Press "Enter" to skip to content

Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

İsa Hüseynov

Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı [. ]

Məhşər (İsa Hüseynov)

Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı [. ]

Seçilmiş əsərlər (İsa Hüseynov)

Seçilmiş əsərlər (İsa Hüseynov)

İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «altmışıncılar» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli [. ]

Жанры аудиокниг:

  • Автомобили и ПДД
  • Анекдоты
  • Античная литература
  • Архитектура
  • Афоризмы и цитаты
  • Банковское дело
  • Биографии и Мемуары
  • Биология
  • Боевая фантастика
  • Боевики: Прочее
  • Боевое фэнтези
  • Военное дело, спецслужбы
  • Воспитание детей
  • География
  • Героическая фантастика
  • Городское фэнтези
  • Детективная фантастика
  • Детская проза
  • Детская психология
  • Детская фантастика
  • Детские детективы
  • Детские приключения
  • Детские стихи
  • Документальная литература
  • Дом и Семья: прочее
  • Домашние Животные
  • Драматургия
  • Древневосточная литература
  • Европейская старинная литература
  • Журналы
  • Зарубежная деловая литература
  • Зарубежная драматургия
  • Зарубежная классика
  • Зарубежная компьютерная литература
  • Зарубежная образовательная литература
  • Зарубежная прикладная и научно-популярная литература
  • Зарубежная психология
  • Зарубежная публицистика
  • Зарубежная справочная литература
  • Зарубежная старинная литература
  • Зарубежная фантастика
  • Зарубежная эзотерическая и религиозная литература
  • Зарубежное фэнтези
  • Зарубежные боевики
  • Зарубежные детективы
  • Зарубежные детские книги
  • Зарубежные любовные романы
  • Зарубежные приключения
  • Зарубежные стихи
  • Зарубежный юмор
  • Здоровье
  • Изобразительное искусство, фотография
  • Иностранные языки
  • Интернет
  • Иронические детективы
  • Историческая литература
  • Историческая фантастика
  • Исторические детективы
  • Исторические любовные романы
  • Исторические приключения
  • Историческое фэнтези
  • История
  • Киберпанк
  • Кинематограф, театр
  • Классики психологии
  • Классическая проза
  • Классические детективы
  • Книги для детей: прочее
  • Книги о войне
  • Книги о Путешествиях
  • Книги про вампиров
  • Книги про волшебников
  • Компьютеры: прочее
  • Контркультура
  • Короткие любовные романы
  • Корпоративная культура
  • Космическая фантастика
  • Криминальные боевики
  • Критика
  • Крутой детектив
  • Кулинария
  • Культурология
  • Литература 18 века
  • Литература 19 века
  • Литература 20 века
  • Личностный рост
  • Личные финансы
  • Любовно-фантастические романы
  • Любовное фэнтези
  • Малый бизнес
  • Маркетинг, PR, реклама
  • Медицина
  • Мифы. Легенды. Эпос
  • Морские приключения
  • Музыка, балет
  • Научная фантастика
  • О бизнесе популярно
  • Общая психология
  • Остросюжетные любовные романы
  • Очерки
  • Педагогика
  • Повести
  • Поиск работы, карьера
  • Политика, политология
  • Политические детективы
  • Полицейские детективы
  • Попаданцы
  • Поэзия
  • Приключения: прочее
  • Природа и животные
  • Программирование
  • Программы
  • Прочая образовательная литература
  • Психотерапия и консультирование
  • Публицистика: прочее
  • Путеводители
  • Развлечения
  • Рассказы
  • Религиоведение
  • Религиозные тексты
  • Религия: прочее
  • Руководства
  • Русская классика
  • Русское фэнтези
  • Самиздат
  • Самосовершенствование
  • Секс и семейная психология
  • Сказки
  • Словари
  • Советская литература
  • Современная зарубежная литература
  • Современная русская литература
  • Современные детективы
  • Современные любовные романы
  • Социальная психология
  • Социальная фантастика
  • Социология
  • Спорт, фитнес
  • Справочная литература: прочее
  • Справочники
  • Старинная литература: прочее
  • Техническая литература
  • Триллеры
  • Ужасы и Мистика
  • Управление, подбор персонала
  • Учебная литература
  • Физика
  • Философия
  • Фэнтези про драконов
  • Химия
  • Хобби, Ремесла
  • Ценные бумаги, инвестиции
  • Шпионские детективы
  • Эзотерика
  • Экономика
  • Энциклопедии
  • Эротика, Секс
  • Эротическая литература
  • Юмор: прочее
  • Юмористическая проза
  • Юмористическая фантастика
  • Юмористические стихи
  • Юмористическое фэнтези
  • Юриспруденция, право
  • Языкознание

Библиотека электронных книг “Семь Книг” – admin@7books.ru

Yeniləşən nəsrin İsa Hüseynov mərhələsi

İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.

Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Hüseynovun doğum günüdür. NUHÇIXAN İnformasiya Agentliyi bu münasibətlə filologiya üzrə elmlər doktoru Elnarə Akımovanın görkəmli yazıçıya həsr etdiyi yazını oxucularla bölüşür.

İsa Hüseynov yaradıcılığı elə bir dönəmdə parladı ki, bu dönəmə qədər milli varlıq yad düşüncəyə, yad kontekstə güzəştə gedirdi və güzəşt ədəbiyyatı estetik hadisə doğura bilmədiyi üçün 20-ci illərdən sonra ədəbiyyatı qapsamış sosialist düşüncənin direktivləri əsasında hasilə gələn mətnlər bədii-estetik səviyyə baxımından uğur vəd etmirdilər. Amma məsələ bununla qapanmırdı ki. Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən sovet varlığını təcəssüm etdirmək, dövrün epoxal hadisələrinə yeni münasibətin bədii həllini verməyi yazıçıların qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi tələb edir, digər tərəfdən 20-ci illərə qədər mövcud nəsr ənənəsinin yetişdirməli olduğu zehniyyətin qarşısını alırdı. Sonucda XX əsrdə başlanan hərəkat yarıda qırıldı. Ədəbiyyat dəyərlərindən uzaq düşdü. Milli ədəbiyyat anlayışı və bu anlayışı yaradıcılığında ehtiva edən aydınlar məhv edildilər. Bizdə milli dövlətçilik ideyasının tarixi o qədər uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüuru əvvəlcə bədii, sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır. 20-ci illərə qədər proses o şəkildə aparılırdı ki, ədəbiyyat dövrün milli-mənəvi ruh yüksəkliyini, mədəni ruhunu təyin etməyə qadir görünürdü. Sonra onları nələr əvəz etdi? Yenilik, inqilabi dəyişiklik, kollektiv əmək və sosial bərabərlik, qadın hüququ, kütləvi maarif və mədəniyyət ideyalarının cəmiyyətə tətbiqi ədəbiyyatın stixiyasını pozdu, birmənalı şəkildə inqilab stixiyasının təcəssümü, kolxoz quruculuğu, istehsalat mübarizəsi, xalqlar dostluğunun tərənnümü, başqa millətləri daim dostluq və qardaşlıq şəraitində təqdim etmək, neft uğrunda sovet adamının mübarizəsi və s. – hətta mövzular belə şüur hadisəsinə yönəlmiş antiədəbiyyat anlayışına xidmət edirdi. İsa Hüseynovun 60-cı illərin əvvəllərində çap olunan “Doğma və yad adamlar”, “Yanar ürək” romanları, “Teleqram”, “Tütək səsi”, “Kollu koxa” kimi pyes və hekayələrində vəziyyətin başqa qütbə yuvarlandığını nişan verən əlamətlər əksini tapırdı və “yaddaşsızlığa atılan daşlar”dan hörülən yeni nəsrin ilk örnəkləri kimi əlahiddə idilər.

İsa Hüseynovun Mehdi Hüseynlə olan dialoqunu həmişə yetişən, dünənin acı təcrübəsindən silkinib ayrılan yeni ədəbiyyatın başlanğıcı kimi anlayıram. “Oçerkdə niyə atandan yazmısan” sualına gənc yazıçı İ.Hüseynov “çünki atamı yaxşı tanıyıram” cavabını verir. Sonradan İ.Hüseynovun bütün yaradıcılığı ədəbiyyatla “atamızı” – kök, soy başlanğıcını axtarmağa, onu tanıtmağa, milli kimliyindən perik salınmış düşüncəni özünə yönəltməyə ithaf olundu. Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii təcəssüm predmetinə çevirəndə İ.Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri qabardıb ictimai düşüncəyə təsir göstərməyə nail oldu. Niyə? Çünki bütün böyük yazıçılar kimi İ.Hüseynov da anlayırdı ki, milli statusundan bilərəkdən perik salınmış bir xalqın mənəvi ruhunu geri qaytarmayınca sabahlı ədəbiyyat, gələcək inkişaf üçün kontekst müəyyənləşdirmək qeyri-mümkündür. Odur ki, ədəbiyyatın milli düşüncəyə təsiri məsələsi XX əsrin əvvəllərindən sonra ilk dəfə İ.Hüseynovun əsərləri ilə start götürməyə başladı. Buzlar nisbətən əridi, insanı görmək təşnəsi önə keçdi. Mövzular dəyişməsə olardı. Dəyişən insan, ona münasibət, onun duyğu və düşüncələrinin, hərarət və hənirinin ədəbiyyata adlaması oldu. Yaşar Qarayev 80-ci illərdə haqlı olaraq yazırdı: “Əgər əvvəllər nəsrdə bədii tədqiqin (yaxud təfsirin) ağırlıq mərkəzi sosial-sinfi qanunauyğunluğun dərki və ifadəsi idisə, indi nasirlər mənəvi aləmdə fərdi-şəxsi, daxili-intim zolağı və qatı eyni dəyərdə bədii həssaslıq hədəfinə çevirdilər”.

Zənnimcə, klişelərin dağılmasında, mətnə diri, canlı insan obrazının gətirilməsində əsas rolu İsa Hüseynovun mətnləri oynadı. Bu mətnlər həm də dərinliyə enişin, idrakı tutumun siqlətinə görə fərqlənə bildilər. Elçinin “Ədəbi düşüncələr” esselər kitabında belə bir fikir yer alır: “Çingiz Aytmatovun “Ağ gəmi” povestini oxudum. Çingiz “Cəmilə”ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bir bədiiliklə, ondan daha artıq bir dərinliklə yazan yazıçılar var idi. Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən-əsərə üzə qalxmağa başladılar”. Burada üzə çıxmaq məsələsini bircə İsa Hüseynova aidləmək olmur. Tək “Qapalı dünya” faktını götürək. Bu, üzə çıxmaq idimi?! Düşünmürəm. Əksinə, İsa Hüseynov gərəkdiyindən artıq dərinlərə endi. O dərinlər ki, orda insanın batini həyatının gizlinlərini üzə çıxarmaq ehtirası önə keçmişdi, millətə kimliyini tanıtmaq təəssübünün uca vurğusu eşidilirdi. Akademik Nizami Cəfərov deyirdi: “Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında hələ heç bir yazıçı bu qədər dərinliyə (tarixə!) getməyə, cəmiyyətdəki (insan təbiətindəki) qüsurları (təhrifləri!) bu qədər dərindən (tarixdən!) təhlil etməyə cəhd göstərməmişdir ki, bu, qaibdən İsa Hüseynova (Muğannaya) təklif edilir”.

Yazıçının nəsrinin müvəffəqiyyəti sadəcə olaraq ədəbiyyata yeni mövzu, problem, yeni qəhrəman, xarakter gətirməklə, mühitin antihumanist mahiyyətini açmaqla məhdudlaşmadı, həm də nəsrimizə yeni üslub gətirdi. Bu üslub o qədər fərqli oldu ki, Azərbaycan nəsrində zaman və məkan çoxqatlılığı, daxili-psixoloji dialoqlar, hadisələrə fəlsəfi yanaşmalar, bir anın içinə bütöv bir dövrü sığdırmaq kimi yeni-yeni formalar görünməyə başladı. Yazıçının üslubu qəhrəmanın fikir və hərəkətlərində, daxili düşüncə və psixologiyalarında açılır, yeni məzmun kəsb edir, yeni ədəbi dəyər qazanırdı. Bu pafos ilk növbədə, qəhrəmanı ya tarixi planda, ya da müasir həyat lövhələrində əks etdirmiş olsun, sovet mühitinin eybəcərliklərini açıb ortaya qoymaq üçün “mübarizə” planında nəsrə gətirilir. Müasir planda birbaşa, tarixi planda “mərkəzdənqaçma tendensiyasına” meyil etmək, unudulmağa, silinməyə cəhd edilən tarixi keçmişi diriltmək çabası ilə.

Ümumiyyətlə, İsa Hüseynovun nəsrində qəhrəman və mühit problemi çox kəskin ifadəsini tapıb. Yazıçı dərk edirdi ki, mühitdəki əyintiləri təsvir etmədən onu sarsıtmaq mümkünsüz olacaq. Ona görə sovet mühitində yaşayan qəhrəman obrazı ilə rejimin insanların mənəvi aləmində açdığı dərin yaraları, ictimai quruluşun antihumanist mahiyyətini göstərməyə çalışırdı.

İ.Hüseynov güvənilən insanların pozulan mənəviyyatından, onlara verilən imtiyazların artırılması ilə getdikcə cəmiyyət üçün daha təhlükəli olmalarından, bu insanların milli hiss, milli düşüncədən uzaqlaşmalarından, azğınlaşmalarından ilk dəfə yazmağa başladı və bunlar bizim ədəbiyyat üçün tamamilə yeni hadisə, yeni baxış idi. Dünənə qədər mühitin qəhrəmanları olanlar İ.Hüseynov nəsrində artıq antiqəhrəmanlara çevrilirdilər. İsa Hüseynovun “Tütək səsi”, “Teleqram” kimi əsərlərində estetik mühakimələrin zənginliyindən, fəlsəfi qənaətlərin və mündəricənin dərinliyindən tutmuş, insanın daxili aləmi, mənəvi sarsıntıları, ağrıları və mühitə münasibəti ədəbiyyatın konkret predmetinə çevrildi. Ən başlıcası, mühit probleminə yeni baxışla ədəbiyyatımıza tarixdən və müasir dövrdən alınmış yeni obrazlar gətirildi. Yazıçı “İdeal”da dərin mənalı yozumlarla, sətiraltı anlamlarla antidemokratik, antihumanist sovet mühitinin və bu mühitdə yaşayan insanların dramını verirdi.

Kənd problemi və bu müstəvidə şəxsiyyət və zaman rakursu İsa Hüseynovun əsərlərində də özünəxas bir şəkildə qoyulur. İsa Hüseynovun “Məhşər”, “İdeal” əsərləri kəskin sosial ziddiyyətlərin toqquşması şəraitində psixoloji sarsıntı keçirən intellektual insanların mənəvi aləmlərinin, yaşantılarının ədəbiyyata gətirilməsi demək idi. İsa Hüseynov yalnız kənd təsvirlərindən, kənddə yaşayan insanların həyat tərzindən, faciəsindən, problemlərindən yazmırdı, onun təsvir etdiyi kənd mühitindən dünyaya çıxış aparıcı idi, dünyanın gedişatı, həyatın əbədi sualları, olum və ölüm, tərəqqi və tənəzzül, kamillik və nadanlıq haqqında düşünürdü, fəlsəfi qənaətlərlə mühakimələr yürüdürdü, daxili monoloqlarla dərin problemlər üzərində baş yorurdu. Bu dərinlik ona qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, psixologizmi gücləndirməyə kömək edirdi.

İ.Hüseynov mühitin çirklənməsinin səbəbini sadəcə, urbanizasiyada görmürdü. Eləcə də onun qəhrəmanlarının təsəvvüründə kəndin təbiiliyi, saflığı heç də geniş mənada mühitin saflığı demək deyildi. Mənəviyyatsızlıq insan xislətinin təzahürü olaraq mənalanırdı bu mətnlərdə. Zənnimcə, onları hər zaman üçün diri saxlayan da elə bu məziyyəti olacaq: İnsan xislətinin bütün qatlarını ədəbiyyata ötürmək, onu bədii təcəssümün predmetinə çevirmək məqsədyönlülüyü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Isa hüseynovun zhr

İsa Hüseynov haqda indi, yəni hələ yenicə dəfn olunduğu bir məqamda yazmaq bəlkə də ədəbdən kənar bir işdir. Çünki “arxasınca” deyəcəyimi böhtan, yaxud qarayaxma kimi qəbul edənlər də mütləq tapacaq. Amma məncə, bu fikirləri məhz hazırkı zaman nöqtəsində söyləmək gərəkdir. Çünki bəzən lazımi fikri məqamda cəmiyyətə çatdırmayanda dünyasını dəyişmiş insanlar bütləşdirilir, yazdıqlarına heç özlərinin də düşünmədiyi yozumlar verilir. Bunu İsa Hüseynovu unutdurub İsa Muğannaya münasibətdə də aşkar görürəm.

Bəli, İsa Hüseynov və İsa Muğanna bir şəxsdə birləşmiş fərqli fərdlərdir. Bir oxucu və yazar olaraq İsa Hüseynovu qəbul edirəm. İsa Muğanna isə mənimçün qəbuledilməzdir. Birmənalı olaraq!

Niyə? Çünki İsa Hüseynov 50-ci illərdə Azərbaycan ədəbiyyatına ideoloji qəliblər və sovet klişelərindən qurtuluş vermiş yazıçılardan biridir. Onun “Məşhər”ə qədərki hekayə və povestləri milli ədəbiyyat üçün dəyərli əsərlərdir. Bu ədəbi irsi heç vaxt “Abşeron”, yaxud “Böyük dayaq”la eyni rəfə qoymaq olmaz. Amansız müharibə və müharibədən sonrakı dövr Azərbaycan kəndinin gerçək mənzərəsini oxucuya çatdıran İsa Hüseynovun 50-ci illərdə niyə rəsmi qınaqla və qısnamayla üzləşməsinin səbəbini də məhz tarixi gerçəyin saf realist ədəbi aynada əksində axtarmaq lazımdır. “Bir az romantika” hekayəsini oxuyandan sonrasa Anarın İsa Hüseynovu “onu öz ustadım bilirəm” açıqlamasını anlamaq da çox rahatdır. Sanki “Ağ liman”, yaxud “Beşmərtəbəli evin altıncı mərtəbəsi”nə yazılmış proloqdur. Bu fikrin davamıə kimi: 60-cı illər ədəbi nəslinin təməl daşını atanlar tanıdığımız, bildiyimiz yazıçılar – Anar, Elçin, İsi Məlikzadə, Sabir Əhmədli, Əkrəm Əylisli olsa da, bu “ədəbi layihə”nin memar və baş mühəndisləri İsa Hüseynov, Çingiz Hüseynov və İsmayıl Şıxlıdır.

Bu, bəyəndiyim və yüksək dəyərləndirdiyim yazıçıya aid qeydlərdir. Amma “Məşhər”dən başlayaraq İ. Hüseynovun, yox, artıq İ. Hüseynovun deyil, İsa Muğannanın yazdıqlarını düşünmədən zibil qutusuna atardım. Çünki. tam cəfəngiyatdır.

Yadımda, o zaman, yəni 70-ci illərdə “Azərbaycan” jurnalında “Məşhər”lə bağlı tutarlı bir rəy yazılmışdı. Dünyaya qapı açdığımız dövrdə də məlum oldu ki, hürufilər və s. bağlı Azərbaycan yazıçılarının yazdığı “külliyyatlar” kül topasından başqa bir şey deyil. O cümlədən “Məşhər” də.

İsa Hüseynov bir çox Azərbaycan yazıçıları kimi, Azərbaycan tarixini çox pis bilirdi. Daha doğrusu heç bilmirdi. Buna görə də hələ sağlığında onun ən böyük tənqidçilərindən biri mərhum tarixçi-alim Ziya Bünyadov idi.

Və haqlıydı. İsa Muğannaya dönüş toplumda böyük bir kəsimin qəbul etmədiyi təzahür idi.

Yazıçı İsa Muğanna. “Yazıçı” sözünü yazan kimi dərhal da duruxursan. Buna yazıçılıq demək olarmı?

Dünyanın Axirəz-zamanın astanasına yetişdiyi, peyğəmbərliyin artıq xətm olunduğu, vəhyin çatdırılmayacağı və Qiyamətə doğru addımladığımız zamanda etnogenez, dünya və Kainatın fəlsəfi qavrayışı ilə bağlı İsa Muğannanın yazdıqları ən azı anlaşılmazdır. Dəqiq ifadəylə desək – səfsəfədir. Daim “təkmilləşdirilən” “Məşhər” və “İdeal”la İsa Muğannanın Azərbaycan oxucusunu kamilliyə yetişdirəcəyini güman edənlərin köklü bir tutarqası da, əlbəttə, yoxdur. Yalnız bir yığın söz! Den Braun və Umberto Ekoya bənzətmə də əsla yerinə düşmür. “İsa Muğanna İsa Hüseynova nifrət edirdi” iddiası doğrudursa, bu artıq ədəbi müzakirə mövzusundan çıxıb tibbi müstəvidə müzakirə olunacaq, təbib diaqnozu qoyulacaq məsələdir.

Bu mənada Əkrəm Əylisli ilə ikiəlli razılaşıram: “Öz ölümüylə İsa Hüseynov “İsa Muğanna müəmması” barədə sirli həqiqəti axirətə apardı”. Özümdən əlavə edim: Asif Əfəndiyev də “Asif ata müəmmasını. Bu çevrilmələr müəyyən qədər bəllidir. Amma tam həqiqət Qiyamətə qaldı.

Mən yenicə dünyasını dəyişmiş İsa Hüseynov-İsa Muğannanın ruhunu incitmək istəməzdim. Amma zamanında mərhum tarixçi-alim Ziya Bünyadov bu deyimində haqlıydı: “Əgər bütün bunlar İ. Hüseynovun yuxusuna giribsə, onu oyatmağa dəyməz – qoy yatmağına davam etsin. Bu onun üçün də, ətrafdakılar üçün də yaxşıdır. Amma oxşar səfsəfə ciddi şəkildə təlqin olunursa, biabırçılığı dayandırmaq lazımdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.