.
-Özü il
ə əməl olunan ümumi və əsli bir hökmün əhatəsi altına girməli.
–
Əməl edilərkən o hədisin sabit olduğuna inanılmamalı, əksinə ehtiyatən əməl
edildiyi bilinm
əlidir.
1061
H
əmçinin məşhur hədis tədqiqatçılarından olan Prof. Dr. Nuriddin İtər yazırdı:
“Müst
əhəbb əməllərin fəzilətlərinə aid olan zəif hədislərə əməl etmək müstəhəbdir,
bu h
ədisşünasların, fəqihlərin və digər qrup alimlərin görüşüdür. Bu barədə alimlər
iç
ərisində Nuri, Şeyx Əli əl-Qari və İbn Həcər əl-Heytəmi müttəfiqdirlər. Bunun
şərtlərini İbn Həcər izah etmişdir.”
1062
İbn Həcər zəif hədislərə əməl etməyi caiz bilmiş və bunun əməllərin fəzilətləri
haqqında mümkün olduğunu irəli sürmüşdür. O, deyir: “Əməllərin fəzilətləri barədə
olan z
əif hədislərə əməl etmək alimlərin müttəfiq fikrinə görə caizdir. Çünki əgər,
z
əif hədis əməl haqqında səhih olarsa, doğrudan da ona əməl etmək onun
doğruluğudur. Əgər ona əməl etmək fəsadlı olsa da belə, halaldır, haram deyildir.
H
əmçinin belə olduqda başqasının haqqını tapdamaq (puç etmək) deyil.”
1063
Bundan
əlavə zəif hədisə əməl olunmasının mümkünlüyündən bəhs edən İbn
Hümam (öl. 861 h. / 1457 m.)
yazırdı: “Zəif hədislə müstəhəblik sabit olur.” Səxavi
is
ə demişdir: “Şərtlər daxilində fəzilətlər haqqında zəif hədislə əməl etmək,
1059
S
əxavi, Fəthül-müğis, c. I, səh. 80
1060
İbn Hazm, əl-Mühəlla, c. I, səh. 68
1061
Prof. Dr. İ. L. Çakan, Hədis üsulu, səh. 146; Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd fi ülumil-hədis, ikinci nəşri,
D
əməşq, 1981, səh. 293
1062
M
ənhəcün-nəqd fi ülumil-hədis, səh. 292-293
1063
Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 293; əl-Əcvibətül-fazilə, səh. 42
[280]
cü
mhurun ittifaqınca caizdir.”
1064
Əhməd bin Hənbəl və Əbu Davud əs-Sicistani də
demişlər: “Başqa hədis olmadığı təqdirdə əhkama aid məsələlərdə zəif hədisə əməl
etm
ək caizdir.”
1065
H
ədis alimlərinin bu və ya digər görüşləri onu göstərir ki, bəzi ixtilaflı
m
əqamlar nəzərə alınmazsa, zəif hədisə əməl etmək caizdir və hətta bəzən
müst
əhəbdir. Bu barədə İsmayıl Lütfü Çakan yazır: “Zəif hədislə əməl etməyi mütləq
olaraq qadağan edənlərin görüşləri zəifdir.”
1066
“Z
əif hədislərə əməl olunmaz” sözü məşhur alimlərdən olan Qazi Əbu Bəkr bin
əl-Ərəbi, Şihab əl-Xəfaci və Cəlal əd-Dəvvaniyə məxsusdur. Bu alimlərin görüşü
budur ki, z
əif hədislər istər əməllərin fəzilətləri haqqında olsun, istərsə də halal və
haram haqqında onlara əməl etmək caiz deyildir.
1067
Burada qeyd olunan mülahiz
ələr onu göstərir ki, zəif hədislərə əməl etmək
m
əsələsi çox problemli və münaqişəlidir. Lakin, məzhəb alimlərinin əksəriyyəti zəif
h
ədislər barəsində orta yol tutmuşlar ki, bu da ən ədalətli və ən güclü yoldur. Bizim
d
ə mülahizələrimizə görə, zəif hədisə uydurma və yalançı hökmü vermək doğru
deyildir. Ona aliml
ərimizin verdikləri şərtlər daxilində əməl etməyin heç bir ziyanı
yoxdur. Lakin, onların isbatlı və dürüst olmasını da demirik. Həqiqət budur ki, zəif
h
ədislərə ehtiyat üzündən əməl olunar. Bu ehtiyat da ondan üz çevirməyin və zəif
h
ədisin tərk edilməsinin qarşısını alır və ona əməl edilməsinin əslində qanuni
olmasına zəmanət verir. Bunun bariz nümunəsini saqqal haqqında nəql olunan
h
ədislərdə görməkdəyik. Belə ki, saqqal saxlamaq haqqında varid olan hədislər zəif
h
ədislər cərgəsində yer tutur. Bu barədə əsrimizin tanınmış müctəhidlərindən
m
ərhum Seyid Məhəmməd Fəzlullah saqqal saxlamaq haqqında varid olan hədisləri
z
əif bilmişdir.
1068
H
əmçinin dövrünün nəhəng azərbaycanlı fəqihi və “ustadül-
müct
əhidin” ləqəbli Seyid Əbülqasim Xoyi də bu barədə əldə tutarlı dəlil
olmadığından bu barədə nəql olunan hədisləri zəif bilmiş, lakin ehtiyat edərək
saqqalın tamamilə qırxılmasına icazə verməmişdir.
1069
B
əlkə də bu və ya digər
s
əbəblərdəndir ki, alimlər zəif hədisə əməl etməyi müstəhəbb və məqbul bilmişlər.
Z
əif hədisə əməl etməyin əleyhinə olan alimlər deyirlər ki, əməllərin fəzilətləri
haqqında zəif hədislərə əməl etmək dində Allahın izn vermədiyi ibadət və qanunu
ixtira etm
əkdir. Amma əvvəldə də qeyd etdiyimiz kimi, zəif hədislərə əməl etməyin
lehin
ə olan alimlər demişlər ki, bu müstəhəblik şəriətin qaydalarına məlumdur və dini
işlərdə ehtiyat etməyə bir dəlildir. Zəif hədislərə də əməl etmək bu qəbildəndir, yoxsa
ki, z
əif hədisə əməl etmək şəriətin isbatı üçün dəlil deyildir.
H
əmçinin zəif hədisə əməl etmək fikrimizcə müəyyən şərtlər daxilində olmalı,
şəriət üçün bidətə səbəb olmamalı, güclü dəlilə qarşı olmamalıdır. Bundan başqa zəif
h
ədislərə əməl etmək etiqadi məsələlərdə dəlil göstərilməməli, üsuliddinin və üsuli-
şəriətin isbatında ondan yararlanmamalıdır. Amma bunlardan başqa əməli
1064
İ. L. Çakan, Hədis üsulu, səh. 147
1065
A. N
əim, Təcrid tərcüməsi, səh. 343
1066
adı keçən əsər, səh. 147
1067
Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 294
1068
Əhli-beyt (ə) məzhəbində namaz və oruc, səh. 338-340, Bakı, 2007, mütərcim: X. Qurbanzadə
1069
h
əmin mənbə, səh. 338-340
[281]
m
əsələlərdə bəzi alimlərin dedikləri kimi ona əməl etmək caizdir. Buna misal olaraq
aşağıdakı bir hədisi göstərək. Belə ki, İbn Macə “Sünən” əsərində rəvayət edir: “Əbu
Əhməd əl-Mərrar – bin Həmmuyə – Məhəmməd bin əl-Musəffa – Bəqiyyə bin əl-
V
ələd – Sovr bin Yəzid – Xalid bin Mədan – Əbi Umamə – Peyğəmbərdən (s) nəql
edir: “H
ər kəs iki bayram gecəsi oyaq qalıb ibadətlə məşğul olarsa, savabını Allah
ver
əcək və qəlblərin öldüyü gün, onun qəlbi ölməyəcəkdir.”
1070
Bu h
ədisi təhlil edən
Prof. Nuriddin İtər yazırdı: “Bu hədisin isnadındakı şəxslər etibarlıdirlər, yalnız Sovr
bin Y
əziddən başqa. O, bəzən Qədəri olmasında günahlandırılır, ancaq burada o,
bid
ətçiliyi üzündən rəvayət etməyib və onun dəlili də tərk edilməyibdir. Məhəmməd
bin Mus
əffa da doğruculdur, çox hədis rəvayət edəndir, hətta İbn Həcər onu “hafiz”
dey
ə adlandırıb. Zəhəbi isə onun haqqında demişdir: Etibarlıdir və məşhurdur. Ancaq
onun r
əvayətləri içərisində münkərlər də vardır. Həmçinin hədisin sənədində Bəqiyyə
bin
əl-Vələd vardır və o, hafizlərin rəhbərlərindəndir, doğruculdur. Lakin, o, çox
t
ədlis edəndir. O, burada öz hədisini eşitdiyini sübut etməmişdir və bu baxımdan
h
ədis zəifdir.”
1071
Aliml
ər bu hədisi Allahın zikr edilməsi üçün iki bayram gecəsi və
dig
ər gecələrdə oyaq qalmağın müstəhəbb olduğunu qeyd etmişlər. Bu hədis zəif olsa
da bel
ə, əməllərin fəzilətləri haqqında olduğundan ona əməl edilər demişlər və bu ən-
Nurinin q
ərarıdır.”
1072
Biz bilirik ki, gec
ə qalxmaq və ibadət etmək Quranda və
mütavatir sünn
ədə təşviq edilmişdir. Allaha yaxınlaşmaq, zikr və dua etmək, sevimli
əməldir. Bu bütün vaxtlarda və hallarda belədir.
Bu v
ə ya digər hədislər onu göstərir ki, zəif hədis dində yeni bir qayda qoymur,
əksinə insanları yaxşı əməllərə təşviq etməkdir. Deməli, bura qədər mənbələr
əsasında araşdırdığımız mülahizələr onu göstərir ki, bütün məzhəblərdə zəif hədislərə
əməl etmək mümkündür. Bu mövzunu Polad Səlahəddinin aşağıdakı fikri ilə
qüvv
ətləndiririk: “Alimlərin əksəriyyəti zəif hədisə əməl etməyin mümkünlüyü
haqqında fikir birliyindədirlər. Bunların hədisin səhih olması şərtini əsas qəbul
etm
əzlər.”
1073
Buraya q
ədər tədqiq etdiyimiz zəif hədislər mövzusu onu göstərir ki, bu qrup
h
ədislərin ən aşağı dərəcəsi mövzu hədislərdir ki, bunlar da hədislər içərisində ən şər
h
ədislərdir. Bu uydurulmuş hədislər elmi həqiqətləri inkar edir, insanların əqidələrini
korlayır və parçalayır. Bunun bariz nümunəsini, biz ğulat firqəsinin İmam Əli (ə)
haqqında uydurduqları hədislərdə görməkdəyik. Deməli, mövzu hədislər zəif
h
ədislərdən ayrı bir şeydir və onlar tamamilə uydurmadır. Lakin, zəif hədislər isə belə
deyildir. Ona bütün
İslam məzhəblərinin, o cümlədən Hənəfi, Şafei, Maliki, Hənbəli
v
ə Cəfəri məzhəblərinə görə əməllərin fəzilətləri mövzusunda əməl edilir. Əlbəttə ki,
bunlar da mü
əyyən şərtlər daxilində olmalıdır.
Z
əif hədislər əldə mövcud olan bütün hədis məcmuələrində vardır. Şübhəsiz ki,
bu qrup h
ədislər səhih və bu kimi mötəbər hədis növlərindən alimlər və tədqiqatçılar
t
ərəfindən fərqləndirilmiş və lazım bilinən yerində ələ alınmışdı. Belə olan təqdirdə
1070
bab
əs-siyam, səh. 1782
1071
M
ənhəcün-nəqd, səh. 295, əs-Səlavatil-xassə, səh. 102-103
1072
adı çəkilən əsəri
1073
H
ədis araşdırmaları, İstanbul, səh. 120
[282]
b
əzi məzhəb alimlərinin bir qrup hədis əsərləri haqqında mütləq səhihdir fikrinin heç
bir elmi v
ə dini əsası yoxdur. Deməli, Quran istisna tutularsa, yerdə qalan hər bir
əsərdə kifayət qədər zəif görüşlər, zəif müddəa və fikirlər vardır.
Bel
əliklə, hədis elmində meydana gələn zəif və uydurma hədislərin əsl
s
əbəblərindən bir, bəlkə də birincisi hədislərin Peyğəmbərdən (s) sonra yazılmasının
v
ə rəvayət edilməsinin qadağan olamsı idi. Bu incə nöqtəyə işarə edən imam Əli bin
Əbi Talib (ə) necə də gözəl buyurmuşdur:
“Əlində (hədislə əlaqədar) bir kitab olan hər kəs ondan döndü və onu yox etdi.
İnsanlar alimlərin sözlərinə etina edib Rəbblərinin kitabını tərk etdikləri üçün həlak
oldular.”
1074
Comments are closed, but trackbacks and pingbacks are open.